Məhkəmə qərarları › İş №1(044)-74/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-74/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-74/2022 11.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, digər zərərçəkmiş şəxsin hüquqi varisi X1, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1982-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASC-nin Göygöl Rayon Şöbəsində elektrik quraşdırıcısı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Nizami rayonu, Totanlı küçəsi, ev 101-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, 28.08.2021-ci il tarixdə, saat 01 radələrində sürücülük hüququ olmaqla Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 18.07.2021-ci il tarixli, ƏN-V 654180 nömrəli “nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamə əsasında ayıq vəziyyətdə idarə etdiyi Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21124” minik markalı, **-SU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Gəncə şəhəri, P.Səmədov küçəsi ilə, həmin küçənin C.Cabbarlı küçəsi ilə kəsişməsi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən, nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda qeyd edilən tələbə əməl etməyib avtomobili hərəkətin təhlükəsizliyini təmin edə bilməyəcəyi 70 km/saat sürətlə idarə etməklə, habelə həmin Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə əsasən, gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda həmin vaxt qarşıdan əks istiqamətdən hərəkətdə olan, istintaq zamanı markasını, dövlət qeydiyyat nişanını və sürücüsünü müəyyən etmək mümkün olmamış avtomobilin uzaqvuran işıqlarından gözlərinin qamaşması nəticəsində yolu tam görə bilməməsinə baxmayaraq, həmin tələblərə əməl etməyib qəza işıq siqnalını qoşmadan və hərəkət sürətini azaltmadan avtomobilin hərəkətini davam etdirməklə həmin vaxt qeyd edilən kəsişmədə yolu soldan sağa keçən piyada Zərərçəkmiş şəxs2 ehtiyyatsızlıqdan vurmuş və ehtiyyatsızlıq nəticəsində Zərərçəkmiş şəxs2 sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilməyən qapalı kəllə-beyin travması, alt çənədə, döş qəfəsinin ön, sağ saidin orta 1/3-nin bayır, aşağı 1/3-nin arxa-iç, sol dirsək oynağının iç, sağ diz oynağının ön, sol diz oynağının ön və sol baldırın orta 1/3-nin ön səthlərində sıyrıqları, geniş sahəli dərialtı emfizema xəsarətləri, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən sağ gözətrafı nahiyədə dərialtı hematoma, qaşarası nahiyədə, burun belində, üst dodağın sol yarısında, alt dodağın selikli səthində, sağ dirsək oynağının bayır səthində əzilmiş-cırılmış yaraları, sağlamlığın uzun müddətə pozulmasına səbəb olmaqla sağlamlığa az ağır zərərvurmaya aid edilən alın sümüyünün xarici səhifəsinin xətti, burun sümüklərinin, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların çoxsaylı yerini dəyişən sınıqları, yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnib sağlamlığa ağır zərərvurmaya aid edilən baş beynin əzilməsi, sağ ənsə payına qansızma, ikitərəfli qapalı hemopnevmotoraks, hər iki ağciyərin, qaraciyərin, dalağın cırılmış yaraları xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs2 almış olduğu həmin xəsarətlərlə əlaqədar travmatikhemorragik şok nəticəsində ehtiyyatsızlıqdan ölümünə səbəb olan, həmçinin idarə etdiyi “VAZ 21124” minik markalı, **-SU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil zədələməklə həmin avtomobilin sahibi Zərərçəkmiş şəxs1 460 manat maddi ziyan vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, "xxxx" ASC-nin Göygöl rayon şöbəsində elektrik quraşdırıcısı vəzifəsində çalışır. Himayəsində iki azyaşlı uşağı var. İş yerindən aldığı əməkhaqqı ailəsini saxlamağa kifayət etmədiyinə görə tanışı Zərərçəkmiş şəxs1 məxsus VAZ 21124 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilini kreditlə alıb taksi fəaliyyəti göstərir. 28.08.2021-ci il tarixdən 29.08.2021-ci il tarixə keçən zaman saat 00:30 radələrində idarə etdiyi VAZ 21124 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri ərazisində taksi fəaliyyəti ilə məşğul olarkən müştəridən sifariş qəbul edib onu götürməyə gedən vaxt Gəncə şəhəri, P.Səmədov küçəsi ilə həmin küçənin C.Cabbarlı küçəsi ilə kəsişməsi istiqamətində saatda təxminən 70 km sürətlə hərəkətdə olarkən bir qədər aralıdan qeyd olunan küçələrin kəsişməsindəki yolayrıcında işıqforun yaşıl işığının yandığını görüb sürətini azaltmadan yoluna davam etmişdir. Yolayrıcına daxil olmağa bir neçə metr məsafə qalmış qarşıdan əks istiqamətdə hərəkətdə olan markasına və qeydiyyat nişanına diqqət etmədiyi avtomobilin uzaqvuran işıqları gözünü qamaşdırdığından yolu görə bilməmişdir. Lakin bununla belə hərəkət sürətini azaltmadan yolayrıcına daxil olmuşdur. Həmin an 1-2 metr məsafəsində yaşlı bir kişinin yolu soldan sağa keçməkdə və artıq yolayrıcının ortasında olduğunu görmüş, məsafə yaxın olduğundan tormozlama edə bilmədən sadəcə sükanı azca sola doğru çəkmiş, lakin idarə etdiyi avtomobillə həmin piyadanı vurmuşdur. Belə ki, piyadanın qurşaqdan yuxarı hissəsi və baş nahiyəsi avtomobilimin motorxanasının üst hissəsinə və avtomobilin ön alın şüşəsinə dəymiş, elə həmin an da piyada yerə yıxılmışdır. Hadisə nəticəsində avtomobilin ön şüşəsi sınmış, qabaq dəmir hissəsi isə əzilmişdir. O tez avtomobili dayandırıb həmin şəxsə yaxınlaşmış və avtomobilinə əyləşdirib X3 aparmışdır. Ancaq bir qədər sonra həmin şəxs qəzada aldığı xəsarətlərdən orada vəfat etmişdir. Yolayrıcına daxil olmazdan əvvəl qarşıdan gələn avtomobilin işıqlarının gözünü qamaşdırması və həmin vaxt yolu görməməsi, bununla belə sürətini azaltmadan yolayrıcına daxil olması hadisənin baş verməsinə səbəb olmuşdur. Onun üçün təhlükə qarşıdan gələn avtomobilin işıqlarının gözünü qamaşdırdığı və yolu tam görə bilmədiyi andan, yəni yolayrıcının girişindən təxminən 74.6-87 metr məsafədən yaranmış, həmin piyadanın yolu keçməkdə olduğunu, daha dəqiq elə piyadanın özünü isə 2 metr məsafədən görmüşdür. Lakin həmin an məsafə qısa olduğundan tormozlama edə bilməmişdir. Vurulan piyada yaşlı bir şəxs olduğundan yolu çox asta keçirmiş. Hadisə vaxtı avtomobildə tək imiş, avtomobili texniki cəhətdən saz olmuş, üzərində və içərisində yük olmamış, özü isə ayıq vəziyyətdə olmuşdur. Sonda Təqsirləndirilən şəxs Mehdiyev törətmiş olduğu hadisə ilə əlaqədar səmimi peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə edərək vurmuş olduğu maddi ziyanı ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, himayəsində 2 azyaşlı uşağı olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu, ilk dəfə cinayət əməli törətdiyini bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirmişdir ki, VAZ 21124 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur, onun mülkiyyətindədir. Həmin avtomobili qonşuluqda yaşayan Mehdiyev Təqsirləndirilən şəxs kreditlə satmış və sonuncuya avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. 29.08.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Mehdiyev həmin avtomobillə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilinə 460 manat maddi ziyan vurmuşdur. Belə ki, həmin avtomobilin ön şüşəsi, sağ yan güzgüsü, ön işıq lampası, sol qənədi və kapotu əzilmişdir. Avtomobil hazırda onun özündədir. Bundan başqa o, Təqsirləndirilən şəxsla aralarında olan şifahi kredit müqaviləsinə görə ödədiyi pulları geri qaytarmış və avtomobili Təqsirləndirilən şəxs geri almışdır. Həmin hadisə ilə bağlı maddi ziyan onun özünə dəymişdir. Avtomobilinin zədələnmiş hissələrini yeniləri ilə əvəz etdirmiş, həmçinin təmirə pul xərcləmişdir. Sonda zərərçəkmiş Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın Təqsirləndirilən şəxs Mehdiyev tərəfindən tamamilə ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını bildirərək, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 ona dəymiş ziyanın tamamilə ödənildiyinə və təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs2 onun doğma qardaşıdır. Belə ki, mərhum qardaşı Zərərçəkmiş şəxs2 Gəncə şəhəri, C.Cabbarlı küçəsi, ev 29-da tək yaşamışdır. Ələddinin arvadı 3-4 əvvəl vəfat etmiş, oğlu isə uzun illərdir Rusiya Federasiyasında yaşayır. Mərhum qardaşı Ələddin əvvəllər Gəncə şəhərində Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi-Tədqiqat İnstitutunda elmi işçi vəzifəsində çalışmış, sonradan isə təqaüdə çıxmışdır. 29.08.2021-ci il tarixdə, saat 01 radələrində bir nəfər tanımadığı şəxs onun mobil nömrəsinə zəng edərək yolu keçmək istəyərkən qardaşı Ələddini avtomobilin vurduğunu və X5 Xəstəxanasına apardığını bildirmiş, o da dərhal oğlu ilə birlikdə evdən çıxıb həmin xəstəxanaya getmişdir. Oraya çatdıqda məlum olmuşdur ki, mərhum qardaşı Ələddin gecə saatlarında evdən çıxıb idman etmək üçün “Xan Bağı” adlanan istirahət parkına gedən zaman avtomobil vurması nəticəsində ağır dərəcəli bədən xəsarətləri aldığına görə xəstəxanada vəfat etmişdir. Hadisənin şahidi olmamış, hadisə baş verəndə evdə olmuşdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 ona dəymiş ziyanın tamamilə ödənildiyinə, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs ilə barışdığına və sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da və tutduğu vəzifədə çalışır, polis baş serjantı xüsusi rütbəsini daşıyır. 29.08.2021-ci il tarixdə, saat 09-10 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş şifahi müraciətə əsasən, Gəncə şəhəri, C.Cabbarlı küçəsi ilə P.Səmədov küçəsinin kəsişməsinə gəlmiş və orada müstəntiqin, Mehdiyev Təqsirləndirilən şəxs adında şəxsin, eləcə də hal şahidlərinin iştirakları ilə hadisə yerinin baxışında iştirak etmişdir. Həmin vaxt məlum olmuşdur ki, Mehdiyev Təqsirləndirilən şəxs 29.08.2021-ci il tarixdə, gecə saatlarında həmin yerdə idarə etdiyi VAZ 21124 markalı, **- SU-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin vaxt yolu keçməkdə olan piyada – 1943cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 vurmuş, vurduqdan sonra idarə etdiyi avtomobilinə qoyub X5 Xəstəxanasına aparmış, lakin piyada orada ölmüşdür. Hadisə yerinə baxış zamanı isə Təqsirləndirilən şəxs Mehdiyev hadisə vaxtı özünün gəldiyi istiqaməti, piyadanın yolu hansı səmtə keçdiyini, piyadanı vurduğu yeri və əhəmiyyət kəsb edən digər yerləri göstərmiş, fotoşəkillər çəkilmiş, hadisə yeri ölçülmüş, sonda protokol tərtib olunmuşdur ki, həmin protokola imza etmişdir. Lakin o, hadisənin şahidi olmamış, həmin yol nəqliyyat hadisəsi ilə bağlı DYPŞ-yə sonradan məlumat daxil olduğu üçün qeyd edilən xəstəxanaya getməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 29.08.2021-ci il tarixli protokoldan və foto şəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri P. Səmədov küçəsi ilə C. Cabbarlı küçəsinin kəsişməsindəki yolayırıcında baş vermişdir. - “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 29.08.2021-ci il tarixli, 1191/2021 nömrəli aktdan görünür ki, sürücü Mehdiyev Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. - məhkəmə tibbi ekspertizasının 29.08.2021-ci il tarixli 52 saylı rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs2 bədəni üzərində olan xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin əzilməsi, sağ ənsə payına qansızma, alın sümüyünün xarici səhifəsinin xətti, burun sümüklərinin, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların çoxsaylı, yerini dəyişən, sınıqları, iki tərəfli qapalı hemopnevmotoroks, hər iki ağ ciyərin, qara ciyərin, dalağın cırılmış yaraları, geniş sahəli dərialtı emfizema, sağ gözətrafı nahiyyədə dərialtı hematoma, qaşarası nahiyyədə, burun belndə, üst dodağın sol yarısında, alt dodağın selikli səthində, sağ dirsək oynağının bayır səthində əzilmiş-cırılmış yaralar, alt çənədə, döş qəfəsnin ön, sağ sadin orta 1/3-nin bayır, aşağı 1/3 arxa-iş, sol dirsək oynağının iç, sağ diz oynağının ön, sol diz oynağının ön və sol baldırın orta 1/3-nin ön səthlərində sıyrıqlar vardır. Qeyd olunan xəsarətlər həyatidir, küt mexaniizmdən, bərk küt əşyanın təsirindən, mərhumun ölümündən az əvvəl, qərarın təsviri hssəsində göstərilən vaxtda, yəni 29.08.2021-ci il tarixdə törənməyə uyğundur. Baş beynin əzilməsi, sağ ənsə payına qansızma, iki tərəfli qapalı hemopnevmotorok, hər iki ağ ciyərin, qara ciyərin, dalağın cırılmış yaraları yetirilən anda həyat üçün təhlükəli olmaqla ölümlə nəticələnən AĞİR, alın sümüyünün xarci səhifəsini xətti, burun sümüklərinin, sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X,Xİ, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların çoxsaylı, yerini dəyişən, sınıqları canlı şəxslərdə sağlamlığı uzun müddətdə pozulmasına səbəb olan AZ AĞİR, sağ gözətrafı nahiyyədə dərialtı hematoma, qaşarası nahiyyədə, burun belində, üst dodağın sol yarısında, alt dodağın selikli səthində, sağ dirsək oynağının bayır səthində olan əzilmiş-cırılmış yaralar sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zəzər vurmaya aiddirlər, digər xəsarətlər isə sağlamlığın pozulmasına səbəb olmadığından dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi müayinsə zamanı bədənində olan xəsarətlərin yerləşmə nahiyyələrinə və xarakterlərinə görə onlardan bəziləri hərəkətdə olan avtomobilin hissələrinin, digərləri (sağ İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX, X, Xİ, sol İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların çoxsaylı, yerini dəyişən, sınıqları, iki tərəfli qapalı hemopnevmotoroks, hər iki ağ ciyərin, qara ciyərin, dalağın cırılmış yaraları, geniş sahəli dərialtı emfizema) isə hərəkətdə olan avtomobilin bədənin üzərindən keçməsi nəticəsndə törənməyə uyğundurlar. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu xəsarətlərlə əlaqədar travmatik-hemorragik şok olmuşdur, mərhumun meyitin məhkəmətibb müayinəsindən 8-10 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu tərəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazaon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. - Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış 12 oktyabr 2020-cu il tarixli, 313-4983-1221 nömrəli məktubdan məlum olur ki, AC-648314 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi 26.12.2018-ci il tarixdə vətəndaş Mehdiyev Təqsirləndirilən şəxs verilmiş, o, sürücülük hüququndan məhrum edilməmişdir. - məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 03.11.2021-ci il tarixli, 8/2595 saylı rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara görə VAZ- 21124 markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Mehdiyev Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxsMehdiyevin VAZ-21124 markalı avtomobili yaşayış məntəqəsində 60km/saatdan artıq, yəni 70km/saat sürətlə hərəkət etdirməsi şəraitində onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 13.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Mehdiyev Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilən 17.09.2021-ci il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21124” markalı, **-SU-*** nömrə nişanlı avtomobilə ümumilikdə 460 manat məbləğində maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. O, təqsirləndirilən şəxslə barışmışdır və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi X2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. O, hazırda təqsirləndirilən şəxslə barışmışdır. Onun təqsirləndirilən şəxsə qarşı həç bir şikayəti və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş doğum haqqında şəhadətnamələrdən görünür ki, Mehdiyev Təqsirləndirilən şəxs himayəsində 26.02.2008-ci il təvəllüdlü Mehdiyeva Sona Təqsirləndirilən şəxs qızı və 14.07.2010-cu il təvəllüdlü Mehdiyev Kənan Təqsirləndirilən şəxs oğlu adlı 2 azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidin verdiyi ifadələri, ekspertiza rəyləri və cinayət işinin digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Mehdiyev Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə görə Nəqliyyat vasitələri yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidirlər. Həmin Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə əsasən uzaq işıq yaxın işığa yol hərəkətinin digər iştirakçılarının gözlərini qamaşdıra bilən hər hansı digər hallarda keçirilməlidir. Gözü qamaşdıqda sürücü qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalıdır. Təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda qeyd edilən tələbə əməl etməmiş, eyni zamanda həmin Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin 3-cü bəndinin tələblərinə əsasən gözü qamaşdıqda qəza işıq siqnalını qoşmalı və hərəkət zolağını dəyişmədən sürəti azaltmaqla nəqliyyat vasitəsini dayandırmalı olduğu halda həmin tələbə əməl etməmiş və nəticədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən həmin cinayətin az ağır cinayətlər təsnifatına aid edilməsini, Mehdiyev Təqsirləndirilən şəxs şəxsiyyətini, yəni yaşayış yeri üzrə onun müsbət xarakterizə olunduğunu, təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, yəni onun ailəsində yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, törətdiyi əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağı olmasını, zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə və zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanları tamamilə ödəməsini, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Mehdiyev Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, məhkum barəsindəki hazırki iş üzrə CM-nin 59.1.10 və 59.1.1-ci maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən üç hal (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması), habelə CMnin 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) müəyyən edilmiş, eyni zamanda Mehdiyev Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, zərərçəkmiş şəxsin və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Mehdiyev Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Mehdiyev Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1 və 56.1.1-ci maddələrinə görə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. İstinad edilən maddələrinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Mehdiyev Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Mehdiyev Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Mehdiyev Təqsirləndirilən şəxs məhkəmədə 12 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 72 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384 və 388-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Mehdiyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Mehdiyev Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Mehdiyev Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Mehdiyev Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti Mehdiyev Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Hökmün icrası Mehdiyev Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Mehdiyev Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2nun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 72 (yetmiş iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar