Məhkəmə qərarları › İş №1(044)-51/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-51/2020

20.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-51/2020 20.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyev Nicat Şirzad oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində yaşadığı Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 121 ünvanında yerləşən və birinci mərtəbəsi Zərərçəkmiş şəxs məxsus evin yataq otağının pəncərə şüşəsini sındırıb cəftəsini əli ilə açdıqdan sonra həmin pəncərədən qanunsuz olaraq içəri daxil olub yataq otağında olan 50 (əlli) manat dəyərində 1 ədəd “Mose” markalı saçkəsən avadanlığı, paltar dolabının içərisində olan pulqabıdan 800 manat nağd pulu və qonaq otağında divardan asılı vəziyyətdə olan 1500 manat dəyərində, qara rəngli, istifadə edilmiş, lakin saz vəziyyətdə olan 108 diaqonallı, “HOFFMANN” markalı, 43E3400 modelli televizoru, ümumilikdə isə zərərçəkmiş şəxsin 2350 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləriylə birlikdə yaşayır və heç bir yerdə işləmir. Qoşqarov Şöhrət Yaşar oğlu onun əmisi, Zərərçəkmiş şəxs isə əmisi Şöhrətin arvadıdır. Zərərçəkmiş şəxs ilə onların evi bir həyətdə olmağına baxmayaraq, onlar ayı-ayrı evlərdə yaşayırlar. Belə ki, həyətdə olan iki mərtəbəli evin birinci mərtəbəsi Nargiləyə, ikinci mərtəbəsi isə onlara məxsusdur. Zərərçəkmiş şəxs həmin evdə ara-sıra yaşayır, çox vaxt Bakı şəhərindəəmisi Şöhrətin yanında qalır. Nargilə evdə olmadığı müddətdə isə evin qapı və pəncərələri bağlı olur, Nargilənin özündən başqa heç kimin həmin evə daxil olmağa nə haqqı, nə də texniki imkanı olur. O, xx.xx.2020-ci il tarixdə, saat 13 radələrində, Nargilə evdə olmadığı müddətdə pula ehtiyacı olduğu üçün oğurluq etmək məqsədilə Nargilənin yaşadığı evin yataq otağının plastik pəncərəsini həyətdən götürdüyü daş parçası ilə sındırıb oradan yataq otağına daxil olmuş, bundan sonra isə evin qonaq otağına keçib orada divardan asılı vəziyyətdə olan 1 ədəd qara rəngli, “HOFFMANN” markalı plazma televizoru yerindən söküb həmin otaqda olan qutusuna qoymuş və qutu ilə birlikdə televizoru oğurlayıb özüylə apararaq yaşadığı evin birinci mərtəbəsində yardımçı otaqda gizlətmişdir. Həmin vaxt yaşadığı evdə ailə üzvlərindən heç kim olmadığından oğurluğu rahatlıqla etmiş və heç kim bunu bilməmişdir. O, həmin televizoru satacaqmış, lakin daha sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etdiyini və polis əməkdaşlarının həmin şikayətlə bağlı yaşadığı evə gəldiyini öyrəndiyi üçün televizoru sata bilməmişdir. Belə ki, o, həmin vaxt yaşadığı evdə deyilmiş və atası Ayət ona zəng edib belə bir məsələnin olubolmadığını soruşduqda qorxduğu üçün televizoru oğurladığını və onun yerini atasına bildirmişdir. Daha sonra isə yaşadığı evə gəlib televizoru polis əməkdaşlarına təqdim etmişdir. O, qeyd edilən televizoru satıb pul əldə etmək məqsədilə ələ keçirmiş, lakin fürsət olmadığı üçün sata bilməmişdir. O, Zərərçəkmiş şəxs məxsus televizor ilə yanaşı 800 manat pul və saçkəsən avadanlıq aparatını da oğurlamışdır. Bundan başqa, o, həmin oğurluğu tək etmiş, Şəhabət adlı qadın həmin oğurluqda iştirak etməmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsa elan edilmiş CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında son üç ayadək əri Şöhrətlə birlikdə yaşamış, üç ay əvvəl isə oradan çıxıb Bakı şəhərinə getmişdir. Hal-hazırda Bakı şəhərində müvəqqəti yaşayır. Təqsirləndirilən şəxs onun qaynının oğludur. Belə ki, onun yaşadığı evin həyətində qaynı Ayətin də evi yerləşir. Onların evləri ayrı olsa da, həyətləri birdir. Əvvəllər onların arasında bir neçə dəfə şəxsi münasibətlər zəminində mübahisələri olmuşdur. O, hər ay iki-üç dəfə yaşadığı evə gəlib baş çəkib evinə nəzarət edir. xx.xx.2020-ci il tarixdə, saat 09 radələrində nəzarət etmək və Bakı şəhərindən gətirdiyi əşyalarını yerləşdirmək üçün yaşadığı evə gedib qonaq otağına daxil olduqda həmin otaqda divardan asılı olan, bir il əvvəl 1500 (min beş yüz) manata satın aldığı “HOFFMANN” markalı, plazma ekranlı televizoru yerində yoxdur. Bundan sonra isə evin digər otaqlarına baxdıqda yataq otağında 1 ədəd qara rəngli, 50 manat dəyərində “Mose” markalı saçkəsən cihazı və paltar dolabında paltarların arasında gizlətdiyi pul kisəsinin içərisində 800 (səkkiz yüz) manat pulunu tapa bilməmiş, həmçinin yataq otağının plastik pəncərəsinin şüşəsinin sındırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Bu zaman o, ədavətli olduğu qaynı oğlu İsmətdən və İsmətlə qeyri-rəsmi ər-arvad münasibətində yaşayan Şəfadan şübhələnərək İsmətin anası Məhsətiyə bu barədə məlumat vermişdir. Məhsəti isə ondan polisə şikayət etməməsini, oğlu İsmətdən oğurlanmış əyaları və pulu alıb ona geri qaytaracağını bildirmişdir. Lakin o, Məhsəti ilə razılaşmamış və şikayət etmişdir. Hadisə nəticəsində onun evindən 2 ədəd 50-lik, 7 ədəd 100-lük əskinaslardan ibarət olmaqla 800 manat nağd pul, 1500 manat dəyərində qara rəngli, istifadə edilmiş “HOFFMANN” markalı plazma televizor, həmçinin Almaniya istehsalı olan qara rəngli, 50 manat dəyərində 1 ədəd “Mose” markalı saçkəsən cihaz oğurlanmışdır.Evinin pəncərəsinin şüşəsinin sındırılması nəticəsində isə ona 50 manat maddi ziyan dəymişdir. Əlavə olaraq ifadəsində bildirmişdir ki, onun evindən oğurlanmış 1 ədəd “HOFFMANN” markalı plazma televizorun qiyməti 1500 manat, “Mose” markalı saçkəsən cihazın qiyməti isə 50 manatdır. Belə ki, o, həmin televizoru bir ilə əvvəl 1500 manata almış, hazırda da onun qiymətini 1500 manat qiymətləndirir. Ona görə də, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilən qiymətlərlə razı deyildir. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş edir (ərizə iş materiallarına əlavə edilmişdir). Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 2 ünvanında ailə üzvləriylə birlikdə yaşayır və Gəncə şəhəri, Kəpəz rayonu, Hacıkənd qəsəbəsində restoranların birində kababçı işləyir. Şahid1 onun oğlu, Zərərçəkmiş şəxs isə qardaşı Şöhrətin arvadıdır. Zərərçəkmiş şəxs yaşadığı evlə onun yaşadığı ev eyni həyətdə yerləşsə də, hər iki evin ayrıca giriş qapısı var. O, həmin evin ikinci mərtəbəsində yaşayır. Nargilə isə həyətdə ayrıca tikilmiş birinci mərtəbədəki evdə yaşayır. Çox vaxt Nargilə həmin evdə olmur. Belə ki, Nargilə Bakı şəhərinə gedib əri Şöhrətin yanında yaşayır. xx.xx.2020-ci il tarixdə arvadı ilə birlikdə evdə olarkən polis əməkdaşları onun evinə gəlmiş və Zərərçəkmiş şəxs evindən oğurluq edildiyini, həmin oğurluqda isə oğlu İsmətin şübhəli olduğunu bildirmişlər. Həmin vaxt ona məlum olmuşdur ki, oğlu İsmət, Nargilənin yaşadığı evin pəncərəsinin şüşəsini sındırıb oradan evə daxil olmuş və evdən 1 ədəd “HOFFMANN” markalı televizor oğurlamışdır. Ona görə də o, həmin vaxt evdə olmayan oğlu İsmətə zəng edib belə bir məsələnin olub-olmamasını soruşmuş, İsmət isə oğurluq etdiyini etiraf edərək oğurladığı televizorun yaşadığı evin birinci mərtəbəsində olan yardımçı otaqda gizlətdiyini bildirmişdir. O isə İsmətə təcili olaraq evə gəlməsini, polis əməkdaşlarının gözlədiyini bildirmişdir. Bir qədər sonra İsmət evə gəlmiş və gizlətdiyi televizoru götürüb polis əməkdaşlarına təqdim etmişdir. O, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs yaşadığı evə hansı məqsədlə daxil olması barədə məlumatı olmamışdır. Bundan başqa, Nargilənin evi qapı və pəncərələr vasitəsilə kilidlənir, içəri daxil olmağa yalnız Nargilənin özünün ixtiyarı var. Nargilə ilə onların arasında ədavət olduğundan o və ailə üzvləri, ümumiyyətlə Nargilə ilə danışmır, həmçinin sonuncunun evinə gedib-gəlmirlər. Bundan başqa, o, oğlu İsmətin oğurluq niyyətinin olmasını bilmirmiş. İsmətin həmin evdən oğurluq etməsini polis əməkdaşları onların evinə gəldikdə öyrənmiş, əgər televizorun onun evinin yardımçı otağında olmasını əvvəlcədən bilsəymiş özü könüllü aparıb Nargiləyə təqdim edərmiş. Bundan başqa, oğlu İsmət ona yalnız 1 ədəd televizor oğurladığını bildirmiş, pul və saçkəsən cihazdan isə söhbət etməmişdir. Buna baxmayaraq, oğurluq anı o, İsmətin yanında olmadığı üçün İsmətin konkret olaraq nə oğurladığı barədə dəqiq bir söz deyə bilmir. İbtidai istintaq zamanı ifadəsi alınmış Şahid2 məhkəmə baxışı zamanı elan olunmuş ifadəsindən görünür ki, əsl adı Şəhabət olsa da, el arasında onu Şəfa adı ilə tanıyırlar. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, İsmətlə onun arasında dostluq münasibətləri var. O, ara-sıra İsmətin yaşadığı ünvan 2 ünvanına gedib-gəlmiş, lakin son 2 aydır ki, həmin evə getməmişdir. Zərərçəkmiş şəxs onun barəsində şikayəti ilə tanışdır. Nargilə onun barəsində böhtan xarakterli şikayət etmişdir. Belə ki, o, oğurluq etməmiş, İsmətlə birlikdə həmin evə daxil olmamış, ümumiyyətlə İsmətin oğurluq etməsindən sonradan xəbərdar olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əmisi arvadı Zərərçəkmiş şəxs yaşadığı evdən oğurluq yolu ilə ələ keçirdiyi 1ədəd “HOFFMANN” markalı plazma televizoru təqdim etmiş və həmin televizor tərtib edilmiş protokola əsasən götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli 125 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünavnında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası ƏƏSMN-i yanında Dövlət X3 Gəncə şəhəri Nizami Rayon şöbəsi xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ƏƏSMN-i yanında Dövlət X3 Gəncə şəhəri Nizami Rayon şöbəsindən 3-cü dərəcə əlilliyə görə xx.xx.2021-ci ilədək ayda 110 (bir yüz on) manat məbləğində sosial müavinət alır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə ünvan 2 ünvanında yerləşən həyət evindən oğurladığı əşyaların yerini hadisə yerində əyani olaraq göstərib ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 1577 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən malların istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən nəzəri qaydada 365,00 manat müəyyən olunur. O cümlədən fotoşəkilləri təqdim edilmiş 1ədəd 108 diaqonallı, “HOFFMANN” markalı “43E3400” model televizor -350,00 manat, 01 ədəd “Moser” markalı saç kəsən aparat 15,00 manat müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olanxx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “HOFFMANN” markalı plazma televizor maddi sübut kimi tanınaraq saxlanması üçün Gəncə şəhəri BPİ-nin xüsusi saxlanc yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 177.2.3-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə, CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd 108 diaqonallı “HOFFMANN” markalı, 43E3400 modelli televizor sahibi, Zərərçəkmiş şəxs təhvil verilməlidir. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 10 (on) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görəGəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 AzərbaycanRespublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır,bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 2 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan bir ədəd 108 diaqonallı “HOFFMANN” markalı, 43E3400 modelli televizor sahibi, Zərərçəkmiş şəxs təhvil verilsin. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxsdan tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görəGəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar