Məhkəmə qərarları › İş №1(044)-50/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-50/2022

27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-50/2022 27.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli və hiimayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 9, mənzil 14 ünvaında qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, ünvan 2ridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tamah məqsədi ilə təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib və saxlamışdır. Belə ki, o, tamah məqsədi ilə 21.03.2021-ci il tarixdə saat 17:30-da Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə açıq qapıdan qanunsuz daxil olub qapının qarşısındakı əlil arabasından sellofan torbalarda asılmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs məxsus 5 ədəd hər biri 4 manat olan 20 manat dəyərində ağ rəngli nazik “sobranie” markalı, 5 ədəd hər biri 4 manat olan 20 manat dəyərində nazik göy rəngli “sobranie” markalı, 10 ədəd hər biri 4 manat olan 40 manat dəyərində qalın “sobranie” markalı, 20 ədəd hər biri 3.70 manat olan 74 manat dəyərində nazik “kent-4” marakalı, 20 ədəd hər biri 3.70 manat olan 74 manat dəyərində nazik “kent- 1” marakalı, 5 ədəd hər biri 3.70 manat olan 18.50 manat dəyərində qalın “kent -8” markalı, 5 ədəd hər biri 3.70 manat olan 18.50 manat qalın “kent -4” maraklı, 20 ədəd hər biri 3.50 manat olan 70 manat dəyərində nazik boz “Winston” markalı, 20 ədəd hər biri 3.10 manat olan 62 manat dəyərində boz rəngli nazik “LD” markalı, 20 ədəd hər biri 2.60 manat olan 52 manat dəyərində boz rəngli nazik “Winchester” markalı, 5 ədəd hər biri 2.60 manat olan 13 manat dəyərində göy rəngli nazik “Winchester” markalı, 5 ədəd hər biri 2.60 manat olan 13 manat dəyərində boz rəngli nazik “Pall Mall” markalı, 20 ədəd hər biri 2.60 manat olan 52 manat dəyərində göy rəngli nazik “Pall Mall” markalı, 20 ədəd hər biri 2.60 manat olan 52 manat dəyərində mentol “Pall Mall” markalı, 50 ədəd hər biri 2.20 manat olan 110 manat dəyərində “Want” markalı, 60 ədəd hər biri 2.10 manat olan 126 manat dəyərində “Magna” markalı, Azərbaycan aksisli 45 ədəd hər biri 2.10 manat olan 94.50 manat dəyərində nazik “Viceroy” markalı, 5 ədəd hər biri 2.40 manat olan 12 manat dəyərində olan qalın “West” markalı, 5 ədəd hər biri 2.10 manat olan 10.50 manat dəyərində “Prima” markalı, 20 ədəd hər biri hər biri 9 manat olmaqla 180 manat dəyərində Russiya aksisli “Parliament” markalı, 10 ədəd hər biri 5 manat olan 50 manat dəyərində Russiya aksisli nazik “Kent-8” markalı, 10 ədəd hər biri 9 manat olan 90 manat dəyərində Russiya aksisli kampakt “Marlboro” markalı, 5 ədəd hər biri 10 manat olan 50 manat dəyərində İsveçrə istehsalı qara rəngli nazik “Marlboro” markalı, 5 ədəd hər biri 5 manat olan 25 manat dəyərində İsveçrə istehsalı qırmızı rəngli qalın “Marlboro” markalı, 20 ədəd hər biri 4 manat olan 80 manat dəyərində İsveçrə istehsalı nazik “kent-4” markalı, 60 ədəd hər biri 3 manat olan 180 manat dəyərində İsveçrə istehsalı olan ağ, qara və qırmızı rəngli “senator” markalı siqaretləri, ümumlikdə zərərçəkmiş şəxsin 1587 (min beş yüz səksən yeddi) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən tamah məqsədi ilə 22.03.2021-ci il tarixdə saat 08:30-da Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə açıq qapıdan qanunsuz daxil olub qapının qarşısındakı əlil arabasından sellofan torbalarda asılmış vəziyyətdə olan, Zərərçəkmiş şəxs məxsus 10 ədəd hər biri 3 manat olan 30 manat dəyərində mentol “LD” markalı, 20 ədəd hər biri 4 manat olan 80 manat dəyərində İsveçrə istehsalı nazik “kent-1” markalı, 20 ədəd hər biri 3 manat olan 60 manat dəyərində İsveçrə istehsalı olan ağ, qara və qırmızı rəngli “senator” markalı, 10 ədəd hər biri 3 manat olan 30 manat dəyərində İran aksisli qalın “kent-4” markalı, 20 ədəd hər biri 2.50 manat olan 50 manat dəyərində İran aksisli nazik “kent-4” markalı, 20 ədəd hər biri 2.50 manat olan 50 manat dəyərində İran aksisli göy və boz rəngli “Winston” markalı, 10 ədəd hər biri 2.50 manat olan 25 manat dəyərində İsveçrə aksisli “Cavallo” markalı, 10 ədəd hər biri 2.50 manat olan 25 manat dəyərində olan İsveçrə aksisli “milano” markalı, 20 ədəd hər biri 2 manat olan 40 manat dəyərində İsveçrə aksisli “king” markalı, 5 ədəd hər biri 2 manat olan 10 manat dəyərində İsveçrə istehsalı “king” markalı, 20 ədəd hər biri 2 manat olan 40 manat dəyərində ağ qara rəngli İsveçrə istehsalı olan “Platinum” markalı, 10 ədəd hər biri 2 manat olan 20 manat dəyərində İsveçrə aksisli “Manchestr” markalı siqaretləri, həmçinin ümumilikdə 100 manat məbləğində müxtəlif markalı siqaretləri, ümumlikdə zərərçəkmiş şəxsin 560 (beş yüz altmış) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, istintaqa məlum olmayan vaxt və şəxsi istehlak miqdarından artıq miqdarda - yəni, ümumi təmiz çəkisi 0,488 qram çəkidə narkotik vasitə -heroini qanunsuz olaraq əldə edib üzərində daşyaraq saxlamış, barəsində qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi, üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPB-nə daxil olmuş məlumat əsasında 13 iyul 2021-ci il tarixdə saat 16:30-da Gəncə şəhər Nizami RPB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2 nömrəli tam orta məktəbin yaxınlığında saxlanılaraq Nizami RPB-nə gətirilmiş və üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın ön sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,488 qram şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitəheroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəli olmaqla, himayəsində iki azyaşlı uşağı, həyat yoldaşı və İ Qarabağ müharibəsi əlili olan atası var və onlar birlikdə yaşayır. Həbs edilən ərəfədə heç bir yerdə işləməmişdir. 2021-ci ilin fevral ayının axırlarında Gəncə şəhəri, X12 prospektində yerləşən “Azərbaycan” inşaat materialları mağazasından tikinti materialları alarkən yaxınlıqda əlil arabasında xarici və yerli istehsal olan müxtəlif markalı siqaretlər satan, adını sonradan bildiyi Həsən adlı şəxsdən özü üçün bir ədəd “Vinçester” markalı siqaret almışdır. Həmin vaxt o, Həsənin arabasındakı siqaretlərə fikir verərkən Həsənin başqa digər xarici istehsalı olan bahalı siqaretlər satmasını görmüş və həmin vaxt maddi imkansızlıq səbəbindənı həmin Həsən adlı şəxsdə olan siqaretləri oğurlayaraq satıb pul əldə etmək qərarına gəlmiş və bu məqsədlə Həsəni izləyib onun ünvan 4 ünvanda yaşamasını dəqiqləşdirmişdir. 21 mart 2021-ci il tarixdə, saat 17 radələrində tək Həsənin yaşadığı ünvan 4 ünvanda yerləşən evin yaxınlığına gəlmiş və darvazanın açıq qapısından həyətyanı sahəyə daxil olmuşdur. Darvazanın qarşısında həyətyanı sahədə dayanmış arabaya yaxınlaşıb əlil arabasının sağ və sol yan hissəsində sellofon torbalarda asılmış vəziyyətdə, içərisində siqaretlər olan 3 ədəd sellofon torbanı götürüb dərhal oradan çıxıb getmişdir. Siqaretləri götürərkən heç kəslə rastlaşmamış və bunu heç kəs görməmişdir. O, oradan piyada Gəncə şəhəri “Tekstilni” deyilən yer istiqamətinə doğru hərəkət edib oradan tanımadığı taksi avtomobili ilə yaşadığı evə getmişdir. Sellofon torbaları yaşadığı mənzilin ona məxsus otağında açaraq orada içərisində xarici istehsal olan “Senator”, “Kent”, “Pralament” “Vant”, “Viseroy” və digər xatırlamadığı siqaretlərin olmasını görmüşdür. “Parlament” markalı siqaretdən özü üçün götürüb qalanlarını otağında olan paltar dolabına qoymuşdur. Həmin gecə o, yenə də əlavə olaraq oradan siqaret oğurlamaq qərarına gəlmiş və bu məqsədlə 22 mart 2021-ci il tarixdə, saat 09 radələrində tanımadığı şəxsin idarə etdiyi ağ rəngli VAZ- 2107 markalı taksi avtomobil ilə Həsənin yaşadığı ünvan 4 ünvanda yerləşən evin yaxınlığına gəlmişdir. Həmin taksi avtomobilinin sürücüsünə qohumunun evinə getdiyini, tez qayıdacağını bildirib avtomobili həmin ünvanın yaxılığında döngədə saxlayıb onu gözləməsin xahiş etmişdir. O, avtomobildən döngədə düşərək Həsənin evinin qarşısında gəlmiş və həmin evin darvazasının açıq qapısından həyətyanı sahəyə daxil olmuşdur. Yenə həyətyanı sahədə dayanmış əlil arabasının sağ və sol yan hissəsində sellofon torbalarda asılmış 2 ədəd sellofon torbada olan müxtəlif markalı siqaretləri götürüb dərhal oradan çıxıb getmişdir. Siqaretləri götürərkən heç kəslə rastlaşmamış və bunu heç kəs görməmişdir. Oradan hərəkət edib həmin taksi avtomobilinə əyləşib evə gəlmişdir. Həmin siqaretləri də əvvəl olduğu kimi paltar dolabının içərisinə qoymuşdur. Həmin sellofon torbanın da içərisində xarici istehsal olan “Senator”, “Kent”, “Parlament” “Vant”, “Viseroy”, həmçinin, yerli istehsal olan “LD”, Kent və digər xatırlamadığı siqaretlərin olmasını görmüşdür. Həmin siqaretlərdən, bir hissəsini tanışı Gəncə şəhəri Poçt qəsəbəsində yaşayan Elçin adlı şəxsə 23 mart 2021-ci il tarixdə vermiş, oğurladığı qalan siqaretlər isə özündə qalmış və həmin siqaretləri polis tərəfindən saxlanılarkən polisə təqdim etmişdir. O, Həsən Həsənpurun evindən iki dəfə siqaret oğurlamış lakin siqaretlərin hansı məbləğdə olmasını bilməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, bəzən əsəblərini sakitləşdirmək üçün narkotik vasitədən istifadə etmişdir. 13 iyul 2021-ci il tarixdə səhər saatlarında işlərinin dalınca gedərkən Gəncə şəhəri, 2 nömrəli orta məktəbin yanından yerdən bir ədəd bükümdə narkotik vasitə olan heroin tapmışdır. İçərisində narkotik vasitə olan həmin bükülünü üstündə saxlamışdır ki, lazım olanda özü istifadə etsin. Həmin günü, yəni, 13.07.2021-ci il tarixdə saat 16:30-da Gəncə şəhəri, 2 nömrəli məktəbin yaxınlığında olarkən bir neçə nəfər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını və narkotik vasitələri istifadə etməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu Nizami RPB-nə dəvət etmişlər. O artıq cinayət əməlinin ifşa olunduğunu başa düşüb onlarla razılaşmış və Nizami rayon polis bölməsinə gətirilmişdir. Şübhəli şəxs qismində tutularaq müdafiə hüquqları təmin edilməklə müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış aparılarkən üzərindən müxtəlif şəxsi əşyaları aşkar edilərək götürülsə də, əynində olan qara rəngli cins şalvarın qabaq sağ yan cibindən içərisində narkotik vasitə olan bükü, həmçinin narkotik vasitəni istifadə etmək üçün şpiris aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükümü məktəbin yanından tapdığını, özü istifadə etmək üçün saxladığını, həmin kütlənin narkotik vasitə olmasını bildiyini bildirmişdir. Üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq möhürlənmişdir. Narkotik vasitənin satışı ilə məşğul olmamış, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində gəzdirmişdir. O, əldə etdiyi narkotik vasitə olan heroindən heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmiş, belə bir məqsədi də olmamışdır. Onun narkotik vasitə olan heroini əldə etməsindən, saxlamasından və istifadə etməsindən heç kəsin, o cümlədən ailə üzvlərinin də xəbərləri olmamışdır.Törətdiyi əməldən peşman olmaqla, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, onunla barışıq əldə etməsini, həmçinin ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşaq və İ Qarabağ müharibəsi əlili olan atası olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş və ifadəsi məhkəmə iclası zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsindən görünür ki, əlil olmaqla, əlil arabasında hərəkət edir. Gəncə şəhəri, X12 prospektində yerləşən «Azərbaycan» inşaat materialları mağazasının yaxınlığında əlil arabasında xarici və yerli istehsal olan müxtəlif markalı siqaretlər satır. Xarici istehsal olan siqaretləri isə o, Qazax rayonundan sərhəddi keçən Azərbaycan, Türkiyə və Gürcüstan Respublikalarına məxsus “Tır” markalı yük avtomobillərinin sürücülərindən alır. Onlar da sərhəddə olan “dutyfre” mağazalarından icazə verilən sayda siqaret alıb sərhəddi keçirdirlər. O da, siqaretləri onlardan alıb pərakəndə şəkildə əlil arabası ilə satır. Novruz bayramı ilə əlaqədar siqaret satmağa getməmiş və 20 mart 2021-ci il tarixdə ünvan 5 ünvanda yerləşən evində olmuşdur. Əlil arabasını isə yaşadığı evin həyətində saxlamışdır. Siqaretlərin isə bir qismi sellofon torbalarda əlil arabasının yan tərəfindən asılmış vəziyyətdə, digər qismi isə arabanın içərisində olmuşdur. 21.03.2021-ci il tarixdə saat 22 radələrində o, arabasına baxan zaman həmin gün təxminən saat 18 radələrində naməlum şəxsin yaşadığı ünvan 6 ünvanda yerləşən evin darvazasının kilidli olmayan qapısından həyətyanı sahəyə qanunsuz daxil olmaqla oradan onun əlil arabasında olan 1500 (min beş yüz) manat dəyərində müxtəlif markalı siqaretləri gizli yolla oğurlamasını bilmiş və bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. Lakin o, polislərə telefonda 22.03.2021-ci il tarixdə Kəpəz RPİ-nə gedib ərizə ilə müraciət edəcəyini demişdir. 22.03.2021-ci il tarixdə isə o, saat 10 radələrində həyətə çıxan zaman həmin əlil arabasından yenə də 550 (beş yüz əlli) manat dəyərində müxtəlif markalı siqaretlərin oğurlandığını bilmiş və 22.03.2021-ci il tarixdə hər iki hadisə barədə Kəpəz RPİ-nə gedib ərizə ilə müraciət etmişdir. 21.03.2021-ci il tarixdə baş vermiş hadisə vaxtı ona məxsus 5 ədəd hər biri 4 manat olan 20 manat dəyərində ağ rəngli nazik “sobranie” markalı, 5 ədəd hər biri hər biri 4 manat olan 20 manat dəyərində nazik göy rəngli “sobranie” markalı, 10 ədəd hər biri 4 manat olan 40 manat dəyərində qalın “sobranie” markalı, 20 ədəd hər biri 3.70 manat olan 74 manat dəyərində nazik “kent-4” marakalı, 20 ədəd hər biri 3.70 manat olan 74 manat dəyərində nazik “kent-1” marakalı, 5 ədəd hər biri 3.70 manat olan 18.50 manat dəyərində qalın “kent -8” markalı, 5 ədəd hər biri 3.70 manat olan 18.50 manat qalın “kent -4” maraklı, 20 ədəd hər biri 3.50 manat olan 70 manat dəyərində nazik boz “Winston” markalı, 20 ədəd hər biri 3.10 manat olan 62 manat dəyərində boz rəngli nazik “LD” markalı, 20 ədəd hər biri 2.60 manat olan 52 manat dəyərində boz rəngli nazik “Winchester” markalı, 5 ədəd hər biri 2.60 manat olan 13 manat dəyərində göy rəngli nazik “Winchester” markalı, 5 ədəd hər biri 2.60 manat olan 13 manat dəyərində boz rəngli nazik “Pall Mall” markalı, 20 ədəd hər biri 2.60 manat olan 52 manat dəyərində göy rəngli nazik “Pall Mall” markalı, 20 ədəd hər biri 2.60 manat olan 52 manat dəyərində mentol “Pall Mall” markalı, 50 ədəd hər biri 2.20 manat olan 110 manat dəyərində “Want” markalı, 60 ədəd hər biri 2.10 manat olan 126 manat dəyərində “Magna” markalı, Azərbaycan aksisli 45 ədəd hər biri 2.10 manat olan 94.50 manat dəyərində nazik “Viceroy” markalı, 5 ədəd hər biri 2.40 manat olan 12 manat dəyərində olan qalın “West” markalı, 5 ədəd hər biri 2.10 manat olan 10.50 manat dəyərində “Prima” markalı, 20 ədəd hər biri hər biri 9 manat olmaqla 180 manat dəyərində Russiya aksisli “Parliament” markalı, 10 ədəd hər biri 5 manat olan 50 manat dəyərində Russiya aksisli nazik “Kent-8” markalı, 10 ədəd hər biri 9 manat olan 90 manat dəyərində Russiya aksisli kampakt “Marlboro” markalı, 5 ədəd hər biri 10 manat olan 50 manat dəyərində İsveçrə istehsalı qara rəngli nazik “Marlboro” markalı, 5 ədəd hər biri 5 manat olan 25 manat dəyərində İsveçrə istehsalı qırmızı rəngli qalın “Marlboro” markalı, 20 ədəd hər biri 4 manat olan 80 manat dəyərində İsveçrə istehsalı nazik “kent-4” markalı, 60 ədəd hər biri 3 manat olan 180 manat dəyərində İsveçrə istehsalı olan ağ, qara və qırmızı rəngli “senator” markalı siqaretlər oğurlanmışdır ki, həmin vaxt ona 1587 manat məbləğində maddi ziyan dəymişdir. Bundan əlavə 22.03.2021-ci il tarixdə baş vermiş oğurluq nəticəsində ona məxsus 10 ədəd hər biri 3 manat olan 30 manat dəyərində mentol “LD” markalı, 20 ədəd hər biri 4 manat olan 80 manat dəyərində İsveçrə istehsalı nazik “kent-1” markalı, 20 ədəd hər biri 3 manat olan 60 manat dəyərində İsveçrə istehsalı olan ağ, qara və qırmızı rəngli “senator” markalı, 10 ədəd hər biri 3 manat olan 30 manat dəyərində İran aksisli qalın “kent-4” markalı, 20 ədəd hər biri 2.50 manat olan 50 manat dəyərində İran aksisli nazik “kent-4” markalı, 20 ədəd hər biri 2.50 manat olan 50 manat dəyərində İran aksisli göy və boz rəngli “Winston” markalı, 10 ədəd hər biri 2.50 manat olan 25 manat dəyərində İsveçrə aksisli “Cavallo” markalı, 10 ədəd hər biri 2.50 manat olan 25 manat dəyərində olan İsveçrə aksisli “milano” markalı, 20 ədəd hər biri 2 manat olan 40 manat dəyərində İsveçrə aksisli “king” markalı, 5 ədəd hər biri 2 manat olan 10 manat dəyərində İsveçrə istehsalı “king” markalı, 20 ədəd hər biri 2 manat olan 40 manat dəyərində ağ qara rəngli İsveçrə istehsalı olan “Platinum” markalı, 10 ədəd hər biri 2 manat olan 20 manat dəyərində İsveçrə aksisli “Manchestr” markalı siqaretlər və ümumilikdə 100 manat məbləğində markasını xatırlamadığı müxtəlif növ siqaretlər oğurlanmışdır ki, həmin vaxt ona 560 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiiş ərizənin surətindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanın tam şəkildə ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami RPB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13.07.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxsnun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə bölmənin əməkdaşı, yəni, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyataxtarış tədbirləri keçirməyə başlamışlar və saat 16:30-da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi 2 nömrəli orta məktəbin yaxınlığında müəyyən edilmişdir. Onlar Hümbəti dərhal saxlamış və özlərini təqdim etdikdən sonra Hüməbət narkotik vasitələri qanunsuz olaraq saxlamaqda və istifadə etməkə şübhəli olduğunu bildirərək onlarla birlikdə Nizami RPB-nə gəlməsini xahiş etmişlər. Onlar Təqsirləndirilən şəxs ilə birlikdə Nizami RPB-nə gəlmiş və bölmədə Hümbətə şübhəli şəxs qismində saxlanılması ilə bağlı hüquq və vəzifələrini izah etdikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və Cəfər Hacıyev adlı vəkilin Hümbətin müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş büküm və bir ədəd şpiris şkar edilmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində qəhvəyi rəngli toz şəklində narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin kütləni tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzrəinə baxış zamanı başqa heç bir cinayət xarakterli əşya aşkar edilməmiş və üzərindən aşkar edilmiş kütlə tərəzidə çəkilmiş və şpirislə birlikdə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir.Araşdırma zamanı həmin şəxsin eyni zamanda bir müddət əvvəl oğurluq cinayəti törətməsidə məlum olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Şahid1la ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər sakini olan Təqsirləndirilən şəxs ilə aralarında tanışlıq münasibəti vardır. 22 mart 2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri X8 yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşərkən Hümbət ona 2 qutu “Senator” markalı, 1 qutu “Kent” qara rəngli nazik markalı və içərisində yarımçıq sayda siqaret dənələri olan göy rəngli “MARLBORO” siqaretləri hədiyyə vermiş və bildirmişdir ki, hansısa tanış şəxsin ona pul borcu olmuş və həmin borcun müqabilində ona siqaretlər vermiş və o da, həmin siqaretləri satmaq istəyir. O, Hümbətə siqaretlərdən almaq istədiyini bildirmişdir. 23 mart 2021-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri Tağı Arani küçəsində yerləşən “Əminə Supermarket”-in yaxınılığında Təqsirləndirilən şəxs ilə görüşmüş və Hümbət ona həmin vaxt 10 ədəd «Kent» 4 nazik markalı siqaretlər, 10 ədəd “Vinston” nazik qara rəngli siqaret qutuları, dəqiq sayını bilmədiyi qırmızı və göy rəngli “Senator”, göy rəngli “MARLBORO”, “PLATİNUM” markalı siqaretləri cəmi 40 (qırx) manata satmışdır. Hümbətin ona pay kimi verdiyi həmin siqaretləri özü çəkmiş, 40 manata satdığı siqaretlərdən istifadə etmiş və yalnız 06 (altı) ədəd qara rəngli nazik üzərində fars və ya ərəb sözləri yazılmış “WİNSTON” markalı siqaret qutuları, 01 (bir) ədəd qara rəngli nazik üzərində fars və ya ərəb sözləri yazılmış “KENT” mentol markalı siqaret qutusu və 02 (iki) ədəd qara və baş hissəsində göy rəngli nazik üzərində fars və ya ərəb sözləri yazılmış “KENT” markalı cəmi 09 ədəd siqaret qutuları onda qalmışdır. Həmin siqaretləri saxlamış və ilkin araşdırma zamanı polisə təqdim etmişdir. O, sonradan eşidib bilmişdir ki, Hümbət həmin siqaretləri oğurlamışdır. Hümbətdən siqaretləri alarkən həmin siqaretlərin oğurluq olduğunu bilməmiş və Hümbət həmin siqaretləri borcunun əvəzinə aldığını ona demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs içərisində müxtəlif markalı siqaretlər olan bir ədəd göy rəngli sellofon torba təqdim etmişdir. Həmin sellofon torbanın içərisindən 15 (on beş) ədəd boz rəngli “Kinq” markalı siqaret qutuları, 06 (altı) ədəd göy rəngli “Senator” markalı siqaret qutuları, 14 (on dörd) ədəd ağ rəngli “Senator” markalı siqaret qutuları, 20 (iyirmi) ədəd göy rəngli “KİNG” markalı siqaret qutuları, 04 (dörd) ədəd boz rəngli “PLATİNUM” markalı siqaret qutuları, 01 (bir) ədəd qara rəngli nazik “MARLBORO” markalı siqaret qutuları, 01 (bir) ədəd boz rəngli “KENT” markalı siraet qutusu, 01 (bir) ədəd qara rəngli “VİNSTON” markalı siqaret qutusu, 02 (iki) ədəd “CAVALLO” markalı qara rəngli siqaret qutusu, 01 (bir) ədəd “CAVALLO” markalı ağ rəngli siqaret qutusu, 01 (bir) ədəd “MİLANO” markalı siqaret qutusu, 01 (bir) ədəd “PARLAMENT” markalı siqaret qutusu aşkar edilmişdir. Bundan başqa həmin sellofon torbadan içrisi boş “KENT” və “CORSET” markalı siqaret qutuları aşkar edildi. Təqdim edilən siqaret qutuları həmin göy rəngli sellofon torbada qablaşdırılaraq möhürlənib götürülərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27 mart 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bundan əlavə ilkin araşdırma zamanı Şahid3 içərisində müxtəlif markalı siqaretlər olan bir ədəd qırmızı rəngli üzərində müxtəlif reklam şəkilləri olan sellofon torba təqdim etmiş və həmin siqaretləri Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin sellofon torbanın içərisindən 06 (altı) ədəd qara rəngli nazik üzərində fars və ya ərəb sözləri yazılmış “WİNSTON” markalı siqaret qutuları, 01 (bir) ədəd qara rəngli nazik üzərində fars və ya ərəb sözləri yazılmış “KENT” mentol markalı siqaret qutusu, 02 (iki) ədəd qara və baş hissəsində göy rəngli nazik üzərində fars və ya ərəb sözləri yazılmış “KENT” markalı siqaret qutusu, həmçinin içərisi boş 2 ədəd “KENT” və “WİNSTON” markalı siqaret qutuları aşkar edildi. Təqdim edilən siqaret qutuları həmin göy rəngli sellofon torbada qablaşdırılaraq möhürlənib götürülərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09 aprel 2021-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs və Şahid3 təqdim etdikləri siqaretlər Zərərçəkmiş şəxs ayrı-ayrılıqda tanınmaya təqdim olunmuş, Zərərçəkmiş şəxs təqdim edilən əşyaları nəzərdən keçirib iş üzrə Təqsirləndirilən şəxs və Şahid3 təqdim etdikləri siqaretləri göstərərək rənginə və markasına görə həmin siqaretlərin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 mart 2021-ci il tarixli hadisə yerinə baxış keçrilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ünvan 4 ünvanda yerləşən evində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 15 iyul 2021-ci il tarixli, 9/4869 nömrəli rəyindən görünür ki, 2021-ci ilin mart ayına 1 ədəd siqaretin orta bazar dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: - ağ rəngli və göy rəngli nazik “Sobranie” markalı siqaret 3,90 manat, - qalın “Sobranie” markalı siqaret 3,90 manat, - nazik “Kent-4” marakalı, nazik “Kent-1” marakalı, qalın “Kent -8” markalı siqaret, qalın “Kent -4” maraklı siqaret 3,60 manat, - nazik boz “Winston” markalı siqaret 3,40 manat, - boz rəngli nazik “LD” markalı siqaret 2,80 manat, - boz rəngli və göy rəngli nazik “Winchester” markalı siqaret 2,50 manat, - boz rəngli və göy rəngli nazik “Pall Mall” markalı siqaret 2,50 manat, - mentol “Pall Mall” markalı siqaret 2,50 manat, - “Want” markalı siqaret 2,20 manat, - “Magna” markalı siqaret 2,10 manat, - nazik “Viceroy” markalı siqaret 2,10 manat, - qalın “West” markalı siqaret 2,40 manat, - “Prima” markalı siqaret 2,10 manat, - Russiya aksisli “Parliament” markalı siqaret 8,00 manat, - Russiya aksisli nazik “Kent-8” markalı siqaret 4,50 manat, - Russiya aksisli kompakt “Marlboro” markalı siqaret 8,50 manat, - İsveçrə istehsalı olan qara rəngli nazik “Marlboro” markalı siqaret 9,00 manat, - İsveçrə istehsalı olan qırmızı rəngli qalın “Marlboro” markalı siqaret 6,50 manat, - İsveçrə istehsalı olan nazik “Kent-4” markalı siqaret 5,00 manat, - İsveçrə istehsalı olan ağ, qara və qırmızı rəngli “Senator” markalı siqaret 3,00 manat, - mentol “LD” markalı siqaret 2,80 manat, - İsveçrə istehsalı olan nazik “Kent-1” markalı siqaret 5,00 manat, - İran aksisli qalın “Kent-4” markalı siqaret 3,20 manat, - İran aksisli nazik “kent-4” markalı siqaret 3,20 manat, - İran aksisli göy rəngli və boz rəngli “Winston” markalı siqaret 2,80 manat, - İsveçrə aksisli “Cavallo” markalı siqaret 2,50 manat, - İsveçrə aksisli “Milano” markalı siqaret 2,50 manat, - İsveçrə aksisli “King” markalı siqaret 2,30 manat, - İsveçrə istehsalı olan ağ rəngli və qara rəngli “Platinum” markalı siqaret 2,40 manat, - İsveçrə aksisli “Manchestr” markalı siqaret 2,30 manat. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 14 iyul 2021-ci il tarixli 697 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş ...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,488 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. - Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. - tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd şpiris” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd istifadə olunmuş, içərisində tünd-qəhvəyi rəngli izlər olan, 2 ml-lik birdəfəlik şpirisdə heroin izləri vardır, heroin iz şəklində olduğundan heroinin quru maddəsinin çəkisini müəyyən etmək mümkün olmadı. - Tədqiqata təqdim edilmiş şpirisdəki heroin iz şəklində olduğundan təqdim olunmuş heroinlə eynilik tədqiqatı aparmaq mümkün deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07.09.2021-ci il tarixli 1045 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən suiistifadə nəticəsin dayaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12 avustq 2021-ci il tarixli video görüntüyə baxış keçirlməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın ön sağ yan cibindən bir ədəd gümüşü kağıza bükülmüş büküm və bir ədəd şpiris aşkar edilir. Həmin bükülü açılır içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar edilir. Sorğu zamanı Hüməbt Axundov həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin kütləni tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Hüməbt Axundovun üzərindən aşkar edilmiş kütlələr tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlasınlamsı haqqında protokoldan görünür ki, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin tapdığı vaxtı və yeri göstərsə də, həmin hal məhz iş üzrə təqsirləndirilən şəxs tərəfindən istintaqa verildiyindən mötəbər sübut kimi qəbul edilməməli və onun narkotik vasitəni əldə etmə mənbəsi və vaxtı istintaqa məlum olmayan vaxt və mənbə kimi qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.07.2021-ci il tarixli, 2655 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.07.2021-ci il tarixli, 1448 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20.12.2012-ci il təvəllüdlü X2 adlı və 30.01.2014-cü il təvəllüdlü X3 adlı övladları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Qarabağ müharibəsi əlillər, veteranlar və şəhid ailələri ictmai Birliyi tərəfindən verilmiş 011387 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X4 İİ qrup İ Qarabağ müharibəsi əlilidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.09.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi” qərarından görünür ki, Şahid3 əməlində CM-nin 194-cü maddəsinn tərkibi yaranmadığından barəsində cinayət işnin başlanması rədd edilmiş,həmin xüsusat üzrə cinayət işinin istintaq materiallarının ona aid hissələrindən material ayrılmış və müəyyən edilmiiş qaydada qeydyyata alınaraq Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,388 qram olan heroin və bir ədəd şpris iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanca verilmişdir. İlkin araşdırma zamanı əldə edilərək götürülmüş və zərərçəkmiş şəxsə məxsus oğurlanmış siqaretlər iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, zərəçəkmiş şəxs, təqsirləndirilən şəxs və müdafiəçisi cinayət işinin materialları və maddi sübutlarla tanış olduqdan sonra sahibinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən baxış zamanı istifadə edilmiş video çəkilişin 1 ədəd diski iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və işə əlavə edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də, Təqsirləndirilən şəxs həmin maddələrlə təqsirli bilinərək ona cəza təyin edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.03.2005-ci il tarixli, 1 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, “Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutların məcmusu ilə, həmçinin təqsirləndirilən şəxsin özünün ifadəsi ilə də təsdiq edilmişdir ki, tamah məqsədi ilə təkrarən, yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmiş, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib və saxlamışdır. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş siyahıdan görünür ki, heroin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qramadək müəyyənləşdirilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidlərin və təqsirləndirilən şəxsin özünün ifadəsi ilə və cinayət işinin məhkəmə araşdırması zamanı tədqiq edilmiş digər mötəbər və təkzibedilməz sübutlarla tam təsdiq edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını (CM-59.1.12, 59.1.13), Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olması, eləcə də Təqsirləndirilən şəxs atası Qabil Axundovun İ-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla İİ qrup əlil ollmasını və oğunun himayəsində olmasını nəzərə alıb göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə də, məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarların şəxsiyyətini, həmçinin oğurluq cinayətinə münasibətdə təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, eləcə də Təqsirləndirilən şəxs atası Qabil Axundovun İ Qarabağ müharibəsinin iştirakçısı olmaqla İ qrup əlil olmasını onun himayəsində olmasını həmçinin təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını, eyni zamanda təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin təqsirləndirildiyi maddələri üzrə cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti cəza təyin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 27 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 mart 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması” haqqında 13 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 iyul 2021-ci il tarixdə müvəqqəti saxlama yerindən azad edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsndə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs 23.01.2022-ci il tarixdə istintaq təcridxanasına daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şübəhli şəxsin tutma protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22.01.2022-ci il tarixdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır.http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_11.htm Belə olan halda məhkəmə hesab edir ki, ayrı-ayrı cinayət işləri üzrə Təqsirləndirilən şəxs iki dəfə hər dəfə 2(iki) gün olmaqla şübhəli şəxs qismində saxlandığı ümumilikdə 4 (dörd) gün müddət həmçinin təqsirləndirilən şəxsin 22.01.2022-ci il tarixdən hökm çıxarılan hazırki günə yəni, 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı 03 (üç) ay 05 (beş) gün müddət nəzərə alınmaqla ümumilikdə 03(üç) ay 09 (doqquz gün müddət ona qəti təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilməldir və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməldir. Təqsirləndirilən şəxs barəsində seçiləcək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli, onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə maddi sübutlar Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,388 qram olan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin zərərçəkmiş şəxsə məxsus müxtəlif markalı siqaretlərin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 sentyabr 2021-ci il tarixli, 1045 nömrəli rəyini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə ekspertizasının keçirilməsinə xərclənmiş 82,40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün or dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər biri üçün 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 mart 2021-ci il tarixdən 29 mart 2021-ci il tarixədək, eləcə də 13 iyul 2021-ci il tarixdən 15 iyul 2021-ci il tarixədək, yəni 04 (dörd) gün, eləcə də 22.01.2022ci il tarixdən 27 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddət, yəni ümumi 03 (üç) ay 09 (doqquz) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 06 (altı) ay 18 (on səkkiz) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhər ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli, onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtan hesablansın. Təqsirləndirilən şəxs cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 82,40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İşi üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,388 qram olan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həmçinin zərərçəkmiş şəxsə məxsus siqaretlər sahibinə qaytarılması nəzərə alınsın, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntüləri özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. Hökmdən elan olunduğu vaxtdan, təqsirləndirilən şəxslərə isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar