Məhkəmə qərarları › İş №1(044)-74/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-74/2021

10.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-74/2021 10.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Adil oğlunun, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Samux rayonunun Əhmədbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli,subay, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3,177.2.4, 67.1 və 68.2-ci maddələri ilə təqsirli bilinərək 3(üç) il 06(altı)ay müddətinə azadlıqdan məhrum edilmiş, məhkum olunana kimi Gəncə şəhəri, Ə.Ziyatay küçəsi,ev 27-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, xx.xx.2020-ci ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: məhkumlara istifadəsi və saxlanması qadağan olunan əşya sayılan işlək vəziyyətdə, istifadə üçün yararlı, daxilində iki ədəd GSM danışıq kartları olan bir ədəd “Nokia” markalı “Mini Phone” modelli, “**********92344,**********92344” imei kodlu mobil telefonu əldə edərək özündə saxlamış,gəzdirmiş, daşımış və xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində İstintaq təcridxanasının əməkdaşları tərəfindən rentgen otağında müayinə keçirilən zaman onun düz bağırsağında gizlətmiş olduğu həmin mobil telefon aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əvvəllər törətdiyi cinayət əməlinə görə təqsirləndirilərək Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmış və 2020-ci ilin iyul ayının 21-də Gəncə şəhəri Baş Polis İdarəsinin X4 saxlanıldığı zaman aşkar olunaraq götürülmüş özünə məxsus mobil telefonu düz bağırsağına yerləşdirməklə həbsdə saxlanıldığı 2 saylı İstintaq Təcridxanasına gətirərək istifadə etdiyini və xx xxxxxx 2020-ci il tarixdə həmin təcridxananın rentgen otağında rentgen müayinəsindən keçərkən əməkdaşlar tərəfindən mobil telefon aşkar ediləərk götürülmüşdür. Odur ki, məhkəmədən təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o Pentensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının əməliyyat bölməsinin əməliyyatçısı vəzifəsində işləyir. 2 saylı İstintaq təcridxanasının 1-ci rejim korpusunun 18 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs tərəfindən mobil telefon saxlayaraq ondan mütəmadi olaraq istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində təcridxananın rentgen otağında onun bədəninə keçirilən rentgen müayinəsi zamanı Ruhinin düz bağırsağında mobil telefonu gizlətdiyini görüb şübhələndikləri üçün həmin əşya onun düz bağırsağından çıxarılmışdır. Məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya olan, daxilində 2 ədəd GSM kartı olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının Rejim-nəzarət şöbəsinin rəisi vəzifəsində işləyir. 2 saylı İstintaq təcridxanasının 1-ci rejim korpusunun 18 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs tərəfindən mobil telefon saxlayaraq ondan mütəmadi olaraq istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində təcridxananın rentgen otağında onun bədəninə keçirilən rentgen müayinəsi zamanı Ruhinin düz bağırsağında mobil telefonu gizlətdiyini görüb şübhələndikləri üçün həmin əşya onun düz bağırsağından çıxarılmışdır. Məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya olan, daxilində 2 ədəd GSM kartı olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid oğlu ifadəsində göstərdi ki, o o Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasının Əməliyyat Bölməsinə inspektor vəzifəsində işləyir. 2 saylı İstintaq təcridxanasının 1-ci rejim korpusunun 18 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs tərəfindən mobil telefon saxlayaraq ondan mütəmadi olaraq istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində təcridxananın rentgen otağında onun bədəninə keçirilən rentgen müayinəsi zamanı Ruhinin düz bağırsağında mobil telefonu gizlətdiyini görüb şübhələndikləri üçün həmin əşya onun düz bağırsağından çıxarılmışdır. Məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya olan, daxilində 2 ədəd GSM kartı olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, o 2 saylı İstintaq Təcridxanasında bağban işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 13:00 radələrində 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 18 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçiriləcək axtarışbaxış tədbirində hal şahidi qismində iştirak etmək üçün dəvət olunmuş, təcridxananın rentgen otağında Ruhinin bədəninə keçirilən rentgen müayinəsi zamanı Ruhinin düz bağırsağında mobil telefonu gizlətdiyini görüb şübhələndikləri üçün həmin əşya onun düz bağırsağından çıxarılmışdır. Əşyaya baxış keçirilərkən məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya olan, yəni daxilində 2 ədəd GSM kartı olan “Nokia” markalı mobil telefon aşkar edilərək götürülmüşdür.Bu zaman Təqsirləndirilən şəxs götürülmüş mobil telefonun özünə məxsus olmasını etiraf etmişdir . Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan kompyutertexniki ekspertizasının xx.xx.2020-ci il tarixli 5/664 №-li nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokıa” markalı, “Mini Phone” modelli, “**********92344,**********92344” imei kodlu mobil telefon olmaqla, qabaq üz hissəsində “Nokia” sözünün yazılması müəyyənləşdirilərək yuxarı hissəsi ekrandan, eşitmə mikrofonundan, aşağı tərəfi isə müvafiq düymələrdən, ötürmə mikrofonundan təşkil olunmuşdur. Mobil telefon hər hansı bir nömrələrdən zəngləri qəbul etmək, hər hansı bir nömrələrə zəng etmək, hər hansı bir mesajı qəbul etmək, göndərmək kimi əsas xüsusiyyətlərə, digər müvafiq köməkçi və əlavə xüsusiyyətlərə malik olmaqla, işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx xxxxxx 2020-ci il tarixdə, saat 11:00 radələrində Penitensiar Xidmətin 2 saylı İstintaq idarəsinin əməkdaşları tərəfindən həmin təcridxananın 1-ci rejim korpusunun 18 saylı kamerasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs tərəfindən mobil telefon saxlayaraq ondan mütəmadi olaraq istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində təcridxananın rentgen otağında onun bədəninə keçirilən rentgen müayinəsi zamanı Ruhinin düz bağırsağında mobil telefonu gizlətdiyini görüb şübhələndikləri üçün həmin əşyanı onun düz bağırsağından çıxartdıraraq baxış keçirərkən bunun məhkumlara istifadəsi və saxlanması qadağan olunmuş əşya hesab edilən “Nokia” markalı mobil telefon olması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə 03 il 6 ay müddətə azadlıqdan məhrum etmə və 400 manat cərimə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və cinayət işinin materiallarında olan 5 saylı Cəzaçəkmə müəssisəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş 400 manat məbləğində cərimə cəzasından heç bir ödəniş etməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Məmmədov X2 Xidmətin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşya olan «Nokıa» markalı mobil telefon aparatını əldə edərək özündə saxlamış,gəzdirmiş və daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması özünün etiraf edici ifadəsi, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs “Cəzaçəkmə müəssisələrinin X5" ilə Məhkumlara istifadəsi və saxlanması qadağan olunan əşya sayılan işlək vəziyyətdə olub istifadə üçün yararlı olan, daxilində iki ədəd GSM danışıq kartları olan bir ədəd “Nokia” markalı “Mini Phone” modelli, “**********92344,**********92344” imei kodlu mobil telefonu əldə edərək özündə saxlamış,gəzdirmiş, daşımış və xx.xx.2020-ci il tarixdə saat 11:00 radələrində əməkdaşlar tərəfindən təcridxananın rentgen otağında müayinə keçirilən zaman onun düz bağırsağında gizlətmiş olduğu həmin mobil telefon aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 317-2.1–ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər törətdiyi cinayət əməlinə görə təqsirləndirilərək Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmış və 2020-ci ilin iyul ayının 21-də Gəncə şəhəri Baş Polis İdarəsinin X4 saxlanıldığı zaman özünə məxsus mobil telefonu düz bağırsağına yerləşdirməklə həbsdə saxlanıldığı 2 saylı İstintaq Təcridxanasına gətirərək istifadə etdiyini və xx xxxxxx 2020-ci il tarixdə həmin təcridxananın rentgen otağında rentgen müayinəsindən keçərkən əməkdaşlar tərəfindən mobil telefonun aşkar edərək götürüldüyünü və fakt qarşısında qalaraq mobil telefonun özünə məxsus olmasını etiraf etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş Cəzaçəkmə müəssisələrinin X3 5-ci əlavəsinin davamında cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunmuş əşyaların siyahısında mobil telefonun da həmin əşyalara aid edilməsi təsbit edilmişdir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən cinayətdə təqsiri müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükəli törətməyən cinayət olmaqla, idarəetmə qaydaları əleyhinə olan cinayətlər ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59–cu maddəsində göstərilən yüngülləşdirci hallar müəyyən edilmədi. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1ci maddəsinə əsasən təyin edilmiş cəzalar tam birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı cəzası Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin olunmuş 400 manat məbləğində cərimə cəzası ilə tamamilə birləşdirilməklə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən 400 manat məbləğində cərimə cəzası müstəqil icra olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxs barəsində hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməli olmasıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün elan edildiyi vaxtdan, yəni xx xxxx 2021-ci ildən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1–ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17 və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan “xxxx”MMC-yə aid olan iki ədəd GSM danışıq kartları və “Nokia”markalı “Mini Phone”modelli “**********92344, **********92344” imei kodlu telefon dövlət nəfinə alınmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının xərci 59 manat 94 qəpik (əlli doqquz manat doxsan dörd qəpik) təşkil etmişdir ki, həmin məbləğdə pul təqsirləndirilən şəxsin üzərinə qoyulmalı və ondan tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfi hesab edilir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli hökmü ilə təyin olunmuş 400 manat məbləğində cərimə cəzası ilə tamamilə birləşdirilməklə qəti olaraq üzərində 4 (ay) müddətinə azadlıqdan məhrum etmə cəzası və 400(dörd yüz)manat cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli hazırki hökmün elan edildiyi vaxtdan, yəni xx xxxx 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında olan “Nokia”markalı “Mini Phone”modelli “**********92344,**********92344” imei kodlu telefon hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınsın. İş üzrə 59 manat 94 qəpik (əlli doqquz manat doxsan dörd qəpik)məbləğində ekspertiza xərci olan məhkəmə məsrəfinin ödənilməsi vəzifəsi təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs üzərinə qoyulsun və həmin məhkəmə məsrəfi ondan tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 48(qırx səkkiz) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar