Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-66/2020 02.10.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibi Novruzov Maarif Vidadi oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X7, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 mənzil 12-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında günü istintaqa məlum olmayan tarixdə ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs mobil telefonunu əldə edib telefonunun yaddaşında olan sonuncunun başqa kişilərlə və özü ilə çəkdirdiyi yarıçılpaq vəziyyətdə olan şəkil və videolarını ələ keçirdikdən sonra həmin rüsvayedici şəkil və videoları yaxın qohumlarına göstərib yayacağını Zərərçəkmiş şəxs bildirib 2019-cu ilin oktyabr ayının ortalarından başlayaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən “Eleqans” adlanan kafedə görüşməklə, daha sonra mobil telefonla ondan hədə- qorxu ilə 5000 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon polis idarəsinə bu barədə ərizə ilə müraciət etdikdən sonra Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verməsi üçün protokollaşdırılaraq 500 manat pul verilmiş, Zərərçəkmiş şəxs həmin pulu xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs verərkən saxlanılaraq idarənin inzibati binasına gətirilmiş, sonuncunun üzərində şəxsi axtarış zamanı polis əməkdaşlarının Zərərçəkmiş şəxs təqdim etdikləri 500 manat pul üzərindən aşkar edilərək götürülmüşdür. Bununla da, o, özgənin əmlakını hədə-qorxu ilə tələb etmə cinayətini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2012-ci ildən tanıyır. Günellə aralarında həmin vaxtdan münasibət yaranmış və bir-birlərini sevmişlər. O, ailəli olduğu üçün Günellə rəsmi nikah bağlaya bilməmişdir. Lakin sevdiyi üçün Günelin yaşadığı evə gedib-gəlmiş və öz ailəsi kimi Günellə münasibət saxlamışdır. Sonradan Günellə ayrılmalarına səbəb Günelin əxlaqsız həyat tərzi keçirməsi və ona yalan danışması olmuşdur. Təxminən oktyabr ayının 15-20-i tarixləri arasında o, Günelin “İphone” markalı telefonunu götürüb satmaq və Günelə yeni telefon almaq istəmişdir. Həmin telefonu Güneldən alıb telefona baxdıqda yaddaşında olan fayllarda Günelin başqa oğlanlarla restoranda qucaqlaşmış, rəqs edərkən və digər səmimi şəkillərini aşkar etmişdir. O, Güneldən bu şəkilləri nə üçün çəkdirdiyini və həmin şəkildə olan kişilərin kimlər olduğunu soruşmuşdur. Günel ona həmin adamların adlarını deməsə də, həmin şəxslərlə Gürcüstanda və Türkiyədə restoranda tanış olduğunu demişdir. O, Güneldən nə üçün yarıçılpaq şəkildə həmin yad kişilərlə şəkil çəkdirdiyini soruşmuş, Günel isə ona həmin yad kişilərlə yalnız oturub yemək yediyini demişdir. Aralarında hər hansı intim münasibətin olmadığını bildirmişdir. O da Günelə inanmadığı üçün sonuncu ilə sözlə mübahisə etmişdir. Bundan sonra Günelin telefonunu da götürüb sonuncudan ayrılmışdır. Təxminən bir neçə gün sonra 2019-cu ilin oktyabr ayının ortalarında Günelə zəng edib görüşmək istədiyini və sonuncu ilə danışıb bu məsələni müzakirə edəcəyini demişdir. Günel bir neçə gün sonra ona zəng edib Gəncə şəhəri, X17 150 ünvanında yerləşən binanın birinci mərtəbəsində olan “Eleqans” adlanan kafedə olduğunu demiş, onu həmin kafeyə çağırmışdır. Həmin vaxt 2019-cu ilin oktyabr ayının sonları olmuşdur. O, Günelin zəngindən sonra həmin yerə getmişdir. Orada onlar çay içmişlər və söhbət etmişlər. O, Günelə əxlaqsız həyat tərzinin yanlış olduğunu və uşaqlarının böyüdükdə Günelin bu hərəkətindən utanacaqlarını demişdir. Günel isə bu tərz, yəni əxlaqsız həyat tərzinin Günelə xoş olduğunu və mütəmadi olaraq cinsi əlaqədə olmaq istədiyini demişdir. O isə əgər bu hərəkətlərindən əl çəkməzsə Günelin kişilərlə olan yarıçılpaq şəkillərini anasına və atasına göstərəcəyini demişdir. Onun niyyəti Güneli bu yoldan çəkindirmək olmuşdur. O, Günelə həmin şəkilləri anasına göstərəcəyini dedikdə Günel xahiş etmişdir ki, bu cür etməsin. O da Günelə əgər şəkillərini anasına və atasına göstərməməsini istəyirsə ona 5.000 manat pul verməli olduğunu, pulu verərsə həmin şəkilləri siləcəyini demişdir. Günel ona bankda pulunun olduğunu və həmin puldan 5.000 manat çıxarıb verəcəyini demişdir. O da Günelə bir neçə gün vaxt vermişdir. Bundan bir neçə gün sonra Günel ona zəng edib pulunun olmadığını və ona pul verə bilməyəcəyini demişdir. O da Günellə sağollaşıb telefonu söndürmüşdür. Bundan sonra Günel onunla yenə də əlaqə saxlamış və ondan xahiş etmişdir ki, pulun yarı hissəsini düzəldib verəcək ki, o da həmin şəkilləri silsin. O da Günelə bildirmişdir ki, pulun hamısını düzəltsin. Lakin Günel ona pulu tam düzəldə bilməyəcəyini bildirmiş və xahiş etmişdir ki, həmin pulu bir neçə dəfəyə versin. O da Günelə təklif etmişdir ki, pulun bir hissəsini indi, bir hissəsini 2019-cu ilin dekabr ayında, qalanını isə 2020-ci ilin mart ayında versin. Bildirmişdir ki, pulun axırıncı hissəsini aldıqdan sonra şəkilləri və digər məlumatları Günelin gözünün qarşısında siləcəkdir. Həm də demişdir ki, 5 ildən artıq qeyri-rəsmi ailə münasibətləri olduğundan sözünü tutacaqdır, amma Günel vaxtdında pulu çatdırsın. Günel də ona pulun yarısını düzəldib gətirəcəyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə Günel ona zəng edib pulun yarısını düzəltdiyini demiş və ondan xahiş etmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhərində Mərkəzi Poçtun yerləşdiyi küçədə görüşsünlər. O da Günellə razılaşmış və xx xxxxxx 2019-cu il tarixdə saat 13 radələrində həmin yerə öz avtomaşını ilə getmişdir. O, Mərkəzi Poçtun yerləşdiyi küçədə avtomaşından düşüb Günelə yaxınlaşmışdır. Günel ona cəmi 500 manat pul düzəldə bildiyini demiş və cibindən çıxarıb ona vermişdir. O, pulu götürüb əynində olan qara rəngli şalvarın sağ yan cibinə qoymuşdur. O, Güneldən pulu alarkən saymamış və Günelə inandığı üçün həmin pulu götürmüşdür. Bu vaxt polis əməkdaşları ona yaxınlaşıb saxlamışlar və ona Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb etməkdə şübhəli olduğunu demişlər. Onu saxladıqdan sonra Kəpəz rayon polis idarəsinə aparılacağını bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər Kəpəz rayon polis idarəsinə getmişdir. Polis idarəsində X6 ona şübhəli şəxs qismində saxlanıldığını bildirmiş və ona hüquq və vəzifələrini izah etmişdir. Sonra hüquqlarını müdafiə etməsi üçün dövlət büdcəsi hesabına vəkil dəvət edilməsini xahiş etmişdir. X6 tərəfindən ona Gəncə şəhərində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edildikdə o, öz istəyi ilə siyahıda olan vəkil X1. Vəkil Rəşad Babayev gəldikdən sonra onun üzərində şəxsi axtarış aparılmış və şalvarının sağ yan cibindən Günelin ona verdiyi 5 ədəd 50 manatlıq, 2 ədəd 100 manatlıq, 3 ədəd 10 manatlıq və 1 ədəd 20 manatlıq pul əskinasları aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və o, protokolla tanış olub həmin protokolu imzalamışdır. Daha sonra isə izahatı alınmışdır. Onun niyyəti Güneli əxlaqsızlıqdan çəkindirmək olmuşdur. Lakin Günel ona əhəmiyyət vermədiyindən və istədiyi kişi ilə görüşəcəyini bildirdiyindən o da Günelə əlində olan Günelin əxlaqsızlıq edərkən çəkilmiş şəkillərini anasına və atasına göstərəcəyi ilə qorxutmuşdur. Günel ondan həmin şəkilləri silməsini istədikdə isə Günelə əgər ona 5000 manat pul verərsə siləcəyini demişdir. O, hal-hazırda törətdiyi cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış və zərərçəkmişin ondan heç bir şikayət və tələbinin olmadığının nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Əliyarla onun arasında 6 ilə yaxın müddətdə sevgi münasibəti olmuşdur. Onlar qeyri-rəsmi olaraq birlikdə ər-arvad münasibətində olmuşlar. O, 2019-cu ilin oktyabr ayının əvvəllərində özünə məxsus “İphone 7” markalı mobil telefonu Əliyara vermişdir ki, telefonu satsın və pulunu ona versin. Həmin telefon 550 manata satılmışdır. Əliyar telefonu satsa da, pulunu verməmişdir. Bundan təxminən 5-6 gün sonra o, digər “İphone 7” markalı mobil telefonunu da Əliyara vermişdir ki, satsın və hər iki telefonun ümumi pulunun üzərinə də pul əlavə edib “İPhone X” mobil telefonu alacaqdır. “İPhone X” mobil telefonunun qiyməti 1800 manatdır. Əliyar ona məxsus ikinci telefonu da 550 manat pula satmışdır. Həmin pul da Əliyarda qalmışdır. Onun Əliyara verdiyi ikinci mobil telefonda onun istirahətdə olarkən Əliyarla birlikdə olan və digər şəxsi şəkilləri olmuşdur. O, telefonu Əliyara verdikdən sonra Əliyar həmin şəkilləri əldə edib özündə saxlamışdır. 2019-cu ilin oktyabr ayının ortalarında Əliyar ona zəng edib onu Gəncə şəhərində Ş.İ.Xətai küçəsində yerləşən “Eleqans” adlanan kafeyə çağırmışdır. O, Əliyarın zəngindən sonra həmin kafeyə getmişdir. Orada Əliyar ona sonuncu ilə birlikdə olan və digər şəxsi şəkillərini və videolarını mobil telefonundan əldə edib özündə saxladığını bildirmişdir. O da Əliyardan nə istədiyini soruşmuşdur. Əliyar ondan 5000 manat pul istəmişdir. O, Əliyardan nə üçün 5000 manat pul istədiyini soruşduqda Əliyar ona əgər istədiyi 5000 manat pulu verməsə Əliyarla olan və digər şəxsi şəkillərini ailə üzvlərinə göstərəcəyini və onu rüsvay edəcəyini demişdir. O, Əliyardan xahiş etmişdir ki, belə etməsin. Lakin Əliyar istədiyi pulu verməsə həmin şəkilləri və videoları iş yerində yayacağını və ailəsinə göstərəcəyini demişdir. O, Əliyara pulunun olmadığını demiş və oradan ayrılmışdır. Lakin Əliyar bundan sonra bir neçə dəfə ona zəng edib ondan pul tələb etmişdir. O da qorxduğu üçün Əliyardan xahiş etmişdir ki, belə etməsin və həmin şəkil və videoları silsin. Lakin Əliyar ona qulaq asmamış və onu hədələməyə davam etmişdir. O da noyabr ayının 4-də Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gedərək Təqsirləndirilən şəxs ondan hədə-qorxu ilə pul tələb etdiyini demişdir. xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları protokollaşdıraraq ona Əliyara vermək üçün 500 manat pul vermişlər. xx.xx.2019-cu il tarixdə Əliyar ona zəng edib ondan 5000 manat pul verib-verməyəcəyini soruşmuşdur. O, Əliyara pulun yarısını, yəni 2500 manatını verməyi təklif etmiş və xahiş etmişdir ki, şəkilləri və videoları silsin. Lakin Əliyar onunla razılaşmamış və ona pulun hamısını istədiyini demişdir. Daha sonra Əliyar təklif etmişdir ki, bir neçə dəfəyə 5000 manatı versin. O da Əliyarla razılaşmış və polis idarəsində ona verilən pulu xx.xx.2019-cu il tarixdə saat 11 radələrində Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində aparıb Əliyara vermişdir. Əliyar pulu alıb cibinə qoyduqdan sonra polis əməkdaşları Əliyarı saxlayıb Kəpəz rayon Polis İdarəsinə aparmışlar. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi ziyan tam olaraq ödənilmişdir, ona görə də təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, halhazırda Gəncə şəhər Baş Polis İdarəsinin X4 baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs ərizə ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs adlı şəxsin ona hədə-qorxu gələrək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5000 manat pul tələb etdiyini bildirmiş və Əliyar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilib ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün Kəpəz rayon Polis İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə Elşən Mehtiyev tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kimliyini və harada olmasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşmək və ondan tələb etdiyi pulu almaq istəyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verməsi üçün 500 manat pul verilmişdir. Həmin pullar Zərərçəkmiş şəxs verilməzdən əvvəl protokollaşdırılmış və nömrələri qeyd edilmişdir. Həmin 500 manat puldan 5 ədəd 50 manatlıq, 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq olmuşdur. Pullar fotoşəkilləri çəkilməklə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs polislərin nəzarəti altında Təqsirləndirilən şəxs ilə görüşmək üçün Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsinə getmişdir. Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində həmin pulu Təqsirləndirilən şəxs təqdim etdikdən dərhal sonra sonuncu saxlanılmış və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilmişdir. Gəncə şəhər Kəpəz rayon X13 Əliyevin üzərində şəxsi axtarış aparılması üçün o, şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Gəncə şəhər 1 saylı Vəkil X2 idarəyə dəvət edilmişdir. Rəşad Babayev idarəyə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 500 manat pul aşkar edilmiş, həmin pullar Zərərçəkmiş şəxs təqdim edilmiş pullarla eyniləşdirildikdə həmin pulların eyni olduğu müəyyən edilmişdir. Həmin pullar zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərmişdir ki, halhazırda Gəncə şəhər Kəpəz rayon X11 Axtarışı Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs ərizə ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs adlı şəxsin ona hədə-qorxu gələrək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5000 manat pul tələb etdiyini bildirmiş və Əliyar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilib və ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün Kəpəz rayon Polis İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kimliyini və harada olmasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşmək və ondan tələb etdiyi pulu almaq istəyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verməsi üçün 500 manat pul verilmişdir. Həmin pullar Zərərçəkmiş şəxs verilməzdən əvvəl protokollaşdırılmış və nömrələri qeyd edilmişdir. Həmin 500 manat puldan 5 ədəd 50 manatlıq, 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq olmuşdur. Pullar fotoşəkilləri çəkilməklə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs polislərin nəzarəti altında Təqsirləndirilən şəxs ilə görüşmək üçün Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsinə getmişdir. Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində həmin pulu Təqsirləndirilən şəxs təqdim etdikdən dərhal sonra Təqsirləndirilən şəxs saxlanılmış və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilmişdir. Gəncə şəhər Kəpəz rayon X13 Əliyevin üzərində şəxsi axtarış aparılması üçün o, şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Gəncə şəhər 1 saylı Vəkil X2 idarəyə dəvət edilmişdir. Rəşad Babayev idarəyə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 500 manat pul aşkar edilmiş, həmin pullar Zərərçəkmiş şəxs təqdim edilmiş pullarla eyniləşdirildikdə həmin pulların eyni olduğu müəyyən edilmişdir. Həmin pullar zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, halhazırda Gəncə şəhər Baş Polis İdarəsinin X4 kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs ərizə ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs adlı şəxsin ona hədə-qorxu gələrək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5000 manat pul tələb etdiyini bildirmiş və Əliyar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilib ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün Kəpəz rayon Polis İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə Elşən Mehtiyev tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kimliyini və harada olmasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşmək və ondan tələb etdiyi pulu almaq istəyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verməsi üçün 500 manat pul verilmişdir. Həmin pullar Zərərçəkmiş şəxs verilməzdən əvvəl protokollaşdırılmış və nömrələri qeyd edilmişdir. Həmin 500 manat puldan 5 ədəd 50 manatlıq, 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq olmuşdur. Pullar fotoşəkilləri çəkilməklə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs polislərin nəzarəti altında Təqsirləndirilən şəxs ilə görüşmək üçün Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsinə getmişdir. Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində həmin pulu Təqsirləndirilən şəxs təqdim etdikdən dərhal sonra Təqsirləndirilən şəxs saxlanılmış və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilmişdir. Gəncə şəhər Kəpəz rayon X13 Əliyevin üzərində şəxsi axtarış aparılması üçün o, şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Gəncə şəhər 1 saylı Vəkil X2 idarəyə dəvət edilmişdir. Rəşad Babayev idarəyə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 500 manat pul aşkar edilmiş, həmin pullar Zərərçəkmiş şəxs təqdim edilmiş pullarla eyniləşdirildikdə həmin pulların eyni olduğu müəyyən edilmişdir. Həmin pullar zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, halhazırda Gəncə şəhər Baş Polis İdarəsinin X4 kiçik əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2019-cu il tarixdə Gəncə şəhər sakini Zərərçəkmiş şəxs ərizə ilə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə müraciət edərək tanışı Təqsirləndirilən şəxs adlı şəxsin ona hədə-qorxu gələrək onun barəsində sosial şəbəkələrdə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 5000 manat pul tələb etdiyini bildirmiş və Əliyar barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs adlı şəxsin şəxsiyyətinin, olduğu yerin müəyyən edilib ətrafında əməliyyat tədbirləri keçirilməsi üçün Kəpəz rayon Polis İdarəsinin və Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradılmışdır. xx.xx.2019-cu il tarixdə Elşən Mehtiyev tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçiriməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs kimliyini və harada olmasını müəyyən etmək məqsədi ilə bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Müəyyən etmişlər ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə görüşmək və ondan tələb etdiyi pulu almaq istəyir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verməsi üçün 500 manat pul verilmişdir. Həmin pullar Zərərçəkmiş şəxs verilməzdən əvvəl protokollaşdırılmış və nömrələri qeyd edilmişdir. Həmin 500 manat puldan 5 ədəd 50 manatlıq, 2 ədəd 100 manatlıq, 1 ədəd 20 manatlıq, 3 ədəd 10 manatlıq olmuşdur. Pullar fotoşəkilləri çəkilməklə Zərərçəkmiş şəxs təhvil verilmişdir. Bundan sonra Zərərçəkmiş şəxs polislərin nəzarəti altında Təqsirləndirilən şəxs ilə görüşmək üçün Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsinə getmişdir. Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində həmin pulu Təqsirləndirilən şəxs təqdim etdikdən dərhal sonra Təqsirləndirilən şəxs saxlanılmış və Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinə gətirilmişdir. Gəncə şəhər Kəpəz rayon X13 Əliyevin üzərində şəxsi axtarış aparılması üçün o, şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün Gəncə şəhəri 1 saylı Vəkil X2 idarəyə dəvət edilmişdir. Rəşad Babayev idarəyə dəvət edildikdən sonra Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 500 manat pul aşkar edilmiş, həmin pullar Zərərçəkmiş şəxs təqdim edilmiş pullarla eyniləşdirildikdə həmin pulların eyni olduğu müəyyən edilmişdir. Həmin pullar zərfə qoyularaq qablaşdırılmış, şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs verilməsi üçün Zərərçəkmiş şəxs hər birinin üzərində B32069144, A 79863086, B39180424, A 85662971, A 49354773 nömrələri olan 5 ədəd 50 manatlıq, hər birinin üzərində A 94232794, В 06512801 nömrələri olan 2 ədəd 100 manatlıq, 1 ədəd üzərində В 10000513 nömrəsi olan 20 manatlıq, hər birinin üzərində A 22864479, B52352053, В 02041156 nömrələri olan 3 ədəd 10 manatlıq pul əskinazları verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs tələb etdiyi həmin 500 manat pul Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs verildikdən sonra üzərinə baxış keçirilərkən hər birinin üzərində B32069144, A 79863086, B39180424, A 85662971, A 49354773 nömrələri olan 5 ədəd 50 manatlıq, hər birinin üzərində A 94232794, В 06512801 nömrələri olan 2 ədəd 100 manatlıq, 1 ədəd üzərində В 10000513 nömrəsi olan 20 manatlıq, hər birinin üzərində A 22864479, B52352053, В 02041156 nömrələri olan 3 ədəd 10 manatlıq pul əskinazları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi səs yazılarına baxış zamanı müəyyən edilmişdir ki, 1 dəqiqə 47 saniyə davam edən danışıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bildirir ki, “Sənin bütün şəkillərini kəndinizə, qohumlarına, işlədiyin kollecdə işləyənlərin hamısına göstərəcəm”. Buna cavabında isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “mən sənə 5000 versəydim sən o şəkilləri siləcəkdin?” deyə sual verir. Təqsirləndirilən şəxs isə cavabında “onu silməyənin” deyir və söyüş söyür. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “Niyə Əliyar, niyə” deyir və xahiş edir ki, 5000-ə yox, 500-ə silsin o şəkilləri. Təqsirləndirilən şəxs şəkilləri siləcəyini deyir və söyüş söyür. Zərərçəkmiş şəxs “5000 pulumun olmadığını, get nağayrırsan qayır” deyir. Təqsirləndirilən şəxs “helə..” deyə cavab verir. Zərərçəkmiş şəxs “sən o pulu məndən şantaj edərək istəməsəydin tapıb verərdim” deyir. Zərərçəkmiş şəxs “iki dənə telefonumun arxasına keçdin, 1100 manat sənin telinə qurban” deyir. Danışığın davamında Zərərçəkmiş şəxs “telefonlarımı vermədin, hələ məndən 5000 manat da istəyirsən” deyir. Digər səs yazısında, yəni 1 dəqiqə 27 saniyə davam edən danışıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “o videonu mənim atam görər, ürəyi tutar, sənin vicdanın rahat olacaqmı” deyir. Təqsirləndirilən şəxs cavabında “hə, mənim ürəyim rahat olacaq” deyə cavab verir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs “mənim dədəm ölsə sənin vicdanın rahat olacaqmı” sualını verir. Təqsirləndirilən şəxs “niyə ölür ki” deyə cavab verir. Daha sonra Təqsirləndirilən şəxs “sən o pulu mənə ver, atanın da xəbəri olmasın və elə et xəbəri olmasın” deyir. Zərərçəkmiş şəxs “Əliyar, mənim 1000 manatım səndədir” deyir. Zərərçəkmiş şəxs danışığın davamında “sən mənim xəyanətimi görsəydin on min-iyirmi min istəyərdin” deyir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üçün əhəmiyyət kəsb etdiyinə görə götürülmüş hər birinin üzərində B32069144, A 79863086, B39180424, A 85662971, A 49354773 nömrələri olan 5 ədəd 50 manatlıq, hər birinin üzərində A 94232794, В 06512801 nömrələri olan 2 ədəd 100 manatlıq, 1 ədəd üzərində В 10000513 nömrəsi olan 20 manatlıq, hər birinin üzərində A 22864479, B52352053, В02041156 nömrələri olan 3 ədəd 10 manatlıq, ümumilikdə 500 manat məbləğində pul əskinazları, 2 ədəd DVD disk maddi sübut kimi tanınmışdır, pul əskinazları saxlanca, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 2019-cu ilin oktyabr ayında günü istintaqa məlum olmayan tarixdə ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs mobil telefonunu əldə edib telefonunun yaddaşında olan sonuncunun başqa kişilərlə və özü ilə çəkdirdiyi yarıçılpaq vəziyyətdə olan şəkil və videolarını ələ keçirdikdən sonra həmin rüsvayedici şəkil və videoları yaxın qohumlarına göstərib yayacağını Zərərçəkmiş şəxs bildirib 2019-cu ilin oktyabr ayının ortalarından başlayaraq Gəncə şəhəri, Heydər Əliyev prospekti 150 ünvanında yerləşən “Eleqans” adlanan kafedə görüşməklə, daha sonra mobil telefonla ondan hədə-qorxu ilə 5000 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz rayon polis idarəsinə bu barədə ərizə ilə müraciət etdikdən sonra Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2019-ci il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verməsi üçün protokollaşdırılaraq 500 manat pul verilmiş, Zərərçəkmiş şəxs həmin pulu xx.xx.2019-cu il tarixdə saat 13 radələrində Gəncə şəhəri, F.Məlikov küçəsi ilə M.A.Abbaszadə küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs verərkən saxlanılaraq idarənin inzibati binasına gətirilmiş, sonuncunun üzərində şəxsi axtarış zamanı polis əməkdaşlarının Zərərçəkmiş şəxs təqdim etdikləri 500 manat pul üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakteriza olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənilmişdir. Həmçinin Təqsirləndirilən şəxs heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 xx.xx.2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq 3 (üç) ay 2 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(104)-327/2019 saylı qərarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(043)-58/2019 saylı hökmündən digər təqsirləndirilən şəxslər apelyasiya şikayətləri vermiş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin həmin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(104)-327/2019 saylı qərarından göründüyü kimi, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(043)-58/2019 saylı hökmündən digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti versə də, Təqsirləndirilən şəxs həmin hökmdən apelyasiya şikayəti verməmişdir. Ona görə də, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(043)-58/2019 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdən sonra, yəni xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(043)-58/2019 saylı hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyindən Təqsirləndirilən şəxs cəza hökmlərin məcmusu üzrə təyin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş Gəncə şəhər Probasiya Şöbəsindən alınmışxx.xx.2020-ci il tarixli, 38/20 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(043)-58/2019 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti 3 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir, Təqsirləndirilən şəxs Gəncə şəhəri Probasiya şöbəsində qeydiyyata alınmamış və onun həmin cəzası çəkilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1 və 68.1.1-1 maddələrinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2019-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 03 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) ay 16 (on altı) gün hazırki hökm ilə ona təyin ediləcək azadlıqdan məhrum cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti azadlıqdan məhrum cəzası təyin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli, 4(044)-119/2019 saylı qərardan görünür ki, həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 03 ay müddətində, yəni xx xxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 4(044)-9/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan təbdiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığı qətimkan tədbirinin müddəti 02 ay həddində müəyyən edilmiş və onun əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli, 4(044)-16/2020 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı həbs qətimkan tədbiri ilə əvəz edilmiş, həbsdə saxlama müddəti xx xxxx 2020-ci il tarixədək müəyyən edilərək, həbs etmənin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hazırki tarixədək həbsdə və ev dustaqlığında saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Belə olan halda, Təqsirləndirilən şəxs məhkəməyədək, habelə məhkəmədə aparılmış icraat daxil olmaqla onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2019cu il tarixdən hesablanmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş az ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan o, azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. İş üzrə Gəncə şəhər Baş Polis İdarəsində saxlanca təhvil verilmiş maddi sübut olan hər birinin üzərində B32069144, A 79863086, B39180424, A 85662971, A 49354773 nömrələri olan 5 ədəd 50 manatlıq, hər birinin üzərində A 94232794, В 06512801 nömrələri olan 2 ədəd 100 manatlıq, 1 ədəd üzərində В 10000513 nömrəsi olan 20 manatlıq, hər birinin üzərində A 22864479, B52352053, В02041156 nömrələri olan 3 ədəd 10 manatlıq, ümumilikdə 500 manat məbləğində pul əskinazları hökm qanuni qüvvəyə mindikdən sonra Gəncə şəhə rBaş Polis İdarəsinin xəzinədarlığına qaytarılmalıdır. Bundan başqa Zərərçəkmiş şəxs təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş səs yazılarının olduğu 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 20 iş saatı məsrəf olunmuşdur.Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2019-cü il tarixli, 1(043)-58/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxsna təyin edilmiş və çəkilməmiş 03 (üç) ay 02 (iki) gün müddətinə azadlığın məhdudlaşdırılmasıcəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 1 (bir) ay 16 (on altı) gün hazırki hökmlə ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxsna qəti olaraq 03 (üç) il 01 (bir) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlancına təhvil verilmiş hər birinin üzərində B32069144, A 79863086, B39180424, A 85662971, A 49354773 nömrələri olan 5 ədəd 50 manatlıq, hər birinin üzərində A 94232794, В06512801 nömrələri olan 2 ədəd 100 manatlıq, 1 ədəd üzərində В10000513 nömrəsi olan 20 manatlıq, hər birinin üzərində A 22864479, B52352053, В02041156 nömrələri olan 3 ədəd 10 manatlıq, ümumilikdə 500 manat məbləğində pul əskinazları hökm qanuni qüvvəyə mindikdən sonra GəncəşəhərBaş Polis İdarəsinin xəzinədarlığına qaytarılsın. Bundan başqa Zərərçəkmiş şəxs təqdim etdiyi və cinayət işinin materiallarına əlavə edilmiş səs yazılarının olduğu 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-66/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-66/2020
02.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver