Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-66/2019 24.10.2019 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.1956-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, ali təhsilli, Gəncə şəhər qaz istismar idarəsində işləmiş, Gəncə şəhəri, Qaranamazlı küçəsi, ev 34-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizami küçəsi, 9-cu döngə, ev 12-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs (bundan sonra – Təqsirləndirilən şəxs) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5, 313-cü maddələri ilə təqsirləndirilir ondan ötrü ki, o, vəzifəli şəxs olmaqla qulluq mövqeyindən istifadə edərək tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə, qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək – bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq və tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində köməkçi kimiiştiraketmişdir. İbtidai istintaq orqanı tərəfindən elan edilmiş ittiham onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Gəncə Dövlət X2 işləri üzrə prorektoru vəzifəsində işləyərkən Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli, 74 saylı Fərmanı ilə yaradılmış “Tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1 və 6.1-ci maddələrinə əsasən, həmin qurum tərəfindən ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə qəbulun test üsulu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bildiyi halda, həmin sahədə çalışan məsul şəxslərlə əlaqələrindən və qulluq mövqeyindən istifadə edərək Azərbaycan X8 filialının direktoru Şahid7, həmin institutun Qazax filialının direktoru X14 və qeyriləri ilə qabaqcadanrazılaşmaqlaəlbirolubcinayət əlaqəsinə girərək aldatmavəetibardansui-istifadəetməyoluiləözgəninəmlakınıvahid qəsdləələkeçirməkməqsədilə, 2009-cu ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs4, övladı Könül Abdullayevanı Azərbaycan X7 filialına qəbul etdirəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs4 iki dəfəyə əvvəl 2009-cu ilin avqust ayında Gəncə şəhəri Bağbanlar küçəsində 2600 (iki min altı yüz) manat, daha sonra 2009-cu ilin noyabr ayında Gəncə şəhəri, “Köhnə Yevlax Avtovağzalı” adlanan ərazidə 2400 (iki min dörd yüz) manat olmaqla, cəmi 5000 (beş min) manat pulu almış, həmçinin ondan təhsil haqqı, tələbə biletinin verilməsi üçün, dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda akademik ili uğurla başa çatdıracağını təmin etdirmək, eləcə də ali təhsil müəssisəsindən məzun olması barədə ona diplom veriləcəyi adı ilə 2009-2013-cü illərdə Qazax rayonu və Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 6000 (altı min) manat olmaqla, ümumilikdə 11200 (on bir min iki yüz) manat pulu alıb, həmin pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov, Şahid7 və qeyriləri ilə Gəncə şəhər və Qazax rayonu ərazisində öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğubir qrup şəxslə qulluq mövqeyindən istifadə edərəközgəninxeylimiqdardaəmlakınıetibardansuiistifadəetməvəaldatmayoluiləələkeçirərəkdələduzluqetmiş və Könül Abdullayevanın qeyd edilən fakültəyə qəbul olunması görüntüsünü yaratmaq üçün əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan İsa Veyisov və Şahid6 tərəfindən hazırlanmış rəsmi sənəd sayılan Azərbaycan X7 filialının adından verilmiş Könül Abdullayevanın guya, həmin təhsil müəssisəsinin tarix və coğrafiya fakültəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş, Azərbaycan X7 filialının adından tarix və coğrafiya fakultəsində təhsil alması barədə 2007ci il tarixli, 220 saylı saxta tələbə biletini, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz, 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderlərini Şahid6 vasitəsilə Zərərçəkmiş şəxs4 təqdim edib vəzifə saxtakarlığı cinayətinin törədilməsi üçün məlumatlar verməklə kömək etmişdir. Bundan əlavə, o,təkrarən həmin vəzifədə işləyərkən X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə 2009-cu ildə dəqiq tarixini xatırlamadığı vaxtda tanışı Şahid3 qızını Azərbaycan X8 filialının tarix və coğrafiya fakultəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Şahid3 atası Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat pulu həmin tarixdə yaşadığı Gəncə şəhəri, Qaranamazlı küçəsi, ev 34-də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, tələbə biletinin verilməsi üçün dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa catdıracağını təmin etmək adı ilə 2009-2013-cü illərdə Gəncə şəhəri və Qazax rayonu ərazisində müxtəlif yerlərdə cəmi 1300 (min üç yüz) manat olmaqla, ümumilikdə 5300 (beş min üç yüz) manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğubir qrup şəxslə özgəninxeylimiqdardaəmlakınıetibardansui-istifadəetməvəaldatmayoluiləələkeçirərək qulluq mövqeyindən istifadə edərəktəkrarən dələduzluqetmiş və Şahid3 qeyd edilən fakultəyə qəbul olunması görüntüsünü yaratmaq üçün əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan özü və qeyriləri tərəfindən hazırlanmış rəsmi sənəd sayılan Azərbaycan X8 filialı adından verilmiş sonuncunun guya, həmin təhsil müəssisəsinin tarix və coğrafiya fakultəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş, 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə biletini təqdim etməklə vəzifə saxtakarlığı cinayətinin törədilməsi üçün vasitələr, məlumatlar verməklə təkrarən köməklik etmişdir. Bundan əlavə, o,təkrarən həmin vəzifədə işləyərkən X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə, 2009-cu ildə dəqiq tarixini xatırlamadığı vaxtda tanışı Şahid1 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Şahid1 atası Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat pulu həmin tarixdə yaşadığı Gəncə şəhəri, Qaranamazlı küçəsi, ev 34-də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa catdıracağını təmin etmək adı ilə 2009-2013-cü illərdə Qazax rayonu, Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 3500 (üç min beş yüz) manat olmaqla, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğubir qrup şəxslə özgəninxeylimiqdardaəmlakınıetibardansuiistifadəetməvəaldatmayoluiləələkeçirərəkqulluq mövqeyindən istifadə edərək təkrarən dələduzluqetmişdir. Bundan başqa, o,təkrarən həmin vəzifədə işləyərkən X14 və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə 2009-cu ildə tarixini xatırlamadığı vaxtda tanışı Şahid4 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Şahid4 atası Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat pulu həmin tarixdə yaşadığı Gəncə şəhəri, Qaranamazlı küçəsi, ev 34-də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa catdıracağını təmin etmək adı ilə 2009-2013-cü illərdə Qazax rayonu, Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 3500 (üç min beş yüz) manat olmaqla, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğubir qrup şəxslə özgəninxeylimiqdardaəmlakınıetibardansuiistifadəetməvəaldatmayoluiləələkeçirərəkqulluq mövqeyindən istifadə edərək təkrarən dələduzluqetmişdir. Təqsirləndirilən şəxs münasibətdəAzərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5, 313-cü maddələri ilə irəlisürülmüşittihamlabağlıməhkəməbaxışınatəqdimedilmişsübutlarməhkəməiclasındahərt ərəfli, tamvəobyektivaraşdırılmışvəmüəyyənedilmişdirki, o, tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə, qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək – bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq, həmçinin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsinə təkrarən vasitə və məlumatlar verməklə köməklik göstərmiş və tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində köməkçi kimiiştiraketmişdir, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 178.2.3, 32.5, 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri toplanmış istintaq sənədləri – özünün qismən etirafedici ifadələri, yəni ona verilmiş ittihamda adları göstərilmiş şəxsləri tanıması, onları Şahid7 yönləndirməsi ilə bağlı ifadələri ilə yanaşı, şahidlərin ifadələri, Zərərçəkmiş şəxs2 övladının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadıldığından aldığı pulların geri qaytarılması ilə bağlı Təqsirləndirilən şəxsla görüşərək söhbət etməsi və mobil telefonundan istifadə edərək aralarında olan söhbətlərin olmasını təsdiq edən video görüntülərin əks olunduğu disk, eləcə də maddi sübutlar, istintaq hərəkətinin protokolları və digər mötəbər dəlillərlə aşağıda göstərilən qaydada kifayət qədər sübuta yetirilmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı işüzrə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4 və 32.5, 313-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heç vaxt Gəncə Dövlət X3 işləri üzrə prorektor vəzifəsində işləməmişdir. Azərbaycan X8 filialı yaşadığı evin qarşısında yerləşir. Həmin institutun direktoru Şahid7 hamı kimi o da tanıyır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli, 74 saylı Fərmanı ilə yaradılmış “Tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1 və 6.1-ci maddələrinə əsasən, həmin qurum tərəfindən ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə qəbulun test üsulu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bilir. O, Şahid3 və atası Zərərçəkmiş şəxs1, Şahid1 və atası Zərərçəkmiş şəxs2, Şahid4 və atası Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və övladı Könül Abdullayevanı əvvəllər tanımamışdır, sadəcə olaraq o, yaşadığı evin qarşısında olan zaman Zərərçəkmiş şəxs2 və qeyriləri ona yaxınlaşaraq övladlarını Azərbaycan Müəllimlər İnstitutunun filiallarına qəbul edilməyinə köməklik etməsini ondan xahiş etmişlər. Onlara yalnız universitetin yerini, eləcə də Şahid7 yaxınlaşmasını, ona yalnız sonuncunun köməklik edə biləcəyini demişdir. Bundan başqa aralarında hər hansı bir söhbət olmamışdır. O, test imtahanlarından kənar Azərbaycan X7 filialına övladının qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs4, Şahid3 qızını Azərbaycan X8 filialının tarix və coğrafiya fakultəsinə qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs1, Şahid1 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs2, Şahid4 Azərbaycan X7 filialının tarix və coğrafiya fakultəsinə qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs3 pul almamış, Könül Abdullayevanın Azərbaycan X7 filialı adından tarix və coğrafiya fakutəsində təhsil alması barədə 2007-ci il tarixli, 220 saylı saxta tələbə biletini, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz, 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderləri, eləcə də 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə biletini təqdim etməmişdir. Həmin şəxslərin qeyd olunan təhsil müəssisəsinə test imtahanlarından kənar qəbul etdirilməsi üçün onlardan heç bir pul vəsaiti almamışdır. Təqsirləndirilən şəxs cinayət işinin məhkəmə baxışı zamanı verdiyi ifadəsindən fərqli olaraq, ibtidai istintaqı zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, o, 2002-2008-ci illərdə Gəncə Dövlət Universitetində işləmişdir. Füzuli rayonuna gedib-gələn zaman Şahid5 adlı şəxslə tanış olmuş, onunla şəxsi münasibəti yaranmışdır. Sonuncu ilə söhbət edən zaman ona tanışı Zərərçəkmiş şəxs4 övladı Könül Abdullayevanın imtahanlardan kənar ali təhsil müəssisəsinə qəbul edilməsinə köməklik edilməsini xahiş etmişdir. Tanışı Şahid5 və Zəfərlə Gəncə şəhərində olan Azərbaycan X8 filialının qarşısında görüşmələrini demişdir. Söhbət zamanı Zəfər ondan övladını qeyd olunan universitetin tarix-coğrafiya fakültəsinə qəbul etdirilməsinə köməklik edilməsini demişdir. Onunla razılaşaraq qəbul edilməsi qarşılığında 5000 manat tələb etmişdir. Birlikdə həmin universitetin rektoru Şahid7 iş otağına getmişlər. Qəbul otağında olan zaman Əjdər ona 2400 manat pul vermiş, pulun qalan hissəsini isə tələbə biletini aldıqdan sonra ödəyəcəyini demişdir. Pulu ondan alıb Şahid7 iş otağına daxil olmuşdur. Qəbulla əlaqədar zəruri sənədləri və almış olduğu pulu Şahid7 vermiş, sonuncu institutun Gəncə filialında boş yerin olmamasını, Könül Abdullayevanı yalnız institutun Qazax filialına qəbul etdirə biləciyinə dair vəd vermişdir. Şahid7 ona verdiyi puldan 200-300 manat hissəsini qaytarmaqla qalan hissəsini isə institutun Qazax filialında işləyən Şahid6 göndərmişdir. 2009-cu ilin sentyabr ayında isə Şahid6 ona Könül Abdullayevanın həmin institutun Qazax filialında təhsil alması barədə tələbə biletini göndərmiş, həmin tələbə biletini isə Əjdər müəllimə göndərmişdir. Sonuncu da öz növbəsində həmin sənədi Zərərçəkmiş şəxs4 vermişdir. Sonradan Zərərçəkmiş şəxs4 də qalan 2600 manat pulu Gəncə şəhərində “köhnə avtovağzal” adlanan ərazidə ona vermişdir. Həmin pulu alıb Şahid7 vermişdir. Sonuncu da həmin puldan ona 500 manat vermişdir. Zəfər mütəmadi olaraq qızının təhsil aldığı müddətdə təhsil haqqı adı ilə ondan tələb olunan pulu Şahid6 vermişdir, hətta Könül Abdullayeva Sevdanın qardaşının evində kirayə qalmışdır. Azərbaycan X7 filialı bağlandıqdan sonra ona köməklik etməsi üçün müraciət etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəsində göstərmişdir ki, Şahid3 və atası Zərərçəkmiş şəxs1, Şahid1 və atası Zərərçəkmiş şəxs2, Şahid4 və atası Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və övladı Könül Abdullayevanı 2009-cu ilin avqust ayından etibarən tanıyır. Onlarla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmayıbdır. O, yaşadığı evin qarşısında olan zaman Zərərçəkmiş şəxs2 və qeyriləri ona yaxınlaşmış, Azərbaycan Müəllimlər İnstitutunun filiallarına qəbul edilməyinə köməklik etməsini xahiş etmişdir. Onlara yalnız universitetin yerini, eləcə Şahid7 yaxınlaşmasını, ona yalnız sonuncunun köməklik edə biləcəyini demişdir. Bundan başqa aralarında əlavə hər hansı bir söhbət olmamışdır. Buna baxmayaraq, həmin vaxt qeyd olunan şəxslərə özünün istifadəsində olan mobil telefon nömrəsini vermişdir. Mütəmadi olaraq onlarla əlaqə saxlayıb, qəbulla bağlı maraqlanmışdır. Lakin test imtahanlarından kənar Azərbaycan X7 filialına övladının qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs4, Şahid3 qızını Azərbaycan X8 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs1, Şahid1 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs2, Şahid4 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirilməsi üçün Zərərçəkmiş şəxs3 pul almamış, Könül Abdullayevanın Azərbaycan X7 filialı adından tarix coğrafiya fakütəsində təhsil alması barədə 2007-ci il tarixli, 220 saylı saxta tələbə biletini, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz, 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderlərini, eləcə də 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə biletini təqdim etməmişdir. Sonuncunların qeyd olunan təhsil müəssisəsinə test imtahanlarından kənar qəbul etdirilməsi üçün ona pul vermələri barədə ifadələrində göstərdiklərinin yalan olmasını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, müxtəlif instansiyalara Təqsirləndirilən şəxs onun və qohumlarının test imtahanlarından kənar Azərbaycan X7 filialına qəbul edilməsi üçün külli miqdarda pul alıb aldatması barədə yazmış olduğu şikayət ərizələrində göstərilənləri təsdiq edir. Belə ki, Zülfü Nəsirli onun arvadı Aybəniz Nəsibovanın doğma qardaşıdır. Gültəm də Zərərçəkmiş şəxs2 qızıdır. Zərərçəkmiş şəxs3 isə arvadı Aybənizin bacısı Kəmalənin əridir. Şahid4 isə Zərərçəkmiş şəxs3 qızıdır. Onlarla ədavəti və ya düşmənçiliyi olmayıbdır. Təqsirləndirilən şəxs isə həmyerlisi və Füzuli rayon Təhsil şöbəsinin tabeçiliyində olan Dilağarda kənd orta məktəbində direktor işləyən Şahid2 vasitəsi ilə tanımış, onlarla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmamışdır. 2008 və ya 2009-cu ildə doğma qızı Şahid3 Füzuli rayonu Qayıdış qəsəbəsi 1 saylı orta məktəbini bitirmiş və həmin il Tələbə Qəbulu Dövlət Komissiyası tərəfindən təşkil olunmuş imtahanda iştirak etməsinə baxmayaraq, az bal topladığı üçün ali təhsil müəssisəsinə qəbul olunmamışdır. 2009-cu ilin avqust ayında qohumu Zərərçəkmiş şəxs3 və Zülfü Nəsibovdan həmyerlisi olan Şahid2 tanışı Təqsirləndirilən şəxs test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etmək üçün Azərbaycan X7 filialının rəhbər vəzifəli şəxsləri ilə əlaqəsinin olmasını eşitmişdir. Şahid2la birlikdə Təqsirləndirilən şəxsla bu barədə dəfələrlə söhbət etmişdir. Sonuncu ona test imtahanlarından kənar təhsil müəssisəsinə qəbul edilməsinin mümkünlüyündən, eləcə də həmin qəbulun pullu olmasından, test imtahanlarından kənar qəbul edilməsi qarşılığında hər bir abutiriyent üçün 4000 manat pul və qəbulla əlaqədar sənədlərin tələb edilməsini demişdir. Özü, Zərərçəkmiş şəxs3, Zülfü Nəsibov tanışları Təqsirləndirilən şəxs verdiyi yalan vədlərə inanıb, razılaşaraq onun tələb etdiyi sənədləri və pulu toplayaraq Şahid2la görüşüb ünvan 1 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evinə aparmışdır. Zaurun evinə daxil olanda onun evində adını bilmədiyi arvadı da olmuşdur. Təkrar Təqsirləndirilən şəxsla söhbət edən zaman sonuncu hərkəsin yanında Azərbaycan X7 filialının rəhbər vəzifəli şəxsləri ilə geniş əlaqələrinin olmasından danışıb. Həmin rəhbər vəzifəli şəxslərin kimliyi barədə deməsə də həmin vəzifəli şəxslərlə yaxın münasibətinin olmasını, özünün isə geniş əlaqələrinin olmasını demişdir. Söhbət edən zaman Zaurun adını bilmədiyi arvadı mütəmadi olaraq onların yanında olmuş, sonuncu da bu barədə onların arasında olan söhbətlərin şahidi olmuşdur. Həmin vaxt Şahid3, Şahid1, Günay Heydərovun imtahanlardan kənar ali təhsil müəssisəsinə qəbul edilməsi üçün hər birinə 4000 manat olmaqla, cəmi 12000 manat pulu və qəbulla əlaqədar sənədləri qeyd olunan şəxslərin iştirakı ilə Təqsirləndirilən şəxs şəxsən özünə vermiş, sonuncu da pulu alıb sayaraq tam şəkildə olduğunu, qısa müddət ərzində onun və qohumlarının övladlarının Azərbaycan X7 filialında tarix-coğrafiya fakültəsində qiyabi, ödənişli əsaslarla təhsil alacağını, onlara veriləcək diplomun isə qanuni olacağı vədini vermişdir. Həmin vaxt pulu və sənədləri Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncunun dəvəti ilə onun evində nahar etmişlər. 2009-cu ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq Şahid1, Şahid4 və Şahid3 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinin qiyabi şöbəsinə qəbul edildiyini, 2010-cu ilin yanvar ayından etibarən təhsil müəssisəsinin dərslərində iştirak edə biləcəklərini demişdir. 2010cu ilin yanvar ayının əvvəlində Şahid4, Şahid1 ilə birlikdə Gəncə şəhərinə getmiş, onun qızı isə onlarla birlikdə getməmişdir. Təqsirləndirilən şəxsla görüşüb, birlikdə Qazax şəhərinə getmişlər. Təqsirləndirilən şəxs övladı və qohumlarının ödənişli əsaslarla təhsil alacaqlarını deyib, hər bir tələbə üçün 500 manat olmaqla, 1500 manat təhsil haqqı tələb etmişdir. Bir müddətdən sonra Zaur əlində qəbz gətirib onlara təqdim edərək təhsil haqqını təhsil müəssisəsinin mühasibatlığına ödədiyini deyərək qəbzlərini onlara vermişdir. Həmçinin Təqsirləndirilən şəxs 2010-cu ilin əvvəlində övladı və qohumlarının təhsil aldıqları təhsil müəssisəsindəki imtahanlardan müvəffəqiyyətli qiymətlər alması üçün əlavə 200 manat olmaqla ümumilikdə 600 manat pul almışdır. Sonradan Zaur özü tək olaraq X7 filialına daxil olmuş, bir müddətdən sonra çölə çıxıb tələbələrin imtahanlarının yazdırılacağını, burada qalmağa ehtiyac olmadığını demişdir. Lakin pulu təhsil müəssisəsinin hansı əməkdaşına verməsi barədə hər hansı bir söz deməmişdir. Bundan sonra hər semestrin əvvəlində hər bir tələbə üçün təhsil haqqı olaraq 500 manat, imtahanların yazılması üçün 200 manat, cəmi 700 manat pulu onlardan alaraq tələbənin imtahanlardan müvəffəqiyyətlə keçməsini özü həll edəcəyini demiş və onunla razılaşmışlar. 2010-cu ilin may ayında bir daha təhsil haqqı və semestr imtahanlarının yazılması üçün Zaurla birlikdə Azərbaycan X7 filialına getmiş, hər bir tələbə üçün 700 manat olmaqla cəmi 2100 manat pul Zaura verilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs övladlarının təhsil almaları barədə tələbə biletinin verilməsini tələb etmişdir. Zaurun tələbi ilə filialin Sevda adlı əməkdaşına yaxınlaşmışdır. Təqsirləndirilən şəxs Yasir, Zülfü və onun yanında pulları Sevda adlı xanıma vermişdir. Sevda adlı qadın da onlara təhsil haqqının ödənilməsi barədə qəbz, eləcə də tələbə biletini də təqdim etmişdir. Sevda onun qızının təhsil alması barədə tələb biletini isə təqdim etməmiş, qısa müddət ərzində qızının təhsil alması barədə tələbə bileti verəcəyini demiş və bir müddətdən sonra həmin tələbə biletini yaşadığı rayonun ərazisində Zaurla təklikdə görüşüb şəxsən onun özündən almışdır. Həmin tələbə biletində qızının Azərbaycan X7 filialında yox, Gəncə filialında təhsil alması göstərilmişdir. O da öz növbəsində bu barədə Zaurdan soruşduqda qızını qeyd olunan universitetin Gəncə filialına qəbul etdirdiyini demişdir. Hətta qızının təhsil alması üçün həmin təhsil müəssisəsinə getməyəcəyini, qiymətlərini də özü yazdıracağını bildirmişdir. Bu minvalla özü, Yasir və Zülfü 2009-2013-cü tədris illəri ərzində hər il təhsil haqqı və imtahanların yazılması ilə əlaqədar hər bir tələbə üçün 700 manat pul Zaura verilmiş, sonuncu da sonradan onlara qəbz təqdim etmişdir. Zaur onlardan Zülfünün qızı Gültən Nəsirlinin Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinin qiyabi şöbəsinə qəbul edilməsinə, təhsil haqqının ödənilməsinə və imtahanların yazılmasına görə cəmi 7500 manat, eyni zamanda Şahid4 da qeyd olunan təhsil müəssisəsinə qəbul etdirilməsi, eləcə də təhsil alması adı ilə 7500 manat pul almışdır. Ancaq Zaur ondan qızının qəbul edilməsi üçün 4000 manat, imtahan və sessiyalar, eləcə də təhsil haqqı adı altında 1300 manat pul tələb edib almışdır. Sonuncu dəfə təhsil haqqı adı ilə Zaura 2013-cü ilin oktyabr ayında ödəniş etmişdir. 2013-cü ilin sonunda diplom almaq üçün filialın Sevda adlı əməkdaşına müraciət edilmişdir. O da Zülfü, Yasirdən və qohumlarından filial tərəfindən verilmiş tələbə biletlərinin, ödəniş qəbzlərinin geri qaytarılmasını tələb edərək onlardan həmin sənədləri geri almış, qarşılığında diplom verəcəyini demişdir. Özü isə Təqsirləndirilən şəxsla yaşadığı evində görüşüb qəbzləri və tələbə biletini onun özünə vermiş, lakin qəbzlərin sürətini çıxarmasa da həmin vaxt tələbə biletinin sürətini çıxartmış, özündə saxlamışdır. Zaurun onun və qohumlarının övladlarının qanunsuz olaraq qəbul etdirdiyini başa düşdükdən sonra ona verdiyi pulu geri qaytarılmasını tələb etmişdir. Zaur isə müxtəlif bəhanələrlə pulu geri qaytarmadığı üçün bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdir.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən həmin zərərin ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 2007-ci ildə qızı Könül Abdullayeva ali təhsil müəssisəsinə qəbul olunması üçün imtahanlarda iştirak etmiş, kifayət qədər bal toplaya bilmədiyi üçün təhsil müəssisəsinə qəbul olunmamışdır. Övladının test imhanlarından kənar qəbul edilməsi üçün vəzifəli şəxslərlə münasibəti olan şəxs axtarmış və 2009-cu ilin avqust ayında həmkəndlisi Şahid5 ona Gəncə şəhərində yaşayan Təqsirləndirilən şəxs adlı şəxsin test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirmək imkanına malik şəxs olmasını demişdir. Bu məqsədlə 2009-cu ilin avqust ayında tanışı Şahid5 ilə birlikdə Gəncə şəhərinə getmiş, orada “Bağbanlar” adlı yerdə üstü açıq çayxanda Təqsirləndirilən şəxsla görüşmüşdür. Sonuncu onun övladını test imtahanlarından kənar Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirə biləcəyini demişdir. Qarşılığında ondan hansı məbləğdə pul verə biləcəyini soruşmuş, cavabında ona 5000 ABŞ dolları verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs isə ona 5000 manat pul və zəruri sənədlər əsasında onun övladını test imtahanlarından kənar qeyd olunan universitetə qəbul etdirəcəyini demişdir. Onunla razılaşıb tanışı Əjdərin iştirakı ilə 3000 ABŞ dolları, həmin dövrün məzənnəsinə uyğun olaraq 2400 manat pul vermiş, pulun qalan hissəsini isə yalnız tələbə bileti və qiymət kitabçası verildiyi halda ödəyəcəyini demişdir. Pulu ona verən zaman Təqsirləndirilən şəxs ona 2009-cu ilin sentyabr ayından qızının qeyd olunan universitetdə dərslərə başlayacağını demişdir. Onunla görüşündən 15 gün sonra təkrar Əjdər onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs ondan pulun qalan hissəsini tələb etdiyini demişdir. Əjdərlə danışan zaman əsəbləşmiş, qızının həmin universitetdə təhsil alması barədə tələbə bileti verildiyi halda pulun qalan hissəsini ödəyəcəyini demiş, Əjdər isə ona tələbə biletinin onda olduğunu, Zaurun həmin tələbə biletini ona göndərdiyini demiş və tələbə biletini sonradan ona vermişdir. Bundan sonra Əjdərdən Zaurun istifadəsində olan mobil telefon nömrəsini almış və onunla əlaqə saxlayaraq ona tələb etdiyi pulu qızının universitetdə olan dərsləri başlayan zaman ödəyəcəyini demiş, sonuncu da onunla razılaşmışdır. Təqsirləndirilən şəxsla danışdıqdan 5-6 gün sonra istifadəsində olan mobil telefon nömrəsinə özünü universitetin qiyabi şöbəsinin dekanı, “Sevda müəllimə” kimi təqdim edən bir qadın zəng vurmuş və qızının universitetin dərslərində iştirak etməməsinin səbəbini soruşmuşdur. 2009-cu ilin noyabr ayında Zaurla əlaqə saxlayaraq əvvəlcədən vədləşib “Köhnə Avtovağzal” adlanan yerin yaxınlığında görüşmələrini, ona pulun qalan hissəsini ödəyəcəyini bildirmişdir. Növbəti gün əvvəlcədən vədləşdikləri yerdə Təqsirləndirilən şəxsla görüşüb ondan tələb etdiyi pulun qalan hissəsi olan 2600 (iki min altı yüz) manat pulu övladı Könül Abdullayevanın iştirakı ilə ona vermişdir. Təqsirləndirilən şəxs 150 manat pulu tələbə biletinin alınmasına görə özü ödədiyi üçün həmin pulu ona verməsini demiş, həmin pulu ona ödəmişdir. Bundan sonra qızı ilə birlikdə Azərbaycan X7 filialına getmiş və Şahid6 ilə iş otağında görüşmüşdür. Ona Gəncə şəhərindən Təqsirləndirilən şəxs göndərdiyini demiş, S.İsgəndorova “Zaura ürəyim qurban olsun, Zaur bizim adamdır” sözlərini deyərək sonuncuya zəng vurub "Qonaqların gəlib, yanımdadılar" sözlərini demişdir. Sevda telefonda Zaurla danışıb sağollaşdıqdan sonra onlardan tələbə biletini alıb-almadığını, Zaura tələbə biletini verdiyini demiş, ondan tələbə biletinə görə pul verib-verməməsini soruşmuşdur. Zaura tələbə biletinə görə pul verdiyi halda, pul vermədiyini demiş, Şahid6 tələbə biletinə görə hansı məbləğdə pul ödəməli olmasını soruşmuşdur. Sonuncu cavabında 50 manat pul istəmişdir. Sevdanın ondan Zaura nisbətən az pul istəməsinə sevinib ona 50 manat pulu dərhal vermişdir. Sevda onun qızının təhsil aldığı müddətdə il ərzində 500 manat istəmiş, Sevdaya məcburi köçkün olduğunu və dövlət tərəfindən təhsil haqqından azad olunduğunu demişdir. Sevda isə həmin güzəştin yalnız test üsulu ilə bal toplayıb qanuni yolla instituta daxil olanlara şamil oldunduğunu demişdir. Onunla razılaşaraq tələb etdiyi pulu ona vermişdir. Sevda bundan başqa hər altı aydan bir sessiyaya gəlməli olduğunu, hər sessiyada 350 manat verməsini təklif etmişdir. Sevda ilə sağollaşıb Füzuli rayonuna qayıtmışdır. Bu minvalla övladı Könül Abdullayevanın tanışı Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan X7 filialına test imtahanlarından kənar qəbul etdirilməsi qarşılığında Təqsirləndirilən şəxs qəbulla bağlı iki dəfəyə 2400 və 2600 manat olmaqla, cəmi 5000 manat, K.Abdullayevanın təhsil aldığı dörd il müddətinə hər il təhsil haqqı kimi 500 manat olmaqla, cəmi 2000 manat, imtahan və sessiyalardan müvəffəqiyyətli qiymətlər alması üçün hər semestr üçün 350 manat, hər il üçün 700 manat olmaqla, dörd il müddətinə 2800 manat pulu Şahid6 vermişdir. 2013-cü il ərzində Zaur onunla əlaqə saxlayaraq ondan 2000 manat borc pul istəmiş, ona 2000 manat yox, 1000 manat pul verə biləcəyini demişdir. Onunla razılaşaraq səhəri gün Füzuli rayonunda yerləşən avtovağzaldan tanımadığı sürücü ilə 1000 manat pulu Gəncəyə göndərmişdir. Zaurla əlaqə saxlayanda pulu aldığını ona demişdir. Təxminən bir ay sonra Zaura zəng edərək Qazaxa gedəcəyini, Gəncə şəhərində görüşüb birlikdə Qazax rayonuna getmələrini razılaşmışlar. Onunla qabaqcadan razılaşdığı kimi əvvəlcə Gəncə şəhərində görüşmüşlər. Həmin vaxt Zaur arvadı Rəna ilə birlikdə gəlmişdi, bundan sonra birlikdə Qazax rayonuna getmişlər. Zaur sürücüyə ünvan deyib, həmin ünvana getməsini tələb etmişdir. Həmin ünvana çatdıqda Zaur və Rəna avtomobildən düşərək bir evə girmiş və ona borclu olduğu 1000 manat pulu gətirməyə getdiyini demişdir. Zaur həmin evdən təkbaşına qayıtmış, Rəna isə həmin evdə qalmışdır. Həmin vaxt Zaur ona borclu olduğu 1000 manat pulu qaytarmışdır. Birlikdə Qazax rayonuna getmişlər, Sevdanın artıq universitetdə işləmədiyini, onun yerinə Tofiq müəllimin baxdığını demişlər. Zaurla birlikdə binanın ikinci mərtəbəsində olan Tofiq müəllimin iş otağına getmiş, sonuncu jurnala baxaraq qızı Könülün adının siyahıda olduğunu, 2012-ci ilin payız sessiyasına gəlməməsinin səbəbini soruşmuş, Tofiqə qızının ailə həyatı qurmasına görə dərslərə gələ bilmədiyini demişdir. Tofiq ona həm diplom işinin müdafiəsinə, eləcə də diplomun verilməsinə görə 1500 manat pul tələb etmişdir. 1500 manatın çox olduğunu deyərək narazılıq edib Zaurun iştirakı ilə sonuncunun ona qaytardığı 1000 manat pulu Tofiqə vermiş, diplom verilən zaman qalan 200 manatı da verəcəyini demişdir. Tofiq də onda olan tələbə biletini alaraq biletin ikinci səhifəsini dörd yerdən imzalamış, möhürlə təsdiqləyərək, 15-20 günə diplom veriləcəyini demişdir. Zaur və taksi sürücüsü ilə birlikdə Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində bir kafedə hər üçü birlikdə şam etmiş, sonra isə birlikdə Zaurun yaşadığı evinə getmişlər. Həmin gün orada qalıb, səhər saat 05 radələrində həmin taksi sürücüsü ilə birlikdə Yenı avtovağzala, oradan isə Füzuli rayonuna getmişdir. 15-20 gün sonra Tofiqin mobil telefon nömrəsinə zəng edib diplomun verilibverilməməsini soruşsa da, sonuncu ona gözləməli olduğunu demişdir. Həmin vaxtdan bir ay sonra Tofiqin mobil telefon nömrələrinə zəng etsə də, onun telefon nömrələrinə zəng çatmamışdır. Zaura zəng etdikdə narahat olmamasını, bir az gözləməsini məsləhət görmüşdür. 2013-cü ilin yay aylarında Qazax rayonuna getmiş, Tofiqi axtarsa da, sonuncunu tapa bilməmişdir. İsa Veyisovun yerinə təyin olunan qadın onu qəbul edib, Tofiq və Sevdanın işdən çıxarıldığını, oradan çıxıb getmədiyi halda polis çağırılacağını demişdir. Gecəni Qazax rayonunda qalmış, ertəsi gün təkrar yeni təyin olunan direktorun qəbuluna getmişdir. Sonuncu ona Tofiq müəllimin işdən azad edildiyini təkrar demişdir. Zaura zəng edərək onu Qazax rayonuna çağırmış, sonuncu isə Gəncəyə gəlməsini, orada söhbət etmələrini məsləhət bilmişdir. Gəncə şəhərinə gələrək Univermağın qarşısında Zaurla görüşmüşdür. Sonuncunun Gəncə şəhəri, Nizami küçəsı, 9-cu döngə, ev 12-də yerləşən evinə getmişdir. Həmin vaxt Zaurun yeni evi olduğunu görmüş, sonuncu ona evini 70000 manata aldığını, köhnə evini isə tələbələrə kirayə verdiyini demişdir. Həmin vaxt Azərbaycan X8 filialının direktoru Ramizlə iş görəcəyini deyib, ona köməklik edilməsini xahiş etmişdir. Ertəsi gün Füzuli rayonuna qayıtmaq üçün avtovağzala getmişdir. Həmin vaxt, yəni 2013-cü ilin oktyabr ayında yolda sonuncu dəfə Zaura 200 manat pulu da verib, ona diplom üçün borclu olduğu pulun tam hissəsini ödədiyini demişdir. 2014-cü il ərzində diplom üçün Zaura zəng etsə də, sonuncu cavab verməmişdir. Zaurun evinə gedib qapıda axşama qədər gözləmişdir. Həmin gün Zaur evə gəlməsə də axşam saatlarında arvadı Rənanın evə gəldiyini görmüşdür. Ondan Zaurun harada olmasını soruşduqda Zaurun Bakı şəhərində olduğunu, xəstə olduğunu demişdir. Ondan sonra sonuncunu axtarsa da, onu tapa bilməmiş, aldadıldığını başa düşdüyü üçün qohumu X6 vasitəsi ilə Azərbaycan Respublikası Baş Prokurorluğuna şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmədiyindən həmin zərərin ödənilməsini tələb edir və Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 və Şahid2 ilə eyni məzmunlu ifadə verərək göstərmişdirlər ki, sonuncunun tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə övladları Şahid3, Şahid1, Şahid4 test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirilməsi üçün Təqsirləndirilən şəxs onlardan ilkin olaraq hər birindən 4000 manat olmaqla, cəmi 12000 manat almış, daha sonra təhsil haqqı, imtahan və sessiyalardan müvəffəqiyyətli qiymətlərin yazılması üçün hər birindən 2009-cu ildən başlayaraq 2013-cü ilin oktyabr ayına qədər olan müddət ərzində 3500 manat almasını, yalnız Zərərçəkmiş şəxs1 qeyd olunan illər ərzində təhsil haqqı, imtahan və sessiyalardan müvəffəqiyyətli qiymətlərin yazılması üçün 1300 manat pulu etibarından sui-istifadə edib aldadaraq xeyli miqdarda pullarını ələ keçirmişdir. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmədiyindən həmin zərərin ödənilməsini tələb edirlər və Təqsirləndirilən şəxs barəsində ağır cəza təyin edilməsini xahiş edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmyerlisi və Füzuli rayon Təhsil şöbəsinin tabeçiliyində olan Bala Bəhmənli kənd orta məktəbində direktor işləmiş mərhum Əyyub Babayev vasitəsi ilə tanımış, onunla ədavəti, düşmənçiliyi və ya qohumluğu olmayıbdır. 2008 və ya 2009-cu ildə Bala Bəhmənli kəndinin dörd yol adlanan hissəsində çayxanada Əyyubla birlikdə çay içən zaman Təqsirləndirilən şəxs da orada olmuşdur. Zaurla rəhmətlik Əyyub tanış edərək Təqsirləndirilən şəxs da geniş əlaqələrinin olmasını, Gəncə şəhərində yaşadığını, test imtahanlarından kənar ali təhsil müəssisəsinə abituriyent qəbul etdirmək səlahiyyətinin olmasını demişdir. Həmin vaxt onun yanında Zərərçəkmiş şəxs2 da olmuşdur. Zülfü isə Təqsirləndirilən şəxs yaxınlaşıb özünün və qohumlarının övladlarının test imtahanlarından kənar qəbul etdirilməsinə köməklik edilməsini xahiş etmişdir. Sonuncu ona razılıq vermişdir. Söhbət zamanı Zaur özünün geniş əlaqələrindən danışmış, istədiyi halda onun qızını və qohumlarını test imtahanlarından kənar Azərbaycan X7 filialına qəbul etdirə biləcəyini demişdir. Bunun qarşılığında Zaur ondan hər bir abuturiyentin qəbulu üçün 4000 manat pul və qəbulla əlaqədar zəruri sənədləri tələb etmişdir. Həmin söhbətlər olan zaman Yasir və İbadət adlı şəxslərin orada olub-olmamasını hazırda xatırlamır. Bundan bir müddət sonra Zülfü onun yaşadığı evə gəlib, birlikdə Gəncə şəhərinə getmələrini təklif etmişdir. Ona razılıq verib, birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər. Zaurun yaşadığı evini tanımadığı üçün Zülfü Təqsirləndirilən şəxsla danışmış, o, da evinin yerini onlara demişdir. Həmin vaxt orada Yasir, Zülfü və İbadət olmuşdur. Onlarla birlikdə Zaurun evinə getmiş, sonuncu onları qarşılayıb bir qədər söhbət etmişlər. Zülfü uşaqlarının test imtahanlarından kənar qəbul edilməsində köməklik etməsini təklif etmiş, Zaur da onlara razılıq verib, Azərbaycan X7 filialının tarix-coğrafiya fakültəsinə qiyabi olaraq, ödənişli əsaslarla qəbul etdirmək imkanı olmasını, onlara veriləcək diplomun isə qanuni olacağı vədini vermişdir. Bundan sonra İbadət, Zülfü və Yasirin uşaqlarının test imtahanlarından kənar Azərbaycan X7 filialına qəbul edilməsi üçün 4000 manat pulu və sənədləri istəmişdir. Zülfü də pulu və sənədləri Təqsirləndirilən şəxs vermişdir. Sonuncu da pulu sayıb götürmüş və test imtahanlarından kənar Azərbaycan X7 filialına qəbul etdirib, bu barədə onlara məlumat verəcəyini demişdir. Bundan bir müddət sonra təkrar Zülfü, Yasir, İbadətlə birlikdə əvvəl Gəncə şəhərinə gedib orada Təqsirləndirilən şəxs yaşadığı evindən götürüb, birlikdə Qazax rayonuna getmişlər. Orada Təqsirləndirilən şəxs Azərbaycan X7 filialında təhsil alması, imtahan və sessiyalardan müvəffəqiyyətli qiymətlər yazılması üçün hər bir tələbə üçün 200 manat, təhsil haqqı kimi 500 manat pul tələb edib almışdır. Zaur özü instituta gedib, sonra çıxıb həmin pulları ödədiyini deyib qəbz vermişdir. Bundan sonra Zülfü və qohumlarının həmin institutda necə təhsil almasından xəbəri olmayıb. Yalnız Zülfüdən eşitdiyinə görə Təqsirləndirilən şəxs onların övladlarını test imtahanlarından kənar təhsil müəssisəsinə qəbul etdirilməsi üçün külli miqdarda pul alaraq aldatmışdır. Ancaq Zaurun tələb edib aldığı pulların hansı məbləğdə olmasını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2001-ci ildən 2012-ci ilə kimi Azərbaycan X7 filialında işləmişdir. 2012-ci il fevral ayının 27dən etibarən öz ərizəsi ilə işdən azad edilmişdir. O, 2001-2006-ci illərdə qeyd olunan universitetdə metodist vəsifəsində, 2006-cı ildən 2012-ci ilin fevral ayının 27-dək pedoqoji təcrübə rəhbəri vəsifəsində işləmişdir. X4 və Zərərçəkmiş şəxs4 onun barəsində yazdıqları ərizə və izahatlarla tanış olaraq, həmin şəxsləri, eləcə də onların göstərdikləri Zaur adlı şəxsi tanımamışdır. Eyni zamanda onların təqdim etdikləri Abdullayeva Könül Zəfər qızının adına verilmiş 2007-ci il tarixli 220 nömrəli tələbə biletini və 2 ədəd mədaxil qəbzlərini həmin şəxslərə o, verməmiş, həmçinin Könül Abdullayevadan, eləcə də atası Zərərçəkmiş şəxs4 təhsil haqqı və ya başqa pul almamışdır. O, həmin tələbə biletinin və qəbzlərinin surətləri ilə tanış olmuş, onların kimin tərəfindən yazıldığı və verildiyi barədə məlumatı yoxdur. Nə tələbə biletindəki, nə də qəbzdəki imza xətləri ona məxsus olmamışdır. İşlədiyi müddətdə heç vaxt qiyabi şöbənin müdiri işləməmiş, nə də bu vəzifəni əvəz etməmiş, onun işlədiyi müddətdə heç bir katibəsi olmamışdır. Təqsirləndirilən şəxs adlı şəxsi tanımamışdır. O, filialda direktor İsa Veyisovun göstərişinə əsasən fərdi formada tələbələrdən təhsil haqqı alıb, direktor İsa Veyisovun əvvəlcədən yazıb möhürlədiyi qəbzləri vermişdir. Aldığı təhsil haqqı pullarını filialın direktoru İsa Veyisova təhvil vermişdir. Bununla bağlı X15 Məhkəməsində təqsirləndirilən şəxs qismində filialın keşmiş direktoru İsa Veyisovla birlikdə məsuliyyətə cəlb olunmuşlar. Ancaq Abdullayeva Könül Zəfər qızından və atası Zərərçəkmiş şəxs4 təhsil haqqı almamış, qəbz və ya arayış verməmişdir. O, ümumiyyətlə qeyd olunan şəxsləri tanımır, onlardan heç bir məbləğdə pul almamışdır. Tofiq Hüseynov adlı şəxs isə Azərbaycan X7 filialında tədris şöbəsinin müdiri olmuşdur, o, həbsdə olmaqla, barəsində X15 Məhkəməsi tərəfindən araşdırma aparılmışdır. Tofiq Hüseynovun şikayətçilərdən pul tələb etdiyini və ya aldığını görməmiş, eşitməmişdir. Çünki o, 2012-ci ildə həmin filialda işdən çıxmışdır. Azərbaycan X7 filialında pedoqoji təcrübə rəhbəri vəzifəsində işlədiyi müddətdə qanunsuz olaraq direktor İsa Veyisovun göstərişi əsasında təhsil haqqı pullarını fərdi qaydada toplamış, buna görə də X15 Məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə cəzası şərti hesab edilmişdir. Adları qeyd olunan şəxsləri tanımır. Həmin şəxslərlə hər hansı bir münasibəti olmamış, onlardan təhsil haqqı və qiymətlərin yazılmasına görə pul almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, barəsində 2016-cı ildə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işinin istintaqı aparılmış, 2016-cı ilin iyul ayında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2 və 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Sonra cinayət işi baxılması üçün X15 Məhkəməsinə göndərilmişdir. X15 Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 1(088)-07/2018 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 və 308.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 4 ay 29 gün müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, həmin cəza 02 il sınaq müddəti ilə şərti tətbiq edilmişdir. xx xxxxxx 2013-cü ilədək Azərbaycan X8 filialının direktoru vəzifəsində işləmişdir. xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş yoxlamanın nəticəsindən sonra Azərbaycan Müəllimlər İnstitutunun rektorunun əmri ilə işdən azad edilmişdir. Azərbaycan X8 filialında direktor işlədiyi müddətdə əyani və qiyabi şöbə olmaqla ümumilikdə 8 ixtisas, yəni ibtidai təhsilin pedoqogikası və metodikası, məktəbəqədər müəssisələrdə tərbiyəçi, azərbaycan dili və ədəbiyyat, tarix-coğrafiya, pedoqogika-psixologiya, riyaziyyat-informatika, əlavə təhsil və xarici dil ixtisasları olmuşdur. Filialın direktoru kimi əsas vəzifəsi filiala rəhbərlik etmək, tədrisi tədris planına uyğun olaraq təşkil etmək, filialda müəllimləri və texniki işçiləri işə qəbul etməkdən ibarət olmuşdur. Direktor işlədiyi müddətdə filiala qəbul Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən imtahanlarla həyata keçirilmiş, nəticələrə dair sənədlər Müəllimlər İnstitutuna göndərilməklə və İnstitutun rəhbərliyi tərəfindən filialda təhsil alacaq tələbələrin siyahısı filiala göndərildikdən sonra tələbələr müraciət edərək sənədlərini təqdim etməklə, Filialın direktorunun əmri ilə təhsilə başlamışlar. İlk dövrlərdə, yəni 2000-2002-ci illərdə filialda təhsil alan tələbələr yalnız X10 xətti ilə daxil olanlar olsa da, 2002/2003-cü tədris ilindən başlayaraq 2012/2013-cü tədris illərində kütləvi şəkildə köçürülmələr aparılmışdır. Bu şəkildə təkcə X8 filialına 6000 nəfərdən çox şəxs köçürülmüşdür ki, sonrakı təhsil illərində köçürülən tələbələrin təxminən 2000-2500 nəfəri imtahanlarda iştirak etmədikləri üçün 2006-2012-ci illərdə tərəfindən verilmiş müxtəlif əmrlər ilə filialdan xaric olunmuş, 3500 nəfəri müvafiq diplomlar almışlar. O, daha sonra ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi ümumiyyətlə tanımır, onunla hər hansı bir münasibəti olmamışdır. Füzuli rayonunun Bala Bəhmənli kənd sakini Zərərçəkmiş şəxs4 övladı Könül Abdullayevanın Azərbaycan X8 filialına test imtahanlarından kənar onun vasitəsi ilə qəbul etdirilməsi barədə göstərilənlər yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 zərərçəkmiş Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, onun iştirakı ilə öz tanışı olan Təqsirləndirilən şəxs test imtahanlarından kənar Zərərçəkmiş şəxs4 övladı Könül Abdullayevanı Azərbaycan X7 filialına qəbul etdirəcəyinə vəd verib, onun yanında Könül Abdullayevanın qeyd olunan təhsil müəssisəsinə qəbul etdirilməsi üçün pul alaraq maddi ziyan vurmaqla Zərərçəkmiş şəxs4 qarşı dələduzluq etmişdir. Şahid1 məhkəmənin ünvanına teleqram göndərərək hamilə olduğu üçün məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istitaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə işə Şahid1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid1 şahid qismində verdiyi ifadəsində atası Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Şahid2 tanışı olan Təqsirləndirilən şəxs vasitəsi ilə onun test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirilməsi üçün iştirakı ilə sonuncu atasından 4000 (dörd min) manat pul və qəbulla bağlı lazımi sənədlər tələb edib almışdır. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş şahidlər Şahid3 qızı və Şahid4 ifadələrində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək bildirmişdirlər ki, Təqsirləndirilən şəxs test imtahanlarından kənar onları Azərbaycan X7 və Gəncə filiallarına qəbul etdirilməsi üçün aldadıb onlara maddi ziyan vurmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Üzləşdirmə aparılmasına dair” protokoldan görünür ki, ifadələr arasında olan ziddiyyətlərlə əlaqədar olaraq Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. Belə ki, üzləşdirmə zamanı sonuncunun onların övladının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadıb pulunu almaqla ona qarşı dələduzluq etməsini bir daha bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Üzləşdirmə aparılmasına dair” protokoldan görünür ki, ifadələr arasında olan ziddiyyətlərlə əlaqədar olaraq Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. Belə ki, üzləşdirmə zamanı sonuncunun onların övladının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadıb pulunu almaqla ona qarşı dələduzluq etməsini bir daha bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan “Üzləşdirmə aparılmasına dair” protokoldan görünür ki, ifadələr arasında olan ziddiyyətlərlə əlaqədar olaraq Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə deyərək sonuncunu ifşa etmişdir. Belə ki, üzləşdirmə zamanı sonuncunun onların övladının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadıb pulunu almaqla ona qarşı dələduzluq etməsini bir daha bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və istintaq zamanı iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 övladlarının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadıldığından pullarının geri qaytarılması ilə bağlı Təqsirləndirilən şəxsla görüşərək söhbət etməsini, mobil telefonundan istifadə edərək aralarında olan söhbətlərin olmasını təsdiq edən video görüntüləri xx xxxx 2019-cu il tarixdə ibtidai istintaq orqanına mobil telefonda təqdim etmiş, zərurət olduğuna görə həmin video görüntülər diskə köçürülməklə cinayət işinə əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2019-cu il tarixli, 7540 nömrəli məhkəmə-fonoskopik ekspertizası rəyindən görünür ki, həmin görüntülərdə olan səs yazılarının Təqsirləndirilən şəxs və qeyrilərinə məxsus olması ilə əlaqədar xx xxxx 2019-cu il tarixli qərarla təyin edilib keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının rəyindən görünür ki, K1, K2, K3, K4 və K5 adlı diktorlar arasında danışıq olmuş, həmin şəxslərdən K1 adlı diktor Təqsirləndirilən şəxs, K2 adlı diktor Zərərçəkmiş şəxs3, K3 adlı diktor isə Zərərçəkmiş şəxs2 olmuş, sonuncular arasında olan danışıqlarda montaj əlamətləri aşkar edilməmişdir. Onlar arasında aşağıdakı məzmunda danışıqlar olmuşdur. Belə ki, K1- Dekabr gəlir, K2- Dekabrı da gözdüyürəm, K1- Ə canun üçün hə, K2- Da bunnan sonra, K1- Olmiyajax sora. Niyə? Həmi bunların məhkəməsi olub iki tərəfli, həmi də yekunlaşmadı e. Bu respublika səviyyəlidi. K2- Əşi hər nə səviyyədi, məni öldürürlər ay əvini Allah tiksin. Sən deyirsən respublika səviyə, toxtax-toxtax danışırsan. 4 ildi e, K3- Alo. Kimdi danışan? Kim? Elşən. Elşən? Ə qoy zəng vurajam dayan K2- Bəs bu 4 ildi mən neyniyim ay Zaur məllim? Mən kimə nə deyim? Deyim hələ gözdüyək rivizorun nəticəsin? Kankret demirsən dekabr, canım cəhənnəm dekabrı da gözdüyürəm. Day onnan əyənə xod yoxdu. Oldu? Dekabrdan əyənə xod yoxdu. K1- Ə heş canın üçün, öz canım üçün uşaxlarımın canına heş dekabrdan heş xod yoxdu, olmiyajax da. Hər tərəfli olmiyajağ e. Niyə? K2- İndi düzəlir deyirsən dekabra qədər? K1- Dekabrda uje görəjsən. Düzəldi görəjsən, düzəlmədi görəjsən, xod oldu görəjsən, xod olmadı görmiyəjsən. O hamısın biləjsən. Təhsil naziri Zaurdumu? Rektor Zaurdumu diplomunu yazsın versin? Mən bircə kəlmə dedim ki, mən sinəmi geri çəkmirəm və arxasındayam öz evladım kimi. Ta sən nətər başa düşürsən get tüş, özün bil. K2- Mən aqraniçenniyanı deyirəm e, sən deyirsən ki, dekabracan, K3- Ay Zaur məllim, K1- Ay can, K3- Dekabrı da gözdüyək başa dönüm, dekabrı da gözdüyək. Da bunnan sora maa gəlir K1- Biz irağ sənnən, irağ sənnən uşax döyülük biz, nə də ki, bir-birimizi allatmırıq. Bu da faktdı. Amma xətirnən, hörmətnən bunu yoluna qoymalıyıq, eləməliyik. K3- Sən bilirsən ki, biz bir-birimizlə çörək kəsmişik, onnan sora salam əleyküm/// Mən Allaha and olsun keçən dəfə saa telefonda da dedim ki, yəni bizi Allah eləməsin bu münasibətimizi pozsun. K1- İrağ sənnən, hə K3- Yəni bax belə. K1- İndi siz telefonnan danışırsınız, bu kişi deyir ki, nağayrağ, nətər eliyək. Bizdə də oldu günah. Vaxdında gəlib o köpəy uşağına yaxşı isdi-isdi vaxdında bax gəlib üzmədiniz. Verir, vaxdında parta-parta gəlib şey elənilmədi isdi-isdi. Gəldi görürsən hansı ... düşdü. Heç yatsaq yuxumuza girməzdi nazir dəyişiləcək. Yatsaq yuxumuza girməzdi /// Gör Ramizə oxşuyurmu bu gedən. Gedən gör Ramizə oxşuyurmu? K4- Hansı gedəni deyirsən? K1- Bax butana K4- Ə yox K1- Atamın anamın goru haqqı, bu başın üçün Ramizin bacısı oğludu. Bax, bax bu K4- (Famildi?) K1- Yox, Seyran, Seyran. Hə, bax Seyran budu ba. Elə bəlkə də ba Ramizgildən gəlir. Ordadı dayılarının evi. K5- Zaur məllim sözünüzü kəsirəm, mən İbişin oğluyam. Siznən telefonda danışan mən idim. Mən ayın 20-i gələcəm, bizə diplom lazım deyil ha. K1- Diplom lazım döylü. K5- Yox, biz onu sizə iki il bunnan əvvəl dediy ki, bizə diplom lazım deyil. K1- Yox, iki il döylü K5- İki ildi K1- Elə axırıncı ili atan mana 1300 manat gətirdi verdi K5- Hə, bir ildən artığdımı? K1- Hə K5- İki ilə yaxındı da. Biz dediy ki, bizə diplom lazım deyil. K1- İsdiyirsən ayın 20-i gəl, isdiyirsən 19-u gəl, isdiyirsən 21-i gəl. Mən sana dedim gəl. Atan da mana dedi ki, mana 2 min manat pul düzəlt ver. K5- Biz sizə 2 min manat verməmişiy, biz sizə 5300 manat pul vermişiy. K1- 2 min manatı mən düzüf verəjəm, düzüb qoşub verəjəm. K5- Xeyirdimi, mənim 3300 –üm hara gedir? K1- Ə mən onu cərimə çəkirəm. Onu da düzüb-qoşub verəjəm. Mən də atannan helə danışmışam. Atan mana dedi ki, 2 min manat mana ver mənim vacib planlarım var. Vacib mənim nədi, işim var. Mən də dedim prablem döylü. O vaxdan bu vaxda da mən də öz səhətimnən bağlı, yaxın uzax da onu düzüb qoşammadım. Yoxsa o 2 mini mən iki dəfə düzüb qoşardım. İndi sözümüz sözdü, 2 min manatı bəli, çatdırajam. K5- Xeyir, mən siznən iki min danışmamışam, mən siznən topa pul danışmışam, ayın 20-ə gələcəm. Ya o, 5300-ü alaram, ya da mən 3 dənə variant qoydum da sizə, onun 3-nən biri olmalıdı. K1- /// mən çıxartmamışam. O kişi mana ağzınnan çıxartdı ki, canın üçün, evində kəsdiyim çörəy haqqı evində evimdə prablemim var. Mən də səni əyağımı diriyib demirəm ki, 5300-ü ver. Mana ikicə min manat ver mənim planlarım var, nə bilim işim gücüm var. Dedim bəli, ailə olanın prablemi var, onu eliyərik, çatdırarıq. O eliyən, bu eliyən mən günü büyünə qədər onu çatdıra bilmədim. Niyə, birincisi mən cərimə çəkirəm. İndi görürsənmi, hələ fakt bu adam hər işini də görüb kutarıbdı, uzanır. İndi də deyir ki, noyabr da çıxsın lap qardaş dekabrda olsun. İndi Allahın köməkliyinən olajax da. Bu respublika səviyyəlidi. Bir nəfər döyül, 10 nəfər də döyül. Heş 100 nəfər də döyül toba. İndi bunu /// Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsin fotoşəkilləri üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 şəxsi fotoşəkillər üzrə tanınmaya təqdim edərkən ona təqdim edilmiş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs tanıyaraq, məhz Təqsirləndirilən şəxs onlara köməklik edərək test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirmək imkanına, eləcə də geniş əlaqələrə malik şəxs kimi təqdim edərək aldatmaqla pullarını alıb onlara qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsin fotoşəkilləri üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid1 şəxsi fotoşəkillər üzrə tanınmaya təqdim edərkən ona təqdim edilmiş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs tanıyaraq, məhz Təqsirləndirilən şəxs onlara köməklik edərək test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirmək imkanına, eləcə də geniş əlaqələrə malik şəxs kimi təqdim edərək aldatmaqla pullarını alıb onlara qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallaənda olan şəxsin fotoşəkilləri üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 şəxsi fotoşəkillər üzrə tanınmaya təqdim edərkən ona təqdim edilmiş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs tanıyaraq, məhz Təqsirləndirilən şəxs onlara köməklik edərək test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirmək imkanına, eləcə də geniş əlaqələrə malik şəxs kimi təqdim edərək aldatmaqla pullarını alıb onlara qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsin fotoşəkilləri üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 şəxsi fotoşəkillər üzrə tanınmaya təqdim edərkən ona təqdim edilmiş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs tanıyaraq, məhz Təqsirləndirilən şəxs onlara köməklik edərək test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirmək imkanına, eləcə də geniş əlaqələrə malik şəxs kimi təqdim edərək aldatmaqla pullarını alıb onlara qarşı dələduzluq etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallaında olan şəxsin fotoşəkilləri üzrə tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Şahid2 şəxsi fotoşəkillər üzrə tanınmaya təqdim edərkən ona təqdim edilmiş fotoşəkillərin arasından Təqsirləndirilən şəxs tanıyaraq, məhz Təqsirləndirilən şəxs onlara köməklik edərək test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul etdirmək imkanına, eləcə də geniş əlaqələrə malik şəxs kimi təqdim edərək aldatmaqla pullarını alıb onlara qarşı dələduzluq etdiyini bildirmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan tələbə biletindən görünür ki, həmin sənəddə Abdullayeva Könül Zəfər qızının Azərbaycan X7 filialının tarixcoğrafiya fakültəsinin tələbəsi olduğu göstərilib. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, Abdullayeva Könül Zəfər qızı 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz), xx xxxxx 2011-ci il tarixli, nömrəsiz 2011/2012-ci tədris ili üzrə isə 500 (beş yüz) manat pul təhsil haqqı kimi ödəmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli tələbə biletindən görünür ki, həmin sənəddə Zərərçəkmiş şəxs1 qızı Şahid3 Azərbaycan X8 filialının tarix və coğrafiya fakültəsinin tələbəsi olduğu göstərilib. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan X7 filialının bazasında yaradılmış Bakı Dövlət Universitetinin Qazax filialından verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 114 saylı məktubundan görünür ki, Şahid3 qızı, Şahid4, Abdullayeva Könül Zəfər qızı və Şahid1 filialda təhsil almadığı, onlara qeyd olunan təhsil müəssisəsindən məzun olmaları barədə diplom verilmədiyi göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan X8 filialında təhsil alıb-almamasının müəyyən edilməsi məqsədi ilə qeyd olunan universitetin bazasında yaradılmış Azərbaycan Respublikası Pedoqoji Universitetinə verilmiş sorğunun xx xxxx 2019-cu il tarixli, 05-26/161saylı cavab məktubundan görünür ki, Abdullayeva Könül Zəfər qızının adı dövlət elektron məlumat sistemində, eləcə də Azərbaycan Müəllimlər İnstitutunun diplomların verilməsinin qeydiyyat kitablarında aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2019-cu il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Azərbaycan X7 filialı adından verilmiş Könül Abdullayevanın güya həmin təhsil müəssisəsinin tarix-coğrafiya fakültəsində təhsil alması barədə filialın adından 2007-ci il tarixli, 220 saylı saxta tələbə bileti, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderləri, Azərbaycan X8 filialı adından verilmiş Şahid3 qızının güya həmin təhsil müəssisəsinin tarix və coğrafiya fakültəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə bileti, Zərərçəkmiş şəxs2 övladlarının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadıldığından aldığı pulların geri qaytarılması ilə bağlı Təqsirləndirilən şəxsla görüşərək söhbət etməsi, mobil telefonundan istifadə edərək aralarında olan söhbətlərin olmasını təsdiq edən video görüntülərin əks olunduğu disk maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında aydın olmuşdur ki, Təqsirləndirilən şəxs tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə, qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək – bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq, həmçinin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsinə təkrarən vasitə və məlumatlar verməklə köməklik göstərmiş və tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində köməkçi kimiiştiraketmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli, 74 saylı Fərmanı ilə yaradılmış “Tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1 və 6.1-ci maddələrinə əsasən, həmin qurum tərəfindən ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə qəbulun test üsulu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bildiyi halda, həmin sahədə çalışan məsul şəxslərlə əlaqələrindən istifadə edərək Azərbaycan X8 filialının direktoru Şahid7, həmin institutun Qazax filialının direktoru X14 və qeyriləri ilə qabaqcadanrazılaşmaqlaəlbirolubcinayət əlaqəsinə girərək aldatmavəetibardansui-istifadəetməyoluilə, həmçinin həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə edərək dələduzluq cinayətini törətməkdə köməklik edərək,özgəninəmlakınıvahid qəsdləələkeçirməməqsədilə 2009-cu ilin avqust ayında tanışı Zərərçəkmiş şəxs4, övladı Könül Abdullayevanı Azərbaycan X7 filialına qəbul etdirəcəyini yalandan vəd verib, Zərərçəkmiş şəxs4 iki dəfəyə əvvəl 2009-cu ilin avqust ayında Gəncə şəhəri Bağbanlar küçəsində 2600 (iki min altı yüz) manat, daha sonra 2009-cu ilin noyabr ayında Gəncə şəhəri, “köhnə Yevlax Avtovağzalı” adlanan ərazidə 2400 (iki min dörd yüz) manat olmaqla cəmi 5000 (beş min) manat pulu almış, həmçinin ondan təhsil haqqı, tələbə biletinin verilməsi üçün dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa çatdıracağını təmin etdirmək, eləcə də ali təhsil müəssisəsindən məzun olması barədə ona diplom veriləcəyi adı ilə 2009-2013-cü illərdə Qazax rayonu və Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 6000 (altı min) manat olmaqla ümumilikdə 11200 (on bir min iki yüz) manat pulu alıb, həmin pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov, Şahid7 və qeyriləri ilə Gəncə şəhər və Qazax rayonu ərazisində öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğubir qrup şəxslə özgəninxeylimiqdardaəmlakınıetibardansuiistifadəetməvəaldatmayoluiləələkeçirərəkdələduzluqetmiş, həmçinin həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə edərək dələduzluq cinayətini törətməkdə köməklik edərək və Könül Abdullayevanın qeyd edilən fakültəyə qəbul olunması görüntüsünü yaratmaq üçün əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan İsa Veyisov və Şahid6 tərəfindən hazırlanmış rəsmi sənəd sayılan Azərbaycan X7 filialı adından verilmiş Könül Abdullayevanın güya həmin təhsil müəssisəsinin tarix-coğrafiya fakültəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş Azərbaycan X7 filialı adından tarixcoğrafiya fakütəsində təhsil alması barədə 2007-ci il tarixli, 220 saylı saxta tələbə biletini, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz, 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderlərini Şahid6 vasitəsilə Zərərçəkmiş şəxs4 təqdim edib vəzifə saxtakarlığı cinayətinin törədilməsi üçün məlumatlar verməklə kömək etmişdir. Bundan əlavə, Z.İ.X9 Əkbər oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə, həmçinin həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə edərək dələduzluq cinayətini törətməkdə köməklik edərək, özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə 2009-cu ilin dəqiq tarixini xatırlamadığı vaxtda tanışı Şahid3 qızını Azərbaycan X8 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Şahid3 atası Zərərçəkmiş şəxs1 4000 (dörd min) manat pulu həmin tarixdə yaşadığı Gəncə şəhəri, Qaranamazlı küçəsi, ev 34də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, tələbə biletinin verilməsi üçün dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa çatdıracağını təmin etmək adı ilə 2009-2013-cü illərdə Gəncə şəhəri və Qazax rayonu ərazisində müxtəlif yerlərdə cəmi 1300 (min üç yüz) manat olmaqla, ümumilikdə 5300 (beş min üç yüz) manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğubir qrup şəxslə özgəninxeylimiqdardaəmlakınıetibardansuiistifadəetməvəaldatmayoluiləələkeçirərək,həmçinin həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə edərək dələduzluq cinayətini törətməkdə köməklik edərəktəkrarən dələduzluqetmiş və Şahid3 qeyd edilən fakültəyə qəbul olunması görüntüsünü yaratmaq üçün əvvəlcədən əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq tamah niyyəti ilə cinayətkar qrupun üzvü olan özü və qeyriləri tərəfindən hazırlanmış rəsmi sənəd sayılan Azərbaycan X8 filialı adından verilmiş sonuncunun güya həmin təhsil müəssisəsinin tarix və coğrafiya fakültəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə biletini təqdim etməklə vəzifə saxtakarlığı cinayətinin törədilməsi üçün vasitələr, məlumatlar verməklə təkrarən köməklik etmişdir. Bundan əlavə, Z.İ.X9 Əkbər oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə, həmçinin həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə edərək dələduzluq cinayətini törətməkdə köməklik edərək, özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə 2009-cu ilin dəqiq tarixini xatırlamadığı vaxtda tanışı Şahid1 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Şahid1 atası Zərərçəkmiş şəxs2 4000 (dörd min) manat pulu həmin tarixdə yaşadığı Gəncə şəhəri, Qaranamazlı küçəsi, ev 34-də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa catdıracağını təmin etmək adı ilə 2009- 2013-cü illərdə Qazax rayonu, Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 3500 (üç min beş yüz) manat olmaqla, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək qabaqcadan əlbir olduğubir qrup şəxslə özgəninxeylimiqdardaəmlakını həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməkdə köməklik edərək,etibardansuiistifadəetməvəaldatmayoluiləələkeçirərəktəkrarən dələduzluqetmişdir. Bundan başqa, Z.İ.X9 Əkbər oğlu və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməkdə köməklik edərək, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını vahid qəsdlə ələ keçirmək məqsədilə, 2009-cu ilin tarixini xatırlamadığı vaxtda tanışı Şahid4 Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə yalandan vəd verib, Şahid4 atası Zərərçəkmiş şəxs3 4000 (dörd min) manat pulu həmin tarixdə yaşadığı Gəncə şəhəri, Qaranamazlı küçəsi, ev 34-də olan mənzilində alaraq, sonuncudan təhsil haqqı, dərslərdə, eləcə də imtahan və sessiyalarda iştirak etmədiyi halda, akademik ili uğurla başa catdıracağını təmin etmək adı ilə 2009-2013-cü illərdə Qazax rayonu, Gəncə şəhəri ərazisində müxtəlif yerlərdə cəmi 3500 (üç min beş yüz) manat olmaqla, ümumilikdə 7500 (yeddi min beş yüz) manat pulu vahid qəsdlə alıb, pul vəsaitini cinayətkar qrupun digər üzvləri olan İsa Veyisov və qeyriləri ilə öz aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək, həmin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməkdə köməklik edərək, qabaqcadan əlbir olduğubir qrup şəxslə özgəninxeylimiqdardaəmlakınıetibardansuiistifadəetməvəaldatmayoluiləələkeçirərəktəkrarən dələduzluqetmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı, eyni zamanda ibtidai istintaq zamanı fərqli və ziddiyyətli ifadələrini, İsa Veyisov və qeyriləri ilə qabaqcadan əlbir olmaqla Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 aldadaraq və onların etibarından sui-istifadə edərək pul vəsaitlərini ələ keçirmək məqsədinin olmadığını, onlardan pul alınmasından, onlara Azərbaycan X7 filialının adından saxta tələbə biletinin, təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderlərininin verilməsindən xəbərinin olmamasını, onların Azərbaycan X7 filialının tarix və coğrafiya fakültəsinə qəbul etdirəcəyinə vəd verməməsini bildirməsini Təqsirləndirilən şəxs cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün seçmiş olduğu müdafiə taktikası kimi qiymətləndirir. Belə ki, təqsirləndirilən şəxsin özünü müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onun təqsirliliyini təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin xx xxxx 1992-ci il tarixli, 74 saylı Fərmanı ilə yaradılmış “Tələbə qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”nin 1 və 6.1-ci maddələrinə əsasən, həmin qurum tərəfindən ali və orta ixtisas məktəblərinin müxtəlif pillələrinə qəbulun test üsulu ilə mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini bilir. Bunu öz ifadəsində də təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən yuxarıda qeyd edilən məqsədlərlə pul almaması xüsusatı zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, həmçinin keçirilmiş məhkəmə-fonoskopik ekspertizasının rəyində də təsdiq olunmuş video görüntünün əks olunduğu diskdə Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxslər arasında söhbətlərin məzmunu ilə tam təkzib olunmuşdur. Bundan başqa istintaq zamanı Şahid6, İsa Veyisov, Tofiq Əlihüseynov və Şahid7 qeyd olunan cinayət əməllərinin törədilməsində iştiraklarının olmaması barədə göstərdikləri də cinayət işinin materialları ilə tam təkzib olunmuşdur. Belə ki, onların Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə göstərilən cinayətləri qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətmələri şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, istintaq sənədləri, Azərbaycan X7 filialı adından verilmiş Könül Abdullayevanın güya həmin təhsil müəssisəsinin tarix-coğrafiya fakültəsində təhsil alması barədə filialın adından 2007-ci il tarixli, 220 saylı saxta tələbə bileti, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz, 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderləri, Azərbaycan X8 filialı adından verilmiş Şahid3 qızının güya həmin təhsil müəssisəsinin tarix və coğrafiya fakültəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə bileti ilə, həmçinin Zərərçəkmiş şəxs2 övladlarının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadılaraq aldığı pullarının geri qaytarılması ilə bağlı bağlı Təqsirləndirilən şəxsla görüşərək söhbət etməsi və mobil telefonundan istifadə edərək aralarında olan söhbətlərin olmasını təsdiq edən video görüntülərin əks olunduğu diskdə olan video görüntü ilə və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Bundan başqa, cinayət işinin materiallarında olan X15 Məhkəməsinin müxtəlif tarixli ittiham hökmləri ilə müəyyən olunur ki, Azərbaycan X8 filialının direktoru Şahid7, həmin institutun Qazax filialının direktoru İsa Veyisov və filialın digər vəzifəli şəxsləri müxtəlif maddələrlə cinayət məsuliyyətinə cəlb edilməklə məhkum olunmuşlar. TəqsirləndirilənşəxsTəqsirləndirilən şəxs əməlininhüquqitövsifiiləbağlıməhkəməqeydetməyizərurihesabedir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibinin olması sübut olunsa da, irəli sürülmüş ittihamın CM-nin 178.2.3-cü maddəsinə aid hissəsində onun əməli CM-nin 32.5, 178.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsində dələduzluq cinayətinin şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi nəzərdə tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Gəncə Dövlət X3 işləri üzrə prorektor vəzifəsində işləməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. Cinayət işinin məhkəmə araşdırması nəticəsində isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Dövlət X3 işləri üzrə prorektor vəzifəsində işləməmişdir. Təqsirləndirilən şəxs Gəncə Dövlət X3 işləri üzrə prorektor vəzifəsində işləməməsi məhkəmə istintaqı zamanı həmin universitetə göndərilmiş sorğuya cavab olaraq Gəncə Dövlət Universitetinin Təqsirləndirilən şəxs həmin müəssisədə işləməməsi barədə xx xxxxxxxx 2019-cu il tarixli məktubu ilə təsdiq olunur, belə ki, həmin məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək Gəncə Dövlət Universitetinin yataqxanasında komendant işləyib, xx.xx.2007-ci il tarixdən sonra Gəncə Dövlət Universitetində işləməyib. Eyni zamanda məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Gəncə Dövlət X1 işləri üzrə prorektor vəzifəsində işləməsi hər hansı sübut növü ilə öz təsdiqini tapmamış, həmçinin cinayət işi materiallarında onun hər hansı vəzifəli şəxs olması barədə sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli, 7 nömrəli Qərarının 23cü bəndinin ikinci abzasında göstərilmişdir ki, “Şəxsin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayəti törətməsini təşkil etmiş, yaxud onu bu əməli törətməyə təhrik etmiş və ya ona kömək göstərmiş digər şəxslərin əməlləri müvafiq olaraq CM-nin 32.3, 32.4 və 32.5-ci madələrinə istinad edilməklə CM-nin 178.2.3-cü maddəsi ilə tövsif edilir”. Göstərilənlərəəsasənməhkəməbelənəticəyəgəlirki, Təqsirləndirilən şəxs Gəncə Dövlət X3 işləri üzrə prorektor vəzifəsində işləməsitəsdiqolunmadığıhalda, təqsirləndirilən şəxsəqarşıAzərbaycanRespublikasınınCM-nin178.2.3cümaddəsiiləittihamirəlisürülməsiibtidaiistintaqorqanınınyalnızehtimallarıüzərindəqurulmuş dur. Bununla belə, məhkəməhesabedirki, təqsirləndirilənşəxsTəqsirləndirilən şəxs Gəncə Dövlət X3 işləri üzrə prorektor vəzifəsində işləməsi təsdiqolunmadığından, onunəməlininAzərbaycan Respublikasının CM-nin 32.5,178.2.3cümaddəsiilənəzərdətutulancinayətətövsifinəöztəsirinigöstərəbilməz. Belə ki, məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməklə, qeyriləri ilə qabaqcadan razılaşmaqla əlbir olub cinayət əlaqəsinə girərək – bir qrup şəxs halında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə təkrarən dələduzluq, həmçinin vəzifəli şəxslərin qulluq mövqeyindən istifadə etməklə dələduzluq cinayətini törətməsinə təkrarən vasitə və məlumatlar verməklə köməklik göstərmiş və tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı cinayətlərinin törədilməsində köməkçi kimiiştiraketmişdir. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 178.2.3, 32.5, 313-cü maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi vardır, həmin cinayət hadisələri Təqsirləndirilən şəxs tərəfindən törədildiyindən o, CM-nin həmin maddələri ilə təqsirli bilinməlidir. Lakin Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nın 32.5, 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə ilə cəza təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Azərbaycan Respublikasının CM-nin 75.1 və 75.1.1-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən isə müddətlər cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Təqsirləndirilən şəxsna ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihamlardan və cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istinad edilən Azərbaycan Respublikasının CM-nin 32.5, 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsindən iki ildən artıq müddət keçmişdir. Yuxarıda göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs ona istinad edilən Azərbaycan Respublikasının CM-nın 32.5, 313-cü maddəsində nəzərdə tutulan cinayət əməlinə görə Azərbaycan Respublikasının CM-nin 75.1, 75.1.1 maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.3-cü maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlb etmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 44.1 və 44.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrindən, cinayət işinin digər materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.5,178.2.3-cü maddələrində nəzərdə tutulmuş, vahid niyyətlə əhatə olunan cinayət əməllərini 2009-cu ildən 2013-cü ilin oktyabr ayınadək olan müddət ərzində törətmiş, onun hər bir zərərçəkmişə qarşı törətdiyi dələduzluq cinayəti 2013-cü ilin oktyabr ayında başa çatmışdır. Azərbaycan Respublikasının CM-in 75.1, 75.1.2-ci maddələrinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Göründüyü kimi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.5,178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətdikdən sonra cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.5,178.2.3-cü maddələri ilə təqsirli bilinərək, ona həmin maddələrlə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.5,178.2.3-cü maddələrinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 32.5,178.2.3-cü maddələri təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 nömrəli qərarının 39cu bəndində göstərilmişdir ki, “Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən hal törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar”. Azərbaycan Respublikasının CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AzərbaycanRespublikasıDaxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 xx.xx.2016-cı il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Xanlar rayon Xalq Məhkəməsinin xx xxxxxx 1983-cü il tarixli ittiham hökmünə əsasən Azərbaycan Respublikası SSR-nin CMnin 208.3-cü maddəsi ilə (Yol hərəkəti istismarı qaydalarını pozma) təqsirli bilinməklə 9 il müddətinə azadlıqdan məhrum etmə, həmçinin 5 il müddətinə sürücülük hüququndan məhrum etmə cəzasına məhkum olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, onlara dəymiş maddi ziyan ödənilmədiyindən Təqsirləndirilən şəxs həmin zərərin ödənilməsini tələb edirlər. Təqsirləndirilən şəxs cəzasını yüngüləşdirilən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5,178.2.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “İttiham elan etmək üçün təqsirləndirilən şəxsin axtarışı və tutulması haqqında” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə müəyyən edilərək tutulmuş və həmin tarixdə Bakı şəhər Nərimanov Rayon polis X11 Yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Tutulmuş şəxsin azad edilməsi haqqında” xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə azad edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 3 (üç) gün müddətində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablanmaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Bundan başqa Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayət olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum ediləcəyindən ona azadlıqdan məhrum etmə növündə təyin olunacaq cəzanı Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-nin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Törədilmiş cinayətin hallarını və təqsirləndirilənin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar iş üzrə maddi sübutlar cinayət işinə əlavə edilmiş özxüsusiyyətinə, əlamətlərinəgörəcinayəttəqibiüzrəəhəmiyyətkəsbedənhallarınmüəyyənedilməsinəköməket diyindən Azərbaycan X7 filialı adından verilmiş Könül Abdullayevanın güya həmin təhsil müəssisəsinin tarix-coğrafiya fakültəsində təhsil alması barədə 2007-ci il tarixli, 220 saylı saxta tələbə bileti, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz, 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderləri, Azərbaycan X8 filialı adından verilmiş Şahid3 qızını güya həmin təhsil müəssisəsinin tarix və coğrafiya fakültəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə bileti, Zərərçəkmiş şəxs2 övladlarının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadılaraq aldığı pullarının geri qaytarılması ilə bağlı Təqsirləndirilən şəxsla görüşərək söhbət etməsi və mobil telefonundan istifadə edərək aralarında olan söhbətlərin olmasını təsdiq edən video görüntülərin əks olunduğu disk, xx xxxxx 2019-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla ilkin icraatda olan cinayət işinə əlavə edilərək cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili MüdafiəçiOsman oğlu tərəfindən məhkəmə istintaqı zamanı 55 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından MüdafiəçiOsman oğlunun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına330 manat məbləğində pul köçürülməlidir.Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 maddəsinə əsasən iş üzrə məhkəmə-fonoskopik ekspertizasının keçirilməsinə xərclənmiş 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzininhesabına (VÖEN **********, AZ34CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı)keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 178.2.3, 32.5, 313-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 313cümaddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 32.5, 178.2.3-cü maddələri ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tutulduğu 3 (üç) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifələr tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 01 (bir) il müddətə şamil edilsin. İş üzrə maddi sübut kimi tanınan cinayət işinə əlavə edilmiş özxüsusiyyətinə, əlamətlərinəgörəcinayəttəqibiüzrəəhəmiyyətkəsbedənhallarınmüəyyənedilməsinəköməket diyindən Azərbaycan X7 filialı adından verilmiş Könül Abdullayevanın güya həmin təhsil müəssisəsinin tarix-coğrafiya fakültəsində təhsil alması barədə 2007-ci il tarixli, 220 saylı saxta tələbə bileti, 2010/2011-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə xx xxxxx 2011-ci il tarixli, nömrəsiz, 2011/2012-ci tədris ili üzrə 500 (beş yüz) manat ödənilməsi barədə tarix və nömrəsi olmayan təhsil haqqı kimi ödənilməsi barədə saxta kassa mədaxil orderləri, Azərbaycan X8 filialı adından verilmiş Şahid3 qızını güya həmin təhsil müəssisəsinin tarix və coğrafiya fakültəsində təhsil alması barədə bilə-bilə yalan məlumatlar daxil olunmuş 2/189 saylı, xx xxxxxxx 2010-cu il tarixli saxta tələbə bileti, Zərərçəkmiş şəxs2 övladlarının test imtahanlarından kənar ali təhsil müəssisəsinə qəbul edilməsi adı ilə aldadılaraq aldığı pullarının geri qaytarılması ilə bağlı Təqsirləndirilən şəxsla görüşərək söhbət etməsi və mobil telefonundan istifadə edərək aralarında olan söhbətlərin olmasını təsdiq edən video görüntülərin əks olunduğu disk, xx xxxxx 2019-ci il tarixli qərarla maddi sübut kimi tanınmaqla ilkin icraatda olan cinayət işinə əlavə edilərək cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası..Mərkəzinin..hesabına..(VÖEN..**********,..AZ..34CTRE********************. Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944 S.W.İ.F.T. Bik: CTREAZ22 saylı) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanMüdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına330 (üç yüz otuz) manat məbləğində pul köçürülsün.Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. İş üzrə zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdənelanolunduğuvaxtdan, həbsdəolanTəqsirləndirilən şəxsisəhökmünsurətininverildiyiandan20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-66/2019
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-66/2019
24.10.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver