Məhkəmə qərarları › İş №1(044)-59/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-59/2022

23.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-59/2022 23.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2, onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1988-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, F.Bayramov küçəsi, bina 35, mənzil 10-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işsiz, Gəncə şəhəri, Ə.Əliyev küçəsi, bina 39, mənzil 11-də qeydiyyatda olmaqla həmin ünvünda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinin saxlanc anbarına qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 09 radələrindən xx.xx.2021-ci il tarixə saat 13:50 radələrinədək istintaqa dəqiq məlum olmayan müddət ərzində Təqsirləndirilən şəxs2 binanın qarşısında dayanaraq gözətçilik etməklə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı ünvan 1 ünvanının giriş qapısının kilidini sındırıb qanunsuz olaraq içəri daxil olub evin yataq otağından 1 dəst 1800 manat dəyərində gül formalı brilyant qaşlı qızıl üzük-sırğa dəstini, 1 cüt 2000 manat dəyərində sallaq formalı qızıl sırğanı, 1 ədəd 1200 manat dəyərində brilyant qaşlı qızıl qol saatı, 1 ədəd 300 manat dəyərində kəpənək formalı qızıl klonu, 1 ədəd 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində ağ qızıldan olan boyunbağını, 1 ədəd 600 manat dəyərində bənövşəyi qaşlı qızıl üzüyü, 1 ədəd 1200 manat dəyərində qızıl komlekt dəsti, 1 dəst 3250 manat dəyərində italyan qızıl dəstini (klonu ilə boyunbağı, üzük, qolbağı), 1 ədəd 1250 manat dəyərində “Səid” yazılmış klonu olan boyunbağını, 1 ədəd 1800 manat dəyərində rəngli daşlarla işlənilmiş gümüş boyunbağını, 3 ədəd hər birinin dəyəri 500 manat olmaqla ümumilikdə 1500 manat dəyərində “Michael kors” markalı qol saatlarını, 1 ədəd 400 manat dəyərində “Cuess” markalı qol saatını, 1 ədəd 150 manat dəyərində “Cuess” markalı qol saatını, 2 dəst hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində, 1 dəst 100 manat dəyərində “İlahi” markalı bijuteriyaları, 1200 manat dəyərində qəhvəyi rəngli “WANKLİV” markalı 1 cüt sırğa 1 ədəd üzüyü, 1 ədəd nazik klonla birlikdı sepi, evin qonaq otağından isə 200 manat nağd pulu gizli olaraq talayıb öz aralarında bölməklə ümumilikdə ona 18150 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla gizli şəkildə talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinin saxlanc anbarına qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2021-ci il tarixdə saat 09 radələrindən xx.xx.2021-ci il tarixə saat 13:50 radələrinədək istintaqa dəqiq məlum olmayan müddət ərzində o, binanın qarşısında dayanaraq gözətçilik etməklə ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı ünvan 1 ünvanının giriş qapısının kilidini Təqsirləndirilən şəxs1 sındırıb qanunsuz olaraq içəri daxil olub evin yataq otağından 1 dəst 1800 manat dəyərində gül formalı brilyant qaşlı qızıl üzük-sırğa dəstini, 1 cüt 2000 manat dəyərində sallaq formalı qızıl sırğanı, 1 ədəd 1100 manat dəyərində “Ceneve” markalı qızıl qol saatı, 1 ədəd 1200 manat dəyərində brilyant qaşlı qızıl qol saatı, 1 ədəd 300 manat dəyərində kəpənək formalı qızıl klonu, 1 ədəd 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində ağ qızıldan olan boyunbağını, 1 ədəd 600 manat dəyərində bənövşəyi qaşlı qızıl üzüyü, 1 ədəd 1200 manat dəyərində qızıl komlekt dəsti, 1 dəst 3250 manat dəyərində italyan qızıl dəstini (klonu ilə boyunbağı, üzük, qolbağı), 1 ədəd 1250 manat dəyərində “Səid” yazılmış klonu olan boyunbağını, 1 ədəd 1800 manat dəyərində rəngli daşlarla işlənilmiş gümüş boyunbağını, 3 ədəd hər birinin dəyəri 500 manat olmaqla ümumilikdə 1500 manat dəyərində “Michael kors” markalı qol saatlarını, 1 ədəd 400 manat dəyərində “Cuess” markalı qol saatını, 1 ədəd 150 manat dəyərində “Cuess” markalı qol saatını, 2 dəst hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində və 1 dəst 100 manat dəyərində “İlahi” markalı bijuteriyaları, 1200 manat dəyərində qəhvəyi rəngli “WANKLİV” markalı 1 cüt sırğa 1 ədəd üzüyü, 1 ədəd nazik klonla birlikdı sepi və evin qonaq otağından isə 200 manat nağd pulu gizli olaraq talayıb öz aralarında bölməklə ümumilikdə ona 18150 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla gizli şəkildə talayıb oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə Bakı şəhərində oğurluq elədiyinə görə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 2014-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının 04 il 07 ayını çəkdikdən sonra vaxtından əvvəl azadlığa buraxılmışdır. O, 13 saylı həbsxanada olan zaman Gəncə şəhər sakini İsmayıl adlı şəxslə tanış olmuş, azadlığa çıxandan sonra münasibətləri yaranmışdır. Görüşən zaman Təqsirləndirilən şəxs2 bildirmişdir ki, anası böyrəklərində problem olduğuna görə Sabunçu xəstəxanasında yatırmış, həmin ərəfədə onun maddi vəziyyəti çətin olmuş, belə olan halda o, İsmayıla zəng edərək vəziyyətinin pis olduğunu, ona pul lazım olduğunu bildirmiş, İsmayıl isə maddi vəziyyətinin yaxşı olmadığını, qardaşının təqaüdü ilə dolandığını, hal-hazırda işsiz olduğunu bildirmişdir.O, ətrafında tanıdığı imkanlı şəxsin olub-olmadığını, həmin şəxsin yaşadığı evdən oğurluq etməyi təklif etmiş, belə olan halda İsmayıl belə bir nəfərin olduğunu, Gəncə şəhəri ərazisində əvvəllər də üz-üzə gəldiyini demişdir. O isə İsmayıla həmin şəxsin barəsində məlumatları, yəni işə nə vaxt getdiyini, nə vaxt gəldiyini, kimlərlə birlikdə yaşadığını, hansı saatlarda yaşadığı evdə olmadığını öyrənməsini bildirmiş, oğurluq etdiyi gündən 10 gün əvvələ İsmayıl yuxarıda sadaladıqlarının hamısını öyrənmiş, İsmayıl onların arasında razılaşma olduğu gündən sonra bir gün həmin şəxsin yaşadığı binanı öyrənmiş, daha sonra həmin şəxsin işdən gəldiyi saatı, 3-cü gün isə yaşadığı mənzilin nömrəsini öyrənərək ona bildirmişdir. İsmayıl həmin şəxs barəsində ona danışaraq özünün şəxsi avtomobilinin olduğunu, kənardan imkanlı şəxs kimi göründüyünü, tək yaşadığını bildirmişdir. Əvvəlcə İsmayıl onu Bakı şəhərindən Gəncə şəhərinə tək göndərmiş, o, Gəncə şəhərinə gəlmiş, İsmayıl ona ünvanı telefonla izah etmiş və o, həmin qadının yaşadığı binaya gəlmiş və mənzilə qalxmışdır. Saat gecə təxminən 01 radələri olmuş, o, həmin qapını ilk dəfə vintaçanla açmaq istəmiş, lakin qapının kilidi qırılmış və o, üzərində əlavə alət gətirmədiyinə görə həmin qapını aça bilməmiş, həmin gecə o, Gəncə şəhərindən Bakı şəhərinə qayıtmış, Bakı şəhərində İsmayıl ilə görüşmüş, İsmayıl bayram günləri olduğunu, həmin qadının evində olmadığını demiş və onunla birlikdə Gəncə şəhərinə gedərək təkrar həmin evdən oğurluq etməyi razılaşmışlar. O, tək Gəncə şəhərinə gəldiyi gündən bir gün sonra yenidən İsmayıl ilə Bakı şəhər avtovağzalında görüşmüş və nömrəsini xatırlamadığı taksi avtomobili ilə Gəncə şəhərinə gəlmişlər. Onlar Gəncə şəhərinə gecə saat təxminən 01 radələrində çatmış, Gəncə şəhərində olan zaman həmin evə piyada getmiş, binanın qabağına çatdıqdan sonra İsmayıl ilə təxminən 1 saata yaxın həmin binanın qarşısında oturmuş və həmin qadının yaşadığı evdə olmadığını dəqiqləşdirdikdən sonra onlar öz aralarında İsmayılı binanın həyətində gözləməsi, o isə həmin evə daxil olaraq oğurluq etməsi barədə razılaşmışlar. O, həmin binanın 3-cü mərtəbəsinə qalxmış, mənzilin qapısına yaxınlaşmış, mənzilin qapısına yaxınlaşan zaman həmin qapının kilidinin keçən dəfə qoyub getdiyi kimi sınıq vəziyyətdə olduğunu görmüş və həmin qadının evdə olmadığına tam əmin olmuşdur. Bundan sonra əlində olan vintaçan və saqqız vasitəsilə həmin qapının kilidini açmış və evə daxil olmuşdur. Evə daxil olan kimi evin qonaq otağında ətrafı axtarmağa başlamış, qonaq otağından ətir qabının içərisindən 7 manat dəyərində qəpiklər, 50 manatlıq pul əskinası, yanındakı pul qabından isə 3 ədəd 1 ABŞ dolları götürmüş, bundan sonra qonaq otağından başqa heçnə tapmadığına görə yataq otağına keçmiş, həmin yataq otağında olan güzgülü şkafın siyirməsində 1 ədəd qara rəngli qolbaqlı qara saat, 1 ədəd kənarı sarı üstü ağ saat, yataq otağında olan yatağın tumbalarının siyirmələrində olan təxminən 4-5 ədəd qızıl qablarını içərisində olan qızıllarla birlikdə götürmüş və yataq otağında olan paltar şkafında heç bir şey tapmadıqdan sonra həmin evi tərk etmişdir. Binanın qarşısına çıxmış və İsmayıl ilə birlikdə Gəncə çayı adlanan çayın kənarına doğru getmiş, çayın kənarında olan zaman qızıl qabları çox böyük olduğuna görə içərisində olan qızılları sellofan torbaya tökmüş və qızıl qablarını Gəncə çayına atmışlar. Həmin gecə Gəncə şəhər avtovağzalından Bakı şəhərinə getmiş, Bakı şəhərinə gedənə qədər və Bakı şəhər Beynəlxalq avtovağzalından olan zaman qızıllar İsmayılda olmuş, İsmayıl həmin qızllları özü ilə götürmüş və o, anasının yanına xəstəxanaya, İsmayıl isə yaşadığı evə getmişdir. Onun başı qarışıq olduğuna görə və anasına qulluq etdiyinə görə İsmayıl ilə Gəncə şəhərindən gəldikləri gün əlaqə saxlaya bilməmişdir. Lakin səhərisi gün o, İsmayıla zəng vurmuş və həmin qızıllara baxıbbaxmadığını soruşmuşdur. İsmayıl isə Gəncə şəhərindən oğurladığı əşyaların qızıl olmadığını, hamısının bijuteriya olduğunu bildirmiş, o isə onların ona lazım olmadığını bildirmiş, sonradan isə İsmayıl həmin evdən götürdüyü 7 manat dəyərində qəpikləri, 1 ədəd 1 ABŞ dolları əskinasları və 1 ədəd 50 manatlıq pul əskinasını ona vermiş, pulları ona vermiş, anasının xəstə olduğunu, bununda onun üçün kömək olduğunu demişdir. O isə həmin pulları götürmüş və ehtiyacı üçün xərcləmişdir. O biri dəmir materialından olan əşyaları neyləyəcəklərini soruşduqda isə ona lazım olmadığını, o, qızıl oğurlamaq məqsədilə ora girdiyini ona bildirmişdir. Sonra isə həmin şəxsdən ayrılmış və bir daha görüşməmişlər. O, oğurladığı qızıl əşyalarından gül formalı üzük-sırğa dəstini, 1 ədəd boyunbağını və 1 ədəd üzərində “Səid” yazılmış klonu olan boyunbağını Şahid1 1000 manata satmış, satarkən həmin qızılları tanınmaması üçün əzmişdir. O, Aqilə həmin qızılların anasına məxsus olduğunu, anasının xəstə olduğunu və müalicəsi üçün təcili satdığını bildirmişdir. O, mülki iddianı qismən qəbul edir, belə ki, iddia ərizəsində qeyd olunan əşyaların qiyməti şişirdilmiş, həmin əşyalar ümumilikdə təxminən 5000 manat olardı, mənəvi ziyanı ümumiyyətlə qəbul etmir və mülki iddianın qismən təmin olunmasını xahiş etmişdir. Sonda o, hərəkətindən peşman olduğunu, məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü ildən Gəncə şəhərindən Rusiya Federasiyasına işləmək məqsədilə getmiş, orada erməni əsilli şəxsi yumruq və təpiklə döyərək öldürmüş, həmin vaxt Rusiya Federasiyasında ona qəsdən adam öldürmə maddəsi ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təxminən cəzasının 03 ilini çəkdikdən sonra onu Rusifa Fedrasiyasından Azərbaycan Respublikasına ekstradisiya etmişlər. O, 13 saylı cəzaçəkmə məntəqəsində olan zaman Bakı şəhər sakini Təqsirləndirilən şəxs1la orada tanış olmuş, Zaurla münasibətləri dərinləşmişdir. Azadlığa çıxandan sonra da münasibət saxlamışlar. O, 2019-cu ilin noyabr ayında azadlığa buraxılmış, həmin vaxtdan o, Gəncə şəhərinə gəlmiş və burada özünə gündəlik işlər taparaq işləyib özünün xərclərini qarşılamağa başlamışdır. Sonuncu dəfə Zaur ona zəng edərək anasının vəziyyətinin ağır olduğunu, böyrək probleminin olduğunu, tibbi prosedurlar üçün xeyli məbləğdə pul lazım olduğunu ona bildirmiş, o isə Zaura maddi imkanının zəif olduğunu, əlavə gəlirinin olmadığını bildirmiş və Zaura yardım edə bilməyəcəyini qeyd etmişdir. Sonradan isə Zaur ona zəng edərək köməklik etməsini, Gəncə şəhərində imkanlı ev tapmağını və oğurluq etməsində kömək etməsini istəmişdir. O, isə bir qədərdən sonra Gəncə şəhəri ərazisində bir qadının olduğunu, kənardan maddi imkanının yaxşı olduğunu, onun qohumlarının yaşadığı binada yaşadığını Zaura bildirmiş, Zaur isə Bakı şəhərində ona pul verərək Gəncə şəhərinə gəlməsini, qadının ətrafı barədə, harada işləməsi, kimlərlə yaşaması, yaşadığı evə nə vaxt gəlib getməsi və s. barədə məlumatları öyrənməsini istəmiş, o isə Gəncə şəhərinə gələrək qadının kimlə yaşaması, evə nə vaxt gəlib getməsi və digər məlumatları öyrənərək Zaura bildirmişdir. Zaurla birlikdə birinci dəfə təxminən 09 may 2021-ci il tarixdə Gəncə şəhərinə gəlmiş, o, həmin qadına məxsus mənzili Zaura göstərdim və özü binanın həyətində gözləmiş, Zaur həmin evə qalxdı və təxminən 10 dəqiqədən sonra gələrək evin qapısını aça bilmədiyini, geri qayıtmaqlarını təklif etmiş, onlar birlikdə 10 may 2021-ci il tarixdə gecə saatlarında Bakı şəhərinə qayıtmış, təxminən bir gün sonra yəni 10 may 2021-ci il tarixdən 11 may 2021-ci il tarixə keçən gecə Zaurla birlikdə yenə də Gəncə şəhərinə gəlmiş, Zaur bu dəfə qapını aça biləcəyini demiş və həmin binanın qabağına getmiş, binanın qabağında bir müddət oturub kənardan gəzləmiş, sonra isə Zaur həmin qadının yaşadığı mənzilin qapısına baxıb qayıdaraq hələdə həmin evə heç kimin gəlmədiyini, qapının qıfılına müdaxilə olunmadığını bildirmiş, o, Zaura oğurluğa girməməsini təklif etmiş, lakin Zaur onun aşağıda gözləməsini, bu dəfə qapını aça biləcəyini demiş, həmin mənzilə qalxmış və təxminən 10 dəqiqə sonra əlində olan sellofan torba ilə aşağı düşərək getmələrini bildirmiş, birlikdə Gəncə çayının kənarına doğru getmiş, çayın kənarında olan zaman qızılların qoyulduğu qutuları çayın axar hissəsinə atmış və qızılları isə onun əlində olan torbaya qoyaraq Gəncə şəhərinin çıxışında olan taksi avtomobillərinin dayandığı yerə getmiş, oradan əvvəllər tanımadığı taksi avtomobilinə minərək Bakı şəhərinə getmiş, Bakı şəhərində Biləcəri adlanan yerdə taksi avtomobilindən düşmüş, Bakı şəhərinə çatana yaxın Zaur onda olan qızılları özü ilə götürmüş və onlar Bakı şəhər Beynəlxalq avtovağzalının yaxınlığında Zaurla ayrılmışlar. Ayrılan zaman o, Zaura oğurladığı qızılları sataraq anasını sağaltmasını bildirmiş, bir neçə gün sonra o, Zaura zəng eləmiş və onlar görüşmüşlər. Zaurla görüşdükdən sonra qızılları satəb-satmadığını, anasının müalicə pulunu ödəyib-ödəmədiyini soruşmuş, Zaur isə ona anasının müalicə xərclərini ödəmədiyini, əlavə 4-5 min manat pul lazım olduğunuda bildirmiş, o, isə bundan başqa heç cür köməklik edə bilməyəcəyini bildirmişdir. Zaur onun taksiyə və digər yerlərə xərci çıxdığına görə ona 50-60 manat pul vermiş, o isə həmin gündən sonra Zaurdan ayrılmış və bir daha əlaqə saxlamamışdır. O, mülki iddianı qismən qəbul edir, mülki iddiada qeyd olunan əşyaların qiyməti şişirdilmiş, mənəvi ziyanı ümumiyyətlə qəbul etmir və mülki iddianın qismən təmin olunmasını xahiş etmişdir. Hazırda zərərçəkmişə dəyən ziyanın 2000 manatını ödəmiş, qalan ziyanı isə azadlığa çıxarsa hissə-hissə ödəyəcəyini bildirmiş, hərəkətindən peşmandır, məhkəmədən bunun nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hal-hazırda rəsmi olaraq Gəncə şəhəri, Müalicə-Diaqnostika mərkəzinin Reanimasiya-İntensiv Terapiya və Ekstrakorporal şöbəsinin müdiri vəzifəsində çalışır. O, Gəncə şəhərində 2017-ci ilin dekabr ayından çalışır. Həmin vaxt Gəncə şəhərinə müvəqqəti tibbi prosedur üçün gəlsə də, lakin sonradan işlərin gedişatı onun Gəncə şəhərində qalaraq işləməyinə səbəb olmuş, o, Gəncə şəhərində H.Əliyev prospektində yerləşən 151 saylı binanın 6 saylı mənzilində kirayədə yaşamışdır. Hər gün adəti üzrə o, səhər saat 08:30 radələrində yaşadığı evi tərk edir, axşam isə onun iş saatı 17:00 da bitir, ancaq o, həmin xəstəxananın aparıcı həkimlərindən olduğuna və ağır əməliyyatlara girdiyinə görə xəstəxanadan bəzən gec saatlarda çıxmaq məcburiyyətində qalır. Onun yaşadığı binada kirayədə yaşadığına görə və vaxtının çoxunu yaşadığı evdə ola bilmədiyinə görə o, qonşularını tam tanımır. Qonşuların heç biri ilə yaxın əlaqəsi yoxdur. Gündəlik olaraq iş yerinə özünə məxsus Toyota RAV 4 markalı, ** SM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə gedir. O, həmişə olduğu kimi 08 may 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdən hazırlıqlı çıxaraq işə getmiş, həmin gün işdən təxminən saat 16 radələrində çıxmış və Şəmkir şəhərinə xalasının yaşadığı evə gedərək orada 12 may 2021-ci il tarixədək qalmış, lakin Şəmkirdə olduğu müddətdə xalası ilə birlikdə müəyyən əşyalar almaq üçün Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində yaşadığı binanın həyətində özünə məxsus avtomobili saxlamış və xalası ilə birlikdə alver etdikdən sonra yaşadığı mənzilə qalxmadan xalası ilə birlikdə Şəmkir şəhərinə qayıtmışdır. O, Şəmkir şəhərinə getməmişdən bir gün əvvəl yəni 07 may 2021-ci il tarixdən 08 may 2021ci il tarixə keçən gecə yaşadığı evdə olan zaman mənzilin bayır qapısında müəyyən səslər eşitmiş, o, həmin səslərin qonşu tərəfindən edildiyini düşünüb diqqət yetirməmişdir. Lakin bir qədər sonra çox qısa müddət ərzində qapı zənginin basıldığını duymuş, bu vaxt binanın blokunda olan işığı yandırmaq üçün nəzərdə tutulmuş birləşdiricinin əvəzinə qapı zənginin qonşular tərəfindən səhvən basıldığını düşünüb bayıra çıxmamışdır. Şəmkir şəhərindən 12 may 2021-ci il tarixdə qayıtmış, o, həmin gün əməliyyatı olduğuna görə səhər saat 8-də Gəncə şəhərinə gəlmiş və klinikada olan işlərini yekunlaşdırdıqdan sonra saat 13:30 da klinikadan çıxmış və saat 13:53 radələrində yaşadığı mənzilə gəlmişdir. Mənzilin giriş qapısına açarı daxil etmək istəyən zaman qapının kilidinin açıq olduğunu görmüş, dərhal içəri daxil olmuş və evin dağınıq halda olduğunu aşkar etmişdir.O, evə daxil olmadan Azərbaycan Respublikası DİN-nin 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermiş və polis əməkdaşları gəldikdən sonra mənzilə daxil olmuş, mənzilin qonaq otağının və yataq otağının dağıdıldığını görmüşdür.O, qızıl-zinət əşyalarını gizlətdiyi yerləri axtaran zaman ona məxsus evin yataq otağından 1 dəst 1800 manat dəyərində gül formalı brilyant qaşlı qızıl üzük-sırğa dəstini, 1 cüt 2000 manat dəyərində sallaq formalı qızıl sırğanı, 1 ədəd 1200 manat dəyərində brilyant qaşlı qızıl qol saatı, 1 ədəd 300 manat dəyərində kəpənək formalı qızıl klonu, 1 ədəd 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 400 manat dəyərində ağ qızıldan olan boyunbağını, 1 ədəd 600 manat dəyərində bənövşəyi qaşlı qızıl üzüyü, 1 ədəd 1200 manat dəyərində qızıl komlekt dəsti, 1 dəst 3250 manat dəyərində italyan qızıl dəstini (klonu ilə boyunbağı, üzük, qolbağı), 1 ədəd 1250 manat dəyərində “Səid” yazılmış klonu olan boyunbağını üzərində olan brilyant qaşla birlikdə, 1 ədəd 1800 manat dəyərində rəngli daşlarla işlənilmiş gümüş boyunbağını, 3 ədəd hər birinin dəyəri 500 manat olmaqla ümumilikdə 1500 manat dəyərində “Michael kors” markalı qol saatlarını, 1 ədəd 400 manat dəyərində “Cuess” markalı qol saatını, 1 ədəd 150 manat dəyərində “Cuess” markalı qol saatını, 2 dəst hər birinin dəyəri 200 manat olmaqla ümumilikdə 400 manat dəyərində və 1 dəst 100 manat dəyərində “İlahi” markalı bijuteriyaları, 1200 manat dəyərində qəhvəyi rəngli “WANKLİV” markalı 1 cüt sırğa 1 ədəd üzüyü, 1 ədəd nazik klonla birlikdə sepi, evin qonaq otağından isə 200 manat nağd pulun naməlum şəxslər tərəfindən oğurlandığını aşkar etmişdir. Oğurluq olmasında ona ümumilikdə qızıl-zinət əşyaları və pul ilə birlikdə 18.150 manat dəyərində maddi ziyan dəymişdir. Ona məxsus qızıl-zinət əşyalarını oğurlayan şəxsləri ilk dəfə işlədiyi evin yaxınlığında olan videomüşahidə kameralarında görmüş, həmin şəxsləri əvvəllər tanımamışdır. Bu hadisədən sonra o, qorxu hissi keçirmiş, evdə tək qalmaqdan qorxmuş, buna görə də həmin evdə qalmamış və sonra başqa evi kirayələmişdir. Hazırda ona dəyən ziyandan 2000 manat Təqsirləndirilən şəxs2 xalası tərəfindən ödənilmiş, o, qalan maddi ziyanın da tam olaraq ödənilməsini tələb edir. Həmçinin keçirdiyi mənəvi sarsıntılara görə mənəvi ziyanın da tam ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş mülki cavabdeh Şahid1 ifadəsində göstərmişdirki, o, Əhmədli metrosunun çıxışında gündəlik olaraq qızıl gümüş təmiri və alqı-satqısı ilə məşğul olur. Həmin mağazada o, 34 ildir qızıl və gümüş təmiri işi ilə məşğul olur. O, Bakı şəhəri, Əhmədli metrosunun yaxınlığında yerləşən qızıl-gümüş alqı-satqısı ilə məşğul olur. Zaur adlı şəxsi onun işlədiyi mağazaya gəldiyi gün tanımışdır. Təxminən 13 may 2021-ci il tarixdə əvvəllər tanımadığı Zaur adlı şəxs onun işlədiyi mağazaya gələrək ona ikinci əl qızıllarının olduğunu, anasının xəstə olduğunu, həkimlərə xeyli pul lazım olduğunu bildirmişdir. O, isə belə olan halda Zaur adlı şəxsə əlində olan qızılları yəni, əzilmiş formada olan tək sırğa, bir ədəd əzilmiş formada sep klonla birlikdə və 1 ədəd əzilmiş formada sep tək formada təqdim etmiş və həmin qızılları lom formasında çəkmiş və ümumi çəksini bildirmişdir. Həmin qızılların ümumi çəkisi ümumilikdə 53,50 manat qəpikdən almış, hesablamış və ümumilikdə qızılın ümumi çəkisi 17,700 qram çəkidə olmuşdur. Həmin Zaur adlı şəxs ona şəxsiyyət vəqisəqini təqdim edəcəyini bildirmiş, belə olan halda o, Zaur adlı şəxsə inanmış və şəxsiyyət vəsiqəsini gözləmişdir. Zaura 150 manat borclu qalmış və həmin pulu şəxsiyyət vəsiqəsini verdikdən sonra verəcəyini bildirmiş, lakin xx.xx.2021-ci il tarixdə Zaurun Gəncə şəhər BPİ-si tərəfindən tutulduğunu eşitmişdir. Həmin polis idarəsində olan zaman Zaurun ona satdığı 01 ədədə sırğa əzik formada, klon əzik formada, əzik formada sepin oğurluq olduğunu öyrənmiş, o, həmin vaxta qədər həmin əşaların oğurluq olduğunu bilməmişdir. Zaur adlı şəxs ona həmin qızıl əşyalarını satmış və şəxsiyyət vəsiqəsini verəcəyini bildirmiş, lakin həmin əşyaları ona təqdim etməmiş və sonradan polis idarəsində həmin şəxsin ona satdığı əşyaların oğurluq olduğunu öyrənmişdir. O, Zaurun ona satdığı 01 ədəd sırğanı, 01 ədəd əzik formada sepi, 01 ədəd klonla birlikdə sepi əritmiş və ümumi çəkisinin 17,7 qram olduğunu və ümumi qiymət 950 manat olmuşdur. Lakin Zaur şəxsiyyət vəsiqəsini gətirmədiyi üçün ona 800 manat pul vermiş və 950 manat pulu tam verməmişdir. O, ona qarşı olan mülki iddianı qəbul etmir. Onun həmin qızılların oğurluq olmasından məlumatı olmamışdır. O, sadəcə olaraq aldığı həmin qızılların əvəzinə yenisini özü düzəldərək və ya 1000 manat ödəyərək zərərçəkmişə qaytarmağa hazırdır, lakin sonuncu bunu qəbul etmir. İbtidai istintaq zamanı ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid2 ifadəsindən görünür ki,o, gündəlik olaraq Bakı şəhəri ərazisində müxtəlif evlərdə sanitar hissələrinin təmir edilməsi işi ilə məşğul olur və ailəsini dolandırır. Təqsirləndirilən şəxs1 əvvəllər Hövsan qəsəbəsindən Əhmədliyə taksi avtomobili idarə edən vaxtlardan tanıyır. O, Zaurun əvvəllər cinayət əməlləri törətməsini və cinayətkar fəaliyyətlə məşğul olmasını bilməmiş, Zaur kənardan özünü tərbiyəli və öz əməyi ilə dolanan şəxs kimi göstərmişdir. Sonuncu dəfə təxminən 2021-ci ilin may ayının ortaları olmuş, Zaur onu təsadüfən Əhmədli metrosunun yaxınlığında görmüş, ona yaxınlaşaraq hal-əhval etmişdir. O, Zaurdan yenə də əvvəlki kimi taksi avtomobili idarə edib-etmədiyini soruşan zaman Zaur anasının xəstə olduğunu, müalicəsi üçün pul lazım olduğunu, avtomobilini və digər əşyalarını satdığını bildirmişdir. Bundan sonra isə cibindən bir ədəd qadın saatı çıxararaq anasına məxsus qızıl saat olduğunu, sabahkı tarixə anasını xəstəxanadan çıxarmalı olduğunu, lakin çıxarmaq üçün ödəniş etməyə pulunun olmadığını, həmin qızıl saatı satdığını bildirmişdir. O, isə belə olan halda anasını gördükdən sonra həmin saatı ondan ala biləcəyini bildirmişdir. Zaur onu özü ilə birlikdə anasının xəstə yatdığı xəstəxanaya aparmışdır. O, Zarurla birlikdə həmin xəstəxanada anasını ziyarət etmiş, bundan sonra həmin Longines yazılmış qızıl saatını ondan 400 manata razılaşıb götürmüş,lakin Zauru əvvəldən tanıdığına görə hər hansı şəxsiyyətini təsdiq edən sənəd tələb etməmişdir. Bu hadisədən təxminən 10-12 gün sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək onun Zaur adlı şəxsdən aldığı qızıl saatın oğurluq nəticəsində əldə edildiyini, həmin qızıl saatın Səbinə adlı qadına məxsus olduğunu demişlər. O, isə həmin qızıl saatı könüllü olaraq təqdim etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş- Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 9/6499 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 dəst gül formalı brilyant qaşlı qızıl üzük-sırğa (750 əyar, 13,8 qram) qiyməti 1311 manat, 1 cüt sallaq formalı qızıl sırğanın (750 əyar, 19,2 qram) qiyməti 1824 manat, 1 ədəd kəpənək formalı qızıl klonun (585 əyar, 5 qram) qiyməti 375 manat, 1 ədəd qızıl boyunbağının (750 əyar, 6,8 qram) qiyməti 646 manat, 1 ədəd ağ qızıldan olan boyunbağının (750 əyar, 3,5 qram) qiyməti 332 manat 50 qəpik, 1 ədəd bənövşəyi qaşlı qızıl üzüyün (585 əyar, 12,5 qram) qiyməti 937 manat 50 qəpik, 1 ədəd qızıl komlekt dəsti (585 əyar, 11,9 qram) qiyməti 892 manat 50 qəpik, 1 dəst italyan qızıl dəstini (klonu ilə boyunbağı, üzük, qolbağı) (750 əyar, 25 qram) qiyməti 2375 manat, 1 ədəd “Səid” yazılmış klonu olan boyunbağının (750 əyar, 10,5 qram) qiyməti 997 manat 50 qəpik, 1 ədəd rəngli daşlarla işlənilmiş gümüş boyunbağının (925 əyar, 30-35 qram) qiyməti 160 manat müəyyən olunur. Eyni zamanda ekspertiza tədqiqatına təqdim edilmiş 1 dəst “İlahi” markalı bijuteriyaların, 1 ədəd brilyant qaşlı qızıl qol saatının, 2 ədəd “Cuess” markalı qol saatının, 3 ədəd “Michael kors” markalı qol saatlarının qiymətinin nəzəri qaydada müəyyən olunması mümkün olmamışdır. Ekspertiza təyini haqqında qərarda qeyd edilən 10 adda qızıl-zinət əşyalarının 2021-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 9851,00 manat müəyyən edilir. Digər 5 adda mallar haqqında ətraflı məlumat (təyinatı, əyyarı, çəkisi və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 21/631a nömrəli tədqiqat haqqında arayışdangörünür ki, tədqiqata təqdim edilmiş bir ədəd daxili qıfılın silindrik mexanizmi zavod üsulu ilə istehsal olunub, Silindrik mexanizmin üzərinə “Nar.Storona” hərfləri həkk edilmiş silindirin patronu (açar oyuğu və içərisində stifləri olan) yerində aşkar edilmədi. Həmçinin üzərinə “Nar.Storona” hərfləri həkk edilmiş silindirin yuxarı, yan və içəri hissəsində kənar alətin təsiri nəticəsində əmələ gəlmiş metal əzilməsi, cızılması izləri aşkar edildi. Üzərinə “Vnutr. Storona” hərfləri həkk edilmiş silindirin açar oyuğunun xarici səthi üzərində və mexanizmin xarici səthi üzərində (korpusunda) heç bir kənar alətin təsiri nəticəsində əmələ gəlmiş izlər aşkarlanmadı. Daxili qıfılın silindrik mexanizm öz açarı təqdim olunmadığından sökmək mümkün olmadı. (bax tədqiqi hissəyə). Bu səbəbdən də üzərinə “Vnutr. Storona” hərfləri həkk edilmiş silindirin öz açarı və ya kənar əşya ilə açılıb-açılmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsində aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsindəngörünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, Kəpəz rayonu, ev 9, mənzil 7-də yaşayan X1 məxsus evdə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 ədəd saqqız üzərində olan tüpürcək nümunəsi (Gəncə ŞBPİ-nin xx.xx.2021-ci il tarixli, 120-4508-1221 №-li məktubu ilə) və xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, H.Əliyev prospekti, bina 151, mənzil 6 saylı mənzildə baş vermiş oğurluq faktı üzrə hadisə yerindən götürülmüş 01 ədəd saqqız üzərində olan tüpürcək nümunəsi (Gəncə ŞBPİ-nin xx.xx.2021-ci il tarixli, 120-14780-1221 №-li məktubu ilə) üzərində olan tüpürcək nümunəsi Təqsirləndirilən şəxs1 məxsusdur (xx.xx.1988 Bakı ş.). Qeyd: Təqsirləndirilən şəxs1 götürülmüş bioloji nümunələr tədqiqat zamanı sərf edildi. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının hissəvi rədd edilməsi və materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, qərarın təsvin hissəsində göstərilənlərə əsasən Şahid1 özünü müdafiə xarakterli izahatının əksinə olaraq 2021-ci ilin may ayının ortalarında Bakı şəhəri, Xətai rayonunun ərazisində yerləşən “Əhmədli” metro stansiyasının çıxışındakı qızıl alqı-satqı mağazasında əvəllər tanımadığı Təqsirləndirilən şəxs1 şəxsiyyətini təsdiq edən heç bir sənəd tələb etmədən, sonuncunun cinayət yolu ilə əldə etdiyi qızıl əşyaları dəyərindən xeyli ucuz qiymətə, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə etdiyi, həmin qızıl əşyaları iz itirmək məqsədilə qısa müddət ərzində əridərək istifadə etdiyi məlum olduğundan Şahid1 əməlinə hüquqi qiymət verilməsi məsələsinə baxılması üçün toplanmış material Azərbaycan Respublikası CPM-nin 207-ci və 213-cü maddələrinin tələbinə əsasən istintaq aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu vasitəsilə Bakı şəhəri Xətai rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərərçəkmiş və şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində göstərilən cinayət əməlini törətməkdə təqsirlidilər və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2011-ci il tarixli qərar). Sübut dedikdə məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) başa düşülür (CPM-nin 124.1-ci madd.). Cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları yalnız sübutlara əsasən müəyyən edilir (CPM-nin 139.0 və 139.0.1-ci maddələri). Sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər (CPM-nin 125-ci madd.). CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. CPM-nin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər (CPM-nin 145.1 və 145.2-ci maddələri). Azərbaycan Respublikası Cinayət-prosessual qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərindən görünür ki, cinayət prosesini həyata keçirən orqan hər hansı hadisənin baş verməsini mötəbər şəkildə sübut etməlidir, o cümlədən hadisənin baş verməsinin vaxtı, yeri, şəraiti, təqsirin forması, hadisənin baş verməsinin səbəbləri, motivi, niyyəti və sair əhəmiyyətli hallar mötəbər sübutlarla təsdiq edilməlidir. Bu məqsədlə sübutlar əldə olunmalı, yoxlanılmalı, müqayisəli şəkildə tədqiq edilməli və obyektiv şəkildə qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzanın növü və həddi ilə bağlı isə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə törədilən əməllər cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə 08 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.3.2-ci maddəsindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş və ona 5 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə 3 ay 16 gün müddətə vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyindən sözügedən cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsi və əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİdən daxil olmuş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə xx.xx.2008-ci il tarixdə Rusiya Federasiyasının Çertanovsk rayon Məhkəməsinin qərarı ilə Rusiya Federasiyası CM-nin 105 maddəsinin 1-ci hissəsi, 158-ci maddəsinin 2-ci hissəsinin Q bəndi, 69-cu maddəsinin 3-cü hissəsi ilə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə əməli AR CM-nin 120.1, 177.1 və 66.3-cü maddələrinə tövsif edilmiş, cəzası dəyişdirilmədən saxlanmış, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Odur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmədiyindən sözügedən cinayət əməlini törətməsi cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlini etiraf etməsi, zərərşəkmiş şəxsə vurulmuş ziyanın qismən ödənilməsi və əməlindən peşman olması cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olması, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmayan müddətdə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 əməlində cinayətlərin residivi olduğundan o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - 1 ədəd “Longines” markalı qol saatının Zərərçəkmiş şəxs verilməsi nəzərə alınmalı, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi4 vəMüdafiəçi3 işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 180 manat olmaqla cəmi 360 (üç yüz altmış) manat məbləğində pul ödənilməlidir. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 müştərək qaydada ona vurulan maddi zərərə görə 14950 manat pulun, mənəvi zərərə görə 10000 manat pulun, dövlət rüsumuna görə 168 manat, cəmi 25118 manat pulun alınaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, mülki iddia qismən təmin olunmalıdır. Çünki mülki cavabdehlərin öz təqsirləri nəticəsində mülki iddiaçıya maddi və mənəvi ziyan vurması hazırkı cinayət işinin materialları ilə təsdiq olunur. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında yaşayış sahəsinin saxlanc anbarına qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq xeyli miqdarda talayıb oğurluq etmələri, həmçinin Şahid1 cinayət yolu ilə əldə edildiyini bilə-bilə, oğurlanmış qızıl əşyalarından 1 dəst 1800 manat dəyərində gül formalı brilyant qaşlı qızıl sırğa-üzük dəstini, 1 ədəd 400 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 1250 manat dəyərində “Səid” yazılmış klonu olan boyunbağını Təqsirləndirilən şəxs1 alması müəyyən olunmuşdur. Göründüyü kimi mülki cavabdehlərin cinayət əməlləri nəticəsində mülki iddiaçı üçün mənəvi sarsıntı və iztirablara səbəb olan maddi və mənəvi zərər dəymişdir. Buna görə də mülki iddiaçının mülki cavabdehlərdən ona dəymiş maddi və mənəvi zərərin əvəzində pul ödənilməsini tələb etmək hüququ vardır. Bununla belə məhkəmə hesab edir ki, mülki iddia üzrə tələb olunan qızıl-zinət əşyalarının cəmi dəyəri 14950 manat mülki cavabdehlərin hər üçündən müştərək qaydada tutulmamalıdır. Çünki oğurlnamış qızıl əşyalarından yalnız 3 növ qızıl əşyası Şahid1 satılmışdır. Buna görə də Şahid1 satılmış 1 dəst 1800 manat dəyərində gül formalı brilyant qaşlı qızıl sırğa-üzük dəstin, 1 ədəd 400 manat dəyərində qızıl boyunbağının, 1 ədəd 1250 manat dəyərində “Səid” yazılmış klonu olan boyunbağının cəmi dəyəri 2450 manat hər üç mülki cavabdehdən müştərək qaydada mülki iddiaçının xeyrinə tutulmalı, qalan əşyaların cəmi dəyəri 12500 manat mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada mülki iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, mülki iddiaçıya dəymiş mənəvi ziyana görə hər üç mülki cavabdehin hər birindən 1000 manat məbləğində pul mülki iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi həmin Qərarda qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, şəxsə yetirilən mənəvi zərərin kompensasiyasından söhbət gedir. Belə olan halda Konstitusiya Məhkəməsi bu cür kompensasiya etməni məhkəmənin mülahizəsinə görə təyin edilməli olmasını müəyyən edir. Bundan əlavə Ali Məhkəmənin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli Qərarının 2-ci bəndində belə bir mövqe əks etdirilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. ... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. ... Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. ... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mülki iddiaçı mənəvi zərərin məbləğinin hansı səbəbdən 10000 manat təşkil etməsini əsaslandırmamış, bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 168 manat dövlət rüsumunun 14 manatı mülki cavabdeh Şahid1, 65 manatı mülki cavabdeh Təqsirləndirilən şəxs1, 65 manatı mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq mülki iddiaçıya ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli 20 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdətəqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzanın əvvəli 23 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut-1 ədəd “Longines” markalı qol saatının Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın və 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi4 və Müdafiəçi3 işlədikləri Gəncə şəhər 1 saylı Vəkil Bürosuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla hər bir müdafiəçi üçün 180 manat olmaqla cəmi 360 (üç yüz altmış) manat məbləğində pul ödənilsin. Mülki iddia qismən təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 2450 (iki min dörd yüz əlli) manat müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 12500 (on iki min beş yüz) manat müştərək qaydada tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Dəymiş mənəvi ziyana görə mülki cavabdehlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Şahid1 hər birindən 1000 (bir min) manat məbləğində pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 168 manat dövlət rüsumunun 14 (on dörd) manatı mülki cavabdeh Şahid1, 65 (altmış beş) manatı mülki cavabdeh Təqsirləndirilən şəxs1, 65 (altmış beş) manatı mülki cavabdeh Təqsirləndirilən şəxs2 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar