Məhkəmə qərarları › İş №1(044)-67/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-67/2020

04.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-67/2020 04.09.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X2 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları Dövlət ittihamçısı və X5, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxxx 1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 1 azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Şəhriyar küçəsində qeydiyyatda olan, ünvan 1-də yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs soyuq silah hesab edilən bir ədəd bıçağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmişdir. Belə ki, o, hər hansı bir ovçuluq cəmiyyətinin üzvü olmadığı halda, istintaqa məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatlı ov bıçağı olan və soyuq silah hesab edilən bir ədəd bıçağı əldə edib üzərində gəzdirərkən xx xxxxxx 2020-ci il tarixdə, saat təxminən 18 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Şah Sarayı”nın qarşısında Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilib üzərinə və avtomobilinə baxış keçirilən zaman əynində olan şalvarın kəmər yerində saxladığı, zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən və təyinatı üzrə yararlı, ümumi təyinatlı ov bıçağı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, idarə etdiyi “Mercedes Benz” markalı, ** BU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil atası Əli Şabanova məxsusdur. Onun sürücülük vəsiqəsi olduğuna görə həmin avtomobili idarə edir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Mercedes Benz” markalı, ** BU *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə hərəkətdə olarkən avtomobildə qabaq oturacaqda dostu Elşən, arxa oturacaqda isə Zaur oturmuşdur. O, idarə etdiyi avtomobillə Gəncə şəhəri, V.Xuluflu küçəsində yerləşən “Şah sarayı”nın yaxınlığından keçərkən Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin “BMV” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobilin sürücüsü olan polis əməkdaşı ona saxla işarəsi vermişdir. O, idarə etdiyi avtomobili “Şah sarayı”nın yaxınlığında saxlamışdır. Həmin vaxt oraya gələn digər “VAZ-21014” markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobildən tanımadığı 3-4 nəfər mülki geyimdə olan şəxslər avtomobilinə tərəf gələrək yerə düşməsini bildirmişlər. O, avtomobildən yerə düşərkən dostları Elşən və Zaur da yerə düşmüşlər. Mülki geyimdə olan həmin şəxslər ona tərəf gələrək polis əməkdaşları olduqlarını deyib özlərini təqdim etmişlər. Daha sonra üzərində və ya idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu və ya soyuq silah gəzdirməsi haqqında məlumat olduğunu bildirib onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Həmin vaxt onun yanında olan şəxslərdən şəxsiyyətlərini soruşanda dostu olduğunu demişlər. Dostlarını da polis idarəsinə getməli olduqlarını deyəndə Zaur qorxub qaçmaq istəmiş və bu zaman yerə yıxılmışdır. Polis əməkdaşları onu, dostları Elşən və Zauru idarə etdiyi avtomobillə birlikdə Baş Polis İdarəsinə gətirmişlər. Baş Polis İdarəsində ona hüquqlarının müdafiəsi üçün müdafiəçi seçməsi məqsədi ilə müdafiəçilərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıdan Müdafiəçi1 seçmişdir. Müdafiəçi ona təqdim olunduqdan sonra protokol tərtib edilmiş, video çəkiliş ilə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmişdir. Video çəkiliş aparılarkən ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olmunmuş odlu silah, soyuq silah, digər əşya və predmet vardırsa təqdim etsin. O da bildirmişdir ki, üzərində 1 ədəd bıçaq var və həmin bıçağı əynində olan şalvarın kəmər hissəsindən çıxarıb təqdim etmişdir. Sonra bildirmişdir ki, həmin bıçağı 2019-cu ilin yay aylarında şəhərin mərkəzində yerləşən xatırlamadığı köşklərin birindən 19 manata almış, həmin bıçaqdan hər hansı bir cinayətdə istifadə etməmişdir. Adətən həmin bıçaqla meyvə- tərəvəz doğramaq üçün istifadə etmişdir. Daha sonra üzərinə baxış keçirilmə zamanı üzərindən 2 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik, 4 ədəd 5 manat aşkar edilmiş və əlavə olaraq üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Ondan götürülmüş soyuq silaha bənzər 1 ədəd bıçaq qablaşdırılaraq möhürlənmiş, qablaşdırmanın üzərinə və tərtib edilmiş protokola imza etmişlər. Sonra onun öz razılığı ilə idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobildən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, o da həmin protokola imza etmişdir. Hazırda etmiş olduğu əmələ görə peşmandır. Himayəsində azyaşlı uşağının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxsin soyuq silah hesab edilən bir ədəd bıçağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmə cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə iclasında dindirilmiş şahid ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübut, habelə cinayət işində olan digər mötəbər sübutlarla tam təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərmişdir ki, o, Gəncə şəhər Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində çalışır. ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu və soyuq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə raportla rəhbərliyə məruzə edilmiş və onun rəhbərliyi altında idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid6 və CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid5, həmçinin Gəncə şəhər Dövlət Yol Polis Şöbəsinin YPX inspektorları, polis serjantı Şahid7 və X3 ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə hərəkətdə olması müəyyən edilmişdir. Həmin vaxt Dövlət Yol Polis ŞöbəsininYPX avtomobilində xidmət aparan əməkdaşları Təqsirləndirilən şəxs saxla işarəsi verib sonuncunu saxlatdıqdan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə iki nəfər şəxs olmuşdur. Onlar Təqsirləndirilən şəxs və həmin şəxslərə, adlarını sonradan bildiyi X8 və Şahid2 şəxsiyyətlərini müəyyən etmək üçün Gəncə şəhər Baş Polis İdarəsinə getməyi bildirmişlər. Bu vaxt Zaur qaçmaq istəmiş və ayağı ilişib yerə yıxılmışdır. Bundan sonra onlar həmin şəxsləri Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər və otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın kəmər hissəsindən 1 ədəd qara rəngli dəstəyi olan, düymənin sıxılması ilə açılıb-bağlanan bıçaq aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağı şəhərin mərkəzində yerləşən xatırlamadığı köşkdən 19 manata aldığını bildirmişdir. Daha sonra həmin bıçaq zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, o, Gəncə şəhər Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu və soyuq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə idarənin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 raportla rəhbərliyə məruz etmişdir və ondan, CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid6 və CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid5, həmçinin Gəncə şəhər Dövlət Yol Polis ŞöbəsininYPX inspektorları, polis serjantı Şahid7 və X3 ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə hərəkətdə olması müəyyən edilmişdir. Həmin vaxt Dövlət Yol Polis ŞöbəsininYPX avtomobilində xidmət aparan əməkdaşları Təqsirləndirilən şəxs saxla işarəsi verib sonuncunu saxlatdıqdan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə iki nəfər şəxs olmuşdur. Onlar Təqsirləndirilən şəxs və həmin şəxslərə, adlarını sonradan bildiyi X8 və Şahid2 şəxsiyyətlərini müəyyən etmək üçün Gəncə şəhər Baş Polis İdarəsinə getməyi bildirmişlər. Bu vaxt Zaur qaçmaq istəmiş və ayağı ilişib yerə yıxılmışdır. Bundan sonra onlar həmin şəxsləri Gəncə şəhər Baş Polis İdarəsinə gətimişlər və otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın kəmər hissəsindən 1 ədəd qara rəngli dəstəyi olan, düymənin sıxılması ilə açılıb- bağlanan bıçaq aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağı şəhərin mərkəzində yerləşən xatırlamadığı köşkdən 19 manata aldığını bildirmişdir. Daha sonra həmin bıçaq zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin kiçik inspektoru vəzifəsində çalışır. Gəncə şəhəri, Nizami rayonu, Ərdəbil küçəsi ev 8-də yaşayan Təqsirləndirilən şəxs üzərində və idarə etdiyi avtomobildə qanunsuz olaraq odlu və soyuq silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə idarənin XMİÜ baş əməliyyat müvəkkili Şahid3 raportla rəhbərliyə məruz etmişdir və ondan, CAİ-nin əməliyyat müvəkkili, polis leytenant Şahid4 və CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid6, həmçinin Gəncə şəhər Dövlət Yol Polis ŞöbəsininYPX inspektorları, polis serjantı Şahid7 və X3 ibarət tərkibdə əməliyyat-axtarış qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, V.Xuluflu küçəsi ilə hərəkətdə olması müəyyən edilmişdir. Həmin vaxt Dövlət Yol Polis Şöbəsinin YPX avtomobilində xidmət aparan əməkaşları Təqsirləndirilən şəxs saxla işarəsi verib Təqsirləndirilən şəxs saxlatdıqdan sonra onlar Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə iki nəfər şəxs olmuşdur. Onlar Təqsirləndirilən şəxs və həmin şəxslərə, adlarını sonradan bildiyi X8 və Şahid2 şəxsiyyətlərini müəyyən etmək üçün Gəncə şəhər Baş Polis İdarəsinə getməyi bildirmişlər. Bu vaxt Zaur qaçmaq istəmiş və ayağı ilişib yerə yıxılmışdır. Bundan sonra onlar həmin şəxsləri Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər və otaqların birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın kəmər hissəsindən 1 ədəd qara rəngli dəstəyi olan, düymənin sıxılması ilə açılıb- bağlanan bıçaq aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bıçağı şəhərin mərkəzində yerləşən xatırlamadığı köşkdən 19 manata aldığını bildirmişdir. Daha sonra həmin bıçaq zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə idarə etdiyi avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, onlar da həmin protokola imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs xeyli müddətdir tanıyır. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində o və dostu Elşən birgə Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yol polisi Sabirə saxla işarəsi vermiş və Sabir maşını saxlamışdır. Bu vaxt bir neçə nəfər mülki geyimli şəxslər avtomaşına yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, həmin şəxslər Sabirə barəsində cinayət xarakterli məlumat daxil olduğuna görə Gəncə Şəhər Baş Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Ondan və Elşəndən kim olduqlarını soruşduqda Sabirin dostları olduqlarını bildirmişlər. Sonra onların da şəxsiyyətlərinin müəyyən edilməsi üçün polis idarəsinə dəvət etmişlər. O, qorxduğu üçün qaçmaq istəmiş, lakin ayağı büdrədiyindən yıxılmışdır. Bu zaman burnunun üstü sıyrılmışdır. Sonra polis əməkdaşları onları da Sabirlə birgə Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Orada onların şəxsiyyətləri müəyyən olunmuş, yıxılan zaman almış olduğu xəsarət ciddi olmadığından həkim müayinəsinə ehtiyacı olmadığını bildirmiş və bu barədə akt tərtib edilmişdir. Sonra isə sərbəst evə buraxılmışdır. Onun Sabirin üzərində soyuq silah olmasından xəbəri olmamışdır. Polis idarəsində baxış keçirilərkən Sabirin üzərindən bıçaq aşkar olunub götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 4-5 aydır tanıyır, bir neçə dəfə bir yerdə çayxanada oturub çay içmişlər. xx xxxxxx 2020-ci il tarixdə saat 18 radələrində o və uşaqlıq dostu olan Zaur birgə Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes-Benz» markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yol polisi Sabirə saxla işarəsi vermiş və Sabir maşını saxlamışdır. Bu vaxt bir neçə nəfər mülki geyimli şəxslər avtomaşına yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra, polis əməkdaşları Sabirə barəsində cinayət xarakterli məlumat daxil olduğuna görə Gəncə Şəhər Baş Polis İdarəsinə getməli olduğunu bildirmişlər. Ondan və Zaurdan kim olduqlarını soruşduqda Sabirin dostları olduqlarını bildirmişlər. Onların da şəxsiyyətlərinin müəyyən edilməsi üçün polis idarəsinə dəvət etmişlər. Bu vaxt Zaur qorxduğu üçün qaçmaq istəmiş və ayağı büdrədiyi üçün yerə yıxılmışdır. Polis əməkdaşları onları da Sabirlə birgə Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Gəncə şəhər Baş Polis İdarəsində onların şəxsiyyətləri müəyyən edildikdən sonra onlar sərbəst buraxılmışlar. Onun Sabirin üzərində soyuq silah olmasından xəbəri olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, istintaq hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06yanvar 2020-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sonuncu əynində olan şalvarın sağ yan kəmər hissəsində olan bir ədəd bıçağı təqdim etdiyindən götürülmüşdür. Baxış və götürmənin aparılması video aparat vasitəsi ilə çəkilərək videolentə alınmış və fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 06yanvar 2020-ci il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz” markalı, **-BU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş və avtomobildən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş və götürülməmişdir. Baxışın aparılması video aparat vasitəsi ilə çəkilərək videolentə alınmış və fotoşəkillər çəkilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 05 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir və təyinatı üzrə istifadəyə yararlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Ovçular Cəmiyyətinin xx xxxxxx 2020-ci il tarixli, 06 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ovçuluq cəmiyyətinin üzvü deyil. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il tarixdə anadan olmuş bir azyaşlı uşağı vardır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, soyuq silah hesab edilən bir ədəd bıçaq iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş polis İdarəsində məsul saxlanca verilmiş, bundan başqa baxış və götürmənin aparılması zamanı çəkilmiş video görüntülərin olduğu bir ədəd disk sübut növü kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs soyuq silah hesab edilən bir ədəd bıçağı qanunsuz olaraq əldə edib üzərində gəzdirmə cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edib əməlindən peşmançılıq çəkməsini, evli olmaqla himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət törətməsini), təqsirkarın şəxsiyyətini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirin seçilməsi və MSY-dən azad olunması haqqında qərar”dan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Gəncə şəhər Baş Polis İdarəsinin X4 həmin tarixdə azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs 03 gün müddətində şübhəli şəxs qismində Gəncə şəhər Baş Polis İdarəsinin X6 saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 (üç) gün müddətində şübhəli şəxs qismində saxlanılmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir:yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulmalıdır. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan soyuq silah hesab edilən 1 ədəd bıçaq istifadəyə yararlı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silahsursat anbarına təhvil verilməlidir. İş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 (on beş) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 69.3-cümaddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 03 (üç) gün şübhəli şəxs qismində tutulduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabərtutulmaqla,ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 5 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək ünvan 1 ünvanında yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs götürülmüş və Gəncə şəhər Baş Polis İdarəsinin xüsusi saxlanc yerində saxlanılan soyuq silah hesab edilən 1 (bir) ədəd bıçaq istifadəyə yararlı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin, həmçinin baxış və götürmənin aparılması zamanı çəkilmiş video görüntülərin olduğu bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertizasının tədqiqatının dəyəri olan 31,50 (otuz bir manat əlli qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Roman Ələkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar