Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-73/2022 26.01.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1988-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2021-ci il tarixli hökmünə əsasən CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasını məhkum olunmuş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Qazax Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirləndirilərək Qazax Rayon Məhkəməsinin 22 noyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlandığı müddətdə yenidən qəsdən cinayət törədərək Nazirlər Kabinetinin 26 fevral 2014-cü il tarixli, 63 saylı qərarı ilə təsdiq edilmiş “İstintaq təcridxanalarının X2” ilə qadağan olunmuş təmiz çəkisi 0,082 qram kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və 26 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində təcridxananın əməkdaşları tərəfindən üzərinə baxış keçirilən zaman əynindəki şalvarının sağ cibində səpələnmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, onun barəsində Qazax Rayon Prokurorluğunda AR CM-nin 120.1-ci maddəsi ilə olan cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. İstintaq müddətində Qazax Rayon Məhkəməsinin 22 noyabr 2020-ci il tarixli, 4(023)-29/2020 saylı qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və 25 noyabr 2020-ci il tarixdən PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılmışdır. İstintaq Təcridxanasında olarkən oranın əməkdaşları və ya digər saxlanılan şəxsləri tərəfindən fiziki və ya mənəvi təzyiqlərə məruz qalmamış, 19 fevral 2021-ci il tarixdə Qazax RPŞ-nin MSY-nə keçirilmiş və 26 fevral 2021-ci il tarixdə Qazax RPŞ-nin MYS-nin əməkdaşları tərəfindən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına geri gətirilmişdir. Həmin gün təxminən saat 18:00 radələrində təcridxananın əməkdaşları tərəfindən axtarış baxış otağında üzərinə və əşyalarına axtarış keçirilən zaman əynindəki şalvarın sağ cibin üzərində yerləşən kiçik cibində səpələnmiş vəziyyətdə ağ rəngli kristal şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüş, daha sonra İstintaq Təcridxanasının əməkdaşları tərəfindən onun və hal şahidlərinin iştirakı ilə müvafiq protokol tərtib edilmiş və o, da protokolu imzalamışdır. Aşkar olunmuş narkotik vasitə xüsusi zərfdə qablaşdırılaraq möhürlənmiş, o, həbs olunana qədər ara sıra narkotik vasitələrdən istifadə etmiş, lakin ondan aşkar olunaraq götürülmüş maddənin şalvarının cibində olduğundan xəbəri olmamışdır. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının nəzarətçisi Şahid1 ifadəsində göstərmişdir ki, 26 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Qazax RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilmiş, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində Qazax Rayon Məhkəməsinin 22 noyabr 2020-ci il tarixli, 4(023)-29/2020 saylı qərarı ilə dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs üzərində axtarış aparılan zaman əynindəki şalvarın sağ cibinin üzərində yerləşən kiçik cibində səpələnmiş vəziyyətdə ağ rəngli, kristal şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Qadağan edilmiş maddənin aşkar olunması ilə əlaqədar əməkdaşların və hal şahidlərinin, həmçinin Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edilmiş, aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq protokola əlavə edilmişdir. Protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları Şahid3, Şahid4, Şahid5 digər Şahid1 ilə eyni məzmunda ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində 26 fevral 2021-ci il tarixdə, saat 18:00 radələrində təcridxanada həbsdə saxlanan Təqsirləndirilən şəxs üzərində keçirilən axtarış-baxış tədbirləri zamanı onun əynindəki şalvarının sağ cibinin üzərində yerləşən kiçik cibində səpələnmiş vəziyyətdə ağ rəngli, kristal şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürüldüyünü gördüyünü, təcridxana əməkdaşları onun iştirakı ilə protokol tərtib edərək аşkаr еdilmiş narkotik maddəyə bənzər kütləni qablaşdırılаrаq protokola əlavə etdiklərini, protokolla bütün iştirakçılar tanış olaraq imzаlаrı ilə təsdiqlədiklərini göstərmişdir. İbtidai istintaqı zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İstintaq təcridxanasının komendantı Şahid2 digər Şahid6 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş: - 26.02.2021-ci il tarixli protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməkdaşları Şahid4, Şahid5, Şahid3, Şahid1, hal şahidləri Şahid2 və Şahid6, iştirakları ilə, 26 fevral 2021-ci il tarixdə saat 18:00 radələrində Qazax RPŞ-nin MSY-nin əməkdaşları tərəfindən təcridxanaya təhvil verilmiş, 1988-ci il təvəllüdlü Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs axtarış otağında üzərində axtarış aparılan zaman əynindəki şalvarının sağ cibinin üzərində yerləşən kiçik cibində səpələnmiş vəziyyətdə ağ rəngli, kristal şəkilli narkotik maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. - Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01.03.2021-ci il tarixli, 16/190 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, təqdidata təqdim edilmiş, üzərində “Həbs edilmiş şəxs Təqsirləndirilən şəxs” sözləri və imzalar olan kağız paketdəki, 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 0,082 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir.Metamfetamin təmiz çəkisi 0,082 qram, tədqiqata sərf edilmiş 0,01 qram, qalıq 0,072 qram. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin 20.10.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2,177.2.2 66.3, 69.4 maddələri ilə təqsirli bilinib, 1500 manat cərimə cəzasına məhkum edilmiş, Qazax Rayon Məhkəməsinin 03.10.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.12-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay azadlığın məhdudlaşdırması cəzasına məhkum edilmiş, Qazax Rayon Məhkəməsinin 04.02.2020-ci il tarixli qərarı ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 02.05.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Qazax Rayon Məhkəməsinin 20.11.2020-ci il tarixli qərarı ilə CM-nin 120.1-ci maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, 03.03.2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-180/2021 saylı, 14.06.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinib 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzanın əvvəlinin 20.11.2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-180/2021 saylı, 14 iyun 2021-ci il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş cəza hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla, təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli, cəzasını həmin hökmlə müəyyən olunmuş ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli həmin hökmlə təyin olunmuş qəti cəzanın başlandığı 20.11.2020-ci il tarixdən hesablanmalıdır. Çünki Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş üzrə maddi sübutlar: Bakı şəhəri Yasamal rayon Polis idarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi2 məhkum Təqsirləndirilən şəxs məhkəmədə 8 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-180/2021 saylı, 14 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 10 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 10 (on) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20.11.2020-ci il tarixdən hesablansın və onun həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübutlar: Bakı şəhəri Yasamal rayon Polis idarəsində saxlanılan psixotrop maddənin ekspertizadan sonrakı qalığı – 0,072 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatının dəyəri olan 30 (otuz) manat 40 (qırx) qəpik pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 48 (qırx səkkiz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-73/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-73/2022
26.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver