Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-57/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məhkəmə iclas katibi Əsgərov Yadigr Əsgər oğlunun katibliyi ilə, Dövlət İttihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələrində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Kəlbəcər rayonu,Qamışlı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri ADAU 6 saylı yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 15 radələrində yaşadığı Gəncə şəhəri,Gülüstan qəsəbəsi,ADAU 6 saylı yataqxananın qarşısında azyaşlı övladlarını görmək üçün oraya gəlmiş Zərərçəkmiş şəxs1 və sonuncunun anası Zərərçəkmiş şəxs2 çoxsaylı insanların gözü qarşısnda ictimai qaydanı kobud sürətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik ifadə edən nalayiq söyüşlər söyüb cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan özləri və ətrafda olan şəxslərə qarşı aşkar surətdə laqeydlik və etinasızlıq göstərilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə əl və ayaqzərbələri ilə qəsdən Zərərçəkmiş şəxs1 baş, kürək qarın,bud və qol nahiyələrinə, Zərərçəkmiş şəxs2 isə qol və bud nahiyələrinə ardıcıl olaraq bir neçə dəfə vurub Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa səthinin hər iki, bazu,sağ said sol bud nahiyələrinin yumşaq toxumalarının əzilməsi,hemotoması xəsarətləri ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid edilən, Zərərçəkmiş şəxs2 isə sol said və sağ bud nahiyyəsinin qançırları ilə müşayiət olunan və sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlərin yetirilməklə habelə özgənin əmlakının məhv edilməsi yaxud zədələnməsi ilə müşayiət edilən yəni Zərərçəkmiş şəxs1 istifadəsində olmuş **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı yaşıl rəngli “Mercedes Benz” C220 minik markalı avtomobilin ön motorxana sol qapı, sol güzgü və ön radiator örtüyü hissələrini zədələyib sındırmaqla ona 1600 manat dəyərində maddi ziyan vurması ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün məhkəmə iclasında verdiyi etiraf edici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxslərin, məhkəmə iclasında ifadələri elan edilərək tədqiq edilmiş şahidlərin ifadələri, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan edilmiş ittihamda ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirli bilməyərək, məhkəmə iclasında verdiyi ifadəsində isə təqsirli bilərək göstərdi ki, o, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanada bacısı Rəvanə Xəlilova və bacısı Rəvanənin azyaşlı övladları ilə birlikdə yaşayır. O, 2019-cu ilin iyul ayında işləmək məqsədilə X1 şəhərinə getmiş, barəsində axtarış elan edilməsindən xəbərdar olmuş, lakin (Covid -19) Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş karantinlə əlaqədar qayıda bilməmişdir. O, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəlmiş, xx xxxxxx 2020-ci il tarixdə isə Naxçıvan MR-də saxlanılaraq Gəncə şəhər Nizami RPŞ-yə gətirilmişdir. Bacısı Rəvanə, hələ 8 il bundan əvvəl Zərərçəkmiş şəxs1la ailə həyatı qurmuş, lakin onların arasında münasibətlər pozulduğuna görə 2018-ci ildə Rəvanə boşanma ərizəsi ilə məhkəməyə müraciət edərək rəsmi qaydada Fədaildən boşanmışdır. xx xxxxxx 2018-ci il tarixdə, saat 15:30 radələrində o, yaşadığı evdə olarkən qapısı döyülmüş və bacısı Rəvanənin keçmiş əri Fədail və sonuncunun anası Nazilə onun evinə gələrək nalayiq söyüş və təhqirlər etmişlər. Həmin vaxt bacısı Rəvanə qapını açmış və bir neçə dəqiqədən sonra o, bacısı Rəvanə qapını onların üzünə örtmüşdür. Bundan sonra Fədail və anası Nazilə qapını bir daha döyərək bacısı Rəvanənin ünvanına nalayiq söyüşlər söyməyə başlamışlar. Həmin vaxt o, qapıya çıxmış və nə olub bitdiyini soruşmuş və onlara söyüş söyməmələrini bildirmişdir. Həmin vaxt Fədail oradan getməyərək bir daha nalayiq söyüşlər işlətməyə davam etmiş, bu vaxt o, sonuncunun anası Nazilədən oğlu Fədaili götürüb aparmağını xahiş etmiş, Nazilə isə ona getməyəcəklərini bildirmişdir. Bu vaxt o, Fədaili qucaqlayıb sonuncunun idarə etdiyi “Mercedes C class” markalı, tünd yaşıl rəngli, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilə tərəf aparmışdır ki, onun qapısından çıxıb getsinlər. Həmin vaxt Fədail ona müqavimət göstərib orada qalmağa çalışmışdır. Həmin vaxt o, Fədaillə fiziki olaraq çəkişmişdir. O, Fədaili bir daha qucaqlayıb oradan çıxıb getməsi üçün avtomobilinə tərəf apardıqda Fədail onu itələmiş və o, üzü-üstə Fədailin avtomobilinin ön hissəsinə yıxılmışdır. O, yenə ayağa qalxıb, Fədailə tərəf getmək istəyəndə orada olan qoşular araya girərək mübahisəni sakitləşdirmiş,Aslan Fədaili maşınına mindirərək oradan uzaqlaşdırmışdır. Fədail bir qədər uzaqlaşdıqdan sonra bir daha söyüşlər söyməyə başlamışdır.Bubdan sonra o evə qayıdaraq 102 xidmət mərkəzinə zəng etmişdir. Hazırda əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, X2 onun keçmiş arvadı olmuşdur. Belə ki, o, Rəvanə ilə 2012-ci ildə ailə həyatı qurmuş, həmin nikahdan iki azyaşlı övladı var. Daha sonra Rəvanə Xəlilova ilə aralarında olan münasibətlər pozulduğuna görə o, 2018-ci ilin noyabr ayında Rəvanə ilə rəsmi qaydada boşanmışdır. Məhkəmə azyaşlı övladlarını anası Rəvanənin himayəsinə vermiş, lakin onun hər həftə uşaqları ilə görüş haqqını tanımışdir.Onun keçmiş arvadi Rəvanə ilə nikahının pozulmasının səbəbkarı sonuncunun anası Dünya Xəlilova olmuşdur. Belə ki, Dünya Xəlilova onun ailəsinə müdaxilələr etmiş, nəticədə Rəvanə ilə onun arasında olan münasibətlər pozulmuşdur. Bundan başqa, onun keçmiş arvadı Rəvanənin qardaşı Təqsirləndirilən şəxs də anası Dünya ilə birlikdə onun ailəsinə müdaxilələr etmiş, onu rahat yaşamağa qoymamışdır. Hələ o, Rəvanə ilə nikahda olduğu müddətdə Rəvanə öz anası və qardaşının təzyiqi ilə evi tərk edib anasının evinə getmiş, sonradan o, uşaqlarını görmək üçün qaynanası Dünyanın evinə getdikdə onlar dava-dalaş etmiş, onu nalayiq sözlərlə təhqir edib qapıdan qovmuşlar, Bundan başqa, o, keçmiş arvadı Rəvanədən boşanmazdan əvvəl 2013-cü ildə öz ailəsi ilə birlikdə qaynanası Dünya Xəlilovanın yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanada yerləşən evə qonaq getmiş, həmin vaxt Təqsirləndirilən şəxs guya ki, bibisinin onun tərəfindən təhqir edilməsini əsas gətirərək əlində olan biçağın kəsici hissəsi ilə onun təpə nahiyəsinə zərbə vuraraq sağlamlığına xəsarət yetirmiş və həmin faktla bağlı Gəncə şəhər Nizami RPİ-də araşdırma aparılmışdır. Sonradan o, Təqsirləndirilən şəxs ilə barışdığı üçün həmin araşdırmaya xitam verilmişdir. Daha sonra, xx xxxxxx 2018-ci il tarixdə, saat 14:30 radələrində anası Zərərçəkmiş şəxs2 və o, idarə etdiyi “Mercedes C class” markalı, 27-3X-521 dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU 6 saylı yataqxanada yaşayan qaynanası Dünya Xəlilovanın evinə getmişdir.Həmin vaxt o idarə etdiyi avtomobili keçmiş qaynanasının evinin yaxınlığında olan avtobus dayanacağının yanında saxlamış və anası Nazilə avtomobildən düşüb Dünyanın evinə getmişdir ki,uşaqları götürsün.O,isə avtomobildə qalıb gözləməyə başlamışdır.Bundan bir qədər sonra o,idarə etdiyi avtomobiliylə anası Nazilənin arxasınca getmişdir.O,qaynanası Dünyanın evinin qarşısına çatdıqda keçmiş arvadı Rəvanənin qardaşı Təqsirləndirilən şəxs onun anası Nazilənin ünvanına nalayiq söyüşlər söyüb sonuncunun bud nahiyəsinə əlində olan armatur parçası ilə zərbə vurduğunu görmüşdür.Həmin vaxt Elvin onu görüb anası Nazilədən əl çəkmiş və onun üzərinə doğru gəlməyə başlamışdır.Bu vaxt Elvin onların həmin yerə gəlməyini bəhanə edərək onların ünvanına nalayiq söyüşlər edib oradan çıxıb getmələrini tələb edərək əlində olan armaturla onun baş,kürək,qarın bud və qol nahiyələrinə zərbələr endirməyə başlamışdır.Elvin öz əməllərindən əl çəkməyərək əlində olan armatur parçası ilə onun idarə etdiyi və həmin vaxt dayanmış vəziyyətdə olan “Mercedes” C class markalı,**-BX- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin kapot, yəni motorxananın üzərində olan və açılıb bağlanan örtüyün üzərinə zərbələr endirmişdir.Bu zaman o,anası Naziləni avtomobildə əyləşdirib DİN-in 102 xidmətinə müraciət edib dərhal polis çağırmışdır. Hal-hazırda təqsirləndirilən şəxslə barışmasını, onlara dəymiş ziyanı ödəməsini və onların heç bir şikayət və tələblərinin olmamasını nəzərə alaraq yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 hal-hazırda təqsirləndirilən şəxslə barışdığını,ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, təqsirləndirilən şəxsin maddi vəziyyətini də nəzərə alaraq ona daha yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında elan edilərək ifadəsi tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, ADAU 6 ətrafinda ailə üzvləriylə birlikdə yaşayır və özünə məxsus fərdi avtomobillə taksi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Elvingilin ailəsinə daimi olaraq taksi xidməti göstərir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilik münasibəti yoxdur. Bundan başqa, o, Zərərçəkmiş şəxs1 da 4-5 ildir ki, tanıyır. O, Fədaili tanışı Elvinin kürəkəni kimi tanıyır, Fədail ilə onun arasında heç bir ədavət və düşmənçilik münasibətləri olmamışdır. xx.xx.2018-ci il tarixdə, saat 15-16 radələrində müştəri qismində avtomobilində olan şəxsi yaşadığı evinə aparmış. həmin vaxt o, avtomobili ilə tanışı Elvingilin evlərinin yaxınlığından keçirmiş. Bu vaxt o, həmin yerdə Fədail və anası Nazilə ilə Elvinin arasında mübahisə olduğunu görmüşdür. Onların arasında mübahisə bir neçə dəqiqə davam etmişdir. Məhkəmə iclasında elan edilərək ifadəsi tədqiq edilmiş Şahid1 Əmrah oğlu ifadəsində göstərmişdir ki, xx xxxxxx 2018-ci il tarixdə, saat 16 radələrində Elvinin yaşadığı evin yaxınlığında olan zaman Fədail, eləcə də anası Nazilənin, Elvinin yaşadığı evinin qarşısında Elvin və ailə üzvlərinin ünvanına təhqit etmələrini, eləcə də onlar arasında mübahisə olmasının şahidi olmuşdur.Mübahisə Elvin və Fədailin arasında davaya çevrilmiş, Elvin Fədaili öz qapılarının yanından uşzaqlaşdırmağa çalışmış və Fədaili qucaqlayaraq avtomobilə tərəf aparmışdır.Lakin, Fədail Elvini öz avtomobilinin motorxana hissəsinin üzərinə yıxmışdır.Həmin vaxt Fədailin avtomobilin motorxana hissəsinin üzəri əzilmişdir. Məhkəmə iclasında elan edilərək ifadələri tədqiq edilmiş şahidlər Şahid5, Şahid4, X3 eyni məzmunlu ifadələrində Şahid1 Əmrah oğlunun göstərdiklərini təsdiq etmişlər. Məhkəmə istintaqında tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 1795 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin arxa səthinin hər iki bazu, sağ said, sol bud nahiyələrinin yumşaq toxumaların əzilməsi, hematoması-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir,əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 1796 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol said, sağ bud nahiyələrinin qançırları-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2018-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmədə tədqid edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2018-ci il tarixli 1794№-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər müəyyən edilməmişdir. Məhkəmədə tədqid edilmiş komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2019-cu il tarixli, T 58/2019 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 döş qəfəsinin arxa səthinin, hər iki bazu, sağ said, sol bud nahiyələrinin yumşaq toxumalarının əzilməsi, hematoması olması, qeyd edilən xəsarətlərin bərk-küt əşya (əşyaların) təsirindən törəməklə, armatur parçası ilə yetirilə bilməsi, törənmə müddəti xx xxxxxx 2018-ci il tarixə uyğun gəlməsi, dərəcəsinə görə döş qəfəsinin arxa səthi və sol budun geniş qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olmaqla, digər qançırlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə ald olduğundan dərəcəsinin təyin edilməməsi müəyyən edilmişdir. Məhkəmədə tədqid edilmiş Zərərçəkmiş şəxs1 istifadəsində olan **-BX-*** dövlət qeydiyyat nömrə nişanlı avomobilə baxış keçirilməsi haqqında xx xxxxxx 2018-ci il tarixli protokoldan görünür ki, sonuncunun isiifadəsində olan yaşıl rəngli, “Mercedes Benz C220” minik markalı avtomobilin motorxana və sol qapı hissələri əzilmiş, sol güzgü və radiatorun plastmas örtüyü qırılmış, dağılmış vəziyyətdədir. Məhkəmədə tədqid edilmiş Gəncə şəhəri 1 saylı Avtokomissiyon mağazası MMC-nin xx.xx.2012-ci il tarixli, 102 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sahibliyində olan **-BX- *** dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes Benz C220” minik markalı yaşıl rəngli avtomibilə ümumilikdə 1600 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmədə tədqid edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəmədə tədqid edilmiş xx xxxxxx 2020-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tqəsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmədə tədqiq edilmiş və işdə olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə, məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsini, iş üzrə zərərçəkmiş şəxs və şahidlərin ifadələrini, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini, tədqiq edilmiş sənədlərin mümkünlüyü və mənsubiyyəti üzrə bir-biri ilə müqayisə edərək qeyd olunan ifadələri, istintaq hərəkətlərinin protokollarını, məhkəmə ekspertiza rəylərini və sənədləri təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərə tutulmuş cinayət tərkibini yaratmasını, cinayətin törədilməsində iştirakını və törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən mötəbər sübut növləri kimi qəbul edir. Beləliklə, məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, məhkəmədə Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini törətməsi tam sübuta yetirildiyindən onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dizpozisiya şərtləri ilə uyğun gəlir. Bu səbəbdən təqsirləndirilən şəxsin əməli həmin maddə ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsini və onlarla barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvəllər məhkum olunmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edərkən belə həmin cəzanın onun və ailəsinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərəçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını, əvəllər məhkum olunmamasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsində ən aşağı həddə cərimə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 44.1-44.2-ci maddələrinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci ildən xx xxxxxx 2020-ci ilədək şübhəli şəxs qismində tutulmuşdur.Məhkəmə hesab edir ki, onun şübhəli şəxs qismində tutulduğu iki gün nəzərə alınaraq CM-nin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş cərimə cəzasının miqdarı yüngülləşdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Cinayət işi üzrə mülki iddia verilməmiş və məhkəmə xərcləri müəyyən edilməmişdir. Bundan əlavə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 10 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 60 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun (Emitent (ödəyən) bank “Kapital Bank”-ın Gəncə icmal filialında olan Kod;200275; VÖEN: **********, müxbir hesab: AZ37NABZ**********0000001944; SÜİFT BİK; AİİBAZ2X; Hesab N-si AZA04AİİB ********************; VÖEN-**********) hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 500(beş yüz)manat məbləğində cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən ona təyin edilmiş 500(beş yüz) manat cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 400(dörd yüz) manat miqdarında cərimə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60(altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-57/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-57/2021
23.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver