Məhkəmə qərarları › İş №1(044)-56/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-56/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-56/2021 26.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X2 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Göygöl rayonbu Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanansında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində sərxoş vəziyyətdə Gəncə şəhəri, Nizami rayonu, Ataturk prospekti-197 yaşayış sahəsinin 1 saylı binasının qarşısına gəlib həmin binanın 23 saylı mənzilində yaşayan Zərərçəkmiş şəxs ilə danışaraq sonuncunun yaşadığı evdə 20 manat müqabilində cinsi əlaqədə olması üçün razılaşmış, o, həmin mənzilə daxil olduqdan sonra Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaqdan imtina edərək aralarında şəxsi münsibətlər zəminində yaranmış mübahisə zamanı əli ilə qəsdən sonuncunun sağ gözaltı, sağ yanaq, döş qəfəsinin arxa səthinə və sol qalça nahiyələrinə vuraraq, habelə istintaq zamanı müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs xarici cinsiyyət oraqınını kəsib sonuncuya sol qalça nahiyəsinin yumşaq toxumalarının əzniyi və hematoması, sağ gözün alt qapağının sağ yanaq nahiyəsinin, döş qəfəsinin arxa səthinin qançırları, xarici cinsiyyət orqanının yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə günorta saatlarında o, yaşadığı Göygöl rayonundan pivə və “Go” adlı enerji içkisi alıb içmiş, üzünü və saçını təraş etməsi üçün Gəncə şəhərinə gəlmişdir. Gəncə şəhərinə gələndə “Maqa” adlandırdıqları dostu Məhəmmədə zəng vurub Gəncə şəhərinə gəldiyini, sonuncunun “Dədəmin” aptekinin yanına gələrək görüşməklərini demişdir. Məhəmməd oraya dostu Ağailə birlikdə gəlmiş, onlar görüşüb “Aura park” adlanan yerə tərəfə gəlmişlər. Məhəmməd Ağaya özünün sürücülük vəsiqəsi olmadığını, şəhərdə gəzmə üçün Ağanın avtomobil kirayəsindən bir günlük avtomobil götürməsini demişdir. Sonra onlar gəldikləri taksi ilə “Tekstilni” deyilən yerə çatanda o, Məhəmmədə qadınla cinsi əlaqədə olmaq istədiyini demiş, sonuncu da buralarda qadın olduğunu demişdir. Onlar binanın yanında dayananda orada əvvəl tanmadığı, sonradan adını Leyla kimi bildiyi bir qadının durduğunu görmüşlər, həmin Leyla adlı qadını çağıranda sonuncu öz evində 20 manata cinsi əlaqədə olacağını demişdir. O, da Leylanın təklifi ilə razılaşmış, Leyla ilə birlikdə sonuncunun mənzilinə daxil olmuşlar, o, cibindən 20 manat çıxarıb masanın üstünə qoymuş, sonra Leyla ilə çarpayının üstündə oturmuşdur. O, Leyla ilə cinsi əlaqədə olmamış, sonuncu onun xoşuna gəlmədiyi üçün cinsi əlaqədə olmaq istəməmişdir. Bu vaxt Leyla ona cinsi əlaqədə olmasını deyərək paltarını çıxartmış, lakin o, sonuncudan xoşu gəlmədiyi üçün əlaqədə olmaq istəmədiyini və çıxıb gedəcəyini demiş, bu zaman aralarında mübahisə yaranmış, o, Leylanı kənara itələmiş, sonuncu çarpayının üstünə yıxılmışdır. Bu vaxt ona Məhəmməd zəng edib bildirmişdir ki, onu taksi sürücüsü gözləyir, o, da masanın üstündən 20 manatı götürəndə Leyla narazılığını bildirmiş, lakin o, Leylaya əhəmiyyət verməyib aşağı düşmüşdür. O, həmin vaxt sərxoş olduğu üçün orada Leylanı vurmasını, başqa bir xəsarət yetirməsini xatırlamır. O, aşağı düşdükdə artıq Məhəmmədgil də avtomobili kirayə götürmüşdülər, onlar birlikdə Göygöl rayonuna gedərək Hacıkənd qəsəbəsinə qalxmışlar, sonra Gəncə şəhərinə qayıtmışlar. O, Leylaya xəsarət yetirməmiş, Leylanın cinsiyyət orqanını kəsməmişdir, onun üzərində ümumiyyətlə heç bir bıçaq olmamışdır. Sonra eşitmişdir ki, Leyla ondan şikayət etmiş, o, Gəncə şəhər prokurorluğuna gəlib izahat vermiş, sonra onun yaxınları, anası Gültəkin Leylagilə üzrxahlığa getmişlər, o, da Leylaya zəng vurub üzr istəmişdir ki, ərizəsini geri götürsün. Hazırda o, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə onun evində çörək pulu olmamış, maddi vəziyyəti ağır olmuşdur. O, özü yaşadığı binanın qarşısında duran zaman, axşam saatlarında, “VAZ-2106” markalı, dövlət nömrə nişanını xatırlamadığı bir avtomobil gəlib ona yaxın bir yerdə dayanmışdır. Həmin avtomobilin tanımadığı sürücüsü və qabaq tərəfdə oturan tanımadığı bir oğlan onu əl işarəsi ilə çağırmış, o, sürücü tərəfə gedəndə sürücü ona demişdir ki, onu qabaqda oturan oğlan çağırır. Onun tanımadığı, sonradan adını polisdə Elşən kimi bildiyi oğlan ona demişdir ki, onunla cinsi əlaqədə olmaq istəyir, o, da sonuncuya evində görüşdüyünü bildirmişdir. O, Elşənlə danışanda sonuncu bir az söyüşlə danışmış, Elşənin sərxoş olduğunu görmüşdür. O, ilk əvvəl tərəddüd etmiş, Elşənlə cinsi əlaqədə olmaq üçün heç bir pul danışığı olmamışdır. Elşən avtomobildən yerə düşərək ona demişdir ki, tez çıxacaq, 5 dəqiqəyə cinsi əlaqədə olub çıxacaqdır. O, da Elşənə inanıb, razılaşaraq sonuncu ilə bərabər yaşadığı mənzilə gəlmişdir. Elşən içəri keçən kimi qapını arxadan bağlamış, onun sifət nahiyyəsinə bir yumruq zərbəsi vurmuşdur. O, Elşəndən niyə onu vurduğunu soruşmuş, sonuncu onu öldürmək üçün göndərildiyini demişdir. O, Elşəndən qorxub cinsi əlaqədə olmaq istəmədiyini, evindən çıxmasını demişdir. Elşən isə əsəbi formada cibindən 20 manat pulu çıxarıb masanın üzərinə qoymuş, ona demişdir ki, “20 manata görüşmürsən?” paltarını çıxartsın, onunla cinsi əlaqədə olacaqdır. O, isə Elşənin dediyi ilə razılaşmamış, bu vaxt sonuncu onun sifətinə yenə də bir yumruq vurmuş, saçından tutub onu çarpayıya yıxmışdır. Elşən onunla cinsi əlaqədə olmaq üçün koftasını çıxartmış, əlindəki bıçağı ona göstərib demişdir ki, paltarını soyunsun. O, paltarını soyunmamış, Elşən onun koftasını çıxartmış, şalvarının qabağını, zəncirbəndi açmaq istəyəndə o, qoymamış, əli ilə Elşənə müqavimət göstərmişdir. Bu vaxt Elşən onun əllərini onun üstündə ayaqlarının arasında sıxıb saxlamış, onun şalvarının qabaq zəncirbəndini açmış, lakin şalvarını əynindən çıxartmamışdır. Elşən onun şalvarını aşağı salmış, əynindəki alt paltarını da cırmış, amma şalvarını çıxatmamışdır. O, Elşənin cinsiyyət orqanını da görməmiş, onun cinsiyyət orqanına da yaxınlaşdırmamışdır. Ancaq Elşən əlindəki bıçaqla onun cinsiyyət orqanını kəsib demişdir ki, “mənə vermədinsə də qoy bunu kəsim, heç kəslə cinsi əlaqədə olma”. O, ağrıdan qışqırmış, onun qışqırtı səsinə qonşu Yazgül və oğlu Nurlan da qapını döyərək qışqırıb qapını açmasını bildirmişlər. Elşən onun ağız nahiyyəsini tutub onu qışqırmağa da qoymamış, ona indi çıxacağını deməsini bildirmişdir. O, da Yazgülgilə indi çıxacağını demiş, Yazgülgil də onun səsini eşidib qapıdan kənarlaşmışdır. Bundan sonra Elşənin telefonuna zəng gəlmiş, sonuncu zəngi açıb demişdir ki, “Maqa, bunu öldürəcəm, bunu əynini geyindirib düşürürəm, aparıb öldürəcəm”. Həmin şəxs də demişdir ki, “xalqın qızını burax, dəymə, düş gəl gedək”. Bundan sonra Elşən onu buraxmış, daha onu döyməmiş, onunla də cinsi əlaqədə olmamış, əynini geymiş, masanın üzərinə qoyduğu 20 manatı da götürüb çıxıb getmişdir. Yazgüllə oğlu Nurlan içəri girmişlər və içəri girəndə onun xəsarət almış vəziyyətdə, halsız vəziyyətdə olduğunu görmüşlər. Sonra anası Süsən gəlmiş, X4 avtomobili çağırıb onu Gəncə şəhəri X4 xəstəxanasına aparmış, orada ona ilk tibbi yardım göstərmişlər, sonra çıxıb evə gəlmiş, polislər gəldikdə ərizə və izahat vermiş, bir müddət də evdə müalicə almışdır. Hazırda o, təqsirləndirilən şəxsin anası ona dəymiş ziyanı ödədiyi üçün təqsirləndirilən şəxslə barışmışlar, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2019-cu ildən tanıyır, amma münasibətləri 2020-ci ilin əvvələrindən yaranmışdır. xx xxxx 2020-ci il tarixdə saat 16 radələrində Elşən ona zəng vurub Gəncə şəhərinə gəlidiyini demiş, onlar Gəncə şəhəri “Dədəmin” apteki deyilən yerdə görüşməyə razılaşmışlar. O, Elşənlə görüşmüş, onlar oradan “*2244” nömrəsi ilə taksi çağırıb “Aura park”a gəlmişlər, 5-10 dəqiqədən sonra gedib dostu Seyidağanı Gəncə şəhəri 1 saylı orta məktəbin yanından götürmüşlər. Onlar 1 günlük şəhərdə gəzmək üçün avtomobil icarəyə götürmək məqsədi ilə “Yevlax avtovağzalı” tərəfə gəlmişlər, orada Seyidağanın adına 1 günlük “Hyundai Elentra” markalı, dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobil icarəyə götürmüşlər. Həmin vaxt Elşən ona demişdir ki, qadınla görüşmək istəyir, Gəncə şəhəri A.Ziyadxanov küçəsi, “Tekstilni” kimi deyilən yerə gedib orada qadınla görüşəcəkdir. O, Elşənlə bərabər həmin yerə getmiş, orada Elşən binanın yanında duraraq bir qadını çağırmış, həmin qadınla özü danışmış, həmin qadın da evində görüşdüyünü bildirdiyi üçün Elşən avtomobildən düşüb sonradan adını Leyla kimi bildiyi qadınla danışıb getmişdir. Bundan sonra Seyidağa icarəyə avtomobil götürüb onların yanına gəlmiş, o, taksidən düşüb Seyidağa götürdüyü avtomobilə əyləşmiş, taksi sürücüsünə də Elşəni gözləyərək götürüb gəlməsini bildirmişdir. Elşən ona 5 dəqiqəyə düşəcəyini desə də, gec düşdüyü üçün o, gözləməyib çıxıb getmişdir. Təxminən yarım saat sonra taksi sürücüsü ona zəng vurub Elşən çıxmadığını demiş, o, isə taksi sürücüsünə gözləməsini, indi çıxacağını bildirmişdir. Sonra Elşən taksi ilə onların olduqları yerə, yəni “Gəncə” mehmanxanasının yanına gəlmiş, onlar bərabər Göygöl rvayonuna, Hacıkənd qəsəbəsinə gedib çay içmişlər, bir az da kətə yeyib Gəncə şəhərinə qayıtmışlar. Seydağa evləri tərəfdə düşəndə o, avtomobili idarə etmək istəmiş, lakin avtomobil kilidləşdiyi üçün sahibi gəlib avtomobili aparmışdır. Sonra onları Gəncə şəhəri, Nizami rayon Polis İdarəsinə çağıranda onlara məlum olmuşdur ki, Elşən həmin Leyla adlı qadınla mənzilə girəndə Leylanı döyüb xəsarət yetirmiş, amma onlar bunu görməmişlər, Elşən “Gəncə” mehmanxanasının yanına qayıdıb gələndə Leyla barədə, yaxud da döyməyi barədə heç nə deməmişdir. Elşən Leyla ilə getdikdən sonra onların yanıəna qayıdanadək onunla telefonda danışmamış, Elşənin kiminlə danışmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid5 Şahid4 ilə eni məzmunlu ifadə vermişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB X3 Gəncə şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, 478 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qalça nahiyyəsinin yumşaq toxumalarının əzniyi və hematoması, sağ gözün alt qapağının, sağ yanaq nahiyyəsinin, döş qəfəsinin arxa səthinin qançırları - bərk küt əşyanın (əşyaların), xarici cinsiyyət orqanının yarası isə kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB X3 Gəncə şəhər şöbəsinin xx.xx.2020-ci il tarixli, 653 nömrəli (xx.xx.2020-ci il tarixli, 478 saylı rəyə əlavə) “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol qalça nahiyyəsinin yumşaq toxumalarının əzniyi və hematoması, sağ gözün alt qapağının, sağ yanaq nahiyyəsinin, döş qəfəsinin arxa səthinin qançırları-bərk küt alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx xxxx 2020-ci il tarixə uyğun gəlir və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər fiziki zor tətbiq etməklə cinsi əlaqəyə cəhd zamanı da əmələ gələ bilər. İş materiallarında olan DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 69.4-cü maddələrinə əsasən 250 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Göygöl Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmışdır. Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, barəsində başqa cinayət işi olmamış və cəza təyin edilməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənilmişdir. Onlar barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, sonuncuya dəymiş ziyan tam ödənilmişdir, sonuncu ilə indi və gələcəkdə heç bir işi olmayacağına söz verir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, dəymiş ziyan ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tam ödəyərək barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 11 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 66 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 43, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 66 (altmış altı) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar