Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-51/2022 14.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızınn katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakı ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxx 1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasынын vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Azərbaycan Respublikası CMnin 234.1-ci maddələri ilə məhkum olunmuş, Gəncə şəhəri Əttarlar küçəsi ev 84-də qeydiyyatda olan və yaşamış, halhazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqədilə ilə özgənin əmlakını gizli olaraq talamaq niyyətilə 09 aprel 2021-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 1 ünvanının qarşında saxladığı “Kamaz 5511 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsində yerləşən birinin dəyəri 300 (üç yüz) manat olan iki ədəd ümumi dəyəri 600(altı yüz) manat olan akkumulyatorları gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Daha sonra Təqsirləndirilən şəxs təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 20 aprel 2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 2 ünvanında yerləşən binanın divarına bərkidilmiş sonuncuya məxsus 700 manat dəyərində 1 ədəd “Thermona” markalı su qızdırıcısını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə 700 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmçinin R. Ə. Verdiyev təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 27 aprel 2021-ci il tarixdə saat 23:45 radələrində Gəncə şəhəri, Nizami rayonu, 28 may ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yarım tikili evə qanunsuz daxil olub evin ikinci mərtəbəsindən 1 ədəd 90 manat dəyərində laqondanı, 1 ədəd 220 manat dəyərində perforatorı, 40 metr uzunluğunda hər metrinin uzunluğunun 1 manat dəyəri olan 40 manat dəyərində elektrik naqilini, 150 ədəd hər birinin dəyəri 1 manat olan 150 manat dəyərində ciloz adlı inşaat materialını gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə ümumilikdə 500 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Daha sonra R.Ə. Verdiyev təkrar tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 30 aprel 2021-ci il tarixdə saat 01-radələrində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Yeni Şəmkir avtovağzalının yaxınlığında yerləşən yarım tikili vəziyyətdə olan ticarət obyektindən sonuncuya məxsus 600 metr uzunluğunda 3859 manat dəyərində elektrik naqilini gizli olaraq talayaraq zərərçəkmiş şəxsə 3859 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa R. Ə. Verdiyev istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 0,245 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin əldə edib daşıyaraq üzərində saxlamış, 10 may 2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhər Nizami rayon Polis İdarəsinin CAŞ-ın əməkdaşları tərəfindən Gəncə şəhəri, Atatürk prospekti ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, 1 (bir) ədəd şəffaf rəngli sellofon bükümdə təmiz çəkisi 0.245 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tam təqsirli bilərək ifadəsində bildirdi ki, о, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş, rəsmi olaraq heç bir yerdə işləmir. 09.04.2021-ci il tarixdə saat 02 radələrində pulu olmadığına görə oğurluq etməyi qərarlaşdırmışdır. Həmin gün yaşadığı evdən piyada çıxaraq oğurluq etmək üçün Gəncə şəhəri X.Rəfibəyli küçəsinə gəlmiş, orada olan zaman içərisində yaşayış olmayan boş ev tapa bilməmişdir. Bu zaman ünvan 5 ünvanının qarşısında dövlət nömrə nişanını xatırlamadığı “Kamaz” markalı avtomobil gözünə sataşmış, o ətrafa göz gəzdirərək onu heçkimin görmədiyindən əmin olduqdan sonra həmin avtomobilin sağ yan hissəsində olan iki ədəd akkumulyatoru üzərində gətirdiyi kəlbətin ilə vintlərini açıb oğurlayaraq yaşadığı ünvana aparmışdır. Həmin günün səhərisi yaşadığı evin yaxınlığında motosikletlə metal qəbul edən tanımadığı şəxsə həmin akkumulyatorları 130 manat qiymətə satmışdır. Bundan başqa 20.04.2021-ci il tarixdə saat 21 radələrində pulu olmadığına görə yenidən oğurluq etmək üçün yaşadığı ünvanının yaxınlığında tək başına gəzərək oğurluq etmək üçün yer axtarmış, təxminən piyada 1 saatdan artıq gəzdikdən sonra “ünvan 6 ünvanının çöl tərəfindən divarına bərkidilmiş su qızdırıcısını görmüşdür. Həmin vaxt o əvvəlcədən üzərində olan qaz açarı ilə su qızdırıcısının qutusunun kilidini sındırmış və içərisindən su qızdırıcısını oğurlamışdır. Daha sonra oğurladığı su qızdırıcısını yaşadığı evə gətirmişdir. Evə gətirdikdən sonra həmin su qızdırıcısına baxmış və onun “Thermona” markalı su qızdırıcısı olduğunu müəyyən etmişdir. Səhərisi günü, yəni 21.04.2021-ci il tarixdə saat 15 radələrində oğurladığı “Thermona” markalı su qızdırıcısını qonşuluğunda yaşayan Şahid1 150 manat qiymətə satmışdır. Bundan başqa 27.04.2021-ci il tarixdə saat 23-radələrində oğurluq etmək üçün Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində içərisində yaşayış olmayan ev axtarmış, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi 28 may küçəsində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Pasport-qeydiyyat Miqrasiya”şöbəsinin inzibati binasının sol tərəfində iki mərtəbəli tam təmir olunmamış vəziyyətdə evi görmüşdür. Həmin evi müşayiət etmiş və əmin olmuşdur ki, içərisində yaşayış yoxdur. Ev tam tikilib başa çatmadığına görə içərisində tikinti materialları və ya dəyərli hər hansı bir əşya olacağını güman etmişdir. Ev tam olaraq daş hasarla əhatə olunmadığına görə o ilk olaraq evin ətrafına baxmış və evin giriş qapısını dəmir seyf qapı olduğunu və eyni zamanda evin 1-ci mərtəbəsinin pəncərələrinin kilidli olduğunu əli ilə yoxlayaraq müəyyən etmişdir. Birinci mərtəbədə yerləşən giriş qapısı və pəncərələr kilidli olduğuna görə o, evin sol tərəfində yerləşən daş hasarın üzərinə çıxmış, oradan da ikinci mərtəbədə yerləşən balkona dırmaşaraq evin içərisinə daxil olmuşdur. Evin ikinci mərtəbəsinin zal hissəsinə alışqanının işığını yandıraraq qonaq otağında 1 ədəd perferatoru, 1 ədəd laqondanı, içərisində ciloz adlı inşaat materialları olan torbanı və təxminən 30-40 metr uzunluğunda mis materialdan olan elektrik naqilini götürmüş və evin 1-ci mərtəbəsinə düşürtmüşdür. Birinci mərtəbənin sol tərəfində yerləşən yataq otağının pəncərəsini içəridən açaraq və 1 ədəd perferatoru, 1 ədəd laqondanı, içərisində ciloz adlı inşaat materialları olan torbanı və elektrik naqilini götürərək evdən çıxmışdır. Həmin evdən 300-400 metr piyada gələndən sonra özünü, nömrəsini və markası tanımadığı taksiyə minmiş və oğurladığı 1 ədəd perferatoru, 1 ədəd laqondanı, içərisində ciloz adlı inşaat materialları olan torbanı və elektrik naqilini avtomobili yük yerinə qoyaraq yaşadığı ünvan 7 ünvanına gəlmişdir. Səhərisi gün, yəni 28.04.2021-ci il tarixdə saat 13-radələrində oğurladığı 1 ədəd perferatoru və içərisində ciloz adlı inşaat materialları olan torbanı götürərək özünü, markasını və nömrəsini tanımadığı taksi ilə Gəncə şəhəri Əttarlar küçəsində yerləşən “Təzə Bazar” adlanan yerdə tanımadığı şəxsə 1 ədəd perferatoru 80 manata və 1 ədəd torbada olan 150 ədəd cilozları isə 50 manat qiymətə satmışdır. 40 metr uzunluğunda elekrik naqillərini əridərək mis halında laqonda ilə birlikdə motosikletlə metal alan şəxsə 60 manat qiymətə satmışdır. Bundan başqa 2021-ci ilin aprel ayının 30-da gecə saat 01radələrində yaşadığı evdən çıxaraq oğurluq etmək üçün taksi ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsinə gəlmişdir. Orada biraz ətrafa göz gəzdirdikdən sonra Gəncə şəhəri Şəmkir avtovağzalı adlanan ərazidə yerləşən yarımtikili vəziyyətdə olan obyektin pəncərəsindən içəri baxmış və orada elektrik naqillərini görmüşdür.Orada yerdən daş götürərək obyektin pəncərəsini sındırmış və içəri daxil olaraq təxminən 550-600 metr uzunluğunda elektrik naqilini divardan sökmüşdür. Daha sonra oğurladığı həmin naqilləri həmin gecə əridərək əldə etdiyi 20 kiloqram ağırlığında mis metalını səhərisi gün tanımadığı motosikletlə metal alan şəxsə 200 manat qiymətə satmışdır. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. May ayının 7-də Bakı şəhərinə iş tapmaq üçün getmiş və orada olarkən Papanin adlanan ərazidə tanımadığı şəxsdən 20 manat qiymətə bir büküm şəxsi istifadəsi üçün narkotik vasitə olan “kakos” kimi tanıdığı heroin almış və həmin günü iş tapmadığı üçün axşam saatlarında Gəncə şəhərinə qayıtmışdır. Daha sonra həmin narkotik vasitənin üzərindən biraz götürərək iynə vurma yolu qəbul etmiş, qalan hissəsini isə üzərində saxlamışdır. 2021-ci ilin may ayının 10-da saat 20 radələrində Gəncə şəhəri “Səbiskar” adlanan qəbiristanlıqdan anasının məzarının ziyarətindən gələrkən Gəncə şəhəri, Atatürk prospekti ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində iki nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edərək polis əməkdaşları olduğunu ona bildirmişlər. Onun narkotik vasitələrin qanunsuz daşınmasında və saxlanılmasında şübhəli olduğunu bildirmişlər. Ona polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasına getməyi təklif etmişlər. O polis əməkdaşları razılaşaraq idarəyə getmişdir. Polis idarəsində olarkən yenə də onun narkotik vasitələrin üzərində qanunsuz daşınmasında və saxlanılmasında şübhəli olduğunu demiş, sonra hüquqlarının müdafiəsi üçün onu dövlət hesabına vəkillə təmin etmişlər. Sonra vəkilin iştirakı ilə videogörüntü ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməyini bildirmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 1 ədəd sellofonda olan bükümü təqdim etmişdir. 1 ədəd sellofonda olan bükümə baxış keçirilmiş və bükümün içərisində ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofon bükümdə olan narkotik vasitə olan heroin müdafiəçinin və digər iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş və çəkisi 0.3 qram olmuşdur. Həmin içərisində narkotik vasitə olan heroin əvvəlki vəziyyətinə gətirilib qablaşdırılmış, möhürlənərək üzəri onun və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişlər. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və bir daha belə əmələ yol verməyəcəyini bildirmiş, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ünvan 8 ünvanında ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Bildirir ki, 4 ay olar ki, ünvan 9 ünvanında yerləşən torpaq sahəsində özünə iki mərtəbəli ev tikmişdir, lakin ev tam təmirli deyilmiş və içərisində yaşayış yoxdur. Evin içərisində təmir-tikinti işləri gedir. Evin içərisində tikinti materialları və tikinti üçün istifadə olunan aparatlar var imiş. Evin içərisindən oğurluq olmasın deyə, evin birinci mərtəbəsinin pəncərələrini dəmir barmaqlıqlar quraşdırmışdır. Bildirir ki, 2021-ci ilin may ayının 1-də səhər saatlarında həmin evə gələrək evin giriş qapısını təmir tikinti işlərinə başlamaqdan ötrü açmışdır. Daha sonra evin ikinci mərtəbəsində qalxaraq tikinti ləvazimatlarını götürüb işə başlamaq qərarına gəlmiş, evin ikinci mərtəbəsinə qalxan zaman 1 ədəd 90 manat dəyərində laqondanın, 1 ədəd 220 manat dəyərində divar deşən aləti olan perferatorun, 40 metr uzunluğunda ümumi dəyəri 40 manat olan elektrik naqilləri və hər birinin qiyməti 1 manat olan 150 ədəd ümumi dəyəri 150 manat olan “ciloz” adlı inşaat materiallarının oğurlandığını aşkar etmişdir. Oğurluq hadisəsi baş verdikdən bir gün sonra işlədiyi Gəncə şəhəri, Əttarlar küçəsində “Təzə Bazar” adlanan yerdə bir nəfər şəxsin 1 ədəd perferator və ciloz adlı inşaat materialları satdığını ona bildirmişdir. Həmin şəxs adının ona Rəşad olduğunu bildirmiş, o, Rəşad adlı şəxsə həmin preferator və ciloz adlı inşaat materiallarına baxandan sonra ala biləcəyini bildirmişdir. O, preferator və cilozlara baxan zaman həmin əşyaların bir gün əvvəl ona məxsus olan Gəncə şəhər Yeni Gəncə qəsəbəsi 28 may küçəsində yerləşən fərdi yaşayış evindən oğurlanmış əşyalar olduğunu müəyyən etmişdir. O, adı sonradan ona məlum olan Rəşad adlı şəxs ondan şübhələnməsin deyə 80 manat qiymətə perferatoru və 50 manat qiymətə isə cilozları almışdır. Daha sonra baş vermiş hadisə barədə polis əməkdaşlarına olanları danışmış və 03 may 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayonu Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ona dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 10 ünvanında ailəsilə birlikdə yaşayır. Təqaüdçüdür. Bildirmişdir ki, 30.04.2021-ci il tarixdə yaşadığı ünvan 11 ünvanında yerləşən binanın çöl hissəsinə 5 il bundan əvvəl 700 manat qiymətə aldığım qazla işləyən “Thermona” markalı su qızdırıcısının oğurlandığını müəyyən etmişdir.Oğurluq edən şəxsi bir neçə gün özü axtarmış, lakin tapa bilmədiyinə görə 06 may 2021-ci il tarixdə Gəncə şəhər Nizami rayonu Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Bildirmişdir ki, “Thermona” markalı su qızdırıcısının oğurlanması nəticəsində ona 700 manat dəyərində maddi ziyan dəymiş və başqa heç bir əşyası oğurlanmamışdır. Ona dəymiş ziyan tam ödənilmiş, heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs ən yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Sevinc qəsəbəsi 32 ünvanında ailəsilə birlikdə yaşayır. Rəsmi olaraq heçbir yerdə işləmir və fərdi əməklə məşğul olur. Bildirir ki, 30.04.2021-ci il tarixdə Gəncə şəhəri, Nizami rayonu, Sevinc qəsəbəsində Yeni Şəmkir avtovağzalının qarşısında yerləşən ona məxsus olan tam təmirli olmayan ticarət obyektindən pəncərəsini sındıraraq içəriyə daxil olubaraq 600 metr uzunluğunda 3859 manat dəyərində elektrik naqilinin oğurlanmasını aşkar etmişdir. Bundan dərhal sonra bu barədə Azərbaycan Respublikasının DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir.Bildirmişdir ki, ona məxsus olan Gəncə şəhəri, Nizami rayonu, Sevinc qəsəbəsində Yeni Şəmkir avtovağzalın qarşısında yerləşən ticarət obyektindən oğurluq hadisəsi 29.04.2021-ci il tarixdən 30.04.2021-ci il saat 10-radələrindək olan müddət ərzində baş vermişdir. Elektrik naqillərinin oğurlanması nəticəsində ona 3859 manat maddi ziyan dəymiş pəncərənin sındırılması nəticəsində ona 150 manat maddi ziyan dəymişdir.Elektrik naqillərinin oğurlanması və pəncərəsinin sındırılması ilə birlikdə 4009 manat maddi ziyan dəymiş, başqa heç bir əşyası oğurlanmamışdır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq iş yeri yoxdur, ona məxsus olan “Kamaz 55-11 markalı” 25–BF-658 dövlət qeydiyyat nişanlı avtomobili ilə yük daşıyaraq ailəsi dolandırır. 10.04.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı ünvan 5 ünvanın qarşısında saxladığı “Kamaz 55-11 markalı” avtomobilin sağ yan hissəsinə baxan zaman iki ədəd 190 kv-lıq akkumulyatorun yerində olmadığını aşkar etmişdir. Həmin gündən 1 gün əvvəl avtomobili işə salmış və akkumulyatorlar yerində olmuşdur. 10.04.2021-ci il tarixdə baş vermiş hadisə barədə onun üzərində mobil telefon olmadığına görə qonşusu Arzuman Quliyev Azərbaycan Respublikası DİN-in 102-xidməti zəng mərkəzinə məlumat vermişdir. Daha sonra o Gəncə şəhər BPİ-nin Nizami RPİ-yə ərizə ilə müraciət etmişdir. Onun ünvan 13 ünvanın qarşısında saxladığı “Kamaz 55-11” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilinin akkumulyatorları 09.04.2021-ci il tarixindən 10.04.2021-ci il tarixinədək olan vaxt müddətində oğurlanmışdır. Akkumulyatorlarının ikisi bir yerdə 600 manatdır. Göstərdiyi əşyadan başqa heç bir əşyası oğurlanmamış, ümumilikdə ona 600 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir, o, şikayətçidir və ziyanı tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 14 ünvanında tək yaşayır. Rəsmi olaraq heçbir yerdə işləmir. Təqaüdçüdür. 21.04.2021-ci il tarixdə saat 15-radələrində əvvəlcədən tanıdığı qonşuluqda yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvan 15 ünvanına gəlmiş, ona pula ehtiyacı olduğuna görə qazla işləyən su qızdırıcısını satdığını və eyni zamanda həmin su qızdırıcısının özünə məxsus olduğunu bildirmişdir. Yaşadığı evdə su qızdırıcısı olmadığına görə onu almağı qərarlaşdırmış, o, Rəşada inanmış və həmin su qızdırıcısını nə qədər qiymətə satdığını soruşmuş, Rəşad ona həmin su qızdırıcısını 170 manata satdığını bildirmişdir, o, Rəşada o qədər pulunun olmadığını və 150 manata ala biləcəyini söyləmiş, Təqsirləndirilən şəxs razılaşmış və o Rəşada 150 manat vermiş, əvəzində həmin su qızdırıcısını almışdır. Daha sonra həmin su qızdırıcısına baxan zaman “Thermona” markalı su qızdırıcısı olduğunu müəyyən etmiş, sonra polis əməkdaşları gəlmiş və həmin “Thermona” markalı su qızdırıcısının oğurluq olduğunu ona bildirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X2 ifadəsində göstərmişdir ki, o 2012-ci ildən X5, 2018-ci ildən isə Gəncə şəhər Baş Polis Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmətini davam etdirir. 10.05.2021-ci il tarixdə idarəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, Təqsirləndirilən şəxs həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə qərar alınmış və əməliyyat qrupu yaradılmışdır. Bundan sonra idarənin PPXT-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış, həmin gün saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk propekti ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində onlar tərəfindən saxlanılaraq Gəncə şəhər BPİ-nin Nizami RPİ-yə dəvət edilmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər BPİ-nin Nizami RPİ-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilərək Müdafiəçi1 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş polietilen sellefon torbanı təqdim etmiş, bundan sonra onlar tərəfindən üzərində şəxsi axtarış aparılsa da, qeyri-qanuni hər hansı bir əşya aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış yekunlaşdırıldıqdan sonra təqdim etdiyi 1 ədəd siqaret falqasına bükülmüş şəffaf rəngli polietilən sellefona onların iştirakı ilə baxış keçirilmiş və 1 ədəd siqaret falqasının içərisindən şəffaf rəngli polietilən sellefonun içərisindən tünd qəhvəyi rəngli,toz halında ilk görünüşdən narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə 1 ədəd sellofon torba ilə birlikdə tərəzidə çəkilmiş və kütlənin sellofon torba ilə birlikdə ümumi çəkisinin 0.3 qram müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhərində Papanin adlı yerdə tanımadığı şəxsdən aldığını bildirmiş, bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq protokol tərtib edilmiş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Onun Təqsirləndirilən şəxs heç bir düşmənçiliyi yaxud ədavəti olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid3 digər Şahid2 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş: - 03.05.2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 05.05.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 05.05.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - “hadisə yerinə baxış keçirilməsi haqqında” 10.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 10.04.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin TB-nin təhqiqatçısı, polis leytenantı X6 tərəfindən Zərərçəkmiş şəxs4 məxsus əmlakın oğurlandığı hadisə yerinə, ünvan 13 ünvanına baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - “hadisə yerinə baxış keçirilməsi haqqında” 30.04.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 30.04.2021-ci il tarixdə Gəncə şəhəri BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis baş-leytenantı X7 tərəfindən Zərərçəkmiş şəxs2 oğluna məxsus əmlakın oğurlandığı hadisə yerinə, Gəncə şəhəri, Nizami rayonu, Yeni Şəmkir avtovağzalının qarşısı, “Toyata” servisin yanında yerləşən ticarət obyektinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - “hadisə yerinə baxış keçirilməsi haqqında” 01.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 01.05.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən Zərərçəkmiş şəxs1 məxsus əmlakın oğurlandığı hadisə yerinə, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi 28 may küçəsində yrləşən ünvansız yaşayış sahəsi olan evə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - “hadisə yerinə baxış keçirilməsi haqqında” 06.05.2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, 06.05.2021-ci il tarixdə Nizami rayon Polis İdarəsinin TB-nin baş təhqiqatçısı, polis mayoru X4 tərəfindən Zərərçəkmiş şəxs3 məxsus əmlakın oğurlandığı hadisə yerinə, Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 28 nömrəli evin arxa hissəinə baxış keçirilmiş və bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - “götürmə haqqında” 04.05.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 28 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs oğurlayaraq ona satdığı 01 ədəd “Tmakota” markalı perferotaru və “ciloz” adlı inşaat materiallarını istintaqa təqdim etmiş, həmin əşya iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüşdür. - “şəxsin fotoşəkil üzrə tanınmaya təqdim ediməsi haqqında” 04.05.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 fotocədvəl üzrə təqdim edilən şəxsləri nəzərdən keçirib 1-ci yerdə qoyulmuş Təqsirləndirilən şəxs şəkilini tanıyıb göstərərək 28.04.2021-ci il tarixdə işlədiyi Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən “Təzə Bazar” adlı yerdə 1 ədəd perferator və ciloz adlı inşaat materiallarını satanın həmin şəxs olduğunu bildirmişdir. - 05.05.2021-ci il, 19.05.2021-ci il və 06.09.2021-ci il tarixli “ifadəsinin yerində yoxlanılması” haqqında protokollardan görünür ki, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. - 11.05.2021-ci il tarixli, 16/446 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyində görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “10.05.2021-cu il tarixdə vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinə oxşar 0.3 qram çəkidə olan kütlə...” sözlər və imzalar, olan kağız paketdəki, bir ədəd “gümüşü rəngli kağız parçası bükümündəki şəffaf polietilen kəsiyində təmiz çəkisi 0,245 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. (Heroinin ümumi təmiz çəkisi- 0,245 qram, tədqiqata cəmi sərf edildi-0.05 qram. qalıq-0,195 qram) - 03.06.2021-ci il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan və DVD diskdən görünür ki, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin TB-də baş təhqiqatçı, polis mayoru Ruslan Novruzov, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin PPXT-nin polis nəfəri, polis serjantı Şahid3, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir, daha sonra onun üzərinə şəxi axtarış keçirilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunla qadağan edilmiş əşya varsa təqdim edilməsi təklif olunur.Bundan sonra Təqsirləndirilən şəxs əynində olan olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasını təqdim edir. Həmin 1 ədəd gümüşü rəngli siqaret falqasının içərisinə baxış keçirilir və baxış zamanı falqanın içərisindən şəffaf rəngli olan polietilen sellofan torbanın içərisinə baxış keçirilir və ilk baxışdan kəskin spesifik qoxulu narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə olduğunu bildirir. Daha sonra həmin şəxsdən təqdim etdiyi ilk baxışdan narkotik vasitəyə bənzəyən kütləni haradan əldə etməsi barədə soruşan zaman Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər kütləni Bakı şəhəri “Papanin” adlı yerdə tanımadığı şəxdən aldığını və şəxsi istifadəsi məqsədilə üzərində daşıdığını bildirməsi müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd polietilen sellofan torbanın içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin sellofanla birgə ümumilikdə çəkisinin 0.3 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Baxış zamanı iş üçün başqa əhəmiyyət kəsb edən hal aşkar edilmədi. - məhkəmə-narkoloji ekspertizasının 07.09.2021-ci il tarixli, 1043 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27.08.2021-ci il tarixli 9/5942 nömrəli rəyindən görünür ki, analoji malların markası, modelinə müvafiq olaraq ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən malların istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart-aprel-iyun aylarına orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 2020-ci il istehsalı olan 1 ədəd “Bosch” markalı, “GWS 7-115” model laqonda 2021-ci ilin mart-aprel ayına -120,00 manat; 1 ədəd “Tmakota” markalı, “TM-95A” model, 2800W-luq perforator 2021-ci ilin mart-aprel ayına-150,00 manat; dəmir materialdan olan 150 ədəd cilozun bir ədədinin dəyəri 0.50 qəpik olmaqla ümumi qiyməti 2021-ci ilin mart-aprel ayına-75,00 manat; 2018ci il istehsallı 1 ədəd “Thermona” markalı su qızdırıcısı(kombi) 2021-ci ilin mart-aprel ayına- 400,00 manat; 2020-ci il istehsallı 2 ədəd “Kamaz 5511” markalı avtomobilin akkumulyatorları bir ədədinin dəyəri 120 manat olmaqla ümumi qiyməti-240,00 manat. Ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 5 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart-aprel aylarına olan orta bazar qiyməti təxminən 985,0 manat müəyyən edilmişdir. Digər 2 adda mallar haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Gəncə şəhər Narkoloji Dispanserin 4804 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə 24.12.2009-cu il tarixdən “heroin nakomaniyası” diaqnozu ilə qeydiyyatdadır. - Gəncə şəhər Psixonevroloji Dispanserin 4203 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 17.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10.02.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 01.06.2011-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərdən üç nəfərin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Əvər oğluna təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur, həmçinin CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs 03.05.2021-ci il tarixdən 05.05.2021-ci il tarixədək, 10.05.2021-ci il tarixdən 12.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulmuş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli qərarına əsasən 18.05.2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 11 ay 01 gün müddət azadlığın məhdudlaşması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.195 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd “Tmakota” markalı perferatorun və 150 ədəd “ciloz” adlı inşaat materiallarının və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd “Thermona” markalı su qızdırıcısının sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 120 manat və 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsi ilə təyin olunmuş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanmaqla, Təqsirləndirilən şəxs 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 11 ay 01 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 01 il 10 ay 02 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Tmakota” markalı perferatorun, 150 ədəd “ciloz” adlı inşaat materiallarının və 1 ədəd “Thermona” markalı su qızdırıcısının sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0.195 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizası tədqiqatlarının cəmi dəyəri 82.40 (səksən iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) müvafiq olaraq 120 (bir yüz iyirmi) manat və 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-51/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-51/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver