Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-54/2021 08.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X10 Mühafizə və X21-Tədqiqat İnstitutunun nümayəndəsi Zərərçəkmiş şəxs4, zərərçəkmiş hüquqi şəxs Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Komunal X1 nümayəndəsi Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7 Firuddin oğlunun, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, 04.12.1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə və 07.08.191991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, H.Əliyev prospekti 89 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Avtozavod qəsəbəsi yeni tikililərdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri ilə əlaqədar istintaq orqanı tərəfindən cinayət işi üzrə ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən ittiham aktı üzrə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb təkrarən oğurluq etmiş, Təqsirləndirilən şəxs2 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 18 iyun N6-cı il tarixdə təxminən saat 18 radələrində Gəncə şəhəri, Fərhad Əliyev küçəsi 2-ci döngə, bina 1, mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs7 yaşadığı evin qarşısında yerləşən hamam otağına qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs7 şəxsi mülkiyyətində olan 600 manat dəyərində 40 litr su tutumlu bir ədəd samovarı gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 24 yanvar N7-ci il tarixdə saat 24 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evinə pəncərəni sındırıb açma yolu ilə qanunsuz daxil olub evdən Zərərçəkmiş şəxs6 şəxsi mülkiyyətindəki dəyəri 800 manat olan bir ədəd “Samsung” markalı televizoru, dəyəri 500 manat olan bir ədəd “Termet” markalı su qızdırıcısını, dəyəri 200 manat olan bir ədəd 2x5 ölçülü xalçanı, dəyəri 100 manat olan bir ədəd tozsoranı, dəyəri 50 manat olan bir ədəd antena aparatını və hər birinin dəyəri 50 manat olan 3 ədəd yataq örtüyünü vahid niyyətlə, ümumilikdə 1800 manat dəyərində əmlakını təkrarən gizli olaraq talayaraq oğurluq ctmişdir. Bundan başqa o, təkrarən tanışı X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 10 fevral N7-ci il tarixdə, saat 01 radələrində Gəncə şəhəri, A.Səhhət küçəsi ilə Z.Hacıyev küçəsinin kəsişməsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus “Çay Dünyası” adlı ticarət obyektinə qapının qıfılını sındırıb açmaq yolu ilə qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs5 məxsus dəyəri 350 manat olan müxtəlif növ tütün məmulatlarını, dəyəri 100 manat olan bir ədəd mikrodalğalı sobanı, dəyəri 80 manat olan bir ədəd samovarı və 20 manat məbləğində qəpik pulları vahid niyyətlə, ümumilikdə 550 manat dəyərində əmlakını təkrarən gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 28 fevral N7-cı il tarixdə gecə saat 01 radələrində Gəncə şəhəri, Atatürk prospekti 139A ünvanında yerləşən X4 istifadəsində olan yeməkxananın giriş qapısını fiziki təsir etməklə açaraq qanunsuz daxil olub oradan Xəqani Məmmədova məxsus dəyəri 250 manat olan bir ədəd “LG” markalı, 32LB561UZE modelli, 406KKZQ058B829 seriya nömrəli Cənubi Koreya istehsalı olan N4-cü ildə alınmış televizoru və dəyəri 70 manat olan bir ədəd “SHARP” markalı, R-2371K(SL) modelli, ********* seriya nömrəli Tailand istehsalı olan, N5-ci ildə alınmış, işlək vəziyyətdə, mikrodalğalı elektrik sobasını vahid niyyətlə ümumilikdə 320 manat dəyərində əmlakını təkrarən gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışları X6 və X12 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 21 aprel N8-ci il tarixdə saat 16 radələrində Gəncə şəhəri, H.Əliyev pr-ti 47 ünvanında yerləşən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X10 Mühafizə və X21-Tədqiqat İnstitutuna pəncərəni sındırmaqla qanunsuz daxil olub oradan həmin Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X10 Mühafizə və X21-Tədqiqat İnstitutuna məxsus ümumi dəyəri 650 manat olan kompyuter dəstini, yəni bir ədəd monitoru, bir ədəd prosessoru, bir ədəd klaviaturanı və bir ədəd siçan qurğusunu, dəyəri 300 manat olan 400 metr uzunluğunda elektrik naqilini, dəyəri 50 manat olan bir ədəd UPS aparatını, dəyəri 30 manat olan bir ədəd printeri vahid niyyətlə, ümumilikdə 1030 manat dəyərində əmlakını təkrarən gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 29 aprel N9-cu il tarixdə gecə saat 23 radələrində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evə hasardan keçmə yolu ilə qanunsuz daxil olub evin zirzəmisindən Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 160 manat olmaqla 320 manat dəyərində iki ədəd istifadədə olmuş 10 litr su tutumlu odun samovarını və dəyəri 105 manat olan 100 metr uzunluğunda Türkiyə istehsalı, təzə vəziyyətdə, “Sedef Kablo” markalı 2x2.50 mm2 ölçülü kabelini vahid niyyətlə ümumilikdə 425 manat dəyərində əmlakını təkrarən gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 12 may N9-cu il tarixdə saat təxminən 22 radələrində Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən, Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Komunal X1 balansında olan avtomobil parkının yeməkxanasına qanunsuz daxil olaraq daxil olub oradan həmin Birliyin balansında olan avtomobil parkına məxsus dəyəri 450 manat olan bir ədəd “Sunny” markalı 106 ekran ölçülü televizoru təkrarən gizli olaraq talayıb oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Digər Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə 29 aprel N9-cu il tarixdə gecə, saat 23 radələrində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 məxsus evə hasardan keçmə yolu ilə qanunsuz daxil olub evin zirzəmisindən Zərərçəkmiş şəxs2 məxsus hər birinin dəyəri 160 manat olmaqla 30 manat dəyərində iki ədəd istifadədə olmuş 10 litr su tutumlu: odun samovarını və dəyəri 105 manat olan 100 metr uzunluğunda Türkiyə istehsalı, təzə vəziyyətdə, “Sedef Kablo” markalı 2x2.50 mm2 ölçülü kabelini vahid niyyətlə, ümumilikdə 425 manat dəyərində əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18.07.N6-cı il tarixdə, təxminən saat 17 radələrində o, Gəncə şəhəri F.Əliyev küçəsi ilə piyada gedən vaxt bir həyət evi görmüş, həmin evə nəzər saldıqda evdə heç kəs olmadığı görüb həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, həmin evin həyətinə daxil olmuş və evin həyətində olan hamama girib oradan bir ədəd samovarı götürmüş və evdən çıxıb getmişdir. Həmin samovarı o, dövlət nömrə nişanını xatırlamadığı “Qaz-24” markalı avtomobillə gəzib metal alan tanımadığı şəxslərə 10 manata satmış, əldə etdiyi pulu isə öz tələbatları üçün xərcləmişdir. O, həmin oğurluq cinayətini törədən zaman orada əlavə heç kim olmamış və onu kənardan heç kim görməmişdir. Bundan sonra 24 yanvar N7-ci il tarixdə təxminən saat 23 radələrində o, tanışı Orxanla şəhərdə gəzişdikdən sonra birlikdə Orxanın yaşadığı Gəncə şəhəri Məhsəti qəsəbəsinə getmişlər. Onlar həmin qəsəbəyə getdikdən sonra Orxan orada ona bir ev göstərib bildirmişdir ki, həmin evdə heç kəs yoxdur və təklif etmişdir ki, həmin evdən oğurluq etsinlər. O, da Orxanla razılaşmış və saat təxminən 24 radələrində həmin evin arxa tərəfinə keçmişlər və oradan hasarın üzərindən aşaraq evin həyətinə düşmüşlər. Bundan sonra Orxan əli ilə evin plastikdən olan pəncərəsini açmış və onlar evin qonaq otağına daxil olmuşdular. Onlar evin qonaq otağında olan bir ədəd “Samsung” markalı televizoru, bir ədəd həmin televizorun altında olan antena aparatını, bir ədəd tozsoranı və bir ədəd yerdə olan xalçanı götürüb evin həyətinə çıxartmışlar. Bundan sonra onlar evin mətbəx otağına keçmişlər və orada divara bərkidilmiş su qızdırıcısını yerindən çıxarıb aparıb evin həyətinə digər oğurladıqları əşyaların yanına qoymuşlar. Sonra evə qayıdıb evdən 3 ədəd yataq dəstini də götürüb evin həyətinə çıxmışlar. Bundan sonra onlar Orxanla birlikdə həmin əşyaları evin hasarından aşırıb aparıb Orxanın yaşadığı evə yığmışlar. Səhəri günü isə o, Orxanla birlikdə həmin əşyaları aparıb “Dubay bazarı” adlanan ərazidə tanımadıqları şəxslərə satmışlar və əldə etdikləri puları isə aralarında bölüb şəxsi tələbatların xərcləmişdilər. Bundan sonra 09 fevral N7-ci il tarixdə saat təxminən 23 radələrində o, Orxan Nəsibzadə ilə birlikdə şəhərdə gəzən vaxt Z.Hacıyev küçəsi ilə A.Səhhət küçəsinin kəsişməsində yerləşən “Çay Dünyası” adlı obyekt görmüşlər. Həmin vaxt Orxan ona təklif etmişdir ki, həmin ticarət obyektindən oğurluq etsinlər. O, da etiraz etməmiş və 10.02.N7-ci il tarixdə saat təxminən 01 radələrində onlar həmin obyektin qarşısına yaxınlaşmışlar. Həmin vaxt onlar ətrafda heç kəsin olmadığını görüb obyektin qapısını açmağa çalışmışlar. Orxan yerdən dəmir parçası götürüb obyektin aliminiumdan olan qapısını açmış və onlar içəri daxil olmuşdular, Onlar həmin obyektdən bir ədəd samovarı, bir ədəd mikrodalğalı sobanı, müxtəlif çeşidli siqaretləri və təxminən 20 manat məbləğində xırda qəpik pulları götürüb oradan çıxıb getmişlər. Onlar yolla gedən vaxt mikrodalğalı soba əllərindən yerə düşüb sındığı üçün yolun kənarında olan zibil qutusuna atmış, samovarı isə aparıb Kəpəz stadionunun yaxınlığında gizlətmiş, xırda qəpik pulları Orxanla öz aralarında bölmüş, siqaretləri isə özləri üçün istifadə etmişlər. Ertəsi günü o, Orxanla birlikdə Kəpəz stadionunun yaxınlığına gedib gizlətdikləri samovarı götürmüşlər və küçələrdə Qaz-24 markalı avtomobillə metal əşyaları alan tanımadığı şəxsə 25 manata satıb öz aralarında bölmüş, əldə etdikləri pulları isə öz tələbatları üçün xərcləmişlər. Bundan başqa o, 28 fevral N7-ci il tarixdə gecə saat 01 radələrində tanışı X7 ilə birlikdə Gəncə şəhəri, Atatürk prospekti 139A ünvanında piyada hərəkət edərkən həmin ünvanda yerləşən yeməkxana diqqətlərini cəlb etmiş, həmin vaxt yeməkxana işləməmiş, bağlı olmuş və Orxanla qərara gəlmişlər ki, həmin kafedən oğurluq etsinlər. İlk əvvəl Orxan həmin yeməkxananın plastik materialdan olan qapısını çiyni ilə təsir edib açmış, onlar birlikdə həmin yeməkxanaya daxil olub oranı axtarmışlar, lakin hər hansı məbləğdə pul, qızıl-zinət əşyaları tapmamışlar. Orxan yeməkxananın salonunda olan bir ədəd “LG” markalı televizoru, o, isə həmin yeməkxananın mətbəxində olan boz rəngli “SHARP” markalı mikrodalğalı elektrik qızdırıcı sobanı götürüb oradan çıxaraq yaxınlıqda yerləşən yaşadığı Gəncə şəhəri ünvan 7 ünvanda yerləşən evlərinə gəlmişlər. O, həmin oğurladıqları boz rəngli “SHARP” markalı mikrodalğalı elektrik qızdırıcı sobanı evlərinə qoymuşdur. X22 ilə birlikdə piyada sonuncunun yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Gəc zavodunun yaxınlığında olan evinə gəlib oğurladıqları həmin televizoru orada qoymuşlar, sonra o, tək öz evlərinə qayıtmışdır. 01 mart N7-ci il tarixdə saat 12 radələrində oğurladıqları həmin boz rəngli “SHARP” markalı mikrodalğalı elektrik qızdırıcı sobanı o, tək Gəncə şəhəri Dəmir yolu vağzalının yaxınlığında yerləşən “Sərçə bazarı” deyilən bazara gəlib həmin bazarın içərisində peraşki və digər xəmir məmulatları bişirib satan Afət adlı qadına 30 manata satmışdır. Həmin vaxt Afət adlı qadın ona 15 manat vermiş, qalan 15 manatı isə 1 həftədən sonra verəcəyini bildirmişdir. O, Afətlə razılaşıb 15 manatı götürüb oradan çıxıb getmişdir. Həmin gün saat 13 radələrində o, həmin bazarda Orxan Nəsibzadə ilə görüşmüş, Orxan Nəsibzadə həmin yeməkxanadan birgə oğurladıqları LG markalı televizoru hələ satmadığını, televizorun sonuncunun yaşadığı evdə olduğunu bildirmişdir. O, da Orxana oğurladıqları sobanı bazarda satması barədə heç nə deməmiş və bildirmişdir ki, həmin soba yaşadığı evdədir, satmamışdır. Sonra Orxandan aralanıb Gəncə şəhəri ərazisində bir qədər gəzmiş və sonra yadında qalmayan mağazalardan 25 manata bir ədəd göy rəngli çins şalvar və bir ədəd 32 manata qara rəngli ayaqqabı almışdır. Üzərində qalan 48 manatı isə şəxsi tələbatlarına xərcləmişdir. O, həmin sobanı Afət adlı qadına satan zaman sobanın özününkü olduğunu, anası xəstə olduğu üçün satdığını demiş, sobanın oğurluq olduğunu bildirməmişdir. Həmin oğurluq hadisəsini törədən zaman onları kənardan heç kim görməmiş, oğurluq barədə heç kimə məlumat verməmişlər. Bundan sonra o, Elçin və Orxanla birgə oğurluq cinayətləri törətmişdir. Belə ki, Elçin və Orxanı uzun müddətdir ki, tanıyır, onlarla qonşuluqda yaşamışlar. Həmin şəxslərlə mütəmadi olaraq görüşüb bir yerdə vaxt keçirirlər. 21.04.N8-ci il tarixdə saat 13:30 radələrində o, yaşadığı evdən çıxıb Gəncə şəhəri Heydər Əliyev prospektində yerləşən Musiqi Peşə iseyinin qarşısına gəlmiş, həmin vaxt Elçin ilə Orxanı orada görüb görüşmüşdür. Bir neçə dəqiqə söhbət etdikdən sonra Elçin demişdir ki, “pul yoxdu gedək yaxınlıqda bir yer var ora baxaq bir şey olsa oğurlayarıq”. Orxanla o, Elçinin təklifi ilə razılaşmışlar və birlikdə Heydər Əliyev prospektində yerləşən İpəkçilik İnistitutunun inzibati ərazisinə girmişlər, həmin vaxt İnstitutun inzibati binasında heç kim olmamışdır. Elçin binanın 1-ci mərtəbəsinin pəncərə şüşəsini sındırmış, Orxan, Elçin və o, binaya daxil olmuşlar. Onlar binanın 1-ci mərtəbəsində heç bir dəyərli əşya tapa bilməyib 2-ci mərtəbəyə qalxmışlar, 2-ci mərtəbədə olan zaman Elçin otaqlardan birində kompyuter dəsti olduğunu görmüş və onlara xəbər edib demişdir ki, “gəlin kömək edib komputeri götürüb çıxaq”. Orxanla o, köməklik edib kompyuteri hissələrlə götürüb orada olan adyala bükmüş və oradan çıxmışlar. Sonra oğurladıqları kompyuteri Elçinin yaşadığı evə gətirmişlər, sonra hər kəs öz yaşadığı evə getmişdir. Həmin kompyuteri satıb pul əldə etmək istəmişlər. Oğurluq hadisəsini törədib gedən zaman onları kənardan heç kim görməmişdir. Onlar həmin yerdən elektrik naqillərini də oğurlamamışlar, sadəcə kompyuter dəstini oğurlayıb çıxmışlar. Bundan sonra N9-cu ilin aprel ayının ortalarında o, Əfqanla təsadüfən Gəncə şəhəri ərazisində qarşılaşmış, Əfqanla bir neçə dəfə görüşmüşlər. 29 aprel N9-cu il tarixdə təxminən saat 23 radələrində o, Əfqanla Gəncə şəhəri Mərkəzi Univemağın qarşısında görüşüb söhbət edən zaman Əfqan ona bacısınn yaşadığı Gəncə şəhəri M.F.Axundzadə küçəsində yerləşən evdə heç kim yaşamadığını və oradan oğurluq etməyi təklif etmişdir. O, da Əfqanla razılaşmış və onlar birlikdə ünvan 8 ünvanında yeləşən evin yanına getmişlər. Əfqan küçədə gözləyib gələn olsa xəbər verəcəyini demiş və əlini bir-birinə keçirib tutmuşdur. O, da ayağını Əfqanın əlinə qoymuş və həmin evin hasarından aşaraq həyətə düşmüşdür. Həyətdə gəzəndən sonra evin qapısına yaxınlaşmış və qapının açıq olduğunu görmüşdür. Sonra içəri daxil olmuş və evi axtarmağa başlamış, evdə birşey tapmamış və zirzəmiyə daxil olmuşdur. Orada isə iki ədəd 10 litr su tutumlu çay samovarı olduğunu görmüş və götürmüşdür. Sonra zirzəminin girişində 100 metr uzunluğunda sellofanda kabel olduğunu görmüşdür. Həmin kabeli də götürmüş və evin pəncərəsinin arxasına qoymuşdur. Pəncərəni açmış və iki ədəd samovarı və 100 metr uzunluğunda kabeli küçəyə açılan pəncərədən Əfqana vermişdir. Özü isə pəncərəni bağlamış və həyətə çıxb hasardan aşaraq küçəyə düşmüşdür. Həmin əşyaları digər küçəyə aparmışlar və tanımadığı taksi ilə aparıb Xanlar adlı köhnə əşyalar alıb-satan şəxsə 75 manata razılaşmışlar, ilkin olaraq 45 manat, sonradan 10 manat almış, lakin 20 manatı ala bilməmişdir. 45 manatdan isə 10 manatını Əfqana vermiş, yerdə qalan pulu isə şəxsi tələbatlarına xərcləmişdir. Daha sonra o, 31 may N9-cu il tarixdə saat 14 radələrində yenə Əfqanla görüşmüş və 40 manat pula ehtiyac olduğu üçün ilkin oğurluq etdikləri evdən təkrar oğruluq etmək qərarına gəlmişdilər. Bunun üçün Axundzadə küçəsi 8-ci döngə, ev 1 ünvanındakı evin qarşısna getmişlər, Əfqan köməkliyi ilə o, yenə hasardan aşmışdır. Sonra evi axtarmağa başlamış, lakin dəyərli bir şey, yəni 40 manatlıq bir əşya olmadığı üçün oğurluq etməkdən imtina edib geri qayıdıb evdən çıxmaq üçün qapıya yaxınlaşan zaman ev sahibi, adını sonradan bildiyi Həlimə adlı qadın qapıdan içəri daxil olmuş və ondan həyətda nə axtardığını soruşmuşdur. O, da yalandan Bakı şəhəridən gəldiyini və evinin həyətinə paltarını dəyişdiyini demişdir. Bundan sonra ev sahibinin həmin qadın olduğunu başa düşmüş və evdən heç bir əşya götürmədən qaçıb getmişdir. Bundan başqa 12 may N9-cu il tarixdə təxminən saat 22 radələrində yaşadığı evə gedərkən Mənzil Komunal X1 Gəncə şəhər Ə.Rəfibəyli küçəsində yerləşən avtomobil qarajının qarşısından keçəndə görmüşdür ki, qarajın həyətində tikili var, onun pula ehtiyacı olduğu üçün həmin tikilidən oğurluq etmək məqsədi ilə qarajın arxa tərəfinə gəlmiş və daş hasardan keçib qarajın həyətinə düşmüşdür. Sonra orada olan tikiliyə yaxınlaşanda görmüşdür ki, həmin tikili yeməkxanadır. O, həmin yeməkxananın plastik pəncərəsini əli ilə itələyib açmış və içəri daxil olmuş və divardan plazma televizor asıldığını görmüşdür. O, yeməkxananın içərisində olan kəlbətinlə həmin plazma televizoru açıb götürmüş və yeməkxananın pəncərəsindən çıxmışdır. Sonra hasara yaxınlaşıb televizoru hasarın üzərinə qoymuş, özü isə hasardan keçib televizoru götürmüş və qarşı tərəfdə olan yarım tikiliyə daxil olub televizoru oraya qoymuş, sonra isə çıxıb yaşadğı ev getmişdir. Səhərisi gün, yəni 13 may N9-cu il tarixdə saat 12 radələrində o, evdən çıxmış və tanımadığ “Vaz 2107” markalı taksi ilə televizoru gizlətdiyi yarımtikilinin qarşısına gəlmiş, maşından düşüb həmin yarımtikilinin içərisindən televizoru götürüb gəlmiş və maşının arxa oturacağının üzərinə qoymuşdur. Sonra maşına əyləşib xahiş etmiş ki, “Sərçə” bazarı deyilən yerə getsinlər. Taksi onu həmin yerə gətirmiş və o, maşından televizoru düşürtdükdən sonra taksinin pulunu verib çıxıb getmiş, televizoru isə ev əşyaları alan Xanlar adlı şəxsə satmaq məqsədi ilə göstərmişdir. Xanlar adlı şəxs isə neçiyə satdığını, hardan götürdüyünü soruşmuş, o, isə 180 manata satdığını və evin televizor olduğunu, pula ehtiyacı olduğu üçün satdığını demişdir. Xanlar adlı şəxs onunla razılaşmış və onun şəxsiyyət vəsiqəsinin kserosurətini götürüb həmin televizoru ondan 180 manata almışdır. O, da həmin 180 manat pulu götürüb öz şəxsi tələbatlarına xərcləmişdir. Oğurladığı televizoru Xanlar adlı şəxs satan zaman həmin şəxsə televizorun oğurluq olduğunu deməmişdir. Sonda o, törətdiyi cinayət əməllərindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 ilə eyni hərbi hissədə xidmətdə olmuşdur. N9-cu ilin aprel ayının ortalarında o, Münasib ilə təsadüfən Gəncə şəhəri ərazisində qarşılaşmış, bundan sonra Münasiblə bir neçə dəfə görüşmüşdür. 29 aprel N9-cu il tarixdə təxminən saat 23 radələrində Münasib ilə Gəncə şəhəri Mərkəzi Univemağın qarşısında görüşüb söhbət edən zaman o, bacısının yaşadığı Gəncə şəhəri M.F.Axundzadə küçəsində yerləşən qonşu evdə heç kim yaşamadığını və oradan oğurluq etməyi təklif etmişdir. Münasibda onunla razılaşmış və onlar birlikdə ünvan 8 ünvanında yeləşən evin yanına getmişlər. O, küçədə gözləyib gözətçilik edərək gələn olsa xəbər verəcəyini demiş və əlini bir-birinə keçirib tutmuş, Münasib isə ayağını onun əlinə qoymuş və həmin evin hasarından keçərək həyətə düşmüş, o, isə küçədə gözləmişdir. Təxminən 20 dəqiqədən sonra Münasib oğurluq məqsədi ilə daxil olduğu evin küçəyə baxan pəncərəsini açaraq oradan ona iki ədəd somavar və təxminən 100 metr uzunluğunda təzə halda olan kabeli vermişdir. O, həmin oğurluq əşyaları götürdükdən sonra Münasib pəncərəni bağlamış və həyətə çıxıb hasardan keçərək küçəyə çıxmışdır. Həmin əşyaları onlar birgə digər küçəyə aparmışlar və tanımadıqları taksi ilə həmin əşyaları Gəncə şəhəri, Sərçə bazarı deyilən yerə aparıb orada Xanlar adlı köhnə əşyalar alıb-satan şəxsə 75 manata satmağa razılaşmışlar. İlkin olaraq Münasib Xanlardan 45 manat almış, sonradan 10 manatda almışdır. Lakin 20 manatı Xanlardan ala bilməmişlər, Münasib aldığı 45 manatdan isə 10 manatını ona vermişdir. Bundan sonra 31 may N9-cu il tarixdə saat 14 radələrində o, yenə Münasiblə görüşmüş və 40 manat pula ehtiyac olduğu üçün həmin evdən yenidən oğurluq etmək qərarına gəlmişlər. Bunun üçün Axundzadə küçəsi 8-ci döngə, ev 1 ünvanındakı evin qarşısına getmişlər, o, yenə kömək etmiş və Münasib həyətə düşmüş, o, isə küçədə bacısıgilin evi tərəfdə gözləmişdir. Bu zaman Münasib hasarın üstə çıxaraq çıxmaq istyəndə evin sahibi, adını sonradan bildiyi Həlimə adlı qadın evlərinə tərəf gəlib qapını açaraq həyətə daxil olmuşdur. Orada Münasib ilə rastlaşdığı üçün Münasib qadını görüb evdən heç bir əşya oğurlamadan qaçıb getmişdir. O, da sonradan çıxıb öz yaşadığı evə gəlmişdir. Hazırda o, hərəkətindən peşmandır. Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödədiyini, yeni ailə həyatı qurduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli onların özlərinin etiraf ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxs X18 oğlunun hüquqi varisi Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X13 onun atasıdır. Xaqani Məmmədov 21 avqust N7-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhəri Atatürk prospekti 139A ünvanında yerləşən avtoservis və onun tərkibində olan yeməkxana atası Xaqaniyə məxsus idi. 27 fevral N7-ci il tarixdə atası Xaqani axşam saatlarında avtoservisi bağladıqdan sonra yaşadığı evə gəlmişdir. 28 fevral N7-ci i1 tarixdə təxminən saat 08:30 radələrində evdən çıxıb avtoservisin tərkibində olan yeməkxananın qarşısına gəlmiş, həmin vaxt yeməkxananın giriş qapısının açıq olduğunu, görmüşdür. Atası içəri daxil olub diqqət yetirəndə divardan asılmış 1 ədəd 400 manat dəyərində, “LG” markalı televizorun və yeməkxananın mətbəxində dəyəri 100 manat olan 1 ədəd “SHARP” markalı mikrodalğalı sobanın yerində olmadığını görmüş və oğurluq olduğunu başa düşmüşdür. Ona görədə atası Xaqani “AR DİN-nin 102 xidmətinə” zəng edərək oğurluq olması barədə məlumat vermiş, daha sonra isə Nizami RPİ-nə ərizə yazmışdır. Həmin hadisənin törədilməsi nəticəsində atası Xaqaniyə 500 manat dəyərində maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını, sonunculara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun qızının başqa yerdə evi olduğu üçün bəzən gedib qızının evində qalır. Sonuncu dəfə 28.04.N9-cu il tarixdə o, qızının evinə getmiş və orada qalmışdır. Təxminən 3 gün sonra, yəni 31 aprel N9-cu il tarixdə saat 14 radələrində evinə baş çəkmək üçün gedən zaman evin həyətində bir nəfər cavan oğlanın gəzdiyini görmüş və həmin şəxsə onun evində nə gəzdiyini soruşmuşdur. Həmin oğlan isə Bakı şəhərindən gəldiyini və paltarını dəyişmək üçün ev axtardığını, ona görə də onun evinin həyətinə girib paltarını dəyişdiyini demişdir. Sonra həmin oğlan evin həyətini tərk edib qaçaraq getmişdir. Bundan sonra evə baxış keçirən zaman evində olan iki ədəd odun samovarı və 100 metr uzunluğunda elektrik kabelinin oğurlandığı məlum olmuşdur. Ona görə də o, bu barədə polisə məlumat vermiş və gəlib evinə baxış keçirmişlər. Onun evindən hər birinin dəyəri 85 manat olmaqla ümumilikdə 170 manat dəyərində iki ədəd odun samovarı və bir metri 1 manat olmaqla 100 metr uzunluğunda 100 manat dəyərində elektrik kabeli oğurlanmış, ümumilikdə ona 270 manat maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxslər tərəfindən ona dəymimş ziyanın ödənilmədiyini, barələrində ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq Azərbaycan Respublikası Kənd əsərrüfatı Nazirliyinin Aqrar Elm və X10 Mühafizə və X21 Tədqiqat İnstitutunun texnologiya laboratoriyasının müdiri vəzifəsində işləyir. Həmin institut Gəncə şəhəri H.Əliyev prospekti 47 ünvanında yerləşir. 21 aprel N8-ci il tarixdə gecə saatlarında işlədiyi institutun mühafizəçisi işləyən Şahid3 ona zəng edib bildirmişdir ki, işlədiyi institutun inzibati binasında oğurluq olmuşdur. O, da buna görə həmin instituta gəlmiş, instituta gələndə görmüşdür ki, işlədiyi institutun otaqları dağınıq vəziyyətdədir, institutun divarlarından elektrik naqilləri sökülərək oğurlanmışdır. Binanın ikinci mərtəbəsinə qalxdıqda o, görmüşdür ki, işlədiyi institutun invertarı hesab edilən dəyəri 650 manat olan kompyuter dəsti (monitor, prosessor, mouse, klaviatura), 30 manat dəyərində printer, 50 manat dəyərində UPS aparatı oğurlanmışdır. Buna görə də bu barədə polisə məlumat vermişdir. Ümumi olaraq baş vermiş oğurluq nəticəsində işlədiyi instituta 1030 manat maddi ziyan dəymiş, bundan başqa işlədiyi institutun pəncərəsinin sınması nəticəsində 50 manat maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri Məhsəti qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. O, şəxsi işləri ilə əlaqədar 19 yanvar N7-ci il tarixdə Bakı şəhərinə gedib 26 yanvar N7-ci il tarixdə Gəncə şəhərinə qayıtmışdır. O, Gəncə şəhərinə qayıdıb evə gedən zaman evdən oğurluq olduğunu görmüş, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. O, evə diqqət yetirəndə görmüşdür ki, naməlum şəxslər yaşadığı evin hasarından aşıb həyətə düşmüş və evin pəncərəsini sındıraraq evə daxil olmuşlar. Həmin naməlum şəxslər onun yaşadığı evdə olan 1 ədəd 800 manat dəyərində “Samsung” markalı televizoru, 1 ədəd 200 manat dəyərində 2x5 ölçülü xalçanı, 1 ədəd 500 manat dəyərində “Termet” markalı su qızdırıcısını, bir ədəd 100 manat dəyərində tozsoranı, 1 ədəd 50 manat dəyərində antena aparatını və 3 ədəd hər birinin dəyəri 50 manat olan yataq örtüyünü gizli yolla oğurlamışlar. Təqsirləndirilən şəxslər ona ümumilikdə 1800 manat maddi ziyan vurmuşlar. O, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmiş və veriləcək cəzanı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs7 Firuddin oğlu ifadəsində göstərmişdir ki, 18.07.N6-cı il tarixdə saat 18 radələrində o və ailə üzvləri evdə olmadıqları zaman, naməlum şəxs evinin qarşısında yerləşən hamamın qapısını açaraq hamama daxil olmuş və hamamın içərisindən ona məxsus 40 litr su tutumlu olan latun materialdan hazırlanmış samovarı gizli yolla oğurlamışdır. Bundan sonra özü Gəncə şəhərində samovar satılan və təmir edilən yerlərdə samovarı axtarmış, lakin tapa bilməmişdir. Ona görə də polisə müraciət etmək qərarına gəlmişdir. Həmin samovarı o, 600 manata almış, həmin samovarın elə bir xüsusi əlaməti olmamış, latun materialdan hazırlanmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 600 manat maddi ziyan dəymişdir. O, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın ödənildiyini, sonunculara qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş hüquqi şəxs Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil Komunal X1 nümayəndəsi Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, Gəncə Şəhər İcra Hakimmiyyətinin Mənzil Komunal X1 balansında olan Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən avtomobil parkında mühəndis vəzifəsində çalışır. 12 may N9-cu il tarixdə saat 18 radələrində o, işlədiyi avtomobil parkında işdən çıxıb getmiş, həmin vaxt orada işləyən yeməkxanada artıq bağlanmışdır. 13 may N9-cu il tarixdə səhər saat 09 radələrində işlədiyi avtomobil parkına gəlib yeməkxanaya daxil olan zaman orada divara quraşdırılmış 1 ədəd “Sunny” markalı, 106 ekran ölçülü, qara rəngli televizorun yerində olmadığını, oğurlandığını görmüşdür. O, bu barədə rəhbərliyə məlumat vermiş, daha sonra oğurluq olması barədə Gəncə şəhər Nizami RPİ-nə ərizə ilə müraciət etmişdir. Onun işlədiyi avtomobil parkının yeməkxanasından oğurlanmış bir ədəd “Sunny” markalı televizorun dəyəri 450 manat olmuş, oğurluq nəticəsində 450 manat maddi ziyan dəymişdir. O, dəymiş ziyanın Təqsirləndirilən şəxs1 tərəfindən ödənildiyini, heç bir şikayəti olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Z.Hacıyev küçəsi ilə A.Səhhət küçəsinin kəsişməsində yerləşən ticarət obyektini işlədərək qazanc əldə edir. 10 fevral N7-ci il tarixdə saat 00:10 radələrində işlətdiyi ticarət obyektini bağlayaraq evə getmişdir. Həmin gün saat 08:40 radələrində evdən çıxaraq ticarət obyektinə gəlmiş və həmin vaxt obyektin giriş qapısının qıfılının sındırılmış olduğunu görmüşdür. Bundan sonra içəriyə daxil olaraq nəzarət etdikdə ona məlum olmuş ki, naməlum şəxslər giriş qapısının qıfılını sındırma yolu ilə içəriyə daxil olaraq içəridən ümumi dəyəri 350 manat olan müxtəlif növ tütün məmulatlarını, 1 ədəd dəyəri 100 manat olan mikrodalğalı sobanı, 1 ədəd dəyəri 80 manat olan samovarı və 20 manat məbləğində qəpik pulları gizli yolla oğurlamışdır. Ona məxsus ticarət obyektindən oğurluq edilməklə ona ümumilikdə 550 manat məbləğində maddi ziyan vurulmuşdur. Obyektin qapısında olan qıfılın sındırılması nəticəsində isə ona 5 manat maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslərə qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Dəmiryolu vağzalının yaxınlığında yerləşən “Sərçə bazarı” adlanan bazarda peraşki və digər xəmir yeməkləri bişirib satmaqla məşğul olur. 01 mart N7-ci il tarixdə saat 12 radələrində həmin yerdə olarkən adını sonradan bildiyi Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 oraya gələrək ona bir ədəd boz rəngli “SHARP” markalı, arxa hissəsində “***-***-**-**” yazılmış mikrodalğalı elektrik sobası təqdim edib bildirmişdir ki, həmin mikrodalğalı elektrik sobası özünündür, anasına dərman almaq üçün satır. Ona görə o, Münasibdən həmin sobanı hansı qiymətə satmasını soruşanda sonuncu demişdir ki, 30 manata satır. O, razılaşıb həmin mikrodalğalı sobanı 30 manata almaq istədiyini bildirmiş, lakin hazırda həmin məbləği düzəlda bilməyəcəyini demiş, bu zaman Münasib demişdir ki, yarı pulunu indi ver, qalan 15 manatı isə bir neçə gündən sonra verərsən. O, razılaşmış və 15 manatı Münasiba vermiş, sonuncu bildirmişdir ki, qalan 15 manatı 06 mart N7-ci il tarixdə gəlib götürəcəkdir. Sonradan ona məlum olmuşdur ki, həmin mikrodalğalı sobanı Münasib Gəncə şəhəri Atatürk brospekti 139A ünvanında yerləşən yeməkxanadan başqa əşya ilə birlikdə oğurlamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o 25 ildir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Gəncə şəhərində yerləşən Pambıqçılıq İnstutunda mühafizəçi işləyir. 21.04.N8-ci il tarixdə səhər saatlarında iş yeri olan Kənd Təssərüffat Nazirliyinin Gəncə şəhərində yerləşən Pambıqçılıq instutuna işə getmişdir. İnstutun qapısını açıb içəri girəndə görmüşdür ki, bəzi yerlər dağılıb. O, nə baş verdiyini öyrənmək üçün otaqları gəzməyə başlamışdır. O, 1-ci mərtəbədə yerləşən laboratoriya kimi istifadə olunan otağa girəndə görmüşdür ki, otaq və dəhlizin təxminən 400 metrə yaxın elektrik naqilləri kəsilərək qopardılıb oğurlanmışdır. O, naqilləri axtarmış, lakin tapa bilməmişdir. Bundan sonra o, digər otaqlarada baxış keçirtməyə başlamış, 2-ci mərtəbəyə qalxanda görmüşdür ki, burada da müəyyən dağınular mövcuddur. 2-ci mərtəbədə katibənin iş otağı kimi nəzərdə tutulan otağa girəndə görmüşdür ki, orada olan 1 ədəd LG markalı masaüstü kompyuter dəsti yoxdur. Həmin vaxt əşyaların naməlum şəxslər tərəfindən oğurlandığını bilmişdir. Bundan sonra o, oğruları tapmağa cəhd etsə də, bu heç bir nəticə verməmiş, polisə müraciət etmişdir. İbtidai istintaq zamanı ifadəsi alınmış Şahid2 məhkəmə baxışı zamanı elan olunmuş ifadəsindən görünür ki, o, “Serçə bazarı” adlanan yerdə köhnə məişət əşyalarını pul ilə alıb yenidən təmir edib satır. Təqsirləndirilən şəxs1 yaşadığı əraziyə görə tanıyır. Münasib may ayının axırlarında işlədiyi yerə gələrək özü ilə iki ədəd biri nej, biri latun materialdan olan samovar və bir top elektrik kabelini satmağa gətirmişdir. O, Münasibə elektrik kabeli alıb satmadığını bildirmişdir. Münasib isə samovarı evlərində əvvəlcədən olduğunu bir top kabeli isə evlərinə işıq çəkmək üçün aldıqlarını, lakin qardaşının çəzaçəkmə müəssisəsində nəzarətçi ilə dalaşdığına görə təcili samovarları və kabeli satmaq istədiyini bildirmişdir. O, kabeli almayacağını, lakin samovarları ala biləcəyini bildirmişdir. İki samovar birlikdə alış dəyərini 75 manat pul müqabilində razılaşmışlar. Münasib ona bir top kabelində yanında qalmasını sonra gəlib aparacağını bildirmişdir. Sonra o, Münasibdən şəxsiyyət vəsiqəsinin surətini istəmiş, Münasib gedib evlərindən şəxsiyyət vəsiqəsinin gətirdikdən sonra o, Münasibdən satmaq üçün gətirdiyi samovarları bir top elektrik kabeli ilə birlikdə götürmüşdür. O, ilkin ödəniş olaraq Münasibə 45 manat pul vermiş, ertəsi gün isə Münasib yanına gəlmiş və o, Münasibə qalan borcdan 10 manat pul vermişdir. Bundan sonra onu polis bölməsinə dəvət etmişlər, polis bölməsində olarkən ona məlum olmuşdur ki, Münasib ona satdığı malları haradansa oğurlayıbmış. O, Münasibin ona satdığı malların oğurluq hadisəsi nəticəsində əldə olunduğunu bilməmişdir. Bundan başqa Münasib 13 may N9-cu il tarixdə günorta saatlarında onun işlədiyi yerə gələrək özü ilə bir ədəd plazma televizor gətirmiş və satdığını bildirmişdir. O, isə həmin televizoru neçiyə satdığını, haradan götürdüyünü soruşmuşdur. Münasib isə həmin televizoru 180 manata satdığını, evlərinə məxsus olduğunu, pula ehtiyyacı olduğu üçün satdığını bildirmişdir. O, Münasibə inanıb sonuncu ilə razılaşmış və Münasibin şəxsiyyət vəsiqəsinin kserosurətini götürüb həmin televizoru 180 manata almışdır. Bir neçə gündən sonra isə həmin televizoru 190 manata tanımadığı şəxsə satmışdır. Ona sonradan məlum olmuşdur ki, Münasib ona satdığı həmin televizoru hardansa oğurlamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi haqqında” 08.0.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi zərərçəkmiş şəxs X8 məxsus Gəncə şəhəri, Atatürk prospekti 139A ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “əməlin tövsif edilməsi haqqında” 03.03.N7-ci il tarixli qərardan görünür ki, fakta görə başlanmış ********* nömrəli cinayət işi üzrə əməl CM-in 177.2.3-cü maddəsindən həmin məcəllənin 177.2.1-ci və 177.2.3-cü maddələrinə tövsif edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 03.03.N7-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə 03.03.N7-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “əşya və predmetlərin götürülməsi haqqında” 04.03.N7-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Şahid1 “SHARP” markalı mikrodalğalı elektrik sobası götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 04.03.N7-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 04.03.N7-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospekti 139A ünvanında yerləşən yeməkxanadan əşyanın (LG markalı televizor) yerini hadisə yerində əyani olaraq göstərib ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Nizami Rayon 2 nömrəli Evlər üçlüyü tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, Bakı küçəsi, ev 82 ünavnında qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 02.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “tutulmuş təqsirləndirilən şəxsin azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 05.03.N7-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində axtarış elan etmək haqqında” 08.04.N7-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilərək cinayət işinin icraatı dayandırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin 12.05.N7-ci il tarixli 1526 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin 17.05.N7-ci il tarixli 1688 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 04.07.N7-ci il tarixli, 13623 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd “SHARP” markalı, R-2371K(SL) modelli, ********* seriya nömrəli Tailand istehsah olan, N5-ci ildə alınmış, işlək vəziyyətdə, mikrodalğalı elektrik sobası - 70,00 manat, 1 ədəd “LG” markalı, 32LB561U-ZE modelli, 40606KKZQ58B8829 seriya nömrəli Cənubi Koreya istehsalı olan N4-cü ildə alınmış televizor - 250,00 manat, qərardad qeyd olunan əşyaların nəzəri hesablama yolu ilə hal-hazırki orta hesabla ümumilikdə orta bazar qiyməti 320,00 (üç yüz iyirmi) manat müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “ölüm haqqında şəhadətnamənin” surətindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış X13 21.08.N7-ci il tarixdə olmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “cinayət işinin birləşdirilməsi haqqında” 16.06.2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-in 177.2.1-ci vı 177.2.3-cü maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilərək ibtidai istintaq Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə ********* nömrəsi ilə davam etdirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31.05.N9-cu il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs2 məxsus ünvan 12 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqdim olunmuş əşyanın götürülməsi haqqında” 07.05.N9-cu il tarixli protokoldan və foto şəkildən görünür ki, Şahid2 2 (iki) ədəd “samovar” və 1 (bir) bağlama top şunur götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 07.11.N9-cu il tarixli, 27710 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 1 metrinin qiyməti 1,05 manat olan 100 metr Türkiyə istehsalı, təzə vəziyyətdə, “Sedef kablo” markalı, 2x2 mm2 ölçülü kabel - 105.00 manat, 1 ədədi 160 manat olan 2 ədəd istifadə də olmuş 10 litr su tutumlu odun samovarı - 320.00 manat, ekspertiza tədqiqatına fotoşəkil əsasında təqdim edilmiş tədqiqat obyektlərinin N9-cu ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 425.00 manat müəyyən edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 13.05.N9-cu il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs3 işlədiyi Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsində yerləşən avtomobil parkında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26.04.N8-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi zərərçəkmiş şəxs Kənd Təssərüffat Nazirliyinin Gəncə şəhərində yerləşən Pambıqçılıq İnstitunda baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12.02.N7-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs5 Müdahət oğluna məxsus Gəncə şəhəri, Z.Hacıyev ilə A.Səhhət küçələrinin kəsişməsində yerləşən ticarət obyektində baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 26.01.N7-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs6 məxsus ünvan 13 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “baxış keçirilməsi haqqında” 12.08.N6-cı il tarixli protokol və ona əlavə edilmiş fotoşəkildən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs7 Firuddin oğluna məxsus ünvan 14 ünvanının qabağında yerləşən sanitar qovşağında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələr ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “qətimkan tədbirinin seçilməsi haqqında” 25.06.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam qətimkan” tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.06.2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs2 istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.06.2020-ci il tarixli protokoldan görünür ki, ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılan zaman Təqsirləndirilən şəxs1 istintaqa verdiyi ifadəsini hadisə yerində bir daha təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani şəkildə göstərmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinin 30.06.2020-ci il tarixli 2244 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserinin 20.06.2020-ci il tarixli 2269 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 23.09.N9-cu il tarixli 7(043)-115/N9 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Gornaboy Rayon Məhkəməsinin 13.11.N8-ci il tarixli 1(045)-68/N8 nömrəli hökm ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 9 ay 26 günü 4 ay, 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.11.N4-cü il tarixli 1(043)-112/N4 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinib qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 19.06.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.11.N4-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Mehdiyev X9 Rayon Məhkəməsinin 13.11.N8-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 01 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 23.09N9-cu il tarixdə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş 9 ay 26 gün hissəsi 4 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş və 20.02.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin 01 iyul 2020-ci il tarixli 13/14 nömrəli məktubdan görünür ki, “28 May Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 20 may N6-cı il tarixli Qərarının 1.5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 1(049)-112/N4 saylı, 18.11.N4-cü il tarixli hökmü lə təyin edilmiş 01 il müddətinə islah işləri cəzasından azad edilmişdir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmçinin həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, digər Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman CMin 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs2 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-in 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinə görə ittiham olunduğu maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 21:00-dan saat 09:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 03.03.N7-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 05.03.N7-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 3 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 21:00-dan saat 08:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübutların: bir ədəd “LG markalı, 32LB561U-ZE modelli, 4060K KZQ58829 seriya nömrəli Cənubi Koreya istehsalı olan N4-cü ildə alınmış televizorun, bir ədəd “SHARP” markalı, R-2371K(SL) modelli, ********* seriya nömrəli Tailand istehsalı olan, N5-ci ildə alınmış, işlək vəziyyətdə, mikrodalğalı elektrik sobasının, iki ədəd istifadədə olmuş 10 litr su tutumlu odun samovarının və 100 metr uzunluğunda Türkiyə istehsalı, təzə vəziyyətdə, “Sedef Kablo” markalı 2x2.50 mm2 ölçülü kabelin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 70 manat məbləğində pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi1 Təqsirləndirilən şəxs1, Müdafiəçi2 isə Təqsirləndirilən şəxs2 məhkəmədə 15 saat dövlət hesabına göstərdikləri hüquqi yardıma görə işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.N8-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 90 manat, cəmi 180 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 21:00-dan 09:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 21:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş cəmi 70 (yetmiş) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2dan tutularaq (X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************) dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübutların: bir ədəd “LG markalı, 32LB561U-ZE modelli, 4060K KZQ58829 seriya nömrəli Cənubi Koreya istehsalı olan N4-cü ildə alınmış televizorun, bir ədəd “SHARP” markalı, R-2371K(SL) modelli, ********* seriya nömrəli Tailand istehsalı olan, N5-ci ildə alınmış, işlək vəziyyətdə, mikrodalğalı elektrik sobasının, iki ədəd istifadədə olmuş 10 litr su tutumlu odun samovarının və 100 metr uzunluğunda Türkiyə istehsalı, təzə vəziyyətdə, “Sedef Kablo” markalı 2x2.50 mm2 ölçülü kabelin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən hər bir müdafiəçi üçün 90 manat olmaqla cəmi 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-54/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-54/2021
08.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver