Məhkəmə qərarları › İş №1(044)-73/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-73/2021

31.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-73/2021 31.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, müdafiəçi, Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublası vətəndaşı, evli, himayəsində 1 azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 00:20 radələrində özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanına qanunsuz olaraq daxil olub oradan sonuncuya məxsus qonaq otağında olan 1 ədəd, 108 sm ekran ölçülü, 860 manat dəyərində Samsung markalı televizoru, evin mətbəxində olan 1 ədəd 300 manat dəyərində olan Samsug markalı mikrodalğalı sobanı, 1 ədəd 97 manat dəyərində olan çörək sobasını, 1 ədəd 10 litr həcmində olan 200 manat dəyərindəki samovarı, 1 ədəd 6 litr həcmində olan, elektrik ilə işləyən 100 manat dəyərindəki elektrik samovarını, 1 ədəd evin yataq otağında olan Samsung J3 markalı, 385 manat dəyərində olan telefonu, 1 ədəd 110 manat dəyərində olan nikel çay dəstini, 1 ədəd Samsung markalı 400 manat dəyərində olan şirə çəkən maşını, 4 ədəd ümumi dəyərləri 360 manat hər birinin dəyəri 90 manat olan “Belşina” markalı disk ilə təkərləri, 1 ədəd 50 manat dəyərində olan VAZ 2106 markalı avtomobilin arxa buferini, 5 ədəd hər birinin dəyəri 5 manat olan əl-üz məhrabalarını,1 ədəd 30 manat dəyərində olan ədyalı, ümumi dəyərləri 40 manat olan yorğanı,döşək üzlərini, 3 ədəd hər birinin dəyəri 30 manat olan qazan dəstlərini oğurlamış, zərəçəkmiş şəxsə ümumilikdə 3047 manat maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx.xx.2020-ci il tarixdə saat 15 radələrində tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq niyyəti ilə Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanına daxil olaraq 1 ədəd 400 manat dəyərində olan kustar üsulla hazırlanmış su qızdırıcısını, 1 ədəd 250 manat dəyərində olan plastik qapının çərçivəsini, 1 ədəd 50 manat dəyərində olan dəmir qaz sobasını, hər birinin dəyəri 50 manat olan 2 ədəd çılçırağı,1 ədəd 50 manat dəyərində olan Aqidel markalı su nasosunu,3 ədəd hər birinin dəyəri 80 manat olan plastik pəncərə çərçivəsini gizli yolla talayaraq ümumilikdə zərəçəkmiş şəxsə 1090 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə axşam saatlarında, yaşadığı evin arxasında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə heç kimin olmadığını, evin sahibsiz olduğunu müşahidə etmiş, bu zaman onun ehtiyacı və maddi problemləri olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Lakin o, evi yenə də müşahidə edib tam olaraq evdə kiminsə olmadığına əmin olduqdan sonra oğurluq etmək istədiyi üçün həmin gün evə oğurluğa girməmiş, həmin günün səhərisi, yəni xx.xx.2020-ci il tarixdə yenə də həmin evi müşahidə altında saxlamışdır. O, təxminən bir gün yarım ərzində həmin evdə heç kimin olmadığından əmin olduqdan sonra özü tək xx.xx.2020-ci il tarixdə, saat 00:20 radələrində həmin ev ilə onun evi arasında olan dar yolun yanındakı barıdan aşıb həmin evə daxil olmuşdur. O, həmin evin həyətinə daxil olduqdan sonra evin məhləsində dəmir parçası axtarmış, təxminən 0.4 metr uzunluğunda dəmir parçası tapmış, həmin dəmir parçasını evin alüminium qapısına salaraq dəmiri sağa-sola çevirərib həmin qapını açmışdır. O, içəri daxil olduqdan sonra evin qonaq otağında olan 1 ədəd Samsung markalı televizoru, evin mətbəxində olan 1 ədəd mikrodalğalı sobanı, 2 ədəd samovarı, 1 ədəd çörək sobasını, şirə çəkən maşını, qazanları, yataq otağında olan 1 ədəd Samsung markalı telefonu, 1 ədəd çay dəstini, əl-üz məhrabasını, evin həyətində olan 4 ədəd disk ilə birlikdə təkəri, 1 ədəd “VAZ 2106” markalı avtomobilə aid buferi evin böyük qapısının yanına yığmışdır. Sonradan o, evin çöl qapısını açaraq həmin əşyaları hissə-hissə öz yaşadığı evdə yerləşən əl damına daşımağa başlamış, bu zaman yaşadığı evdə anası və atası olsa da, sonuncular yatdıqları üçün onun evə gətirdiyi əşyaları heç kim görməmişdir. O, bütün əşyaları həmin əl damına yığdıqdan sonra Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətinə daxil olmuş, evin çöl qapısını bağlayıb özü isə divardan küçəyə çıxıb oradan da evinə getmişdir. xx.xx.2020-ci il tarixdə, təxminən saat 13-14 radələrində o, evdə olarkən küçədən dəmir alanların keçdiyini eşitmiş, oğurladığı əşyalardan metal olanları satmaq qərarına gəlmişdir. O, evdən qapıya çıxan zaman motosikletlə dəmir yığan bir nəfər şəxsin olduğunu görmüş, hansı metalı neçəyə aldığını soruşmuş, həmin şəxslə bir qədər danışdıqdan sonra evin həyətində olan dama tərəf getmiş, orada olan 2 ədəd samovarı və 1 ədəd çay dəstini götürüb həmin metal alan şəxsə ümumilikdə 50 manata, şirəçəkən maşınla qazanları 60 manata satmışdır. Həmin gün o, yaşadığı evdən çıxıb tanımadığı şəxsə məxsus VAZ 2106 markalı, ağ rəngli taksini saxlatmış, avtomobilə əyləşib işləri olduğu üçün Mərkəzi Univermaq tərəfə, 5 saylı orta məktəbin qarşısına və başqa bir neçə yerə getdikdən sonra həmin taksi sürücüsünə evində 4 ədəd disk ilə birlikdə təkərin və arxa buferin olduğunu, təcili ehtiyacı olduğu üçün həmin əşyaları satmaq istədiyini demişdir. Həmin sürücü də ona həmin əşyalar oğurluq olmadığı halda ondan ala biləcəyini demiş, onlar birlikdə onun yaşadığı evə getmiş, o, həmin 4 ədəd disk ilə birlikdə olan təkərləri və 1 ədəd buferi 100 manata həmin taksi sürücüsünə satmışdır. O, həmin gün saat təxminən 17-18 radələrində Zərərçəkmiş şəxs1 evindən oğurladığı 1 ədəd Samsung J3 markalı telefonu Mərkəzi Univermaqda satmaq istəsə də, həmin telefonun ekranı qırıq olduğu, ekranı baha olduğunu ona dedikləri üçün telefonu ondan heç kim almadığından həmin telefonu Ruzigar Qasımov küçəsində yerləşən zibil qutusuna atmışdır. Bundan başqa həmin evdən oğurladığı əşyalardan 1 ədəd televizor, 1 ədəd mikrodalğalı soba və 1 ədəd də elektriklə işləyən çörək sobası onun yaşadığı evdə əl damında olmuş, o, həmin əşyaları müştəri tapa bilmədiyinə görə sata bilməmişdir. O, satdığı əşyaları alan şəxslərə həmin əşyaların oğurluq olduğunu deməmişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində o, yaşadığı evdə heç kim olmayan vaxtı yaşadığı ünvan 4 ünvanının yerləşən evin arxasındakı, atasının Rusiya Federasiyasında yaşayan əmisi oğlu Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanındakı evə divardan aşmaq üsulu ilə daxil olmuşdur. O, daxil olduqdan sonra həmin evin həyətində olan 1 ədəd kustar üsulla hazırlanmış dəmir su qızdırıcısını, 2 ədəd çilçırağı, 1 ədəd su motorunu, 3 ədəd pəncərə çərçivəsini, 1 ədəd dəmir qaz sobasını və 1 ədəd plastik qapının pəncərəsini götürərək öz evinin həyətinə daşımışdır. O, sonradan yolun kənarına çıxaraq orada nəqliyyat vasitəsi axtarmış, qabağına çıxan tanımadığı motorelleri saxlatmış, yaşadığı evin qabağına gətirərək Zərərçəkmiş şəxs2 evindən oğurladığı əşyaların bir hissəsini götürüb yükləmişdir. Sonra o, Gəncə şəhər H.Əliyev prospekti ilə N.Rəfibəyli küçəsinin kəsişməsində yerləşən metal qəbulu məntəqəsinə gələrək götürdüyü əşyaları ümumilikdə 130 manata satmış, həmin əşyalardan evdə qalan hissəsini isə küçədən keçən metal yığan şəxslərə satmışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək barışdığını, himayəsində 1 azyaşlı uşağı olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 izahat verərək bildirmişdir ki, o, özünə məxsus ünvan 5 ünvanında yaşayır. xx.xx.2020-ci il tarixdə istirahət etmək məqsədi ilə o, Gəncə şəhərindən ailəsi ilə birlikdə Şəmkir rayonu Keçili kəndinə getmişdir. xx.xx.2020-ci il tarixdə o, yaşadığı evə gələn zaman naməlum şəxsin xx.xx.2020-ci il tarixdə gecə saat 01 radələrində yaşadığı evə daxil olaraq evin qonaq otağında olan 1 ədəd, 108 sm ekran ölçülü, 860 manat dəyərində Samsung markalı televizoru, evin mətbəxində olan 1 ədəd 300 manat dəyərində olan Samsug markalı mikrodalğalı sobanı, 1 ədəd 97 manat dəyərində olan çörək sobasını, 1 ədəd 10 litr həcmində olan 200 manat dəyərindəki samovarı, 1 ədəd 6 litr həcmində olan, elektrik ilə işləyən 100 manat dəyərindəki elektrik samovarını, 1 ədəd evin yataq otağında olan Samsung J3 markalı,385 manat dəyərində olan telefonu, 1 ədəd 110 manat dəyərində olan nikel çay dəstini, 1 ədəd Samsung markalı 400 manat dəyərində olan şirə çəkən maşını 4 ədəd ümumi dəyərləri 360 manat hər birinin dəyəri 90 manat olan “Belşina” markalı disk və təkərləri, 1 ədəd 50 manat dəyərində olan VAZ 2106 markalı avtomobilə aid buferi 5 ədəd hər birinin dəyəri 5 manat olan əl-üz məhrabaları,1 ədəd 30 manat dəyərində olan ədyalı, ümumi dəyərləri 40 manat olan yorğanı, döşək üzlərini, 3 ədəd hər birinin dəyəri 30 manat olan qazan dəstlərini oğurladığını görmüşdür. O, həmin əşyaların oğurlandığını gördükdən sonra evdə heç bir yerə əl vurmayaraq dərhal Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə müraciət etmiş, bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmiş, hadisə yeri müayinə olunduqdan sonra onun ərizə və izahatı alınmış, baş vermiş hadisə zamanı ona ümumilikdə 2952 manat maddi ziyan dəymişdir. Sonda o, ərizə verərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, sonuncuya qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən sonuncuya yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Calalədin oğlu onun əmisi nəvəsidir. ünvan 7 ünvanında yerləşən ev ona məxsusdur və o, Gəncə şəhərində olan zaman həmin evdə yaşamışdır. Təqsirləndirilən şəxs ona məxsus evdən 1 ədəd 400 manat dəyərində olan kustar üsulla hazırlanmış dəmir su qızdırıcısını, 3 ədəd hər birinin dəyəri 80 manat olan plastik pəncərələri, 1 ədəd 50 manat dəyərində olan dəmir qaz sobasını, hər birinin dəyəri 50 manat olan 2 ədədə çilçırağı, 1 ədəd 250 manat dəyərində olan plastik qapının çərçivəsini, 1 ədəd 50 manat dəyərində olan Aqidel markalı su nasosunu ğurlaması barədə ona Rövşənin atası, əmisi oğlu Şahid2 məlumat vermişdir. Ümumilikdə ona dəymiş 1090 manat ziyan ödənilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 оğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun əmisidir. X12 rayonuna gedən zaman ona evə baş çəkməyini demişdir. O, oktyabr ayının ortalarında əmisinə məxsus olan ünvan 2 ünvanına gedərək baş çəkmişdir. xx.xx.2020-ci il tarixdə o, həmin evə gedib baş çəkən zaman oradan oğurluq olduğunu görmüş, dərhal əmisinə zəng edərək bu barədə məlumat vermiş, daha sonra isə DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 оğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 qonşusu, Zərərçəkmiş şəxs2 isə əmisi oğludur. Zərərçəkmiş şəxs2 hal-hazırda X2- Peterburq şəhərində yaşayır, sonuncu Rusiya Federasiyasına gedən zaman özünə məxsus olan Gəncə şəhər R.Qasımov küçəsində yerləşən evini ona etibar edib getmişdir. Həmin evin açarı onda olmuş, o, açarı özündə saxlayıb həmin evə baş çəkmiş, evdən oğurluq olub-olmadığına baxmışdır. Təqsirləndirilən şəxs yaşadıqları evdən də oğurluqlar etdiyi üçün o, Rövşənə həmin evə daxil olmaması barədə xəbərdarlıq etmişdir. O, sonuncu dəfə xx.xx.2020-ci il tarixdə gündüz vaxtlarında həmin evə baş çəkən zaman evdə olan bütün əşyaların yerində olduğunu görmüş, xx.xx.2020-ci il tarixdə səhər saatlarında yenidən həmin evə getmiş, həmin evə gedən zaman evdən oğurluq olduğunu görmüşdür. O, evə baxış keçirən zaman naməlum şəxsin evə qanunusuz olaraq daxil olaraq evin həyətində olan 1 ədəd 400 manat dəyərində olan kustar üsulla hazırlanmış dəmir su qızdırıcısını, 3 ədəd hər birinin dəyəri 80 manat olan plastik pəncərənin açılıb-bağılanan hissəsini, 50 manat dəyərində olan dəmir istilik qaz sobasını, hər birinin dəyəri 50 manat olan 2 ədəd çilçırağı, 1 ədəd 250 manat dəyərində olan plastik qapının çərçivəsini, 1 ədəd 70 manat dəyərində olan Aqidel su nasosunu oğurladığını aşkar etmişdir. O, həmin oğurluq hadisəsinin Rövşən tərəfindən edildiyindən şübhələnmiş, bu səbəbdən də Rövşən yaşadığı evə gələn zaman oğurluğu onun edib-etmədiyini soruşmuş, sonuncu ona oğurluğu etdiyini etiraf etmişdir. O, sonradan zərəçəkmiş şəxslərə dəymiş ziyanı ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs1 evindən oğurluq hadisəsi ünvan 9 ünvanında baş vermiş və zərərçəkmiş şəxs oğurlanmış əşyaların yerini özü təqdim etmişdir. - xx.xx.2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan, xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2020-ci il tarixdə azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - xx.xx.2020-ci il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd Samsung markalı, 108 sm ekran ölçülü televizor, 1 ədəd Samsung markalı mikrodalğalı soba və 1 ədəd Atek markalı çörək sobası Gəncə ŞBPİ-nin İTİ-nin müstəntiqi Elşən Məmmədov tərəfindən hal şahidləri X6 və X3 iştirakı ilə götürülmüş, baxış zamanı həmin əşyaların istifadəyə yararlı olduğu müəyyən edilmiş, qablaşdırılaraq möhürlənmişdir. - xx.xx.2020-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, ünvan 7 ünvanında yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X1 evindən oğurluq hadisəsi ünvan 10 ünvanında baş vermiş və Şahid2 oğlu Təqsirləndirilən şəxs oğurladığı əşyaların yerini özü təqdim etmişdir. - xx.xx.2020-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə xx.xx.2020-ci il tarixdə başlanılmış ********* nömrəli cinayət işi həmin Məcəllənin 177.2.2 və 177.2.3-cü maddlərinə tövsif edilmişdir. - xx.xx.2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb olunmaqla yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddləri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə ittiham elan edilmişdir. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, ünvan 11 ünvanında yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - “xxxx” MMC-nin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 540 nömrəli rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli qərarda sadalanan 10 adda istifadəyə yararlı əmlakın işlənmə dərəcəsi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə orta bazar qiymətilə ümumi dəyəri 1679 manat müəyyən olunur (Samsung markalı 108 ekran ölçülü 43 dyum televizor-496 manat, Samsung markalı mikrodalğalı soba-126 manat, 10 litr həcmində kömür samovar-195 manat, 6 litr tutumlu elektrik samovarı- 80 manat, “Atek” markal çörək sobası- 97 manat, Samsung J3 markalı telefon-195 manat, Samsung markalı şirə çəkən maşın - 50 manat, Nikel çay dəsti -110 manat, “Belşina” markalı disk və təkər işlənmiş 1 dəst 4 ədəd-ümumi dəyərləri 280 manat, VAZ 2106 markalı avtomobilin arxa buferi-50 manat). - nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 xx.xx.2016-cı il tarixdə rəsmi niakaha daxil olmuşlar. - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü X5 adlı 1 azyaşlı uşağı vardır. - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 4(044)-157/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay 21 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmışdır. - Zərərçəkmiş şəxs2 tərəfindən Rusiya Federasiyası, Sankt-Peterburq şəhərindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs atası ona dəyən ziyanı tam ödəmişdir, o, təqsirləndirilən şəxsi bağışlayır və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi notarial ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. - 022835 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası Şahid2 müharibə veteranıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 1 azyaşlı uşağının olmasını, atasının müharibə veteranı olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasının yuxarı həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün, həmçinin xx.xx.2020-ci il tarixdən həbsdə saxlanıldığı 03 ay 29 gün olmaqla, cəmi 04 ay 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutların – 1 ədəd Samsung markalı televizorun, 1 ədəd Samsung markalı mikrodalğalı sobanın və 1 ədəd Atek markalı çörək sobaşının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC Gənclik Mall filialı; Kod 201025; VÖEN **********; SWİFT kod AİİBAZ2X; M/h AZ37NABZ********************; VÖEN **********; Hesab AZ53AİİB********************) köçürülməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 ay 01 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 08 ay 02 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübutların – 1 ədəd Samsung markalı televizorun, 1 ədəd Samsung markalı mikrodalğalı sobanın və 1 ədəd Atek markalı çörək sobaşının sahibi Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC Gənclik Mall filialı; Kod 201025; VÖEN **********; SWİFT kod AİİBAZ2X; M/h AZ37NABZ********************; VÖEN **********; Hesab AZ53AİİB********************) köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar