Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-64/2022 04.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X6, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 3-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə tanışı Şahid1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində salınmış hərbi şəhərciyin yaxınlığında 10 manat pul müqabilində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə, yəni təmiz çəkisi 0.2 qram olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 07.07.2021-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən kardioloji xəstəxananın yaxınlığında saxlanılıb ünvan 1 ünvanında yerləşən Nizami RPB-nin inzibati binasına gətirilərək цzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Maqna” markalı siqaret qutusunun içərisində saxladığı siqaret kağızı bükümündə olmaqla Şahid1 aldığı təmiz çəkisi 0.2 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, R.Axundov küçəsi, 2-ci döngə, ev 1-də ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Bir müddətdir ki, “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamindən siqaret kağızında çəkməklə istifadə edir. Belə ki, həmin maddəni 10-15 manat pul müqabilində adını bilmədiyi şəxslərdən əldə etmişdir. Şahid1 5-6 ildir ki, tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri yoxdur, sadəcə olaraq dost kimi münasibətləri var. Belə ki, avtoyuma məntəqəsində çalışarkən Mətləbin avtomobilini yumaqla sonuncu ilə tanışlıqları yaranmışdır. 07.07.2021-ci il tarixdə, axşam saatlarında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində hərbi şəhərciyin yaxınlığında tanışı Mətləblə təsadüfən görüşmüş və həmin vaxt Mətləbdən “şüşə”, yəni metamfetamin olub-olmadığını soruşmuşdur. Belə ki, o, Mətləbin “şüşə” kimi tanınan psixotrop maddə istifadə etdiyini əvvəlcədən bilmişdir. Həmin vaxt Mətləb ona üzərində psixotrop maddə olan “şüşə”dən olduğunu bildirmişdir. Beləliklə, onlar belə razılaşmışlar ki, Mətləb ona bir büküm şüşə, yəni metamfetamini 10 manat pul müqabilində satacaq. O, yerindəcə Mətləbə 10 manat pul vermiş, Mətləb isə pulun qarşılığında cibindən şəffaf rəngli sellofan bükümdə “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin çıxarıb siqaret kağızına qoyaraq bir “çet” halında ona vermişdir. O həmin bükümü üzərində olan siqaret qutusuna qoyub oradan uzaqlaşmışdır. Həmin gün saat 19 radələrində Gəncə şəhəri, Təbriz küçəsində, yəni kardioloji xəstəxananın yaxınlığında olarkən polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt polis əməkdaşları özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə şübhəli olduğunu bildirməklə onu özləri ilə birlikdə Gəncə şəhər Nizami RPB-nin inzibati binasına aparmışlar. Polislər onu saxlayarkən Mətləbdən almış olduğu maddə də üzərində olmuşdur. Polis bölməsində müdafiəçi ilə təmin edilmiş və ona bir-bir hüquqları izah edilmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş aparılaraq üzərində axtarış aparılmışdır. Axtarış zamanı əynində olan şalvarın sağ yan cibində “Maqna” markalı siqaret qutusunun içərisində gizlətdiyi psixotrop maddə aşkar olunmuşdur. O, Mətləblə birlikdə üçüncü şəxsdən psixotrop maddə almamış, Mətləbin özü ona psixotrop maddəni satmışdır. Məhkəmədən əməlindən peşman olmasını bildirərək, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı dindirilmiş şahid Gəncə şəhər Nizami RPB-nin cinayət axtarış üzrə əməliyyat müvvəkkili Şahid3 ifadəsində bildirdi ki, 07.07.2021-ci il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPB-yə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı onun tərəfindən eyni tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında Gəncə şəhər Nizami RPBnin cinayət axtarış üzrə əməliyyat müvvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsində yerləşən Kardioloji Xəstəxananın yaxınlığında saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini nümayiş etdirmiş və qanunsuz olaraq psixotrop maddə əldə etməkdə və saxlamaqda şübhəli olması üçün saxlanıldığını izah edərək Samiri təxirəsalınmaz şəkildə xidməti avtomobilə mindirib Gəncə şəhər Nizami RPB-nin inzibati binasına gətirmişlər. Orada Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazıb Samiri təhqiqatçıya təhvil vermişlər. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş, həmçinin hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanılmışdır. Axtarışdan əvvəl Samirə hüquq və vəzifələri izah edilərək yazılı bildiriş təqdim olunmuşdur. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olub-olmaması barədə sual verilmiş və müsbət halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibindən “Maqna” markalı 1 ədəd siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin qutu açıldıqda içərisində siqaret silindirləri ilə yanaşı 1 ədəd siqaret kağızında büküm aşkar edilmişdir. Həmin büküm açıldıqda içərisində şəffaf rəngli, kristal halında kütlə olması müəyyən edilmişdir. Həmin kütlə içərisində olduğu siqaret kağızı ilə birgə elektron tərəzidə çəkildikdə çəkisi 0.3 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid1 məhkəmə iclasında bildirdi ki, 07.07.2021-ci il tarixdə, günorta saatlarında tanışı Təqsirləndirilən şəxsla Gəncə şəhər A.Səhhət xəstəxanasının yaxınlığında təsadüfən görüşərkən Samirin ona psixotrop maddə olan metamfetaminə ehtiyacının olduğunu bildirdiyini və ondan həmin maddədən təşkil etməyi xahiş etmişdir. Həmin vaxt Samirə özünün üzərində 20 manat pulunun olduğunu, 10 manat da Samirin verəcəyi halda 30 manat pul müqabilində ikisinə yetəcək qədər psixotrop maddə əldə edə biləcəklərini bildirmişdir. Samirin də onunla bu barədə razılaşıb ona 10 manat pul verdiyini və özündə olan 20 manatı da birləşdirib milli ödəmə terminalı vasitəsi ilə hazırda xatırlamadığı bank hesabına həmin pulu köçürmüşlər, bundan sonra ona psixotrop maddənin A.Səhhət adına xəstəxananın yaxınlığındakı binanın baş tərəfində “West” markalı siqaret qutusunun içərisində olduğunu, ona görə Samirlə birlikdə gedib həmin yerdən qeyd olunan psixotrop maddəni götürdüklərini və özünə məxsus göy rəngli, “VAZ 21012” markalı avtomobilə əyləşib həmin maddədən ikisi də birlikdə istifadə etdiklərini, bundan sonra geri qalan psixotrop maddəni Samirlə aralarında bölüşdürmüşlər, Samirin payına düşəni götürüb avtomobildən enmiş, özü isə avtomobillə oradan uzaqlaşıb getmişdir. Samirin orada qaldığını, sonradan Samirin polislər tərəfindən saxlanıldığını öyrənmiş, özünün isə “Dəyirmanın dairəsi” adlanan dairənin yaxınlığında - “Kral petrol” adlanan yanacaqdoldurma məntəqəsinə bir neçə metr məsafədə olarkən mülki geyimli polis əməkdaşları tərəfindən saxlanılaraq Yeni Gəncə qəsəbəsində yerləşən Nizami RPByə aparılmışdır. Orada müdafiəçi ilə təmin olunaraq hüquqları izah edildikdən sonra üzərində polis əməkdaşlarının və müdafiəçisinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan şalvarın cibində saxladığı “şüşə” kimi tanınan psixotrop maddə aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.07.2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuş və barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.07.2021-ci il tarixli şəxsi axtarış protokolundan görünür ki, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Maqna” siqaret qutusu aşkar edilmiş, onun içərisindən isə ümumi çəkisi 0.3 (sıfır tam onda üç) qram olan 1 ədəd siqaret falqasına bükülmüş şəffaf rəngli, kristal şəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilməklə qablaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 08.07.2021-ci il tarixli, 16/651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli kağız bükümdə, təzi çəkisi 0,2 qram olan maddə kustar üsulla hazırlanmış pxsixotrop maddə-metamfetamindir. (Metamfetaminin təmiz çəkisi-0.2 qram, tədqiqata sərf edildi - 0.02 qram, qalıq - 0.18 qram.) Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 14.10.2021-ci il tarixli, 1227 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 08.08.2012-ci il tarixli, AZ-İİ 887819 saylı və 04.07.2016-cı il tarixli, AZ-İİİ 578788 saylı doğum haqqında şəhadətnamələrin təsdiqli surətlərindən görünür ki, X11 14.07.2012-ci il, X4 20.05.2016-cı il tarixdə doğulmuşdur. Onların ataları Təqsirləndirilən şəxs, anaları Hüseynova Bəsti Almədəd qızıdır. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxs X5 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahının təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş İİ siyahıdan (psixotrop maddələr) görünür ki, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla hər birinin ayrı-ayrılıqda yuxarı həddi 0,15 qramdan 02 qramadək müəyyənləşdirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.07.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09.07.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə iltiizam” qətimkan tədbiri seçilərək o, saxlandığı Gəncə şəhəri BPİ-nin MSY-dən azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək, 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi ilə bağlı 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.18 qram təşkil edən psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07.07.2021-ci il tarixdən 09.07.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 4 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.18 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X2 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-64/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-64/2022
04.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver