Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-5/2021 30.08.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, müdafiəçiGəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olumuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş,hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəlni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməklə saxlamışdır. Belə ki, o,məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 15 iyun 2019-cu il tarixdə saat 21 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “MAXİ” adlı ərzaq mağazasının yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaş selofanın içərisində gümüşü rəngli falqaya bükülmüş ümumi təmiz çəkisi -1,801 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə müxtəlif maddələrlə məhkumluq həyatı yaşamışdır. Sonuncu dəfə CM-in 234.1-ci maddəsi ilə Nizami Rayon Məhkəməsinin hökmünə əsasən 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 14.09.2018-ci il tarixdə cəzadan azad edilmişdir. Səhətində olan xəstəliklərlə bağlı ağrıları olduğuna görə arada bir narkotik vasitə olan heroini iynə vurmaq yolu ilə istifadə etmişdir. Bir müddət əvvəl şəxsi işləri ilə bağlı Bakı şəhərinə getmişdir. Bir neçə gün Bakı şəhərində qalıb işlərini həll etdikdən sonra qayıdıb Gəncə şəhərinə gəlmək üçün avtovağzala getmişdir. Orada olan dayanacağın yanında dayanıb avtobus gözlədiyi zaman yerdə siqaret falqasından olan bükülü diqqətini çəkdiyi üçün əyilərək yerdən həmin bükülünü götürmüşdür. Bükülünü açıb içərisinə baxdığı zaman içərisində əvvəllərdə istifadə etmiş olduğu narkotik vasitə olan heroinin olduğunu görüb bükülünü cibinə qoymuşdur. Bundan sonnra avtobusa minərək Gəncə şəhərinə qayıtmışdır. Bir neçə gün həmin bükülünü üzərində və yaşadığı evində hamıdan xəbərsiz gizlədib saxlamşdır ki, şərait yarandığı zaman, yəni tək olduğu vaxt iynə yolu ilə istifadə etsin. 15 iyun 2019-cu il tarixdə gün ərzində Gəncə şəhərində olaraq şəxsi işləri ilə məşğul olmuşdur. Qeyd etdiyi narkotik vasitəni isə cibində gəzdirirmiş ki, ailə üzvlərindən heç kim görməsin. Saat təxminən 21 radələrində yaşadığı Gəncə şəhəri H.Əliyev prospekti ilə tək piyada yaşadığı N.Rəfibəyli küçəsində olan evinə getdiyi zaman qeyd etdiyi narkotik vasitə də şalvarinin cibində olmuşdur. Yolda olan “MAXİ” marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu Nizami RPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gəlmiş orada olan xidməti otaqda müdafiəçi dəvət edib üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərində olan boz rəngli idman şalvarımın sol yan çibindən bir müddət əvvəl tapdığı bükülü aşkar edilmişdir. Sonra həmin bükülü müdafiəçisi və iştirakçıların iştirakı ilə açılmışdır. Həmin bükülünün içərisində qəhvəyi rəngli, kəskin iyli, ilk görünüşüdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütləni bir neçə gün öncə Bakı şəhərində avtovağzalın yanından tapmışdır. Üzərindən aşkar edilmiş siqaret falqasında olan bükülmüş bükülüdə olan heroinə oxşar kütlə aptek tərəzisində çəkilmiş və ümumi çəkisi 2,19 qram olmuşdur,sonra həmin kütlə qablaşdırılmış, imzalarla təsdiq edilmiş və DİN-in möhürü ilə möhürlənmişdir. Bundan sonra protokol tərtib edilmiş, video və foto şəkillər çəkilmişdir, protokolun doğruluğunu imzalarla təstiq etmişlər. Hazırda törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 2008-ci ildən DİO-da işləyir. 15.06.2019-cu iltarixdə saat təxminən 21 radələrində daxil olmuş əməliyyat məlumatı yəni, Gəncə şəhəri N.Rəfibəyli küçəsi ev 4 A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə ilə məşğul olması, üzərində gəzdirməsi və daşıması barədə məlumata əsasən Gəncə şəhər Nizami RPİ-in əməliyyat müvəkkilləri Səddam Nağızadə və Şahid2 iştirakı ilə R.A.Qulliyev şübhəli şəxs kimi Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi” adlı ərzaq mağazasının yaxınlığında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərara əsasən tərəflərindən şübhəli şəxs kimi saxlanılaraq Gəncə şəhər Nizami RPİ-in inzibatı binasına dəvət olunaraq gətirilmişdir. Gəncə şəhər Nizami RPİ-in inzibati binasında Təhqiqat Bölməsində təhqiqatçı polis baş leytenantı Babək Allahverdiyev tərəfindən araşdırma aparılan zaman özünü Gəncə şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə baxış keçiriləcəyini bildirmişdir. Onun və dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən selofanın içərisində siqaret falqasına bükülmüş bir ədəd bükülü aşkar edilərək götürülmüşdür. Sonra həmin bükülü onun iştirakı ilə açılmış, içərisində boz rəngli, kəskin iyli, ilk görünüşüdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün içərisində olan kütlə narkotik vasitə olan heroindir, ondan heroini haradan tapdığı soruşulduğu zaman o, əvvəllər də narkotik vasitə qəbul etdiyi və bir neçə gün qabaq Bakı şəhərində yerləşən Mərkəzi avtovağzalın yaxınlığından taparaq özü qəbul etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş siqaret falqasına bükülmüş bükülüdə olan heroinə oxşar kütlə aptek tərəzisində çəkilmiş və cəmi çəkisi 2,19 qram olmuşdur, sonra həmin kütlə qablaşdırılmış, imzalarla təsdiq edilmiş və DİN-in 110 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video və foto şəkillər çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Rəmiyəddin oğlu bildirmişdir ki, 2013-cü ildən DİO-da işləyir. 15.06.2019-cu il tarixdə saat təxminən 21 radələrində daxil olmuş əməliyyat məlumatı yəni, Gəncə şəhəri N.Rəfibəyli küçəsi ev 4 Ada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə ilə məşqul olması, üzərində gəzdirməsi və daşıması barədə məlumata əsasən Gəncə şəhər Nizami RPİ-in əməliyyat müvəkkilləri Səddam Nağızadə və Şahid1 iştirakı ilə iştirakı ilə R.A.Qulliyev şübhəli şəxs kimi Gəncə şəhəri H.Əliyev prospektində yerləşən “Maxi” adlı ərzaq mağazasının yaxınlığında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərara əsasən tərəflərindən şübhəli şəxs kimi saxlanılaraq Gəncə şəhər Nizami RPİ-in inzibatı binasına dəvət olunaraq gətirilmişdir. Gəncə şəhər Nizami RPİ-in inzibati binasında Təhqiqat Bölməsində təhqiqatçı polis baş leytenantı Babək Allahverdiyev tərəfindən araşdırma aparılan zaman özünü Gəncə şəhər sakini Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə baxış keçiriləcəyini bildirmişdir. Onun və dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin şəxsin üzərinə baxış keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən selofanın içərisində siqaret falqasına bükülmüş bir ədəd bükülü aşkar edilərək götürülmüşdür. Sonra həmin bükülü onun iştirakı ilə açılmış, içərisində boz rəngli, kəskin iyli, ilk görünüşüdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı özünü Təqsirləndirilən şəxs bildirmişdir ki, bükülünün içərisində olan kütlə narkotik vasitə olan heroindir, ondan heroini haradan tapdığı soruşulduğu zaman o, əvvəllər də narkotik vasitə qəbul etdiyi və bir neçə gün qabaq Bakı şəhərində yerləşən Mərkəzi avtovağzalın yaxınlığından taparaq özü qəbul etmək üçün saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş siqaret falqasına bükülmüş bükülüdə olan heroinə oxşar kütlə aptek tərəzisində çəkilmiş və cəmi çəkisi 2,19 qram olmuşdur, sonra həmin kütlə qablaşdırılmış, imzalarla təsdiq edilmiş və DİN-in 110 saylı möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video və foto şəkillər çəkilmiş, protokolun doğruluğunu imzalarla təstiq etmşlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 iyun 2016-cı il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol cibindən bir ədəd şəffaf salofan içərisində gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edilmişdir. Büküm açılmış və onun içərisində toz halında olan tünd qəhvəyi rəngli narkotik vasitə olan “Heroinə” oxşar maddə aşkar olunmuşdur. Elektrən tərəzi ilə çəkilmiş və çəkisi ümumi 2,19 qram olmuşdur.Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində aşkar olan maddə narkotik vasitə olan “Heroin”dir və özünə məxsusdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 16 iyun 2019-cı iltarixli, 347 nömrəli rəyindən görünür ki, “15.06.2019-cu il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözlər və imazalar olan kağız paketdəki, bir ədəd sellofan kəsiyinə bükülmüş gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi -1.801 qram maddə kustar üsulla hazırlanmış narkotikvasitə - heroindir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2019-cu il tarixli, 593 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomanlıq xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Evlər Üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz rayonu, N.Rəfibəyli küçəsi, ev 4A ünvanında yaşayır. Maşın təmiri ustasıdır. Yaşadığı ünvanda qonşularla mehriban qonşuluq münasibətlərində olmuş, barəsində heç vaxt yazılı və şifahi şikayət olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 19 iyul 2019-cu il tarixli, 3942 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası X4 19 iyul 2019-cu il tarixli, 3448 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncəşəhər Nizami Rayon Polis İdarəsi tərəfindən verilmiş 22.07.2019-cu il tarixli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin alıq-satqısı ilə məşğul olması, həmin narkotik vasitədən kiməsə verməsi, həmçinin onun üstündən aşkar edilmiş heroini kimdən əldə etməsi və ümumiyyətlə narkotik vasitələri əkib becərməsini müəyən etmək istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 11.09.2013-cü il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.08.2015-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 7 ay 19 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza CM-in 67-ci maddəsinə əsasən çəkilməmiş 7 ay 19 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 14.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 01 avqust 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroinin dəqiq çəkisinin -1,801 qram kimi qəbul edilməsi, aşkar olunmuş narkotik vasitənin ekspertizadan qaytarılmış qalığının, yəni - 1,751 qram çəkidə narkotik vasitə olan “heroin”in maddi sübut kimi tanınması, Təqsirləndirilən şəxs ilə onun müdafiəçisi Müdafiəçi1 cinayət işinin materialları ilə tanış olduqdan sonra həmin 1,751 qram çəkidə narkotik vasitə olan “heroin”in saxlanılması üçün Gəncə şəhər Baş Polis idarəsində saxlanca verilməsi, məhkəmə kimyəvi ekspertizasının 16 iyun 2019-cı iltarixli, 347 nömrəli, məhkəmə-narkoloji ekspertizasının 26 iyul 2019-cu iltarixli, 593 nömrəli rəylərinin və videoçəkiliş aparılan 1 ədəd DVD diskin sübut növü kimi tanınması qərara alınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biridigərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 15 iyun 2019cu il tarixdə saat 21 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarıştədbirləri nəticəsində Gəncə şəhəri, Nizami rayonu, H.Əliyev prospektində yerləşən “MAXİ” adlı ərzaq mağazasının yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilərək üzərinə baxış keçirilərkən əynindəki boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd şəffaş selofanın içərisində gümüşü rəngli falqaya bükülmüş ümumi təmiz çəkisi -1,801 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. Birləşmiş Millətlər Təşkilatının 30 mart 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” və 19 dekabr 1988-ci il tarixli “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” konvensiyalarında narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanun-suz dövriyyəsi beynəlxalq cinayət hesab edilmişdir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə göstərir ki, Təqsirləndirilən şəxs göstərilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. CM-in234.1-ci maddəsininsanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, CM-in 234.1-ci maddəsicinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı, 27 dekabr 1996-cı il tarixli qərarına əsasən məhkəmə hökmü səlis, aydın, anlaşılan şəkildə yazılmalı, iş üzrə müəyyən olunmuş hallar, sübutlar və məhkəmənin nəticələri hökmdə ciddi məntiqi ardıcıllıqla şərh edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPMin) 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2.4-cü maddəsində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda - təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinin tələbinə görə məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə göstərir ki, CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Həmçinin təqsirləndirilən şəxsə cəza təyin edilən zaman onun əməlində təhlükəli residiv olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-in 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Həmçinin məhkəmə göstərir ki, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin 11.09.2013-cü il tarixli hökmü ilə CM-in 127.2.3-cü maddəsilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 13.08.2015-ci ildə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə 7 ay 19 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza CM-in 67-ci maddəsinə əsasən çəkilməmiş 7 ay 19 gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə qəti olaraq 2 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 14.09.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs həm Göygöl Rayon Məhkəməsinin 11.09.2013-cü il tarixli hökmü üzrə həm də Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20.07.2016-cı il tarixli hökmü üzrə məhkumluqları ödənilmədiyindən onun əməlində cinayətlərin təhlükəli resediv mövcuddur. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, Cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Ona görə də məhkəmə hesab edir ki, CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Sadalanan xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.1-ci maddəsininsanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və məhkumun islah edilməsinə nail olmaq olar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 iyun 2021-ci il tarixli şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-in MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 15 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu ilk tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 15 iyun 2019-cu il tarixdən 17 iyun 2019-cu il tarixədək, 3 (üç) gün müddətində həbsdə saxlanılmışdır. CPM-in 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət işinə əlavə edilmiş 4(043)-115/2021 saylı 07.07.2021-ci tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda Gəncə ŞPBİ-nin İ və Tİ-də istintaq edilən başqa bir ********* nömrəli cinayət işi üzrə 05.07.2021-ci il tarixdən Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarına əsasən həbs edilərək, hazırda həbsdə saxlanılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırda başqa bir cinayət işi üzrə həbsdə saxlanılması nəzərə alınmalıdır. Həmçinin məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. CPM-in 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, CM-in 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Çünki CM-in 56.1.3-cü maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi təsbit edilmişdir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. CPM-in 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. CPM-in 346.1.17-ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. CPM-in 132.1.4 və 132.1.6-cı maddələrində göstərilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə göstərir ki, maddi sübut qismində tanınaraq məhkəmə-kimyəvi ekspertizasının 16.06.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 1,751 qram çəkidə narkotik vasitə olan “heroin” məhv olunmalı, maddi sübut olan bir ədəd DVD disk saxlama müddəti ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə göstərir ki, hazırki cinayət işi üzrə Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 iş saatı məsrəf olunmuşdur. CPM-in 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən vəCPM-in Məcəlləsinin 197-198, 344-349, 351- 353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15.06.2019-cu il tarixdən 17.06.2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət azadlıqdan mərhumetmə cəzasının bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda Gəncə ŞPBİ-in İ və Tİ-də istintaq edilən başqa bir ********* nömrəli cinayət işi üzrə 4(043)-115/2021 saylı 05.07.2021-ci il tarixdən Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin qərarına əsasən həbsdə saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübutlar olmaqla Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1.751 qram narkotik vasitə olan “heroin” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işində şəxsin üzərinə baxış keçirilməsi zamanı çəkilmiş 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 (otuz iki manat manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 180 (yüz səksən) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdənelanolunduğuvaxtdan, həbsdəolanTəqsirləndirilən şəxs isəhökmünsurətiverildiyiandan20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-5/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-5/2021
30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver