Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-66/2021 10.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər)məhkəmələrindən dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, X4 və Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 avqust 2019-cu il tarixdə saat 21:22 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu halında idarə etdiyi, özünə məxsus “VAZ 21099 minik” markalı **-OT-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsində Gülüstan qəsəbəsi istiqamətində hərəkətdə olub “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 1.3 üfiqi nişanlanma xəttini keçməklə və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bilərəkdən buna əməl etməyərək idarə etdiyi avtomaşının həmin küçə ilə yolun əks hərəkət hissəsi ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Lexus LX470” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmasına səbəb olmuş, nəticədə sonuncunun avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs2 sağ diz oynağıbaldır nahiyəsinin, sağ said nahiyəsinin qançırları, sağ bazu sümüyünün qapalı, yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olub az ağır zərərvurmaya aid edilən, Zərərçəkmiş şəxs4 sol diz-baldır nahiyəsinin və sol yanaq nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sol gözün üst qapağının səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub yüngül zərər vurmaya aid edilən, X2 bazu nahiyəsinin qançırından ibarət olub sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən, sürücü Zərərçəkmiş şəxs1 sol said nahiyəsinin sıyrığından ibarət olub sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən, özünün idarə etdiyi avtomobilindəki sərnişin Zərərçəkmiş şəxs5 isə sol diz qapağının sınığı, üz nahiyəsinin sıyrıqları ilə müşayiət olunub sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilməsinə və Zərərçəkmiş şəxs2 məxsus “Lexus 470” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi ilə müşayiət olunan 3315 manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, iş materiallarında olan və tədqiq olunan digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 29 avqust 2019-cu il tarixədək xidmətdə olduqdan sonra 30 avqust 2019-cu il tarixdə iş yoldaşı Zərərçəkmiş şəxs5 ilə birlikdə xidmətdən çıxmış, 30 avqust 2019-cu il tarixdə Davud ilə onun istirahət günü olmuş və xidmətdə olmamışlar. Davudun avtomobili Göygöl rayonu ərazisində təmirdə olduğu üçün onlar xidmətdən çıxan zaman belə razılaşmışlar ki, axşam radələrində onunla birlikdə gedib avtomobili götürsünlər. O, növbədən çıxdığı gün səhər saatlarında evə gedən zaman mağazadan 2 ədəd spirtli içki olan “Jaquar” içkisi götürüb qəbul etdikdən sonra evə getmişdir. O, evdə bir az dincəlib təxminən 2-3 saat yatmış və oyananda isə spirtli içki qəbul etmişdir. Həmin gün saat 21 rədalərində onun idarə etdiyi VAZ 21099 markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobillə Davudu Gəncə şəhər ərazisindən götürərək üzü Göygöl rayonu istiqamətində hərəkətə başlamışlar. Avtomobili o, idarə etmiş, Davud isə avtomobilin ön sağ otucağında sərnişin qismində əyləşmişdir. O, M.Ş.Vazeh küçəsi ilə üzü Gülüstan qəsəbəsi istiqamətində təxminən saatda 50-60 km/saat sürətdə hərəkətdə olarkən həmin vaxt hava qaranlıq və çiskinli olmuşdur. «Üç bulaq» adlanan yerin yanında o, önü ilə hərəkətdə olan avtomobili ötmək üçün sol tərəfindən manevr edib yolun əks zolağına çıxmış, öz hərəkət zolağında qarşıdan gələn avtomobili görüb ötmə əməliyatını başa vurduqdan sonra öz zolağına qayıtmışdır. Həmin vaxt qarşısında yolda çuxur olduğunu görüb həmin çuxurdan qaçmaq üçün sol tərəfə manevr edib yenidən əks istiqamət zolağına çıxanda qarşıdan gələn öz hərəkət zolağı ilə hərəkətdə olan “Lexus LX470” markalı avtomobilə həmin avtomobilin hərəkət zolağında qarşı-qarşıya toqquşmuşdur. Toqquşmanın nəticəsində o və Davud müxtəlif dərəcəli bədən xəsarətləri almışlar, onu və Davudu təcili tibbi yardım avtomobili vasitəsi ilə 3 saylı TTYS-na aparıb ilkin tibbi yardım göstərmişlər. O, öz hərəkət zolağındakı yol ilə təxminən saatda 50-60 km/saat sürətdə hərəkətdə olarkən yolunda çuxur olduğunu görüb çuxurdan yayınmaq üçün əks hərəkət zolağına çıxmış və həmin vaxt qarşıdan gələn avtomobildən yayına bilməyib əks hərəkət zolağında olan “Lexus LX470” markalı avtomobil ilə həmin avtomobilin hərəkət zolağında toqquşmuşdur. Hadisə vaxtı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində heç bir nasazlıq olmamışdır.Zərərçəkmiş şəxslərlə barışdığını və onlara dəymiş ziyanı ödəməsini, onların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alaraq məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-ni PPXT-da onunla birlikdə polis nəfəri kimi çalışmışdır.29 avqust 2019-cu il tarixdən 30 avqust 2019-cu il tarixədək xidmət yoldaşı Təqsirləndirilən şəxslə birlikdə Gəncə şəhəri, «Bayraq meydanı» ərazisində gecə tağımında xidmətdə olmuşlar. 30 avqust 2019-cu il tarixdə, saat 19 radələrində xidmət yoldaşı Təqsirləndirilən şəxslə birlikdə görüşmüş, həmin vaxt Təqsirləndirilən şəxs içkili olduğunu bilsə də Vəlinin özündə olaraq hərəkətlərini idarə edə bildiyini görmüşdür. Saat təxminən 21 radələrində Təqsirləndirilən şəxs özünə məxsus olan VAZ 21099 markalı, **- OT-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu götürüb üzü Gülüstan istiqamətində hərəkət etməyə başlamışlar. Belə ki, həmin gün onun avtomobili Gülüstan qəsəbəsi ərazisindəki avtoservisde usta baxışında olmuşdur. Onlar M.Ş.Vazeh küçəsi ilə üzü Gülüstan qəsəbəsi istiqamətində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olan zaman hava çiskinli və dumanlı olmuşdur. Onlar Gülüstan qəsəbəsi istiqamətində hərəkətdə olan zaman “3 bulaq” adlanan ərazidə Təqsirləndirilən şəxs ötmə əməliyyatı etmək üçün yolun əks zolağına çıxıb sürətini nisbətən artırmış, ötmə əməliyyatı etmək istəyən zaman onların sağ tərəfi ilə də digər bir maşın hərəkətini davam etdirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs sürəti nisbətən çox olduğundan ötmə əməliyyatını düzgün edə bilməyib öz hərəkət zolağına qayıda bilməmiş və nəticədə əks istiqamət zolağı ilə hərəkət edən Lexus LX 470 markalı avtomobillə qarşı-qarşıya toqquşmuşdur. Toqquşma nəticəsində o və yanında olan xidmət yoldaşı, sürücü Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Baş vermiş yol nəqliyyat hadisəsinə səbəb Təqsirləndirilən şəxs manevr edərək ötmə əməliyyatını düzgün etməməsi və əks hərəkət zolağına çıxması olmuş, nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil əks hərəkət zolağında öz yolu ilə hərəkətini davam etdirən Lexus LX470 markalı avtomobilə çırpılmışdır. Hadisə baş verən zaman Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilinin sürəti təxminən 60-70 km/saat olmuşdur. Hadisədən sonra təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş və onlar barışmışlar. Ona görə də hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X9 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs1 Abuzər oğlu onun dostudur. 28 avqust 2019-cu il tarixdə Zərərçəkmiş şəxs1 həyat yoldaşı Zərərçəkmiş şəxs2 ilə birlikdə Gəncə şəhərində onlara qonaq gəlmişlər. Onlar 30 avqust 2020-ci il tarixdə, saat 18 radələrində birlikdə istirahət üçün Zərərçəkmiş şəxs1 məxsus **-DM-*** dövlət qeydiyyat nişanlı “Lexus 470” markalı avtomobillə Göygöl rayon ərazisinə yollanmaq qərarına gəlmişlər.30 avqust 2020-ci il tarixdə onlar Göygöl rayon ərazisində əyləşib bir az istirahət etdikdən sonra saat 21 radələrində Gəncə şəhərinə geri qayıtmaq üçün yola çıxmışlar. Həmin vaxt o, Zərərçəkmiş şəxs1 məxsus “Lexus 470” markalı avtomobildə ön oturacaqda əyləşmiş, avtomobilin arxa oturacağında isə həyat yoldaşı Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 həyat yoldaşı Zərərçəkmiş şəxs2 əyləşmişlər. Onlar ordan qayıdan zaman avtomobilin önü ilə onun qızı Könül də özünə məxsus Mercedes C200 markalı avtomobillə hərəkət etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 idarə etdiyi “Lexus 470” markalı avtomobil ilə qızı Könülün idarə etdiyi avtomobil arasındakı ara məsafəsi təxminən 20 metr olmuşdur. Onlar Gəncə şəhəri M.Ş,Vazeh küçəsi ilə Gülüstan qəsəbəsindən şəhər istiqamətində təxminən 20-30 km/saat sürətlə hərəkətdə olmuşlar, hava isə qaranlıq və çiskinli olmuşlar. Həmin vaxt əks hərəkət zolağı ilə qarşıdan gələn VAZ 21099 markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil Gülüstan qəsəbəsi ərazisində «1001» inşaat mağazasının qarşısında onların hərəkət zolağına çıxaraq onların önü ilə hərəkət edən qızı Könülün idarə etdiyi avtomobilə qəza şəraiti yaratmışdır. Həmin vaxt Könül öz avtomobilini sağa çəkdiyindən hadisədən yayınmış, VAZ 21099 markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti olduqca yüksək olduğundan öz yoluna tam qayıda bilməyib onların avtomobilinə sürətlə çırpılmışdır. O və Zərərçəkmiş şəxs1 avtomobilin ön oturacağında əyləşdiklərdən və avtomobilin təhlükəsizlik şarları açıldığından onlar ciddi xəsarət almamışlar, lakin avtomobilin arxa oturacaqlarında əyləşmiş Zərərçəkmiş şəxs1 həyat yoldaşı Zərərçəkmiş şəxs2 zərbənin təsirindən qolu qırılmış, onun həyat yoldaşı Mələk isə müxtəlif növ bədən xəsarətləri almışdır. Bundan sonra onlar avtomobildən yerə düşmüşlər, avtomobildən aşağı enən zaman **-OT-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilin sürücü və sürücünün yanında olan sərnişinin də xəsarətlər aldığını görüb həmin şəxslərə kömək etmişlər. Daha sonra hadisə yerinə başqa şəxslər də gələrək hadisə zamanı xəsarət almış şəxslərə kömək etmişlər. Bundan sonra təcili tibbi yardım əməkdaşları gəlib yaralı şəxsləri götürərək xəstəxanaya aparmışlar. O, isə Zərərçəkmiş şəxs1lə birlikdə avtomobilin yanında dayanaraq polis əməkdaşlarının gəlmələrini gözləmişlər. Hadisənin baş verməsinə səbəb **-OT-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilin Gəncə şəhəri M,Ş.Vazeh küçəsində hərəkətdə olan zaman onun içərisində olduğu, Zərərçəkmiş şəxs1 idarə etdiyi **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağı çıxması və VAZ 21099 markalı avtomobilin sürətinin olduqca çox olması olmuşdur.Sonda o məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxsin barəsində qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadə verərək bildirmişdir ki, 30 avqust 2020ci il tarixdə qızı Şahid1 Mercedes C200 markalı avtomobili və Zərərçəkmiş şəxs1 Lexus LX470 markalı avtomobili ilə saat 18 radələrində Göygöl rayon ərazisinə yollanmışlar. Həmin gün saat 21 radələrində Gəncə şəhərinə qayıtmaq üçün yola çıxmışlar. Həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 məxsus olan Lexus LX470 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında, o və Zərərçəkmiş şəxs1 həyat yoldaşı Zərərçəkmiş şəxs2 isə avtomobilin arxa oturacağında əyləşmişlər. Onlar Gəncə şəhəri, Gülüstan qəsəbəsində M.Ş.Vazeh küçəsi ilə hərəkətdə olarkən qızı Şahid1 da özünün idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı, Mercedes C200 markalı avtomobillə onların qarşısı ilə hərəkət etmişdir. Onlar təxminən 20-30 km/saat sürəti ilə hərəkətdə olarkən həmin küçə ilə əks zolaqda hərəkət edən VAZ 21099 markal avtomobilin onların hərəkət zolağına çıxaraq sürətlə hərəkət edib onlar tərəfə gəldiyini görmüşlər. Həmin vaxt qızı Könül Əlabbasova avtomobilini sağ tərəfə çəkərək hadisədən yayına bilsə də Zərərçəkmiş şəxs1 hadisədən yayına bilməmiş, həmin vaxt VAZ 21099 markalı avtomobil sürətlə gəlib Zərərçəkmiş şəxs1 idarə etdiyi Lexus LX470 markalı avtomobilə çırpılmışdır. Baş vermiş qəza nəticəsində o və Zərərçəkmiş şəxs2 müxtəlif bədən xəsarətləri almışlar. Onları həmin vaxt qızı Şahid1 və hadisə yerində olan şəxslər avtomobildən çıxararaq 3 nömrəli TTYX-na aparmışlar. Zərərçəkmiş şəxs1lə Muzadil Abbasov isə avtomobilin yanında qalaraq polis əməkdaşlarının gəlməsini gözləmişlər. Hadisənin baş verməsinə səbəb **-OT-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilin Gəncə şəhəri M,Ş.Vazeh küçəsində hərəkətdə olan zaman onların hərəkət zolağına çıxması olmuşdur. Həmin vaxt VAZ 21099 markalı avtomobilin sürəti olduqca yüksək olduğundan Zərərçəkmiş şəxs1 avtomobilini kənara çəkə bilməmiş və nəticədə VAZ 21099 markalı avtomobil Zərərçəkmiş şəxs1 hərəkət zolağında onun idarə etdiyi “Lexus LX470” markalı avtomobilə çırpılmışdır.Sonda o bildirdi ki, Təqsirləndirilən şəxs ilə hazırda barışmışdır, ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona görə də təqsirləndirilən şəxsin barəsində qərar qəbul edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs1 Abazar oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 30 ildir ki avtomobil idarə edir. Onun “B” kateqoriyalı sürücülük vəsiqəsi var. Lexus Lx 470 markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. 28 avqust 2019-cu il tarixdə o, ailəsi ilə birlikdə dostu Müzadil Əliabbasovgilə qonaq gəlmişdir. Onlar qərara gəlmişlər ki, 30 avqust 2019-cu il tarixdə Göygöl rayonuna gedib istirahət etsinlər. Həmin gün saat 18 radələrində onlar Göygöl rayonuna getmişlər, saat 21 radələrində isə geri qayıtmışlar. Onun önündə dostu Müzadilin qızı Şahid1 özünə məxsus Mercedes C200 markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobili idarə etmiş, sonuncunun arxası ilə isə o, özünə məxsus Lexus Lx 470 markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət etmiş və ara məsafələri təxminən 20 metr məsafə olmuşdur. Onun avtomobilində sərnişin qismində ön sağ tərəfdəki oturacaqda dostu Müzadil, arxa sağ oturacaqda arvadı Zərərçəkmiş şəxs2, sol arxa oturacaqda isə dostu Müzadilin həyat yoldaşı Zərərçəkmiş şəxs4 əyləşmişlər. Onlar Gülüstan qəsəbəsində M.Ş.Vazeh küçəsi ilə üzü şəhər istiqamətində təxminən 15-20 km/saat sürətlə hərəkət edib 1001 inşaat mağazasının qarşısına çatanda anidən sürətlə hərəkət edən bir ədəd VAZ 21099 markalı avtomobil sağa-sola manevr edə-edə gələrək onun yoluna çıxmış və onun avtomobilinin ön sol hissəsinə çırpılmışdır. Həmin vaxt hava qaranlıq və çiskinli olmuşdur. Hadisə anına kimi o, yolun hərəkət istiqamətində öz yolu ilə avtomobilini idarə etmişdir. Toqquşma anında avtomobilinin hava şarları açılmışdır. O, əvvəlcə Müzadilin vəziyyətini soruşmuş və sonuncu yaxşı olduğunu bildirmişdir. O, arxaya çevrildikdə isə arvadı Qəmərin qolunun sındığını və Zərərçəkmiş şəxs4 isə başından qan axdığını görmüşdür. Bundan sonra dərhal avtomobildən yerə düşəndə onun avtomobilinə çırpılan VAZ 21099 markalı, 90-0T-315 dövlət qeydiyyat nişanlı avtomobildə sürücünün və yanında oturan bir nəfər sərnişinin qanın içində olduğunu görmüşdür. Bundan sonra onlar 103 xidmətinə məlumat vermişlər. Həmin vaxt onun qarşısı ilə hərəkət edən Könülgil də avtomobildən düşüb onların yanına gəlmişlər. Hadisə yerinə gələn təcili yardım avtomobili VAZ 21099 markalı avtomobildə olan şəxslərin vəziyyətinin daha ağır olduğunu görüb əvvəlcə həmin şəxsləri xəstəxanaya aparmışdır. Onlar da Qəməri və Mələyi ətrafdakı tanımadığı şəxslərin köməkliyi ilə xəstəxanaya yola salmışlar. O, isə dostu Müzadillə birlikdə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Bundan sonra polis əməkdaşları gəlib hadisə yerini müayinə etmişlər, daha sonra isə Dispanserə gedib həkim müayinəsindən keçmişlər. Hadisənin baş verməsinə səbəb o, öz yolu ilə hərəkətdə olan vaxt VAZ 21099 markalı avtomobilin sağa-sola manevr edərək onun yoluna çıxdığı üçün o, hadisədən yayına bilməmiş və həmin avtomobil onun avtomobilinə çırpılmışdır. O, 1001 inşaat mağazasının qarşısına çatanda təxminən 20 metr məsafədən görmüşdür ki, sürətlə gələn VAZ 21099 markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil əvvəlcə sağa və daha sonra isə sola onun üstünə gələrək onun avtomobilinə çırpılmışdır. Hadisə vaxtı avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobilində heç bir nasazlıq olmamışdır. Hadisə nəticəsində onun başı sağ qolunun dirsək hissəsi əzilmişdir. Məhkəmə istintaqında ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 28 avqust 2019-cu il tarixdə əri Zərərçəkmiş şəxs1 ilə birlikdə sonuncunun idarə etdiyi Lexus Lx 470 markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhərinə ailəvi olaraq dost olduqları Müzadil Əliabbasovgilə qonaq gəlmişlər. Onlar qərara gəlmişlər ki, 30 avqust 2019-cu il tarixdə Göygöl rayonuna gedib istirahət etsinlər. Həmin gün saat 18 radələrində onlar Göygöl rayonuna getmişlər və saat 21 radələrində geri qayıtmışlar. O, Müzadil, sonuncunun arvadı Zərərçəkmiş şəxs4 onun əri Məhəmmədin idarə etdiyi Lexus Lx 470 markalı, **-DM-*** dövlət nömrə nişanlı avtomobildə əyləşmişlər. Belə ki, avtomobili Məhəmməd idarə etmiş, Müzadil avtomobilin ön sağ oturacağında, o, avtomobilin arxa sağ oturacağında və Zərərçəkmiş şəxs4 isə avtomobilin arxa sol oturacağında əyləşmişdir. Onların önü ilə isə Müzadilin qızı Könül özünə məxsus Mercedes C200 markalı, **-DP-*** dövlət nömrə nişanlı avtomobili idarə etmişdir. Onlar Gülüstan qəsəbəsində M.Ş.Vazeh küçəsi ilə üzü şəhər istiqamətində hərəkət edən vaxt hava çiskinli və qaranlıq olmuşdur. Onlar 1001 inşaat mağazasının qarşısına çatanda anidən yolun əks istiqaməti ilə hərəkət edən bir ədəd VAZ 21099 markalı avtomobil gəlib onların avtomobilinə çırpılmışdır. Toqquşma nəticəsində onun sağ qolu qırılmışdır, digər şəxslər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Bundan sonra Könül də öz avtomobilini yolun sağ kənarında dayandırmış, avtomobildən düşüb onların yanına köməyə gəlmişdir. Ətrafdakı şəxslərin köməkliyi ilə Mələklə onu Gəncə şəhər 3 saylı TTY-ya aparmışlar. Əri Məhəmməd və Müzadil isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlməsini gözləmişlər. Hadisənin baş verməsinə səbəb onlar öz yolları ilə hərəkətdə olan vaxt VAZ 21099 markalı avtomobilin gəlib onların avtomobilinə çırpılması olmuşdur. Hadisə nəticəsində onun sağ qolu qırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Müzadil qızı ifadə verərək göstərmişdir ki, onun özünə məxsus **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı Mercedes C200 markalı avtomobili var. Təxminən 15 il olar ki o, avtomobil idarə edir. 28 avqust 2019-cu il tarixdə atası Müzadil Əliabbasovun dostu Zərərçəkmiş şəxs1 Gəncə şəhərinə onlara qonaq gəlmiş, 30 avqust 2019-cu il tarixdə, saat 18 radələrində Göygöl rayonunda yerləşən istirahət mərkəzinə yollanmışlar. Həmin vaxt Zərərçəkmiş şəxs1 özünə məxsus olan Lexus LX 470 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə, o, isə özünə məxsus olan **-DP-*** dövlət qeydiyyat nömrə nişanlı Mercedes C200 markalı avtomobili ilə Göygöl ərazisinə getmişlər. Onlar təxminən 3 saat orada əyləşib istirahət etdikdən sonra saat 21 radələrində Gəncə şəhərinə qayıtmaq qərarına gəlmişlər. Həmin vaxt anası Zərərçəkmiş şəxs4, atası Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 yoldaşı Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 idarə etdiyi Lexus LX 470 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmişlər. Onlar Göygöl rayon ərazisindən qayıdan zaman o, öndə, Zərərçəkmiş şəxs1 isə onun avtomobilinin arxası ilə hərəkət etmişdir. Onlar Gülüstan qəsəbəsində M.Ş.Vazeh küçəsi ilə üzü şəhər istiqamətində təxminən saatda 15-20 km/saat sürətlə hərəkət edən zamanı hava qaranlıq və çiskinli olmuşdur. Onlar 1001 İnşaat mağazasının qarşısını keçərkən təxminən 50-60 metr məsafədən bir ədəd VAZ 21099 markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobilin öz hərəkət zolağında olan avtomobilləri ötə-ötə onların hərəkət zolağına çıxaraq hərəkət etdiyini görmüşdür. Həmin vaxt VAZ 21099 markalı avtomobilin sürəti olduqca çox olmuşdur. Həmin avtomobil onun hərəkət zolağına çıxaraq avtomobilini onun idarə etdiyi avtomobilin üzərinə doğru hərəkət etdirdiyindən o, baş verə biləcək hadisənin qarşısını almaq üçün avtomobili sağ tərəfə çəkib hadisədən yayınmışdır. Lakin onun avtomobilinin arxasınca hərəkət edən Zərərçəkmiş şəxs1 idarə etdiyi Lexus LX470 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilini VAZ 21099 markalı avtomobildən yayındıra bilməyib öz hərəkət istiqamətində həmin VAZ 21099 markalı avtomobillə toqquşmuşdur. O, dərhal avtomobilini çəkib kənarda saxlayaraq hadisə baş verdiyi yerə gəlmişdir. Həmin vaxt VAZ 21099 markalı avtomobildə olan 2 nəfər şəxslər xəsarətlər almışlar. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə tərəf gələn zaman o, atası Muzadil və Məhəmmədin vəziyyətinin yaxşı olduğunu, Qəmərin qolunun qırıldığını, anası Mələyin isə başından xəsarət alaraq qan axdığını görmüşdür. Bu zaman ətrafdakı tanımadığı şəxslərin köməkliyi ilə Qəməri və anası Mələyi Gəncə şəhəri 3 nömrəli TTYX-na aparmışdır. Atası Muzadil ilə Zərərçəkmiş şəxs1 isə hadisə baş verən yerdə qalıb polislərin hadisə yerinə gəlməsini gözləmişlər. Hadisənin baş verməsinə səbəb **-OT-*** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilin Gəncə şəhəri Vazeh küçəsində hərəkətdə olan zaman onlarınZ hərəkət zolağına çıxması olmuşdur. Həmin vaxt o, öz idarə etdiyi Mercedes C 200 markalı avtomobili sağa çəkərək hadisədən yayındıra bilsə də Zərərçəkmiş şəxs1 avtomobilini VA 21099 markalı avtomobildən yayındıra bilməmiş və nəticədə VAZ 21099 markalı avtomobil Zərərçəkmiş şəxs1 hərəkət zolağında sonuncunun idarə etdiyi Lexus LX 470 markalı avtomobilə çırpılmışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən daxili işlər orqanında çalışır, hazırda Gəncə şəhər DYPŞniın inspektoru vəzifəsində işləyir. 31 avqust 2019-cu il tarixdə o, xidmətdə olan vaxt saat 00:05 radələrində Gəncə şəhər BPİ-dən ona məlumat verilmişdir ki, xidməti ərazisi sayılan Gəncə şəhəri Gülüstan qəsəbəsi Üç bulaq adlanan ərazinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş veribdir. O, dərhal hadisə yerinə yollanmış, hadisə yerində ona məlum olmuşdur ki, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21099 markalı, **-OT-*** dövlət nömrə nişanlı avtomobil Zərərçəkmiş şəxs1 idarə etdiyi Lexus LX 470 markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri M.Ş.Vazeh küçəsi, 1001 inşaat malları mağazasının qarşısında Lexus LX 470 markalı avtomobilin hərəkət zolağında toqquşmuşdur. Sürücü Təqsirləndirilən şəxs və səmişinlərin xəsarət almaları ona məlum olmuşdur. Gəncə şəhər BPİ-nin müstəntiqi Hüseyn Musayev tərəfindən onun iştirakı ilə hadisə yeri müayinə olunmuş, tərtib olunmuş protokol və sxemi o, imzalamışdır. Daha sonra hadisədə iştirak etmiş avtomobillər DYPŞ-nıi cərimə meydançasına aparılmışdır. Daha sonra sürücülər alkoqol sərxoşluğundan keçirilmişlər və sürücü Təqsirləndirilən şəxs sərxoş olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 31.08.2019-cu il tarixli “Sərxoşluğun təyini” aktından görünür ki, hadisə baş verən zaman sürücü Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoşluq vəziyyətdə olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 09 sentyabr 2019-cu il tarixli, 1384 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol said nahiyəsinin sıyrığı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə,yəni 30.08.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 09 sentyabr 2019-cu il tarixli, 1385 saylı rəyindən görünür ki, X4 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol bazu nahiyəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə,yəni 30.08.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 07 oktyabr 2019-cu il tarixli, 1381 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədənində aşkar edilmiş xəsarətlər-sol sifətin,sol diz oynağı və baldır nahiyəsinin qançırları,sol gözün üst göz qapağının çapılmış yarası bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər,qərarın təsviri hissəsində göstərilən tarixdə,yəni 30.08.2019cu il tarixdə əmələ gələ bilərlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 25 oktyabr 2019-cu il tarixli, 1522 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs5 bədənində aşkar edilmiş xəsarətlər-sol diz qapağının sınığı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir,qərarın təsviri hissəsində göstərilən tarixdə,yəni 30.08.2019cu il tarixdə əmələ gələ bilərlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 25 oktyabr 2019-cu il tarixli, 1523 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ bud nahiyəsində üzərində cərrahi tikiş izləri olan çapıq aşkar edilmişdir.Təqsirləndirilən şəxs almış olduğu xəsarətlərlə əlaqədar Gəncə şəhəri TTY Xəstəxanasında,X17 Mərkəzində və Beynəlxalq Xəstəxanada müalicə olunmuşdur.Tələb olunan tibbi sənədlər ekspertizaya təqdim edilmədiyindən Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər barədə rəy vermək mümkün deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 21 oktyabr 2019-cu il tarixli, 24719 nömrəli rəyindən görünür ki, “VAZ 21099” markalı, ** OT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hərəkət hissəsinin əks istiqamətli hərəkət zolaqlarını ayıran 1.3 üfiqi nişanlanma xəttini kəsib keçdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 3006 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs5 Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanseri tərəfindən verilmiş 06.10.2020-ci il tarixli, 3553 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs5 narkolojidispanserdə qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 3005 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanseri tərəfindən verilmiş 06.10.2020-ci il tarixli, 3552 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkolojidispanserdə qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş 25.09.2020-ci il tarixli, 3004 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanseri tərəfindən verilmiş 06.10.2020-ci il tarixli, 3551 saylı arayışdan görünür ki, Zərərçəkmiş şəxs2 narkolojidispanserdə qeydiyyatda deyil. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası Narkoloii Dispanserinin 06.10.2020q il tarixli, 3551 nömrəli arayışından görünür ki, Əliyeva X14 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası Narkololi Dispanserinin 06.10.2020-ci il tarixli, 3552 nömrəli arayışından görünür ki, Vəliyev X13 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası Narkololi Dispanserinin 06.10.2020ci İl tarixli, 3553 nömrəli arayışından görünür ki, Paşalı X6 qeydiyyatda durmur. BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış 19.11.2020-cu İl tarixli, 313-4804-1220 nömrəli məktubdan məlum olur ki, AE 125090 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi 13.03.2018-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs verilmiş, o, sürücülük hüququndan məhrum edilməmişdir. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası Narkololi Dispanserinin 23.11.2020Cİ il tarixli, 3874 nömrəli arayışından görünür ki, Əliyev X3 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası Narkoloyi Dispanserinin 11 2020-ci il tarixli, 3875 nömrəli arayışından görünür ki, Muxtarova X11 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Rayonlararası Narkololi Dispanserinin 23.11.2020il tarixli, 3876 nömrəli arayışından görünür ki, X1 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Psixonevrolofi Dispanserinin 23.11.2020-ci il tarixli, 442 nömrəli arayışından görünür ki, X1 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Psixonevroloji Dispanserinin 23.11.2020-ci il tarixli, 3443 nömrəli arayışından görünür ki, Əliyev X3 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş Gəncə şəhəri Psixonevrolofi Dispanserinin 23.11.2020-ci il tarixli, 9444 nömrəli arayışından görünür ki, Muxtarova X11 qeydiyyatda durmur. Cinayət işinə əlavə edilmiş 23.11.2020-ci il tarixli 231 saylı məktubdan görünür ki, Zərərçəkmiş şəxs4 Gəncə şəhər X15 son 8 il ərzində stasionar və poliklinikalarda müalicədə olmamışdır. Cinayət işinə əlavə olunmuş X12 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 23.11.2020-ci il tarixli tələbnamədən görünür ki, o, Frunze Rayon Məhkəməsinin 03.11.2000-ci il tarixli hökmü ilə RF-nın CM-nin 228-ci maddəsinin 4-cü hissəsi ilə əmlakı müsadirə olunmaqla 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinə əlavə olunmuş Zərərçəkmiş şəxs4 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 23.11.2020-ci il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmayıbdır. Cinayət işinə əlavə olunmuş X4 barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş 23.11.2020-ci il tarixli tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmayıbdır. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş 21.11.2020-ci il tarixli arayış və 21.11.2020-ci il tarixli xasiyyətnamələrdən görünür ki, ünvan 3 ünvanında yaşayan X9 və Zərərçəkmiş şəxs4 müsbət xarakterizə olunur. Cinayət işinin istintaq materiallarına əlavə olunmuş 23.11.2020-ci il tarixli, 3097 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs5 Gəncə şəhəri X.Rəfibəyli küçəsi ev 46da yaşayır. Gəncə şəhər Kəpəz rayon İcra hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati ərazi dairəsi nümayəndəliyindən verilmiş 02 noyabr 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 1971-ci il təvəllüdlü atası X21, 1977-ci il təvəllüdlü anası X10, 2009cu il təvəllüdlü X16 ilə birlikdə yaşayır. Həmin nümayəndəliyin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şifahi və yazılı surətdə şikayət daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 23 noyabr 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs 30 avqust 2019-cu il tarixdə saat 21:22 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu halında idarə etdiyi, özünə məxsus “VAZ 21099 minik” markalı **-OT- *** dövlət nömrə nişanlı avtomobillə Gəncə şəhəri, M.Ş.Vazeh küçəsində Gülüstan qəsəbəsi istiqamətində hərəkətdə olub “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq 1.3 üfiqi nişanlanma xəttini keçməklə və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bilərəkdən buna əməl etməyərək idarə etdiyi avtomaşının həmin küçə ilə yolun əks hərəkət hissəsi ilə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “Lexus LX470” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə ehtiyatsızlıqdan toqquşmasına səbəb olmuş, nəticədə sonuncunun avtomobilində olan sərnişinlər Zərərçəkmiş şəxs2 sağ diz oynağı-baldır nahiyəsinin, sağ said nahiyəsinin qançırları, sağ bazu sümüyünün qapalı, yerini dəyişmiş qəlpəli sınığı ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olub az ağır zərərvurmaya aid edilən, Zərərçəkmiş şəxs4 sol diz-baldır nahiyəsinin və sol yanaq nahiyəsinin yumşaq toxumaların əzilməsi, hematoması, sol gözün üst qapağının səthi əzilmiş yarası ilə müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub yüngül zərər vurmaya aid edilən, X2 bazu nahiyəsinin qançırından ibarət olub sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən, sürücü Zərərçəkmiş şəxs1 sol said nahiyəsinin sıyrığından ibarət olub sağlamlığa zərər vurmayan xəsarətlərə aid edilən, özünün idarə etdiyi avtomobilindəki sərnişin Zərərçəkmiş şəxs5 isə sol diz qapağının sınığı, üz nahiyəsinin sıyrıqları ilə müşayiət olunub sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri yetirilməsinə və Zərərçəkmiş şəxs2 məxsus “Lexus 470” markalı **-DM-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zədələnməsi ilə sonuncuya 3315 manat məbləğində maddi zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan sərhəd keçmə məlumatlarından görünür ki, ifadəsi məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxslər və şahid Azərbaycan Respublikası ərazisində deyildirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs5 Taryel oğlu tərəfindən yazılmış ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış ərizədən görünür ki, o Azərbaycan Respublikası ərazisində olmayacağından iş üzrə istintaq hərəkətlərinin onun iştirakı olmadan aparılmasını, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs1 tərəfindən yazılmış ərizədən görünür ki, o Azərbaycan Respublikası ərazisində olmayacağından iş üzrə istintaq hərəkətlərinin onun iştirakı olmadan aparılmasını, Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “Yol hərəkəti haqqında” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yolnəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd); törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilibedilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır (21-ci bənd). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, CM-in 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini,gənc olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, həmçinin törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərlə barışaraq onların heç bir şikayət və tələblərinin olmamasını,hadisənin ehtiyatsızlıqdan baş verməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və onun cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə cəzaya məhkum olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Qeyd edilən Məcəllənin 44.3-cü maddəsinə görə isə cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda təyin edilə bilər. CM-nin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 210(iki yüz on manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X8, KOD-210005, VÖEN **********, AZ41NABZ********************, CTREAZ22, VÖEN **********, hesab № AZ34CTRE********************) keçirilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və bir il altı ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququ məhdudlaşdırılmaqla 6000(altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. İş üzrə ekspertiza xərci olan 210 (iki yüz on) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X8, KOD-210005, VÖEN **********, AZ41NABZ********************, CTREAZ22, VÖEN **********, hesab № AZ34CTRE********************) ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 manat məbləğində pul köçürülsün. Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı - “Xalqbank” Gəncə ictimai filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T. BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJC HCRAZN**********1001; VÖEN: **********. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-66/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-66/2021
10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver