Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-60/2020 01.12.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi4 və Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə xx.xx.1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 mənzil 39-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2, xx.xx.1973-cü ildə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırki iş üzrə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yerləşən və Şahid1 məxsus ətrafı dəmir hasarla hüdudlanmış və saxlanc yeri olan torpaq sahəsinin yaxınlığında gözətçi mövqeyində dayanıb ətrafa nəzarət edərkən, həmin hasarın giriş qapısının cəftəsini əli ilə açıb içəri qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 yaş 6 aylıq, xalis ət çıxarı 20 kiloqram olan 220 manat dəyərində xırdabuynuzlu erkək qoyunu gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yerləşən və Şahid1 məxsus ətrafı dəmir hasarla hüdudlanmış və saxlanc yeri olan torpaq sahəsinin yaxınlığında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə gözətçi mövqeyində dayanıb ətrafa nəzarət etmiş və Təqsirləndirilən şəxs2 həmin hasarın giriş qapısının cəftəsini əli ilə açıb içəri qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 yaş 6 aylıq, xalis ət çıxarı 20 kiloqram olan 220 manat dəyərində xırdabuynuzlu erkək qoyunu gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməlləri onların özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər də bir neçə dəfə oğurluq cinayəti törətdiyi üçün hal-hazırda barəsində Göygöl rayon Məhkəməsində cinayət işi üzrə icraat aparılır. Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır, Nazimlə aralarında dostluq münasibətləri var. Maddi imkanı zəif olduğu üçün hərdən oğurluq edib dolanışığını təmin edir. xx.xx.2020-ci il tarixdə saat 12-13 radələrində dostu Nazim ona zəng edərək görüşmək istədiyini bildirmiş və sonradan idarə etdiyi “Naz Lifan” markalı, dövlət qeydiyyat nömrə nişanı **-EB-*** olan avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsinə gəlmişdir. O, Nazimlə “İstiqlal” parkının yanında görüşmüş və avtomobildə söhbət edərək birlikdə Qızıl Qaya qəsəbəsinə getmişlər. Həmin qəsəbədə yolun kənarı ilə keçərkən çəpərlənmiş torpaq sahəsinin birində keçi və qoyunların gəzişib otladığını, heyvanların yanında isə heç kimin olmadığını görmüşlər. Həmin vaxt onların hər ikisində də qoyunların birini oğurlayıb avtomobillə aparıb satmaq niyyəti yaranmışdır. Ona görə də, Nazim avtomobili çəpərin arxasına kimi sürüb saxlamış, o isə avtomobildən düşüb dəmirdən olan kiçik qapını açaraq içəri daxil olmuşdur. Həmin vaxt orada bir erkək qoyun tutaraq avtomobilə tərəf gətirmiş və Nazim avtomobilin yük yerini açaraq ikisi də birlikdə həmin qoyunu avtomobilin yük yerinə qoymuşlar. Daha sonra onlar avtomobilə oturub Gəncə şəhərində “Dubay” adlanan bazara getmişlər. Orada isə qoyunu tanımadıqları bir şəxsə 160 manata satmışlar. Həmin vaxt onlar qoyunu satdıqları şəxsə qoyunun özlərinə məxsus olduğunu bildirmişlər. Daha sonra onlar həmin satışdan əldə etdikləri pulu şəxsi xərcləri üçün sərf etmişlər. Onların həmin yerə getməkdə əvvəlcədən heç bir məqsədləri olmamışdır. Onlar sadəcə olaraq söhbət edərək avtomobillə gedərkən təsadüfən qoyunlar rastlarına çıxmışdır. Onlar ətrafa göz gəzdirib heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmişlər. Nazimin idarə etdiyi avtomobilin qabaq tərəf dövlət qeydiyyat nömrə nişanı yox idi. Arxa dövlət qeydiyyat nişanı isə həmin vaxt avtomobilin üzərində olmuşdur. Onların arasında əvvəlcədən olmuş razılığa əsasən o, qoyunu oğurlayıb avtomobilə tərəf gətirəcək, Nazim isə ətrafa nəzarət edəcəkmiş. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Naz Lifan” markalı, ağ rəngli, **- EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərdən taksi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs2 uzun müddətdir tanıyır, Rəşadla aralarında dostluq münasibətləri var. xx.xx.2020-ci il tarixdə saat 12-13 radələrində Təqsirləndirilən şəxs2 zəng edərək görüşmək istədiyini bildirmiş və sonradan idarə etdiyi “Naz Lifan” markalı avtomobillə Gəncə şəhəri, Gülüstan qəsəbəsinə gəlmişdir. O, Rəşadla “İstiqlal” parkının yanında görüşmüş və hər ikisi avtomobildə söhbət edərək Qızıl Qaya qəsəbəsinə getmişlər. Həmin qəsəbədə yolun kənarı ilə keçərkən çəpərlənmiş otlaq sahəsinin birində keçilər və qoyunların gəzişib otladığını, heyvanların yanında isə heç kimin olmadığını görmüşlər. Həmin vaxt onların hər ikisində də qoyunların birini oğurlayıb avtomobillə aparıb satmaq niyyəti yaranmışdır. O, avtomobili çəpərin arxasına kimi sürüb saxlamış və Rəşad avtomobildən düşüb dəmir qapını açaraq içəri daxil olmuşdur. Həmin vaxt Rəşad orada bir erkək qoyun tutaraq avtomobilə tərəf gətirmiş, o isə avtomobilin yük yerini açaraq ikisi birlikdə oğurladıqları qoyunu yük yerinə qoymuşlar. Daha sonra onlar avtomobilə oturub Gəncə şəhərində “Dubay” adlanan bazara getmiş və qoyunu orada tanımadıqları şəxsə 160 manata satmışlar. Həmin vaxt qoyunu satdıqları şəxsə qoyunun özlərinə məxsus olduğunu bildirmişlər. Daha sonra onlar həmin satışdan əldə etdikləri pulu şəxsi xərcləri üçün sərf etmişlər. Onların həmin yerə getməkdə əvvəlcədən heç bir məqsədləri olmamışdır. Belə ki, onlar sadəcə olaraq söhbət edərək avtomobillə gedərkən təsadüfən qoyunlar rastlarına çıxmışdır. Həmin vaxt ətrafa göz gəzdirib heç kimin olmadığına əmin olduqdan sonra oğurluq etmişlər. Hadisə vaxtı onun idarə etdiyi avtomobilin qabaq tərəf dövlət qeydiyyat nömrə nişanı əvvəlcədən olmayıb. Arxa dövlət qeydiyyat nişanı isə həmin vaxt avtomobilin üzərində olmuşdur. Onların arasında əvvəlcədən olmuş razılığa əsasən Rəşad qoyunu oğurlayıb avtomobilə tərəf gətirəcək, həmin vaxt o isə ətrafa nəzarət edəcəkmiş. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətində 4 baş keçi və 5 baş qoyun saxlayır. Saxladığı heyvanları hər gün otlamaları üçün yaşadığı evin qarşısında yerləşən və dayısı Şahid1 evinin həyətinə aparır. Həmin həyətin ətrafı bütövlükdə çəpərlə hasarlanmış və giriş qapısı dəmir qapı ilə bağlanır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yenə eyni qaydada özünə məxsus 9 baş xırdabuynuzlu heyvanı otlamaları üçün dayısı İslamın evinin həyətinə aparmış və həyətin qapısını bağlamışdır. Həmin gün saat 15 radələrində heyvanlara nəzarət etmək üçün həmin otlaq sahəsinə getdikdə 1 baş qoyunun olmadığını görüb dərhal ətrafı axtarmağa başlamışdır. Həmin vaxt qardaşı Mübariz ona deyib ki, ağ rəngli, dövlət qeydiyyat nömrə nişanı olmayan “Nazlifan” markalı avtomobil küçədə hərəkət edirmiş və həmin avtomobilin içərisində sürücü ilə yanaşı, bir nəfər şəxs də olmuşdur. Bundan sonra o, dərhal Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət etmişdir. Hadisə nəticəsində onun bir yaş altı aylıq, xalis əti 20 kiloqram çəkidə, 220 manat dəyərində, yerli cins olan 1 baş erkək qoyunu oğurlanmışdır. O, hadisədən əvvəl qeyd edilən torpaq sahəsinin giriş qapısını bağlamışdır. İçəri daxil olmaq üçün yalnız qapını açmaq lazım imiş. Həmin otlaq sahəsinin ətrafı dəmir çəpərlə hüdudlanmış və oraya daxil olmağa dayısından və onun özündən başqa heç kimin ixtiyarı yox imiş. Dayısı həmin yeri qoyunlarını saxlamaq üçün ona etibar edibmiş. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir, odur ki, onlara yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı, Şahid1 isə dayısıdır. Dayısı İslam və qardaşı Faiqlə bir həyətdə, lakin ayrı evlərdə yaşayırlar. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdən küçəyə çıxdıqda dövlət qeydiyyat nömrə nişanı olmayan “Nazlifan” markalı, ağ rəngli avtomobilin dayısı İslama məxsus otlaq sahəsinin yanından küçələri ilə hərəkət etdiyini görmüşdür. Həmin avtomobildə isə sürücü və bir nəfər sərnişin var imiş. Həmin şəxslərin hər ikisi orta yaşlarında imiş, lakin üzləri tam yadında qalmayıb. Həmin avtomobilin bir qədər yüklü olmasına görə nisbətən aşağı yatması, dövlət qeydiyyat nömrə nişanının üzərində olmaması onda şübhə yaratmışdır. Daha sonra isə məlum olmuşdur ki, həmin avtomobildə olan şəxslər dayısı İslamın çəpərlənmiş otlaq sahəsinə daxil olub oradan qardaşı Faiqə məxsus 1 baş qoyunu oğurlamışlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Bacısı oğlu Faiqlə bir həyətdə, lakin ayrı evlərdə yaşayırlar. Yaşadığı evin yaxınlığında özünə məxsus, təxminən 4 sot boş torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin ətrafı dəmir çəpərlə hüdudlanmış, girişində isə dəmir qapısı var. Otlaq sahəsinə daxil olmaq üçün həmin dəmir qapının cəftəsini açmaq lazımdır. O, bacısı oğlu Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə daxil olmağa, orada qoyunlarını otlamaları üçün saxlamağa icazə vermişdir. Başqa heç kimin həmin yerə daxil olmağa ixtiyarı yoxdur. xx.xx.2020-ci il tarixdə axşam saatlarında evinə gəldikdə ona məlum olmuşdur ki, naməlum şəxslər həmin yerə qanunsuz olaraq daxil olub oradan Faiqə məxsus 1 baş qoyunu oğurlamışlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 1576 saylı rəyindən görünür ki, 1 yaş 6 aylıq, xalis ət çıxarı 20 kq olan xırdabuynuzlu heyvanın (erkək qoyunun) 2020-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri olaraq, təxminən 220 manat müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrinin yerində yoxlanılması haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanması zamanı hər iki şəxs xx.xx.2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etdikləri yeri və həmin yerdə iş üçün əhəmiyyət kəsb edən yerləri əyani olaraq göstərərək ifadələrini təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisinin iştirakları ilə Təqsirləndirilən şəxs1 mülkiyyətində olan **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Nazlifan” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, qeyd edilən avtomobil ağ rəngli, “Nazlifan” minik markalı, ön tərəfində dövlət qeydiyyat nömrə nişanı olmayan, arxa tərəfində isə **-EB-*** dövlət qeydiyyat nömrə nişanı olan avtomobildir. Baxış zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qeyd edilən avtomobillə xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri, Qızılqaya qəsəbəsinə getdiklərini və oradan oğurladıqları 1 baş qoyunu həmin avtomobilin yük yerinə qoyub apardıqlarını bildirmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı, “Nazlifan” markalı avtomobil Təqsirləndirilən şəxs1 məxsusdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Gəncə şəhəri, Qızılqaya qəsəbəsində Zərərçəkmiş şəxs məxsus çəpərlənmiş yerdə baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir nəfər az yaşlı uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonalarası Ruhi Əsəb dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonalarası Narkoloji dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonalarası Ruhi Əsəb dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Rayonalarası Narkoloji dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2006-cı ildən hal-hazıradək dispanserdə qeydiyyatda durur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-X1 Birliyi 1 saylı MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakteriza olunur. İşdə olan sənədlərdən həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 ikinci qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğurluq yol ilə ələ keçiridikləri 1 baş qoyunun satılması faktı ilə bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmi və bu barədə material ayrılmışdır. Təqsirləndirilən şəxs1 məxsus “Naz Lifan” markalı, **-EB-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil iş üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün sahibində qalması nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yerləşən və Şahid1 məxsus ətrafı dəmir hasarla hüdudlanmış və saxlanc yeri olan torpaq sahəsinin yaxınlığında gözətçi mövqeyində dayanıb ətrafa nəzarət edərkən, həmin hasarın giriş qapısının cəftəsini əli ilə açıb içəri qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 yaş 6 aylıq, xalis ət çıxarı 20 kiloqram olan 220 manat dəyərində xırdabuynuzlu erkək qoyunu gizli olaraq talayıb oğurluq etmişdir, digər Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə, saat 12-13 radələrində Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında, Gəncə şəhəri, Qızılqaya qəsəbəsində yerləşən və Şahid1 məxsus ətrafı dəmir hasarla hüdudlanmış və saxlanc yeri olan torpaq sahəsinin yaxınlığında özgənin əmlakını gizli olaraq talamaq məqsədilə gözətçi mövqeyində dayanıb ətrafa nəzarət etmiş və Təqsirləndirilən şəxs2 həmin hasarın giriş qapısının cəftəsini əli ilə açıb içəri qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs məxsus 1 yaş 6 aylıq, xalis ət çıxarı 20 kiloqram olan 220 manat dəyərində xırdabuynuzlu erkək qoyunu gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin maddələr ilə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2019-cu il tarixdə Göygöl rayon Polis Şöbəsi tərəfindən ********* saylı cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət məsuliyyətinə cəlb edilmiş, xx.xx.2019-cu il tarixdə həmin cinayət işi məhkəməyə göndərilib. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(066)-21 /2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 03 aprel 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(104)-284/2020 saylı qərarından görünür ki, Göygöl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(066)-21/2020 saylı hökmü dəyişdirilərək, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il müddətinə endirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmuş və həmin cinayət işi 24.042019-cu il tarixdə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(043)-34/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(043)-84/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(043)-34/2020 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 20 (iyirmi) günü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.5-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir günü hesabı ilə hesablanmaqla 06 (altı) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, çəza çəkmə müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, həmçinin hər iki təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini və törətdikləri cinayət əməlini səmimi etiraf etmələrini, eləcə də Təqsirləndirilən şəxs1 himayəsində bir az yaşlı uşağının olmasını və özünün ikinci qrup əlil olmasını onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarların şəxsiyyətini, təyin olunan cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini onun barəsində olan Göygöl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü və Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı çıxarıldıqdan əvvəl törətmişdir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini onun barəsində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü çıxarıldıqdan əvvəl törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və onların islah edilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, X3 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, X3 azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 03 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə də, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(104)-284/2020 saylı qərarı ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu müddət ona təyin olunacaq cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun barəsində olan Göygöl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü üzrə müəyyən edilmiş xx xxxxx 2020-ci il tarixdən hesablanmalıdır, bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(043)-84/2020 saylı qərarı ilə təyin edilmiş 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu müddət ona təyin olunacaq cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(043)-84/2020 saylı qərarı üzrə müəyyən edilmiş xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hökm qanuni qüvvəyə minənədək onların həbsdə olmaları nəzərə alınmalı, hazırki iş üzrə onların barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə ləğv edilməlidir. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs1 məxsus “Naz Lifan” markalı, **-EB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 tərəfindən 10 (on) iş saatı, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 və Müdafiəçi3 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 60 (altmış) manat, cəmi 120 məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Gəncə Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 1(104)-284/2020 saylı qərarı ilə təyin edilmiş 02 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 2 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 barəsində olan Göygöl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü üzrə müəyyən edilmiş xx xxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 həbsdə olması nəzərə alınsın və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(043)-84/2020 saylı qərarı ilə təyin edilmiş 06 (altı) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 2 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 2 (iki) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs1 barəsində olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(043)-84/2020 saylı qərarı üzrə müəyyən edilmiş xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 həbsdə olması nəzərə alınsın və hazırki cinayət işi üzrə onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 məxsus “Naz Lifan” markalı, **-EB- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi4 və Müdafiəçi3 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 60 (altmış) manat, cəmi 120 məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-60/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-60/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver