Məhkəmə qərarları › İş №1(044)-63/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-63/2022

25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-63/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM)177.2.1-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə, xx xxxxxx 2000-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, ünvan 3 ünvanında qeydiyyatda olan və ünvan 4şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.1-ci və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1,tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 28 may 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində yerləşən 10 saylı X11 bağçasının inzibati binasının pəncərələrinin şüşələrinin sınmış vəziyyətdə olmasından istifadə edərək qanunsuz olaraq içəriyə daxil olub oradan 01 ədəd işlənmiş vəziyyətdə 780 manat dəyərində “Süsler” markalı qaz sobası, 01 ədəd 800 manat dəyərində “Arçelik” markalı qaz sobası, 01 ədəd 5 kiloqram tutumlu 800 manat dəyərində “Beko” markalı paltaryuyan maşın, 01 ədəd 5 kiloqram tutumlu 700 manat dəyərində “Altus” markalı paltaryuyan maşın, 01 ədəd “Anus” markalı pionanın içərisindən 100 manat dəyərində mis materiallar, 01 ədəd 100 manat dəyərində işlənmiş qaz peçi, 100 manat dəyərində hər birinin uzunluğu 6 metr olan 4 ədəd məhəccər, 300 manat dəyərində 50 metr uzunluğunda plastik borular, 100 manat dəyərində 36 metr uzunluğunda dəmir materialdan olan qaz boruları, 01 ədəd 10 manat dəyərində dəmir materialdan olan nərdivan və 25 ədəd bir ədədinin qiyməti 30 manat olan çuğun materialından olan kombi radiatorlar gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 4540 (dörd min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə 28 may 2021-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Muxtar Hacıyev küçəsində yerləşən 10 saylı X11 bağçasının inzibati binasının pəncərələrinin şüşələrinin sınmış vəziyyətdə olmasından istifadə edərək qanunsuz olaraq içəriyə daxil olub oradan 01 ədəd işlənmiş vəziyyətdə 780 manat dəyərində “Süsler” markalı qaz sobası, 01 ədəd 800 manat dəyərində “Arçelik” markalı qaz sobası, 01 ədəd 5 kiloqram tutumlu 800 manat dəyərində “Beko” markalı paltaryuyan maşın, 01 ədəd 5 kiloqram tutumlu 700 manat dəyərində “Altus” markalı paltaryuyan maşın, 01 ədəd “Anus” markalı pionanın içərisindən 100 manat dəyərində mis materiallar, 01 ədəd 100 manat dəyərində işlənmiş qaz peçi, 100 manat dəyərində hər birinin uzunluğu 6 metr olan 4 ədəd məhəccər, 300 manat dəyərində 50 metr uzunluğunda plastik borular, 100 manat dəyərində 36 metr uzunluğunda dəmir materialdan olan qaz boruları, 01 ədəd 10 manat dəyərində dəmir materialdan olan nərdivan və 25 ədəd bir ədədinin qiyməti 30 manat olan çuğun materialından olan kombi radiatorlar gizli olaraq talayıb ümumilikdə zərər çəkmiş şəxsə 4540 (dörd min beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 28.05.2021-ci il tarixdə saat 18-radələrində arvadı X3 bacısının oğlu Təqsirləndirilən şəxs2 ilə yaşadığı ünvan 5 ünvanından çıxaraq qayınanasıgilə getməyi qərarlaşdırmışlar. O, qayınanası Səkinə Babayevadan borca pul almaq istəmiş, həmin vaxt Təqsirləndirilən şəxs2 da onların evində olmuş və o, Təqsirləndirilən şəxs2 onunla birlikdə qayınanası Səkinə Babayevagilə birlikdə getməyi bildirmişdir. Onlar 28.05.2021-ci il tarixdə 29 saylı orta məktəbin yanından piyada keçən zaman Gəncə şəhəri Uşaq bağçası 10 saylı körpələr evinə daxil olmuşlar və oradan bir ədəd qaz peçi, dəqiq sayını xatırlamadığı plastik borular, dəmir materialdan olan nərdivan və kiçik ölçüdə dəmir materialdan olan boruları görmüşlər. Sonra uşaq bağçasında kisənin içərisinə plastik boruları və kiçik ölçüdə olan dəmir materialdan olan boruları Amin ilə birlikdə yığmışlar, sonra Amini həmin əşyaların yanında gözləməsini bildirmiş, sonra həmin qaz peçlərini və kisəyə yığdığı əşyaları ağır olduğu üçün həmin əşyaları daşımaqdan ötrü 18 saylı orta məktəbin yanına motosiklet tapmağa getmişdir. O, oradan əvvəllər tanıdığı motosiklet sürən Misir adlı şəxsə Uşaq bağçası 10 saylı körpələr evinin yanından dəmir materiallardan olan əşyaları oradan götürərək, Musayevin qarajı adlanan yerə birlikdə aparmasını xahiş etmişdir. Misir onunla razılaşmış və motosikletinə minərək bağçanın yanına gəlmiş, sonra həmin əşyaları Amin ilə birlikdə motosikletə yükləmişlər və Musayevin qarajı adlanan yerə gələn zaman “İmperial” şadlıq sarayının yanında polis əməkdaşları onları saxlatmış və onları polis idarəsinə aparmışlar. Əməlindən peşmandır öhdəsində 2 azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza veriməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 оnа elаn edilmiş ittihаm üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, o, 28.05.2021-ci il tarixdə saat 18 radələrində xalası X3 əri Təqsirləndirilən şəxs1 Zakir oğlu yaşadıqları ünvan 5 ünvanına gəlmiş, Ruslana borca pul lazım olduğuna görə nənəsi Səkinə Babayevadan borca pul almaq üçün nənəsigilə getməyi qərarlaşdırmışdır. Onlar həmin günü, yəni 28.05.2021-ci il tarixdə 29 saylı orta məktəbin yanından piyada keçən zaman Gəncə şəhəri Uşaq bağçası 10 saylı körpələr evindən bir ədəd qaz peçi, dəqiq sayını xatırlamadığı plastik borular, dəmir materialdan olan nərdivan və kiçik ölçüdə dəmir materialdan olan boruları görmüş, daha sonra uşaq bağçasından kisənin içərisinə plastik boruları və kiçik ölçüdə olan dəmir materialdan olan boruları Ruslan ilə birlikdə yığmışlar. Sonra Ruslan ona həmin əşyaların yanında gözləməsini demişdir. Sonra Ruslan həmin qaz peçlərini və kisəyə yığdığı əşyaları ağır olduğu üçün həmin əşyaları daşımaq ötrü 18 saylı orta məktəbin yanına motosiklet tapmağa getmiş, bir neçə dəqiqədən sonra Ruslan motosiklet sürən Misir adlı şəxslə Uşaq bağçası 10 saylı körpələr evinin yanına gəlmiş, həmin əşyaları Ruslan ilə birlikdə motosikletə yükləmişlər, Musayevin qarajı adlanan yerə gələn zaman İmperial şadlıq sarayının yanında polis əməkdaşları onları saxlatmış və onları polis idarəsinə aparmışlar. Əməlindən peşman olduğu üçün ona yüngül cəza veriməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, 2014-cü ildən Gəncə şəhəri Muxtar Hacıyev küçəsində yerləşən 10 saylı X11 bağçasının müdiri vəzifəsində işləyir. 28.05.2021-ci il tarixdə saat 18 radələrində 10 saylı X11 bağçasında mühafizəçi işləyən Şahid1 ona zəng edərək, 10 saylı X11 bağçasının içərisindən oğurluq olmasını bildirmişdir. O, bağçaya baxmış və hansı əşyaların oğurlandığını müəyyən etmişdir. Uşaq bağçasından - 01 ədəd 2014-cü il Türkiyə Respublikasında istehsal olunmuş, işlənmiş vəziyyətdə 780 manat dəyərində “Süsler” markalı qaz sobası, 01 ədəd 2015-ci il Türkiyə Respublikasında istehsal olunmuş 800 manat dəyərində “Arçelik” markalı qaz sobası, 01 ədəd 5 kiloqram tutumlu 2011-ci ildə Türkiyə Respublikasında istehsal olunmuş 800 manat dəyərində “Beko” markalı paltaryuyan maşın, 01 ədəd 5 kiloqram tutumlu 2014-cü ildə Türkiyə Respublikasında istehsal olunmuş 700 manat dəyərində “Altus” markalı paltaryuyan maşın, 01 ədəd 1981-ci il istehsallı “Anus” markalı pionanın içərisindən 100 manat dəyərində mis materiallar, 01 ədəd 100 manat dəyərində işlənmiş qaz peçi, 100 manat dəyərində hər birinin uzunluğu 6 metr olan 4 ədəd məhəccər, 300 manat dəyərində 50 metr uzunluğunda plastik borular, 100 manat dəyərində 36 metr uzunluğunda dəmir materialdan olan qaz boruları, 01 ədəd 10 manat dəyərində dəmir materialdan olan nərdivan və 25 ədəd bir ədədinin qiyməti 30 manat olan çuğun materialından olan kombi radiatorlar oğurlanmışdır. Uşaq bağçasının içərisindən oğurlanmış əşyalarəın ümumi dəyəri 4540 manat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ünvan 6 ünvanında ailəsilə birlikdə yaşayır. O, 2014-cü il tarixdən Gəncə şəhəri, Kəpəz rayonu Muxtar Hacıyev küçəsində yerləşən 10 saylı X11 bağçasında gözətçi işləyir. Onun iş vaxtı axşam saat 00:00-dan səhər saat 08:00-dəkdir. Onun yaşadığı ev uşaq bağçasına yaxın olduğuna görə o, oradan uşaq bağçasının həyətini tam olaraq görə bilir. 28.05.2021-ci il tarixdə saat 17-radələrində o, ünvan 8 ünvanında həyətində olan zaman iki nəfər əvvəllər tanıdığı Ruslan və Amin adlı şəxslərin gözətçisi olduğu 10 saylı X11 bağçası ilə Gəncə uşaq idman mərkəzinin arasında gəzdikləri görmüşdür, bildirmişdir ki, həmin bağça ilə yaşadığı evin arası çox yaxındır. Bir müddət keçəndən sonra həmin günü, yəni 28.05.2021-ci il tarixdə saat 18-radələrində Ruslan və Aminin uşaq bağçasının içərisindən əllərində qaz peçi, dəmir və plastik materiallardan olan borular və nərdivan var imiş. Onlar ilk öncə həmin əşyaları bağçanın içəri tərəfində olan hasarın yanına gətirib yığmışlar, sonra Ruslan hasardan aşmış və Amin içəri tərəfdən oğurladıqları əşyaları ona vermişdir. Sonra Amin də hasardan aşmışdır və onlar həmin əşyaları bağçanın qarşısında yerləşən zibil qutusunun yanına yığmışlar. O, ilk öncə fikirləşmişdir ki, bağçanın rəhbərliyi Amin və Ruslanı fəhlə kimi işlədirlər, sonra o, bu barədə Gəncə şəhəri 4 saylı poliklinikanın mühafizəçisi “Qara” ləqəbli Şahid5 zəng etmiş və bağçanın müdiri Günay xanımın orada fəhlə işlədib-işlətməməsini soruşmuşdur. Bundan sonra Gəncə şəhəri 4 saylı poliklinikanın mühafizəçisi “Qara” ləqəbli Şahid5 ona zəng edərək, gözətçisi olduğu 10 saylı körpələr evi içərisindən qaz peçi və müxtəlif materialların motosikletin sürücüsü və iki nəfər şəxs tərəfindən motosikletə yüklənmiş vəziyyətdə hərəkətdə olduqları barədə məlumat vermişdir. O, bundan sonra əmin olmuşdur ki, həmin şəxslər Ruslan və Amindir. Həmin şəxlər bağçaya oğurluq etmək üçün gəlmişlər. Bundan sonra bağçanın müdiri Günay xanıma məlumat vermiş, daha sonra isə bu barədə sahə rəisi Tahirə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Rafiq oğlu ifadəsində bildirdi ki, 28.05.2021-ci il tarixdə xidməti əraziyə daxil olan Kəpəz rayonu 10 saylı Uşaq bağçası Körpələr evindən oğurluq hadisəsinin baş verməsi barədə həmin bağçanın mühafizəçisi Şahid1 ona zəng edərək, məlumat vermiş, həmin uşaq bağçasına Ermənistan Respublikası tərəfindən raket zərbələri atılmış və nəticədə uşaq bağçasının divarları uçuq vəziyyətinə salınmışdır. Bundan istifadə edən bəzi şəxslər həmin uşaq baxçasının içərisindən həmin bağçaya aid əşyaların oğurlanması faktı ilə əlaqədar hadisələr əvvəllər də olmuşdur. Həmin faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi başlanmışdır. Şahid1 ona bağçadan motosikletin üzərində qaz peçləri, müxtəlif borular və nərdivanların oğurlanması barədə məlumat vermişdir. Həmin motosikletin üzərində sürücüdən başqa iki nəfər şəxsin də olmasını bildirmişdir. O, dərhal polis idarəsindən Gəncə şəhəri Adilxan Ziyadxanov küçəsində yerləşən 10 saylı uşaq bağçası körpələr evinə doğru getmiş, 18 nömrəli məktəbin bərabərliyində olan zaman həmin motosiklet qarşısından keçmiş və motosiklet yüklü vəziyyətdə olmuş və üzərində iki nəfər şəxs olmuşdur. O, avtomobilini geri döndərərək arxasınca getmiş və Gəncə şəhəri X10 prospketi İmperial şadlıq sarayının bərabərliyində həmin motosikleti saxlatdırmışdır. Həmin vaxt adları sonradan ona məlum olan Amin və Ruslan adlı şəxs ona motoikletin üzərində olan qaz peçlərini, müxtəlif ölçüdə olan boruları və nərdivanı həmin bağçanın qarşında olan zibillikdən yığdığını bildirmişlər. Həmin hadisə günü, yəni 28.05.2021-ci tarixdə səhər saatlarında xidməti ərazisinə daxil olan həmin bağçanın yanına olmuş, lakin həmin zibillikdə Amin və Ruslanın dedikləri əşyalar olmamışdır. Sonra o, həmin şəxləri Kəpəz rayon polis idarəsinə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5ifadəsində bildirdi ki, o, 2012ci ildən Gəncə şəhəri, 4 saylı uşaq poliklinikasında mühafizəçi vəzifəsində işləyir. Gəncə şəhəri, uşaq bağcası 10 saylı körpələr evi ilə onun mühafizəçi işlədiyi 4 saylı uşaq poliklinikası bir-biri ilə bitişik vəziyyətdə eyni korpusda yerləşir. 28.05.2021-ci il tarixdə saat 18-radələrində Gəncə şəhəri 10 saylı X11 bağçasının gözətçisi Xəyal Nəzərəliyev ona zəng edərək harda olmağını soruşmuş, o, Xəyala evdə olduğunu bildirmişdir. Sonra Xəyal ona bağçanın müdiri Günay xanımın bağçada fəhlə işlədib-işlətməməsini örgənməyini bildirmişdir. Həmin bağça ilə onun yaşadığı evin arası yaxın olduğundan evdən Gəncə şəhəri, uşaq bağçası 10 saylı körpələr evinə gələn zaman Gəncə şəhəri, uşaq bağçası 10 saylı körpələr evinin yanında əvvəllər tanıdığı Amin, Ruslan və tanımadığı motosiklet sürücüsünün qaz peçini, dəmir materialdan olan nərdivanı və dəmir və plastik materiallardan olan borular motosikletdə yığılmış vəziyyətdə olmuş və onlar onun yanından ötüb keçmişlər. O, bu barədə dərhal zəng edərək Xəyala məlumat vermiş, həmin vaxt o, motosikleti saxlatmaq istəmişdir. Lakin motosiklet hərəkətdə olduğuna görə o, onları saxlatdıra bilməmişdir. Sonra eşitmişdir ki, Xəyal hadisə barədə polisə məlumat vermişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş şahid X4 ifadəsində bildirmişdir ki,o, ünvan 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşıyır və rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır. 28.05.2021-ci il tarixdə saat 18-radələrində yaşadığı ünvanın yaxınlığında yerləşən, Gəncə şəhəri Muxtar Hacıyev küçəsi 10 saylı X11 bağçasının həyətində azyaşlı nəvəsini gəzdirmiş, daha sonra bağçanın həyətində skamyada azyaşlı nəvəsi ilə birlikdə əyləşmiş, bu zaman gözünə tanımadığı iki nəfər şəxs sataşmış, həmin şəxslər bağçanın sol tərəf divarının pəncərələrinin və qapısının sökük olmasından istifadə edərək bağçanın içərisinə daxil olmuş, bir neçə dəfə həmin şəxslərin həmin yerdən bağçanın içərisinə daxil olmuşlar. Bağçanın içərisindən çıxanda əllərində qaz peçi və dəmir turbalar olmuş, həmin şəxslər həmin əşyaları bağçanın içərisindən daşıyaraq bağça ilə sol tərəfində yerləşən Uşaq gənclər idman mərkəzi arasındakı dəmir barmaqlıqlardan çölə atmışlar. Daha sonra həmin iki nəfər şəxs bağçanın içərisindən çölə atdıqları əşyaları oradan bağçanın qarşısında yerləşən zibilliyin yanına aparmışlar. O, həmin şəxslərin əllərində qaz peçlərini və dəmir materialdan olan çoxlu turbaları görmüşdür. Bağçadan oğurluq etmişlər. Sonra o, əhəmiyyət verməmiş və nəvəsi ilə birlikdə evinə gəlmişdir. Sonradan polis əməkdaşlarının hadisədən məlumatları olduğunu və həmin şəxsləri yaxalayaraq dərhal polis idarəsinə apardıqlarını bilmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş edilmiş Şahid4 ifadəsində bildirmişdir ki,o, ünvan 11 ünvanında ailə üzvləri ilə birlikdə yaşıyır və rəsmi olaraq heçbir yerdə işləmir. Ona məxus olan “Muravey” markalı motosiklet ilə dəmir material daşıyır. 28.05.2021-ci il tarixdə saat 18-radələrində adını əvvəlcədən tanıdığı Ruslan adlı şəxs onu çağıraraq dəmir materialdan olan əşyalarının olması və onun alıb-almamağını soruşmuş, o, Ruslana pulunun olmadığını bildirmiş, Ruslan isə o zaman ona pulunu vermək şərtilə həmin əşyaları Musayevin qarajı adlanan yerdə yerləşən metal alqı-satqısı ilə məşğul olan sexlərə satmaq üçün aparmasını xahiş etmişdir. Daha sonra Ruslan ona həmin əşyaların 29 saylı orta məktəbin yanında yerləşən zibil qutusunun yanında olmasını və həmin əşyaların zibil qutusundan tapmağını bildirmişdir. O, Ruslana inanmış və birlikdə Gəncə şəhəri 29 saylı orta məktəbin yanında yerləşən zibil qutusunun yanına ona məxsus olan motosikletlə getmişdir. Oraya çatanda adı sonradan ona məlum olan Amin adlı şəxs həmin əşyaların yanında olmuş, sonra həmin əşyaları Ruslan və Amin motosikletə yükləmiş və Musayevin qarajı adlanan yerə gedən zaman Gəncə şəhəri X10 prospektində Gəncə şəhər prokurorluğunun qarşısındakı dayanacaqda polis əməkdaşları onları saxlayaraq polis idarəsinə gətirmişlər. Həmin əşyalar ona məxsus olan “Muravey” markalı motosikletindədi və o, hal-hazırda həmin əşyaları istintaqa təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28 may 2021-cu il tarixdə baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yerinə - Gəncə şəhəri Muxtar Hacıyev küçəsində yerləşən 10 saylı X11 Bağçasından həmin bağçaya məxsus əmlakın talandığı binaya baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 27.08.2021-ci il tarixli 9/5954 saylı ekspert rəyində, ekspertiza təyini haqqında qərarda göstərilən 4 adda malların göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin may ayına olan bazar qiyməti ilə ümumi dəyəri təxminən 930.0 manat müəyyən edilmiş, digər 7 adda mallar haqqında ətraflı çəlumat (markası, modeli, istehsal ili, istehsal yeri, ölçüləri və s) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 29.05.2021-ci il tarixli götürmə haqqında protokoldan görünür ki,Şahid4 könüllü olraq təqdim etdiyi Gəncə şəhəri 10 saylı X11 Bağçasına məxsus 14 ədəd plastik borular, 2 ədəd dəmir boruları, 1 ədəd dəmir nərdivan və 1 ədəd işlənmiş qaz peçgötürülmüş, bu barədə protokol tərtib edilmiş və fotəşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şahid4 Gəncə şəhəri 10 saylı X11 Bağçasına məxsus 14 ədəd plastik borular, 2 ədəd dəmir boruları, 1 ədəd dəmir nərdivan və 1 ədəd işlənmiş qaz peçi zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin əşyaları tanımış və həmin əşyaların 28 may 2021-ci il tarixdə Gəncə şəhəri 10 saylı X11 Bağçasının içərisindən oğurlanmış əşyaların bir qismi olduğunu bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.05.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 28.05.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.05.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında qərardan görünür ki,Təqsirləndirilən şəxs1 barəsində “poliisn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 30.05.2021-ci il tarixdə saxlandığı MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.05.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 28.05.2021-ci il tarixdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.05.2021-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2barəsində “poliisn nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 30.05.2021-ci il tarixdə saxlandığı MSY-dən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.05.2021-ci il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 30.05.2021-ci il tarixlitəqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerlərində göstərərək ifadəsini bir daha təsdiq etmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.06.2021-ci il tarixdə baxış aparılması haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təqdim etdiyi Gəncə şəhər 10 saylı X11 bağçasının invertarına baxış zamanı invertardan görünür ki,1 ədəd 148,40 manat dəyərində pionino, 1 ədəd 700 manat dəyərində 2013-cü il istehsallı soyuducu, 1 ədəd 800 manat dəyərində paltaryuyan maşın, 1 ədəd dəyəri 180 manat olan 2014-cü il istehsallı 2 ədəd tozsoran, 1 ədəd 780 manat dəyərində qaz sobası,1 ədəd 170 manat dəyərində ət çəkən maşın, 1 ədəd 2015-ci il istehsallı 370 manat dəyərində televizor, 1 ədəd 550 manat dəyərində kompyuter, 1 ədədinin dəyəri 100 manat olan 25 ədəd kreslolar,1 ədəd 2016-cı il istehsallı 800 manat dəyərində qaz peçi, 1 ədəd 200 manat dəyərində elektrikli ət çəkən maşın, 1 ədəd 2016-cı il istehsallı 200 manat dəyərində tozsoran və 1 ədəd 2017-ci il istehsallı 1252 manat dəyərində kondisioner olmuşdur. Baxış zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs invertarda göstərilən əşyalardan pioninonun içərisindəki mis, 1 ədəd 800 manat dəyərində paltaryuyan maşın və 1 ədəd 780 manat dəyərində qaz sobası oğurlanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 31.05.2021-ci il tarixdə DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay, 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli 1(044)-24/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə təqsirli bilinərək 11 ay, 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.10.2021-ci il tarixli 7(043)-154/2021 saylı qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli 1(044)-24/2021 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 09 (doqquz) günü Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 02 (iki) ay 19 (on doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Amnistiya aktının tətbiq edilməsi barədə qərarın surətindən görünür ki, “08 noyabr – Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bədinə əsasən məhkum Təqsirləndirilən şəxs1 cəzadan azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 31.05.2021-ci il tarixdə DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 14.08.2017-ci il tarixli 1(043)-42/2017saylı hökmündən görünür ki,Təqsirləndirilən şəxs2Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsilə təqsirli bilinərək 600 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 2 saylı İstintaq Təcridxanasının 25.05.2022-ci il tarixli 17/39-2506 saylı məktubundan görünür ki, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 12 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, Atatürk prospekti 237, ev 3, mənzil 11-də yaşayan X7 Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci cə 69.3-cü maddələri ilə təqsirli bilinb Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməklə 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Gəncə şəhər Probasiya şöbəsinin təqdimatı əsasında Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli qərarı ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 05 (beş) ay 09 (doğğuz) gün hissəsi Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən 02 (iki) ay 19 (on doqquz) gün müddəttə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. 20.10.2021-ci il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olmuşdur. “08 noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs1 barəsində amnistiya tədbiq edilmişdir. Lakin Amnistiya tədbiqinin icrası Amnistiya Qərarının 36-cı bəndinə əsasən üzərində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qeyd edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 20.10.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 52-1.5-ci maddəsinə əsasən təyin edilmiş 02 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası 03.01.2022-ci il tarixdə başa çatdığından 2 saylı istintaq təcridxanasından cəzadan azad edilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onlarınetiraf ediciifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağırcinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs1 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Atatürk prospekti 237, bina 3, mənzil 11 ünvanının ərazi hüdudlarını axşam saat 23:00dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 28.05.2021-ci il tarixdən 30.05.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1, hazırkı cinayət işi ilə bağlı 28.05.2021-ci il tarixdən 30.05.2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, subay olmasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, subay olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs2 islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Atatürk prospekti 237, bina 3, mənzil 1 ünvanının ərazi hüdudlarını axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaqvəzifələriqoyulmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 28.05.2021-ci il tarixdən 30.05.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işi ilə bağlı 28.05.2021-ci il tarixdən 30.05.2021ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə 14 ədəd plastik borular, 2 ədəd dəmir borular, 1 ədəd dəmir nərdivan və 1 ədəd işlənmiş qaz peçi zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəməningəldiyinəticələryalnızməhkəməistintaqındatədqiqedilmişsübutlaraəsasl anır, busübutlarittihamınqiymətləndirilməsiüçünkifayətedirvəməhkəməninmüəyyənetdiyihallaron untədqiqetdiyisübutlarauyğungəlir. Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 28.05.2021-ci il tarixdən 30.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan ünvan 14 ünvanını axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə 14 ədəd plastik borular, 2 ədəd dəmir boruları, 1 ədəd dəmir nərdivan və 1 ədəd işlənmiş qaz peçi zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1ci və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 28.05.2021-ci il tarixdən 30.05.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri Atatürk prospekti 237, bina 3, mənzil 1 ünvanını axşam saat 23:00-dan səhər saat 08:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə 14 ədəd plastik borular, 2 ədəd dəmir boruları, 1 ədəd dəmir nərdivan və 1 ədəd işlənmiş qaz peçi zərər çəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar