Məhkəmə qərarları › İş №1(044)-59/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-59/2020

12.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-59/2020 12.03.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, bina 36, mənzil 36-da qeydiyyatda olan, ünvan 1 mənzil 4 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə 23:45 radələrində Gəncə şəhəri, Sabir küçəsində yolun kənarında saxladığı “Mersedes” markalı gümüşü rəngli, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma, göz qapaqlarının hematoma halında əzilməsi, sol gözün üst qapağının qançırı, sol tərəfli barotravma ilə müşahidə olunan sol qulaq seyvanının qançırı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 6-7 aydır ki, tanışdır. Bu müddət ərzində Səkinə ilə qeyri-rəsmi olaraq münasibətdə olmuşlar. Özü taksi sürücüsü kimi fəaliyyət göstərmiş, Bakı-Gəncə şəhərləri arasında öz şəxsi avtomobili ilə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Səkinəni də bir neçə dəfə idarə etdiyi avtomobil ilə taksi kimi Bakı şəhərinə aparıb gətirmişdir. Səkinə falçılıqla da məşğul olur. Belə ki, 2020-ci ilin dekabr ayında Səkinə onunla Bakı şəhərinə getmiş, həmin zaman Bakı şəhərində olan Gülnar adlı bir müştəri ilə tanış etmiş və Səkinə 1000 manat pul müqabilində ona hansısa falçılıq işlərində köməklik göstərməyi söz vermişdir. Buna görə də həmin Gülnar adlı qadından 1000 manat pulu alaraq Səkinəyə vermişdir. Sonradan Səkinə ilə həmin qadının aralarında narazılıq yaranmış və həmin Gülnar adlı qadın pulunu geri istəməyə başlamışdır. Özündə olan məlumata görə Səkinə həmin qadının 400 manat pulunu geri qaytarmışdır. xx.xx.2020-ci il tarixdə saat 23:30 radələrində Səkinəyə zəng edərək bayıra çıxmasını, onu görmək istədiyini dedimişdir. Səkinə küçəyə çıxaraq onun idarə etdiyi “Mersedes” markalı gümüşü rəngli, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin ön sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt o, bir az içkili olmuşdur. Özü avtomobili idarə edərək bir qədər aralıda, Sabir küçəsində saxlamış və Səkinə ilə avtomobilin içərisində söhbət etməyə başlamışdır. Həmin vaxt söhbətləri Səkinənin həmin borcuna görə olmuş, Səkinənin danışıqlarının düzgün olmadığını görüb ona əsəbləşmiş və əl zərbələri ilə Səkinənin üzündən vuraraq onu döymüş, daha sonra isə avtomobili şəhər ərazisində müxtəlif yerlərində idarə etməyə başlamışdır. Bir qədər hərləndikdən sonra isə gətirib Səkinəni evinin qarşısına düşürmüşdür. Hadisədən sonra hərəkətlərindən peşman olmuş və Səkinədən üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tamerlan adlı şəxslə 6-7 aydır ki, tanışdır. Tamerlanı ancaq taksi sürücüsü kimi tanımışdır. Tamerlan Bakı-Gəncə şəhərləri arasında öz şəxsi avtomobili ilə taksi olaraq fəaliyyət göstərir. Özü də bir neçə dəfə Tamerlanın idarə etdiyi avtomobil ilə taksi kimi onunla Bakı şəhərinə gedib-gəlmiş, pulunu da vermişdir. Bir müddət əvvəl Tamerlan ona öz hisslərindən, yəni əslində ona qarşı olan hisslərindən danışmış, özü isə Tamerlana heç bir qarşılıq verməmişdir. xx.xx.2020-ci il tarixdə də Tamerlan ilə Bakı şəhərinə getmişdir. Həmin zaman şəhər ərazisində Tamerlan işinin olduğunu demişdir və Mehdiabad qəsəbəsində Tamerlan bir qadından 1000 manat borc pul almış, 20-25 gün əvvəl öz qızı ilə Bakı şəhərinə getmiş, həmin vaxt Tamerlana zəng etmiş, lakin onun telefonu sönülü olduğu üçün avtovağzaldan başqa taksi ilə Bakı şəhərinə getmişdir. Həmin vaxt bundan xəbər tutan Tamerlan zəng etmiş və niyə başqa taksi ilə getdiyini soruşmuşdur. Özü isə ona zəng çatmadığını demiş, bu söhbətə görə Tamerlan ilə aralarında mübahisə olmuş və həmin vaxtdan sonra Tamerlanın zənglərinə cavab verməmişdir. Bir həftə əvvəl Tamerlanın borc aldığı qadın onun qapısına gəlmiş və Tamerlanın ondan aldığı 1000 manat pulu qaytarmağını istəmişdir. Özü isə o pulu ondan niyə istədiyini soruşan zaman həmin qadın Tamerlanın həmin pulu Səkinəyə verdiyini ona demiş, həmin qadın yanında ağlayıb-sızladığını və nəyə gücü çatırsa verməyini, daha sonra onun Tamerlandan almağını demişdir. Özü isə 400 manat pulu həmin qadına vermişdir. 2-3 gün sonra isə həmin qadın zəng etmiş və Tamerlanın pulu verməməsindən şikayətlənmiş, özü də Tamerlana zəng edərərk aparıb pulu verməsini və onun aldığı pula görə niyə özünün narahat olunduğunu demişdir. Sonuncu dəfə isə xx.xx.2020-ci il tarixdə həmin qadın ona zəng etdiyi üçün Tamerlana bir daha zəng edib öz iradını bildirmiş, həmin vaxt Tamerlan bir qədər sonra gələcəyini və söhbət edəcəyini demişdir. Təxminən 23:40 radələrində Tamerlan yaşadığı evin qarşısına gəlmiş və zəng edərək çıxmağını istəmişdir. Özü küçəyə çıxaraq Tamerlanın idarə etdiyi “Mersedes” markalı gümüşü rəngli avtomobilinə ön sərnişin oturacağında əyləşmişdir. Həmin vaxt Tamerlanın içkili halda olduğunu görmüş, Tamerlan avtomobili idarə edərək bir qədər aralıda, Sabir küçəsində saxlamış və onunla avtomobilin içərisində mübahisə etməyə başlamışdır. Mübahisəyə səbəb kimi isə 25 gün əvvəl niyə başqa taksi ilə getməyi olmuşdur. Bundan əlavə Tamerlan onu sevdiyini, evdən çıxmamalı olduğunu demişdir. Həmin vaxt Tamerlan anidən özündən çıxaraq onun üz, göz baş və boğaz nahiyyələrindən qəsdən əl zərbələri ilə vuraraq onu döyməyə başlamışdır. Ona xəsarətlər yetirmişdir. O, qorxduğu üçün avtomobildən düşüb gedə bilməmişdir. Bundan sonra Tamerlan avtomobili şəhər ərazisində müxtəlif yerlərində idarə etməyə başlamış, bir qədər hərləndikdən sonra isə gətirib onu evinin qarşısına düşürmüşdür. Tamerlan adlı şəxs onu döyən zaman yanlarında heç kim olmamışdır. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər МТЕ və PA Şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli, 251 saylı «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ gözün ağlı qişasına qansızma, göz qapaqlarının hematoma halında əzilməsi, sol gözün üst qapağının qançırı, sol tərəfli barotravma ilə müşahidə olunan sol qulaq seyvanının qançırı - bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni, xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 23:45 radələrində Gəncə şəhəri, Sabir küçəsində yolun kənarında saxladığı “Mersedes” markalı gümüşü rəngli, **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin içərisində Zərərçəkmiş şəxs ilə şəxsi münasibət zəminində aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs əli ilə vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma, göz qapaqlarının hematoma halında əzilməsi, sol gözün üst qapağının qançırı, sol tərəfli barotravma ilə müşahidə olunan sol qulaq seyvanının qançırı kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmışxx.xx.2020-ciil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221 və 134-cü maddələrinin tərkibi olmadığında həmin faktlar üzrə barəsində cinayət təqibi rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxsTəqsirləndirilən şəxsmüdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi tərəfindən 7 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçivəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına42 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına42 manat məbləğində pul köçürülsün (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar