Məhkəmə qərarları › İş №1(044)-52/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-52/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-52/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X5 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X9, zərərçəkmiş şəxsin hüquqi varisi X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxxxx 1993-cü ildə Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Yuxarı Daşkəsən qəsəbəsi, Çaparidze 8-də qeydiyyatda olan, Göygöl rayonunun Yeni Qızılca kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində “BC” koteqoriyalı, AB № 615524 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21154” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi ilə Göygöl rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, həmin tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobilinin qabaq sol tərəfi ilə yolun solundan sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq alın-təpə-gicgah nahiyyəsində sağda sərt qişa üstündə hematoma qansızma, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə-gicgah nahiyyələrində qansızma, burun, sağ körpücük sümüklərinin, sağ qasıq sümüyünün aşağı qövsünün, sağ oturaq sümüyünün xətti sınıqları, sol baldır sümüklərinin orta 1/3 hissəsindən qapalı qəlpəli sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızmaların olması, ağciyərlərə ocaqlı qansızmalar, daxili orqanların doluqanlı olması, sağ qulaqarxası nahiyyənin yaraları, alın nahiyyəsinin qançırı, hər iki əlin üst səthlərinin və bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan birlikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan qapalı küt kəllə-beyin travması nəticəsində, epidural, subdural, subaroxnodial qansızma və gicgah sümüyünün sınması nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 06:50 radələrində Gəncə şəhər Abbas Səhhət adına bir saylı xəstəxanada ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadəsi, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər sübut növləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, sürücülük vəsiqəsini 2011-ci il tarixdə əldə etmişdir. “VAZ- 21154” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil atası X6 məxsusdur. Qohumu İbadətin xx xxxxxx 2019-cu il tarixdə toy məclisi olacaqdı. Ona görə də həmin gün saat 11 radələrində həmkəndlisi İlkin və qardaşı Elbəy ilə birlikdə atasına məxsus “VAZ-21154” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən avto-yuma məntəqəsinə getmişdir. Avto-yuma məntəqəsində avtomobili təmizlədikdən sonra yaşadığı Yeni Qızılca kəndinə yola düşmüşlər. Avtomobili özü idarə etmişdir. Qabaq sərnişin oturacağında İlkin, arxa oturacaqda isə Elbəy oturmuşdur. Gəncə şəhər Nizami rayon İcra hakimiyyətinin binasının yaxınlığına çatan zaman Zərərçəkmiş şəxs yolu keçmək istəməsini görmüşdür. Zərərçəkmiş şəxs gördükdən sonra avtomobilin sürətini azaltmış və onun yoldan çıxması üçün avtomobilin səs siqnalından istifadə etmişdir. Lakin Zərərçəkmiş şəxs yoldan çıxmamış, yolu qaçaraq keçmək istəmişdir. Həmin vaxt avtomobilin əyləcindən istifadə etsə də, avtomobil dayanmamış və Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vurmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs baş hissəsi idarə etdiyi avtomobilin alın şüşəsinə dəymiş və idarə etdiyi avtomobilin sol tərəfinə yerə yıxılmışdır. Çox həyacanlı olduğundan avtomobili təxminən 20-30 metr qabaqda yolun sağ tərəfində saxlamış və birlikdə Zərərçəkmiş şəxs yanına gəlmişlər. Həmin vaxt yolun əks istiqamətindən dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-21015” markalı avtomobil keçmişdir. Qeyd etdiyi avtomobili saxlatmış və Zərərçəkmiş şəxs həmin avtomobilə qoyaraq Gəncə şəhərində yerləşən X7 aparmışlar. Sonra atasına zəng edib bu barədə məlumat vermişdir. Atasına məlumat verdikdən sonra tanımadığı taksi ilə hadisə yerinə qayıtmışdır. İlkin və Elbəy isə xəstəxanada qalmışlar. Hadisə vaxtı spirtli içki qəbul etməmiş, avtomobilinin baqajında yük olmamışdır. Avtomobili saatda 60-70 kilometr surətlə idarə etmişdir. Hadisənin baş verməməsi üçün idarə etdiyi avtomobilin səs siqnalından və işıqlarından istifadə etsə də, hadisənin qarşısını ala bilməmişdir. Hadisə baş verən zaman həmin yolda idarə etdiyi avtomobildən başqa avtomobil olmamışdır. Piyadanın yolu keçməsini təxminən 15 metr məsafədən görmüşdür. Piyada Zərərçəkmiş şəxs yolu sol tərəfdən sağ tərəfə keçmək istəmişdir. Hadisə zamanı özünə heç bir xəsarət dəyməmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış və ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alıb məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X8 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı olmuşdur. Zərərçəkmiş şəxs ilə 2008-ci il tarixdə evlənmişlər. Mərhum arvadı Zərərçəkmiş şəxs heç bir yerdə işləməmişdir. Övladlarını məktəbə və bağçaya Mətanət aparmışdır. xx xxxxxx 2019-cu il tarixdə Mətanət uşaqları məktəbə və uşaq bağçasına apardıqdan sonra Gəncə şəhərində iş axtaracağını demişdir. xx xxxxxx 2019-cu il tarixdə fəhlə işləmək üçün səhər saat 08 radələrində yaşadığı evdən işləmək üçün getmişdir. Həmin gün saat 13 radələrində atası zəng edib arvadını avtomobilin vurmasını və hal-hazırda Gəncə şəhər Mərkəzi Klinikasında olmasını demişdir. Avtobusla Gəncə şəhər Mərkəzi Klinikasına getmişdir. Ora çatanda atasının və qızının xəstəxanada olmasını görmüşdür. Atası Mətanətin təcili tibbi yardım avtomobili ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına aparıldığını demişdir. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 07 radələrində həkimlər artıq arvadının vəfat etməsini bildirmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onlar barışmışlar. Ona görə də hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona ən yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadə verərək göstərmişdir ki, Daşkəsən rayonu Qabaq- Təpə kəndində qeydiyyatda olsa da, ailəsi ilə birlikdə Göy-göl rayonu, Yeni Qızılca kəndində yaşayır. Təqsirləndirilən şəxs da həmkəndlisidir. xx xxxxxx 2019-cu il tarixdə saat 11 radələrində yaşadığı kəndin mərkəzində dayanan zaman Yaşar atasına məxsus “VAZ-21154” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlib yanında dayanmışdır. Avtomobildə Yaşar və qardaşı Elbəy olmuşdur. Yaşar birlikdə avtomobilini Gəncə şəhərinə avto-yuma məntəqəsinə aparmağı təklif etmişdir. Yaşarın təklifi ilə razılaşmış və təxminən 15 dəqiqədən sonra Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən avto-yuma məntəqəsinə çatmışlar. Avto-yuma məntəqəsində avtomobili təmizlədikdən sonra yaşadıqları Yeni Qızılca kəndinə yola düşmüşlər. Avtomobili Yaşar idarə etmişdir. Qabaq sərnişin oturacağında özü, arxadakı oturacaqda isə Elbəy oturmuşdur. Gəncə şəhər Nizami rayon İcra hakimiyyətinin binasının yaxınlığına çatan zaman bir nəfər qadının yolu sol tərəfdən sağ tərəfə keçmək istəməsini görmüşdür. Həmin qadını gördükdən sonra Yaşar avtomobilin sürətini azaltmış və avtomobilin səs siqnalından istifadə etmişdir ki, həmin qadın yoldan çıxsın. Lakin həmin qadın yoldan çıxmayaraq, yolu qaçaraq keçmək istəmişdir. Yaşar da həmin vaxt avtomobilin əyləcindən istifadə etsə də, avtomobilin qabaq sol hissəsi ilə piyadanı vurmuşdur. Həmin vaxt qadının baş hissəsi avtomobilin alın şüşəsinə dəymiş və avtomobilin sol tərəfinə yerə yıxılmışdır. Yaşar avtomobili təxminən 20-30 metr qabaqda yolun sağ tərəfində saxlamış və birlikdə qadının yanına getmişlər. Həmin vaxt yolun əks istiqamətindən dövlət qeydiyyat nişanını xatırlamadığı “VAZ-21015” markalı avtomobil keçmişdir. Yaşar həmin avtomobili saxlatmış və qadını həmin avtomobilə qoyaraq Gəncə şəhərində yerləşən X7 aparmışlar. Sonra Yaşar atasına zəng edib bu barədə məlumat vermişdir. Məlumat verdikdən sonra Yaşar taksi ilə hadisə yerinə qayıtmışdır. Özü və Elbəy isə xəstəxanada qalmışlar. Təqsirləndirilən şəxs avtomobili saatda 60-70 kilometr sürətlə idarə etmişdir. Hadisə baş verməməsi üçün Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin səs siqnalından istifadə etmişdir. Hadisə baş verən zaman həmin yolda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən başqa hərəkətdə olan digər avtomobil olmamışdır. Özünə heç bir xəsarət dəyməmişdir. Piyadanın yolu keçməsini təxminən 10-15 metr məsafədən görmüşdür. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında Şahid4 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs bacısıdır. Bacısı Zərərçəkmiş şəxs Pərvin Hüseynovla 2008-ci il tarixdə evlənmişlər. Pərvin Hüseynovun aylıq əmək haqqı az olduğundan kömək məqsədilə bacısı iş axtarmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 13:15-də mərhum bacısı Mətanətin telefon nömrəsindən istifadəsində olan telefon nömrəsinə zəng gəlmişdir. Telefon zənginə cavab verəndə zəng edənin bacısının olmamasını bilmişdir. Zəng edən şəxsin adını xatırlamır. Həmin şəxs bacısının avtomobil ilə vurulmasını və hal-hazırda Gəncə şəhər Mərkəzi Klinikasında olmasını demişdir. Bu barədə atasına və anasına demişdir. Sonra yaşadığı Gədəbəy rayonundan çıxıb Gəncə şəhərinə gəlmişlər. Gəncə şəhərinə çatan zaman bacısının qayınanası Roza ilə telefon vasitəsilə danışmışdır. Həmin vaxt Roza bacısının Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına aparılmasını demişdir. Ona görə həmin xəstəxanaya getmişlər. xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 07 radələrində həkimlər artıq bacısının vəfat etməsini bildirmişlər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli 4326/2019 saylı “Sərxoşluğun təyini” aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokol və fotocədvəldən görünür ki, hadisə Gəncə şəhəri, Nizami rayonu, 28 May küçəsində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2019-cu il tarixli, 104 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir– alın-təpəgicgah nahiyyəsində sağda sərt qişa üstündə hematoma qansızma, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə-gicgah nahiyyələrində qansızma, burun, sağ körpücük sümüklərinin, sağ qasıq sümüyünün aşağı qövsünün, sağ oturaq sümüyünün xətti sınıqları, sol baldır sümüklərinin orta 1/3 hissəsindən qapalı qəlpəli sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızmaların olması, ağciyərlərə ocaqlı qansızmalar, daxili orqanların doluqanlı olması, sağ qulaqarxası nahiyyənin yaraları, alın nahiyyəsinin qançırı, hər iki əlin üst səthlərinin və bel nahiyyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər həyatidir, bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb qapalı küt kəllə-beyin travması nəticəsində, epidural, subdural, subaroxnodial qansızma və gicgah sümüyünün sınması olmuşdur. Mərhum Zərərçəkmiş şəxs bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində də əmələ gələ bilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2020-ci il tarixli, 31514 nömrəli rəyindən görünür ki, “VAZ- 21154” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “VAZ-21154” markalı avtomobili etibarnamə olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idarə etməsi şəraitində onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X13 Gəncə RQİ və TBŞ-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AB-615524 saylı, “BC” dərəcəli sürücülük vəsiqəsi var və Təqsirləndirilən şəxs sürücülük hüququndan məhrum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, X1 Yaşar Fazil oğlunun ona dəymiş ziyanı tamamilə ödəməsini və ona görə də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsində nəzrədə tutulan cinayət əməli kimi qiymətləndirilməmiş, Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saat sürətindən artıq idarə etməsini mötəbər sübutlar ilə təsdiq etmək mümkün olmadığından onun sürəti 60 km/saatdan artıq olmayan kimi qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 12 radələrində “BC” koteqoriyalı, AB № 615524 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ-21154” markalı, **-OD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 28 May küçəsi ilə Göygöl rayonu istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu, həmin tələblərə əməl etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyərək idarə etdiyi avtomobilinin qabaq sol tərəfi ilə yolun solundan sağ tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq alın-təpə-gicgah nahiyyəsində sağda sərt qişa üstündə hematoma qansızma, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, sağ gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, başın yumşaq toxumalarına alın-təpə-gicgah nahiyyələrində qansızma, burun, sağ körpücük sümüklərinin, sağ qasıq sümüyünün aşağı qövsünün, sağ oturaq sümüyünün xətti sınıqları, sol baldır sümüklərinin orta 1/3 hissəsindən qapalı qəlpəli sınıqları, sınıq ətrafı yumşaq toxumalarda qansızmaların olması, ağciyərlərə ocaqlı qansızmalar, daxili orqanların doluqanlı olması, sağ qulaqarxası nahiyyənin yaraları, alın nahiyyəsinin qançırı, hər iki əlin üst səthlərinin və bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan birlikdə həyat üçün təhlükəli olan sağlamlığına ağır zərər vurulmasına səbəb olan qapalı küt kəllə-beyin travması nəticəsində, epidural, subdural, subaroxnodial qansızma və gicgah sümüyünün sınması nəticəsində xx xxxxxx 2019-cu il tarixdə saat 06:50 radələrində Gəncə şəhər Abbas Səhhət adına bir saylı xəstəxanada ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 xx xxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İİ 055686 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AZ-İİİ 685183 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl rayon İHB-nın Yeni Qızılca kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, kənd ərazisində özünə məxsus yaşayış evində ailə üzvləri ilə birgə yaşayır, təsərrüfat işlərində valideynlərinə həmişə köməklik etmiş, ictimai işlərdə yaxından iştirak etmiş, pis vərdişlərə heç vaxt meylli olmamış, yaşadığı ərazidə qonşularla mehriban davranmış və heç kəslə mübahisə etməmişdir. Spirtli içkilərə və narkotik vasitələrə meylli deyildir və yaşayış yeri üzrə müsbət xaraketirza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tamamilə ödəmiş və ona görə də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını, eləcə də ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə cəhd etməsini və buna nail olmasını, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin ondan tələbinin və şikayətinin olmamasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzatəyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 70 yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir.Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 (on beş) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 01 (bir) il 06 (altı) ay müddətə şamil edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar