Məhkəmə qərarları › İş №1(044)-55/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-55/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-55/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrəİdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncəşəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi ev 4 mənzil 41-də qeydiyyatda olmaqla yaşayan,Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.4-cü maddəsi tətbiq edilməklə 1500 manat cərimə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məclləsinin 178.2.2, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah məqsədi ilə təkrarən özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, 09 mart 2021-ci il tarixdə saat 14 radələrində qeyri-rəsmi yaşadığı, Şahid1 və sonuncunun qızı Zərərçəkmiş şəxs ilə birlikdə kirayədə qaldığı, Gəncə şəhəri Kəpəz rayonu X6 prospekti 237 ev 1, 55 nömrəli mənzilin yataq otağında olan pəncərə altlığının üzərindən Zərərçəkmiş şəxs məxsus 01 ədəd 150 manat dəyərində üzərində “Emporio Armani” yazıları olan, qızılı rəngli, içərisində kiçik qaşları olan, dəmir bilərzikli, təzə vəziyyətdə olan saatını, həmin otaqda olan Zərərçəkmiş şəxs məxsus cins şalvarın sağ yan cibindən 02 ədəd 100 manatlıq pul əskinazlarını, həmin evin qonaq otağından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 250 manat dəyərində Redmi Not 9 markalı, 128 GB yaddaşlı, 6 Ram-lı işlənmiş mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 600 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan sonra o, təkrarən 29 mart 2021-ci il tarixdə saat 10 radələrində Zərərçəkmiş şəxs kirayədə qaldığı, Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti ev 212, 4 nömrəli mənzilin yataq otağında olan şkafın gözündən 01 ədəd 550 manat dəyərində İPhone 8 Plus markalı, 128 GB yaddaşlı, işlənmiş mobil telefonu, həmin şkafın gözündən 01 ədəd 380 manat dəyərində 4 qram kütləli, 750 əyyarlı İtaliya Respublikası istehsallı, üzərində 05 ədəd 0,6 karatlıq brliyant qaşları olan təzə qızıl üzüyü gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 930 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 maddəsində nəzərdə tutulmuş cinayətəməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidin ifadəsi, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, o, 2016-cı ilin əvvəllərindən Ceyran ilə aralarında sevgi münasibətləri yaranmış, o, həbs olunan bir gündən Ceyran ona maddi və mənəvi yardımlar etmişdir. 10 fevral 2021-ci il tarixdə o, məhkəmə qərarı ilə həbsdən azad olunmuş, həmin günü Ceyranın Gəncə şəhərində, kirayədə yaşadığı Gəncə şəhəri Kəpəz rayonu X6 prospekti 237 ev 1 mənzil 55-ə gəlib yaşamışdır. Ceyran ilə bir müddət mehriban yaşasalar da, sonradan aralarında münaqişələr yaranmağa başlamışdır. 09 mart 2021-ci il tarixdə o, Ceyranla birlikdə səhər yeməyi yeyən zaman Ceyranın qızı Günay da ora gəlmişdir. Günay Qadınlar bayramı şənliyində tanışının ona qızılı rəngli “Emporio Armani”, dəmir bilərzikli qol saatı və 01 ədəd 05 ədəd brliyant qaşları olan təzə qızıl üzüyü hədiyyə etdiyini bildirmişdir. Sonra Günay cibində olan 02 ədəd 100 manatlıq pul əskinazlarını saxlamaqdan ötrü anası Ceyrana vermək istəmiş, lakin Ceyran həmin pulu götürməmişdir. Sonra Günay pulu şalvarının cibinə qoymuş və evin yataq otağına keçmiş və təxminən 1 saatdan sonra Günay mənzili tərk edib getmişdir. Həmin günü təmxinən saat 14 radələrində o, Ceyran ilə nahar yeməyi yemiş və sonra Ceyran çimmək üçün hamama girmişdir. Ceyran hamamda olan zaman o, pula ehtiyyacı olduğuna görə Günaya məxsus yataq otağına daxil olub Günaya məxsus əşyalardan oğurlayıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə o, yataq otağına daxil olmuş və pəncərə altlığının üzərində Günaya hədiyyə edilmiş Armani markalı qol saatını götürüb cibinə qoymuşdur. Sonra qonaq otağında elektrik qidalandırıcıya taxılmış vəziyyətdə olan və Günaya məxsus Redmi Not 9 markalı mobil telelfonu götürüb mənzili tərk etmişdir. O, mobil telelefonu və qol saatını satmaqdan ötrü Gəncə şəhəri, mərkəzi univermağın yaxınlığına getmişdir. O, univermağın mobil telefonların alqı-satqı olan dükanlarının qarşısında olan zaman Bakı şəhər sakini Abbas adlı tanışı ilə görüşdür. O, Abbas ilə söhbət edən zaman təcili pula ehtiyyacı olduğuna görəözünə məxsus Redmi Not 9 markalı mobil telefonunu satmaq istədiyini bildirmişdir. Abbas mobil telefona baxış keçirmiş və telefonun oğurluq olubolmamasını ondan soruşmuşdur. O, Abbasa and içərək mobil telefonun özünə məxsus olduğunu və maddi ehtiyyacına görə satmaq istədiyini bildirmişdir. Sonra o, Abbasla razılaşaraq mobil telefonu ona 100 manata satmışdır. Abbas yanından uzaqlaşdıqdan sonra o, küçə iləgedən adını bilmədiyi təxminən 30-35 yaşlı qadına əlində tutduğu qadın qol saatını nümayiş etdirməklə dərman almaqdan ötrü həmin saatı satmaq istədiyini bildirmişdir. Həmin qadın qol saatına baxıb onun oğurluq olub-olmamasını soruşmuşdur. O, qadına qol saatının bacısına məxsus olduğunu, xəstəlik ilə bağlı pula ehtiyacıolmasını vəsaatın oğurluq olmadığını bildirmişdir. Həmin qadın saata baxış keçirdikdən sonra saatı qadına 40 manata satmağa razılaşmışdır. Sonra qadın pulu ona verdikdən sonra saatı götürüb onun yanından uzaqlaşmışdır. Sonra Ceyran istifadəsində olan mobil telefonuna zəng edərək, mobil telefonu götürüb-götürmədiyini ondan soruşmuşdur. O, Ceyrana pula ehtiyyacı olduğuna görə mobil telefonu satdığını bildimişdir. Ceyran ona Günayın onun mobil telefonu satmağından xəbəri olan kimi polisə verəcəyini bildirməklə mobil telefonu geri qaytarmasını xahiş etmişdir. O da, zarafatla Ceyrana “qəbirstanlığa gedən ölü geri qayıtmır” deyərək mobil telefonu artıq Abbas adlı tanışına satdığımı, pulunu isə artıq xərclədiyini, Abbasın Bakı şəhərinə yola düşdüyünü bildirmişdir. Sonra o, pulları ehtiyyaclarına görə xərcləmişdir. O, Gəncə şəhəri ərazisində yerləşən adını bilmədiyi restoranda tanışlarına qonaqlıq verdikdən sonra həmin günü təxminən saat 21 radələrində evə geri qayıtmışdır. Təxminən saat 22 radələrində Ceyran onu yuxudan oyatmış və Günaya məxsus qol saatını vəşalvarının cibindən 200 manat pulun necə olmasını soruşmuş, o, əvvəlcə Günaya və Ceyrana saatdan və 200 manat puldan xəbərinin olmadığını bildirmişdir. Günay polisəərizə yazacağını deyən zaman o, qol saatını götürüb ehtiyaclarına görə satdığını, lakin 200 manat pulu götürmədiyini bildirmişdir. Ertəsi gün Günay ondan küsərək digər yerdə kirayə ev axtarmağa başlamışdır. 2021-ci ilin mart ayının ortalarında Günay Gəncə şəhəri, Zərrabi küçəsində yerləşən binanın mənzilini kirayə tutmuş və əşyalarını götürüb köçmüşdür. Günay təzə mənzilə köçdükdən sonra Ceyran ona Günayın əşyalarını oğurladığına görə köçüb getdiyini bildirmişdir. O, bir daha oğuruq etməyəcəyimə dair Ceyrana and içmişdir. 22 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrində o, Ceyranla birlikdə Günayın təzə kirayə tutduğu mənzilə getmişdir. Günay qapını açan kimi ona bir daha onun yaşadığı mənzilə gəlməməsini bildirmişdir. Həmin vaxt Ceyran Günayı sakitləşdirməyə başlamış və onu mənzilə buraxmağı xahiş etmişdir. Günay da anası Ceyranın sözünü yerə salmayaraq onu içəri buraxmışdır. Sonra Günay yaşadığı evin bir ədəd açarını Ceyrana vermiş, həmin günü axşam saatlarında o, Ceyranla birlikdə Günayın mənzilini tərk edib öz kirayədə yaşadığı evə getmişdir. 23 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək olan müddət ərzində o, Ceyranla birlikdə Günayın oğlu Həzrətəliyə baxmaqdan ötrü Günayın yaşadığı mənzilə gedib-gəlmişdir. 2021-ci ilin mart ayının 25-26-sı Ceyran ona 10 manat pul verərək Mirkamil adlı taksi sürücüsünə verməyini, Mirkamildə olan İPhone markalı mobil telefonu götürməyi ondan xahiş etmişdir. O da, Ceyrandan pulu götürüb Gəncə şəhərində görüşərək Mirkamilə vermişdir. Mirkamilin ona verdiyi İ-Phone markalı mobil telefonu götürüb Günayın yaşadığı mənzilə geri qayıtmış və o, mobil telefonu Ceyrana vermiş, o, da mobil telefonu aparıb Günayın yataq otağında şkafın gözünə qoymuşdur. 29 mart 2021-ci il tarixdə təxminən saat 10 radələrində Günay yaşadığı mənzili tərk edib çıxıb getmiş, bir neçə dəqiqədən sonra Ceyran da, çörək almaqdan ötrü mağazaya getmişdir. Mənzildə hər hansı bir şəxsin olmadığına və maddi imkanı zəif olduğuna görə o, oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, mənzillin qonaq otağından Günayın yataq otağına daxil olaraq orada olan şkafa baxış keçirmişdir. Baxış zamanı o, şkafın gözündən Günaya məxsus 01 ədəd İPhone markalı mobil telefonu və 01 ədəd 5 qaşlıüzüyü götürüb cibinə qoymuşdur. Sonra o, qonaq otağına daxil olmaqla Ceyranın mənzilə geri qayıtmağını gözləmişdir. Bir neçə dəqiqədən sonra Ceyran mənzilə qayıtmış və o, işlərinin olduğuna görəşəhərin mərkəzinə gedəcəyini bildirərək mənzili tərk etmişdir Sonra piyada Gəncəşəhəri Vaqif küçəsi ilə Nizami prospektində yerləşən zərgərlik dükanına getmişdir. Özünü ona Əjdər kimi təqdim edən şəxsə qızıl üzüyün ona məxsus olduğunu, maddi imkanı zəif olduğuna görəüzüyü satmaq istədiyini bildirmişdir. Sonra Əjdər ondan üzüyün oğurluq olub-olmamasını soruşmuş, o Əjdərə and içərək üzüyün ona məxsus olduğunu bildirmişdir. Sonra o, Əjdərləüzüyü 80 manata satmağa razılaşmışdır. Əjdərəşəxsiyyətini təsdiq edən sənədini verdikdən sonra qızıl alqı-satqısına dair kitabında müvafiq qeydlər aparmaqla qeydləri uca səslə ona oxutmuş, o, qeydləri oxuduqdan sonra mahiyyətini tam başa düşmüş və imzası ilə təsdiq etmişdir. Sonra o, Əjdərdən 80 manat pulu aldıqdan sonra İ-Phone markalı mobil telefonu satmaqdan ötrü piyada mərkəzi Univermağın mobil telefon mağazaları olan tərəfinə getmişdir. O, həmin yerdə küçədə dayanaraq mağazaya gəlib-gedən müştərilərə mobil telefonu ucuz qiymətə satdığını bildirmişdir. Bir neçə dəqiqədən sonra bir nəfər adını bilmədiyi vəəvvəllər tanımadığı təxminən 40-45 yaşlı kişi ona yaxınlaşaraq mobil telefonu almaq istədiyini bildirmişdir. Həmin kişi mobil telefona baxmış və telefonun oğurluq olubolmadığını soruşmuşdur. O, kişiyəşəxsiyyət vəsiqəsini nümayiş etdirməkləşəhər adamı olduğunu, pula ehtiyacı olduğuna görə telefonu satmaq istədiyini bildirmişdir. O, mobil telefonu 220 manata satmağa razılaşdıqdan sonra həmin kişidən pulu alaraq telefonu satmışdır. Həmin şəxs mobil telefonunun foto qurğusu ilə onun şəxsiyyət vəsiqəsinin şəkilini çəkdikdən sonra onun yanından çıxıb getmişdir. Həmin günü o, üzüyü və mobil telefonu satmaqla əldə etdiyi pullarla tanışlarına qonaqlıq vermişdir. Həmin günü axşam saatlarında o, Ceyranın kirayədə yaşadığı evə getmişdir. Ertəsi günü, yəni 30 mart 2021-ci il tarixdə o, Ceyran ilə birlikdə yenidən Günayın kirayədə qaldığı mənzilə getmişdir. Günayın və Ceyranın mobil telfonu və qızıl üzüyü oğurlamasından xəbərlərinin olmadığını hiss etmişdir. 31 mart 2021-ci il tarixdə təxminən saat 17 rarələrində o, Gəncə şəhərinin mərkəzində olan zaman Ceyran istifadəsində olan mobil telefonuna zəng edərək qızı Günaya məxsus qızıl üzüyü və mobil telefonu oğurladığını bildirmişdir. Bir qədər sonra Günay mobil telefonuna zəng etmiş, o, Ceyran və Günaya qeyd olunan əşyaları oğurlamadığını bildirmiş,onlar da polisə şikayət etmişdilər. Lakin o, Günayın cibindən 200 manat pulu oğurlamamışdır, odur ki, özünü qismən təqsirli bilir.Hazırda hərəkətlərindən peşmandır, zərərçəkmişə dəyən ziyanı ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, əri vəfat etmiş və azyaşlı uşağı ilə birlikdə Gəncə şəhərinə köçüb anası Ceyran ilə birlikə yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs anası Ceyranın mərhum anası Amaliyanın əmisi nəvəsidir, o,Səbuhini uşaqlıqdan tanıyır. 2016cı ildə Səbuhi oğurluq, dələduzluq və soyğunçuluq cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin tarixlərdən anası Ceyran bir qohum kimi Səbuhinin qayğısına qalır, cəzaçəkmə müəsisəsinə sonuncuya azuqə, pul göndərirmiş və Səbuhi ilə anası arasında sevgi münasibətləri yaranmışdır. 10 ferval 2021ci il tarixdə Səbuhi Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl azad edilmiş, anası Bakı şəhərinə gedərək onu kirayədə yaşadıqları Gəncə şəhəri Kəpəz rayonu X6 prospekti 237 ev 1 mənzil 55-ə gətirmişdir. 2021-ci ilin mart ayının əvvəllərində Səbuhi yaşadıqları evdə anası Ceyranla münaqişələr, əsassız söz-söhbətlər yaratmağa başlamış, buna görə də, o, Gəncə şəhərində övladı ilə birlikdə ayrı yaşamasından ötrü kirayə ev axtarmağa başlamışdır. 08 mart Beynəlxalq Qadınlar bayramı münasibəti ilə tanışı ona 01 ədəd 180 manat dəyərində qızılı rəngli “Emporio Armani”, dəmir bilərzikli qol saatı və 01 ədəd üzərində 05 ədəd brliyant qaşları olan təzə qızıl üzük almışdır. 09 mart 2021-ci il tarixdə o, yaşadığı evə qayıtmış, evin qonaq otağında anası Ceyran və Səbuhi ilə görüşdükdən sonra onlara ona alınan hədiyyələri göstərmişdir. Sonra o, cibində olan 02 ədəd 100 manatlıq pul əskinazlarını anasına vermək istəmiş, anası ona pulunu özü saxlamasını deyərək, pulu götürməkdən imtina etmişdir. Sonra o, pulu şalvarının cibinə qoymuş, saatı və üzüyü götürüb evin yataq otağına keçmişdir. Hədiyyələr ona əziz olduğuna görə o, üzüyü evin yataq otağında şkafın içərisinə, qol saatını isə evin pəncərəsinin altlığının üzərinə qoymuşdur. O, əynində olan cins şalvarı soyunub çarpayının üzərinə qoymaqla don geyinmişdir. Həmin vaxt 200 manat pulu unudaraq şalvarının cibində qoymuşdur. Sonra o, yaşadığı evi tərk edib rəfiqəsinin mənzilinə getmişdir. Həmin günü təxminən saat 22 radələrində o, yaşadığı evə geri qayıtmış, yataq otağında əynində olan donu soyunan zaman pəncərənin altlığının üzərinə qoyduğu qol saatının yerində olmadığını görmüşdür. Sonra o, evin otaqlarını axtarmış və saatı tapmamışdır. O, şalvarının cibinə baxış keçirən zaman 200 manat pulunun da yerində olmadığını görmüş və dərhal şkafın içərisinə baxış keçirmiş və üzüyü şkafda görmüşdür. Sonra o, anası Ceyrana pulunun və qol saatının harada olduğunu soruşduqda anası ona bu barədə məlumatının olmadığını bildirmiş və Səbuhini yuxudan qalldırıb saat və pul barədə suallar verən zaman Səbuhi əvvəlcə xəbərinin olmadığnı bildirmişdir. Sonra o, bu barədə polisə müraciət edəcəyini bildirən zaman Səbuhi ona 200 manat pulu borcu olduğuna görə şalvarının cibindən götürdüyünü, qol saatını isə pul borcu olduğuna görə götürüb Gəncə şəhəri Mərkəzi Univermağın yaxınlığında tanımadığışəxsə 70 manata satdığını bildirmişdir. O, Səbuhiyə saatın hədiyyə olduğuna görə onu və pulunu oğurlaması barədə öz iradlarını bildirməklə ağlamağa başlamışdır. Anası Ceyran da, onun pis olduğunu görüb Səbuhiyə “oğurluq itə yaraşar” deyərək öz iradlarını bildirmişdir. Həmin gündən sonra o, övladı Həzrətəli ilə birlikdə ayrıca yaşamalarından ötrü özünə kirayə axtarmağa başlamışdır. Təxminən 2021-ci ilin mart ayının 15-16-da qədər o 300 manata kirayə tutduğu Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi bina 4 mənzil 1-ə köçüb azyaşlıövladı ilə birlikdə orada yaşamağa başlamışdır. 21 mart 2021-ci il tarixdə saat 22 radələrində o, 5 birliyant qaşlı üzüyünə baxış keçirdib üzüyü yataq otağında olan şkafın gözünə donlarının arasına qoymaqla gizlətmişdir. 22 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrində anası Ceyran Səbuhi ilə birlikdə onun yaşadığı evə gəlmiş, o, anası Ceyrandan nə səbəbə gəldiyini soruşduqda anasl ona Novruz bayramı ilə əlaqədar qonaq gəldiyini bildirmişdir. Həmin vaxt o Səbuhiyə saatını, 200 manat pulunu oğurladığına görə öz iradlarını bildirmiş və Səbuhiyə bir daha yaşadığı evə gəlməməsini xahiş etmişdir. Həmin vaxt anası Ceyran ona Səbuhinin bir daha oğurluq etməyəcəyinə görə and içdiyini bildirərək ondan Səbuhini yaşadığı mənzilə buraxmağı xahiş etmişdir. O, da anası Ceyranın Səbuhiyə görə pis olduğunu hiss etdiyi üçün anasının xətrinə Səbuhini yaşadığı evə daxil olmasına icazə vermişdir. Sonra o, yaşadığı evin bir ədəd açarını anasına vermişdir. Həmin günü axşam saatlarında anası Səbuhi ilə birlikdəyaşadığı evi tərk edib çıxıb getmişlər. 23 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək olan müddət ərzində o, yaşadığı evdə olmayan zaman anası Ceyran Səbuhi ilə birlikdə azyaşlıövladına baxmaqdan ötrü onun yaşadığı mənzilə gəlib-getmişlər. 24 mart 2021-ci il tarixdə günorta saatlarında anası Ceyran rəfiqəsi Alyanın ona hədiyyə etdiyi İ-Phone 8 plus markalı mobil telefonu ekranının təxminən 2 millimetr çatlamasına görə ekranın şüşəsini dəyişdirməsindən ötrü taksi sürücüsü X1 vermişdir. 26 mart 2021-ci il tarixdə təxminən saat 12 radələrində anası Ceyran Səbuhidən həmin mobil telefonu Kamildən götürməsini xahiş etmiş və ona 10 manat pulvermişdir ki, həmin pulu borcu olduğuna görə Kamilə versin. Səbuhi də, pulu götürüb yaşadığı evi tərk etmişdir. Təxminən 2-3 saatdan sonra Səbuhi yaşadığı mənzilə geri qayıtmış və mobil telefonu anasına təqdim edərək, Kamilin mobil telefonun şüşəsini dəyişdirmədiyini bildirmişdir. Anası mobil telefonu şkafın gözünə qoymuşdur. 31 mart 2021-ci il tarixdə təxminən saat 17 radələrində o, yaşadığı evdə olan zaman yataq otağında olan paltar şkafının gözündən üzüyünü götürmək istəmişdir. Lakin o, üzüyünü qoyduğu yerdən tapa bilməmişdir. Sonra o üzüyünü nə qədər axtarsa da, tapa bilməmişdir. O üzüyünün Səbuhi tərəfindən oğurlandığını düşünmüş və bu barədə istifadəsində olan mobil telefonla DİN-in 102 ximdətinə zəng edib məlumat vermişdir. Sonra o, anası Ceyrana zəng edərək üzüyünün Səbuhi tərəfindən oğurlanması barədə məlumat vermişdir. Bir neçə dəqiqədən sonra o, Nizami rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Həmin günü təxminən saat 21 radələrində o anası ilə yaşadığı evdə söhbət edən zaman anası ona rəfiqəsi, hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Ayla ləqəbli Aytac tərəfindən ona hədiyyə edilmiş İPhone 8 plus markalı mobil telefonunun harada olduğunu soruşduqda o, həmin mobil telefonu Səbuhi Mirkamildən alıb gətirdikdən sonra onu da şkafın gözünə qoyduğunu bildirmişdir. Sonra şkafa baxış keçirən zaman mobil telefonun yerində olmadığını aşkar etmişdir. O, anası ilə birlikdə mobil telefonu şkafın gözlərindən, eləcə də, evin otaqlarından axtarsalar da, tapa bilmədiklərindən anası istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng edib, İPhone 8 plus markalı mobil telefonun da, Səbuhi tərəfindən oğurlandığı bildirmişdir. Sonra o, anası Ceyran ilə birlikdə Nizami rayon polis idarəsinə getmiş və anası polisə mobil telefonla bağlı ərizə ilə müraciət etmişdir. O, polis idarəsində olan zaman anası Ceyran ona məxsus oğlu Həzrətəliyə istifadəüçün verdiyi Redmi Not 9 markalı mobil telefonun da, Səbuhi tərəfindən 09 mart 2021-ci il tarixdə qol saatı və 200 manat pulu ilə birlikdə oğurlandığını, onun əsəbiləşməməsindən ötrü bu barədə ona məlumat vermədiyini bildirmişdir. Sonra o, bildirmişdir ki, Səbuhi onunla söhbət edən zaman ona 29 mart 2021-ci il tarixdə səhər saatlarında qızıl üzüyü şkafın gözündən götürdüyünü, həmin günü üzüyü aparıb Gəncə şəhəri, Nizami rayonu, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən zərgərlik dükanının sahibi Əjdər adlı şəxsə 80 manata satdığını, pulu götürüb şəxsi istifadəsi üçün xərclədiyini, bundan əlavə həmin günü qızıl üzük ilə birlidəşkafın gözündən İPhone 8 Plus markalı mobil telefonu Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında tanımadığı şəxsə 220 manat pul müabilində satdığını, həmin pulu da, şəxsi istifadəsi üçün xərclədiyini, həmçinin oğlu Həzrətəliyə istifadə üçün verdiyi Redmi Not 9 markalı mobil telefonu Bakışəhər sakini tanışı Abbas adlı şəxsə 100 manata satdığını, pulu şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. 01 aprel 2021-ci il tarixdə anası Ceyran Əjdərin işlədiyi mağazaya gedib 80 manat pul müqabilindəüzüyü alıb ona gətirmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış əşyalar və 200 manat pul ona məxsus olmuşdur. Anası Şahid1 məxsus hər hansı bir əşya Təqsirləndirilən şəxs tərəfindən oğurlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd 180 manat dəyərində üzərində “Emporio Armani” yazıları olan, qızılı rəngli, içərisində kiçik qaşları olan, dəmir bilərzikli təzə qol saatı, 01 ədəd Redmi Not 9 markalı, 128 GB yaddaşlı, 6 Ram-lı işlənmiş mobil telefon, 01 ədəd İ-Phone 8 Plus markalı, 128 GB yaddaşlı, işlənmiş mobil telefon, 01 ədəd 4 qram kütləli, 750 əyyarlıİtaliya Respublikası istehsallı, üzərində 05 ədəd 0,6 karatlıq brliyant qaşları olan təzə qızıl üzük və 200 manat pulu oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəyən ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs onun əmisi nəvəsidir. Qızı Günayın əri vəfat etmiş və azyaşlı uşağı ilə birlikdə Gəncə şəhərinə köçüb onunla birlikdə yaşamağa başlamışdır. 2016-cı ildə Səbuhi oğurluq, dələduzluq və soyğunçuluq cinayət əməlləri törətdiyinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin tarixlərdən o, bir qohum kimi Səbuhinin qayğısına qalmış, cəzaçəkmə müəsisəsinə ona azuqə, pul göndərirmiş və Səbuhi ilə aralarında sevgi münasibətləri yaranmışdır. 10 ferval 2021-ci il tarixdə Səbuhi Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan vaxtından əvvəl azad edilmiş, o, da Bakı şəhərinə gedərək onu kirayədə yaşadıqları Gəncə şəhəri Kəpəz rayonu X6 prospekti 237 ev 1 mənzil 55-ə gətirmişdir. 2021-ci ilin mart ayının əvvəllərindən Səbuhi yaşadıqları evdəonunla münaqişələr, əsassız sözsöhbətlər yaratmağa başlamış, buna görə də, qızı Gəncə şəhərində övladı ilə birlikdə ayrı yaşamasından ötrü kirayə ev axtarmağa başlamışdır. 08 mart Beynəlxalq Qadınlar bayramı münasibəti iləqızının tanışı ona 01 ədəd 180 manat dəyərində qızılı rəngli “Emporio Armani”, dəmir bilərzikli qol saatı və 01 ədəd üzərində 05 ədəd brliyant qaşları olan təzə qızıl üzük almışdır. 09 mart 2021-ci il tarixdəonlar evdə olarkən Günay evə gələrək onlara ona alınan hədiyyələri göstərmişdir. Sonra qızı Günay cibində olan 02 ədəd 100 manatlıq pul əskinazlarınıona vermək istəmiş, lakin o, qızına pulunu özü saxlamasını deyərək, pulu götürməkdən imtina etmişdir. Sonra Günay pulu şalvarının cibinə qoymuş, saatı vəüzüyü götürüb evin yataq otağına keçmişdir. Sonra Günayevdən çıxıb rəfiqəsinin mənzilinə getmişdir. Həmin günü təxminən saat 22 radələrində evə geri qayıtmış, sonra yataq otağından qışqıraraq pəncərənin altlığının üzərinə qoyduğu qol saatının və 200 manat pulun yerində olmadığını demiş, sonra dərhal şkafın içərisinə baxış keçirmiş vəüzüyüşkafda görmüşdür. O, Səbuhini yuxudan qalldırıb saat və pul barədə suallar verən zaman Səbuhi əvvəlcə xəbərinin olmadığnı bildirmişdir. Sonra Günay bu barədə polisə müraciət edəcəyini bildirən zaman Səbuhi ona 200 manat pulu borcu olduğuna görə şalvarının cibindən götürdüyünü, qol saatını isə pul borcu olduğuna görə götürüb Gəncəşəhəri Mərkəzi Univermağın yaxınlığında tanımadığı şəxsə 70 manata satdığını bildirmişdir. Günay Səbuhiyə saatın hədiyyə olduğuna görə və pulunu oğurlaması barədə öz iradlarını bildirməklə ağlamağa başlamışdır. O, da Günayın pis olduğunu görüb Səbuhiyə “oğurluq itə yaraşar” deyərək öz iradlarını bildirmişdir. Həmin gündən sonra qızı övladı Həzrətəli ilə birlikdə ayrıca yaşamalarından ötrüözünə kirayə axtarmağa başlamışdır. Təxminən 2021-ci ilin mart ayının 15-16-da qədər Günay 300 manata kirayə tutduğu Gəncə şəhəri, Nizami rayonu, Zərrabi küçəsi bina 4 mənzil 1-ə köçüb azyaşlıövladı ilə birlikdə orada yaşamağa başlamışdır. Sonradan Günay onaüzüyü yataq otağında olan şkafın gözünə donlarının arasına qoyaraq gizlətdiyini demişdir. 22 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrindəo, Səbuhi ilə birlikdəGünayın yaşadığı evə gəlmiş, Günayondan nə səbəbə gəldiyini soruşduqda ona Novruz bayramı ilə əlaqədar qonaq gəldiyini bildirmişdir. Həmin vaxt Günay Səbuhiyə saatını, 200 manat pulunu oğurladığına görə öz iradlarını bildirmiş və Səbuhiyə bir daha yaşadığı evə gəlməməsini xahiş etmişdir. O, daqızına Səbuhinin bir daha oğurluq etməyəcəyinə görə and içdiyini bildirərək ondan Səbuhini yaşadığı mənzilə buraxmağı xahiş etmişdir. Qızı Günay onun xatirinə Səbuhini yaşadığı evə daxil olmasına icazə vermiş vəyaşadığı evin bir ədəd açarını anasına vermişdir. Həmin günü axşam saatlarında o, Səbuhi ilə birlikdə çıxıb getmişlər. 23 mart 2021-ci il tarixdən 30 mart 2021-ci il tarixədək olan müddət ərzində Günay evdə olmayan zaman o, Səbuhi ilə birlikdə azyaşlı nəvəsinə baxmaqdan ötrü Günayın yaşadığı mənzilə gəlib-getmişlər. 24 mart 2021-ci il tarixdə günorta saatlarında o, rəfiqəsi Alyanın ona hədiyyə etdiyi İPhone 8 plus markalı mobil telefonu ekranının təxminən 2 millimetr çatlamasına görə ekranın şüşəsini dəyişdirməsindən ötrü taksi sürücüsü X1 vermişdir. 26 mart 2021-ci il tarixdə təxminən saat 12 radələrində Səbuhidən həmin mobil telefonu Kamildən götürməsini xahiş etmiş və ona 10 manat pul vermişdir ki, həmin pulu borcu olduğuna görə Kamilə versin. Səbuhi də, pulu götürüb getmişdir. Təxminən 2-3 saatdan sonra Səbuhi yaşadığı mənzilə geri qayıtmış və mobil telefonu ona təqdim edərək, Kamilin mobil telefonun şüşəsini dəyişdirmədiyini bildirmişdir. O, da mobil telefonu şkafın gözünə qoymuşdur. 31 mart 2021-ci il tarixdə Günay ona üzüyünü qoyduğu yerdən tapa bilməməsini demiş,vəüzüyünün Səbuhi tərəfindən oğurlandığını düşünmüş və bu barədə istifadəsində olan mobil telefonla DİN-in 102 ximdətinə zəng edib məlumat vermişdir. Sonra ona zəng edərək üzüyünün Səbuhi tərəfindən oğurlanması barədə məlumat vermiş və Nizami rayon polis idarəsinə gedərək ərizə ilə müraciət etmişdir. Həmin günü təxminən saat 21 radələrindəo, Günaylaonun yaşadığı evdə söhbət edən zaman Günay ona, rəfiqəsi, hazırda Türkiyə Respublikasının İstanbul şəhərində yaşayan Ayla ləqəbli Aytac tərəfindən ona hədiyyə edilmiş İPhone 8 plus markalı mobil telefonunun harada olduğunu soruşduqda o, həmin mobil telefonu Səbuhi Mirkamildən alıb gətirdikdən sonra onu da şkafın gözünə qoyduğunu bildirmiş,şkafa baxış keçirən zaman mobil telefonun yerində olmadığını aşkar etmişdir. Onlar birgə mobil telefonu şkafın gözlərindən, eləcə də, evin otaqlarından axtarsalar da, tapa bilmədiklərindən istifadəsində olan mobil telefonla DİN-in 102 xidmətinə zəng edib, İPhone 8 plus markalı mobil telefonun da, Səbuhi tərəfindən oğurlandığı bildirmişdir. Sonra onlar birlikdə Nizami rayon polis idarəsinə getmiş və o, polisə mobil telefonla bağlı ərizə ilə müraciət etmişdir. Onlar polis idarəsində olan zaman o, özünə məxsus və nəvəsi Həzrətəliyə istifadə üçün verdiyi Redmi Not 9 markalı mobil telefonun da, Səbuhi tərəfindən 09 mart 2021-ci il tarixdə qol saatı və 200 manat pulu ilə birlikdə oğurlandığını, onun əsəbiləşməməsindən ötrü bu barədə ona məlumat vermədiyini bildirmişdir. Sonra o, bildirmişdir ki, Səbuhi onunla söhbət edən zaman ona 29 mart 2021-ci il tarixdə səhər saatlarında qızıl üzüyüşkafın gözündən götürdüyünü, həmin günüüzüyü aparıb Gəncəşəhəri, Nizami rayonu, Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən zərgərlik dükanının sahibi Əjdər alışəxsə 80 manata satdığını, pulu götürüb şəxsi istifadəsi üçün xərclədiyini, bundan əlavə həmin günü qızıl üzük ilə birlidəşkafın gözündən İ-Phone 8 Plus markalı mobil telefonu Gəncə şəhəri Mərkəzi Univermağın qarşısında tanımadığı şəxsə 220 manat pul müabilində satdığını, həmin pulu da, şəxsi istifadəsi üçün xərclədiyini, həmçinin oğlu Həzrətəliyə istifadəüçün verdiyi Redmi Not 9 markalı mobil telefonu Bakışəhər sakini tanışı Abbas adlışəxsə 100 manata satdığını, pulu şəxsi istifadəsi üçün xərclədiyini bildirmişdir. Sonra 01 aprel 2021-ci il tarixdə o, Əjdərin işlədiyi mağazaya gedib 80 manat pul müqabilindəüzüyü alıb ona gətirmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışəşyalar və 200 manat pul qızına məxsus olmuşdur. Ona məxsus hər hansı bir əşya Təqsirləndirilən şəxs tərəfindən oğurlanmamışdır. Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd 180 manat dəyərində üzərində “Emporio Armani” yazıları olan, qızılı rəngli, içərisində kiçik qaşları olan, dəmir bilərzikli təzə qol saatı, 01 ədəd Redmi Note 9 markalı, 128 GB yaddaşlı, 6 Ram-lı işlənmiş mobil telefon, 01 ədəd İ-Phone 8 Plus markalı, 128 GB yaddaşlı, işlənmiş mobil telefon, 01 ədəd 4 qram kütləli, 750 əyyarlı İtaliya Respublikası istehsallı, üzərində 05 ədəd 0,6 karatlıq brliyant qaşları olan təzə qızıl üzük və 200 manat pulu oğurlanmışdır.Hazırda təqsirləndirilən şəxs tərəfindən qızına dəyən ziyan ödənilmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o, 2012-ci il tarixdən Gəncəşəhəri Nizami prospekti ilə Vaqif küçəsinin kəsişməsində yerləşən qızıl və briliyantların alqı-satqı dükanında işləyir. Hərgün mağazası saat 09 radələrində açır saat 18 radələrində bağlayır. 29 mart 2021-ci il tarixdə təxminən saat 14 radələrindəözünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs əlində olan 5 qaşlı qızıl üzüyü təqdim edərək həmin üzüyün ona məxsus olduğunu bildirməklə pula ehtiyyacı olduğunu,bu səbəbə də, üzərində gəzdirdiyi üzüyü satmaq istədiyini bildirdi. Sonra o sözügedən qızıl üzüyə baxış keçirmiş vəüzüyü Səbuhidən 80 manata ala biləcəyini bildirmişdir. Səbuhi onunla razılaşdıqdan sonra onun şəxsiyyət vəsiqəsinə baxış keçirmiş, bundan sonra o, qızıl və briliyantların alqı-satqı kitabına müvafiq qeydlər aparmışdır. Səbuhi qeydləri oxuduqdan sonra onu imzası ilə təsdiq etmişdir. Səbuhi ondan 80 manat pulu aldıqdan sonra mağazanı tərk etmişdir. 01 aprel 2021-ci il tarixdəəvvəllər tanıdığı Şahid1 onun işlədiyi mağazaya gələrək, Səbuhinin ona qızıl üzük satmasını soruşmuşdur. O, Ceyrana 80 manata Səbuhidən aldığıüzüyügöstərmiş, Ceyran üzüyün qızı Günaya məxsus olduğunu bildirməklə 80 manata həmin üzüyü ondan alaraq çıxıb getmişdir. O, Səbuhinin ona satdığı qızıl üzüyün oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəməəmtəəşünaslıq ekspertizasının 12.07.2021-ci il tarixli 9/4266 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində və fotoşəkillərdə göstərilən malların 2021-ci ilin mart ayına olan bazar qiyməti təxminən 1330.0 manat müəyyən edilmişdir: üzərində “Emporio Armani” yazıları olan, qızılı rəngli, içərisində kiçik qaşları olan, dəmir bilərzikli təzə vəziyyətdə olan saat 150 manat, Redmi Not 9 markalı, 128 GB yaddaşlı, 6 Ram-lı işlənmiş mobil telefon 250 manat, 01 ədəd İ-Phone 8 Plus markalı, 128 GB yaddaşlı, işlənmiş mobil telefon 550 manat, 4 qram kütləli, 750 əyyarlıİtaliya Respublikası istehsallı, üzərində 05 ədəd 0,6 karatlıq brliyant qaşları olan təzə qızıl üzük 380 manatdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 31.03.2021-ci il tarixli protokoldan görünür ki, Nizami RPİ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Nadir Heydərov tərəfindən tərtib olunmuş hadisənin baş verdiyi yer Gəncəşəhəri, Nizami rayonu Heydər Əliyev prospekti (köhnə Zərrabi küçəsi) ev 212 mənzil 4-ün yataq otağında yerləşən şkafın gözüdür. Hadisə yerinin fotocədvəli tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23.08.2021-ci il tarixli Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə protokoldan görünür ki, hadisə barədə istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 23.08.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs barəsində alınmış 08.08.2021-ci il tarixli tələbnamədən görünür ki, o, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 03.08.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4-cü maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 1500 manat cərimə cəzasına, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 16 dekabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə tutulmuş və 2 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayansübutlar əsasında müəyyən olunmuşdur ki, o, tamah məqsədi ilə təkrarən özgənin əmlakını gizli talayıb oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması vəya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28.04.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirli bilinib 05 il 06 ay 25 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 fevral 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin 28.04.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan azad edildiyi 10.02.2021-ci il tarixdən iki il keçmədiyindən onun həmin məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Azərbaycan Respublikasının CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni social ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaqsahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmincəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onuntörədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğunolması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmişşəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs dəymiş zərəri ödəməsi və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə barışması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlinə cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətin residivi mövcuddur. Azərbaycan Respublikasının CM-nin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Beləliklə, şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 24 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat müəyyən edilmişdir ki, həmin məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, çəkmə müddətinin əvvəli 24.01.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar