Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-58/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası Laqadex rayonu Qabal kəndində doğulmuş, Gürcüstan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə, saat 04 radələrində özgə əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs icarə əsasındа işlətdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 56 saylı yaşayış binasının həyətyanı sahəsində “Gündüz” marketin damından içəriyə qanunsuz daxil olараг dükanın içərisində kassa aparatı olan stolun alt hissəsində yerləşən siyirmədən 160 manat nəğd pul və divardan asılmış rəfə yığılmış ümumi dəyəri 14.4 manat hər birinin dəyəri 3.6 manat olan 4 ədəd Kent 4 qalın boz markalı siqaret, ümumi dəyəri 25.2 manat hər birinin dəyəri 3.6 manat olan 7 ədəd Kent 8 qalın göy markalı siqaret, ümumi dəyəri 36 manat hər birinin dəyəri 3.6 manat olan 10 ədəd Kent crystal yeni markalı siqaret, ümumi dəyəri 7.2 manat hər birinin dəyəri 3.6 manat olan 2 ədəd Kent nano 1 makalı siqaret, ümumi dəyəri 32.4 manat hər birinin dəyəri 3.6 manat olan 9 ədəd Kent nano 4 makalı siqaret, ümumi dəyəri 32.4 manat hər birinin dəyəri 3.6 manat olan 9 ədəd Kent nano 4 markalı siqaret, ümumi dəyəri 57.6 manat hər birinin dəyəri 1.8 manat olan 32 ədəd Kingston Gold markalı siqaret, ümumi dəyəri 88.2 manat hər birinin dəyəri 1.8 manat olan 49 ədəd Kingston Silver markalı siqaret, ümumi dəyəri 6 manat hər birinin dəyəri 2 manat olan 3 ədəd X55 markalı siqaret, ümumi dəyəri 35 manat hər birinin dəyəri 2.5 manat olan 14 ədəd X48 markalı siqaret, ümumi dəyəri 2.2 manat hər birinin dəyəri 2.2 manat olan 1 ədəd Pall Mall am. night markalı siqaret, ümumi dəyəri 15 manat hər birinin dəyəri 2.5 manat olan 6 ədəd X56 Blue markalı siqaret, ümumi dəyəri 77.5 manat hər birinin dəyəri 2.5 manat olan 31 ədəd X56 Silver markalı siqaret, ümumi dəyəri 10 manat hər birinin dəyəri 2.5 manat olan 4 ədəd X56 White markalı siqaret, ümumi dəyəri 90 manat hər birinin dəyəri 2.5 manat olan 36 ədəd X12 markalı siqaret, ümumi dəyəri 95 manat hər birinin dəyəri 2.5 manat olan 38 ədəd X6 markalı siqaret, ümumi dəyəri 99 manat hər birinin dəyəri 1.8 manat olan 55 ədəd Argo Blue markalı siqaret, ümumi dəyəri 46 manat hər birinin dəyəri 2 manat olan 23 ədəd X32 markalı siqaret, ümumi dəyəri 20 manat hər birinin dəyəri 2 manat olan 10 ədəd X43 markalı siqaret, ümumi dəyəri 24 manat hər birinin dəyəri 2 manat olan 12 ədəd X44 markalı siqaret, ümumi dəyəri 106.2 manat hər birinin dəyəri 1.8 manat olan 59 ədəd Argo Red markalı siqaret, ümumi dəyəri 13.2 manat hər birinin dəyəri 2.2 manat olan 6 ədəd X24 markalı siqaret, ümumi dəyəri 59.4 manat hər birinin dəyəri 2.2 manat olan 27 ədəd X13 markalı siqaret, ümumi dəyəri 72.6 manat hər birinin dəyəri 2.2 manat olan 33 ədəd X8 markalı siqaret, ümumi dəyəri 63.8 manat hər birinin dəyəri 2.2 manat olan 29 ədəd X17 markalı siqaret, ümumi dəyəri 11.2 manat hər birinin dəyəri 2.8 manat olan 4 ədəd X19 markalı siqaret, ümumi dəyəri 2.6 manat hər birinin dəyəri 2.6 manat olan 1 ədəd X14 markalı siqaret, ümumi dəyəri 50 manat hər birinin dəyəri 2 manat olan 25 ədəd Prima Gold markalı siqaret, ümumi dəyəri 78 manat hər birinin dəyəri 2 manat olan 39 ədəd Prima Goy markalı siqaret, ümumi dəyəri 1.8 manat hər birinin dəyəri 1.8 manat olan 1 ədəd Garabag Black markalı siqaret, ümumi dəyəri 41.4 manat hər birinin dəyəri 2.3 manat olan 18 ədəd X33 markalı siqaret, ümumi dəyəri 60 manat hər birinin dəyəri 2.5 manat olan 24 ədəd X34 markalı siqaret, ümumi dəyəri 58.8 manat hər birinin dəyəri 2.8 manat olan 21 ədəd X49 Blue markalı siqaret, ümumi dəyəri 10.4 manat hər birinin dəyəri 2.6 manat olan 4 ədəd X49 Silver markalı siqaret, ümumi dəyəri 70 manat hər birinin dəyəri 2.8 manat olan 25 ədəd X49 White markalı siqaret, ümumi dəyəri 5.2 manat hər birinin dəyəri 2.6 manat olan 2 ədəd X49 White markalı siqaret, ümumi dəyəri 5.6 manat hər birinin dəyəri 2.8 manat olan 2 ədəd X35 markalı siqaret, ümumi dəyəri 39 manat hər birinin dəyəri 3 manat olan 13 ədəd X35 yeni markalı siqaret, ümumi dəyəri 4 manat hər birinin dəyəri 2 manat olan 2 ədəd More White markalı siqaret, ümumi dəyəri 19 manat hər birinin dəyəri 3.8 manat olan 5 ədəd X25 markalı siqaret, ümumi dəyəri 11.4 manat hər birinin dəyəri 3.8 manat olan 3 ədəd X36 markalı siqaret, ümumi dəyəri 117.8 manat hər birinin dəyəri 3.8 manat olan 31 ədəd Sobranie KamWhite markalı siqaret, ümumi dəyəri 11.4 manat hər birinin dəyəri 3.8 manat olan 3 ədəd X26 New markalı siqaret, ümumi dəyəri 35.1 manat hər birinin dəyəri 3.9 manat olan 9 ədəd X37 markalı siqaret, ümumi dəyəri 66.3 manat hər birinin dəyəri 3.9 manat olan 17 ədəd X45 markalı siqaret, ümumi dəyəri 11.7 manat hər birinin dəyəri 3.9 manat olan 3 ədəd X38 markalı siqaret, ümumi dəyəri 66.3 manat hər birinin dəyəri 3.9 manat olan 17 ədəd X27 markalı siqaret, ümumi dəyəri 58.5 manat hər birinin dəyəri 3.9 manat olan 15 ədəd X39 markalı siqaret, ümumi dəyəri 89.7 manat hər birinin dəyəri 3.9 manat olan 23 ədəd X28 markalı siqaret, ümumi dəyəri 2.5 manat hər birinin dəyəri 2.5 manat olan 1 ədəd Winchester Berry markalı siqaret, ümumi dəyəri 125 manat hər birinin dəyəri 2.5 manat olan 50 ədəd X20 markalı siqaret, ümumi dəyəri 7.5 manat hər birinin dəyəri 2.5 manat olan 3 ədəd X15 markalı siqaret, ümumi dəyəri 6.9 manat hər birinin dəyəri 3.3 manat olan 3 ədəd X18 markalı siqaret, ümumi dəyəri 60 manat hər birinin dəyəri 2.5 manat olan 24 ədəd X18 markalı siqaret, ümumi dəyəri 23 manat hər birinin dəyəri 2.3 manat olan 10 ədəd X9 markalı siqaret, ümumi dəyəri 80 manat hər birinin dəyəri 2.5 manat olan 32 ədəd X16 markalı siqaret, ümumi dəyəri 9.6 manat hər birinin dəyəri 3.3 manat olan 3 ədəd X46 Blue markalı siqaret, ümumi dəyəri 81.6 manat hər birinin dəyəri 3.4 manat olan 24 ədəd X46 Silver New markalı siqaret, ümumi dəyəri 3.4 manat hər birinin dəyəri 3.4 manat olan 1 ədəd X46 Dual markalı siqaret, ümumi dəyəri 20.4 manat hər birinin dəyəri 3.4 manat olan 6 ədəd X46 Dual New markalı siqaret, ümumi dəyəri 10,2 manat hər birinin dəyəri 3.3 manat olan 3 ədəd X40 markalı siqaret, ümumi dəyəri 10.8 manat hər birinin dəyəri 1.8 manat olan 6 ədəd Keno Blue markalı siqaret, ümumi dəyəri 20 manat hər birinin dəyəri 2 manat olan 10 ədəd X53 markalı siqaret, ümumi dəyəri 14 manat hər birinin dəyəri 2 manat olan 7 ədəd X57 Blue markalı siqaret, ümumi dəyəri 20 manat hər birinin dəyəri 2 manat olan 10 ədəd X57 Red markalı siqaret, ümumi dəyəri 24.2 manat hər birinin dəyəri 2.2 manat olan 11 ədəd X50 markalı siqaret, ümumi dəyəri 11 manat hər birinin dəyəri 2.2 manat olan 5 ədəd X58 markalı siqaret, ümumi dəyəri 7.2 manat hər birinin dəyəri 1.8 manat olan 4 ədəd Keno Red markalı siqaret, ümumi dəyəri 80 manat hər birinin dəyəri 2 manat olan 40 ədəd X29 markalı siqaret,ümumi dəyəri 72 manat hər birinin dəyəri 1.8 manat olan 36 ədəd X21 markalı siqaret, ümumi dəyəri 118 manat hər birinin dəyəri 2 manat olan 59 ədəd X30 markalı siqaret, ümumi dəyəri 100 manat hər birinin dəyəri 2 manat olan 50 ədəd Magna Com.blue markalı siqaret, ümumi dəyəri 136 manat hər birinin dəyəri 2 manat olan 68 ədəd Magna Com.silver markalı siqaret, ümumi dəyəri 7.5 manat hər birinin dəyəri 2.5 manat olan 3 ədəd X22 markalı siqaret, ümumi dəyəri 22.5 manat hər birinin dəyəri 2.5 manat olan 9 ədəd X31 markalı siqaret, ümumi dəyəri 14.4 manat hər birinin dəyəri 1.8 manat olan 8 ədəd Vegas Blue KS markalı siqaret, ümumi dəyəri 18 manat hər birinin dəyəri 2 manat olan 9 ədəd X51 markalı siqaret, ümumi dəyəri 44 manat hər birinin dəyəri 2 manat olan 22 ədəd X41 markalı siqaret, ümumi dəyəri 52 manat hər birinin dəyəri 2 manat olan 26 ədəd Viceroy Blue markalı siqaret, ümumi dəyəri 72 manat hər birinin dəyəri 2 manat olan 36 ədəd Viceroy Silver markalı siqaret, ümumi dəyəri 62 manat hər birinin dəyəri 2 manat olan 31 ədəd Viceroy White markalı siqaret, ümumi dəyəri 11.5 manat hər birinin dəyəri 2.3 manat olan 5 ədəd X42 X Blue markalı siqaret, ümumi dəyəri 20.7 manat hər birinin dəyəri 2.3 manat olan 9 ədəd X42 X Red markalı siqaret, ümumi dəyəri 23 manat hər birinin dəyəri 2.3 manat olan 10 ədəd Want Line X Blue markalı siqaret, ümumi dəyəri 20.7 manat hər birinin dəyəri 2.3 manat olan 9 ədəd Want Line X Red markalı siqaret, ümumi dəyəri 11 manat hər birinin dəyəri 2.2 manat olan 5 ədəd X52 markalı siqaret, ümumi dəyəri 30.8 manat hər birinin dəyəri 2 manat olan 14 ədəd X54 markalı siqaret, ümumi dəyəri 26.4 manat олан hər birinin dəyəri 2.2 manat 12 ədəd X47 markalı cəmi 3533 manat 90 qəpik məbləğində siqaretləri talamaqla Zərərçəkmiş şəxsа ümumilikdə 3693 manat 90 qəpik (üç min altı yüz doxsan üç manat doxsan qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, о, Gürcüstan Respublikasının vətəndaşı olsa da, milliyyətcə azərbaycanlıdır, оrta məkəbi azərbaycan dilində oxumuş, аzərbaycan dilində sərbəst danışa bilir və deyilənləri də tam başa düşür. О, 2007-ci il tarixdən Gəncə şəhəri Yeni ünvan 2 ünvanında yaşayır. 27 iyul 2021-ci il tarixdə, saat 04 radələrində yaşadığı evdən bir ədəd dəmir kəsən qayçı, bir ədəd şalvar ayağından özü düzəltdiyi maska və bir ədəd əlcək götürüb yaxınlıqda yerləşən “Gündüz” marketdən oğurluq etmək məqsədilə evdən çıxmışdır. O, həmin marketdən iki-üç gün öncə siqaret alarkən marketin damından düşüb oradan oğurluq edə biləcəyini düşünmüşdür. О, saat 04 radələrində “Gündüz” marketin yanına getmiş, marketin yanında əkilmiş iri tut ağacınа çıxaraq marketin damına çıxmış, daha sonra özü ilə götürdüyü dəmir kəsən qayçı ilə keçə biləcəyi qədər dəmir örtüyü kəsib qaldırmış, marketin plastik materialdan olan damını təpiklə vurub yerə tökmüş və içəriyə daxil olmuşdur. О, həmin marketdə qənd torbasını yerə töküb orada düzülmüş siqaretləri torbalara doldurmuşdur. Daha sonra marketin siyirməsində olan kağız və dəmir əskinazlardan ibarət ümumilikdə 160 manat məbləğində pulu da götürüb mağazaya daxil olduğu yerdən çıxmışdır. О, oğurladığı pulları və siqaretləri də götürüb yaşadığı ünvana getmişdir. О, mağazadan qeyd etdiyi siqaretləri və pulları götürdükdən sonra evə gedən zaman maskanı, əlcəyi və dəmir kəsən qayçını zibil qutusuna atmış, yaşadığı evdə çatıb, оğurladığı siqaretləri saymağa başlamış, təxminən 600 ədəd müxtəlif markalı siqaretlər оlduğunu müəyyən etmişdir. О, siqaretlərin çox hissəsini un çəlləyinin içərisində unun altında gizlətmiş, kiçik olan torbanı isə evin başqa yerində qoymuşdur. О, oğurluq zamanı əldə etdiyi pulları xərcləmiş, siqaretlərdən təxminən 5-10 ədədini özü çəkmiş, yerdə qalan siqarеtlərin hamısını isə polis əməkdaşlarına təqdim etmişdir. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışdığını, himayəsində 1 azyaşlı uşağı olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, о, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 4A saylı marşrut xəttinin sonuncu dayanacağında yerləşən binaların həyətində bir ildir ki icarə müqaviləsi əsasında kiçik “Gündüz” marketi işlədir. 27 iyul 2021-ci il tarixdə mağazada satıcı işləyən Seyidəli mağazanı açan zaman mağazadan oğurluq olmasını görüb oğlu Şahid1а zəng edib bu barədə məlumat vermişdir. Bundan sonra oğlu Emin həmin ünvanda yerləşən onun işlətdiyi mağazaya gedib mağazanın tavanında olan plastik lambirinlərin söküldüyünü, mağazanın damında olan dəmir materialından olan dam örtüyünün kəsildiyini görmüş, onlar mağazanın kameralarına baxan zaman gecə saat 04 radələrində bir nəfər üzü maskalı şəxsin mağazanın damından mağazaya daxil olaraq mağazada olan kassadan 160 manat dəyərində pul əskinazları və rəfə yığılmış vəziyyətdə olan siqaretlər oğurladıqlarını görmüşlər. Həmin vaxt mağazadan ümumi dəyəri 14.4 manat hər birinin dəyəri 3.6 manat olan 4 ədəd Kent 4 qalın boz markalı siqaret, ümumi dəyəri 25.2 manat hər birinin dəyəri 3.6 manat olan 7 ədəd Kent 8 qalın göy markalı siqaret, ümumi dəyəri 36 manat hər birinin dəyəri 3.6 manat olan 10 ədəd Kent crystal yeni markalı siqaret, ümumi dəyəri 7.2 manat hər birinin dəyəri 3.6 manat olan 2 ədəd Kent nano 1 makalı siqaret, ümumi dəyəri 32.4 manat hər birinin dəyəri 3.6 manat olan 9 ədəd Kent nano 4makalı siqaret, ümumi dəyəri 32.4 manat hər birinin dəyəri 3.6 manat olan 9 ədəd Kent nano 4 markalı siqaret, ümumi dəyəri 57.6 manat hər birinin dəyəri 1.8 manat olan 32 ədəd Kingston Gold markalı siqaret, ümumi dəyəri 88.2 manat hər birinin dəyəri 1.8 manat olan 49 ədəd Kingston Silver markalı siqaret, ümumi dəyəri 6 manat hər birinin dəyəri 2 manat olan 3 ədəd X55 markalı siqaret, ümumi dəyəri 35 manat hər birinin dəyəri 2.5 manat olan 14 ədəd X48 markalı siqaret, ümumi dəyəri 2.2 manat hər birinin dəyəri 2.2 manat olan 1 ədəd Pall Mall am.night markalı siqaret, ümumi dəyəri 15 manat hər birinin dəyəri 2.5 manat olan 6 ədəd X56 Blue markalı siqaret, ümumi dəyəri 77.5 manat hər birinin dəyəri 2.5 manat olan 31 ədəd X56 Silver markalı siqaret, ümumi dəyəri 10 manat hər birinin dəyəri 2.5 manat olan 4 ədəd X56 White markalı siqaret, ümumi dəyəri 90 manat hər birinin dəyəri 2.5 manat olan 36 ədəd X12 markalı siqaret, ümumi dəyəri 95 manat hər birinin dəyəri 2.5 manat olan 38 ədəd X6 markalı siqaret, ümumi dəyəri 99 manat hər birinin dəyəri 1.8 manat olan 55 ədəd Argo Blue markalı siqaret,ümumi dəyəri 46 manat hər birinin dəyəri 2 manat olan 23 ədəd X32 markalı siqaret,ümumi dəyəri 20 manat hər birinin dəyəri 2 manat olan 10 ədəd X43 markalı siqaret,ümumi dəyəri 24 manat hər birinin dəyəri 2 manat olan 12 ədəd X44 markalı siqaret,ümumi dəyəri 106.2 manat hər birinin dəyəri 1.8 manat olan 59 ədəd Argo Red markalı siqaret, ümumi dəyəri 13.2 manat hər birinin dəyəri 2.2 manat olan 6 ədəd X24 markalı siqaret, ümumi dəyəri 59.4 manat hər birinin dəyəri 2.2 manat olan 27 ədəd X13 markalı siqaret, ümumi dəyəri 72.6 manat hər birinin dəyəri 2.2 manat olan 33 ədəd X8 markalı siqaret, ümumi dəyəri 63.8 manat hər birinin dəyəri 2.2 manat olan 29 ədəd X17 markalı siqaret, ümumi dəyəri 11.2 manat hər birinin dəyəri 2.8 manat olan 4 ədəd X19 markalı siqaret, ümumi dəyəri 2.6 manat hər birinin dəyəri 2.6 manat olan 1 ədəd X14 markalı siqaret, ümumi dəyəri 50 manat hər birinin dəyəri 2 manat olan 25 ədəd Prima Gold markalı siqaret, ümumi dəyəri 78 manat hər birinin dəyəri 2 manat olan 39 ədəd Prima Goy markalı siqaret, ümumi dəyəri 1.8 manat hər birinin dəyəri 1.8 manat olan 1 ədəd Garabag Black markalı siqaret, ümumi dəyəri 41.4 manat hər birinin dəyəri 2.3 manat olan 18 ədəd X33 markalı siqaret, ümumi dəyəri 60 manat hər birinin dəyəri 2.5 manat olan 24 ədəd X34 markalı siqaret, ümumi dəyəri 58.8 manat hər birinin dəyəri 2.8 manat olan 21 ədəd X49 Blue markalı siqaret, ümumi dəyəri 10.4 manat hər birinin dəyəri 2.6 manat olan 4 ədəd X49 Silver markalı siqaret, ümumi dəyəri 70 manat hər birinin dəyəri 2.8 manat olan 25 ədəd X49 White markalı siqaret, ümumi dəyəri 5.2 manat hər birinin dəyəri 2.6 manat olan 2 ədəd X49 White markalı siqaret, ümumi dəyəri 5.6 manat hər birinin dəyəri 2.8 manat olan 2 ədəd X35 markalı siqaret, ümumi dəyəri 39 manat hər birinin dəyəri 3 manat olan 13 ədəd X35 yeni markalı siqaret, ümumi dəyəri 4 manat hər birinin dəyəri 2 manat olan 2 ədəd More White markalı siqaret, ümumi dəyəri 19 manat hər birinin dəyəri 3.8 manat olan 5 ədəd X25 markalı siqaret, ümumi dəyəri 11.4 manat hər birinin dəyəri 3.8 manat olan 3 ədəd X36 markalı siqaret, ümumi dəyəri 117.8 manat hər birinin dəyəri 3.8 manat olan 31 ədəd Sobranie KamWhite markalı siqaret,ümumi dəyəri 11.4 manat hər birinin dəyəri 3.8 manat olan 3 ədəd X26 New markalı siqaret,ümumi dəyəri 35.1 manat hər birinin dəyəri 3.9 manat olan 9 ədəd X37 markalı siqaret,ümumi dəyəri 66.3 manat hər birinin dəyəri 3.9 manat olan 17 ədəd X45 markalı siqaret,ümumi dəyəri 11.7 manat hər birinin dəyəri 3.9 manat olan 3 ədəd X38 markalı siqaret,ümumi dəyəri 66.3 manat hər birinin dəyəri 3.9 manat olan 17 ədəd X27 markalı siqaret,ümumi dəyəri 58.5 manat hər birinin dəyəri 3.9 manat olan 15 ədəd X39 markalı siqaret,ümumi dəyəri 89.7 manat hər birinin dəyəri 3.9 manat olan 23 ədəd X28 markalı siqaret, ümumi dəyəri 2.5 manat hər birinin dəyəri 2.5 manat olan 1 ədəd Winchester Berry markalı siqaret, ümumi dəyəri 125 manat hər birinin dəyəri 2.5 manat olan 50 ədəd X20 markalı siqaret, ümumi dəyəri 7.5 manat hər birinin dəyəri 2.5 manat olan 3 ədəd X15 markalı siqaret, ümumi dəyəri 6.9 manat hər birinin dəyəri 3.3 manat olan 3 ədəd X18 markalı siqaret, ümumi dəyəri 60 manat hər birinin dəyəri 2.5 manat olan 24 ədəd X18 markalı siqaret, ümumi dəyəri 23 manat hər birinin dəyəri 2.3 manat olan 10 ədəd X9 markalı siqaret, ümumi dəyəri 80 manat hər birinin dəyəri 2.5 manat olan 32 ədəd X16 markalı siqaret, ümumi dəyəri 9.6 manat hər birinin dəyəri 3.3 manat olan 3 ədəd X46 Blue markalı siqaret, ümumi dəyəri 81.6 manat hər birinin dəyəri 3.4 manat olan 24 ədəd X46 Silver New markalı siqaret, ümumi dəyəri 3.4 manat hər birinin dəyəri 3.4 manat olan 1 ədəd X46 Dual markalı siqaret, ümumi dəyəri 20.4 manat hər birinin dəyəri 3.4 manat olan 6 ədəd X46 Dual New markalı siqaret,ümumi dəyəri 10,2 manat hər birinin dəyəri 3.3 manat olan 3 ədəd X40 markalı siqaret,ümumi dəyəri 10.8 manat hər birinin dəyəri 1.8 manat olan 6 ədəd Keno Blue markalı siqaret,ümumi dəyəri 20 manat hər birinin dəyəri 2 manat olan 10 ədəd X53 markalı siqaret,ümumi dəyəri 14 manat hər birinin dəyəri 2 manat olan 7 ədəd X57 Blue markalı siqaret,ümumi dəyəri 20 manat hər birinin dəyəri 2 manat olan 10 ədəd X57 Red markalı siqaret,ümumi dəyəri 24.2 manat hər birinin dəyəri 2.2 manat olan 11 ədəd X50 markalı siqaret,ümumi dəyəri 11 manat hər birinin dəyəri 2.2 manat olan 5 ədəd X58 markalı siqaret,ümumi dəyəri 7.2 manat hər birinin dəyəri 1.8 manat olan 4 ədəd Keno Red markalı siqaret,ümumi dəyəri 80 manat hər birinin dəyəri 2 manat olan 40 ədəd X29 markalı siqaret,ümumi dəyəri 72 manat hər birinin dəyəri 1.8 manat olan 36 ədəd X21 markalı siqaret,ümumi dəyəri 118 manat hər birinin dəyəri 2 manat olan 59 ədəd X30 markalı siqaret,ümumi dəyəri 100 manat hər birinin dəyəri 2 manat olan 50 ədəd Magna Com.blue markalı siqaret,ümumi dəyəri 136 manat hər birinin dəyəri 2 manat olan 68 ədəd Magna Com.silver markalı siqaret,ümumi dəyəri 7.5 manat hər birinin dəyəri 2.5 manat olan 3 ədəd X22 markalı siqaret,ümumi dəyəri 22.5 manat hər birinin dəyəri 2.5 manat olan 9 ədəd X31 markalı siqaret,ümumi dəyəri 14.4 manat hər birinin dəyəri 1.8 manat olan 8 ədəd Vegas Blue KS markalı siqaret,ümumi dəyəri 18 manat hər birinin dəyəri 2 manat olan 9 ədəd X51 markalı siqaret,ümumi dəyəri 44 manat hər birinin dəyəri 2 manat olan 22 ədəd X41 markalı siqaret,ümumi dəyəri 52 manat hər birinin dəyəri 2 manat olan 26 ədəd Viceroy Blue markalı siqaret,ümumi dəyəri 72 manat hər birinin dəyəri 2 manat olan 36 ədəd Viceroy Silver markalı siqaret,ümumi dəyəri 62 manat hər birinin dəyəri 2 manat olan 31 ədəd Viceroy White markalı siqaret,ümumi dəyəri 11.5 manat hər birinin dəyəri 2.3 manat olan 5 ədəd X42 X Blue markalı siqaret,ümumi dəyəri 20.7 manat hər birinin dəyəri 2.3 manat olan 9 ədəd X42 X Red markalı siqaret,ümumi dəyəri 23 manat hər birinin dəyəri 2.3 manat olan 10 ədəd Want Line X Blue markalı siqaret,ümumi dəyəri 20.7 manat hər birinin dəyəri 2.3 manat olan 9 ədəd Want Line X Red markalı siqaret,ümumi dəyəri 11 manat hər birinin dəyəri 2.2 manat olan 5 ədəd X52 markalı siqaret,ümumi dəyəri 30.8 manat hər birinin dəyəri 2 manat olan 14 ədəd X54 markalı siqaret,ümumi dəyəri 26.4 manat hər birinin dəyəri 2.2 manat olan 12 ədəd X47 markalı siqaretlər oğurlanmışdır. Həmin oğurluq zamanı ümumilikdə ona 3693 manat 90 qəpik məbləğində maddi ziyan dəymişdir. Sonda o, ərizə verərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, sonuncuya qarşı şikayəti və tələbi olmadığını bildirmiş, məhkəmədən sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid1 оğlu Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə vermişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 56 saylı yaşayış binasının həyətyanı sahəsində ona məxsus “Gündüz” adlı mağaza var. Həmin mağaza 2004-cü ildən onun mülkiyyətində olsa da, əvvəllər uzun müddət fəaliyyət göstərməyib bağlı vəziyyətdə olmuşdur. Təxminən bir il olar ki о, həmin mağazanı Zərərçəkmiş şəxs icarəyə vermişdir. 2021-ci avqust ayında Bakı şəhərindən qayıdanda Zərərçəkmiş şəxsla görüşüb söhbət edən vaxt sonuncu ona 27 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adlı şəxsin mağazanın damından içəriyə daxil olaraq 3533 manat 90 qəpik dəyərində müxtəlif markalı siqaretləri və 160 manat məbləğində nəğd pulu oğurlayaraq ümumilikdə 3693 manat 90 qəpik məbləğində maddi ziyan vurduğunu bildirmişdir. Əvvəllər оnа məxsus mağazadan oğurluq olmamışdır. О, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə hər hansı bir münasibətləri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “hadisə yerinə baxış keçirilməsi haqqında” 27 iyul 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X3 məxsus Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yerləşən “Gündüz” marketdə oğurluq hadisəsi baş vermiş və şahid oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. - 28 iyul 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan, 30.07.2021-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, 30.07.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - 27.07.2021-ci il tarixli “diskə baxış keçirmə haqqında” protokoldan və DVD diskdən görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 27 iyul 2021-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Gündüz” adlanan marketdə baş vermiş oğurluq cinayəti ilə əlaqədar marketin içərisində quraşdırılmış təhlükəsizlik kamerasının qeyd aldığı videogörüntü olan 1 ədəd DVD diskə Gəncə şəhər BPİ-nin inzibati binasında Zərərçəkmiş şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, baş hissəsinə maska geyinməklə sifətini gizləmiş vəziyyətdə olan bir nəfər orta boylu kişi cinsindən olan şəxs marketin damından içəriyə daxil olur, ayağını soyuducunun üzərinə qoyub marketə düşür, həmin şəxs əlindəki fanarın köməyilə marketin içərisindəki kassa aparatı olan stola yaxınlaşır və həmin stolun alt hissəsinə əyilərək axtarış etməyə başlayır, oradan nəsə tapıb cibinə qoyur, daha sonra həmin şəxs əlinə götürdüyü sellofan torbanın içərisindəki kütləni yerə töküb və kassa aparatı olan stola tərəf yaxınlaşır, daha sonra həmin şəxs marketə daxil olduğu yerin yanındakı soyuducuya yaxınlaşıb marketdən oğurlayıb bir ədəd ağ rəngli torbaya yığdığı siqaretləri və bir ədəd şəffaf rəngli sellofana yığdığı siqaretləri soyuducunun üzərinə qoyur, daha sonra soyuducunun üzərinə çıxıb əvvəlcə içərisinə siqaretlər yığdığı bir ədəd ağ rəngli torbanı, daha sonra isə bir ədəd şəffaf rəngli sellofan torbanı marketə içərisinə daxil olduğu yerdən çölə çıxartmışdır. - 28 iyul 2021-ci il tarixli baxış keçirmə və götürmə aparılması haqqında protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvana baxış keçirilən zaman Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Gündüz” adlanan marketdən oğurlanmış ümumillikdə 574 ədəd müxtəlif markalı siqaretlər aşkar olunaraq götürülmüşdür. - Gəncə şəhər Narkoloji Dispanserin 03.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserin 03.09.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər İcra Hakimiyyəti Mənzil – Kommunal Təsərrüfatı İstehsalat birliyi 4 nömrəli xidmət sahəsinin 09.09.2021-ci il tarixli Təqsirləndirilən şəxs barəsində verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır.Yaşadığı müddətdə özünü qəsəbə sakinləri arasında yaxşı aparmış, qonşuların hörmətini qazanmışdır. Qəsəbənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, abadlıq quruculuq işlərində həmişə fəal iştirak etmişdir. Təqsirləndirilən şəxs 4 № XS –nə heç bir şikayət daxil olmamışdır. - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X1 06.11.2007-ci il tarixdə Gəncə şəhəri Nikah Evində rəsmi nikaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2009-cu il təvəllüdlü X2 adlı 1 azyaşlı uşağı vardır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 07.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 06.05.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.1-ci,70 maddəsi ilə təqsirli bilinib, 04 il A.M.E. 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 04.06.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 317.2.1-ci maddəsi ilə təqsirli bilinib, 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.11.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3,234.1,66.3 maddələri ilə təqsirli bilinib, 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04.12.2018-ci il tarixli Xəzər Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunmuşdur. Cəza müddəti başa çatdığından 06.04.2019-cu il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. - Göygöl rayon Polis şöbəsinin 26.01.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Göygöl RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 08:00-dan saat 22:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 30.07.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan 06 gün çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Rüstəmov X4 Respublikasının vətəndaşı olsa da, Azərbaycan Respublikasının vətəndaşı ilə ailə qurduğu və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan azyaşlı uşağı olduğu üçün ona Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməməlidir. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.2.2 və 52.2.6-cı maddələrinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə və himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya İ dərəcə əlilliyi olan şəxs olan şəxslərə şamil edilmir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və Göygöl RPŞ-nin İstintaq bölməsində istintaq edilən ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübutlar – ümumilikdə 574 ədəd müxtəlif markalı siqaretlərin sahibi Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 09 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 54 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 06 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 08:00-dan 22:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və Göygöl RPŞ-nin İstintaq bölməsində istintaq edilən ********* saylı cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar – ümumilikdə 574 ədəd müxtəlif markalı siqaretlərin sahibi Zərərçəkmiş şəxs oğluna qaytarılması nəzərə alınsın, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 54 (əlli dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-58/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-58/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver