Məhkəmə qərarları › İş №1(044)-61/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-61/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-61/2022 26.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx.xx.1990-cı ildə Ağdərə rayonu, Çərəktar kəndində anadan olmuş, evli, orta təhsilli, Kəlbəcər rayonu Çərəktar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında məskunlaşmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 1(101)-121-2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 310-cu maddələri ilə maddələri ilə təqsirli bilinərək barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 7(075)-248/201 saylı qərarı ilə 08.11.2019-ci il tarixdən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 304.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2017-ci il tarixli, 1(101)-121-2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 310-cu maddələri ilə maddələri ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməmiş qalan 01 il 11 ay 11 gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə Şəki rayon məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 7(075)-248/201 saylı qərarı ilə 08.11.2019-ci il tarixdə 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə etap edilib həmin tarixdən həmin müəssisədə cəza çəkdiyi müddətdə 30 iyul 2020-ci il tarixdə saat 21:50 radələrində cəza çəkdiyi azadlıqdan məhrum etmə yeri olan Gəncə şəhəri Nizami rayonu Cavadxan qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin giriş-çıxış qapısının açıq olmasını bilməklə həmin qapıdan istifadə edərək azadlıqdan məhrum etmə yerindən qaçmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 304.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadələrində göstərmişdir ki, 2020-ci ilin iyun ayının 30-dək Gəncə şəhəri 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkmiş, 5 saylı Cəzaçəkmə müəssisədən qaçmağı ilə bağlı 27.07.2020-ci il tarixdə müəssisə rəhbərliyinin əmri ilə 5 gün müddətində barəsində cərimə təcridxanasına keçirilməsi barədə qərar verilmiş, həmin vaxt o qısa müddətli ailə görüşündə olan zaman tanışı Cəfər vasitəsiylə banka kredit ödənişində gecikməsi olan avtomobili alaraq həmin avtomobili təmir edib satacağına razılaşmış, daha sonra Cəfər gündəlik olaraq evdən avtomobilin təmiri adı altında pullar alaraq öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Həmin vaxt Cəfər ona atası Elşənin ondan avtomobilin təmiri üçün xərclədiyi pulların məbləğinin yüksək deməsini ondan xahiş etmiş, bundan sonra o, da tanışı Cəfərin atası Elşənin yanında pis olmaması üçün atası Elşənə avtomobilə şişirdilmiş məbləğdə pul xərclədiyini bildirmişdir. Bundan başqa Cəfər dəfələrlə atası Elşəni aldadıb yüksək məbləğlərdə pulu evdən götürüb xərcləmiş, daha sonra Cəfərin atası Elşən adlı şəxs onun yanına gələrək avtomobilin hansı məbləğə satılacağını ondan soruşduqda o Cəfərin atası Elşənə avtomobili 5500 AZN qiymət civarında satacağını bildirmişdir. Bu zaman Cəfərin atası ona oğlu Cəfərin avtomobil adı ilə evdən 8000-9000 AZN məbləğində pul götürdüyünü bildirib, onunla bu məsələni haqq-hesab edəcəyini söyləmiş, bundan sonra Cəfərin atası Elşən onun barəsində Nizami RPB-nə müraciət etmişdir. Həmin şikayət əsasında müəssisə rəisi tərəfindən 27 iyul 2020-ci il tarixli qərarla o cərimə təcridxanasına keçirilmiş, həmin vaxt ailəsi Bakı şəhərində olduğundan, maddi vəziyyətləri yaxşı olmadığından narahatçılıq hissi keçirərək 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində qala bilməmiş və 27 iyul 2020-ci il tarixdə o cərimə təcridxanasına keçirilməməsi ilə bağlı həmin müəssisənin rəisinin yanında olmuşdur. Rəisdən onu cərimə təcridxanasına salmamağını, onu qısamüddətli görüşə buraxmağını xahiş etmiş, həmin rəis ona şikayətçini razı salmasını bildirib, daha sonra bu məsələni yoluna qoyacağını söyləmişdir. Cərimə təcridxanasında olduğu müddətdə narahatçılıq hissi keçirərək ailə üzvlərini fikirləşmiş və müəssisədən sakitcə çıxıb getmək istəmişdir. 30 iyul 2020-ci il tarixdə saat 21 radələrində cərimə təcridxanasında olan zaman rəisin növbə üzrə köməkçisi Şahid2, nəzarətçi Elzamin Məşədiyev 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində xidmət aparırmış, bu zaman adını bilmədiyi digər məhkum yoldaşı cərimə təcridxanasını təmizləmək üçün Şahid2lə birlikdə cərimə təcridxanasının qarşısına gəlmiş, Şahid2 onun yanına gələn zaman nəzarətçi Elzamin Məşədiyevi ərzaq almaq üçün mağazaya göndərmişdir. Şahid2 cərimə təcridxanasının qapısını açaraq digər, adını bilmədiyi məhkumu cərimə təcridxanasına salaraq oranı təmizləməyi tapşırmış, bu zaman Şahid2 oranın təmizlənəcəyini söyləyib ona çölə çıxıb, cərimə təcridxanasının qarşısında dayanmağı tapşırmışdır. Şahid2 soyuducuya nə isə qoyub əlini yumaq üçün cərimə təcridxanasının içərisinə daxil olmuş, o isə cərimə təcridxanasının qarşısında dayanıb ətrafa baxmış və Elzamin Məşədiyevin mağazaya gedən zaman qapını açıq qoyduğunun şahidi olmuşdur. Həmin vaxt oradan qaçıb Bakı şəhərinə getmək qərarına gəlmiş, bu zaman Şahid2 başının cərimə təcridxanasında işə qarışdığını görüb çöl qapıya doğru hərəkət edib qapının qarşısına çatan zaman oradan qaçaraq uzaqlaşmışdır.Oradan çıxıb Gəncə şəhəri ərazisində tanımadığı bir nəfər şəxsə yaxınlaşıb onun mobil telefonunu alaraq qayınatasına zəng edib oğlu Elayla danışmış, daha sonra sağollaşıb telefonu sahibinə qaytarmış, həmin vaxt oğlu üçün darıxdığını anlayıb Bakı şəhərinə getmək üçün Göygöl rayonu, Hacıməlik yoluna tərəf çıxmış, orada tanımadığı yük maşınına əl edib onu saxladıb Goranboy rayonuna getmişdir. Goranboy rayonunda taksiyə əyləşib Bakı şəhərinə yollanmış, Bakı şəhərinə gedib bir müddət parkda və çöllərdə qalmışdır. 29 sentyabr 2020-ci il tarixdə o çalışdığı avto servisdən çıxıb Bakı şəhəri Babək prospekti ilə hərəkətdə olan adını bilmədiyi bir nəfər şəxs ona yaxınlaşaraq telefonla danışmaq istədiyini bildirib ondan telefon verməyini xahiş etmiş, daha sonra o özünü Bakı şəhəri, Nizami RPİ-nin 25-ci polis şöbəsinin əməkdaşı olduğunu bildirib ona problem yaratmamağı və birlikdə onunla getməyi bildirmişdir. O, polis əməkdaşına heç bir etiraz etməyərək onların avtomobilinə əyləşib Bakı şəhəri, Nizami RPİ-nin 25-ci polis şöbəsinə yollanmış, orada ona barəsində Gəncə şəhər prokurorluğu tərəfindən axtarış qərarı olduğu bildirilib, həmçinin onun barəsində Bakı şəhəri, Nizami RPİ-də araşdırma getdiyi söylənilmişdir. Sonda o, əməlindən peşman olduğunu, himayəsində 1 az yaşlı uşağı olduğunu, məcburi köçkün olduğunu, atasının müharibə veteranı olduğunu, özünün İİ qrup əlil olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri ərazisində yerləşən 5 saylı cəzaçəkmə müəssisəsində işləmişdir. 30 iyul 2020-ci il tarixdə rəisin növbə üzrə köməkçisi X4 məzuniyyətdə olduğu üçün onun vəzifəsini müəssisə rəisinin əmrinə əsasən icra edib həmin gün saat 10:00-da nəzarətçi Əlizamin Məşədiyevlə birlikdə növbəni təhvil alaraq xidməti təşkil edib xidmət aparırmış, növbəni təhvil alan zaman məhkum Təqsirləndirilən şəxs cərimə təcridxanasında cəza çəkirmiş, belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2020-ci il tarixdə o xidmətdə olan zaman 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin əməkdaşlarına kobudluq etdiyi və gigiyena qaydalarına əməl etmədiyi üçün müəssisə rəisi Məhəmməd Nəsibovun qərarı ilə 5 günlük cərimə təcridxanasına salınmış və həmin tarixdən orada saxlanılmış, 30 iyul 2020-ci ildə saat 18 radələrində müəssisə rəisi Məhəmməd Nəsibov müəssisədən çıxarkən cəzaçəkmə müəssisəsində olan digər məhkum Ramil Əliyevin cərimə təcridxanasına yerləşdirilməsi ilə bağlı ona göstəriş vermiş, həmin vaxt Məhəmməd Nəsibova cərimə təcridxanasında 1 yataq yerinin olduğunu bildirdikdə M.Nəsibov ona Ramil Əliyevin mətbəxdən yataq üzlüyünü götürərək yerə salaraq yatmasını ona bildirmiş, daha sonra rəis Məhəmməd Nəsibovu yola salıb müəssisəyə qayıtmış, müəssisəyə qayıtdıqdan sonra Elzamin Məşədiyev onun yanına gələrək ərzaq almaq üçün mağazaya getmək istədiyini ona bildirmiş, o məhkumlara və özümüzə ərzaq almaq üçün Elzamin Məşədiyevə 5 AZN pul vermiş, təxminən 15 dəqiqə sonra müəssisə rəisi Məhəmməd Nəsibovun göstərişinə əsasən Ramil Əliyevə mətbəxdən yataq üzlüyünü götürməsini bildirib onu cərimə təcridxanasına salmaq qərarına gəlmiş, bu zaman Ramil Əliyev mətbəxdən yataq üzlüyünü götürüb cərimə təcridxanasının qarşısında dayanmış, cərimə təcridxanasının qapını açdıqda məhkum Ramil Əliyev ondan siqaret istəmiş, o arxasını çöndərib siqateri götürmək istəyən zaman digər məhkum Təqsirləndirilən şəxs onu arxadan itələyərək oradan qaçıb uzaqlaşmış, Təqsirləndirilən şəxs qaçdığını görüb onun arxasınca qaçsa da, Təqsirləndirilən şəxs tuta bilməmiş, daha sonra bu barədə müəssisə rəisi Məhəmməd Nəsibova məlumat vermişdir. Şahid2 həmçinin ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs müəssisədən qaçan zaman Elzamin Məşədiyev 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində olmamış, həmin vaxt Elzamin ərzaq almaq üçün mağazaya yollanmış, o 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan digər məhkum Ramil Əliyevi rəisin göstərişi əsasında cərimə təcridxanasına salmağı üçün cərimə təcridxanasının qapısını açmış, bu zaman Ramil Əliyev ondan siqaret istədiyi üçün arxa tərəfə çönüb siqareti götürmək istədiyi vaxt cərimə təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs cərimə kamerasının qapısının açıq olmasından istifadə edərək onu arxadan itələmiş və oradan qaçaraq uzaqlaşmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid3, Şahid4, Şahid6 və ibtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 Şahid2 ilə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 elan edilmiş ifadəsindən görünür ki, onun barəsində 2018-ci ilin sentyabr ayının 1-də barəsində həbs qətimkan tədbiri seçilərək Gəncə şəhər 2 saylı İstintaq təcridxanasına yerləşdirilmiş, 2019-cu ilin iyul ayının 27-də Nizami rayon məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 2019-cu ilin noyabr ayının 18-də 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə etap edilmiş, baş vermiş hadisə ilə bağlı 30 iyul 2020-ci il tarixdə o Gəncə şəhər ərazisində yerləşən 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində olmuş, həmin gün rəisin göstərişi əsasında müəssisə daxilində təmizlik işləri görmüş, gün ərzində təmizlik işləri gördükdən sonra işini yekunlaşdırıb istirahət edirmiş, 30 iyul 2020-ci il tarixdə saat 18 radələrində müəssisə rəisi Məhəmməd müəllim işdən çıxaraq evə yollanmış, daha sonra digər işçilər də iş saatı bitdiyi evlərinə getmişlər, həmin gün axşam növbəsində rəisin növbə üzrə köməkçisi Şahid2 və nəzarətçi Elzamin Məşədiyev qalmış, həmin gün saat təxminən 19 radələrində rəisin növbə üzrə köməkçisi Şahid2 ona yaxınlaşıb rəisin onun cərimə təcridxanasına yerləşdirilməyi ilə bağlı göstərişi olduğunu bildirib cərimə təcridxanasına girməyini söyləmiş, o həmin Şahid2 cərimə təcridxanasına girmək istəmədiyini söylədikdə Şahid2 ona etiraz edib rəisin göstərişi olduğunu bildirib cərimə təcridxanasının qapısını Elzamin Məşədiyevlə birlikdə açıb onu cərimə təcridxanasına yerləşdirmiş, o cərimə təcridxanasına daxil olan zaman orada digər məhkum, adını sonradan bildiyi Təqsirləndirilən şəxs da cərimə təcridxanasında olduğunu görmüş, daha sonra Şahid2 Elzamin Məşədiyevə göstəriş verərək ərzaq almağı üçün mağazaya getməsini söyləmiş, Elzamin Məşədiyev mağazaya getdikdən təxminən 10-15 dəqiqə sonra müəssisəyə qayıtmış, bundan sonra X5 Əliyev müəssisənin həyətində əyləşib axşam yeməyi etmiş, saat təxminən 21 radələrində o Şahid2 səsləyib ona siqaret verməsini söyləmiş, həmin vaxt Şahid2 ona siqaretinin olmadığını bildirib Elzamin Məşədiyevi yenidən mağazaya göndərəcəyini söyləyib cibindən 5 AZN pul çıxararaq Elzaminə doğru uzatmış, Elzamin pulu götürən zaman Şahid2 ona Elzaminlə birlikdə mağazaya getmək istəyib-istəməməyini soruşmuş, o həmin vaxt Şahid2 mağazaya getmək istəmədiyini bildirib onu cərimə təcridxanasına qanunsuz saldığını söyləmiş, oradan çıxartmasını istəmiş, bu zaman Şahid2 ona etiraz edib cərimə təcridxanasının qapısını açaraq yataq dəstini gətirməsini söyləmiş, o cərimə təcridxanasından çıxıb mətbəxdən yataq dəstini götürərək yenidən cərimə təcridxanasına qayıtmış, o yataq dəstini götürən zaman Elzamin Məşədiyev hələ mağazaya getməmiş, daha sonra Şahid2 təkidlə Elzamin Məşədiyevə mağazaya getməsini söyləyib ona səsini qaldırmış, Elzamin Məşədiyev qapıdan çıxan zaman cərimə təcridxanasında saxlanılan digər məhkum Təqsirləndirilən şəxs Şahid2 onunla işinin olduğunu bildirib çölə çıxmaq istədiyini söyləmiş, bu zaman Şahid2 cərimə təcridxanasının qapısını yenidən açaraq Təqsirləndirilən şəxs cərimə təcridxanasından çıxarıb yenidən qapını bağlamış, Təqsirləndirilən şəxs çıxdıqdan təxminən 10 dəqiqə sonra Şahid2 həyəcanlı formada cərimə təcridxanasının qapısının ağzına gələrək ona digər məhkumun qaçdığını söyləmiş, bu söhbətdən təxminən 10 dəqiqə sonra isə Elzamin Məşədiyev əlində torba ilə birlikdə mağazadan qayıtmış, mağazadan qayıdan zaman Şahid2 Elzamin Məşədiyevə məhkum Təqsirləndirilən şəxs qaçması barədə məlumat vermiş, həmin vaxt Elzamin Məşədiyev ilk öncə Şahid2 inanmamış və cərimə təcridxanasının qapısını açaraq içəri baxmış, daha sonra X7 Əliyevə bu barədə müəssisə rəisinə məlumat verməsini söyləmiş, daha sonra isə olanlar barəsində heç bir məlumatı olmamışdır. Şahid7 həmçinin ifadəsində qeyd etmişdir ki, məhkum Təqsirləndirilən şəxs qaçan zaman X7 Əliyevin göstərişi əsasında mağazaya getmiş, sonra məhkum Təqsirləndirilən şəxs Şahid2 onunla işi olduğunu bildirərək cərimə təcridxanasından çıxarılmasını xahiş etmiş, Şahid2 də Təqsirləndirilən şəxs xahişi əsasında onu cərimə təcridxanasından çıxarmış, daha sonra məhkum Təqsirləndirilən şəxs qaçmış, 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəhbəri tərəfindən məhkumlardan evdə gecələməkləri üçün aylıq 120 AZN pul alınır, o da aylıq 120 AZN pulu verə bilmədiyi üçün 30 avqust 2020-ci il tarixdə 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.07.2020-ci il tarixli 12 saylı qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs 21.07.2020-ci il tarixdə saat 9:00-da müəssisəyə ailə görüşündən qayıtmalı olduğu halda həmin gün saat 11:05-da müəssisəyə gəlmiş, bununlada cəzanın çəkilməsi qaydasını pozmuşdur. Buna görə də müəssisə rəisinin qərarı ilə ona “Töhmət” elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.07.2020-ci il tarixli 13 saylı qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs 21.07.2020-ci il tarixdə onunla daxili rejim qaydalarına dair söhbət aparan əməkdaşa qarşı kobudluq edərək gigiyena qaydalarına əməl etməyəcəyini kobud formada bildirməklə cəzanın çəkilməsi qaydasını pozmuşdur. Buna görə də müəssisə rəisinin qərarı ilə o, 5 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.07.2020-ci il tarixli 14 saylı qərardan görünür ki, məhkum Təqsirləndirilən şəxs 27.07.2020-ci il tarixdə müəssisədə əməkdaşlara qarşı kobudluq edərək nalayiq ifadələr işlətmiş, bununlada cəzanın çəkilməsi qaydasını pozmuşdur. Buna görə də müəssisə rəisinin qərarı ilə o, 5 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış 25.10.2021-ci il tarixli tələbnamədən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 1(101)-121/2017 saylı hökmündən və Şəki rayon məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 7(075)-248/201 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 fevral 2017-ci il tarixli 1(101)-121/2017 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.4 və 310-cu maddələri ilə maddələri ilə təqsirli bilinərək barəsində 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 7(075)-248/2019 saylı qərarı ilə cəzasının çəkilməmiş qalan 01 il 11 ay 11 gün müddətini çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyatnamədən görünür ki, məhkum Təqsirləndirilən şəxs müəssisədə cəza çəkdiyi müddətdə mənfi xarakterizə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan MV №017579 saylı vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X2 müharibə veteranıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AA №245412 saylı vəsiqədən görünür ki, Qədimov X3 rayonundan məcburi köçkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AA №3347468 saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs 30.03.2015-ci il təvəllüdlü Elay adlı 1 azyaşlı uşağı vardır. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 304.1-ci maddəsinə əsasən cəza çəkən, həbs edilən və ya tutulan şəxsin azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçması iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 304.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 304.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və himayəsində 1 azyaşlı uşağının olmasını, İİ qrup əlil olmasını, atasının müharibə veteranı olmasını, məcburi köçkün olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı iş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qaçdığı 30.07.2020-ci il tarixə kimi Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.02.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının 04 il 10 ay 01 günü çəkmiş, 01 il 01 ay 29 gün hissəsi çəkilməmiş olaraq qalmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallarla yanaşı, CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, CM-in 67.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 304.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, eləcə də CM-in 67.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.02.2017-ci il tarixli hökmü ilə təyin olunmuş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 29 gün hissəsi hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti cəza təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 4(044)-156/2021 saylı 01.10.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 29 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli 29 sentyabr 2021-ci tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 30 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 304.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 21.02.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 il 01 ay 29 gün hissəsi hazırkı hökmlə ona təyin olunmuş 01 il müddəintə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 30 (otuz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan, (həbsdə olan təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi andan) 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar