Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-61/2020 21.05.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4 və həmin idarənin Gəncə şöbəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı,Zərərçəkmiş şəxs Hafiz qızının, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 A, mənzil 22-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 00:20 radələrində arvadı Zərərçəkmiş şəxs Hafiz qızı ilə yaşadıqları ünvan 1 A, mənzil 22 ünvanında aralarında ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə qəsdən vuraraq sonuncuya sağ göz nahiyyəsinin hemotoması, sağ diz, sağ iç-topuq, sağ daban nahiyyələrinin və sağ əlin ovuc səthinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması, sağ bilək nahiyyəsinin yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcə də işdə olan və tədqiq olunan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2007-ci ildən Zərərçəkmiş şəxs Hafiz qızı ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahlarından iki azyaşlı uşaqları var. Təxminən 3-4 ay olar ki, ailələrində qısqanclıq zəminində tez-tez narazılıqlar olmuşdur. xx.xx.2020-ci il tarixdə gecə saat 23 radələrində arvadı Qızılgül ona zəng edərək, evdə işığın sayğacında işığın bitdiyini, karta pul yükləməsini bildirmişdir. O da işığın kartını uşaqla göndərməsini, mağazadan yükləyəcəyini ona bildirmişdir. Bu zaman arvadı Qızılgül ona mesaj yazaraq “qız uşağı gecə vaxtı çöldə olmaz” demişdir. O da bundan sonra narahat olmamasını, özünün gələcəyini demiş və təxminən 10-15 dəqiqədən sonra evə getsə də qapının bağlı olmasını görmüşdür. Avtomobilini işə salıb onların arxası ilə getmək istədikdə, arvadı onun qabağını kəsərək, yenə də onu tutduğunu, pozğun yanında olduğunu demişdir. O isə arvadının sözünə əhəmiyət verməyərək evin işığını yükləyib evə gəlmişdir. Evə gələn kimi arvadı yenə də ona təhqiredici ifadələr işlədərək pozğun qadınların yanında olduğunu demişdir. O da arvadının bu sözlərinə əsəbləşərək, özünə məxsus olan mobil telefonu yerə vurub sındırmış və Qızılgülə aldığı telefonu isə onun əlindən alıb, bu telefonun ailəsini dağıtdığını demişdir. Sonra yenə də aralarında mübahisə olmuş, bu zaman o, əsəbləşərək Qızılgülün sifət və baş nahiyyəsinə iki-üç dəfə yumruqla, təpiklə isə bədən nahiyyəsinə qəsdən vuraraq ona xəsarət yetirmişdir. Sonra anası və qardaşı Samir onlara gəlmişlər. Samir onun qolundan tutub çölə çıxartmış, anası isə evdə Qızılgülü sakitləşdirməyə çalışmışdır. Bu zaman X5 rayonunda yaşayan atası Hafizə zəng edib, onların yenə də dalaşdıqlarını bildirib onları çağırmışdır. Bundan təxminən 5-10 dəqiqə sonra qayınanası Elmira və baldızı Günel onlara gəlmiş və səs-küy salmışlar. Lakin o, onların sözlərinə əhəmiyyət verməyərək qardaşı Samirlə birlikdə anası evinə getmişdir. Hadisədən sonra hərəkətlərindən peşman olmuş və Güneldən üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alıb məhkəmədən cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs Hafiz qızı ifadəsində göstərmişdir ki, 2007-ci ildən Təqsirləndirilən şəxs ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan iki azyaşlı uşaqları var. Təxminən 3-4 ay olar ki, ailələrində qısqanclıq zəminində tez-tez narazılıqlar olur. xx.xx.2020-ci il tarixdə gecə saat 23 radələrində əri Zaur evə gəlmədiyinə görə, həmçinin evin işıqları söndüyünə görə onunla telefonla əlaqə saxlamaq istəsə də, o, cavab verməmişdir. Təxminən bir saatdan sonra Zaur ona zəng etmiş, o da evin işığının söndüyünü, işığın sayğacının kartına pul yükləməsini, işıqlar söndüyündən uşaqların evdə qorxduğunu demişdir. xx.xx.2020-ci il tarixdə gecə saat 00:00 radələrində Zaur evə içkili vəziyyətdə gəlib, onunla mübahisə etmiş, nalayiq sözlərlə onu təhqir etmişdir. Həmin vaxt Zaur boş bankanı ona tərəf atmış və banka başına dəymişdir. Bundan sonra qayınanası onu sakitləşdirmək istəsə də, Zaur sakitləşməyərək yenə də onu döyərək bədəninin və sifət nahiyyəsinin müxtəlif yerlərinə təpik və yumruqla vuraraq xəsarət yetirmiş və telefonunu gətirmək üçün çıxıb getmişdir. Bir qədər sonra Zaurun gəlmədiyini görüb, onun arxası ilə getdikdə, Zaur yenə də yataqxananın qarşısında onu təhqir edib hədələyərək qolundan tutub, zorla onu evə aparmaq istəmişdir. O, getmək istəmədikdə Zaur onu yenə də vurmuşdur. Hadisə zamanı Zaurun onun sağ bilək nahiyyəsinə nə ilə xəsarət yetirməsini bilmir. Bundan sonra anası Elmira və bacısı Günel onların evinə gəlmiş, həmin vaxt atası Daxili İşlər Nazirliyinin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs hərəkətlərindən peşman olmuş və ondan üzr istəyərək, onunla barışmış və ona dəymiş ziyanı ödəmişdir. Ona görə də cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir (Zərərçəkmiş şəxs Hafiz qızı cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respubikasının Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 Gəncə şəhər şöbəsindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 256 saylı «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs Hafiz qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ göz nahiyyəsinin hematoması, sağ diz, sağ iç-topuq, sağ daban nahiyyələrinin və sağ əlin ovuc səthinin sıyrıqları, alt dodağın seliki qişasının qansızmasıbərk küt əşyanın (əşyaların), sağ bilək nahiyyəsinin yarası isə kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki,xx.xx.2020-ci il tarixdə saat 00:20 radələrində Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs Hafiz qızı ilə yaşadıqları ünvan 1 A, mənzil 22 ünvanında aralarında ailə münasibətləri zəminində yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əlləri və ayaqları ilə qəsdən vuraraq sonuncuya sağ göz nahiyyəsinin hemotoması, sağ diz, sağ iç-topuq, sağ daban nahiyyələrinin və sağ əlin ovuc səthinin sıyrıqları, alt dodağın selikli qişasının qansızması, sağ bilək nahiyyəsinin yarası kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, təhqiqat orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin ifadəsini dinləyib, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını araşdırıb hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, onun barəsində cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmışxx.xx.2020-ciil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkibi olmadığında həmin fakt üzrə barəsində cinayət təqibi rədd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Hafiz qızınınərizəsindən görünür ki, hazırda cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarına əlavə edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmə iclasında işə baxılarkən aydın olmuşdur ki, cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə araşdırması zamanı cinayət əməlini törətmiş şəxsTəqsirləndirilən şəxsmüdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi tərəfindən 5 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçivəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına30 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına30 manat məbləğində pul köçürülsün (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********). Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(044)-61/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-61/2020
21.05.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver