Məhkəmə qərarları › İş №1(044)-69/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-69/2021

22.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-69/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – (Abbasova) Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – İsgəndərov Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, İsgəndərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İsgəndərov Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxx 2010-cu il tarixdə anadan olmuş İskəndərov Məhəmməd Təqsirləndirilən şəxs oğlunun və xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş İskəndərova Zəhra Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşağa görə hər ay 100 manat, ümumilikdə cəmi 200 manat sabit pul məbləğində alimentin (Abbasova) Zərərçəkmiş şəxs ödənilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci tarixli, 2(044)-3835/2015 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə xx xxxxxx 2016cı il tarixdə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 gün müddətinə həbs cəza növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etməsi üçün xx xxxxxx 2017-ci il, xx xxx 2017-ci il və xx xxxx 2017-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verildiyi xx xxxxxx 2017-ci il tarixədək cəmi 4800 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs İsgəndərov Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2009-cı ilin oktyabr ayının 7-də (Abbasova) Zərərçəkmiş şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə yaşadıqları dövr ərzində rəsmi nikahlarından xx xxxxx 2010cu il tarixdə Məhəmməd və xx xxxxxx 2015-ci il tarixdə Zəhra adlı övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində, sonuncu 2015-ci ilin ortalarında iki azyaşlı uşaqlarını götürərək gəlin gəldiyi ünvandan çıxıb valideynlərinin yaşadığı ünvana gedərək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə ay keçəndən sonra Zərərçəkmiş şəxs 2015-ci ilin sentyabr ayında ondan iki azyaşlı uşaqların saxlanılması üçün aliment pulunun alınmasından ötrü Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən xx xxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxx 2010-cu il tarixdə anadan olmuş oğlu Məhəmmədin və xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş qızı Zəhranın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat məbləğində alimentin ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli, 2(044)-3835/2015 saylı qətnamə çıxarılmışdır. O, həmin qətnamədən narazı qaldığına görə Gəncə Apellyasiya Məhkəməsinə, sonradan isə Ali Məhkəməyə şikayətlər vermiş və həmin Məhkəmələr tərəfindən qeyd olunan rayon məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmışdır. O, bir müddət Rusiya Federasiyasında olmuş, həmin müddətdə anasına onun pensiya katını zərərçəkmişə verməsini bildirmiş, lakin zərərçəkmiş şəxs kartı qəbul etməmişdir. O, hazırda heç bir yerdə işləmir, buna görə də aliment borcunu birdəfəlik ödəyə bilmir, buna baxmayaraq o, hazırda hər ay aldığı 110 manat pensiyanı zərərçəkmiş şəxsə verməyə razıdır, əlavə olaraq imkanı daxilində artıq ödənişlər də edəcəkdir. Sonda əməlindən peşmançılıq çəkməsini, aliment borcunu bundan sonra vaxtı-vaxtında ödəməyə çalışacağını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş (Abbasova) Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2009-cu ilin oktyabr ayının 7-də İsgəndərov Təqsirləndirilən şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan xx xxxxx 2010-cu il tarixdə Məhəmməd və xx xxxxxx 2015-ci il tarixdə Zəhra adlı övladları doğulmuşdur. Keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs İsgəndərov ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində o, sonuncudan faktiki olaraq ayrılaraq azyaşlı uşaqları ilə birlikdə validenylərinin yaşadığı ünvanda yaşamağa başlamışdır. Həmin vaxtdan bir neçə müddət keçəndən sonra o, uşaqların böyüdülməsində maddi cəhətdən çətinlik çəkdiyinə görə 2015-ci ilin avqust ayında Təqsirləndirilən şəxs İsgəndərova qarşı aliment tələbinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin xx xxxxxxxx 2015-ci il tarixli, 2(044)-3835/2015 saylı qətnaməsinə əsasən xx xxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxx 2010-cu il tarixdə anadan olmuş İsgəndərov Məhəmməd Təqsirləndirilən şəxs oğlunun və xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş İsgəndərova Zəhra Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 100 manat, ümumilikdə 200 manat məbləğində pulun təqsirləndirilən şəxsdən ona ödənilməsinə dair qərar çıxarılmışdır. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs İsgəndərov həmin qətnamədən narazı qaldığına görə Gəncə Apellyasiya Məhkəməsinə, sonradan isə Ali Məhkəməyə şikayətlər vermiş, lakin həmin qətnamə qüvvəsində saxlanılmışdır. Bundan sonra keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs İsgəndərov məhkəmə qətnaməsi üzrə alimentdən heç bir ödəniş etməmiş və qətnamə üzrə 4800 manat aliment borcu yaranmışdır. Sonda Təqsirləndirilən şəxs İsgəndərov barəsində cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax rayon İcra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərdi ki, o, əvvəllər Gəncə şəhəri üzrə İcra idarəsində işləmiş, hazırda Qazax rayon İcra və probasiya şöbəsində işləyir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci tarixli, 2(044)-3835/2015 saylı icra sənədinə əsasən İsgəndərov Təqsirləndirilən şəxs xx xxxxxx 2015-ci il tarixdən başlayaraq xx xxxxx 2010-cu il tarixdə anadan olmuş İskəndərov Məhəmməd Təqsirləndirilən şəxs oğlunun və xx xxxxxx 2015-ci il tarixdə anadan olmuş İskəndərova Zəhra Təqsirləndirilən şəxs qızının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində alimenti (Abbasova) Zərərçəkmiş şəxs ödəməlidir. O, Gəncə şəhəri üzrə İcra idarəsində işləyərkən icra işi onun icraatında olmuşdur. Bununla əlaqədar olaraq Gəncə Şəhəri üzrə İcra İdarəsində xx xxxx 2016-cı il tarixdə başlanılmış icraat zamanı tələb təmin edilməmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlir növü aşkar olunmamışdır. Təqsirləndirilən şəxs İsgəndərov qanuni tələblərə əməl etmədiyinə görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 3(044)-428/2016 saylı qərarı ilə on beş gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzabati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra üçün yeni müddət təyin edilsə də, bu müddət ərzində də Təqsirləndirilən şəxs İsgəndərov qətnamənin icrasını qərəzli olaraq təmin etməmişdir. Həmçinin verilmiş təqdimata əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 8(044)-206/2017 saylı qərardadı ilə Təqsirləndirilən şəxs İsgəndərovun ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Təqsirləndirilən şəxs İsgəndərov Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci tarixli, 2(044)-3835/2015 saylı icra sənədinə əsasən icra sənədi üzrə heç bir ödəniş etməmiş və sözügedən qətnamə üzrə 4800 manat borcu yaranmışdır. Bütün bunlara baxmayaraq borclu İsgəndərov Təqsirləndirilən şəxs tələbkarın xeyrinə tam olaraq pul vəsaiti ödəyəcəyini vəd etsə də, vədinə əməl etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnamələri qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 oğlunun ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3835/2015 nömrəli, xx.xx.2015ci il tarixli icra vərəqəsindən görünür ki, İsgəndərov Təqsirləndirilən şəxs xx.xx.2015-ci il tarixdən başlayaraq Məhəmməd və Zəhra adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində aliment pulu tutularaq (Abbasova) Zərərçəkmiş şəxs verilməlidir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3835/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2016-cı il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu İsgəndərov Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3835/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 3(044)-428/2016 nömrəli qərarından görünür ki, İsgəndərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 15 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2016-cı il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-3835/2015 nömrəli, xx.xx.2015-ci il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə İsgəndərov Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. - xx.xx.2016-cı il və xx.xx.2017-ci il tarixli “İşə qəbul edilməsi barədə” Təkliflərdən görünür ki, icra məmuru Şahid1 tərəfindən İsgəndərov Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçərək işə qəbul olunma barədə arayış təqdim etməsi təklif olunmuş, əks təqdirdə həmin Mərkəzə müraciət etmədiyi halda, bu, borcun ödənilməsindən boyun qaçırması kimi qiymətləndiriləcəyi bildirilmişdir. - Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinin icra məmuru Şahid1 ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, İsgəndərov Təqsirləndirilən şəxs Mərkəzə qəbul olunmuş, Mərkəzdə olarkən ona Mənzil Kommunal TİB-də fəhlə (əmək haqqı 125 manat) iş yeri təklif olunmuş, əmək haqqı qani etmədiyini səbəb gətirərək razılaşmamışdır. - xx.xx.2017-ci il tarixli, xx.xx.2017-ci il tarixli və sonuncu dəfə xx.xx.2017-ci il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu İsgəndərov Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - xx.xx.2018-ci il tarixli “ittiham elan olunması üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən İsgəndərov Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, olduğu yer müəyyən olunduqda tutularaq Gəncə ŞBPİ-nin MSY-ə təhvil verilməsi qərara alınmışdır. - xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, İsgəndərov Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi İstintaq idarəsinə könüllü gələrək özünü təqdim etmiş və bir neçə il ölkə hüdudlarından kənarda, Rusiya Federasiyasında yaşadığına görə istintaq orqanının çağırışlarına gəlmədiyini bildirmişdir. - xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərar”dan görünür ki, İsgəndərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. - “Qətimkan tədbiri seçmə haqqında” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, İsgəndərov Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabından görünür ki, İsgəndərov Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs İsgəndərov Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs İsgəndərov Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində İsgəndərov Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. İsgəndərov Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (x xxx 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs İsgəndərov Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, üçüncü qrup əlil olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İsgəndərov Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, azadlıqdan məhrumetmə cəzasının təyin edildiyi təqdirdə, həmin cəzanın çəkildiyi dövrdə qətnamənin icrası da mümkünsüz olacaqdır. Yuxarıda sadalanan hallar nəzərə alınmadan çıxarılan bir məhkəmə aktı ilə digər məhkəmə aktının icrasına da maneə yaranacaqdır. Bundan əlavə məhkəmə hesab edir ki, şəxs barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, belə bir vəziyyətdə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməsi dövründə qətnaməni icra etməsinə də maneə olmadığından, bu cəzanın icrası ilə həm cəzasını çəkməsinə, həm də qətnamənin icrasına nail oluna bildiyindən, bütün qeyd edilənlərə əsasən məhkəmə bu növdə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İsgəndərovun yaşayış yerini saat 23:00-dan saat 08:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, İsgəndərov Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum İsgəndərov Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 24 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 və məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürolarının hesablarına müvafiq olaraq 144 manat və 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: İsgəndərov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. İsgəndərov Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 08:00dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. İsgəndərov Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək iltizam qətimkan tədbiri” hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs İsgəndərov Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına (“xxxx” ASC-nin Cəfər Cabbarlı filialı; kod 200048; VÖEN **********; müxbir hesab AZ37NABZ********************; SWİFT KOD: AİİБАЗ 2 X; hesab № AZ41AİİB********************; VÖEN **********) 144 (yüz qırx dörd) manat, Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 60 (altmış) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar