Məhkəmə qərarları › İş №1(044)-65/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-65/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-65/2020 22.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1973-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ikinci qrup əlil, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 27 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsində yeni tikililərdə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) xx xxxxxx 2019-cu il tarixdə saat 17:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə özünə məxsus ünvan 1 mənzil 27 ünvandakı evinə gələrək həmin evdə yaşamaq hüququna malik keçmiş həyat yoldaşı Qanuni nümayəndə, qızı xx.xx.2007-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs əli ilə döyüb sağ qasıq nahiyəsinin əzniyi (qançır və şişkinliyi), sağ bud nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin və döş qəfəsinin ön səthinin sıyrıqları ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi eləcə də işdə olan və tədqiq olan digər iş materialları ilə aşağıdakı qaydada tamamilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona CM-in 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, İİ qrup əlildir. 2005-ci ildə Qanuni nümayəndə ilə rəsmi qaydada ailə həyatı qurmuş və birgə nikahdan 2007-ci ildə bir qız övladları dünyaya gəlmişdir. Sonradan məhkəmə qərarı ilə Zərərçəkmiş şəxs onun övladı olmadığı sübuta yetirilmişdir. 2016-cı ildə məhkəmənin qərarı ilə Qanuni nümayəndə boşanmış, məhkəmənin qərarı ilə ona məxsus ünvan 1 mənzil 27 üvanında Qanuni nümayəndə yaşamaq hüququ verilmişdir. Lakin o, heç vaxt özünə məxsus olan həmin evdə yaşamamışdır. Hazırda o, öz valideynlərinin yanında 3 övladı və həyat yoldaşı Günel Əhmədova ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə, saat 17:30 radələrində o, özünə məxsus müxtəlif əşyalarını götürmək üçün ünvan 1 mənzil 27 ünvanında yerləşən evinə gedib qapını döymüş,həmin vaxt mənzildə adam olsa da heç kim qapını açmamışdır. Həmin vaxt o, sərxoş vəziyyətdə olduğu üçün əsəbləşmiş və eyvandan mənzilə daxil olmaq qərarına gəlmişdir. O, eyvandan mənzilə daxil olanda evdə heçkimin olmadığını görmüş və qapı açıq vəziyyətdə olmuşdur. Bu zaman Ayşənuru qapının yanında görüncə sərxoş və əsəbi olduğu üçün Ayşənuru qolundan tutaraq itələmiş qapını niyə acmadığını soruşmuşdur. Sonra müəyyən əşyalarının yerində olmadığını görüb əsəbi vəziyyətdə olduğu üçün evdə olan Arifəyə məxsus bəzi əşyaları çölə atmağa başlamışdır. Biraz keçdikdən sonra polis əməkdaşları gəlib onu mənzildən çölə çıxartmış və onu Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə aparmışlar. Əməlindən peşmandır, hazırda Ayşənur və Arifə ilə barışmış, vurduğu ziyanı tam ödəmiş, Ayşənurun və keçmiş həyat yoldaşının ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmədən ifadəsində göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, anası Qanuni nümayəndə ilə birlikdə yaşayır. Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alır. Təqsirləndirilən şəxs onun atasıdır. Atası təxminən 5 il bundan əvvəl anasından ayrılıb ayrı yaşayır, lakin buna baxmayaraq atası onların yaşadığı evə gedib gəlir. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində o, evdə tək olan vaxt evlərinin qapısı döyülmüşdür. Anası ona tapşırdığı üçün o da anasının dediklərinə əməl edib evlərinin qapısını açmamışdır. Həmin vaxt atası Rasim binanın prospektə baxan tərəfindən pəncərədən içəriyə daxil olmuşdur. O, qorxduğu üçün qapını açıb çölə çıxmaq istəyəndə arxadan atası əli ilə onun qolundan tutaraq vurmuş və onu yerə yıxmışdır. Həmin vaxt atası sərxoş vəziyyətdə olmuşdur. Həmin vaxt qonşuluqda yaşayan Xalidə onun səsini eşidib mənzilin giriş qapısı açıq olduğu üçün evə daxil olmuş, onu bloka çıxartmışdır. Atası isə onu və Xalidəni ucadan nalayiq sözlərlə təhqir etmişdir. Bundan sonra atası Rasim evdə olan əşyaları eyvandan çölə atmağa başlamışdır. Bundan sonra anası Arifə işdən evə gələn vaxt binanın qarşısında atası Rasim anasının üstünə cumaraq əli ilə vurmuşdur. Anası DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyi üçün bir az keçdikdən sonra hadisə yerinə gələn polis əməkdaşları Rasimi oradan aparmışlar. Hadisə zamanı Təqsirləndirilən şəxs mənzildə olan bəzi ərzaqları, o cümlədən ona məxsus məktəb çantasını da eyvandan binanın önünə atmışdır. Eyni zamanda atası Rasim mənzildə olan paltar yuyan maşının qapağını, mobil telefonu zədələmişdir. Hazırda onlar atası ilə barışmış və onlara dəymiş ziyan tam ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməsini xahiş edirlər. (Təqsirləndirilən şəxs ilə barışması, ondan heç bir şikayət və tələbinin olmaması, onun cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir). Məhkəmə iclasında şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, gözəllik salonunda saç ustası kimi işləyir. Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşı olmuş, təxminən 5 il bundan əvvəl məhkəmə yolu ilə Təqsirləndirilən şəxs ayrılmışdır. Məhkəmə tərəfindən yaşadığı evin bir otağı Təqsirləndirilən şəxs verilmiş, bir otağı isə ona verilmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəmə tərəfindən verilmiş həmin otaqda heç vaxt yaşamamışdır. O, 2007-ci il təvəllüdlü az yaşlı qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. Qızı Zərərçəkmiş şəxs Gəncə şəhəri 4 saylı orta məktəbdə təhsil alır. xx xxxxxx 2019-cu il tarixdə saat 18:10 radələrində o, işlədiyi gözəllik salonunda olan vaxt azyaşlı qızı Ayşənur ona zəng edərək mənzilin qapısının döyüldüyünü və qapının gözlüyünün isə əl ilə tutulduğunu bildirmişdir. Həmin vaxt o, qızına qapını heç kimə açmamasını söyləyib bir qədər sonra evə gələcəyini demişdir. Daha sonra o, qonşusu Ceyhunənin zənginə cavab verdiyi vaxt o, Rasimin onların evinə gələrək onun əşyalarının bir çoxunu pəncərədən binanın həyətinə atdığını demişdir. O, Ceyhunədən qızı Ayşənurun harada olduğunu soruşduğu zaman Ceyhunə Ayşənuru özü ilə evlərinə aparacağını və narahat olmamasını söyləmişdir. Bundan sonra o, çox narahat olduğu üçün dərhal yaşadığı evə gəlmişdir. Binanın qarşısına çatanda o, ev əşyalarının bir çox hissəsinin evdən həyətə atıldığını görmüşdür. Rasim isə pəncərədən onu görüb ünvanına nalayiq söyüşlər söyərək mübahisə etməyə başlamışdır. O, DİN-nin 102 xidmətinə zəng edib hadisə barədə məlumat verdiyi üçün bir qədər keçdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və Rasimi sakitləşdirərək polis idarəsinə aparmışlar. Rasim tərəfindən atılmış ona məxsus əşyalar isə həyətdə qalmış, səhərisi gün həmin əşyaları o, yaxınlıqdakı məişət əşyalarının tullanılması üçün nəzərdə tutulmuş yerə aparıb atmışdır. Hadisə zamanı ona ümumilikdə 4600 manat dəyərində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyi üçün o, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Həmçinin cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Qanuni nümayəndə onunla qonşuluqda yaşayır. Bildiyinə görə Qanuni nümayəndə həyat yoldaşı Təqsirləndirilən şəxs boşanmış və az yaşlı qızı Zərərçəkmiş şəxs ilə birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə saat 18:30 radələrində o, öz yaşadığı evdə yemək bişirən vaxt qonşuluqda yaşayan Arifənin qızı Ayşənurun qışqırıq səslərini eşitmişdir. O, dərhal Arifəgilin evinə gedəndə Arifənin evinin qapısının açıq olduğunu görüb içəriyə daxil olanda Rasimin Ayşənuru əli ilə vurub itələdiyini görmüşdür. O, Rasimi sakitləşdirərək Ayşənuru bloka çıxartmışdır. Həmin vaxt oraya gələn digər qonşuları Ceyhunə Ayşənuru öz evinə aparmışdır. Rasim ucadan səs-küy salaraq mənzildə olan əşyaları 2-ci mərtəbənin eyvandan çölə atmağa başlamışdır. Biraz keçdikdən sonra Arifə binanın önünə gələndə Rasim onu görüb Arifə ilə mübahisə etdikdən sonra yenidən evdəki əşyaları eyvandan çölə atmaqda davam etmiş, biraz keçdikdən sonra hadisə yerinə gələn polis əməkdaşları Rasimi zorla mənzildən çölə çıxartmışlar. Hadisə zamanı o, xəsarət almamışdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə tibb ekspertizasının xx.xx.2019cu il tarixli 1819 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs Rasim qızında bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qasıq nahiyyəsinin əzniyi (qanşır və şişkinliyi), sağ bud nahiyyəsinin qançırı, sağ yanaq nahiyyəsinin və döş qəfəsinin ön səthinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nətuicəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 17:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətdə özünə məxsus ünvan 3ənzil 27 ünvandakı evinə gələrək həmin evdə yaşamaq hüququna malik keçmiş həyat yoldaşı Qanuni nümayəndə qızı xx.xx.2007-ci il təvəllüdlü azyaşlı Zərərçəkmiş şəxs əli ilə döyüb ona sağ qasıq nahiyəsinin əzniyi (qançır və şişkinliyi), sağ bud nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin və döş qəfəsinin ön səthinin sıyrıqlarıilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs, zərəçəkmiş şəxs və şahidlərin ifadələrini dinləyib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilməlidir. CM-in128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə, iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmçinin CM-in 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72- 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə iclasında elan edilmiş və işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında elan edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat daxil olmamışdır. CM-nin 73.1-ci maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tam ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tamamilə ödənilmiş, ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş və işə əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Beləliklə, məhkəmədə işə baxılarkən aydın olmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, CM-in 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza xərci və müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.4, 43.3, 321, 321.2.1 və 384-cümaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və barəsində cinayət təqibinə xitam verilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddətbaşa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar