Məhkəmə qərarları › İş №1(044)-7/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-7/2022

20.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-7/2022 20.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə rayon (şəhər) instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi2 və hüquqi varisi X3 iştirakı ilə, xx.xx.1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, ali təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, S.Qazıyeva küçəsi, ev 19-da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə, xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işsiz, ali təhsilli, məhkumluğu olmayan, Gəncə şəhəri, ünvan 2 ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə qətimkan” tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2, qardaşı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əvvəllər Ə.Mehmandarov küçəsində, hal-hazırda isə M.C.Paşayev küçəsində yerləşən, qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilinin Təqsirləndirilən şəxs1 məxsus olmasını bildirərək, həmin evin Təqsirləndirilən şəxs1 məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan, guya mənzilin X13 tərəfindən Təqsirləndirilən şəxs1 satılmasına dair alqı-satqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22000 (iyirmi iki min) manata satmaq adlı ilə yalan vədlər verərək, bu barədə Zərərçəkmiş şəxs1la razılaşmışlar. 03.03.2017-ci il tarixdə Təqsirləndirilən şəxs1 etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1la həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda 03.03.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca Zərərçəkmiş şəxs1 əvvəlcə 5000 (beş min) manat pulunu almış, daha sonra həmin günü o, evi Zərərçəkmiş şəxs1 adına sənədləşdirmək adı ilə yalan vədlər verərək, Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və Zərərçəkmiş şəxs1 qohumu Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 800 ABŞ dolları ekvivalentində 1403,84 (min dörd yüz üç manat səksən dörd qəpik) manat pulunu və 100 manat pulunu, ümumilikdə 1503,84 (min beş yüz üç manat səksən dörd qəpik) manat pulunu almış, bundan sonra isə 10.03.2017-ci il tarixdə o, istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X13 tərəfindən Zərərçəkmiş şəxs1 23500 (iyirmi üç min beş yüz) manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007-ci il tarixli saxta alqı-satqı müqaviləsini Şahid2 verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs1 17.000 (on yeddi min) manat, vahid niyyətlə zərəçəkmiş şəxsin ümumilikdə 23503,84 (iyirmi üç min beş yüz üç manat səksən dörd qəpik) manatməbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1, qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, 02 mart 2017-ci il tarixdə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əvvəllər Ə.Mehmandarov küçəsində, hal-hazırda isə M.C.Paşayev küçəsində yerləşən, qeydiyyat nömrəsiz 10 mərtəbəli yaşayış evinin, İİ blok, İ mərtəbəsində, ümumi sahəsi 115 kv.m. olan 7 nömrəli mənzilinin ona məxsus olmasını bildirərək, həmin evin ona məxsus olmasına dair istintaq tərəfindən əldə edilərək götürülməsi mümkün olmayan guya mənzilin X13 tərəfindən ona satılmasına dair alqısatqı müqaviləsini göstərib sonuncunu buna inandırdıqdan sonra mənzili 22.000 (iyirmi iki min) manata satmaq adlı ilə yalan vədlər verərək, bu barədə Zərərçəkmiş şəxs1la razılaşmışlar, 03.03.2017-ci il tarixdə o, etibarından sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1la həmin evin alqı-satqısı ilə bağlı Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda 03.03.2017-ci il tarixli, 3M-27 nömrəli saxta beh müqaviləsi bağlayaraq oradaca Zərərçəkmiş şəxs1 əvvəlcə 5000 (beş min) manat pulunu almış, daha sonra həmin günü Təqsirləndirilən şəxs2 evi Zərərçəkmiş şəxs1 adına sənədləşdirmək adı ilə yalan vədlər verərək Gəncə şəhəri, 3-cü mikrorayon, 20 nömrəli binanın arxasında, həmin binada yaşayan və Zərərçəkmiş şəxs1 qohumu Şahid2 vasitəsi ilə Zərərçəkmiş şəxs1 800 ABŞ dolları ekvivalentində 1403,84 (min dörd yüz üç manat səksən dörd qəpik) manat pulunu və 100 manat pulunu, ümumilikdə 1503,84 (min beş yüz üç manat səksən dörd qəpik) manat pulunu almış, bundan sonra isə 10.03.2017-ci il tarixdə Təqsirləndirilən şəxs2 istintaq zamanı kim tərəfindən hazırlanmasının müəyyən edilməsi mümkün olmayan, guya mənzilin X13 tərəfindən Zərərçəkmiş şəxs1 23500 (iyirmi üç min beş yüz) manata satılmasına və pulun tam olaraq ödənilməsinə dair 18 may 2007ci il tarixli saxta alqı-satqı müqaviləsini Şahid2 verərək, Gəncə şəhəri, Atatürk prospektində yerləşən 1 saylı notariat kontorunda sonuncunun vasitəsi ilə Zərərçəkmiş şəxs1 17.000 (on yeddi min) manat, vahid niyyətlə zərəçəkmiş şəxsin ümumilikdə 23503,84 (iyirmi üç min beş yüz üç manat səksən dörd qəpik) manatməbləğində, xeyli miqdarda pulunu ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən Zərərçəkmiş şəxs2 ona əlillik dərəcəsi alıb pensiya düzəltdirəcəyinə inandırıb 23.05.2019-cu il tarixdə Gəncə şəhəri, Xan Bağı adlanan istirahət parkında 3000 (üç min) manat məbləğində pulunu alıb etibardan sui istifadə etmə və aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs2onaelan edilmiş ittiham üzrəözünü təqsirli bilməyərək ifadəsindəgöstərdi ki,Zərərçəkmiş şəxs1 satdığı 7 nömrəli mənzili ona Şahid6 satmışdır. 7 nömrəli mənzilin saxta sənədlərlə ona satıldığını bildikdən sonra o, bu barədə Şahid6 soruşmuş, nə üçün ona həmin mənzili saxta sənədlərlə satdığını demişdir. Venera onun adını verməməyini xahiş etmiş, ona həmin mənzilin əvəzində həmin binada 21 nömrəli və 18 nömrəli mənzilləri vermişdir. Həmin evlərə dair müqavilə sənədlərini öz yanında imzalayıb öz xətti ilə doldurub möhür vurmuş və ona vermişdir. Həmin vaxt 18 nömrəli mənzili onun adına 21 nömrəli mənzili isə mərhum qardaşı Qalibin adına rəsmiləşdirmişdir. Həmin vaxt qardaşı Qalibin Veneraya 7 nömrəli mənzilə görə verdiyi 23000 (iyirmi üç min) manat puldan ondan əlavə olaraq 15000 (on beş min) manat pul almışdır. Onlar müqavilələri aldıqdan təxminən 10 gün sonra həmin binaya 21 və 18 nömrəli mənzillərə baxmaq üçün getmişlər. O, mənzillərə baxdıqda orada mənzillərdən 21 nömrəli məzilin Sabit adlı şəxsə məxsus olduğunu, 18 nömrəli mənzilin isə Ziyafət adlı başqa bir şəxsə məxsus olduğunu öyrənmişdir. Ziyafət adlı qadın evdən çıxıb onunla dalaşmışdır. O, bunu öyrəndikdən sonra Venera ilə əlaqə saxlamış və onunla görüşmüşdür. Venera ona narahat olmamağını və onda mərhum Rövşən Rüstəmovun möhürünün olmasını bildirmiş, heç kimə deməməyini xahiş etmiş və həm də Veneranın ona 21 və 18 saylı mənzillər üçün verdiyi müqavilələri onun hazırladığını və öz xətti ilə doldurduğunu bildirməməyini xahiş etmişdir. Venera qadın olduğu və ondan xahiş etdiyi üçün onun sirrini saxlamış, Veneranın ona pulunu qaytarmasını gözləmişdir. Lakin Venera xeyli müddət onun pulunu qaytarmamış və ona hər hansı mənzil verməmişdir. Buna görə də Veneradan şikayət etmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, ********* nömrəli cinayət işi üzrə 28 fevral 2017-ci il tarixdə Gəncə şəhər sakini Ramil adlı şəxs və adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 bir nəfər adını sonradan bildiyi Şəlalə adlı qadınla birlikdə Gəncə şəhəri, «Xan bağı» parkının yanında onunla görüşmüş, həmin vaxt Şəlalə və Rövşən ona Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində olan 10 mərtəbəli yeni tikilmiş binadan Zərərçəkmiş şəxs1 ev almaq istədiyini bildirmiş, onlara həmin binada iki ədəd mənzili olduğunu deyərək, onları satmaq istədiyini bildirmiş, bundan sonra Şəlalə və Rövşən həmin binaya baxmış və 01 mart 2017-ci il tarixdə isə yenidən «Xan bağın»-da görüşmüş, həmin binada 7 nömrəli mənzili almaq istədiklərini bildirmiş, buna görə də o, Şəlalə və Rövşənə həmin evi 22000 (iyirmi iki min) manata satmaq barədə razılığa gəlmiş, 03.03.2017-ci il tarixdə Gəncə şəhər 1 saylı Dövlət Notariat Kontorunda həmin evin satılması üçün ilkin olaraq 5000 (beş min) manat beh almasını barədə müqavilə imzalamış, behdən sonra o, Rövşənə və yanında gəlmiş Şəlalə adlı qadına evi etibarnamə ilə verəcəyini bildirmiş, ancaq Şəlalə və Rövşən onunla razılaşmamış, evin alqı-satqısı barədə mülki müqavilə bağlanmasını istəmiş, o, da buna görə qardaşı Adillə əlaqə saxlayaraq Rövşənin həmin mənzilə dair müqavilə istədiyini, yəni özəlləşdirmək istədiyini bildirmiş, bundan sonra qardaşı Adil Ələddinlə danışıb razılaşmış, qardaşı Adil ona Ələddinlə danışdığını, Ələddinin Rövşənin adına köhnə tarixə müqavilə bağlamağa razılıq verdiyini bildirmiş, o, da bu barədə Rövşənə bildirmiş, həmin gün Rövşən ona zəng edərək Ələddinin ondan evin adına keçirilməsi barədə müqaviləyə görə 1500 manat pul istədiyini bildirmiş, o, da Rövşənə həmin müqaviləni Ələddin verdiyi üçün razılaşmalı olduğunu bildirmiş, sonra Rövşən ona Ələddinə evin müqaviləsini öz adına alması üçün 1500 manat pul verdiyini bildirmiş, 06.03.2017-ci il tarixdə Ramin, Ələddin və qardaşı Adil Rövşənlə görüşərək evin sənədini verib pulun qalan 17000 (on yeddi min) manat hissəsini almaq istəmiş, lakin Rövşən və yanında olan adını sonradan bildiyi Şahid2 adlı qadın onunla razılaşdıqları üçün müqaviləni ondan alıb pulu da ona verəcəklərini bildirmişlər. Həmin gün Rövşən ona zəng vuraraq onunla görüşərək müqaviləni alıb, pulu da ona verəcəyini bildirmiş, o, da Rövşənə 07.03.2017-ci il tarixdə görüşə biləcəyini bildirmiş, 07.03.2017-ci il tarixdə Rövşən yenidən onunla mobil telefonla danışaraq 1 salı notariat kontorun qabağında olduğunu bildirmiş, lakin o, Rövşənə işləri olduğu üçün ancaq 10.03.2017-ci il tarixdə görüşə biləcəyini bildirmiş, 10.03.2017-ci il tarixdə qardaşı Adil Ələddindən almış olduğu müqaviləni ona gətirmiş, o, həmin müqaviləyə baxdıqda müqavilənin köhnə tarixə yəni 18.05.2007-ci il tarixə 2009-cu ildə ölmüş Rövşən Rüstəmovun imzası ilə verilməsini görmüş, o, 12.03.2017-ci il tarixdə qardaşı Adillə birlikdə Gəncə şəhər 1 saylı notariat kontoruna getmiş, 1 saylı Notariat kontorunun qabağında o, Zərərçəkmiş şəxs1 və birlikdə gəldiyi Şəlalə adlı qadınla görüşmüş, o, həmin vaxt Zərərçəkmiş şəxs1 və yanında gəlmiş qadına Ələddinin onun adına qardaşı Adilə vermiş olduğu müqavilə köhnə tarixə yazılıb və ona görə də yaranacaq hər hansı problemə Ələddin cavabdeh olmadığını bildirmiş, həmin vaxt Rövşən və onunla birlikdə gəlmiş Şəlalə adlı qadın onunla razılaşmış, Şəlalə ona verməli olduğu 17000 (on yeddi min) manat pulu vermiş, o, da Şəlalənin pulunu götürüb müqavilənin surətinin düz olmasını notariusda təsdiq etdirmiş, bundan iki gün sonra o, evə giriş qapısı qoydurmuş və Rövşənə məlumat vermiş, Rövşən iki gün sonra ona zəng vuraraq Elşən adlı şəxsin Rövşənin yanına gələrək evin ona məxsus olduğunu bildirmişdir. O, da Rövşənə həmin şəxslə onu görüşdürməsini bildirmiş, Rövşən də Elşən adlı şəxslə birlikdə «Xan bağı» parkının yanında görüşmüş, o, Elşənin əlində olan sənədə baxmış, həmin vaxt Elşən ona o evi 5-6 il əvvəl Ələddindən aldığını demiş, o, Elşənin sənədlərinə baxdıqda onun sənədlərinin düzgün olmadığını bildirmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 şikayəti ilə bağlı bildirmişdir ki, o, Zərərçəkmiş şəxs2 pul almamış, Ceyhunun ifadəsində göstərdikləri yalandır. Şahid6 ilə bağlı Ceyhun ona Gəncə şəhəri, əvvəlki Mehmandarov indiki M.C.Paşayev küçəsində yerləşən Yeni tikilmiş 90 mənzilli, 10 mərtəbəli binanın 21 nömrəli mənzilini ona 16.000 ABŞ dollarına satmışdır. O, Veneradan həmin mənzili 2017-ci ildə almış, həmin mənzili almasına dair Venera Nizami Rayon məhkəməsinin yanında ona kompyuterdə çap olunmuş müqavilə təqdim etmiş və həmin vaxt müqaviləyə möhür vurmuş, o, da Veneradan müqaviləni öz əlyazması ilə doldurmasını tləb etmiş, həmin vaxt orada onun və Veneranın yanında qardaşı Adil və Veneranının sürücüsü Rəşad adlı şəxs olmuş, onun istəyindən sonra Venera sənədi öz əlyazması ilə doldurub ona vermiş, daha sonra o, həmin 21 nömrəli ev Sabit adlı şəxsə satıldığını bilmiş,o, da bunu öyrəndikdən sonra şikayət etmək qərarına gəlmiş, Venera ona saxta sənəd əsasında ev satdığı barədə şikayət etmişdir. Şahid6 həmin yazıları onun yanında yazmışdır, ona görə də o, həmin rəylə razı olmamış, yenidən ekspertiza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 hüquqi varisi X8 atası Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət işinə xitam verilməsinə etiraz etdi və mərhum atası Təqsirləndirilən şəxs1 barəsində olan cinayət işinə bəraət verilməsini xahiş etdi. ünvan 3 ünvanda qeydiyyatda olan və hazırda Ukrayna Respublikasında bunkerdə yaşayan Zərərçəkmiş şəxs1 video görüntü vasitəsi ilə dindirilərkən ifadəsində bildirdi ki, o, uzun illərdir ki, Ukrayna Respublikasında yaşayır. Ukrayna Respublikasının Donetsk vilayətində müharibə getdiyi üçün Gəncə şəhərindən ev alaraq ailəsi ilə birlikdə Gəncə şəhərinə köçməyi planlaşdırmış, buna görə də 2017-ci ilin fevral ayında Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərində yaşayan bibisi oğlu X5 evinə gələrək ondan kömək istəmiş, Ceyhun və bacısı Şahid2 ona Gəncə şəhərində ev tapmağa köməklik etməsini xahiş etmişdir. Həmin vaxt Şəlalə ona Gəncə şəhərində ev alqı-satqısı ilə məşqul olan Şahid1 adlı maklerlə tanış etmiş, Ramil ona Gəncə şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən evlər göstərmişdir. 02.03.2017-ci il tarixdə Ramil ona Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yeni tikilən binanın ikinci mərtəbəsində iki otaqlı ev göstərmiş, həmin ev xoşuna gəldiyi üçün almaq qərarına gəlmiş, Ramil ona ev sahibinin evi 22000 (iyirmi iki min) manata satdığını bildirmiş, o, da qiymətdə də razılaşıb ev sahibi ilə görüşmək istədiyini demişdir. Həmin gün o, bibisi qızı Şəlalə və Ramillə birlikdə Təqsirləndirilən şəxs1 adlı şəxslə görüşmüşdür. Qalib onlara Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsində yerləşən yeni tikilmiş binada 10 mərtəbəli yaşayış binasının İ blokunun İİ mərtəbəsində olan 7 nömrəli iki otaqlı mənzilin onun adına olması barədə müqavilə təqdim etmiş, həmin müqaviləyə baxdıqdan sonra bir gün məsləhətləşib sonra cavab verə biləcəyini bildirmişdir. Bir gün sonra yəni 03.03.2017-ci il tarixdə yenə Şəlalə ilə birlikdə Gəncə şəhəri, 1 saylı Dövlət Notariat kontorunun qabağında Ramil, Qalib və Qalibin qardaşı kimi təqdim etdikləri Adil adlı şəxslə görüşmüş, Qalibə evin onun adına müqavilə ilə verilməsini istədiyini bildirmiş, Qalib də ona bunun üçün evə görə beh verməyini bildirərək, 1-2 gün sonra isə evin sənədlərini, yəni müqaviləni onun adına yazdırıb gətirib verəcəyini bildirmişdir. O, Qaliblə razılaşmış və birlikdə 1 saylı Dövlət Notariat kontoruna gerərək orada onun Qalibə ev almağa görə 5000 (beş min) manat beh verməyi barədə müqavilə imzalamış, bundan sonra isə onlar evlərinə getmişdir. O, evə gedəndən sonra Ramil zəng vuraraq evin müqaviləsinin onun adına olması üçün 1500 (min beş yüz) manat pul verməli olduğunu bildirmiş, o, isə Ramilə Qalib ilə aralarında olan razılaşmada 1500 (min beş yüz) manat pulun olmadığını bildirmişdir. Lakin Ramil ona həmin binada ev alanların sənədi öz adına keçirtməsi üçün həmişə 2000 (iki min) manat pul verdiklərini, lakin guya 500 (beş yüz) manat ucuz qiymətə yəni 1500 (min beş yüz) manata etdiklərini bildirmişdir. O, da buna görə Təqsirləndirilən şəxs1 zəng vuraraq onunla olan razılaşmamalarına görə 1500 (min beş yüz) manat pulu onun verməyəcəyini bildirmişdir. Lakin Qalib ona əgər müqaviləni öz adına olmasını istəyirsənsə həmin pulu binanın sahibi Ələddin adlı şəxsə verməli olduğunu bildirmişdir. Bundan sonra Ramillə yenidən danışıb pulu səhər verə biləcəyini demiş, lakin Ramil ona Ələddin adlı şəxsin həmin gün gecə Bakı şəhərinə getdiyi üçün 1500 (min beş yüz) manat pulu da sənədi düzəltməsi üçün Bakı şəhərinə apardığını deyərək pulu gecə verməyini istəmiş, o, da onlarla razılaşıb yaşadığı Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın yaxınlığına peşə məktəbinin qarşısına çağırmış, həmin vaxt onunla görüşmək üçün Ramil ilə birlikdə Qalibin qardaşı Adil və bir nəfər ona binanın sahibi Ələddin kimi təqdim etdikləri şəxs gəlmişdir. Onlar görüşmək üçün ağ rəngli “X26” markalı avtomobillə gəlmiş, Ramil və Adil onunla görüşmək üçün avtomobildən düşmüş, Ələddin kimi təqdim etdikləri şəxs isə avtomobilin arxa oturacağında oturmuş, o, da Azərbaycan manatı olmadığı üçün Ramil ilə görüşərkən ona 800 (səkkiz yüz) ABŞ dolları və 100 (yüz) manat pul vermiş, həmin pulu Ramilə vermiş, Ramil və Adilə 1500 (min beş yüz) manat pulu verən vaxt yanında bibisi oğlu Ceyhun Rüstəmovda olmuşdur. 06.03. 2017-ci il tarixdə Ramil ona zəng vuraraq evin sənədlərinin hazır olduğunu deyərək görüşməyi təklif etmiş, o da Rami ilə Gəncə şəhəri 3cü mikrorayonda Ceyhunun evində olduğunu bildirmiş, o, Ramillə görüşmək üçün bibisi qızı Şəlalə ilə birlikdə evdən küçəyə çıxmış, bir qədər sonra Ramil, Qalibin qardaşı Adil və evin sahibi kimi təqdim etdikləri Ələddin adlı şəxs gəlmişdir. Həmin vaxt onlar ağ rəngli “VAZ-2121” (Niva) markalı avtomobillə gəlmiş, yenə Ramil və Adil avtomobildən düşmüş, ancaq Ələddin kimi təqdim etdikləri şəxs isə avtomobildə oturmuş, Ramil və Adil onunla görüşən vaxt evin onun adına olması barədə müqavilə təqdim edərək pulun qalan 17000 (on yeddi min) manatını da verməyini istəmiş, lakin həmin vaxt onlar həmin müqavilənin şəklini çəkib göstərəcəyini, əgər müqavilə düz olsa görüşüb pulu notarius vasitəsi ilə Təqsirləndirilən şəxs1 verəcəyini bildirmişdir. Bundan sonra isə bibisi qızı Şəlalə mobil telefon vasitəsi ilə həmin müqavilənin şəklini çəkmiş, səhəri gün yəni 07.03.2017-ci il tarixdə Qalib Şəlaləyə zəng vuraraq görüşüb sənədləşməni yekunlaşdırmağı bildirmiş, lakin Qalibə pulda bir qədər kəsiri olduğunu deyərək pulu tamamlamaq üçün vaxt istəmişdir. Həmin vaxt o, da tədbirləri olduğunu deyərək bir neçə gün sonra görüşə biləcəyini bildirmişdir. 10.03.2017-ci il tarixdə Qalib yenə zəng vuraraq onunla görüşməyi bildirmiş, o da Qalibə evin pulunun hazır olduğunu deyərək görüşə biləcəyini demiş, buna görə də 10.03.2017-ci il tarixdə saat 15 radələrində Şəlalə ilə birlikdə Gəncə şəhər 1 saylı notariat kontoruna gəlmiş, Notariat kontorunun qabağında Qalib və qardaşı Adillə görüşmüşdür. Bundan sonra isə notariat kontoruna gedərək həmin sənədin düzgünlüyünün təsdiq edilməsi barədə müqavilə bağlamış, həmin vaxt da o, 17000 (on yeddi min) manat pulu Qalibə vermişdir. Bundan sonra isə Qalib evə qapı qoyacağını bildirmiş, səhəri gün yəni 11.03.2017-ci il tarixdə saat 16 radələrində o, Şəlalə ilə birlikdə evə qapı qoyulmasını yoxlamaq üçün getmiş, lakin evə qapı qoyulmadığını görmüş, bundan sonra o, Qalibə zəng vuraraq qapı qoyulmadığını bildirmişdir. Qalib isə ona ustanın xəstə olduğunu deyərək, bir gün sonra qapı qoyacağını bildirmişdir. Bir gün sonra Qalib ona zəng vuraraq evə qapı qoyulduğunu və gedib qapının açarlarını götürməyini bildirmiş, o, da buna görə Şəlalə ilə birlikdə yeni aldığı evə getmişdir. Evin qabağında olan vaxt bir nəfər kişi ona yaxınlaşaraq nəyə görə gəldiyini soruşmuş, o, həmin şəxsə binadan ev aldığını bildirmişdir. Həmin kişi ondan hansı evi aldığını soruşduqda o, həmin kişiyə binanın 7 nömrəli mənzilini aldığını demişdir. Həmin şəxs ona evin Elşən adlı şəxsə məxsus olduğunu deyərək, Elşənin mobil telefon nömrəsinin də pəncərəyə vurulduğunu bildirmiş, o, da bundan sonra həmin telefon nömrəsinə zəng vuraraq Elşən adlı şəxslə danışmış və onu binanın qabağına dəvət etmişdir. Elşənlə söhbət edən vaxt Elşən ona həmin evin ona məxsus olmasını bildirərək, məhkəmənin qərarı oluğunu demiş, buna görə də o, Elşənə Qaliblə bir yerdə görüşməyi təklif etmişdir. Onlar səhəri gün Gəncə şəhəri, Xan bağında Qaliblə görüşmüş, Qalib Elşənə evin ona məxsus olmasını bildirsədə, lakin Elşən Qalibə əlində məhkəmənin qərarı olduğunu bildirmişdir. Bundan sonra o, Qalibin onu aldatdığını başa düşmüş və Qalibdən ev üçün vermiş olduğu 23500 (iyirmi üç min beş yüz) manat pulunu qaytarmasını tələb etmişdir. Lakin Qalib hər dəfə bir bəhanə ilə onu aldadaraq, guya evin sənədəlrini düzəldəcəyini və ya ona yeni ev verəcəyini demiş, lakin onun hər dəfə onu aldatmışdır. Qalibin və Adilin onu aldatdığını bildiyi üçün şikayət etmişdir. Ona təqsirləndirilən şəxslərin 11000 manat borcu qalmışdır. Hazırda ona dəymiş ziyan tam ödənilmədiyndən onun şikayət və tələbi vardır. 15.10.2020-ci il tarixdə məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 1992-1993-cü illərdə Azərbaycanla Ermənistan arasında baş vermiş Qarabağ müharibəsi zamanı o, polis orqanlarının nəznində müharibədə könüllü olaraq iştirak etmişdir. Həmin vaxt o, Gəncə şəhər Daxili İşlər İdarəsinə müraciət etmiş və polisin nəznində olan könüllülərə qoşularaq Qarabağ müharibəsinə getmiş, o, müharibədə 01 il 06 ay iştirak etmişdir. Lakin müharibə qurtardıqdan sonra o, iştirakı ilə bağlı heç bir yerə müraciət etməmiş, 2019-cu ilin may ayının əvvəllərində o, müharibə iştirakçısı kimi məhkəməyə müraciət etmiş və veteran olduğunu təsdiqləmişdir. Buna görə sənədlərini toplamış, 2019-cu ilin may ayının ortalarında o, Gəncə şəhərində Xan bağında gəzərkən Qalib adlı tanışı görmüşdür. Qalibə müharibə veteranı kimi tanınmağı üçün məhkəməyə müraciət edəcəyini söhbət əsnasında demişdir. Qalib isə ona məhkəməyə müraciət etməsi artıq olduğunu, Qalibin ona veteranlıq alıb pensiya düzəltdirə biləcəyini demişdir. Qalib bu iş üçün ondan 3000 (üç min) manat pul istəmişdir. O, da Gəncə şəhəri Mərkəzi Poçtun yanında olan lombarda qızıllarımı qoyub 3000 manat pul götürmüş, sonra həmin pulu 23.05.2019-cu il tarixdə Gəncə şəhəri, Xan bağında görüşüb Qalibə vermişdir. Qalib ondan pulunu aldıqdan sonra tez bir vaxtda, yəni 1 aydan tez olan bir vaxtda sənədləri düzltdirəcəyini bildirmişdir. Həmin vaxtdan sonra o, Qalibdən işi ilə bağlı maraqlanmış, Qalib hər dəfə ondan vaxt istəmiş, lakin o, Qalibin onu aldatdığına tam əmin olduqdan sonra Qalibdən şikayət etmək qərarına gəlmişdir.Təqsirləndirilən şəxs1 3000 (üç min) manat pulu ona müharibə veteranı vəsiqəsi almaq və onu pensiyaya çıxarması üçün vermişdir. Həmin vaxt, yəni pulu verən zaman orada onunla birlikdə Ramiz Məmmədov adlı tanışı olmuşdur. Təqsirləndirilən şəxs1 özünün deməsinə görə müharibə veteranıdır. Hal-hazırda da heç bir yerdə işləmir. Qalib ona pensiya düzəldə biləcəyini demişdir. O, Qalibə inanıb 3000 (üç min) manat pul vermişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş 3000 (üç min) manat məbləğində ziyan ödənilmişdir. Onun Təqsirləndirilən şəxs1 heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 dayısı oğludur, Rövşən uzun illərdir ki, Ukrayna Respublikasının Donetsk şəhərində yaşayır, ancaq Azərbaycan vətəndaşıdır, Rövşən bir dəfəlik Gəncə şəhərinə köçmək istəmiş və 2017-ci ilin fevral ayında Gəncə şəhərinə gəlmiş və ev almaq məqsədi ilə bir neçə ev alqı-satqısı ilə məşqul olan şəxslərə ev alması üçün ona köməklik etmələrini xahiş etmişdir. O, qardaşının arvadı Gülnarə vasitəsi ilə ev alqı-satqısı ilə məşğul olan Ramin Rövşənə ev tapmaqda köməklik edəcəyini bildirmişdir. 03.03.2017-ci il tarixdə dayısı oğlu Rövşən ev taparaq 1 saylı notariat kontoruna beh müqaviləsi bağlamağı bildirmişdir. O, da Rövşənlə 1 saylı notariat kontoruna getmiş, Notariat kontorunun qarşısında Ramin Rövşənə almaq üçün tapdığı evin sahibi Təqsirləndirilən şəxs1 ilə gəlmişdir. Notariat kontorunun rəhbəri Elşənlə danışıb Rövşənlə Qalibin arasında 5000 (beş min) manatlıq beh müqaviləsi bağlanmış, Rövşən həmin 5000 (beş min) manatı Qalibə vermiş, Qalib isə evin 22000 (iyirmi iki min) manatının hamısını istəmiş, o, isə Qalibə evin Rövşənin adına olması barədə çıxarışı gətirməsini demiş, qalan 17000 (on yeddi min) manatı verək demiş, Qalibdə razılaşmış, Rövşən və o, sağollaşıb Ramin və Qalibdən kənarlaşıb evə getmişlər. Həmin gün axşam evdə Rövşən ona, Ramin zəng etdərək, 1500 (min beş yüz) manat vermələrini, adlarına evin çıxarışını alacaqlarını demişdir, o, da bibisi oğlu Ceyhunla birlikdə aparıb 1500 (min beş yüz) manatı Raminə vermiş, 06.03.2017-ci il tarixdə səhər saatlarında X14rdaşı kimi özünü təqdim edən, ancaq adını sonradan bildiri Adil adlı şəxs zəng edərək sənədlər hazırdır, görüşüb verməsini,onlarda pulun qalan hissəsini, yəni 17000 (on yeddi min) manatını verin demişdir. O, Rövşənlə birlikdə Ramin, Qalibin onlara satacağı evin ümumi sahibi olan Ələddin və Qalibin qardaşı ilə 3-cü mk/r-n ev 20-nin arxasında görüşmüş, Qalibin qardaşı Adil ona sənəd verərək buevin sənədləri, ev artıq sizindir yəni Rövşənin adına sənədləşib demişdir. O, sənədi götürüb baxmış, şəklini çəkib özlərinə qaytarmış və evin qalan pulunu sabah saat 11:00-da evin sahibinə yəni Qalibə verib sənədləridə götürəcəyini demişdir. Səhəri gün o, Qalibə zəng edib çıxarışı verməli idi, lakin Qalib ona bayramlar ərəfəsinə düşdüklərini, tədbirlərdə olduğunu, boşalanda görüşəcəklərini demiş, həmin gündən 10.03.2017-ci ilədək hər gün Qalibə evin sənədlərini gətirəndən sonra pulu veriləcəkdir, demək üçün zəng etmişdir. Hər gün müxtəlif bəhanələrlə Qalib görüşə gəlməmiş, 10.03.2017-ci il tarixdə Qalib ona zəng edib 1 saylı notariat kontoruna görüş yeri vermiş, günün ikinci yarısı o, və Rövşən 1 saylı notariat kontoruna getmiş, orada Qalib və Adil qardaşı gəlmiş, onlar 1 saylı notariat kontorunun içərisinə keçib karidorunda bir kənarda oturacaqda oturub çantasında olan 17000 (on yeddi min) manatı Qalibə vermiş, Qalib isə öz növbəsində pulları sayıb götürərək sayıb hissələrə bölmüş və aparıb paylamasını deyərək pulları qardaşı Adilə vermişdir. Adil də evin Rövşənin adına yazılmış çıxarışı iki nüsxə çıxarıb notariusda təsdiq etdirmiş, çıxarışın əsli ilə birlikdə bir nüsxəsini ona, bir nüsxəsini isə özünə götürmüşdür. O, notariatın bir nəfər işçisinə qalmış 17000 (on yeddi min) manatı ödəmələri barədə müqavilə lazım deyilmi? deyə demiş, o,isə çıxarışın aşağı hissəsində pullar tam ödənilməsini, borcun qalmamasının yazıldığını demiş, sənədləri götürüb getmişdir. O, Qalibəevin giriş qapısını qoydurun demiş, Qalib isə axşam qoyulacağını demiş, iki gün evin qapısı qoyulmamış, iki gündən sonra Qalibə qapı məsələsi necə olduğunu soruşmaq üçün zəng etmiş, Qalib qapı artıq qoyulmuşdur, gedin evin açarları binanın qarşısında sizə veriləcəkdir demişdir. 12.03.2017-ci il tarixdə axşam saatlarında Rövşən həmin binanın qarşısına getmiş, orada bir nəfər təxminən 50-55 yaşlı kişi onlara yaxmlaşaraq kimi axtardıqlarını soruşmuş, onlar da bu binın 2-ci blok, 2-ci mərtəbəsində olan 7 nömrəli mənzili aldıqlarını veriləcəkdi, həmin kişi onlara həmin mənzilin başqa sahibi olduğunu onları aldatdıqlarını və həmin mənzilin dəhlizində ev sahibinin telefon nömrəsinin olduğunu bildirmişdir. O, evin dəhlizinə yazılmış telefon nömrəsini götürüb zəng etmiş, bir neçə dəqiqə sonra Elşən adlı bir nəfər şəxs oraya gəlib əlində olan evin sənədlərini göstərmiş evin sahibi olduğunu demişdir. Evin sənədlərinin adına olması barədə sənədlər görsətmiş, həmin sənədlərin içərisində evin Elşənin adına olması barədə məhkəmənin qərarıolmuşdur. O, dərhal Qalibə zəng edib orada baş verənləri Qalibə demiş, Qalibdə ona səhv edir, ev sizindir vəssalam demişdir. Onda olan məlumata görə Qalib pulları zərərçəkmiş şəxsə qaytarmamışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid5 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs1 onun əri Ceyhunun dayısı oğludur. O, Ceyhunla ailə həyatı qurandan sonra Rövşəni tanımışdır. Zərərçəkmiş şəxs1 ailə üzvləri ilə birlikdə Ukrayna Respublikasında yaşayır. 2017-ci ilin fevral ayında Rövşən Gəncə şəhərindən ev almaq üçün Gəncə şəhərinə gəlmişdir. Rövşən Gəncə şəhərinə gələndən sonra ev almaq qərarına gəlmişdir. Bu məqsədlə onlar Gəncə şəhərində ev alqı-satqısı ilə məşqul olan Şahid1 adlı şəxslə görüşərək ev tapmasını istəmişdir. 01.03.2017-ci il tarixdə Şahid1 onlara Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən yeni inşa edilmiş 10 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində yerləşən 7 nömrəli evi onlara təklif etmiş, o, da Rövşən və Ramilin onlara təklif etdiyi həmin evə baxmış, həmin evi almaq barədə Rövşən razılığa gələrək Ramillə bir yerdə gedib evin sahibi sonradan tanıdığı Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Buna görə Rövşən Təqsirləndirilən şəxs1 22000 (iyirmi iki min) manat pul vermişdir. Rövşən əvvəlcə Qalibə evə görə 5000 (beş min) manat beh vermiş, daha sonra isə evin sənədlərini düzəltmək üçün guya binanın sahibi olan Ələddin adlı şəxsə 1500 (min beş yüz) manat pul vermiş, daha sonra isə evin sənədini götürüb Qalibə 17000 (on yeddi min) manat pul vermişdir. Aralarında olan razılaşmaya görə Qalib həmin evə qapı qoyub təhvil vermişdir. Bir neçə gün sonra onlar evə baxmağa gedən vaxt evin qapısının yerində olmadığını görmüş, həmin vaxt onlara evin Elşən adlı şəxsə məxsus olmasını bildirmişdir. Buna görə də Rövşən Təqsirləndirilən şəxs1 yanına çağıraraq evin başqa sahibi olduğunu bildirmişdir. Ancaq Qalib evin ona məxsus olmasını bildirmişdir. Bundan sonra səhəri gün o, özünə məxsus ***-***-**-** nömrəsindən Elşənin istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq binanın qabağına çağırmışdır. Elşən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsindəyeni inşa edilmiş binanın qabağına gəlmiş, həmin vaxt o, Elşənə evi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 aldığını bildirmişdir. Ancaq Elşən isə evin özünə məxsus olması barədə əlində məhkəmənin qərarı olduğunu bildirmişdir. Buna görə də həmin gün o, Rövşən və Elşənlə birlikdə Təqsirləndirilən şəxs1la görüşmüş, həmin vaxt o, Qalibə onları aldadıb başqasının evini satdığını bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 bu barədə şikayət etmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs1 22000 (iyirmi iki min) manat pul vermişdir.Təqsirləndirilən şəxs1 Rövşəni aldadaraq, başqasına məxsus evi satmaq adı ilə 22000 (iyirmi iki min) manat pulunu almışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona 16000 (on altı min) manat qaytarılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid6 ifadəsində bildirdi ki, o,hal-hazırda mərhum əri Rövşən Rüstəmovdan qalma işləri davam etdirib ailəsini dolandırır. Əri Rövşən hündür mərtəbəli binaların tikintisi ilə məşğul olmuş və 08.06.2011-ci il tarixdə qətlə yetirildikdən sonra onun biznes öhdəliklərini o, həyata keçirməli olmuşdur. Bakı şəhərində və Gəncə şəhərində yerləşən Rövşən tərəfindən tikilən binalar onun tərəfindən tamamlanıb təhvil verilmişdir. X9 və X10 təxminən 1 ildir tanımış, onlarla mərhum əri Rövşənin tikdikdən sonra ona qalmış boş məzillərinə baxış keçirərkən tanış olmuş, belə ki, ona təxminən 1 il əvvəl ona məxsus mənzillərə daha doğrusu 36, 85 və 12 nömrəli mənzillərə qanunsuz olaraq yiyələndiklərini demiş, o, da buna görə Bakı şəhərindən Gəncə şəhərinə gəlib həmin mənzilləri yoxlamaq istəmişdir. Mənzilləri yoxlasa da qapılar bağlı olduğu üçün həmin mənzillərə daxil ola bilməmiş, ona məxsus mənzillərə kimlərin qanunsuz sahiblənməsini araşdırmışdır. 36, 85 nömrəli mənzillərə Cəmşid İsmayılovun, 12 nömrəli mənzilə isə Gülər Əliyevanın qanunsuz yiyələndiyini öyrənmiş, mərhum əri Rövşən həmin mənzillərə dəmir qapı qoydurmuş və həmin qapıların açarları onda olmuşdur. Cəmşid və Gülər həmin mənzillərin qapılarını qanunsuz sındıraraq içəri daxil olmuş həmin mənzilləri zəbt etmiş və təmir işləri aparmışlar. O, Cəmşidlə Gəncə şəhərində həmin yeni tikilmiş binanın qarsında görüşmüş, Cəmşiddən nə üçün mənzilinə qanunsuz yiyələndiyini soruşmuş, Cəmşid ona həmin mənzilləri Eldar Məhərrəmovdan aldığını bildirmişdir. Eldar Məhərrəmov əri Rövşənin sağlığında həmin binanın tikintisində maaşla iş icraçısı işləmiş, onun həmin binanın tikintisində, binanın tikilməsi üçün çəkilmiş xərclərdə heç bir iştirakı olmamışdır. Rövşən öldürüldükdən sonra yoxluğunu fürsət bilərək binada olan bir çox boş mənzilləri qanunsuz olaraq saxta sənədlər hazırlayaraq Rövşənin ölümündən əvvəlki tarixlərdə qeydiyyatdan keçmiş kimi göstərərək tarixləri və imzaları saxtalaşdırmış və satmışdır. Eldarın təkidi ilə onun Eldara mənzil satdığını bildirən Təqsirləndirilən şəxs1 adlı şəxs bir neçə mənzili onun Eldara satdığını bildirmiş, həmin mənzillərdən 21 saylı olanının müqavilə sənədində onun imza etdiyini və yazı ilə adına sənəddə qeydiyyat apardığını bildimişdir. Bu barədə sənədin əsli götürülərək məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, həmin ekspertizanın 06 noyabr 2019-cu il tarixli 25873 nömrəli rəyinə əsasən 21 saylı mənzilə dair müqavilədə onun imza etmədiyi müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs1 ona məxsus 71 və 24 saylı mənzillərə qanunsuz olaraq yiyələnmişdir. O, Qalib və Təqsirləndirilən şəxs2 evlərin satılması üçün etibarnamə verməmişdir. Qalib və Təqsirləndirilən şəxs2lar Zərərçəkmiş şəxs1 aldadaraq ona ev satmaq adı ilə sonuncunun pulunu mənimsəmişlər. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, ünvan 5 ünvanda ailəsi ilə birlikdə yaşayır və təxminən 6 ilə yaxındır ki, ev alqısatqısı ilə məşqul olur. Zərərçəkmiş şəxs1 və Şahid2 əvvəllər tanımamış, Rövşən və Şəlaləni 01.03.2017-ci il tarixdə onun yanına gələn vaxtdan tanımış, onun onlarla heç bir düşmənçiliyi və ədavəti olmamış, Təqsirləndirilən şəxs1 təxminən 2 ilə yaxındır ki, tanımış, Qalib və ailəsi ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamış, Qalibin qardaşı Adil onunla əlaqə saxlayaraq Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi Mehmandarov küçəsində yerləşən 10 martəbəli yeni tikilmiş binada evləri olduğunu və həmin evi satmaq istədiklərini bildirmiş, o, da ona müştəri tapmaqda kömək edəcəyini bildirmiş və 01.03.2017-ci il tarixdə adını sonradan bildiyi Şəlalə adlı şəxs onun ***-***-**-** nömrəsinə zəng vuraraq ev almaq istədiklərini bildirmişdir. Ona Gəncə şəhərinin müxtəlif ünvanlarında bir neçə ev təklif edilmiş, lakin o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində yeni tikilən binada olan evə baxmaq istədiyini bildirmiş, bundan sonra Şəlalə və dayısı oğlu kimi təqdim etdiyi Rövşən adlı şəxslə birlikdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mehmandarov küçəsində yeni tikilən binada olan evə baxmış, Rövşən və Şəlalə həmin evi bəyəndikləri üçün evin sahibi kimi tanıdığı Təqsirləndirilən şəxs1 istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq evinə müştəri tapdığını bildirmiş, həmin vaxt Qalib ona evin qiymətini 22000 (iyirmi iki min) manata olduğunu bildirmiş, Rövşən və Şəlalə isə bir-iki gün fikirləşib sonra cavab verəcəklərini bildirmiş, 03.03.2017-ci il tarixdə Şəlalə ona zəng vuraraq ev sahibi ilə görüşmək istədiklərini demişdir. O, da bundan sonra Qaliblə həmin gün Gəncə şəhəri, 1 saylı Notariat Kontorunun qabağına görüş təyin etmiş, onları tanış etdikdən sonra Qalib, Rövşən və Şəlalə «Xan bağı» istiqamətinə getmiş, onlar razılaşdıqdan sonra Gəncə şəhəri, 1 saylı Notariat Kontoruna girmiş, bir neçə dəqiqə sonra Rövşən və Şəlalə notariat kontorundan çıxmış, onlardan hara getdiklərini soruşduqda onlar pullarını milli pul edib qayıdacaqlarını demiş, həmin vaxt Qalibdə notariat kontorundan çıxıb ona Şəlalə və Rövşən pullarını milli pul etmək üçün getdiklərini demişdir. O, Qalibdən vasitəçilik etdiyinə görə pulunu nə vaxt verəcəyini dedikdə, Qalib ona evin pulunu tam aldıqdan sonra onunla görüşəcəyini bildirmişdir. O, bundan sonra Qaliblə sağollaşıb getmiş, həmin gün axşam saatlarında Qalib zəng vuraraq evin sənədləşməsinə əlavə 1500 (min beş yüz) manat pul lazım olduğunu Rövşənə deməsini bildirmiş, o, bu barədə Rövşənlə danışmış və Rövşən ona Gəncə şəhəri, «Abbas Səhhət» adına xəstəxananın qabağına gəlməsini bildirmişdir. O, bundan sonra Qalibin Adil və digər adını bilmədiyi qardaşları ilə birlikdə Rövşənlə görüşmək üçün Gəncə şəhəri, «Abbas Səhhət» adına xəstəxananın qabağına getmiş, həmin vaxt onlar «Niva Chevrolet» markalı, boz rəngli maşını ilə getmiş, görüşə Rövşən və Şəlalə birlikdə gəlmişlər. Həmin vaxt Rövşənlə Adil pulun nə üçün verilməsini müzakirə etmiş, bundan sonra Şəlalə 1500 (min beş yüz) manat dəyərində ABŞ dolları pulu Qalibin adını bilmədiyi qardaşına vermiş, 06.03.2017-ci il tarixdə Adil zəng vuraraq evin sənədlərinin hazır olduğunu bildirmişdir. Adil və Adilin adını bilmədiyi qardaşı, Yeni Gəncə qəsəbəsində inşa olunmuş binanın sahibi kimi təqdim etdiyi Ələddin adlı şəxslə görüşüb, ağ rəngli «LEXUS» markalı avtomaşınla Gəncə şəhəri, «Abbas Səhhət» adına xəstəxananın yanına gəlmiş, xəstəxananın qabağında olanda Adil Rövşənə zəng vuraraq evin sənədlərinin hazır olduğunu bildirmişdir. Bir qədər sonra Rövşən və Şəlalə yanlarına gələrək, Adil Ələddin kimi təqdim etdiyi şəxslə Şəlalə və Rövşəni tanış edərək onun binanın ümumi sahibi olduğunu bildirmiş, Adil evin Rövşənin adına sənədləşməsi barədə olan müqaviləni Şəlaləyə təqdim edərək, pulun qalanını verməyi bildirmş, Şəlalə isə öz növbəsində mobil telefonu ilə müqavilənin şəklini çəkib tanış vəkili olduğunu müqaviləni tanış vəkilinə göstərdikdən sonra sənədi Qalibdən götürüb pulu verəcəyini bildirmişdir. Adildə onunla razılaşmış, bir neçə gün sonra Şəlalə zəng vuraraq Qalibin ona satmış olduğu evin sənədlərinin problemli olduğunu bildirmişdir. Bundan sonra Qalibdən nə problem olduğunu soruşduqda o, acılayaraq heç bir problem olmadığını bildirmişdir. Qalibin qardaşı Adil ilə danışan vaxt isə Adil pulun hamısını yəni 22 min manatı Qalibin aldığını bildirmişdir. İstintaqda verilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şahid3 oğlunun ifadəsindən görünür ki, o, 2006-cı ildə X13 ilə şərikli olaraq Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi Ə.Mehmandarov küçəsində yerləşən torpaq sahəsində 10 mərtəbəli binanın tikilişinə başlamış, tikinti işləri gedərkən təxminən 10-15 sayda mənzil satıldığını demiş, həmin satılan mənzillərin pulunun bir qismi tikinti işlərinə xərclənirmiş, həmin satılan evlərə dair müqavilənin möhürü Rövşən Rüstəmov olmuş, çünki fiziki şəxs Rövşən özü olmuş, yəni bütün sənədləşmələr onun adı ilə getmiş, sənədləri də özünün adına olan möhürlə təsdiq etmişdir. 2011-ci ildə Rövşən öldükdən sonra artıq bina tikilmiş vəziyyətdə olmuş, lakin binanın dam örtüyü hazır olmamış, dam örtüyünü də Şahid6 özü pul verib düzəltdirmiş, bundan sonra bina tam hazır olmuş, bina hazır olandan sonra Şahid6 “satılan evlər düzgün satılmayıb, ərimin xəbəri yoxdu, evləri özüm satacam” deyərək, onunla mübahisə etmiş, bundan sonra şübhələndiyi sənədlərlə bağlı evlərin qanunsuz satılması ilə bağlı məhkəmə və polis orqanlarına müraciət etmişdir. Lakin Məhkəmə həmin sənədləri qanuni hesab etmiş, həmin evlərin sahiblərinin ev sahibi kimi tanımışdır. Bu ərəfədə Venera həmin məhkəmə qərarına məhəl qoymayaraq əvvəl qanuni qaydada satılmış evləri yenidən başqa şəxslərə satmaq üçün Təqsirləndirilən şəxs1 istifadə etməyə başlamış, Qalib həmin binada olan sakinləri çıxarmaq istəyən zaman bir neçə dəfə də onların arasında mübahisə olmuş, 2017-ci ilin mart ayında Nizami RPİ-nə çağırmışlar və saxta sənədlə Zərərçəkmiş şəxs1 Yeni Gəncə qəsəbəsində olan 10 mərtəbəli binanın 7 saylı mənzilinə ev sənədi verdiyini demişlər. O, həmin 10 mərtəbəli binanın 7 saylı mənzilini yalnız X1 barədə izahat vermiş, Zərərçəkmiş şəxs1 tanımadığımı bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.05.2007-ci il tarixli müqavilədən görünür ki, fiziki şəxs X13 ilə payçı Zərərçəkmiş şəxs1 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 2-ci blok 1-ci mərtəbədə, ümumi sahəsi 115 kv.m olan 7 saylı mənzili bir pay kimi izolə olunmuş və mənzilin dəyəri 23500 (iyirmi üç min beş yüz) manat təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 03.03.2017-ci il tarixli beh müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs1 ona məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Əbdülkərimbəy Mehmandarov küçəsində inşa edilmiş 10 mərtəbəli yaşayış evinin 2-ci blok, 2-ci mərtəbədə yerləşən 7 saylı mənzil 22000 (iyirmi iki min) manat məbləğinə razılaşaraq Zərərçəkmiş şəxs1 satmış və beh olaraq 5000 (beş min) manat pul almışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 25.12.2006-cı il tarixli müqavilədən görünür ki, fiziki şəxs X13 ilə payçı X6 arasında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Ə.Mehmandarov küçəsində inşa olunan 10 mərtəbəli yaşayış evinin 5-ci blok 2ci mərtəbədə, ümumi sahəsi 117 kv.m olan 7 saylı mənzili bir pay kimi izolə olunmuş 2 otaqdan ibarət olub bir pay kimi kimi verilmiş və mənzilinb dəyəri 36000 (otuz altı min) ABŞ dolları təşkil edir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.08.2017-ci il tarixli şübhəli şəxsi tutma barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulması və Gəncə şəhər Prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.08.2017-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılaraq, Gəncə şəhər Baş Polis İdarəsinin X16 göndərilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.08.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Gəncə şəhər Baş Polis İdarəsinin X12 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 27.08.2017-ci il tarixli qərardan görünür ki, Gəncə şəhəri, D.Qorqud küçəsi, ev 22A, mənzil 25-də yaşayan Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.05.2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər İdarəsinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 04.05.2017-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər İdarəsinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 05.05.2018-ci il tarixli 302 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 19.03.2012-ci il tarixdən halhazıradək X27 Dispanserində qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.05.2018-ci il tarixli 1590 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20.05.2018-ci il tarixli könüllü gələrək özünü təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 istinqtaqdan yayındığı üçün peşman olduğunu deyərək könüllü olaraq,Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə gəlib özünü təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 12.06.2018-ci il tarixli 334 saylı Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası X20 12.06.2018-ci il tarixli 334 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, nevrotiksindromla XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı10-cu baxış) FO7.2 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olduğundan o, ona şamil edilən hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini dərk etmək, ölüb-biçmək və hərəkətlərinə hesabat vermək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1.-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək və hərəkətlərinə nəzarət etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs2 2012-ci ildə Gəncə Rayonlararası Ruhi Əsəb Dispanserində ambilator şəraitdəı müayinə olunaraq “Keçirilmiş, kəllə beyin qravmasının qalıq əlamətləri” diaqnozu qoyulması, 2012-ci ildən sonra tibbi yardım üçün Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserinə müraciət etməməsi (Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserindən verilmiş 19.03.2012-ci il tarixli 302/2012 saylı ambulator karta, 05.05.2018-ci il tarixli 302 saylı arayış) istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayəti etiraf etməsi, hazırkı ekspertiza zamanı fərqli ifadə verərək hər-hansı cinayət əməli törətmədiyinibildirməsi, ona şamil edilən cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanbması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı, onda emosional davamsızlıq aşkar olunması hövsələsiz olması, onda əsəbiliyə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s) az ifadəli olması əsas vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 21.05.2018-ci il tarixli 12016 saylı rəyindən görünür ki, ekspertə təqdim edilmiş, 18.05.2007-ci il tarixli müqavilənin arxa tərəfində “İcraçı və Payçı” qrafalarındakı yazılar Təqsirləndirilən şəxs1 tərəfindən yox, Təqsirləndirilən şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 18.05.2007-ci il tarixli müqavilənin arxa tərəfində “İcraçı və Payçı” qrafalarındakı imzaların Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və başqa - tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır (70 manat ekspertiza xərci). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 06.11.2019-cu il tarixli 25873 saylı rəyindən görünür ki, ekspertə təqdim edilmiş X13 və Təqsirləndirilən şəxs1 adlarından olan 15.01.2006-cı il tarixli müqavilənin əlyazma mətni- Şahid6 tərəfindən yox, X11 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur (ekspertiza xərci 92 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05.06.2018-ci il tarixli 12015 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 25.01.2019-cu il tarixli protokoldakı “Soyadı, adı və atasının adı” qrafası üzrə 1- 24-cü və 27-58-ci sətirlərdəki əlyazıları, “Mənzilin №-si” qrafası üzrə 1-24-cü il və 27-58-ci sətirlərdəki rəqəmlər, “Şəxsiyyət vəsiqəsinin №-si” qrafası üzrə 1-10-cu sətirdəki seriya nömrələri 11.12-ci sətirlərdəki “AZEN” yazıları, 27-58-ci sətirlərdəki seriya nömrələri rəngləyicilərinin tərkibinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin protokoldakı 25-26-cı sətirlər üzrə bütün qrafalardakı yazılar rəngləyicilərinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin protokoldaşı 59-cu sətirdəki bütün qrafalardakı bütünn yazılar rəngləyicilərinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Həmin protokoldakı 11.12-ci sətirlərdəki “etiraz” yazıları rəngləyicilərinin kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiqata təqdim olunmuş 25.01.2019-cu il tarixli protokoldakı “Soyadı, adı və atasının adı” qrafası üzrə 1-24-cü və 27-58-ci sətirlərdəki yazıları, “Mənzilin №-si” qrafası üzrə 1-24-cü və 27-58-ci sətirlərdəki rəqəmləri, “Şəxsiyyət vəsiqəsinin №-si” qrafası üzrə 1-10-cu, 27-58-ci səhifədəki seriya nömrələri və 11-12-ci səhifələrdəki “AZEN” yazıları ilə 25-26-cı sətirlərdəki bütün yazılar, 59-cu sətirdəki bütün yazılar və 11-12-ci sətirdəki “etiraz” yazıları rəngləyicilərinin kimyəvi tərkibinə görə öz aralarında fərqli diyircəkli qələmlə icra olunmuşdurlar (ekspertiza 111.60 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05.06.2018-ci il tarixli 12015 saylı rəyindən görünür ki, ekspertə təqdim edilmiş, 18.05.2007-ci il tarixli müqavilədəki möhür əksləri hər hansı bir eyni növ sənəddəki texniki qurğusu vasitəsi ilə kompütürə köçürülmüş və qrafik proqram təminatından istifadə etməklə axınlı printerdən çap edilmişdir (53.65 manat ekspertiza xərci). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 05.11.2019-cu il tarixli 26127 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 15.01.2006-cı il tarixli müqavilədəki diyircəkli qələmlə icra olunmuş tarix göstəricisi, “Təqsirləndirilən şəxs1, İ,V, 76.6, 21, 210 dollar,16000 dollar əlyazıları, “Payçı” bölməsindəki “Təqsirləndirilən şəxs1 o., Azərbaycan, Gəncə şəh., xx.xx.1960, Gəncə şəh. D.Qorqud küç. ev 22A. M. Samux RPŞ 27.10.2005” əlyazıları, “15.01.2006 16000 (on altı min) dollar əlyazıları kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 1.2. həmin müqavilədəki “Payçı” bölməsindəki “25” rəqəmi və fiziki şəxs sözünün altındakı imza kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli rəqəmlə icra olunmuşdurlar. 1.3. Həmin müqavilədəki “Swift: TECİAZ22” və “Ödəmə 16000 (on altı min) dollar yazılarının qarşısındakı imzalar kimyəvi tərkibinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. 1.4. tədqiqatın nəticə bəndinin 1.1.,1.2. və 1.3 alt bəndlərində qeyd olunan əlyazmaların və imzaların rəngləyici maddələri kimyəvi tərkibinə görə öz aralarında fərqlənirlər (ekspertiza xərci 81 manat). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 28.06.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26.12.2019-cu il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 26.12.2019-cu il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gələrək özünü təqdim etmiş və bu müddət ərzində Gəncə şəhərində olmamış, istintaqdan qaçmaq və gizlənmək məqsədi olmamış, istintaqa könüllü gəlməsində hər hansı rəsmi və ya başqa şəxs tərəfindən hər hansı psixoloji və ya digər təsirlər olmamış, ona Azərbaycan Respublikası CM-nin 178.3.2ci maddəsi ilə elan olunmuş ittihamla razı olmadığını bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 26.12.2019-cu il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin məcəllənin 178.2.1 və 178.2.4-cü maddələrinə tövsif olunmaqla istintaqı davam etdirilməsi qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.01.2006-cı il tarixli müqavilədən görünür ki, icraçı X13 payçı Təqsirləndirilən şəxs1 arasında Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, Əbdülkərimbəy Mehmandarov küçəsində inşa edilmiş yaşayış evinin 1-ci blok, 4-cü mərtəbə, ümumi sahəsi 76.5 kv.m olan 21 saylı izole olunmuş otaqdan ibarət payçının isifadəsinə verilmiş 16000 (on altı min) ABŞ dolları təşkil etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 02.07.2020-ci il tarixdə Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan 2019cu ilin dekabr ayında 3000 (üç min) manat məbləğində ödənilmişdir, Hal-hazırda onunla barışmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 heç bir şikayəti, tələbi və iddiası yoxdur. Gələcəkdə bununla bağlı hər hansı bir mübahisə yaranarsa bütün məsuliyyəti öz üzərinə götürmüşdür.Nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.03.2022-ci il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 05 mart 2022-ci il tarixdə vəfat etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən, bu məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda - ölmüş təqsirləndirilən (şübhəli) şəxsə və ya cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş, lakin təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüş şəxsə cəza təyin edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 05 mart 2022-ci il tarixdə vəfat etdiyindən, Azərbaycan Respublikası CPM-nin 44.2.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edilməməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs2 təqsirləndiyi Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri cinayətlərin təsnifatına görə az ağırcinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmişə dəyən ziyanı qismən ödəməsini Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsə cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 15.08.2017-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin X16 göndərilmiş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.08.2017-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Gəncə şəhər Baş Polis İdarəsinin X12 azad edilmiş və bu barədə protokol tərtib edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 15.08.2017-ci il tarixdən 17.08.2017-ci il tarixədək, 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, S.Qazıyeva küçəsi, ev 19ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2, hazırkı cinayət işi ilə bağlı 15.08.2017-ci il tarixdən 17.08.2017ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 17.08.2017-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlandığı Gəncə şəhər Baş Polis İdarəsinin X12 azad edilmiş, bu barədə protokol tərtib edilmişdir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailənin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə törətdikləri cinayət əməlinə görə ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CPM-nin147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan RespublikasıCPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə, hesab edir ki, iş üzrə məhkəmə ekspertizasının keçirilməsinə dair xərclənmiş 133.65 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutularaq, X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə Ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və Azərbaycan Respublikası CPM-nin 44.2.1-1 maddəsinə əsasən cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 15.08.2017-ci il tarixdən 17.08.2017-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, S.Qazıyeva küçəsi, ev 19 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. İş üzrə məhkəmə ekspertizasının xərcləri 133.65 (yüz otuz üç manat altmış beş qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs2 tutularaq, X4 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs2 isə hökmün surətinin verildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar