Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-5/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum edilməmiş, Gəncə şəhəri, N.Nərimanov küçəsi, ev 316-da qeydiyyatda olan və Gəncə şəhəri, Avtozavod qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 127.2.3. və 221.2.1-ci maddələri ilə, xx.xx.1994-cü il tarixdə Daşkəsən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkum edilməmiş, Gəncə şəhəri, Atatürk prospekti 237, ev 7, mənzil 30-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1, tanışı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında 05 may 2019-cu il tarixdə saat 20 radələrində ictimai yer hesab olunan çoxsaylı insanların toplaşdığı X20 prospektində yerləşən “Oksi Baby” uşaq geyimi mağazasının qarşısında küçədə sərxoş vəziyyətdə Şahid çiyni ilə itələyib nalayiq ifadə işlətdiyi üçün sonuncunun tanışı Zərərçəkmiş şəxs bu barədə məlumat aldıqdan sonra, Təqsirləndirilən şəxs2 irad bildirərkən, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs sinəsindən əli ilə itələyib zor tətbiq etməklə, o, isə Zərərçəkmiş şəxs oradakı hündür səkidən itələyib yerə yıxmaqla heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yerdə yıxılmış vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq sol İV-Vİİ qabırğaların ön səthində yerdəyişmiş qapalı sınığı, döş qəfəsinin ön səthinin qançırı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər, kürək nahiyəsinin yuxarı və aşağı ətrafların qançırları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarərtlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bununla da, o, və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 127.2.3. və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında 05 may 2019-cu il tarixdə saat 20 radələrində ictimai yer hesab olunan çoxsaylı insanların toplaşdığı X20 prospektində yerləşən “Oksi Baby” uşaq geyimi mağazasının qarşısında küçədə sərxoş vəziyyətdə Təqsirləndirilən şəxs1, Şahid çiyni ilə itələyib nalayiq ifadə işlətdiyi üçün sonuncunun tanışı Zərərçəkmiş şəxs bu barədə məlumat aldıqdan sonra, ona irad bildirərkən, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək o, Zərərçəkmiş şəxs sinəsindən əli ilə itələyib zor tətbiq etməklə, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs oradakı hündür səkidən itələyib yerə yıxmaqla heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yerdə yıxılmış vəziyyətdə onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq sol İV-Vİİ qabırğaların ön səthində yerdəyişmiş qapalı sınığı, döş qəfəsinin ön səthinin qançırı ilə müşayiət olunan sağlamlığının uzun müddətə pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına az ağır zərər, kürək nahiyəsinin yuxarı və aşağı ətrafların qançırları ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarərtlər yetirməklə zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Bununla da, o, Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, Gəncə şəhəri N.Nərimanov küçəsi ev 316-da qeydiyyatdadır. Gəncə şəhər Cavadxan qəsəbəsində atası X3, anası X7 və böyük qardaşı X13 ilə birlikdə yaşayır. O, Gəncə şəhərində 20 saylı sərnişin avtobusunda sürücü işləmişdir. 05 may 2019-cu il tarixdə saat 19 radələrində o, dostu Kamranla birlikdə köhnə Şəmkir avtovağzalı yaxınlığında yerləşən kafedə pivə içib, oradan mikroavtobusa minib şəhərin mərkəzinə Univermağın yanına gəlmiş, onlar oradan avtobusdan düşüb yeraltı keçiddən keçib Nizami küçəsində mərkəzi kitabxananın yanında yerləşən “Oksi Baby” adlı mağazaya çatanda o, Kamrana orada olan köşkdən siqaret alacağını demiş, o, köşkün yanında dayanıb siqaret alanda Kamran qeyd etdiyi mağazanın qarşısında bir qıza nəsə dediyini görmüş, qızda narazı halda deyinə-deyinə mağazaya daxil olmuş, Kamranın qıza nəsə söz atdığını bilmiş, qız səs-küy salaraq mağazaya daxil olanda o, da qızı sakitləşdirmək üçün arxasından mağazaya daxil olmuş, lakin qızı mağazada görməmiş və mağazadan çıxıb Kamranın yanına gəlmişdir. Bu zaman həmin qız mağazadan çölə çıxmış, yanında da bir oğlan olmuş, oğlan onlara yaxınlaşıb Kamranın qoluna girib sözlə mübahisə edərək, yaxınlıqda yerləşən hərbi dükanı və kitab aləmi yazılan zirzəmidə olan mağazanın yanına kimi getmiş, o, da onlardan təxminən 5-6 metr aralıda arxada getmiş, o, gedib Kamrangilə çatmağa az qalmış Kamranla mübahisə edən şəxs qəfildən Kamranın sifət nahiyəsinə zərbə endirmiş, o, da həmin oğlanın yaxasından tutub kitab mağazasının pilləkəninə tərəf itələmiş və oğlan mağazanın pilləkənindən aşağı yıxılmış, həmin vaxtı yaranmış səs-küyə davaya tanımadığı şəxslər toplaşmağa başlamış, o, da Kamranla birlikdə oradan uzaqlaşıb gedəndə oraya toplaşan adamlar həmin oğlanı yıxıldığı yerdən qaldırdıqlarını görmüşdür.O, Kamranla birlikdə avtobus qarajına gəlmiş, orada 23 saylı avtobus sürücüsü Süleymanla rastlaşmış, Süleyman hərəsini aparıb öz evlərinə düşürmüş, hadisə barədə də Süleymana bir söz deməmişlər. Kamranla mübahisə edən və onun itələdiyi şəxsin adının Elşad olduğunu sonradan bilmişdir. O, Elşadı itələyib yıxandan sonra başından xəsarət almışdır. Sonradan o, Elşadın xəstəxanaya aparıldığını bilmişdir. Hadisə təxminən 10-15 dəqiqə ərzində olub başa çatmış və ətrafa tanımadığı şəxslər toplaşmışdır. O, Zərərçəkmiş şəxs ilə barışmışdır. Onun tərəfindən X4 dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək, ifadəsində bildirdi ki, o, Gəncə şəhəri Atatürk prospekti 237 bina 7, mənzil 30-da ailə üzvləri, yəni atası X10, anası X8 ilə birlikdə yaşayır. Hazırda Gəncə şəhərində 11 saylı sərnişin avtobusunda sürücü işləyir. 05 may 2019-cu il tarixdə saat 19 radələrində o, dostu eyni zamanda avtobus sürücüsü Ariflə birlikdə köhnə Şəmkir avtovağzalı yaxınlığında yerləşən kafedə adama 12 bakal pivə içib, sərxoş halda oradan sərnişin mikroavtobusa minib şəhərin mərkəzinə Univermağın yanına gəlmiş, onlar, oradan avtobusdan düşüb yeraltı keçiddən keçib Nizami küçəsində mərkəzi kitabxananın yanında yerləşən “Oksi Baby” adlı mağazaya çatanda Arif orada olan köşkdən siqaret alıb gələcəyini demişdir. O, da mağazanın qarşısında bir qız görmüş, sərxoş olduğu üçün qıza nəsə demiş, lakin nə dediyini xatırlamır və qız onun sözündən sonra deyinə-deyinə mağazaya daxil olmuş, Arif bunu görüb mağazaya daxil olub çıxmış, sonra həmin mağazadan bir nəfər tanımadığı oğlan onların yanına gələrək ona qıza söz atmasına görə iradını bildirmişdir. O, həmin oğlanla sözlə mübahisə edə-edə orada yerləşən hərbi dükanının yanına gəlmiş, orada sözləri çəp gəlmiş, qəfildən həmin oğlan yumruqla və ya başı ilə onun sifətinə burun nahiyəsinə zərbə endirib xəsarət yetirmişdir. Burnundan qan açılmış, bunu görən dostu Arif həmin mübahisə etdiyi oğlanın sinəsindən tutub kənara itələmiş, oğlan zirzəmidə yerləşən hərbi və kitab mağazasının pilləkənindən yıxılmış, yaranmış səs-küyə davaya tanımadığı şəxslər toplaşmağa başlamışdır. O, Ariflə birlikdə oradan uzaqlaşıb avtobus qarajına gəlmiş, orada 23 saylı avtobus sürücüsü Süleymanla rastlaşmış, ona dalaşdıqlarını demiş, Süleyman da onların sərxoş olduqlarını görüb idarə etdiyi avtobusla hərəsini öz evlərinə aparıb düşürüb getmişdir. Sonradan eşitmişdir ki, onunla mübahisə edən şəxs və Arifin itələyib yıxdığı adını sonradan bildiyi Elşad adlı şəxs başından xəsarət almışdır. Yaranmış səs-küyə davaya tanımadığı şəxslər toplaşmağa başlamıdır. O, Zərərçəkmiş şəxs ilə barışmışdır. Onun tərəfindən X4 dəymiş ziyan tam ödənilmişdir. O, yeni ailə qurmuşdur. Məhkəmədən əməlindən peşman olmasını, yeni ailə qurmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ailəsi ilə birlikdə yaşayır. 2017-ci ildən Gəncə şəhəri, N.Gəncəvi prospektində yerləşən “Oksi baby” paltar mağazasında müdir işləmişdir. X14 isə həmin mağazada mühafizəçi olmuşdur. X5 isə “Xəmsə” ticarət mərkəzində yerləşən “Oksi baby” mağazasında bir günlük kömək etmək üçün getmişdir. Ümumilikdə isə bütün gün mağazada olmasa da hər gün axşam mağazaya gedib satılan malların hesabatını aparmışdır. 05 may 2019-cu il tarixdə saat 20 radələrndə mağazaya gedən zaman Əsədin mağazanın yaxınlığında adlarını sonradan bildiyi Kamran və Arif adlı şəxslə mübahisə etdiyini görüb onlara yaxınlaşmış, bu zaman həmin şəxslərin mağazada satıcı işləyən Nərmin Mikayolvaya sataşaraq nalayiq söz dediklərini, ona görə də həmin mübahisənin olmasını bilmişdir. Həmin vaxt Əsəd mağazanı bağlamaq üçün oradan uzaqlaşmış, həmin vaxt Kamran adlı şəxsdən nə səbəbə Nərminə nalayiq sözlər deməsini soruşmuş, Kamran isə sinəsindən möhkəm itələmiş, bu zaman alın nahiyəsi ilə Kamranın burnuna vurmuş, həmin vaxt Arif və Kamran hər ikisi yumruq və təpiklə onu döymüşdür. Dava zamanı orada olan hündür səkidən yıxılmış, sonra onlar yenə də onu yumruq və təpiklə yerdə döymüş, bu zaman şiddətli ağrı olduğu üçün huşunu itirmişdir. O, təqsirləndirilən şəxslərlə barışmışdır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişrit. Onlara qarşı heç bir şikayəti və tələbi qoxdur. İstintaq zamanı vermiş olduğu və məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsindən görünür ki, Bərdə rayonu Bayramlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda valideynləri ilə birlikdə yaşayır. X23 Universitetinin 3-cü kursunda təhsil aldığı üçün müvəqqəti olaraq Gəncə şəhər Adil İsgəndərov küçəsi ev 15-də kirayədə yaşayır. 01 may 2019-cu ildən Gəncə şəhər Nizami Gəncəvi küçəsində yerləşən “Xəmsə” ticarət mərkəzində yerləşən “Oksi baby” adlı uşaq geyimləri satılan mağazaya satıcı kimi işə qəbul olmuş, hər gün saat 14 radələrindən axşam saat 20 radələrinə kimi işləmış, onunla yanaşı həmin mağazada, kirayədə yaşadığı evdə onunla birlikdə yaşayan Ruhiyyə də işləmişdir. 05 may 2019-cu il tarixdə onu və Ruhiyyəni Nizami küçəsində kitabxananın yaxınlığında yerləşən digər “Oksi baby” mağazasında satıcı çatışmamazlığı olduğu bir gün işləməyə göndərmişlər. Onlar saat 14 radələrində işə başlamış, axşam saat 20 radələrində işlərini bitirib Ruhiyyə ilə birlikdə evə getmək üçün mağazadan çıxmış, piyada yaxınlıqda yerləşən “Tağıyev Mall” ticarət mərkəzinin qarşısına çatanda Ruhiyyə iş paltarı mağazada qaldığını, qayıdıb götürməyini demişdir. Ruhiyyə iti yerişlərlə qayıdıb mağazaya tərəf getmiş, o, da yavaş-yavaş mağaza tərəfə qayıdanda orada yerləşən mərkəzi kitabxananın qarşısına çatanda işlədiyi mağaza tərəfdən adını sonradan bildiyi Arif adlı şəxs onun üzərinə doğru gəlmiş, o, kənara çəkilsə də Arif ona çiyni ilə toxunmuş, lakin o, oğlana reaksiya verməmiş, yoluna davam etmişdir. Həmin vaxt Arifin yanında isə adını sornadan bildiyi Kamran adlı şəxs də olmuşdur. O, da gəlib işlədiyi mağazanın qarşısında olan köşkün yanında dayanıb Ruhiyyənin mağazadan çıxmağını gözləmiş və bu zaman Kamran və Arif onun yanına gəlmişlər. Arif onun qarşısında dayanıb nalayiq ifadə işlətmiş və həmin vaxt Kamran da onun yanında olmuşdur. Sonra Arif onun qolundan tutanda, Arif əlini çəksin deyə qışqırmış, bu zaman Arif nalayiq söyüş söyərək üzərinə gəlmiş, ona görə də yaxınlıqda dayanıb telefonla danışan tanımadığı oğlandan ona köməklik etməsini xahiş etmişdir. Həmin oğlanda gəlib ona sataşan oğlana yaxınlaşıb bir az kənara çəkiləndə o, tez qaçıb mağazaya daxil olmuş və mağazada nəzarətçi işləyən Əsədə ona sataşdıqlarını demişdir. Bu zaman ona yaxınlaşıb qolundan tutan şəxsin arxasıca mağazaya daxil olduğunu görmüş, sonra Arif adlı şəxs “buranı tanıyırsanmı girirsən bura” demiş, lakin ona bir söz deməmiş, həmin vaxt Əsəd oğlana yaxınlaşıb mağazadan çölə çıxaranda o, qorxusundan Ruhiyyə ilə birlikdə mağazadan çıxıb yaşadığı evə tərəf getmişdir. Mağazadan çıxıb gedəndə Əsəd və Elşadın ona sataşan oğlanlarla mübahisə etdiyini görmüşdür. Sonradan Arif və Kamran adlı şəxslərin mağazanın müdiri Elşadı döyüb xəsrət yetirdiklərini bilmişdir. Mübahisə zamanı ətrafda çoxlu sayda adını bilmədiyi digər şəxslər olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şahid tərəfindən vurulmuş teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndikləri cinayət işi üzrə istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Azyaşlı olduğundan məhkəmə iclasına gələ bilmədiyini və işə onun iştirakı olamadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.05.2019-cui il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Gəncə şəhəri, Nizami küçəsi Mərkəzi kitabxananın qarşısında naməlum şəxslərlə mübahisə etdikləri yeri göstərmişlər və bu barədə fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 06.05.2019-cu il tarixli 436/2019 saylı tibbi müayinə protikolundan görünür ki, Təqsirləndirilən şəxs2 yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 06.05.2019-cu il tarixli 434/2019 saylı tibbi müayinə protikolundan görünür ki, Təqsirləndirilən şəxs1 yüngül dərəcəli sərxoş olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.05.2019-cu il tarixli şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.05.2019-cu il tarixli şübhəli şəxsin tutulması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmiş, bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.05.2019-cu il tarixli 4(044/-47/2019 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddəyinə həbs qətimkan tədbiri seçilmiş Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 08.05.2019-cu il tarixli 4(044/-46/2019 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddəinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan10.05.2019-cu il tarixli 562 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, 1996-cı il təvəllüdlü X6 məhkəmə-tibbi eksertizasına və tibbi sənəddə yazılanlara əsasən, hadisə haqqında qərardad göstərilənləri nəzərər alaraq, ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq Ə.E.Əsədzadənin bədənində xəsarət aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.07.2019-cu il tarixli 4(044)-72/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 08.05.2019-cu il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan15.05.2019-cu il tarixli 589 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, 1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər–burun sümüyünün sınığı, burun nahiyəsinin əzniyi(qançır və şişkinliyi) və hər iki alt göz qapaqlarının qançırları-bərk küt əşyanın(əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.05.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan12.07.2019-cu il tarixli 948 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki,1988-ci il tarixli Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər –döş qəfəsinin sol tərəfində İV,V,Vİ,Vİİ qabırğaların yerdəyişməyən qapalı sınıqları, yuxarı və aşağı ətrafların, sinə, kürək nahiyyələrinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.05.2019-cu il tarixə uyğun gəlir. Ağırlıq dərəcələrinə görə a) döş qəfəsinin sol tərəfində İV,V,Vİ,Vİİ qabırğaların yerdəyişməyən qapalı sınıqları-sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid edilir b) yuxarı və aşağı ətrafların, sinə, kürək nahiyyələrinin qançırları isə-sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçünb dərəcələri təyin edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.01.2020-ci il tarixli T12/2020 saylı ekspert rəyindən görünür ki, 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs oğunda sol İV-Vİİ qabırğanın ön səthində yerləşdirilmiş qapalı sınığı, döş qəfəsinin ön səthinin, kürək nahiyəsinin, yuxarı və aşağı ətrafların qancırları olmuşdur. Qeyd edilən xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törədilmiş, yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 05.05.2019-cu il tarixə uyğun gəlir, dərəcəsinə görə sol İV-Vİİ qabırğaların sınıqları və döş qəfəsinin ön səthinin qancırı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, digər qançırlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilməmişdir. Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi kartda onun 06.05.2019-cu il tarixdə aparılmış baş-beyin kompyuter tomoqrafik müqayinəsi zamanı kəllə əsası sümüklərində hər hansı sınıq aşkar edilmədiyindən xəstənin ağzından onurğa beyin mayesi gəlməsi mümkün deyildir. Bu səbəbdən də Zərərçəkmiş şəxs tibbi kartasında qeyd edilən xəsarətlərlə məhkəmə tibbi ekspertiza zamanı aşkar edilənlər eynilik təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.08.2019-cu il tarixli 4(044)-85/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 06 avqust 2019-cu il tarixdən 01 (bir) ay, yəni 06.09.2019-cu il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03.08.2019-cu il tarixli 4(044)-84/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ev dustaqlığında saxlama müddəti 06 avqust 2019-cu il tarixdən 01 (bir) ay, yəni 06.09.2019-cu il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli 4(044)-89/2019 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi və ev dustaqlığında saxlama müddəti 06.09.2019-cu il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.09.2019-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vertmə haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06.09.2019-cu il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vertmə haqqında qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.09.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 13.03.2020-ci il tarixli 1380 saylı arayışdan görünr ki, Təqsirləndirilən şəxs1 X26 Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan13.03.2020-ci il tarixli 1381 saylı arayışdan görünr ki, Təqsirləndirilən şəxs2 X26 Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.03.2020-ci il tarixli 1892 saylı arayışdan görünr ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.03.2020-ci il tarixli 1891 saylı arayışdan görünr ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 13.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış 13.03.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26.03.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 könüllü olaraq gəlib özünü təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Səhiyyə İdarəsi tərəfindən verilmiş 01.06.2020-ci il tarixli 10 saylı arayışdan görünür ki, X2 şəhər Poliklinikasında, 20.04.2013-cü il tarixdən “Şəkərli diabet orta ağırlığında tip 2” diaqnozu ilə dispanser qeydiyyatında durur və mütəmadi olaraq şəkərsalıcı dərman pretparatları ilə təmin olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanserinin 08.09.2021-ci il tarixli 534 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qavrama pozğunluğu kəskin psixoproduktiv simptomatika (halüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmamış, özünü psixi xəstə hesab etmir, qeyd edir ki, əvvə psixiatriya müəssisələrində qeydiyyata durmamış və tibbi yardım üçün həkim psixiatra müraciət etməmişdir. Emosiyaları və Affektiv reaksiyaları nisbətən ləngdir. Düşdüyü vəziyyətə tənqidi münasibət bəsləmiş, ona qarşı törədilmiş əməlin qanunazidd əməl olduğunu başa düşsə də həmin əməli törətmiş şəxslərlə barışdığını bildirmişdir. İntellekti xronoloji yaşına və keçirdiyi həyat tərzinə uyğundur. Zərərçəkmiş şəxs hal-hazırkı psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruri olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.04.2022-ci il tarixli 1(044)-5/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilməsi və barələrində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18.04.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində tutularaq aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin 1-ci polis bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 18.04.2022-ci il tarixdə Gəncə şəhəri ərazisində tutularaq aidiyyəti üzrə Gəncə şəhər BPİ-nin 1-ci polis bölməsinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə bununla bağlı hər hansı bir mübahisə yaranarsa məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə baxışı zamanı işə əlavə edilmiş diskə baxış keçirilməsi zaman müəyyən olundu ki, Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətindən götürülmüş birinci görüntü cəmi 00:18:40 saniyədir və görüntüdə olan yer isə Gəncə şəhəri, Nizami Gəncəvi prospektində olan “Oksi baby” paltar mağazasının qarşısında yerləşir. Baxış zamanı birinci görüntünün ilkin dəqiqələrində ora toplaşan şəxslərdən biri Təqsirləndirilən şəxs1 digəri isə Təqsirləndirilən şəxs2 olduğu müəyyən edildi. Orada sözlə mübahisə etdiklərini, görüntünün 00:15:00 saniyəsində Kamranla, Zərərçəkmiş şəxs dava etdiyi, bundan sonra isə Arifin də Elşadı itələyib yerə yıxaraq döydüyü görünür. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şərh olunan cinayət əməlini törətməkdə təqsirli olmaları, özlərinin etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə onlara cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər haqqında tətbiq edilən cəza və ya digər cinayət - hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai - təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə əsasən cəza sosial ədalətin bərpası, məhkum islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslərin yeni cinayətlər törətməsini qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, CM-in Ümumi hissəsinin müddəları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti səmimi etiraf etməsi, zərərçəkmiş çəxslə barışması, subay olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinin sanksiyasında qeyd olunan cinayət əməli bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, Azərbaycan Respublikası CM-nin 221.2.1-ci mannəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 127.2.3 və 221.2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 06.05.2019-cu il tarixdən 21.08.2019-cu il tarixədək və 21.08.2019-cu il tarixdən 06.09.2019-cu il tarixədək cəmi 04 (dörd) ay müddətinə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 06.05.2019-cu il tarixdən 21.08.2019-cu il tarixədək və 21.08.2019-cu il tarixdən 06.09.2019-cu il tarixədək tutulduğu 04 (dörd) ay müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının başlanğıcı 18.04.2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti səmimi etiraf etməsi, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, cinayətin açılmasında fəal iştirak etməsini, özünün də xəsarət almasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, yeni ailə qurmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 məhz hansı növ cəza təyini məsələsini müzakirə edib, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, o, təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikası CM-nin 221.2.1-ci mannəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təyin olunan cəzanın növünü və həddini müəyyən edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alır və ona təqsirləndirildiyi Azərbaycan Repsublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan qanunla müəyyən edilmiş və kifayət edən həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxsə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbiri seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət (CPM-nin 158.2.1-ci maddəsi); ev dustaqlığında saxlanıldığı müddət (CPM-nin 158.2.2-ci maddəsi) daxildir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 06.05.2019-cu il tarixdən 03.07.2019-cu il tarixədək və 03.07.2019-cu il tarixdən 06.09.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı, həmçinin 18.04.2022-ci il tarixdən 27.04.2022-ci il tarixədək həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.3-cü maddəsinə əsasən cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlama müddəti CPM-nin 159-cu maddəsində nəzərdə tutulmuş həmin müddətlərin uzadılması halları istisna olmaqla, yuxarıda göstərilən müddətlərdən artıq ola bilməz. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlama saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 06.05.2019-cu il tarixdən 03.07.2019-cu il tarixədək və 03.07.2019-cu il tarixdən 06.09.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı, həmçinin 18.04.2022-ci il tarixdən 27.04.2022-ci il tarixədək həbsdə saxlandığı, cəmi 04 (dörd) ay 09 (doqquz) gün müddət, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, üzərində qəti olaraq 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün Təqsirləndirilən şəxs2 münasibətdə icrası yaşayış yeri üzrə Probasiya Şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3 və 221.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 03 (üç) ay müddətə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 06.05.2019-cu il tarixdən 21.08.2019-cu il tarixədək və 21.08.2019cu il tarixdən 06.09.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı cəmi 04 (dörd) ay müddət həbsdə saxlamanın bir günə azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəza çəkmə müddətinin başlanğıcı 18.04.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 06.05.2019-cu il tarixdən 03.07.2019-cu il tarixədək və 03.07.2019cu il tarixdən 06.09.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı, həmçinin 18.04.2022-ci il tarixdən 27.04.2022-ci il tarixədək həbsdə saxlandığı, cəmi 04 (dörd) ay 09 (doqquz) gün müddət, bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün Təqsirləndirilən şəxs2 münasibətdə icrası yaşayış yeri üzrə Probasiya Şöbəsinə tapşırılsın. Hökmdən elan olunduğu andan, həmçinin həbsdə olan Təqsirləndirilən şəxs1 hökmün surətinin verildiyi andan 20 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-5/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-5/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver