Məhkəmə qərarları › İş №1(044)-54/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-54/2022

11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-54/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 1,701 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 09.07.2021-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin CAŞ-nə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 22 radələrində Gəncə şəhəri, X9 yerləşən “Şəms” şadlıq evinin yaxınlığında saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanda yerləşən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,701 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hal-hazıra cəzasını Azərbaycan Respublikası Penitensiar Xidmətin 5 saylı X10 Müəssisəsində çəkir. 08.07.2021-ci il tarixdə cəzaçəkmə müəssisəsinin rəisinə səhhəti ilə əlaqədar ərizə ilə müraciət edərək qısa müddətli ailə görüşünə getmək üçün 3 günlük icazə istəmiş və həmin ərizə təmin edilmiş, bundan sonra o, həmin gün cəzaçəkmə müəssisəsindən çıxaraq yaşadığı evə getmiş, həmin günün səhərisi, yəni 09.07.2021-ci il tarixdə o, yaşadığı evin yaxınlığında Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” şadlıq sarayının qarşısından keçərkən yerdə bir ədəd sellofan büküm görmüş, həmin büküm diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda kakos kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüş, ətrafda heç kəsin olmadığını və o, heç kəsin görmədiyinə əmin olduqdan sonra həmin içərisində heroin olan bükümü götürüb cibinə qoymuş, bundan sonra o, həmin gün heroinin bir qismini istifadə etmiş, qalanını isə üzərində saxlayaraq gəzdirmişdir. 09.07.2021-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Məhrəsə bağında yerləşən “Şəms” sadlıq sarayının qarşısından keçərkən mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş, xidməti vəsiqələrini ona nümayiş etdirmişlər və Gəncə şəhər Nizami RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək birlikdə Gəncə şəhər Nizami RPİ-yə dəvət etmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş və polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər Gəncə şəhər Nizami RPİ-nin inzibati binasınına aparmışlar. İdarəninin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi ilə təmin оlunmаsından ötrü ona müdаfiəçilərin siyаhısı təqdim edilmiş və bundan sonra ona müdаfiəçi təmin еdilmiş, protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamış, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə aparmışlar. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın sağ ön cibindən 1 ədəd sellofana bükülmüş içərisində yuxarda qeyd etdiyi şəraitdə əldə etdiyi narkotik vasitə heroin aşkar edilmiş, bundan sonra həmin sellofan bükülüyü baxış keçirilimiş və içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Sonra həmin heroin büküm ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,87 qram olması müəyyən edilmişdir. Bundan sonra 01 ədəd zərfin üzərlərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar və tərəfindən imzalanmışdır. Aşkar edilmiş narkotik vasitə heroin zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, möhürlənərək götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, o, hadisə vaxtı Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 09.07.2021-cı il tarixdə Gəncə şəhəri, X15, ev 17B, mənzil 26 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, X13 “Şəms” şadlıq evinin yaxınlığında onlar tərəfindən saxlanılaraq Gəncə şəhər Nizami RPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər Nizami RPİ-də Valehə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və onun müdafiəçisinin iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin heroini “Şəms” şadlıq evinin yaxınlığında tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, bir qismini istifadə etdiyini bildirmiş, bu zaman müdafiəçi Təqsirləndirilən şəxs həmin narkotik vasitənin həqiqətinin Valehə məxsus olub-olmamasını, bununla bağlı hər hansısa bir təzyiqə məruz qalıb-qalmamsını soruşmuş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitənin özünə məxsus olduğunu, heç bir təzyiqə məruz qalmadığını bildirmiş, bundan sonra aşkar edilmiş həmin narkotik vasitə heroin sellofon bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,87 qram olması müəyyən edilmişdir. Sonra iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, qablaşdırılaraq möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu iifadə verdi. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 09.07.2021-cı il tarixdə Gəncə şəhəri, X15, ev 17B, mənzil 26 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı idarə rəhbərliyinə raportla məruzə edib, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və Gəncə şəhəri ərazisində əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Həmin gün saat təxminən 22 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, X13 “Şəms” şadlıq evinin yaxınlığında onlar tərəfindən saxlanılaraq Gəncə şəhər Nizami RPİ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxs onlarla razılaşaraq idarəyə gəlmiş, Gəncə şəhər Nizami RPİ-də Valehə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və onun müdafiəçisinin iştirakı təmin edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin aşkar edilmiş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəkinin “kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin heroini “Şəms” şadlıq evinin yaxınlığında tapdığını, özü istifadə etmək üçün üzərində saxladığını, bir qismini istifadə etdiyini bildirmiş, bu zaman müdafiəçi Təqsirləndirilən şəxs həmin narkotik vasitənin həqiqətinin Valehə məxsus olub-olmamasını, bununla bağlı hər hansısa bir təzyiqə məruz qalıb-qalmamsını soruşmuş, Təqsirləndirilən şəxs isə həmin narkotik vasitənin özünə məxsus olduğunu, heç bir təzyiqə məruz qalmadığını bildirmiş, bundan sonra aşkar edilmiş həmin narkotik vasitə heroin sellofon bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,87 qram olması müəyyən edilmişdir. Sonra bir ədəd zərfin üzərində müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra iştirakçılar tərəfindən imzalanmış, aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, qablaşdırılaraq möhürlənmiş və doğruluğu imzalarla təsdiq edilmişdir. Bununla da, şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da, hər hansı bir müqavimət göstərməmişdir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında aydın oldu ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, təmiz çəkisi 1,701 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 09.07.2021-ci il tarixdə Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 22 radələrində Gəncə şəhəri, X9 yerləşən “Şəms” şadlıq evinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanda yerləşən Gəncə şəhər Nizami Rayon Polis İdarəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,701 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.07.2021-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 11.07.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Baş Polis İdarəsinin MSY-dən azad edilmiş və saxlanılması üçün 5 saylı X10 müəssisəsinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 09.07.2021-ci il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “Prima” markalı siqaret başqası içərisində siqaret və 1 ədəd alışqan, sağ yan cibindən bir ədəd ağ rəngli siqaret falqasına bükülmüş çəkisi siqaret falqası ilə birlikdə 1.87 qram olan qəhvəyi rəngli, toz şəkilli, ilk baxışdan narkotik vasitə “heroinə” oxşar kütlələr, aşkar edilməklə qablaşdırılmış, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 10.07.2021-ci il tarixli, 16/672 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazı və imzalar olan kağız paketdəki, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1.701 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir (heroinin təmiz çəkisi-1.70 qram tədqiqata sərf edildi - 0.2 qr., qalıq – 1.501 qram). Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 11.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılnış və narkotik vasitəni tapdığı yeri göstərmişdir. Fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Penitensiar Xidmət 5 saylı X10 müəssisəsinin 10.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsini 30.09.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 5 saylı X10 müəssisəsinə göndərilmiş, 08.07.2021-ci il tarixdə səhhəti ilə əlaqədar 3 gün müddətinə ailə görüşü ilə bağlı icazə istəmiş və o, ailə görüşündə olarkən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində saxlanılaraq 5 saylı X10 müəssisəsinə qaytarılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2020-ci il tarixli 1(100)-13/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsini 30.09.2020-ci il tarixli 7(044)-123/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2020-ci il tarixli 1(100)- 13/2020 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasının məhkəmədə işə baxılan günə çəkilməmiş qalan 1 (bir) il 03 (üç) ay 19 (on doqquz) gününü çəkməş üçün X10 müəssisəsinə köçürülməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12.07.2021-ci il tarixli 2506 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 14.07.2021-ci il tarixli 2713 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 12.07.2021-ci il tarixli Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 5 saylı X10 müəssisəsi nin 30.07.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 23.07.2021-ci il tarixli 7(044)-82/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsini çəkmək üçün 5 saylı X10 müəssisəsindən ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiy elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bədinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 01.08.2021-ci il tarixli, 1107 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan18.11.2005-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından 08.02.2005-ci il tarixdə X4 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 10.01.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayonu VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 birgə nikahlarından 06.12.2006-cı il tarixdə X5 anadan olmuşdur. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə tam təqsirli olduğu təqsirləndirilən şəxsin özünün etiraf edici ifadəsi ilə yanaşı, həm də şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, maddi sübut və cinayət işinin digər obyektiv halları ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə tövsif edilmişdir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-in 59.1.14 və 59.2-ci maddələrinə əsasən cinayət törətmiş şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 81.2-ci maddəsinə əasaən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 2 saylı istintaq təcridxanasının 27.12.2021-ci il tarixli Amnistiya aktının tətbiq edilməsi barədə qərarına əsasən “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiy elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bədinə əsasən məhkum Təqsirləndirilən şəxs cəzadan azad edilmişdir. “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiy elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18.06.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib ona təyin edilmiş 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs məhkumluğu götürülmüş şəxsdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı, həmçinin ağırlaşdıran halın olmaması, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsinin sanksiyası həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 09.07.2021-ci il tarixdən 11.07.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs 09.07.2021-ci il tarixdən 11.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (üç) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs oğlu barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsə alınmalıdır. Cəza çəkmə müddətinin başlanğıcı 11.05.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.501 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09.07.2021-ci il tarixdən 11.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə bərabər hesablanmaqla, 02 (iki) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Cəza çəkmə müddətinin başlanğıcı 11.05.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.501 qram təşkil edən narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X3 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar