Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-62/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Gəncə şöbəsinin prokuroru ədliyyə müşaviri ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşayan, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə 0,340 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə etmiş, eyni məqsədlə üzərində saxlayaraq daşımış, 27.07.2021-ci il tarixdə, saat 14 radələrində həmin 0,340 qram təmiz çəkidə psixotrop maddə olan metamfetaminin 0,062 qramını yaşadığı Gəncə şəhəri, Şahsevənlər küçəsi, 1-ci döngədə yerləşən 33A saylı evin yaxınığında Şahid6 35 manat müqabilində satmış, 28.07.2021-ci il tarixdə gecə saat 02 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop maddələri əldə etməkdə, istifadə etməkdə, üzərində gəzdirməkdə və satmaqda şübhəli bilinən Hacı X10 şəhəri, Nizami prospektində yerləşən “İmperial” yanacaqdoldurma məntəqəsinin yaxınlığında saxlanılmış, Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan idman şalvarının sağ yan cibindən kibrit qutusunun içərisində olmaqla 0,278 təmiz çəkidə psixotrop maddə olan metamfetamin üzərindən aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 5-6 ildir ki, narkotik vasitə qəbul edir. 28 iyul 2021-ci il tarixdə saat təxminən 02 radələrində o, Gəncə şəhəri Nizami prospektində olan “İmperial” yanacaq doldurma məntəqsinin yaxınlığında olan zaman ona iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərinin polis əməkdaşı kimi təqdim edib onu Gəncə şəhər BPİ-nə gətirmişlər. Orada tanımadığı və adlarını bilmədiyi polis əməkdaşları ona psixoloji təzyiq edərək göstərdikləri “şüşə” kimi tanınan narkotik vasitəni özünə məxsus olduğunu bildirməsini təkid etmişlər. Ona görə o, kibrit qutusunda olan “şüşə” kimi tanınan narkotik vasitəni cibinə qoymuş, onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə oraya gəlmiş və hüquq və vəzifələri yenidən izah edilmişdir. Daha sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O, isə əynində olan qara rəngli idman şalvarının sağ yan cibində yuxarıda qeyd etdiyi polis əməkdaşları ona verdikləri kibrit qutusunun içərisində olan narkotik vasitə olan metanfetamini təqdim etmişdir. Həmin kibtir qutusunda narkotik vasitə olan metanfetaminə oxşar kütlə müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərizisində çəkilmiş və ümumi çəkisi 4,09 qram olmuşdur. Sonra isə zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. O, daha sonra polis əməkdaşları ona dediyi kimi ifadə verərək göstərmişdir ki, guya həmin narkotik vasitəni həmin gün yaşadığı ünvanın yaxınlığından tapmışdır. Lakin həqiqətdə o, narkotik vasitədən heç kimə satmamış, istifadə etmək üçün verməmiş və tutularkən üzərində narkotik vasitə olmamışdır. Həmçinin ondan İlkin adlı şəxsi tanıyıb-tanımadığı və ona narkotik vasitə satıb-satmaması soruşulmuş, o, isə bilirmişdir ki, İlkin adlı şəxsi tanıyır, İlkinin onun qonşusudur, lakin o, İlkinə narkotik vasitə satmamış, ancaq onunla bir qonşu kimi telefon əlaqəsi olmuşdur. İlkinin ondan pul müqabilində narkotik vasitə almasını bildirməsini təmamilə şər böhtan olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında qismən ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etmişdir. 27 iyul 2021-ci il tarixdə saat təxminən 20 radələrində o, Gəncə şəhəri köhnə “Yevlax” avtovağzalı adlanan ərazinin yaxınlığındakı “N.Nərimanov” parkında olan zaman ona iki nəfər mülkü geyimdə şəxslər yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim edib onu Gəncə şəhər BPİ-nə dəvət etmişdilər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİnə gəlmiş və orada inzibati otaqların birində onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişdilər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa təqdim etsin. O, da əynində olan boz rəngli şalvarının arxa sağ yan cibində kibrit qutusunun içərisində olan narkotik vasitə olan “metanfetamin”i təqdim etmişdir. Həmin kibrit qutusunda narkotik vasitə olan metanfetaminə oxşar kütlə müdafiəçimin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş ümumi çəkisi 3,47 qram olmuşdur. Sorğu zamanı o, bildirmişdir ki, həmin narkotik vasitəni 27.07.2021-ci il tarixdə saat 14:20 radələrində əvvəllər tanıdığı İlkin adlı şəxslə öz istifadəsində olan “***-***-**-**” saylı mobil nömrə ilə danışıb aradan təxminən 20 dəqiqə keçdikdən sonra köhnə Şəmkir avtovağzalının yaxınlığında görüşüb ondan 35 manat verərək özü qəbul etmək üçün almışdır. Həmin narkotik vastədən heç kimə nə satmamış nə də ki, istifadə etmək üçün vermədiyini bildirmişdir. Həmin narkotik vastə hesab edilən metanfetaninin onda olması barədə heç kimin məlumatı olmamışdır. Bundan sonra onun üzərindən aşkar edilmiş narkotik vasitə hesab edilən kütlə qablaşdırılıb aptek tərəzisində çəkilmiş ümumi çəkisi 3,47 qram olmuşdur. Daha sonra zərfə qoyularaq 91 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğu imzalarla təsdiq etmişlər. O, İlkini təxminən 2-3 gün bündan əvvəl təsadüfən tanış olmuş və söhbət əsnasında narkotik vasitə tapıb ala biləcəyi barədə ona məlumat vermişdir. Həmin gün o, İlkinə 20 manat məbləğində pul verərək ona “patı” kimi tanıdığı psixotrop maddə olan olan “metanfetamin” almasını istəmişdir. Lakin həmin İlkin metanfetamin ala bilmədiyi üçün 20 manatı ona qaytarmışdır. O, 27.07.2021-ci il tarixdə saat təxminən 14 radələrində İlkinə zəng edərək ona “metanfetamin” ala bilib-bilməyəcəyi barədə soruşduqda isə İlkin ona bir qədər gözləməyini məlumat verəcəyini bildirmişdir. Təxminən 20 dəqiqədən sonra əlaqə saxlamış və İlkin ona “metanfetamin” ala biləcəyini demişdir. Bundan sonra o, İlkinin yaşadığı evin yaxınlığında yerləşən 41 saylı məktəbin qarşısına gedib İlkinlə görüşüb və ona “metanfetamin”i 35 manata ala biləcəyini demiş, o, isə İlkinə 35 manat ödəniş etmişdir. Bundan sonra İlkin ona 15 dəqiqə gözləməyini deyib və 35 manat pulu ondan alaraq yaşadıqları evə doğru getmişdir. Təxminən 15-20 dəqiqə sonra 1 ədəd kibrit qutusunda “metanfetamin” gətirmiş və bir qismini İlkin özünə götürərək, qalan hissəsini isə ona vermişdir. İlkin ona “metanfetamin”i 35 manata aldığını demişdir. O, əldə edib saxladığı psixotrop maddə “patı” kimi tanıdığı metafetamini heç kəsə satmamış, əvəzli, yaxud əvəzsiz olaraq verməmişdir. O, narkotik vasitə şüşə kimi tanıdığı metafetamini özü istifadə etmək üçün saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə qəbul etmişdir. 27 iyul 2021-ci il tarixdə saat təxminən 23:30 radələrində o, Gəncə şəhəri “köhnə Şəmkir avtovağzalı” adlanan ərazidə olan zaman ona iki nəfər mülkü geyimdə şəxslər yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim edib onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-пə gəlmiş və orada inzibati otaqların birində onun hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirlmişdir. Şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya varsa təqdim etsin. O, da üzərində hər hansı bir narkotik vastə və ya qanunla qadağan edilmiş əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş hər-hansı bir narkotik vastə və ya pisxatrop maddə aşkar edilməmişdir. Sorğu zamanı ondan İbrahim adlı şəxsi tanıyıb-tanımadığını və narkotik vasitə satmağını soruşduqda, o, İbrahim adlı şəxsi təxminən 3-4 gün bundan əvvəl tanıdığını, narkotik vasitə almasında ona köməklik etdiyini bildirmişdir. Belə ki, 27.07.2021-ci il tarixdə saat 14 radələrində istifasəsində olan “***-***-**-**” saylı mobil nömrəyə zəng edərək, “patı” kimi tanıdığı metanfetamin tapa bilib-bilməyəcəyini soruşduqda o, tapa biləcəyini deyib yaşadığı evin yaxınlığına çağırmışdır. Təxminən 14:30 radələrində İbrahim “köhnə Şəmkir avtovağzalı” adlanan əraziyə gəlmişdir və o, İbrahimə 30 manata “patı” kimi tanıdıqları metanfetamin ala biləcəyini, 30 manat məbləğində pul verməsini demişdir. Daha sonra İbrahimə narkotik vasitəni alacağı şəxsə 5 manat borcu olduğu və ödənişi tam ödəmədən ona narkotik vasitə satmayacağını demişdir. Bundan sonra İbrahimdən “patı” kimi tanıdıqları metanfetamini almaq üçün 5 manat, yəni ümumilikdə 35 manat məbləğində pul almış və onunla qonşuluqda yaşan Hüseyn adlı şəxsə 30 manat ödəniş edərək 1 ədəd kibrit qutusunun içərisində olan “patı” kimi tanıdığı metanfetamin almış və gətirib İbrahimə vermişdir. Həmin metanfetamini İbrahimə verərəkən üzərindən bir qismini öz şəxsi istifadəsi üçün götürüb istifadə etmişdir. Daha sonra bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğunu imzalarla təsdiq etmişdilər. O, Hüseyni uzun müddətdir tanıyır. Belə ki, Hüseyn onunla qonşuluqda yaşayır. Əvvəllərdə Təqsirləndirilən şəxs narkotik vasitəni bir neçə dəfə pul müqabilində almışdır. O, həmin 5 manat məbləğində pulu Hüseynə olan əvvəlki borcunu ödəmiş, daha sonra İbrahimə qaytaracağını bildirmişdir. Onun psixotrop maddə olan metanfetamini əldə etməyindən, saxlamağından və istifadə etməyindən heç kəsin, o cümlədən ailə üzvlərinin də, xəbərləri olmamışdır. Barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bununla əlaqədar hər hansı vəsatəti və şikayəti yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili Şahid2 Rəmyəddin oğlu ifadəsində göstərmişdir ki, 27 iyul 2021-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 16, mənzil 37-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Cavadxan qəsəbəsi, A.Sultanov küçəsi, ev 4-də yaşayan Şahid5 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o, Gəncə BPİ-nin CAİnin əməliyyat müvəkkili, X11 oğlu ilə birlikdə Şahid5 Gəncə şəhəri, Nizami küçəsi ilə Dədə Qorqud küçəsinin kəsişməsində olduğunu müəyyən edərək həmin əraziyə getmişlər və Şahid5 orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra ona qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-də Şahid5 hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil Müdafiəçi1 Şahid5 müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Şahid5 üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Şahid5 əynində olan boz rəngli şalvarın arxa sağ yan cibindən kibrit qutusunun içərisində ilk görünüşdən “metanfetaminə" oxşar kütlə aşkar edilmişdir. Sonra həmin aşkar edilmiş kibrit qutusu müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış, qutuda içərisində ağ rəngdə, ilk görünüşdən narkotik maddə olan “metanfetaminə” oxşar kütlə olduğu müəyyən edilmişdir. Daha sonra Şahid5 üzərində şəxsi axtarış keçirilmiş və başqa narkotik və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra həmin kütlə aptek tərəzisində çəkilmiş, kibrit qutusu ilə birlikdə çəkisi 3,47 qram olmuş və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Şahid5 üzərindən aşkar edilən kütlənin “patı” kimi tanıdığı metamfetamin olduğunu və həmin narkotik vasitəni 27.07.2021-ci il tarixdə tanışı İlkinin vasitəsilə aldğını, həmin kütləni heç kimə satmadığını, özünün istifadə etdiyini bildirmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, həmin əməliyyat tədbirinin davamı olaraq Şahid5 bildirdiyi tanışı İlkinə narkotik vasitəni satan ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş və o, Gəncə BPİ-nin CAİ-nin əməliyyat müvəkkili X3 ilə birlikdə 27.07.2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri Nizami prospektində olan “İmperial” yanacaq doldurma məntəqsinin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşaraq qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda, narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edildi və vəkil Müdafiəçi1 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində qızılı rəngdə ilk görnüşdən “metanfetaminə” oxşar kütlə aşkar edilmişdir. Sonra həmin aşkar edilmiş kibrit qutusu müdafiəçinin və iştirakçıların iştırakı ilə açılmış, bükümün içərisində ağ rəngdə, ilk görünüşdən narkotik maddə olan “metanfetaminə” oxşar kütlə olduğu müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və başqa narkotik və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra həmin kütlə aptek tərəzisində çəkilir, kibrit qutusu ilə birlikdə çəkisi 4,09 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan “metanfetamınə” oxşar kütləni həmin günü yaşadığı evin yaxınlığından tapdığını və narkotik vasitə qəbul etdiyi üçün üzərində saxladığını, İlkin adlı şəxsin qonşuluqda yaşadığını və tanıdığını, lakin İlkinə və ya digər hər hansı bir şəxsə narkotik vasitə satmadığını, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni isə özünün istifadəsi üçün saxladığını bildirmişdir. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmədə ifadəsi elan edilmiş şahid X1 ifadəsindən görünür ki, o, da göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər BPİ-nin BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 iyul 2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Şahsevənlər küçəsi, döngə 2, ev 25də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid6 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında o, Gəncə BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 birlikdə Şahid6 Gəncə şəhəri, Nizami küçəsində köhnə Şəmkir avtovağzalı adlanan ərazidə olduğunu müəyyən edərək həmin əraziyə getmişlər və Şahid6 orada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən Şahid6 qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirərək Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-də Şahid6 hüquqları izah edildikdən sonra müdafiəçi dəvət etmək hüququ da izah edilmiş və vəkil X7 onun müdafiəçisi kimi iştirakı təmin edilmişdir. Bundan sonra Şahid6 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və ona bu barədə bildiriş təqdim olunmuş və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi bildirilmişdir. Bunda sonra şübhəli şəxs Şahid6 bildirmişdir ki, onun üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və qanunla qadağan edilmiş bır əşya yoxdur. Daha sonra X4 üzərində şəxs axtarış keçirilmiş şəxsi axtarış zamanı Şahid6 üzərindən hər hansı bir qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Lakin sorğu zamanı Şahid6 27.07.2021-ci il tarixdə əvvəllər tanıdığı Hüseyin adlı şəxsdən narkotik vastə olan “Metanfetamın”ə oxşar kütləni 30 manata alaraq tanışı İbrahimə verdiyini və İbrahimdəm 5 manat məbləğində borc aldığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili Şahid4, X2 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan üzləşmələrdən görünür ki, Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, keçirilmiş istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarında olan üzləşdirmələrdən görünür ki, iş üzrə Şahid6 ilə Şahid5 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, keçirilmiş istintaq hərəkəti zamanı Şahid6 ifadəsində göstərilənləri Şahid5 üzünə qarşı demişdir. İş materiallarında olan 28 iyul 2021-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında protokoldan və həmin protokola əlavə edilmiş diskə yazılmış video görüntülərdən məlum olur ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-in təhqiqatçı polis mayoru X8, Gəncə şəhər BPİ-nin CAİ-ninrəis müavini, polis polkovnik-leytenantı X3, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Rəmyəddin oğlu, həmçinin Müdafiəçi1 və şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilir. Bunda sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusunun içərisində qızılı rəngdə ilk görnüşdən “Metanfetaminə” oxşar kütlə aşkar edildi. Sonra həmin aşkar edilmiş kibrit qutusu müdafiəçinin və iştirakçıların iştırakı ilə açılır, bükümlərin içərisində ağ rəngdə, ilk görünüşdən narkotik maddə olan “Metanfetaminə” oxşar kütlə olduğu müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir və başqa narkotik və ya psixotrop maddə aşkar edilmir. Bundan sonra həmin kütlə aptek tərəzisində çəkilir, kibrit qutusu ilə birlikdə çəkisi 4,09 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdə olan “Metanfetamınə” oxşar kütləni o, həmin günü yaşadığı evin yaxınlığından tapdığını və narkotik vasitə qəbul etdiyi üçün üzərində saxladığını, İlkin adlı şəxsin qonşuluqda yaşadığını və tanıdığını, lakin İlkinə və ya digər hər hansı bir şəxsə narkotik vasitə satmadığını, İş materiallarında olan 27 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanında yerləşən Gəncə şəhər BPİ-də Şahid5 üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı istifadə edilmiş video çəkiliş görüntülərindən görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-in təhqiqatçı polis mayoru X8, Gəncə şəhər BPİ-nin CAİ-nin rəis müavini, polis polkovnikleytenantı Mehtixanov Ramin Rəfail oğlu, həmin bölmənin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 Rəmyəddin oğlu, həmçinin Müdafiəçi1 və şübhəli şəxs Şahid5 oğlunun iştirakı ilə Şahid5 üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ilkin olaraq Şahid5 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur və üzərində hər hansı narkotik vasitə və qanunsuz əşyanın olub-olmadığı soruşulur, əgər varsa təqdim etməsi bildirilir. Bunda sonra Şahid5 əynində olan boz rəngli şalvarın arxa sağ yan cibindən kibrit qutusunun içərisində ilk görünüşdən “Metanfetamınə" oxşar kütlə aşkar edildi. Sonra həmin aşkar edilmış kibrit qutusu müdafiəçinin və iştirakçıların iştirakı ilə açılır, qutuda içərisində ağ rəngdə, ilk görünüşdən narkotik maddə olan “Metanfetamıinə” oxşar kütlə olduğu müəyyən edildi. Daha sonra Şahid5 üzərində şəxsi axtarış keçirilir və başqa narkotik və ya psixotrop maddə aşkar edilmir. Bundan sonra həmin kütlə aptek tərəzisində çəkilir, kibrit qutusu ilə birlikdə çəkisi 3,47 qram gəlir və zərfdə qablaşdırılaraq ağzı DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı Şahid5 üzərindən aşkar edilən kütlənin “patı” kimi tanıdığı metamfetamin olduğunu və həmin narkotik vasitəni 27.07.2021-ci il tarixdə tanışı İlkinin vasitəsilə aldğını, həmin kütləni heç kimə satmadığını, özünü istifadə etdiyini bildirir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən 05 oktyabr 2021-ci il tarixli BKC/LGL-18753/21 nömrəli məktubla daxil olmuş və məktuba əlavə edilmiş çıxarışlardan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Şahid6 istifadəsində olan ***-***-**-** mobil nömrə arasında 24.07.2021-ci il tarixdən 27.07.2021-ci il tarixədək olan müddət ərzində 8 telefon danışığı qeydə alınmış, sonuncu telefon danışığının 27.07.2021-ci il tarixdə saat 12:25-də 136 saniyə müddətinə telefon danışığı olduğu, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrənin 27 iyul 2021-ci il tarixdə saat 12:18:17 və 12:25:3də anten dairəsinin Gəncə şəhəri X17 şəhəri Nizami küçəsi 150 ünvanında olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 17.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 18.01.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin (köhnə redaksiya) 226-1-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Moskva şəhər İzmayılov Rayon Məhkəməsinin 16.11.2001-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 228.1-ci, 97.1-ci və 99.2-ci maddələri ilə 01 il 06 ay azadlıqldan məhrum etmə cəzası, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 18.08.2009cu il hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqldan məhrum etmə cəzası və Moskva şəhər İzmayılov Rayon Məhkəməsinin 27.01.2012-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-in 30.3-cü və 228.1-ci maddələri ilə 04 il 06 ay azadlıqldan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinə edilmiş sorğunun cavabından görünür ki, həmin hökm Azərbaycan Respublikası ərazisində tanınmamışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 iyul 2021-ci il tarixli 16/762 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” yazı və imzalar olan kağız paketdə, bir ədəd gümüşü falqa kağız bükümdəki bir ədəd kibrit qutusunda olan bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,278 qram olan ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Həmçinin, tədqiqata təqdim edilmiş, üzərində “Şahid5 üzərindən aşkar edilmiş kütlə....” yazı və imzalar olan kağız paketdəki bir ədəd kibrit qutusunda olan bir ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,062 qram olan ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir.Tədqiqata təqdim edilmiş metamfetaminlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidirlər. (Metamfetaminin təmiz çəkisi–0,278 qram, 0,062 qram, tədqiqata sərf edildi – 0,1 qram, (hər birindən 0.05 qram) qalıq– 0,228 qram, 0,012 qramdır.) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 avqust 2021-ci il tarixli 1238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserin 15.08.2021-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserin 16.08.2021-ci il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində Şahid6 psixotrop maddə olan metamfetamini satmadığını bildirməsinə, məhkəmə istintaqında şahid X9 ifadə verərkən həmin maddəni sonuncuya onun satmağını deməsinə bəhanələr gətirməsinə, məhkəmə tənqidi yanaşaraq qeyd edir ki, Şahid6 həm istintaq zamanı üzləşmədə, həm də məhkəmə iclasında təqsirləndirilən şəxsin sualına cavab verərəkən psixotrop maddə olan metamfetamini məhz sonuncudan aldığını bildirmiş, həmçinin Bakcell MMC-dən əldə edilmiş məlumatlardan onların qeyd edilən vaxtlarda telefonla danışdıqları, təqsirləndirilən şəxsin qeyd edilən vaxtda evinin yanında olduğu müəyyən olunmuşdur. Bundan başqa təqsirləndirilən şəxs ibtidai istintaqda olan şahid İlkin Məmmədovla üzləşməsini təkzib edir, halbuki iş materiallarında olan 28.07.2021-ci il tarixli üzləşdirmə haqqında protokoldan Təqsirləndirilən şəxs İlkin Məmmədovla üzləşdiyi, öz xətti ilə suala cavab yazdığı və müdafiəçisi ilə birlikdə protokolu imzaladığı müəyyən olunur. Bu baxımdan təqsirləndirilən şəxsin psixotrop maddə olan metamfetamini İlkin Məmmədova satmaması barədə ifadəsi qeyri-səmimi olmaqla inandırıcılıqdan uzaqdır və iş materialları ilə təkzib olunur. Buna görə də məhkəmə, istər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında şahid X5 təqsirləndirilən şəxsin üzünə qarşı verdiyi ifadəsini və digər sübutları daha inandırıcı və mötəbər hesab edir. Bununla yanaşı məhkəmə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 0.340 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsinin təsdiq olunduğunu qeyd edir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində ümumiyyətlə onda psixotrop maddə olmadığını bildirsə də, məhkəmə həmin ifadəyə də tənqidi yanaşır. Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadədə tutulduğu zaman təzyiqlərə məruz qaldığını, nəyə imza etdiyini və nə üçün imza etdiyini bilmədiyini, ibtidai istintaqdakı ifadəsinin təzyiq altında alındığını bildirmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Həmin video görüntülərdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Təqsirləndirilən şəxs narkotik vasitələrin özünə məxsus olduğunu etiraf edir, lakin həmin narkotik vasitələri şəxsi istifadəsi üçün saxladığını, heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirir. İstər ibtidai istintaqda, istərsə də məhkəmə istintaqında şahid X5 təqsirləndirilən şəxsin üzünə qarşı verdiyi ifadələri məhkəmə daha inandırıcı və mötəbər hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq 0.340 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsi tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə baxışı zamanı cinayət məsuliyyətini aradan qaldıran hallar, habelə cəzadan azad edilmə üçün əsaslar müəyyən edilməmişdir. Buna görə də Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası hüdudlarında cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Qeyd etmək lazımdır ki, Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə Təqsirləndirilən şəxs CM-in 62-ci maddəsinə uyğun olaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasından daha yüngül cəza növünün təyin olunmasına, yaxud onun azadlıqdan məhrumetməyə şərti məhkum olunmasına imkan vermir. Məhkəməni bu qənaətə gəlməyə təqsirləndirilən şəxsin əməlinin ictimai təhlükəlilik dərəcəsi, yəni onun qanunsuz olaraq əldə edib saxladığı narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması istiqamətləndirir. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə uyğun olaraq, o, həmin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. İş materiallarında olan şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Şübhəli şəxs statusuna xitam verilməsi və MSY-dən azad edilməsi haqqında” 29 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs statusuna xitam verilməklə saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə azad edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdən Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində həbsdə olduğu (tutulduğu) bir gün müddət bir günə bir gün hesabı ilə nəzərə alınmaqla ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasından çıxılıb qəti cəza təyin edilməli, ibtidai istintaq dövründən həbsdə saxlanıldığı müddət isə cəza müddətinə daxil edilməklə cəzasının əvvəli 13 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Eyni zamanda hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar– Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0.228 qram və 0.012 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş materiallarında olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 60 manat və 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 13 avqust 2021-ci il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Gəncə şəhər BPİ-də məsul saxlanca verilmiş təmiz çəkisi 0.228 qram və 0.012 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat (otuz manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) müvafiq olaraq 60 (altmış) manat 120 (bir yüz iyirmi) manat və məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-62/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-62/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver