Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-51/2021 16.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1979-cu ildə Daşkəsən rayonunun Təzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsi, Q.M.Hüseynzadə küçəsi, ev 26-da qeydiyyatda olmaqla, faktiki olaraq Gəncə şəhəri,Bakı fəhləsi küçəsi, təzə məhəllələrdə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi xx xxxxxx 2011-ci il tarixdən başlayaraq xx xxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50,00 manat məbləğində alimentin, həmin aliment məbləğinin artırılaraq xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 100,00 manat məbləğində alimentin, xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq isə hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair müvafiq olaraq xx xxxxxx 2012-ci il tarixli 2(043)-169/2012 saylı, xx xxxx 2014-cü il tarixli 2(043)- 831/2014 saylı və xx xxxxxx 2018-ci il tarixli 2(043)-3484/2018 saylı qətnamələr çıxarmışdır. Bundan başqa Daşkəsən Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cəmi 1230,00 manat məbləğində pul vəsaitinin alınıb Zərərçəkmiş şəxs2 verilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli 2(030)-317/2015 saylı qətnamə çıxarmışdır. Qeyd edilən qətnamələr əsasında verilmiş icra sənədləri icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən icra sənədləri icraata qəbul edilərək tələbin icrası barədə borcluya müvafiq bildirişlər verilmişdir. Lakin borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədləri üzrə icraat xx xxxxx 2019-cu il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcra müddətində borclu dəfələrlə icra idarəsinə çağrılaraq icra sənədlərinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğlərinin, həmçinin pul borcunun ödənilməsi ondan tələb olunmuşdur. Həmçinin məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanının zəif olduğunu əsas gətirərək müəyyən edilmiş aliment məbləğlərini və pul borcunu ödəməkdən yayınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 3(044)-604/18 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonrada qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar olunmuşdur. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmışdır. Belə ki, icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, tələbin icrası üçün dəfələrlə müddətin verilməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, habelə cinayət məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq o öz hərəkətlərini davam etdirərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, həqiqətən o, xx xxxxxx 2004-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilə qeyri-rəsmi qaydada evlənməklə ailə qurmuşdur. Birgə nikahdan xx xxx 2005-ci il tarixdə Türkan adlı övladları doğulmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan Sədaqətlə ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Sədaqət ondan aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay 40 manat aliment müəyyən edilmişdir. Həmin alimenti ödəmişdir. Lakin sonradan Sədaqət alimentin artırılması tələbi ilə üç dəfə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx xxxxxx 2011-ci başlayaraq hər ay ondan 50 manat, xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 100 manat, xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq isə hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq xx xxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Zərərçəkmiş şəxs1 verilməsinə dair müvafiq olaraq xx xxxxxx 2012-ci il tarixli, xx xxxx 2014-cü il tarixli və xx xxxxxx 2018-ci il tarixli qətnamələr çıxarmışdır. Qətnamələrin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Lakin Sədaqətdən ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuş və həmin ailəsindən iki övladı var. Fərdi qaydada işləməklə hazırki ailəsinə çətinliklə baxır. Buna görə də müəyyən edilmiş aliment məbləğlərini tam olaraq ödəyə bilməmişdir. Bundan başqa Gəncə şəhər sakini kimi tanıdığı Zərərçəkmiş şəxs2 2014-cü ilin yaz aylarında bir həftəyə dəyərini ödəmək şərti ilə nisyə şəkildə 1200 manat dəyərində cücə almışdır. Aldığı cücənin bir hissəsini satsa da, xeyli hissəsi xəstəlikdən ölmüşdür. Buna görə də cücənin dəyərini ödəməmişdir. Ruhiyə bir neçə dəfə onunla əlaqə saxlayıb cücələrin dəyərinin ödənilməsini tələb etmişdir. Həmin vaxtı cücələrin öldüyünü, buna görə də onların dəyərini ödəyə bilməyəcəyini Ruhiyəyə bildirmişdir. Buna baxmayaraq Ruhiyə onun barəsində məhkəməyə müraciət etmiş və Daşkəsən Rayon Məhkəməsi ondan cəmi 1230 manat məbləğində pul vəsaitinin alınıb Zərərçəkmiş şəxs2 verilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamənin icrası da icra məmurları tərəfindən ondan tələb olunmuşdur. Lakin qətnamədə göstərilən borc məbləği ilə razılaşmadığından həmin məbləğdən heç bir ödəniş etməmiş və ödəmək fikri yoxdur. Ruhiyəyə olan borcundan isə 100 manat ödmək imkanı olsa da və bunun üçün məhkəmədən vaxt istəsə də o yüz manatı da ödəməmişdir. Yaranmış aliment borcunu isə bir dəfəyə ödəyə bilmir, lakin çalışıb imkanı daxilində ödənişlər edəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, həqiqətən o, xx xxxxxx 2004-cü il tarixdə Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi qaydada ailə qurmuşdur. Birgə yaşayışdan xx xxx 2005-ci il tarixdə Türkan adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsada sonradan münasibətləri pozulduğundan Elsevərlə ayrılmışlar. Ayrı yaşadıqları müddətdə Elsevər uşağı ilə maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qətnaməsi ilə hər ay 40 manat aliment müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin alimenti ödəmişdir. Lakin müəyyən edilmiş məbləğlə uşağın zəruri xərclərini ödəmək mümkün olmadığından sonradan alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx xxxxxx 2011-ci başlayaraq hər ay 50 manat, xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 100 manat, xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq isə hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq xx xxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsinə dair müvafiq olaraq xx xxxxxx 2012ci il tarixli, xx xxxx 2014-cü il tarixli və xx xxxxxx 2018-ci il tarixli qətnamələr çıxarmışdır. Qətnamələrin qəbul edilməsindən uzun müddətin keçməsinə baxmayaraq Elsevər məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğlərini ödəməmişdir. Halbuki, Elsevər tikinti işlərində usta işləyir, həmçinin təsərrüfatla məşğul olur və onun alimenti ödəməyə maddi imkanı vardır. O, istəsə alimenti ödəyə bilər. Buna baxmayaraq aralarında olan münasibətlərə görə qətnamələrin icrasından qərəzli olaraq yayınır. Uşaq böyüdüyündən onun maddi tələbatı da xeyli artmışdır. Təkbaşına uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Buna görə də dəfələrlə icra məmurlarına müraciət edərək alimentin alınmasına köməklik etmələrini xahiş etmişdir. İcra məmurları tərəfindən Təqsirləndirilən şəxs barəsində zəruri tədbirlər görülsədə, o, bütün bunlardan nəticə çıxarmamış və alimenti ödəməmişdir. Borclu Gəncə şəhəri ərazisində fərdi əməklə məşğul olaraq yaxşı qazanc əldə etməsinə baxmayaraq, məhkəmə tərəfindən çıxarılan qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırdığından və dövlətin adından çıxarılan qərara hörmətsizlik etdiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında ticarət münasibətləri olmuşdur. Belə ki, o, yumurtadan yeni çıxmış cücəni alaraq bir-iki ay saxladıqdan sonra sataraq ailəsini dolandırmışdır. Təqsirləndirilən şəxs də bir neçə dəfə nəqd şəkildə ondan cücə almışdır. Sonuncu dəfə 2014-cü ilin yaz aylarında Elsevər ondan bir həftəyə dəyərini ödəmək şərti ilə nisyə şəkildə 1200 manat dəyərində cücə almışdır. Sonradan bir neçə dəfə Elsevərlə əlaqə saxlayıb ona olan borcunu ödəməsini tələb etsə də, Elsəvər müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Odur ki, borc tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daşkəsən Rayon Məhkəməsi iddiasını qismən təmin edərək Təqsirləndirilən şəxs cəmi 1230 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən beş ilə yaxın müddətin keçməsinə baxmayaraq Elsevər məhkəmə qətnaməsinə də məhəl qoymamış və ötən müddətdə borc məbləğindən heç bir ödəniş etməmişdir. Halbuki, Elsevər tikinti işlərində usta işləyir, həmçinin təsərrüfatla məşğul olur və onun qətnaməni icra etməyə maddi imkanı vardır. Buna baxmayaraq qərəzli olaraq qətnamənin icrasından yayınır. Qətnamə qəbul edildikdən sonrada bir neçə dəfə Elsevərlə əlaqə saxlayıb borc məbləğinin qaytarılmasını tələb etmiş, lakin Elsevər həmin məbləği ödəməyəcəyini ona açıq şəkildə bildirmişdir. Habelə Elsəvərə borc məbləğini hissə-hissə ödəməsinə razılıq vermiş, yenə də heç bir ödəniş etməmişdir. Dəfələrlə icra məmurlarına da müraciət edərək borc məbləğinin alınmasına köməklik etmələrini xahiş etmişdir. Lakin nəticəsi olmamışdır. Borc məbləğinin ala bilməməyi isə ailəsinin maddi vəziyyətini çətinləşdirib. Onun ailəyə yeganə qazanc gətirən oğlu İkinci Qarabağ müharibəsində şəhid olmuşdu. Elsever ona borcundan 100 manat verəcəyini bildirsə də o sözünün üstündə dayanmayaraq heç o pulu da verməmişdir. Halbuki, şəhid anası kimi onun 100 manata da böyük ehtiyacı vardır. Odur ki, Təqsirləndirilən şəxs yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Gəncə şəhər İcra idarəsinə daxil olmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(043)-169/2012 saylı, xx xxxx 2014-cü il tarixli 2(043)-831/2014 saylı və xx xxxxxx 2018-ci il tarixli 2(043)- 3484/2018 saylı qətnamələri əsasında verilmiş icra sənədlərinə əsasən Təqsirləndirilən şəxs müvafiq olaraq xx xxxxxx 2011-ci il tarixdən başlayaraq xx xxx 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50,00 manat məbləğində aliment, həmin aliment məbləğinin artırılaraq xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 100,00 manat məbləğində aliment, xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq isə hər ay 150,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Hər üç icra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası barədə borcluya müvafiq bildirişlər verilmişdir. Lakin borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Bundan başqa Gəncə şəhər İcra idarəsinə daxil olmuş Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(030)-317/2015 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cəmi 1230,00 manat məbləğində pul vəsaiti alınıb Zərərçəkmiş şəxs2 verilməlidir. Həmin icra sənədi də icrata qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Lakin verilmiş müddətdə tələbin icrası borclu tərəfindən təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Qeyd edilən icra sənədləri üzrə icraat xx xxxxx 2019-cu il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcra müddətində borclu icra idarəsinə çağırılaraq icra sənədlərinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğlərinin, həmçinin pul borcunun ödənilməsi ondan tələb olunmuşdur. Həmçinin məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanının zəif olduğunu əsas gətirərək müəyyən edilmiş aliment məbləğlərini və pul borcunu ödəməkdən yayınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gəncə şəhəri, Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 3(044)-604/18 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar olunmuş, həmçinin icra sənədlərinin icrası istiqamətində fərdi söhbətlər aparılmışdır. Lakin borclu Təqsirləndirilən şəxs icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, tələbin icrası üçün dəfələrlə müddətin verilməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, habelə məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq hərəkətlərində dönüş yaratmamış, müəyyən edilmiş aliment məbləğlərini, o cümlədən pul borcunu ödəməməklə qətnamələrin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. Nəticədə xx xxxxxxx 2019-cu il tarixə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli 2(043)-169/2012 saylı qətnaməsi üzrə 195,00 manat, xx xxxx 2014-cü il tarixli 2(043)-831/2014 saylı qətnaməsi üzrə 5500,00 manat və xx xxxxxx 2018ci il tarixli 2(043)-3484/2018 saylı qətnaməsi üzrə isə 1950,00 manat olmaqla cəmi 7645,00 manat aliment borcu, həmçinin Daşkəsən Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(030)-317/2015 saylı qətnaməsi üzrə 1230 manat pul borcu ödənilməmiş qalmışdır. İcra müddətində tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 isə dəfələrlə İcra idarəsinə müraciət edərək qətnamələrin icrasını tələb etmişlər. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli, 2(043)-169/2012 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs xx xxxxxx 2011-ci il tarixdən etibarən xx xxx 2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 50(əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Daşkəsən rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli, 2(030)-317/2015 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 1200 manat məbləğində əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 1230 manat məbləğində pul vəsaiti alınıb iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi qət edilmişdir Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” Daşkəsən rayon Məhkəməsinin və xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(043)-831/2014 saylı icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 8(044)-590/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 3(044)-604/2018 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10(on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2012-ci il tarixli və xx.xx.2012-ci il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq” məktubundan görünür ki, Təqsirləndirilən şəxs borcunu vaxtında ödəməsi və əks halda ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş və o, rəsmi xəbərdarlığı şəxsən imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirliliyinin tam sübuta yetirildiyi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən məhkəmə iclasında tədqiq edilmiş sübutlatla yanaşı, həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə razı olmadığından onu icra etməli olmadığını, daha sonra isə əgər gələcəkdə imkanı olarsa ödəyəcəyini göstərməsi, yəni təqsirləndirilən şəxsin zərəri ödəməyə təşəbbüs göstərməməsi, zərəri ümumiyyətlə ödəməməsi, şəhid anası olan zərərçəkmişə 100 manat verəcəyi adı ilə həmin məbləği də verməyərək onu təkrarən aldatması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməyə hər hansı cəhd etməməsi, bununla da barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibət göstərməsi və məhkəmə qərarının icrasından yayınması onun məhkəmə aktını məhz qərəzli olaraq icra etməməsini təsdiq edir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi xx xxxxxx 2011-ci il tarixdən başlayaraq xx xxx 2005ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 50,00 manat məbləğində alimentin, həmin aliment məbləğinin artırılaraq xx xxxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 100,00 manat məbləğində alimentin, xx xxxxxxxx 2018-ci il tarixdən başlayaraq isə hər ay 150,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair müvafiq olaraq xx xxxxxx 2012-ci il tarixli 2(043)-169/2012 saylı, xx xxxx 2014-cü il tarixli 2(043)-831/2014 saylı və xx xxxxxx 2018-ci il tarixli 2(043)- 3484/2018 saylı qətnamələr çıxarmışdır. Bundan başqa Daşkəsən Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cəmi 1230,00 manat məbləğində pul vəsaitinin alınıb Zərərçəkmiş şəxs2 verilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli 2(030)-317/2015 saylı qətnamə çıxarmışdır. Qeyd edilən qətnamələr əsasında verilmiş icra sənədləri icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən icra sənədləri icraata qəbul edilərək tələbin icrası barədə borcluya müvafiq bildirişlər verilmişdir. Lakin borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. İcra sənədləri üzrə icraat xx xxxxx 2019-cu il tarixli qərarla ümumi icraatda birləşdirilmişdir. İcra müddətində borclu dəfələrlə icra idarəsinə çağırılaraq icra sənədlərinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğlərinin, həmçinin pul borcunun ödənilməsi ondan tələb olunmuşdur. Həmçinin məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanının zəif olduğunu əsas gətirərək müəyyən edilmiş aliment məbləğlərini və pul borcunu ödəməkdən yayınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 3(044)-604/18 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonrada qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar olunmuşdur. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmışdır. Belə ki, icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, tələbin icrası üçün dəfələrlə müddətin verilməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, habelə cinayət məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi təsnifatına görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzanın məqsədini, onun prinsiplərini, sosial ədalətin bərpasına nail olunmasının zəruriliyini əsas götürərək, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs zərəri ümumiyyətlə ödəməməsini və zərəri ödəməyə təşəbbüs göstərməməsini, zərərçəkmişlərdən biri olan Zərərçəkmiş şəxs2 yeganə qazanc gətirən övladının şəhid olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər hansı cəhd etməməsini, barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibətini nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-51/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-51/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver