Məhkəmə qərarları › İş №1(044)-69/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-69/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-69/2022 07.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1985-ci ildə Gəncə şəhərində, anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri Nizami rayonu Əttarlar küçəsi ev 15-də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi 07 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(104)-2228/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 24 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 02.04.2020-ci il, 20.08.2020-ci il və 03 may 2021-ci tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 26 may 2021-ci il tarixədək şəxsi maraq niyyətilə cəmi 3190,00 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidin ifadələri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona CM-in 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən o, 08 oktyabr 2012-ci il tarixdə X5 ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 29 iyun 2013-cü il tarixdə Aysu adını verdikləri övladı anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar, nikahları da məhkəmə qaydasında pozulmuşdur. Ayrıldıqdan bir müddət sonra Hava Məlikova aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 yanvar 2018-ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün hər ay 130 manat aliment müəyyən edilmişdir. Həmin aliment məbləğini ödəmiş, lakin bir müddət sonra Hava Məlikova alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi aliment məbləğinin artırılaraq hər ay 136 manat tutulması barədə qətnamə çıxarmışdır. Hava Məlikova qətnamədən apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edərək ondan 29 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi 07 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160,00 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsinə dair 30 aprel 2019-cu il tarixli 2(104)-2228/2019 saylı qətnamə çıxarmışdır. İcra məmurları qətnamənin icrasını dəfələrlə ondan tələb etmişlər, lakin maddi imkanı zəif olduğundan müəyyən olunmuş aliment məbləğini ödəməmişdir. Havadan ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuş və həmin ailədən də bir uşağı vardır. Bakı şəhərində fərdi qaydada işləyir və qazancıyla hazırki ailəsinə baxır. Aliment borcunun yarandığını bilir və ona müəyyən qədər vaxt verilərsə çalışıb borcunu ödəyəcəkdir. Əməlindən peşmandır, cinayət işinə məhkəmədə baxılması zamanı Hava Məlikova aliment borcundan hissəhissə, yəni 800 manat, 300 manat və 200 manat olmaqla ödənişlər etmiş məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, həqiqətən o, 08 oktyabr 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuş, birgə nikahdan 29 iyun 2018-cü il tarixdə Aysu adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar, nikahları məhkəmə qaydasında pozulmuşdur. Ayrılarkən uşağın onun himayəsində qalmasına baxmayaraq Amid uşaqla maraqlanmamış və onun saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 09 yanvar 2018ci il tarixli qətnaməsinə əsasən bir uşağın saxlanılması üçün hər ay 130 manat aliment müəyyən edilmişdir. Həmin məbləğlə uşağın zəruri xərclərini ödəmək mümkün olmadığından alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Nizami Rayon Məhkəməsi aliment məbləğinin artırılaraq hər ay 136 manat tutulması barədə qətnamə çıxarmışdır. Qətnamə ilə razılaşmadığından apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini qismən təmin edərək Təqsirləndirilən şəxs 29 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi 07 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 30 aprel 2019-cu il tarixli 2(104)-2228/2019 saylı qətnamə çıxarmışdır. Qətnamənin çıxarılmasından üç ildən çox müddət keçməsinə baxmayaraq Amid məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən edilmiş alimenti ödəməmişdir. Halbuki, Amid fərdi qaydada işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli olaraq qətnaməni icra etmir. Uşaq böyüdüyündən onun maddi təlabatları da xeyli artmışdır. Alimenti ala bilmədiyinə görə uşağın zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri ağırdır. Amid isə maddi vəziyyətlərini bildiyi halda aralarında olan münasibətlərə görə alimenti ödəmir, ümumiyyətlə uşaqla maraqlanmır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Alimenti ala bilmədiyinə görə ötən müddətdə dəfələrlə icra məmurlarına da müraciət etmiş və maddi çətinliklərini bildirərək alimentin alınmasına köməklik etmələrini xahiş etmiş, icra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə, o cümlədən inzibati qaydada həbs edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs yenə də alimenti ödəməmiş və onun 26 may 2021-ci il tarixədək 3190,00 manat aliment borcu yaranmışdır. Eyni zamanda qeyd etmişdir ki, cinayət işinə məhkəmədə baxılması zamanı Təqsirləndirilən şəxs aliment borcundan hissə-hissə, yəni 800 manat, 300 manat və 200 manat olmaqla ödənişlər etsə də, borcun əsas hissəsi hələ də ödənilməmiş qalmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi olmaqla ona qanunda nəzərədə tutulan qaydada cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş şahid Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid ifadəsində göstərdi ki, 23 sentyabr 2019-cu il tarixdə icraatına Təqsirləndirilən şəxs cavabdeh kimi 29 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 07 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(104)-2228/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuş, icra sənədi üzrə icraata başlanılaraq tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, borclu tələbin könüllü icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. İcra idarəsinə çağırılaraq icra sənədinin mahiyyəti borcluya izah olunmuş, müəyyən edilmiş alimentin ödənilməsi tələb olunmuş, borclu maddi imkanının olmadığını əsas gətirərək ödəniş etməkdən yayınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 9(044)-59/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmiş, eyni zamanda borcluya yaranmış aliment borcunun ödənilməsi üçün vaxt verilmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs aliment borcunun ödənilməsi üçün heç bir tədbir görməmiş, icra sənədinin icrasına etinasız yanaşmışdır. İcra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, həmçinin cinayət məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqların edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs görülmüş tədbirlərdən nəticə çıxarmamış, hərəkətlərində dönüş yaratmayaraq 26 may 2021-ci il tarixədək 3190 manat aliment borcunu ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Hava Məlikova isə dəfələrlə icra şöbəsinə müraciət edərək maddi vəziyyətlərinin ağır olduğunu və uşağın maddi təlabatlarını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmiş, göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Eyni zamanda qeyd etmişdir ki, cinayət işinə məhkəmədə baxılması zamanı Təqsirləndirilən şəxs aliment borcundan hissə-hissə, yəni 800 manat, 300 manat və 200 manat olmaqla ödənişlər etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(104)-2228/2019 saylı qətnaməsinin və icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 29 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi 07 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 23 sentyabr 2019-cu il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(104)- 2228/2019 nömrəli icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli 3(044)-59/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 03 iyun 2020-ci il tarixli 8(044)-59/2020 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 02 aprel 2020-ci il, 18 may 2020ci il, 04 iyun 2020-ci il, 03 avqust 2020-ci il, 20 avqust 2020-ci il, 03 noyabr 2020-ci il və 03 may 2021-ci il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq”lardan görünür ki, Təqsirləndirilən şəxs borcunu vaxtında ödəməsi və əks halda barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət məculiyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş, o, rəsmi xəbərdarlıqları şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun CM-in 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İXM-in 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edibetməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 29 iyun 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamənin qanuni qüvvəyə mindiyi 07 iyun 2019-cu il tarixdən başlayaraq hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin 30 aprel 2019-cu il tarixli 2(104)-2228/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 24 yanvar 2020-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 01 aprel 2020-ci il, 18 may 2020-ci il, 04 iyun 2020-ci il, 03 avqust 2020-ci il, 20 avqust 2020-ci il, 03 noyabr 2020-ci il və 03 may 2021-ci tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən CM-in 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs həmin maddə ilə cinayət məsuliyyəti daşıyıb cəzalanmalıdır. CM-in 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-in 15.3-cü maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur Göründüyü kimi CM-in 306.1-ci maddəsi xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayət hesab olunur. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin 02.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə “ASAN Xidmət” mərkəzi Qeyiyyat şöbəsi tərəfindən verilmiş 21.05.2020-ci il tarixli AZ-İV seriyalı 434888 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahından 24.03.2020-ci il tarixdə X6 doğulmuşdur. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, məhkəmə iclası zamanı borcundan hissə-hissə ödənişlər etməsini, hazırda evli olmaqla himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və onun cəzasını yüngülləşdirən hal CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 306.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halı nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onu cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə Probasiya şöbəsinə işi dəyişdirilməsi barədə məlumat vermək vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti olmadığından onun hüquqlarının müdafiəsi məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 10 (on) saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə Probasiya şöbəsinə işi dəyişdirilməsi barədə məlumat vermək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 60 (altmış) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar