Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-55/2020 30.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1971-ci ildə Ermənistan SSR-in Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, ünvan 1 ünvanında yaşamış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(044)- 55/2020 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 800 manat olan bir ədəd “Mir” markalı soyuducunu və dəyəri 600 manat olan bir ədəd “Samsung” markalı paltaryuyan maşınını, ümumilikdə 1400 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 400 manat olan bir ədəd divanı və hər biri 20 manat olan 120 manat dəyərində 6 ədəd taxta stulu, ümumilikdə 520 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 200 manat olan bir ədəd “Beko” markalı soyuducunu və dəyəri 100 manat olan bir ədəd “JVC” markalı televizoru pultu il birlikdə, ümumilikdə 300 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 100 manat olan 10 hissəli 10 ədəd ümumilikdə 1000 manat dəyərində istilik sistemlərinin radiatorlarını və dəyəri 700 manat olan bir ədəd “Samsung” markalı, 82 düyümlü plazma televizorunu, ümumilikdə 1700 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olmaqla 2012-ci ildə ailəsindən ayrıldıqdan sonra Gəncə şəhərində müxtəlif ünvanlarda sonuncu dəfə isə Gəncə şəhəri, Məhsəti qəsəbəsində tək kirayədə yaşamışdır. O, şəhərdə olan tanımadığı maklerlərdən ucuz qiymətə kirayəyə ev axtarmış və həmin maklerlərdən biri onu xx.xx.2019-cu il tarixdə günorta saatlarında Gəncə şəhəri, Ə.Ü.Gəncəvi küçəsində yerləşən 76 saylı evə gətirmişdir. Həmin evin sahibi xaricdə yaşadığı üçün orada olmamışdır. Evi ona ev sahibinin qohumu Elcan adlı bir şəxs təqdim etmiş və bildirmişdir ki, evə əşyalar alıb qoyub, kirayəyə vermək istiyir. O, evə baxmış və həmin ev orta təmirli ev olmuşdur. Evin içərisində isə ev əşyaları olmuşdur. O, həmin evdə bir ilə qədər qalacağını deyib aylıq kirayə pulu kimi 150 manata razılaşmışdılar. Sonra Elcan evin qaz və işıq kartlarını gətirib ona vermişdir. O, həmin evdə tək yaşamağa başlamış, yaşadığı müddətdə iş olanda gedib işləmiş, lakin son vaxtlar iş olmadığı üçün pulsuz qalmışdır. Ona görə qərara gəlmişdir ki, kirayədə yaşadığı evin əşyalarını satsın. Öncədən isə yolda gördüyü və ağaclara yapışdırılan elandan görmüşdür ki, işlənmiş ev əşyaları alırlar. Təxminən 2019-cu ilin iyun ayının 24-ü o, elandan götürdüyü yadında qalmayan telefon nömrəsini yığmışdır. Bu zaman bir qadın telefona cavab vermişdir. O, həmin qadınla danışaraq bildirmişdirki, işlənmiş ev əşyaları vardır və satır. Həmin qadın isə gəlib baxacağını, əgər bəyənərsə alacağını demişdir. Təxminən 2-3 saatdan sonra həmin qadın üstündə yük yeri olan taksi ilə gəlmiş və ona zəng etmişdir. O, da həmin qadının qabağına çıxıb evə gətirmişdir. Evin mətbəxində köhnə vəziyyətdə olan bir ədəd soyuducunu və köhnə vəziyyətdə olan “Samsung” markalı paltaryuyan maşınını adı sonradan ona məlum olan həmin Şəfiqə adlı qadına göstərmişdir. Əşyalara baxıb həmin əşyaların hərəsinə 50 manat pul verəcəyini demişdir. O, da razılaşıb 100 manat müqabilində həmin 3 əşyanı Şəfiqə adlı qadına satmışdır. Şəfiqə əşyaları gəldiyi taksiyə qoyub aparmışdır. Təxminən iki gün sonra o, yenə Şəfiqə adlı qadına zəng edib bir ədəd divan və 6 ədəd stulda satdığını bildirmişdir. Şəfiqə yenə onun yaşadığı evə gəlmişdir. Evdə stullara və divana baxıb həmin 6 ədəd stullara 40 manat, divana isə 50 manat verə biləcəyini demişdir. O, da razılaşmışdır. Şəfiqə ona 90 manat pul verib 6 ədəd stulları və bir ədəd divanı götürüb gəldiyi taksi ilə aparmışdır. O, da səhərisi gün Bakı şəhərinə iş axtarmağa getmişdir. Lakin Bakı şəhərində iş tapa bilməmiş və həmin 190 manat puluda şəxsi tələbatlarına xərcləyib iyun ayının 28-də Gəncə şəhərinə qayıtmışdır. Səhərisi gün, yəni ayın 29-da şifahi tanıdığı və özünə məxsus moped ilə əlvan metal yığımı ilə məşğul olan Elnur adlı şəxsin Gəncə şəhəri, Büllur Restoranın yaxınlığında yerləşən sexinə getmişdir. Orada Elnurla görüşüb demişdir ki, ailəsi ilə Bakı şəhərinə köçür, evdə satılası əşyalar var, almaq istəyirsə gedib baxsın. Elnurda razılaşıb onunla birgə evə getmişdir. Evin həyətinə girəndə o, Elnura həyətdə olan bir ədəd kiçik “Beko” markalı soyuducunu göstərmiş və həmin soyuducunu cərəyana qoşmuşdur. Lakin soyuducu işləməmişdir. Elnur həmin soyuducuya 50 manat, “JVS” markalı televizora isə 10 manat verə biləcəyini demişdir. O, da razılaşıb ümumilikdə 60 manata həmin əşyaları Elnura satmışdır. Həmin vaxtdan 3 gün sonra, yəni x xxxx 2019-cu il tarixdə o, yenə Elnurun yanına getmiş və demişdir ki, evdə olan istilik sistemlərinin radiatorlarını satır. Elnur niyə satdığımı soruşanda demişdir ki ki, Bakıya köçdüyü üçün satır. Həmdə qalsa qışda don vurub dağıdacaq. Elnur onunla razılaşıb evə getmişdir. Evdə olan radiatorları Elnura göstərmişdir. Elnur radiatorlara baxıb kilosunu 1 manatdan alacağını demişdir. O, da razılaşmışdır. Həmin radiatorlardan 8 ədədi açılıb divara tərəf qoyulmuşdur. İkisi isə bağlı olmuşdur. Bağlı radiatorları da açıb yerə qoymuşdur. Həmin radiatorlara görən Elnur ona 100 manat vermişdir. Sonra evdə olan “Samsung” markalı plazma televizoru da satdığını demişdir. Həmin televizora görə isə 50 manat pul vermiş və həmin əşyaları idarə etdiyi mopedə qoyub aparmışdır. O, da yenə iş axtarmaq üçün Bakı şəhərinə getmişdir. xx xxxx 2019-cu il tarixdə o, Bakı şəhərində olan zaman Elcan ona zəng edərək 150 manat kirayə pulunu istəmişdir. O, isə Bakı şəhərində olduğunu, iş üçün gəldiyimi demiş və yaxın günlərdə Gəncə şəhərinə qayıdan zaman pulu verəcəyini demişdir. Həmin vaxtdan bir neçə gün keçdikdən sonra onun mobil telefonuna zəng olunmuş və zəngin polisidarəsindən olunduğunu deyib onun idarəyə gəlməsini tələb etmişlər. O, da gələn zaman xəbər edəcəyini demişdir. Sonra Gəncə şəhərinə qayıdanda gedib əvvəllər kirayədə qaldığı Məhsəti qəsəbəsində olan evdə qalmışdır. Həmin vaxt polis əməkdaşları gəlib onu polis idarəsinə dəvət etmişlər. O, həmin polis əməkdaşları ilə birgə polis idarəsində olan zaman kirayədə qaldığı ev əşyalarını satdığını etiraf etmişdir. O, əşyaları Şəfiqə adlı qadına və Elnur adlı şəxsə satan zaman evin və həmin əşyaların ona məxsus olduğunu demişdir. Ona görədə həmin şəxslər əşyaları ondan almışdılar. O, həmin əşyaları kirayədə yaşadığı evdən oğurlayıb satan zaman heç kəs kənardan onu görməmişdir. Hazırda əməlindən peşman olmaqla məhkəmədən oğlunun həqiqi hərbi xidmətdə olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yerləşən ev xalası qızı X4 məxsusdur. Xalası qızı Rahilə hazırda ölkə xaricində olduğu üçün sonuncunun evinə o, nəzarət edir. Lakin ev boş olduğu üçün evin içərisinə əşyalar alıb qoymuş və bir qədər təmir üçün əşyalar almışdır. Sonra qərara gəlmişdir ki, həmin evi kirayəyə versin. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs ona ailəsi ilə birgə həmin evdə kirayədə yaşamaq istədiyini demişdir. O, həmin evdə yaşayış olması üçün Taryel ilə razılaşıb aylıq 150 manat pul qarşılığında həmin evdə kirayədə qala biləcəyini demiş və onlar razılaşmışdır. O, evin bir ədəd açarını, işıq və qazın kartlarını Taryelə vermişdir. xx.xx.2019-cu il tarixdə o, Taryelə mobil telefon vasitəsi ilə zəng edib aylıq verməli olduğu 150 manat pulu istəyəndə Taryel Bakı şəhərində olduğunu və yaxın günlərdə gəlib pulu verəcəyini ona demişdir. Bir neçə gün sonra o, Taryeli təkrar yığıb pulu istəmişdir. Taryel yenə də Bakı şəhərində olduğu üçün yaxın günlərdə gələcəyini demişdir. O, evin içərisində “gidrofonun nasaz olduğunu Taryelə deyib usta gətirəcəyini deyən zaman Taryel Elcana onsuz evə girməməyini həyəcanlı olaraq demişdir. O da fikirləşmişdir ki, gedib evin giriş qapısının kilidini dəyişsin, Taryel də gələndə özü onu axtarıb tapar. xx xxxx 2019-cu il tarixdə o, evə gedən zaman görmüşdür ki, evdə olan əşyaların bir qismi oğurlanmışdır. Diqqət yetirəndə görmüşdür ki, evdən ona məxsus hər biri 100 manat olan 10 hissəli 10 ədəd ümumilikdə 1000 manat dəyərində istilik sistemlərinin radiatorları, dəyəri 800 manat olan “Mir” markalı soyuducu, dəyəri 700 manat olan bir ədəd “Samsung” markalı, 82 düyümlü plazma televizor, dəyəri 600 manat olan bir ədəd “Samsung” markalı paltaryuyan maşın, dəyəri 400 manat olan bir ədəd divan, hər bir kisəsi 6 manat olan 35 kisə, ümumilikdə 210 manat dəyərində “Ağdəniz” suvaq üzlükləri, dəyəri 200 manat olan “Beko” markalı soyuducu, hər biri 20 manat olan, ümumilikdə 120 manat dəyərində 6 ədəd taxta stul və dəyəri 100 manat olan bir ədəd “JVC” markalı televizor oğurlanmışdır. O, bilmişdir ki, həmin əşyaları Taryel oğurlayıb. Ona görə səhərisi gün, yəni xx xxxx 2019-cu il tarixdə gedib Gəncə şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət etmiş və polisin araşdırması ilə həmin cinayətin Taryel adlı şəxs tərəfindən oğurlandığı məlum olmuşdur. Həmin əşyaları Taryel xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddət ərzində oğurlamışdır. Məhkəmə iclasında tədqiq olunmuş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsla dəymiş zərərlə bağlı razılığa gəlmişdir. Təqsirləndirilən şəxs barəsində həbslə əlaqədar olmayan cəzanın tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmişŞahid ifadəsindən görünür ki, rəsmi olaraq heç bir yerdə işləmir. Özünə məxsus moped ilə əlvan metal tullantıllarının yığımı ilə məşğul olur. Onun sexi Gəncə şəhəri, Avtozavod yolunda yerləşən “Billur” Restoranının yanında yerləşir. O, sexdə olan zaman əlvan metallar gətiriləndə həmin metalları alır. xx xxxx 2019-cu il tarixdə günorta saatlarında işlədiyi sexdə olan zaman təxmini dülgər kimi tanıdığı Taryel adlı şəxs oraya gələrək ona bildirmişdir ki, ailəsi ilə Bakı şəhərinə köçdüyünə görə evdə satılası əşyalar var və almaq istəyirsə gedib baxsın. O, da razılaşıb Taryel ilə birgə sonuncunun yaşadığı evə getmişdir. Evin həyətinə girəndə Taryel ona həyətdə olan bir ədəd kiçik “Beko” markalı soyuducunu göstərmiş və həmin soyuducunu cərəyana qoşmuşdur. Lakin soyuducu işləməmişdir. Ona həmin soyuducunu neçəyə ala biləcəyini deyəndə bildirmişdir ki, 50 manata alar. Sonra “JVS” markalı televizoru göstərəndə həmin televizora da 10 manat verə biləcəyini demişdir. Onlar razılaşmışlar və o, ümumilikdə 60 manata həmin əşyaları Taryeldən almışdır. Həmin vaxtdan 3 gün sonra, yəni x xxxx 2019-cu il tarixdə sexdə olan zaman Taryel oraya gəlmiş və ona demişdir ki, evdə olan istilik sistemlərinin radiatorlarını satır. O, isə niyə satdığını soruşanda demişdir ki, Bakıya köçdüyünə görə satır. Həmdə qalsa qışda don vurub dağıdacaq. O, Taryel ilə razılaşıb sonuncunun yaşadığı evə getmişdir. Evdə olan radiatorları Taryel ona göstərmişdir. O, radiatorlara baxıb kilosunu 1 manatdan alacağını demişdir. Taryel onunla razılaşmışdır. Həmin radiatorlardan 8 ədədi açılıb divara tərəf qoyulmuşdur. İkisi isə bağlı olmuşdur. Bağlı radiatorları Taryel açıb yerə qoymuşdur. Həmin radiatorlara görə o, Taryelə 100 manat pul vermişdir. Sonra Taryel evdə olan “Samsung” markalı plazma televizoruda satdığını demişdir. Həmin televizora görə isə 50 manat pul vermiş və həmin əşyaları idarə etdiyi mopedə qoyub sexə aparmışdır. Həmin əşyalardan “Beko” markalı soyuducunu tanımadığı şəxsə satmışdır. Lakin digər əşyalar, yəni istilik sistemlərinin radiatorları, “JVS” markalı televizor, “Samsung” markalı televizor ondadır və həmin əşyaları təqdim edə bilər. Onun Təqsirləndirilən şəxs oğurluq etməsi barədə heç bir məlumatı olmamış və Taryel də bu barədə ona heç nə deməmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, həmin ev guya öz evidir və əşyalarını Bakı şəhərinə köçdüyü üçün satır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 27862 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilmişdir: - 1 ədəd “JVC” markalı AV LM G4 modelli pultu ilə birlikdə (trupkalı) televizor- bir ədədi 40, ümumi 40 manat. - 1 ədəd “2 metr 50 sm uzunluğunda divan” - bir ədədi 20, ümumi 20 manat. - 1 ədəd “Mir” markalı soyuducu - bir ədədi 250, ümumi 250 manat. - 1 ədəd “Samsung” markalı, LE 32C450E1W modelli, 82 düyümlü plazma televizor bir ədədi 220, ümumi 220 manat. - 10 ədəd 10 hissəli istilik sistemlərinin radiatorları- bir ədədi 80, ümumi 800 manat. Ekspertiza tədqiqatına təqdim edilmiş malların 2019-cu ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1330,00 manat müəyyən olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi X4 məxsus ünvan 3 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, vət. X3 təqdim etdiyi bir ədəd “Mir” markalı soyuducuya və bir ədəd divana baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş “Əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, vət. Şahid təqdim etdiyi bir ədəd “JVC” AV LM G4 markalı pultu ilə birlikdə televizora, 10 ədəd istilik sistemlərinin radiatorlarına və bir ədəd “Samsung” LE 32C450E1W modelli, 82 düyümlü plazma televizora baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər X6 Əsəb Dispanserinin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanser qeydiyyatında durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan təqdim edilmiş Göygöl rayonu, Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Göygöl şəhərinin, S.Hacıyev küçəsi, 55 №-li mənzilində müvəqqəti qeydiyyatsız yaşayır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 800 manat olan bir ədəd “Mir” markalı soyuducunu və dəyəri 600 manat olan bir ədəd “Samsung” markalı paltaryuyan maşınını, ümumilikdə 1400 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 400 manat olan bir ədəd divanı və hər biri 20 manat olan, 120 manat dəyərində 6 ədəd taxta stulu, ümumilikdə 520 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 200 manat olan bir ədəd “Beko” markalı soyuducunu və dəyəri 100 manat olan bir ədəd “JVC” markalı televizoru pultu il birlikdə, ümumilikdə 300 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, təkrarən Zərərçəkmiş şəxs xalası qızı X4 məxsus ünvan 3 ünvanını Zərərçəkmiş şəxs kirayəyə götürüb xx xxxx 2019-cu il tarixdə günorta saatlarında həmin kirayədə qaldığı evdən qanunsuz olaraq sonuncuya məxsus dəyəri 100 manat olan 10 hissəli 10 ədəd ümumilikdə 1000 manat dəyərində istilik sistemlərinin radiatorlarını və dəyəri 700 manat olan bir ədəd “Samsung” markalı, 82 düyümlü plazma televizoru, ümumilikdə 1700 manat dəyərində əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. CM-in 177.2.2-cimaddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, CM-in 177.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.14—cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın bir qismini ödəməklə, zərərçəkmiş şəxslə razılıq əldə etməsini, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar CM-in 58-ci və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə onun cəzasını yüngülləşdirən hallarla yanaşı, cinayət əməlini səmimi etiraf edərək peşman olmasını, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslə razılığa gəlməsini nəzərə alaraq, barəsində CM-in 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır və həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. CM-in 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. CM-in 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Ona görə də məhkəmə, CM-in 70.2-ci maddəsinə müvafiq olaraq, Təqsirləndirilən şəxs barəsində şərti məhkum etmə təyin edərkən, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (törədilmiş cinayətin az ağır cinayət olmasını), məhkumun şəxsiyyətini habelə onun cəzasını yüngülləşdirən halları, həmçinin dəymiş ziyanla bağlı zərərçəkmiş şəxslə razılığa gəlməsini nəzərə alır. CM-in 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə CM-in 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad olunması haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən həbsdən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(044)-55/2020 saylı “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polsin nəzarəti altına vermə qətimkan” tədbirinin dəyişdirilməsi və barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanası tərəfindən göndərilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 1(044)-55/2020 saylı qərarına əsasən həbs edilərək xx.xx.2020-ci il tarixdə müəssisəyə daxil olmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. CM-in 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və hazırki iş üzrə hökm çıxarıldığı günə kimi həbsdə saxlandığı 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə zalından həbsdən azad edilməli, onun barəsində hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilməli, Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə icra qurumuna həvalə edilməli, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış on ədəd “istilik sistemlərinin radiatorları”, bir ədəd “JVS” markalı televizor pultu ilə birlikdə, bir ədəd “Samsung” markalı televizor, bir ədəd “MİR” markalı soyducu və bir ədəd divanın saxlanc üçün sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq ekspertiza mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi2 tərəfindən 10 iş saatı məsrəf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manatməbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə saxlandığı 28 (iyirmi səkkiz) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci və 70.3-cü maddələri tətbiq olunaraq təyin olunan azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəyyə minənədək Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, həmçinin epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət onun yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə epidemiya əleyhinə rejimə, sanitariya-gigiyena və karantin rejimlərinə riayət edilməsi ilə bağlı X1 tövsiyələrinə və Nazirlər Kabineti yanında operativ qərargahın qərarlarına əməl edilməsi vəzifəsi qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış on ədəd “istilik sistemlərinin radiatorları”, bir ədəd “JVS” markalı televizor pultu ilə birlikdə, bir ədəd “Samsung” markalı televizor, bir ədəd “MİR” markalı soyducu və bir ədəd divanın saxlanması üçün sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının cəmi dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************saylı hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul keçirilsin. Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı “Xalq Bank”Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rasim Kazımov
Məhkəmə qərarları › İş №1(044)-55/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-55/2020
30.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver