Məhkəmə qərarları › İş №1(044)-64/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-64/2020

28.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-64/2020 28.08.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X5 rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X2 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X3, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinəaçıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs bir ədəd 750 əyyarlı, çəkisi 8 qram, qiyməti 1.300 (bir min üç yüz) manat olan 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram, qiyməti 800 (bir səkkiz yüz) manat olan sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram, qiyməti 1.600 (bir min altı yüz) manat dəyərində olan damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram, qiyməti 4.800 (dörd min səkkiz yüz) manat dəyərində ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram, qiyməti 3.800 (üç min səkkiz yüz) manat dəyərində olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram qiyməti 180 (bir yüz səksən) manat dəyərində sarı qızıldan olan sep əmlaklar naturada, onlar olmadıqda isə ümumi dəyəri 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(104)-778/2016 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə X5 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(044)-80/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxx 2019-cu il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verərkən əvvəlcə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmiş və bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından Aydan adlı övladları anadan olmuşdur. Sonuncu ilə münasibətləri normal olmadığından 2015-ci il tarixdə ayrıldıqlarından Zərərçəkmiş şəxs nikahın pozulması tələbi ilə X5 Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən sonuncu ilə nikahları pozularaq qızları Aydan anasının himayəsində qalmışdır. Zərərçəkmiş şəxs ayrılmamışdan qabaq atası Firdovsi ilə cehiz və qızıl-zinət əşyalarını aparmasına baxmayaraq, yenidən qızıl-zinət əşyalarının qaytarılması tələbi ilə X5 Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin qətnaməsinə əsasən Zərərçəkmiş şəxs iddiası təmin edilmədiyindən sonuncu qətnamədən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Məhkəmənin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə X5 Rayon Məhkəməsinin qətnaməsi ləğv edilərək bir ədəd 750 əyyarlı, çəkisi 8 qram , qiyməti 1.300 (bir min üç yüz) manat olan 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram, qiyməti 800 (bir səkkiz yüz) manat olan sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram, qiyməti 1.600 (bir min altı yüz) manat dəyərində olan damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram, qiyməti 4.800 (dörd min səkkiz yüz) manat dəyərində ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram, qiyməti 3.800 (üç min səkkiz yüz) manat dəyərində olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram qiyməti 180 (bir yüz səksən) manat dəyərində olan sarı qızıldan sep- qızıl zinət əşyaları naturada, onlar olmadıqda isə ümumi dəyəri 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamədən narazı olduğundan Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verməsinə baxmayaraq, şikayəti təmin olunmamışdır. Onun barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq, o, həmin qətnamə ilə razı deyil, hesab edir ki, həmin qətnamə düzgün qəbul edilməmişdir, ona görə də həmin qətnamədə göstərilmiş qızıl-zinət əşyalarını naturada və ya onların ümumi dəyərini, yəni 12.480 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəməli deyil. Təqsirləndirilən şəxs sonradan ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, lakin onun hazırda zərərçəkmiş şəxsə 12.480 manat məbləğində pul ödəməyə imkanı yoxdur. Əgər gələcəkdə nə vaxtsa imkanı olarsa, həmin məbləğdə pulu hissə-hissə zərərçəkmişə ödəyər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə xx xxxxxx 2013-cü il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Birgə nikahlarından Aydan adlı övladları anadan olmuşdur. Sonuncu ilə münasibətləri normal olmadığından 2015-ci il tarixdə X5 Rayon Məhkəməsinin qətnaməsinə əsasən nikahları pozularaq övladı onun himayəsində qalmışdır. Nikahları pozulduqdan sonra cehiz əşyalarını aparmışdır. Nişan, toy və birgə evlilikləri dövründə bağışlanmış bir ədəd 750 əyyarlı, çəkisi 8 qram 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram sarı qızıldan olan sep- qızıl-zinət əşyaları Təqsirləndirilən şəxs qalmışdır. Sonuncudan həmin qızıl-zinət əşyalarını qaytarmasını istədikdə qızılların onda olduğunu, ancaq qaytarmayacağını bildirmişdir. Belə olan halda, qızıl-zinət əşyalarının qaytarılması tələbi ilə X5 Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddianı təmin etmədiyindən Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Həmin məhkəmənin xx xxxx 2016-cı il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs bir ədəd 750 əyyarlı, çəkisi 8 qram, qiyməti 1.300 (bir min üç yüz) manat olan 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram, qiyməti 800 (bir səkkiz yüz) manat olan sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram, qiyməti 1.600 (bir min altı yüz) manat dəyərində olan damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram, qiyməti 4800 (dörd min səkkiz yüz) manat dəyərində ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram, qiyməti 3.800 (üç min səkkiz yüz) manat dəyərində olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram qiyməti 180 (bir yüz səksən) manat dəyərində sarı qızıldan olan sep - qızıl zinət əşyaları naturada, onlar olmadıqda isə ümumi dəyəri 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində pulun alınaraq verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs qətnamədən narazı olduğundan kassasiya şikayəti verməsinə baxmayaraq, qətnamə qüvvəsində qalmışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs hazırki tarixədək borcundan heç bir ödəniş etməmişdir. Borclu Gəncə şəhəri ərazisində fərdi əməklə, yəni maşın ustası kimi məşğul olaraq yaxşı qazanc əldə etməsinə baxmayaraq, məhkəmə tərəfindən çıxarılan qətnamənin icrasını təmin etməkdən qərəzli olaraq boyun qaçırdığından və dövlətin adından çıxarılan qərara hörmətsizlik etdiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(104)-778/2016 nömrəli qətnaməsi üzrə icra vərəqəsi onun icraatında olmuşdur. Qətnaməyə əsasən Təqsirləndirilən şəxs bir ədəd 750 əyyarlı, çəkisi 8 qram, qiyməti 1.300 (bir min üç yüz) manat olan 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram, qiyməti 800 (bir səkkiz yüz) manat olan sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram, qiyməti 1.600 (bir min altı yüz) manat dəyərində olan damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram, qiyməti 4.800 (dörd min səkkiz yüz) manat dəyərində ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram, qiyməti 3.800 (üç min səkkiz yüz) manat dəyərində olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram qiyməti 180 (bir yüz səksən) manat dəyərində sarı qızıldan olan sep əmlaklar naturada, onlar olmadıqda isə ümumi dəyəri 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Borcluya tələbin könüllü icrasını təmin etməsi barədə qərar və bildiriş göndərilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qətnamə üzrə olan borcunun ödənilməsindən yayınmışdır. Borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə müvafiq təşkilatlara əmlakının və digər növdə gəlirlərinin olub-olmaması barədə sorğular göndərilmiş və dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilsə də, o, borcunun ödənilməsindən yayınmışdır. Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2019-cu il tarixdə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün X5 Rayon Məhkəməsinə vermişdir. Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 3(044)-80/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. İnzibati tənbehdən sonra Təqsirləndirilən şəxs borcun ödənilməsi üçün yenidən müddət verilsə də, ödəniş etməkdən yayınaraq bundan sonra da heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs sözügedən qətnamə üzrə 12.480 (on iki min dörd yüz səksən) manat borcunu ödəməyərək qeyd olunan qətnamənin icrasından qərəzli olaraq boyun qaçırdığından müvafiq sənədlər toplanaraq Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(104)-778/2016 nömrəli qətnaməsi üzrə icra vərəqəsi icra məmuru Şahid1 icraatında olmuşdur. Qətnaməyə əsasən Təqsirləndirilən şəxs bir ədəd 750 əyyarlı, çəkisi 8 qram, qiyməti 1.300 (bir min üç yüz) manat olan 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram, qiyməti 800 (bir səkkiz yüz) manat olan sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram, qiyməti 1.600 (bir min altı yüz) manat dəyərində olan damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram, qiyməti 4800 (dörd min səkkiz yüz) manat dəyərində ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram, qiyməti 3.800 (üç min səkkiz yüz) manat dəyərində olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram qiyməti 180 (bir yüz səksən) manat dəyərində sarı qızıldan olan sep əmlaklar naturada, onlar olmadıqda isə ümumi dəyəri 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qeyd olunan qətnaməyə əsasən icra məmuru Şahid1 tərəfindən borcluya qətnamənin icrasını təmin etməsi üçün vaxt verilməsinə baxmayaraq, borcundan heç bir ödəniş etmədiyindən məsuliyyət barədə xəbərdar etməsinin şahidi olmuşdur. İdarənin böyük icra məmuru kimi borclu Təqsirləndirilən şəxsla dəfələrlə hüquqi mövzuda söhbətlər apararaq qətnamənin dövlətin adından çıxarıldığını, buna görə də icrasının məcburiliyini izah etmiş və icra olunmadığı halda inzibati və cinayət məsuliyyəti barədə xəbərdarlıq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(104)-778/2016 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs bir ədəd 750 əyyarlı, çəkisi 8 qram, qiyməti 1.300 (bir min üç yüz) manat olan 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram, qiyməti 800 (bir səkkiz yüz) manat olan sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram, qiyməti 1.600 (bir min altı yüz) manat dəyərində olan damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram, qiyməti 4800 (dörd min səkkiz yüz) manat dəyərində ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram, qiyməti 3.800 (üç min səkkiz yüz) manat dəyərində olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram qiyməti 180 (bir yüz səksən) manat dəyərində sarı qızıldan olan sep əmlaklar naturada, onlar olmadıqda isə dəyəri və 30 manat rüsum xərci alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(104)-778/2016 saylı icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X5 Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 8(044)-674/2017 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X5 Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 3(044)-336/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X5 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(044)-80/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli və xx xxxx 2019-cu il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq” məktubundan görünür ki, Təqsirləndirilən şəxs borcunu vaxtında ödəməsi və əks halda ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş və o, rəsmi xəbərdarlığı şəxsən imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuşxx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup əlildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi ziyan ödənilməmişdir və ödənilməsi üçün hər hansı cəhd edilməmişdir, həmin ziyanın ödənilməsini tələb edir, eləcə də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirliliyinin tam sübuta yetirildiyi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən məhkəmə iclasında tədqiq edilmiş sübutlatla yanaşı, həmçinin məhkəmə araşdırması zamanıTəqsirləndirilən şəxs ifadəsində bildirdiyi barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə razı olmadığından onu icra etməli olmadığını, daha sonra isə əgər gələcəkdə imkanı olarsa ödəyəcəyini göstərməsi, yəni təqsirləndirilən şəxsin zərəri ödəməyə təşəbbüs göstərməməsi, zərəri ümumiyyətlə ödəməməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər hansı cəhd etməməsi, bununla da barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibət göstərməsi və məhkəmə qərarının icrasından yayınması onun məhkəmə aktını məhz qərəzli olaraq icra etməməsini təsdiq edir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs bir ədəd 750 əyyarlı, çəkisi 8 qram , qiyməti 1.300 (bir min üç yüz) manat olan 8 briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 6,5 qram, qiyməti 800 (bir səkkiz yüz) manat olan sarı qızıldan briliant qaşlı üzük, bir ədəd 750 əyyarlı, çəkisi 7 qram, qiyməti 1.600 (bir min altı yüz) manat dəyərində olan damla formalı briliant qaşlı ağ qızıldan olan üzük, bir ədəd 750 əyyarlı, çəkisi 35 qram, qiyməti 4.800 (dörd min səkkiz yüz) manat dəyərində ağ qızıldan olan briliant qaşlı toy komplekti, bir ədəd 750 əyyarlı, çəkisi 25 qram, qiyməti 3.800 (üç min səkkiz yüz) manat dəyərində olan sarı qızıldan briliant qaşlı komplekt, bir ədəd 583 əyyarlı, çəkisi 5 qram qiyməti 180 (bir yüz səksən) manat dəyərində sarı qızıldan olan sep əmlaklar naturada, onlar olmadıqda isə ümumi dəyəri 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli, 2(104)-778/2016 nömrəli qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə X5 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(044)-80/2019 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə xx xxxx 2019-cu il tarixdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxs 12.480 (on iki min dörd yüz səksən) manat məbləğində ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi təsnifatına görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs ikinci qrup əlil olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzanın məqsədini, onun prinsiplərini, sosial ədalətin bərpasına nail olunmasının zəruriliyini əsas götürərək, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs zərəri ümumiyyətlə ödəməməsini və zərəri ödəməyə təşəbbüs göstərməməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməyə hər hansı cəhd etməməsini, barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibətini nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar