Məhkəmə qərarları › İş №1(044)-63/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-63/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-63/2021 16.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Qədmalı qızının və onun nümayəndəsi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs2 nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs, onun müdafiəçisi, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.10.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67 və 68.2-ci maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə və 1100 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.12.2017-ci il tarixli qərarı ilə əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilib cəzası 05 ilə endirilmiş və cəzasını tam çəkib qurtardığına görə azad edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə və 1100 (min yüz) manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra - CM) 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) tamah məqsədi ilə təkrarən, saxlanc yerinə qanunsuz daxil olaraq xeyli miqdarda özgənin əmlakını gizli talayıb oğurluq etmişdir. Belə ki, o, tamah məqsədi ilə 15.06.2020-ci il tarixədə saat 01 radələrində X9 məxsus olan, lakin X5 nəzarət etdiyi ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərənin dəmir barmaqlıqlarını çıxarmaq yolu ilə qanunsuz daxil olaraq, oradan hər birinin dəyəri 900 manat, ümumi dəyəri 1800 olan 2 ədəd qızıl 10-luğu, dəyəri 500 manat olan 1 ədəd qızıl qadın boyunbağını, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 300 manat olan 2 ədəd qızıl uşaq sırğasını, hər birinin dəyəri 50 manat, ümumi dəyəri 100 manat olan 2 ədəd qızıl gözmuncuğunu, dəyəri 1500 manat olan 1 ədəd beş qaşlı qızıl qadın nişan üzüyünü, dəyəri 450 manat olan 1 ədəd qızıl 5-liyi, 585 əyyarlı, 30 qram çəkidə, 0,01 və 0,015 karat, ümumilikdə isə 4 karat birilliant qaşlarla birlikdə dəyəri 2500 manat olan ağ qızıldan bilərzik, sırğa və klon dəstini, 750 əyyarlı, 15 qram çəkidə, dəyəri 1350 manat olan hədiyyə kimi istifadə edilən it fiqurunu, 583 əyyarlı, 18 qram çəkidə, ayrı ayrılıqda 0,1 karat, ümumilikdə isə 4,2 karat, 42 ədəd birilliant qaşlarla birlikdə dəyəri 4500 manat olan zümrüd və birilliant qaşlı üzük və sırğa dəstini, 750 əyyarlı, 12 qram çəkidə, dəyəri 1080 manat olan qızıl “kitay boyunbağısı”nı, 750 əyyarlı, 18 qram çəkidə, dəyəri 1620 manat olan “yaxalıq boyunbağı”nı, 583 əyyarlı, 50 qram çəkidə dəyəri 3500 manat olan “moruq boyunbağ”nı, 583 əyyarlı, 14 qram çəkidə, 0,2 karat birilliant qaşla birlikdə dəyəri 1100 manat olan brilliant qaşlı bilərziyi, 583 əyyarlı, 12 qram çəkidə, dəyəri 840 manat olan “qaşsız bilərzik”i, 750 əyyarlı, 5 qram çəkidə, ümumilikdə 0,45 karat birilliant qaşlarla birlikdə dəyəri 550 manat olan üzüyü, 583 əyyarlı, 5 qram çəkidə, ümumilikdə 0,6 karat birilliant qaşlarla birlikdə 550 manat dəyərində klonu, ümumilikdə isə 1100 manat dəyərində üzük və koln dəstini, 583 əyarlı, 5 qram çəkidə, ümumilikdə 0,15 karat birilliant qaşlarla birlikdə dəyəri 450 manat olan kişi üzüyünü, 583 əyyarlı, 4,5 qram çəkidə, ümumilikdə 0,1 karat birilliant qaşlarla birlikdə dəyəri 350 manat olan uşaq sırğasını, 750 əyyarlı, 4,5 qram çəkidə, ümumilikdə 0,6 karat birilliant qaşlarla birlikdə dəyəri 800 manat olan brilliant qaşlı nişan üzüyünü, 750 əyyarlı, 6 qram çəkidə, ümumilikdə 0,6 karat birilliant qaşlarla birlikdə dəyəri 650 manat olan brilliant qaşlı qadın üzüyünü, 10 manat dəyərində 1 ədəd BFL markalı kişi ayaqqabısı, hər birinin dəyəri 5 manat, ümumi dəyəri 20 manat olan 4 ədəd nazik kişi koftası, hər birinin dəyəri 10 manat, ümumi dəyəri 40 manat olan 4 ədəd kişi köynəyi, hər birinin dəyəri 15 manat, ümumi dəyəri 60 manat olan 4 ədəd kişi cins şalvarı, 10 manat dəyərində 1 ədəd LACOSTE markalı kişi üçün idman kostuyumu da daxil olmaqla ümumilikdə 1500 manat dəyəri olan təzə və geyinilmiş vəziyyətdə müxtəlif növdə və çeşiddə geyim əşyalarını, 10 manat dəyərində lədəd GİMMY JAPAN markalı balaca çantanı, 15 manat dəyərində lədəd JİNERTAİ markalı böyük çantanı, hər birinin dəyəri 150 manat, ümumi dəyəri 2100 manat olan 14 ədəd ətiri, ümumlikdə isə zərərçəkmiş şəxsin xeyli miqdar təşkil edən 28115 (iyirmi səkkiz min yüz on beş) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan sonra o, tamah məqsədi ilə təkrarən 01.07.2020-ci il tarixdən 15.07.2020-ci il tarixədək olan müddət ərzində, istintaq zamanı müəyyən edilməsi mümkün olmayan tarixdə, gecə saat 01 radələrində ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus yaşayış evinə qapının pəncərəsinin sınıq şüşəsini çıxarıb qapını açmaq yolu ilə qanunsuz daxil blaraq oradan 350 manat dəyərində “LG” markalı 1 ədəd paltaryuyan maşını, 270 manat dəyərində 1 ədəd tozsoranı, 100 manat dəyərində 1 ədəd yemək qızdırıcısı, hər birinin dəyəri 400 manat olan, ümumilikdə 800 manat dəyərində “A.M.S” markalı 2 ədəd qazan dəstini, 300 manat dəyərində 1 ədəd qara rəngli qadın paltosunu, hər birinin dəyəri 200 manat olan, ümumilikdə 800 manat dəyərində dəvə yunundan olan 4 ədəd yorğanı, hər birinin dəyəri 80 manat olan, ümumilikdə 160 manat dəyərində "SONY” markalı 2 ədəd videokameranı, hər birinin dəyəri 240 manat olan, ümumilikdə 480 manat dəyərində 2 ədəd gəbəni, 120 manat dəyərində 1 ədəd gəbəni, 30 manat dəyərində 1 ədəd gəbəni, 400 manat dəyərində 1 ədəd gəbəni, 200 manat dəyərində 1 ədəd gəbəni, 800 manat dəyərində Çexiya istehsalı olan, “RUCNİ PRACE” markalı 1 ədəd yemək və çay servis dəstini, 250 manat dəyərində 1 ədəd çay servis dəstini, 200 manat dəyərində 1 ədəd kofe servis dəstini, 240 manat dəyərində buxarlı və tozsoranlı “PHİLİPS” markalı təzə ütünü, hər birinin dəyəri 80 manat olan, ümumilikdə 160 manat dəyərində 2 ədəd şirə çəkən maşın, 20 manat dəyərində “Supra” markalı 1 ədəd DVD oxuducunu, 15 manat dəyərində “SuperMaxs” markalı 1 ədəd peyk antena aparatını, 150 manat dəyərində “Bagema” markalı 1 ədəd meyvə qabını, 300 manat dəyərində “Bagema” markalı 1 ədəd meyvə qabını, 280 manat dəyərində “Bagema” markalı 1 ədəd meyvə qabını, 500 manat dəyərində “Bagema” markalı, 1 ədəd gül qabını, 100 manat dəyərində 1 ədəd qazan dəstini, hər birinin dəyəri 250 manat olan, ümumilikdə 500 manat dəyərində 2 ədəd qazan dəstini, hər birinin dəyəri 80 manat olan, ümumilikdə 160 manat dəyərində “NETLON” markalı 2 ədəd qazan dəstini, 40 manat dəyərində 1 ədəd uşaq ədiyalını, 120 manat dəyərində 1 ədəd uşaq çarpayı dəstini, 30 manat dəyərində “Tefal” markalı 1 ədəd çayniki, 400 manat dəyərində 1 ədəd qırmızı rəngli qadın donunu, 290 manat dəyərində 1 ədəd qırmızı rəngli qadın donunu, 200 manat dəyərində 1ədəd sumağı rəngli qadın donunu, 170 manat dəyərində 1 ədəd göy rəngli qadın donunu, 80 manat dəyərində 1 ədəd qara rəngli qadın donunu, ümumilikdə 300 manat dəyərində təzə qadın ayaqqabılarını, 280 manat dəyərində 1 ədəd xəmir yoğuranı, ayrı-ayrılıqda dəyərləri 160 manat, 180 manat və 190 manat olan 3 ədəd xrustal bakal dəstini, 100 manat dəyərində 1 ədəd böyük şir kuklasını, 100 manat dəyərində 1 ədəd böyük dövşan kuklasını, 80 manat dəyərində 1 ədəd böyük it kuklasını, hər birinin dəyəri 200 manat olan, ümumilikdə 400 manat dəyərində Çexiya istehsalı olan 2 ədəd xrustal konfet qabını, 480 manat dəyərində 1 ədəd qrafinka və bakal dəstini, 150 manat dəyərində 1 ədəd divan üzlüyünü, hər birinin dəyəri 80 manat olan, ümumilikdə 240 manat dəyərində 3 ədəd qalın ədiyalı, 150 manat dəyərində 1 ədəd çarpayı dəstini, hər birinin dəyəri 80 manat olan, ümumilikdə 160 manat dəyərində dəvə yunundan olan 2 ədəd ədiyalı, 200 manat dəyərində 1 ədəd su qabını, hər birinin dəyəri 50 manat olan, ümumilikdə 100 manat dəyərində 2 ədəd meyvə qabını, hər birinin dəyəri 200 manat olan, ümumilikdə 400 manat dəyərində Çexiya istehsalı olan 2 ədəd xrustal qənd qabını, 120 manat dəyərində 1 ədəd xrustal stəkan dəstini, 288 manat dəyərində 1 ədəd nəlbəki dəstini, hər birinin dəyəri 250 manat olan, ümumilikdə 500 manat dəyərində 2 ədəd böyük gül qabını, 100 manat dəyərində 1 ədəd gümüş qazanı, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 400 manat dəyərində 4 ədəd qırmızı güllü qazanı, ümumlikdə isə zərərçəkmiş şəxsin xeyli miqdar təşkil edən 14143 (on dörd min yüz dx üç) manat məbləğində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, zərəçəkmiş şəxsin, zərəçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, qardaşı Kəmaləddinlə birlikdə kirayəşin yaşamış, əvvəllər bir neçə dəfə məhkum olmuşdur. Sonuncu dəfə 2018-ci ildə Azərbaycan Respublikası CM-nin 177 və 234.1-ci maddələri ilə 2 il 4 ay müddətinə həbs edilmiş, 2020-ci ilin fevral ayının 6-da isə azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra isə pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək fikrinə düşmüş, təxminən 2020-ci ilin iyun ayının ortalarında oğurluq etmək üçün Gəncə şəhəri ərazisində tək olaraq boş ev axtarmağa başlamışdır. Belə ki, axşam vaxtı kənardan varlı insanların evinə oxşar evlərin zənglərini basaraq, həmçinin qapılarını yoxlayaraq işıqlarının yanıq olub-olmadığına baxaraq evdə kiminsə olduğuna və ya olmadığına əmin olmuşdur. Gəncə şəhərinin Gülüstan qəsəbəsi ərazisində bir qədər böyük evdə heç kimin olmadığına əmin olduqdan sonra gecə təxminən saat 01 radələrində o, hasardan keçərək həyətə daxil olmuş, evin giriş papıları isə açıq vəziyyətdə olmuşdur. O, evin birinci mərtəbəsinə daxil olarkən həmin yerin mətbəx olduğunu görmüş, mətbəxdəki soyuducudan isə şüşə butulkada olan meyvə şirəsini götürüb içməyə, daha sonra pilləkən vasitəsi ilə evin ikinci mərtəbəsinə qalxaraq otaqları bir-bir gəzib axtarmağa başlamışdır. Evin ikinci mərtəbəsinin də qapıları açıq vəziyyətdə olmuşdur. İkinci mətrəbədən dama-dama kiçik çamadanın içərisində olan təxminən 5-6 ədəd ətiri çamadanla birlikdə götürmüşdür. Daha sonra evdəki dolabdan balaca kağız qutunun içərisində olan bir ovuc qızıl-zinət əşyalarını götürmüş, bundan sonra isə evin digər otağından bir ədəd böyük çamadan taparaq həmin çamadanın içərisinə evdən götürdüyü ətirləri, qızıl-zinət əşyalarını, həmçinin işlənmiş müxtəlif növ geyim əşyalarını, ayaqqabıları yığmışdır. O, çamadanı çıxış qapısının qaşısına qoyduqdan sonra, həyətə hasardan düşmək üçün tullanarkən başı yerə dəydiyindən və torpaq olduğundan ikinci mərtəbədə olan hamama gedərək orada başını yumuşdur. Daha sonra o, çamadanı götürərək giriş qapısından çölə çıxmış və bir qədər ara küçə ilə piyada getdikdən sonra təsadüfi taksi ilə evlərinə gəlmiş, lakin həmin taksinin kim olduğunu bilməmişdir. O, evə gələrkən qardaşı Kəmaləddin artıq yatmış, o, öz yatdığı otaqda gətirdiyi çamadanı gizlətmişdir ki, qardaşının heç nədən xəbəri olmasın. Bir neçə gündən sonra o, ətirləri “Bayraq meydanı” adlanan yerin yaxınlığında tanımadığı şəxsə ümumilikdə 300 manata satmış, oğurladığı geyim əşyalarını isə özü istifadə etməyə başlamışdır. O, oğurladığı qızıl-zinət əşyalarını isə Gəncə şəhərində yaşayan və əvvəllər Gəncə şəhər Mərkəzi Univermağında qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, AKTA-6 ətrafı ərazidə yaşayan Şahid1 adlı şəxsə satmaq qərarına gəlmişdir. Belə ki, qardaşı Kəmaləddin əvvəllər Ramizdən qızıl-zinət əşyaları almışdır ki, həmin vaxtdan etibarən onunla münasibəti yaranmışdır. Lakin uzun müddət idi ki, o, Ramizlə əlaqə saxlamırdı. O, oğurladığı qızıl-zinət əşyalarını Ramizə satmaq üçün Ramizin yaşadığı evi taparaq qızılların özünə və ailəsinə məxsus olduğunu, həmin qızıl-zinət əşyalarını sataraq pul əldə edib ailə qurmaq istədiyini bildirmişdir. Ramiz qardaşı Kəmaləddini yaxından tanıdığı üçün ona inanmış və həmin qızıl-zinət əşyalarına baxaraq almağa razılaşmışdır. Buna görə Ramiz qızıl-zinət əşyalarını bir-bir tərəzidə çəkmiş, əyyarını və üzərindəki daşların birilliant olub-olmamasını yoxlamış və həmin əşyaları ondan ümumilkdə xammal kimi 12000 manata almağa razılıq vermiş, çünki həmin qızıl-zinət əşyaları köhnə dəbli olmuş, həmçinin o, bəzilərini bir qədər əzmişdir ki, kiməsə satarkən heç kim şübhələnməsin. Müəyyən müddət ərzində Ramizdən pulu hissə-hissə almış və öz ehtiyaclarına xərcləmişdir. O, pulu qurtardıqdan sonra yenidən oğurluq etmək fikrinə düşmüşdür. Həbsdə olduğu müddət ərzində eşitmişdir ki, Gəncə şəhərinin Avtozavod qəsəbəsi ərazisində polis əməkdaşları az xidmət aparırlar və həmin ərazidən oğurluq etmək olar. Buna görə də o, Avtozavod qəsəbəsi ərazisində gəzərək yiyəsiz evləri axtarmağa başlamış, çoxmərtəbəli binanın birinci mərtəbəsində yerləşən evdə kiminsə yaşamadığına əmin olduqdan sonra 2020-ci ilin təxminən iyul ayının əvvəllərində gecə saat təxminən 01 radələrində tək olaraq həmin evin qarşısına gedərək qapısının sınıq bəncərəsini yerindən çıxarıb evə daxil olmuşdur. O, evin otaqlarından, həmçinin zirzəmisindən 5 ədəd gəbə, 1 ədəd paltaryuyan, 2 ədəd videokamera, 3-4 ədəd qutularda olan qazan dəsti, bir ədəd tozsoranlı paltar ütüsü, 1 ədəd tozsoran, 6 ədəd boşqab dəstləri və yadında qalmayan digər əşyaları götürərək qapının qarşısına yığmışdır. O, evə girərkən isə giriş qapısının qarşısında olan stolun üstündəki şüşə qabın içərisində iki ədəd açar görmüşdür ki, həmin açarları götürərək qapının açarı olub-olmadığını yoxlamış və bilmişdir ki, həmin açarlar qapının açarıdır. Təxminən saat 5 radələrində o, qapını açarla açıb çölə çıxmış və yenidən bağlayıb piyada taksi tapmağa getmişdir. O, “Krasnı selo” adlanan yerdən təsadüfi bir taksi tapıb həmin evin qarşısına gəlmiş, taksi sürücüsünə isə əşyaların özünə məxsus olduğunu, köç etdiyini bildirmişdir. Daha sonra isə qapının qarşısına yığdığı əşyaları maşına yükləmiş və oradan yaşadığı evə gəlmişdir. O, əşyaları yükləyərkən isə hamı şirin yuxuda olduğundan heç kim çölə çıxmamış, əşyaları sakitcə evə boşaltmışdır. Səhəri günü isə qardaşı həmin əşyaların nə olduğunu, haradan əldə etdiyini soruşduqda o, qardaşına həmin əşyaları Şəmkirdə yaşayan tanışının Rusiyaya köçdüyünü, buna görə də evinin əşyalarını satmaq üçün ona verdiyini bildirmiş və həmin əşyaları sataraq pulunu tanışına göndərəcəyini demiş, buna görə qardaşında heç bir şübhə qalmamışdır. Daha sonra o, oğurladığı əşyaların bir hissəsini taksiyə yığıraq Gəncə şəhərinin “Sevinc” adlı qəsəbə ərazisində səyyarı olaraq tanımadığı şəxslərə satmış, paltaryuyanı isə tanışı Qoşqara 350 manata satmış, 4 ədəd gəbə, 2 ədəd videokamera, qazan dəstləri isə evdə qalmışdır. Sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 evindən oğurladığı bir ədəd buxarlı və tozsoranlı ütünü, bir ədəd gəbəni və çay-yemək dəsti olan qabqacağı da Ramizin yanına gətirmiş və həmin əşyaların dostuna məxsus olduğunu bildirib satmaq istədiyini sonuncuya demişdir. Lakin Ramiz həmin əşyaları almaq istəmədiyini bildirmişdir. Bundan sonra o, həmin əşyaların Ramizdə müvəqqəti qalmasını xahiş edib sonra götürəcəyini demiş və Ramiz də onunla razılaşmışdır. Daha sonra o, Gəncə şəhəri ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq oğurluq etməkdə şübhəli olduğunu bildirib onu polis idarəsinə dəvət etmişlər, o, isə artıq cinayət əməlinin üstünün açıldığını görüb törətdiyi oğurluq hadisələrini könüllü olaraq etiraf etmişdir. Zərərçəkmiş şəxs1 ifadəsində evindən oğurlanmış qızıl-zinət əşyalarının dəyərinin 54 500 manat olduğunu göstərməsi tamamilə yalandır, Zərərçəkmiş şəxs1 evindən oğurladığı qızıl-zinət əşyalarının ümumi dəyəri maksimum 15000 manat olardı. Oğurladığı əşyaları satdığı şəxslərə əşyaların özünə məxsus olduğunu demişdir. İstifadə etdiyi taksi sürücülərini o, tanımır və onları təsadüfi olaraq saxlamışdır. Həmin oğurluq cinayətlərini o, tək törətmiş və heç kim ona heç bir köməklik göstərməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməllərdən çox peşman olduğunu, azadlığa çıxacağı təqdirdə Zərərçəkmiş şəxs1 30000 manat dəyərində ziyanını, Zərərçəkmiş şəxs2 14000 manat dəyərində ziyanını nağd şəkildə 30.10.2021-ci il tarixədək ödəyəcəyini bildirmiş, hökm çıxarılarkən onun asma və hipertoniya xəstəsi olduğunu nəzərə alınmasını və ona təyin edilmiş cəzanın ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, qızı X14 2005-ci ildə ailə həyatı qurmuş və ailəsi ilə birlikdə onun yaşadığı küçənin arxasındakı küçədə, yəni ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır. Həmin vaxtdan etibarən qızı ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçmüşlər və buna görə də həmin evə nəzarət etməyi ona tapşırmışlar, özləri isə hər ilin yay aylarında Azərbaycan Respublikasına gələrək istirahət edirlər və yenidən Rusiya Federasiyasına qayıdırlar. Onlar Rusiya Federasiyasında kirayədə yaşadıqları üçün özlərinə məxsus qızıl-zinət əşyalarını buradakı evlərində saxlamışlar. Həmin evdə heç kim qalmasa da, o, həmin evə hər gün gedir, bütün günü orada olur, axşam saatlarında isə yaşadığı ünvana qayıtmışdır. O, özü isə ata evində qaldığından, qaldığı ev köhnə və dəmir barmaqlıqlarsız olduğundan, qızının evi isə dəmir barmaqlıqlı olduğundan özünə məxsus qızıl-zinət əşyalarını da həmin evdə saxlamışdır. 14 iyun 2020-ci il tarixdə də o, həmişəki qaydada qızına məxsus evə gəlmiş və axşam saatlarına kimi orada olmuş, təxminən saat 22 radələrində həmin ünvandan çıxıb getmiş, evdən gedən zaman evin giriş darvazasını bağlamış, lakin evlərin giriş qapılarını bağladığını xatırlamır. 15 yun 2020-ci il tarixdə də həmişəki qaydada səhər saat 09 radələrində yenə qızına məxsus həmin ünvana gəlmiş, həyətə giriş darvazası bağlı olmuş və onda olan açar ilə darvazanı açıb içəri daxil olmuşdur. Həyətə daxil olub evin giriş qapısına gələn zaman evin 1-ci və 2-ci mərtəbələrində evə giriş qapılarının hər ikisinin açıq olduğunu görmüşdür. Belə ki, o, axşam oradan gedən zaman evlərin giriş qapılarını açarla bağlamasa da, qapıları örtmüşdür. Dərhal evin ikinci mərtəbəsinə baxan zaman bütün otaqlarda axtarış aparıldığını, otaqlardakı əşyaların dağıdıldığını və evdən ona məxsus qızıl-zinət əşyalarının oğurlandığını görmüşdür. Buna görə o, dərhal polisə məlumat vermiş, daha sonra isə ona məlum olmuşdur ki, evin küçə tərəfdə olan pəncərəsindəki dəmir barmaqlığı yerindən çıxarmaqla, həmçinin plastik pəncərəsini təziq göstərib açmaqla oğurluq etmək üçün evə daxil olunmuşdur. Tam olaraq dəqiqləşdirdikdən sonra bilmişdir ki, həmin vaxt ona məxsus hər birinin dəyəri 750 manat olan 2 ədəd qızıl 10-luq, dəyəri 500 manat olan dəyəri 1 ədəd qızıl qadın boyunbağı, dəyəri 400 manat olan 1 ədəd üç qaşlı qızıl qadın nişan üzüyü, hər birinin dəyəri 150 manat olan 2 ədəd qızıl uşaq sırğası və hər birinin dəyəri 50 manat olan 2 ədəd qızıl gözmuncuğu, qızı X7 ailəsinə məxsus isə ümumilikdə 54500 manat dəyərində 1 ədəd 5-lik, 1 ədəd bilərzik, sırğa və klondan ibarət dəsti, 3 ədəd qadın boyunbağısı, 4 ədəd qadın bilərziyi, 1 ədə it fiquru, 1 ədəd üzük və klon dəsti, 2 ədəd briliant qaşlı qadın üzüyü, 1 ədəd firuzə qaşlı üzük və sırğa dəsti, 1 ədəd kişi üzüyü və bir ədəd uşaq sırğasından ibarət qızıl-zinət əşyaları oğurlanmışdır. Ona və qızına məxsus həmin qızıl-zinət əşyaları evin ikinci mərtəbəsidə yataq otağındakı dolabın içərisində olmuşdur. Bundan əlavə evdən, hər birinin dəyəri 150 manat olan ümumilikdə 14 ədəd ətir və ümumilikdə 1200 manat dəyərində təzə və geyinilmiş vəziyyətdə olan müxtəlif növdə və çeşiddə geyim əşyaları oğurlanmışdır. Evdən pğurluq etmiş şəxslər evin ikinci mərtəbəsində yerləşən otaqlardan birində olan çamadanlardan ikisini götürərək oğurladıqları əşyaları həmin çamadanın içərisinz qoyaraq özləri ilə aparmışlar, çamadanların hər birinin dəyəri 30 manat olmuşdur. Bundan əlavə o, qızına məxsus və oğurlanmış qızıl-zinət əşyalarının da fotoşəkillərini polis əməkdaşlarına təqdim etmişdir. Ona məxsus evdən 14 iyun 2020-ci il tarixdən 15.06.2020-ci il tarixə geçən gecə oğurluq olmuşdur. İlkin ərizəsində və izahatında ona məxsus 2000 manat, qızına məxsus 10000 manat məbləğində qızıl-zinət əşyalarının oğurlandığını göstərdiyi halda, təkrar Gəncə şəhəri Nizami RPİ-nə ərizə ilə müraciət edərək qızına məxsus 54500 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını göstərməsi barədə bildirmişdir ki, o, hazırda ittihamda göstərilən məbləğlə, yəni 28115 manat məbləğində dəymiş ziyanla razıdır, həmin məbləğdə dəymiş ziyanın tam ödənilməsini, əks təqdirdə təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş zərəçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs2 tək qadın olduğu üçün oğurluq edilən evdə bəzən yaşayırmış, daha çox Gəncə şəhəri ərazisində başqa qohumunun evində yaşayırmış ki, tez-tez özünə məxsus evə gələrək həmin evə nəzarət edib qayıdırmış. Bacısı Rozanın iki qızı vardır ki, həmin qızlarının cehizlik əşyalarını uzun müddətdir ki, hissə-hissə alıb həmin evinə yığmışdır. Bacısının evi bina evində olmasına baxmayaraq 1ci mərtəbədə yerləşdiyindən bacısı Roza evinin içərisindən zirzəmiyə yol açmış, həmin zirzəmini də saxlanc yeri kimi istifadə etmiş və evinin bəzi əşyalarını həmin zirzəmiyə də yığmışdır. Sonuncu dəfə bacısı həmin evdə 01.07.2020-ci il tarixdə olmuş və evdə hər şey qaydasında olmuşdur. Lakin 15 iyul 2020-cı il tarixdə bacısı Roza evinə nəzarət etmək üçün evə gələrkən evindən oğurluq olduğunu görmüş və bu barədə polisə məlumat vermiş, həmin vaxt evindən xeyli sayda əşyalarının oğurlandığını bilmişdir. Həmin vaxt bacısı Rozanın evindən “LG” markalı, 750 manat dəyərində 1 ədəd paltaryuyan maşın, 270 manat dəyərində 1 ədəd tozsoran, 100 manat dəyərində 1 ədəd yemək qızdırıcısı, “A.M.S” markalı, hər biri 800 manat dəyərində ümumilikdə 1600 manat dəyərində 2 ədəd qazan dəsti, 300 manat dəyərində 1 ədəd qara rəngli qadın paltosu, dəvə yunundan olan hər biri 200 manat dəyərində, ümumilikdə 600 manat dəyərində 4 ədəd yorğan, “SONY” markalı, hər birinin dəyəri 500 manat olan, ümumilikdə 1000 manat dəyərində 2 ədəd videokamera, hər birinin dəyəri 200 manat olan, ümumilikdə 1000 manat dəyərində 5 ədəd gəbə, dəyəri 1000 manat olan 1 ədəd gəbə, Çexiya istehsalı olan, 1000 manat dəyərində 1 ədəd yemək servis dəsti, 250 manat dəyərində 1 ədəd çay servis dəsti, 200 manat dəyərində 1 ədəd kofe servis dəsti, 350 manat dəyərində buxarlı və tozsoranlı ütü, hər birinin dəyəri 80 manat olan, ümumilikdə 160 manat dəyərində ə ədəd şirə çəkən maşın, “Supra” markalı, 100 manat dəyərində 1 ədəd DVD oxuducu, “SuperMaxs” markalı, 100 manat dəyərində 1 ədəd peyk antena aparatı, “Bagema” markalı, 150 manat dəyərində 1 ədəd meyvə qabı, “Bagema” markalı, 900 manat dəyərində 1 ədəd meyvə qabı, “Bagema” markalı, 280 manat dəyərinda l ədəd meyvə qabı, “Bagema” markalı, 500 manat dəyərində 1 ədəd gül qabı, 100 manat dəyərində 1 ədəd qazan dəsti, hər birinin dəyəri 250 manat olan, ümumilikdə 500 manat dəyərində 2 ədəd qazan dəsti, “NETLON” markalı, hər birinin dəyəri 250 manat olan, ümumilikdə 500 manat dəyərində 2 ədəd qazan dəsti, 40 manat dəyərində 1 ədəd uşaq ədiyalı, 120 manat dəyərində İ ədəd uşaq çarpayı dəsti, “Tefal” markalı 30 manat dəyərində 1 ədəd çaynik, 400 manat dəyərində 1 ədəd qırmızı rəngli qadın donu, 290 manat dəyərində 1 ədəd qırmızı rəngli qadın donu, 200 manat dəyərində 1 ədəd sumağı rəngli qadın donu, 170 manat dəyərində 1 ədəd göy rəngli qadın donu, 80 manat dəyərində 1 ədəd qara rəngli qadın donu, ümumilikdə 300 manat dəyərində təzə qadın ayaqqabıları, 280 manat dəyərində 1 ədəd xəmir yoğuran, ayrıayrılıqda dəyərləri 160 manat, 180 manat və 190 manat olan 3 ədəd xrustal bakal dəsti, 100 manat dəyərində 1 ədəd böyük şir kuklası, 100 manat dəyərində 1 ədəd böyük dövşan kuklası, 80 manat dəyərində 1 ədəd böyük it kuklası, Çexiya istehsalı olan, hər birinin dəyəri 200 manat olan, ümumilikdə 400 manat dəyərində 2 ədəd xrustal kanfet qabı, 480 manat dəyərində 1 ədəd qrafinka və bakal dəsti, 150 manat dəyərində 1 ədəd divan özlüyü, hər birinin dəyəri 80 manat olan, ümumilikdə 240 manat dəyərində 3 ədəd qalın ədiyal, 150 manat dəyərində 1 ədəd çarpayı dəsti, dəvə yunundan olan hər biri 80 manat dəyərində, ümumilikdə 160 manat dəyərində 2 ədəd ədiyal, 200 manat dəyərində 1 ədəd qrafinka, hər birinin dəyəri 50 manat olan, ümumilikdə 100 manat dəyərində 2 ədəd meyvə qabı, Çexiya istehsalı olan, hər birinin dəyəri 200 manat olan, ümumilikdə 400 manat dəyərində 2 ədəd xrustal qənd qabı, 120 manat dəyərində 1 ədəd xrustal stəkan dəsti, 288 manat dəyərində 1 ədəd nəlbəki dəsti, hər birinin dəyəri 250 manat olan, ümumilikdə 500 manat dəyərində 2 ədəd böyük gül qabı, 100 manat dəyərində 1 ədəd gümüş qazan, hər birinin dəyəri 100 manat olan, ümumilikdə 400 manat dəyərində 4 ədəd qırmızı güllü qazan oğurlanmışdır və bacısı Rozaya ümumilikdə 17718 manat məbləğində maddi ziyan dəymişdir. İlkin ərizəsində və izahatında bacısına məxsus 6150 manat məbləğində məişət avadanlıqlarının və əşyalarının oğurlandığını göstərdiyi halda, sonradan 17718 manat məbləğində əşyaların oğurlandığını göstərməsi barədə bildirmişdir ki, bacısı Roza ərizəsini və izahatını yazarkən həyəcanlı olmuş, ona görə dəqiq izahat verə bilməmiş, sonradan isə evdən oğurlanmış əşyalarımın siyahısını dəqiqləşdirərkən evindən daha çox əşyasının oğurlandığı məlum olmuşdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1994-cü ildən etibarən Gəncə şəhəri ərazisində Nizami küçəsində mağazada və Gəncə şəhəri Mərkəzi Univermaqda qızıl alqı-satqısı ilə məşğul olmuş və həmin sahənin mütəxəssisidir. Beş il bundan əvvəl ailəsində yaranmış müəyyən problemlərlə bağlı olaraq müflis olmuş və buna görə tanışlarının vasitəsi ilə səyyari olaraq qızıl alqı-satqısı ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs və qardaşı Şahid3 Gəncə şəhər sakinləri kimi tanımış va Kəmaləddin əvvəllər ondan bir neçə dəfə ailəsi üçün qızıl-zinət əşyaları almışdır. O, Kəmaləddini və Seymuru tanıdığı vaxt onlar maddi cəhətdən həddindən artıq imkanlı olmuşlar, lakin onlarla aralarında başqa heç bir münasibət olmamışdır. Uzun müddət idi ki, o, onları görmürdü. Təxminən 2020-ci ilin iyun ayının ortalarında Seymur yaşadığı evi gəlib taparaq onunla görüşmüş, bir qədər hal-əhval tutduqdan sonra sonuncu özünə və ailə üzvülərinə məxsus köhnə və əzilmiş qızıl-zinət əşyalarının olduğunu, həmin qızıl-zinət əşyalarını satıb pul əldə edərək ailə qurmaq istədiyini bildirmişdir. O, Seymur və onun ailəsi barədə mənfi heç bir söz eşitmədiyi üçün etiraz etməmiş və qızıl-zinət əşyalarına baxmaq istədiyini demişdir. Bundan sonra Seymur sellofan torbada olan qızıl əşyalarını çıxararaq ona vermiş və o, həmin əşyalara baxmağa başlamış, həmin əşyalar arasında müxtəlif növdə və sayda sığra, üzük, bilərzik olmuş, lakin həmin əşyaların çoxu əzik halda olmuşdur. O, həmin əşyaları bir-bir yoxlamış, çəkisini ölçmüş və üzərindəki daşların nə olduğuna baxdıqdan sonra həmin əşyaların hamısını birlikdə Seymurdan 12000 manata almağa razılaşmışdır. Belə ki, həmin əşyaların hamısı əridilməli və xammal halına gətirilməli idi, birilliant olan qaşları isə ayrıca satılacaqdı. Onların arasında yalnız üzük və sırğadan ibarət birilliant və yaşıl rəngli zümrüd qaşlı dəst hazır mal formasında satılmağa yararlı idi. O, bütün bunların hamısını Seymura izah etmiş və həmin qızıl-zinət əşyalarını almış, təxminən 10-15 gün ərzində də pulu Seymura vermişdir. Həmin qızıl-zinət əşyalarını aldıqdan sonra birilliant daşlarını, ayıraraq üzük və sırğadan ibarət birilllant və yaşıl rəngli zümrüd qaşlı dəstindən başqa qalan hamısını əridərək xammal halına gətirmişdir. Birilliant qaşlarını isə ayırmış və bir qədər baha qiymətə Bakı şəhərində işləyən tanışına satmışdır. Üzük və sırğadan ibarət birilliant və yaşıl rəngli zümrüd qaşlı dəsti isə üzərində olan yaşıl rəngli zümrüd qaşlarını özündə olan göy rəngli sadə qaşla dəyişərək hazır zinət əşyası kimi Gürcüstan Respublikasından olan X10 3800 manata satmışdır. Çünki zümrüd qaşlar köhnə dəbli idi və heç kim həmin qaşlarla olan əşyaları hal-hazırda almırdı. Seymur ona qızıl-zinət əşyalarını satarkən dostuna məxsus hansısa evin söküldüyünü, buna görə də həmin evin əşyalarını satdığını bildirmiş və hal-hazırda onda bir ədəd gəbə, bir ədəd buxarlı ütü və Çexiya istehsalı olan yemək-çay dəsti olduğunu demişdir. O, həmin əşyalara baxmaq istədiyini demiş və bir neçə gündən sonra Seymur həmin əşyaları yaşadığı evə gətirmişdir. O, həmin əşyalara baxmış, lakin pulu olmadığı üçün, həmçinin Seymur həmin əşyaların qiymətini baha dediyi üçün əşyaları ondan almamışdır. Seymur isə dostunun evinin söküldüyünü bildirərək əşyaların müvəqqəti olaraq onun evində qalmasını xahiş etmiş, o, da Seymurla razılaşmışdır. İş üzrə Zərərçəkmiş şəxs1 təqdim etdiyi və evindən oğurlanmış əşyaların fotoşəkillərinə baxdıqdan sonra bildirmişdir ki, Seymurun ona satdığı qızıl-zinət əşyaları məhz ona fotoşəkil vasitəsi ilə təqdim edilən qızıl-zinət əşyaları olmuşdur. Həmin fotoşəkildəki əşyalardan başqa Seymurun ona satdığı əşyalar arasında əzilmiş formada 2 ədəd “10luq”, uşaq sırğası, beş qaş qadın üzüyü, gözmuncuğu, əzilmiş və cırılmış formada olan it fiquruna oxşa fiqur olmuşdur. O, Seymurun ona satdığı qızıl-zinət əşayalarının çəkisini ölçmüş, əyyarını və üzərindəki daşların hansı daşlardan ibarət olduğunu müəyyən etmişdir. Çünki o, həmin əşyaları Seymurdan aldıqdan sonra bir qədər baha qiymətə başqasına satmalı olmuşdur ki, pul qazana bilsin. Həmin qızıl-zinət əşyalarını əyani olaraq o, şəxsən özü yoxladığı üçün dəqiq olaraq bildirmişdir ki, ümumiyyətlə 996 əyyarla hazır formada qızıl-zinət əşyası olmur, həmin əyyarda qızıl külçə formasında va xammal kimi satılır. Çünki 996 əyyarlı qızıl qatqısız olduğundan həddindən artıq yumuşaq olur və hazırlanmış qızıl-zinət əşyası tez əzilir və ya qopur. Sözü gedən qızıl-zinət əşyalarının digər göstəricilərinə gəldikdə isə Seymurdan aldığı və ona təqdim edilmiş fotoşəkildə olmayan 2 ədəd qızıl 10-luğun əyyarı 880 idi, bazarda “Nikolayın qızıl onluğu” adlanır, hər birinin çəkisi 8,6 qram, qızılı Sermurdan aldığı günə bazarda qiyməti isə 900 manat idi. Şəkildə olmayan 1 ədəd beş qaşlı qızıl qadın üzüyünün əyyarı 583, çəkisi 5 qram, qaşları adi qaşlardan ibarət idi, gürcüstan tipli istehsal idi, qiyməti isə maksimum 300 manat idi. Fotoşəkildə olan 1 ədəd qızıl 5-liyin əyyarı 880 idi, bazarda “İmperial beşlik” adlanır, çəkisi 6,4 qram, bazarda qiyməti isə 500 manat idi. Çünki həmin beşlik əzilmiş və qulp oyulmuş formada yüksək qiymətə satılmır. Fotoşəkildəki ağ qızıldan olan bilərzik, sırğa və klondan ibarət dəstin əyyarı 585, daşsız çəkisi 28 qram, xırda-xırda, yəni 0,01 və 0.015 karat, ümumilikdə isə 4 karat birilliant qaşları var idi, xarici istehsal olduğundan, həmçinin o cür formalı zinət əşyalarını alıb- satmadığından o, həmin məmulatın hazır formada bazar dəyərini bilmir. İt fiquruna oxşar və əzilmiş-cırılmış formada olan fiqurun əyyarı 750, çəkisi 15 qram idi, Həmin fiqur həddindən artıq, kağız kimi nazik formada hazırlanmış və içi boş idi. Hazır formada bazar qiymətini dəqiq olaraq bilməsə də, mütəxəssis kimi bildirmişdir ki, fiqurun qiyməti hazır formada maksimum 1500 manat olardı. 1 ədəd zümrüd və birilliant qaşlı üzük və sırğa dəstinin əyyarı 583, qaşsız çəkisi, 22 qram, ayrı-ayrılıqda 0,9 karat, ümumilikdə isə 3,78 karat, 42 ədəd birilliant qaşları var idi, hazır formada bazar dəyəri 4000 manat idi. Bunu o, onunla təsdiq etmişdir ki, həmin qızıl-zinət əşyasını o, Gəncə şəhəri "xxxx" ASC ilə üzbəüz yerləşən “Azərin lombardı”na girov kimi qoyaraq pul da götürmüş və həmin lombardda qızıl qiymətləndirilmiş, həmin dəstin zümrüd qaşları isə halhazırda ondadır. Zərərçəkmiş şəxs1 “kitay boyunbağısı” adlandırdığı boyunbağının əyyarı 750, çəkisi 12 qram idi, hazır zinət əşyası kimi bazar dəyərini bilmir. Zərərçəkmiş şəxs1 “yaxalıq boyunbağısı” adlandırdığı boyunbağının əyyarı 750, çəkisi 10 qram idi, hazır zinət əşyası kimi bazar dəyərini bilmir. Zərərçəkmiş şəxs1 “moruq boyunbağı” adlandırdığı boyunbağının əyyarı 583, çəkisi 50 qram idi, hazır zinət əşyası kimi bazar dəyərini bilmir. Zərərçəkmiş şəxs1 “brilliant qaşlı bilərzik” adlandırdığı bilərziyin əyyarı 583, çəkisi 14 qram idi, hazır zinət əşyası kimi bazar dəyəri dəqiq olaraq 800 manat idi, həmin zinət əşyasından hal-hazırda bazarda çoxdur və qiyməti də hamıya məlumdur. Zərərçəkmiş şəxs1 “qaşsız bilərzik” adlandırdığı bilərziyin əyyarı 583, çəkisi 10 qram idi, hazır zinət əşyası kimi bazar dəyərini bilmir. Zərərçəkmiş şəxs1 “üzük və koln dəsti” kimi göstərdiyi üzüyün əyyarı 750, çəkisi 4 qram idi, klonun əyyarı 583, çəkisi isə 4,5 qram idi, üzüyün və klonun daşları birilliant idi, hazır zinət əşyası kimi bazar dəyərini bilmir. Zərərçəkmiş şəxs1 “kişi üzüyü” adlandırdığı üzüyün əyyarı 583, çəkisi 3,5 qram, qaşı isə sadə idi, hazır zinət əşyası kimi bazar dəyəri 200 manat idi. Zərərçəkmiş şəxs1 göstərdiyi uşaq sırğasının əyyarı 583, çəkisi 4 qram, qaşı isə birilliant idi, hazır dnət əşyası kimi bazar dəyəri 300 manat idi. Zərərçəkmiş şəxs1 “brilliant qaşlı hişan üzüyü” adlandırdığı üzüyün əyyarı 750, çəkisi 4,5 qram, qaşı isə birilliant idi, hazır zinət əşyası kimi bazar dəyərini bilmir. Zərərçəkmiş şəxs1 “brilliant qaşlı qadın üzüyü” adlandırdığı üzüyün əyyarı 750, çəkisi 6 qram, qaşı isə birilliant idi, hazır zinət əşyası kimi bazar dəyəri 500 manat idi, Seymurun ona verdiyi məişət əşyalarını və üzük və sırğa dəstinin üzərindən çıxardığı 3 ədəd zümrüd daşı istintaqa təqdim etmişdir, brilliant qaşlar isə onda deyildir. Həmin brilliant qaşlar kiçik ölçülü və ləkəli daşlar olduğundan ümumilikdə bazar dəyəri 2000 manat idi, həmin qaşları da “Azərin lombardı”na üzük va sırğa dəsti ilə birlikdə girov qoymuş, orada da qaşların qiymətləndirilməsi aparılmışdır. Seymurdan həmin əşyaları alarkən əşyaları oğurluq olduğunu bilmirdi, həmin vaxt Seymur həmin əşyaları onun dostuna məxsus olduğunu, qızıl-zinət əşyalarının isə ailəsinə və özünə məxsus olduğunu demişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid3 Subəddin oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və həbd edilənə qədər onunla eyni ünvanda kirayədə yaşamışlar. O, özünə məxsus olan “Volkswagen Passat” markalı, ** BV *** dövlət nömrə nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, əvvəllər evli olmuş, lakin sonradan müəyyən səbəblər üzündən boşanmışdır. 2020-ci ilin iyul ayının əvvəllərində Gəncə şəhəri, N.Nərimanov keçəsi, ev 50, mənzil 20-də yaşadıqları vaxt səhər saatlarında o, işə getmiş, Seymur isə evdə qalmamış, ona bildirdiyinə görə hansısa dostunun evində qalmışdır. Günorta saatlarında isə o, evə gələrkən Seymurun evə müxtəlif növ məişət avadanlıqları və əşyaları gətirib yığdığını görmüşdür. Həmin əşyaların arasında paltaryuyan maşın, xalçalar, videokameralar, müxtəlif növ qazan dəstləri olmuş, o, Seymurdan həmin əşyaların nə olduğunu, haradan əldə etdiyini soruşduqda, sonuncu həmin əşyaları Şəmkirdə yaşayan dostunun satmaq üçün ona verdiyini, özünün isə Rusiya Federasiyasına yaşamaq üçün getdiyini bildirmişdir. O, Seymura heç bir söz deməmiş və həmin əşyalara göz gəzdirdikdən sonra yenidən öz işləri ilə məşğul olmağa başlamışdır. Təxminən 4-5 gündən sonra isə onlar evin hamamında müəyyən problemlər olduğundan ünvan 5 ünvanında yerləşən evi kirayə tutaraq həmin ünvanda yaşamağa başlamışlar. Seymurun evə gətirdiyi əşyaları da həmin evə gətirmişlər, Seymur həmin əşyaların bir hissəsini satmış, lakin onun həmin əşyaları kimə satması barədə onun məlumatı olmamışdır. Çünki o, öz işləri ilə məşğul olmuş və Seymur özü də, həmin əşyaları satmaqda ona köməklik göstərməyi üçün ona müraciət etməmişdir. Polis əməkdaşları Seymuru həbs etdikdən sonra ona məlum olmuş ki, Seymurun evə gətirdiyi əşyalar oğurluq olmuşdur. Polis əməkdaşları Seymuru saxladıqdan sonra isə evdə qalan əşyaları Seymur polisə təqdim etmişdir. Seymurun həmin cinayət hadisələrini törətməsi barədə onun heç bir məlumatı olmamış və o, sonuncunun həmin cinayət hadisələrini törədərkən kimlərləsə əlbir olmasını bilmir. İbtidai istintaq zamanı ifadəsi alınmış və məhkəmədə ifadəsi elan edilmiş Şahid2 ifadəsindən görünür ki, o, 1-ci qrup hərbi əlildir, hal-hazırda heç bir işlə məşğul deyildir. O, evdə istifadə etmək üçün paltaryuyan maşın almaq istəmiş, təzə paltaryuyan maşın baha olduğundan “Facebook” sosial şəbəkəsindən işlənmiş paltaryuyan satanlarla maraqlanmağa başlamışdır. Təxminən 2020-ci ilin iyul ayının əvəllərində, gününü dəqiq xatırlamadığı vaxtda sosial şəbəkədə bir nəfər tanımadığı şəxsin Gəncə şəhəri ərazisində “LG” markalı, ağ rəngli paltaryuyan maşını 450 manata satdığını görmüş və həmin paltaryuyan xoşuna gəldiyindən həmin şəxslə maraqlanıb ünvanını istəmişdir. Həmin şəxs ona ünvan verdikdən sonra “Köhnə Yevlax avtovağzalı” adlanan ərazidə yerləşən evə getmişdir. Orada ona məlum olmuşdur ki, həmin paltaryuyanı satan şəxs Seymur adlı şəxsdir və paltaryuyanın onun dostunun ailəsinə məxsus olduğunu bildirmişdir. O, paltaryuyana bir daha baxmış və Seymurla həmin paltaryuyanı 350 manata alımağa razılaşmışdır. O, 350 manatı Seymura vermiş və paltaryuyanı götürərək evinə aparmışdır. Bundan təxminən 10-15 gün sonra polis əməkdaşları onların evinə gələrək Seymurdan aldığı paltaryuyanın oğurluq olduğunu ona bildirmiş və onu polis idarəsinə dəvət etmişlər. O, Seymurdan həmin paltaryuyanı alarkən oğurluq olduğunu bilməmiş, həmin vaxt Seymur paltaryuyanın onun dostuna məxsus olduğunu demişdir. Hal-hazırda həmin paltaryuyan ondadır, paltaryuyanı və sosial şəbəkədə satılarkən çəkilmiş fotoşəkili təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 15.06.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs1 nəzarətində olan ünvan 7 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” 16.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.2.3-ci və 177.2.4-cü maddələri ilə 16.07.2020-ci il tarixdə “şübhəli şəxs” qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “hadisə yerinə baxış keçirilməsi haqqında” 18.07.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət hadisəsi Zərərçəkmiş şəxs2 məxsus ünvan 8 ünvanında baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “ifadəsinin yerində yoxlanılması haqqında” 17.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsin yerində yoxlanması zamanı oğurluq etdiyi ünvan 7 saylı evin yerini əyani olaraq göstərərək ifadəsini təsdiq etmişdir. İfadənin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “könüllü təqdimetmə və götürmə haqqında” 17.07.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanına hal şahidlərinin iştirakı ilə gedilərək onun təqdim etdiyi, evlərdən oğurladığı əşyalara baxış keçirilmiş, baxış zamanı təqdim edilən əşyaların “A.M.S.” markalı 2 ədəd qazan dəsti, “Supra” markalı 1 ədəd DVD oxuducu, “SuperMaxs” markalı peyk anfena aparatı, 2 ədəd “NETLON” markalı qazan dəsti, “SONY” markalı 2 ədəd videokamera, 4 ədəd gəbə, 1 ədəd BFL markalı 41 ölçü kişi ayaqqabısı, 1 ədəd GİMMY JAPAN markalı balaca çanta, 1 ədəd JİNERTAİ markalı böyük çanta, 4 ədəd nazik kişi koftası, 4 ədəd kişi köynəyi, 4 ədəd cins kişi şalvarı, 1 ədəd kişi üçün LACOSTE markalı idman kostuyumu olduğu müəyyən edilmişdir. Həmin əşyalar qablaşdırılaraq götürülmüş, çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18.07.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16.07.2020-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 20.08.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tapılaraq əldə edilmiş “A.M.S.” markalı 2 ədəd qazan dəsti, “Supra” markalı 1 ədəd DVD oxuducu, “SuperMaxs” markalı peyk anfena aparatı, 2 ədəd “NETLON” markalı qazan dəsti, “SONY” markalı 2 ədəd videokamera, 4 ədəd gəbə ayrı-ayrılıqda tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin əşyaları nəzərdən keçirib ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “götürmə haqqında” 05.09.2020-ci il tarixli protokoldan görünür ki, Şahid2 hal şahidlərinin iştirakı ilə “LG” markalı, ağ rəngli işlənmiş paltaryuyanı və həmin paltaryuyanın satış elanı olan fotoşəkili təqdim etmişdir. Bu barədə çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “əşyanın tanınmaya təqdim edilməsi haqqında” 08.09.2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tapılaraq əldə edilmiş 1 ədəd “LG” markalı paltaryuyan tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 həmin paltaryuyanı nəzərdən keçirib ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 30.09.2020-ci il tarixli, 9/3719 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2020-ci İlin iyun ayına “LG” markalı 8kq-lıq 1 ədəd paltaryuyan maşının orta bazar qiymətinin 350 manat, “A.M.S.” markalı 2 ədəd qazan dəstinin orta bazar qiymətinin 800 manat, “Supra” markalı 1 ədəd DVD oxuducunun orta bazar qiymətinin 20 manat, “SuperMaxs” markalı 1 ədəd peyk antena aparatınin orta bazar qiymətinin 15 manat, 2 ədəd “NETLON” markalı qazan dəstinin orta bazar qiymətinin 160 manat, “SONY” markalı 2 ədəd videokameranın orta bazar qiymətinin 160 manat, 2 ədəd 3x4m ölçülü xalçanın orta bazar qiymətinin 480 manat, 1 ədəd 2x3m ölçülü xalçanın orta bazar qiymətinin 120 manat, 1 ədəd 1,5x2,5m ölçülü xalçanın orta bazar qiymətinin 80 manat, 1 ədəd BFL markalı 41 ölçü kişi ayaqqabısının orta bazar qiymətinin 10 manat, 1 ədəd GİMMY JAPAN markalı balaca çantanın orta bazar qiymətinin 10 manat, 1 ədəd JİNERTAl markalı böyük çantanın orta bazar qiymətinin 15 manat, müxtəlif markalı 4 ədəd kişi koftasının (T-shirt) orta bazar qiymətinin 20 manat, müxtəlif markalı 4 ədəd kişi köynəyinin orta bazar qiymətinin 40 manat, 4 ədəd kişi cins şalvarının orta bazar qiymətinin 60 manat, 1 ədəd kişi üçün LACOSTE markalı idman kostuyumunun orta bazar qiymətinin 20 manat olmaqla, cəmi əşyaların ümumi dəyiri təxminən 2360 manat müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “götürmə haqqında” 23.10.2020-ci il tarixli protokoldan görünür ki, Şahid1 hal şahidlərinin iştirakı ilə buxarlı və tozsoranlı “PHİLİPS” markalı təzə ütünü, 3x4m ölçüdə gəbəni, Çexiya istehsalı olan, “RUCNİ PRACE” markalı 1 ədəd yemək və çay servis dəstini və 3 ədəd yaşıl daşları təqdim etmişdir. Bu barədə çəkilmiş fotoşəkillər protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 24.10.2020-ci il tarixli mütəxəssis X11 rəyindən görünür ki, qızıl digər metallarla qatqısız olduğundan həddindən artıq yumuşaq olur və təmiz qızıldan hazırlanmış zinət əşyası tez əzilir və ya qopur. Bunda görə də ümumiyyətlə 996-999 əyyarla hazır formada qızıl-zinət əşyası olmur. Həmin qızıla qatqı qatıldıqdan sonra qatqının çoxluğundan asılı olaraq əyyarı aşağı düşməyə başlayır. 996 və ya 999 əyyarda qızıl külçə formasında və xammal kimi satılır. Hazır formada zinət əşyasının maksimum əyyarı 916-dir ki, həmin əşyalara da çox az rast gəlinir. Qzıl 10-luğun əyyarı 880-dır, bazarda “Nikolayın qızıl onluğu adlanır”, hər birinin çəkisi 8,5-8,6 qram olur, 2020-ci ilin iyun ayına bazarda qiyməti isə qalxaraq maksimum 900 manat olmuşdur. Fotoşəkildə olan qızıl 5-liyin əyyarı 880-dır, bazarda “İmperial beşlik adlanır”, çəkisi 6,4 qram, 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 450 manat olmuşdur. Çünki həmin beşlik əzilmiş və qulp qoyulmuş formada yüksək qiymətə satılmır. Fotoşəkildəki ağ qızıldan olan bilərzik, sırğa və klondan ibarət dəstin əyyarı 585-dir. Bu cür dəstlərin (qarnitur) maksimum çəkisi 25-30 qram təşkil edir. 2020-ci ilin iyun ayına bazarda maksimum qiyməti xırda-xırda, yəni 0,01 və 0,015 karat, ümumilikdə isə 4 karat brilliant qaşlarla 2150-2500 manat olmuşdur. Hədiyyə kimi istifadə edilən it, ceyran və digər suvenir fiqurların maksimum əyyarı 750, çəkiləri isə 15 qram olur. 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksımum 1350 manat olmuşdur. Fotoşəkildəki 1 ədəd zümrüd və birilliant qaşlı üzük və sırğa dəstinin əyyarı 583, qaşsız çəkisi, 18 qramdır, ayrı-ayrılıqda 0,1 karat, ümumilikdə isə 4,2 karat, 42 ədəd birilliant qaşları var. 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 4500 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “kitay boyunbağısı” adlandırdığı fotoşəkildəki boyunbağının əyyarı 750, çəkisi maksimum 12 qramdır. Türkiyə istehsalıdır və içərisi boş olur. 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 1080 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “yaxalıq boyunbağısı” adlandırdığı fotoşəkildəki boyunbağının əyyarı 750, çəkisi maksimum 18 qram və içi boş olur. 2020-ci ilin ına bazarda qiyməti isə maksimum 1620 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “moruq boyunbağ” adlandırdığı fotoşəkildəki boyunbağının əyyarı 583, çəkisi 30 və ya 50 qram olur. 2020-ci ilin iyun ayına da qiyməti isə maksimum müvafiq olaraq 2100 manat və ya 3500 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “brilliant qaşlı bilərzik” adlandırdığı fotoşəkildəki bilərziyin əyyarı 583, çəkisi 14 qram, qaşı isə 0,2 karat olur. Birilliant qaşla birlikdə 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 1100 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “qaşsız bilərzik” adlandırdığı bilərziyin əyyarı 583, çəkisi maksimum 12 qram, içi boş olur. 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 840 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “üzük və koln dəsti” kimi göstərdiyi fotoşəkildəki üzüyün əyyarı 750, çəkisi maksimum 5 qram, qaşı isə ümumilikdə 0,45 karat olur. Birilliant qaşlarla birlikdə 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 550 manat olmuşdur. Klonun əyyarı 583, çəkisi isə maksimum 5 qram, qaşı isə ümumilikdə 0,6 karat olur. Birilliant qaşlarla birlikdə 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 550 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “kişi üzüyü” adlandırdığı fotoşəkildəki üzüyün əyyarı 583, çəkisi isə maksimum 5 qram, qaşı isə ümumilikdə 0,15 karat olur. Birilliant qaşlarla birlikdə 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 450 manat olmuşdur. Zərərçəkmiş şəxs1 göstərdiyi fotoşəkildəki uşaq sırğasının əyyarı 583, çəkisi isə maksimum 4,5 qram, qaşı isə ümumilikdə 0,1 karat olur. Birilliant qaşlarla birlikdə 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 350 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “brilliant qaşlı nişan üzüyü” adlandırdığı fotoşəkildəki üzüyün əyyarı 750, çəkisi isə maksimum 4,5 qram, qaşı isə ümumilikdə 0,6 karat olur. Birilliant qaşlarla birlikdə 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 800 manat olmuşdur. Zərərçəkmiş şəxs1 “brilliant qaşlı qadın üzüyü” adlandırdığı fotoşəkildəki üzüyün əyyarı 750, çəkisi 6 qram, qaşı isə ümumilikdə 0,6 karat olur. Birilliant qaşlarla birlikdə 2020-ci ilin iyun ayına bazarda qiyməti isə maksimum 650 manat olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 11.11.2020-ci il tarixli, 9/4898 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 2020-ci ilin iyun ayına buxarlı və tozsouranlı “PHİLİPS” markalı təzə ütünün orta bazar qiyməti 240 manat, Çexiya istehsalı olan, “RUCNİ PRACE” markalı 1 ədəd yemək və çay servis dəstinin orta bazar qiyməti 800 manat, 3x4m ölçülü xalçanın orta bazar qiyməti 400 manat müəyyən edilmişdir. 2020-cı ilin iyun ayına 585 əyyarlı qızılın 1 qramının 70 manat, 750 əyyarlı qızılın 1 qramının 65 manat olması, 16 adda qızılzinət əşyalarının orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 16267,50 manat müəyyən edilmişdir. 996-999 əyyarında qızıl külçə formasında olması mümkündür. Maddi sübut qismində, ekspertiza təyini haqqında qərarda, mütəxəssis rəyində qeyd edilən 10 adda üzərində qiymətli daşlar olan zərgərlk məmulatları maddi sübut qismində mərkəzə təqdim edilmədiyindən və həmən qiymətli daşlara ekspert baxışı keçirilmədən faktiki olaraq onların modeli, fasonu, çəkisi və keyfiyyəti barədə məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün deyildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanserinin 08.11.2020-ci il tarixli 3437 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanserinin 08.11.2020-ci il tarixli 3860 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.10.2007-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67 və 68.2-ci maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə və 1100 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.12.2017ci il tarixli qərarı ilə əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilib cəzası 05 ilə endirilmiş və cəzasını tam çəkib qurtardığına görə azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə və 1100 manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş 24.07.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin 05.08.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib 1100 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmin cərimə cəzasından dövlət büdcəsinə 50 manat ödəniş etmiş, cərimənin 1050 manatı ödənilməmiş qalmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərəçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayətlər hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsini, əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs2 dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar hesab edir. Məhkəmədə tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİnin 24.07.2020-ci il tarixli arayışdan, müvafiq hökmlərdən, qərarlardan və Gəncə şəhər Probasiya şöbəsinin 05.08.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 24.10.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 67 və 68.2-ci maddələrinə əsasən 11 il müddətinə azadlıqdan məhrum etmə və 1100 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13.12.2017ci il tarixli qərarı ilə əməli CM-nin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilib cəzası 05 ilə endirilmiş və cəzasını tam çəkib qurtardığına görə azad edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.2, 67.1 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdan məhrum etmə və 1100 manat miqdarında cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.02.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 04 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuş, həmin cəza müddəti 10.05.2020-ci il tarixdə başa çatmış, lakin 1100 manat miqdarında cərimə cəzasından dövlət büdcəsinə 50 manat ödəniş etmiş, cərimənin 1050 manatı ödənilməmiş qalmışdır. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzasından, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qərarı ilə cəzası 5 ilə endirilməklə 13.12.2017-ci il tarixdə cəzasını çəkib qurtardığına görə azad edilmiş, lakin 1100 manat cərimə cəzasını ödəmədən yenidən qəsdən cinayət törətdiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə 2 il 4 ay müddətə azadlıqdan məhrum etmə və 1100 manat cərimə cəzalarına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən 06.02.2020-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin cəza müddəti 10.05.2020-ci il tarixdə başa çatmış, lakin 1100 manat cərimə cəzasından 50 manat ödəniş etmiş, 1050 manat cərimə cəzası qalmışdır. Buna görə də Təqsirləndirilən şəxs cəzasını tam çəkməmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Belə ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cərimə cəzasını ödəmədən yenidən qəsdən cinayət törətmişdir. CM-in 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunması CM-in 18.2.1-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivini yaradır və həmin hal da CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Belə ki, CM-in 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Məhkəmə, CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq, cəzasını çəkib qurtarmadan yenidən qəsdən cinayət törətməsini, yəni cinayətlərin təhlükəli residivini onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. CM-in 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını ağırlaşdıran halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 65-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb hesab edir ki, CM-in 65-ci maddəsi nəzərə alınmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə, CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək cəzanın, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2019-cü il tarixli hökmü ilə təyin olunmuş 1100 manat cərimə cəzasının çəkilməmiş qalan 1050 manatı ilə tam birləşdirilməsini məqsədə müvafiq hesab edir. CM-in 68.2-ci maddəsində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, CM-in 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cərimə cəzası müstəqil icra olunmalıdır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs 16.07.2020-ci il tarixdən hazırkı vaxtadək həbsdə saxlanılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil edilməli və azadlıqdan məhrum etmə cəzasının əvvəli 16.07.2020-ci il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs cinayətlərin residivinə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı, CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “LG” markalı paltaryuyanın, “A.M.S.” markalı 2 ədəd qazan dəstinin, “Supra” markalı 1 ədəd DVD oxuducunun, “SuperMaxs” markalı peyk anfena aparatının, 2 ədəd “NETLON” markalı qazan dəstinin, “SONY” markalı 2 ədəd videokameranın, 5 ədəd gəbənin, 1 ədəd BFL markalı 41 ölçülü kişi ayaqqabısının, 1 ədəd GİMMY JAPAN markalı balaca çantanın, 1 ədəd JİNERTAİ markalı böyük çantanın, 4 ədəd nazik kişi koftasının, 4 ədəd kişi köynəyinin, 4 ədəd cins kişi şalvarının, 1 ədəd kişi üçün LACOSTE markalı idman kostuyumunun, buxarlı və tozsoranlı “PHİLİPS” markalı təzə ütünün, Çexiya istehsalı olan, “RUCNİ PRACE” markalı 1 ədəd yemək və çay servis dəstinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Habelə iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, CPM-in 197.1.4-cü maddəsinə əsasən məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulmalıdır. Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 təqdim etdiyi hesabata əsasən o, məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6 Təqsirləndirilən şəxs müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 manat ödənilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 29.11.2019-cü il tarixli 1(044)-04/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1100 manat cərimə cəzasının qalan 1050 (min əlli) manatı hazırkı hökmlə ona təyin edilmiş cəzaya tam birləşdirilsin və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və 1050 (min əlli) manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli 16.07.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “LG” markalı paltaryuyanın, “A.M.S.” markalı 2 ədəd qazan dəstinin, “Supra” markalı 1 ədəd DVD oxuducunun, “SuperMaxs” markalı peyk anfena aparatının, 2 ədəd “NETLON” markalı qazan dəstinin, “SONY” markalı 2 ədəd videokameranın, 5 ədəd gəbənin, 1 ədəd BFL markalı 41 ölçülü kişi ayaqqabısının, 1 ədəd GİMMY JAPAN markalı balaca çantanın, 1 ədəd JİNERTAİ markalı böyük çantanın, 4 ədəd nazik kişi koftasının, 4 ədəd kişi köynəyinin, 4 ədəd cins kişi şalvarının, 1 ədəd kişi üçün LACOSTE markalı idman kostuyumunun, buxarlı və tozsoranlı “PHİLİPS” markalı təzə ütünün, Çexiya istehsalı olan, “RUCNİ PRACE” markalı 1 ədəd yemək və çay servis dəstinin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı Dövlət Büdcəsinin hesabından, X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) cəmi 90 (doxsan) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar