Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-75/2021 30.09.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində Dövlət İttihamının müdafiəsi üzrə şöbəsinin prokuroru,ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1990-cı ildə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 15, mənzil 7-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Samux Rayon Məhkəməsi Təqsirləndirilən şəxs 03 oktyabr 2017-ci il tarixdən başlayaraq 21 may 2014-cü il tarixdə anadan olmuş X2 və 27 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq X3 verilməsinə dair 02 noyabr 2017-ci il tarixli 2(058)-1975/2017 saylı qətnamə çıxarmışdır. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. İcra sənədi icra qurumu tərəfindən icraata qəbul edilərək tələbin icrası barədə borcluya bildiriş göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 22 fevral 2019-cu il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu 18.03.2019-cu il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq icra idarəsinə gətirilmişdir. İcra idarəsində icra sənədinin mahiyyəti borcluya izah olunmuş və yaranmış aliment borcunun ödənilməsi tələb olunmuşdur. Borclu izahat verərək tələbkarla barışmaq istədiyini bildirmiş, yaranmış aliment borcunu ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2019-ci il tarixli 9(044)-223/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilmiş, qətnamənin icrası borcludan tələb olunmuşdur. Borclu Təqsirləndirilən şəxs ailəsi ilə barışmağa cəhd etdiyini, barışması mümkün olmayacağı halda alimenti ödəyəcəyini bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs aliment borcunu ödəməsi üçün vaxt verilmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. Borcluya məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqlar verilmişdir. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, icra sənədinin İcraya yönəldilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış, alimenti ödəməməklə qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə 05.03.2020-ci il tarixdə Baş icra məmuru tərəfindən təsdiq edilmiş təqdimat göndərilmişdir. O, 28 fevral 2020-ci il tarixədək cəmi 7649,60 manat aliment borcunu tələbkara ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyərək və zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidin ifadəsi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 18 fevral 2013-cü il tarixdə Ağayeva (Allahverdiyeva) Könül İlham qızı ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 21 may 2014-cü il tarixdə Xanım, 27 noyabr 2015-ci il tarixdə isə Məryəm adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da, sonradan münasibətləri pozulmuş və 23 avqust 2017-ci il tarixdə Könül uşaqları da götürüb ata evinə qayıtmışdır. Könül aliment tələbi ilə məhkəməyə müraciət etmiş və Samux Rayon Məhkəməsi 03 oktyabr 2014-cü il tarixdən başlayaraq 21 may 2014-cü il tarixdə anadan olmuş X2 və 27 noyabr 2015-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün ondan hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq Ağayeva (Allahverdiyeva) Könül İlham qızına verilməsinə dair 02 noyabr 2017-ci “tarixli qətnamə çıxarmışdır. İcra məmurları qətnamənin icrasını dəfələrlə ondan tələb etmişlər. Lakin maddi imkanı zəif olduğundan, həmçinin Könül ilə barışıb ailəsini bərpa etmək fikrində olduğundan alimenti ödəməmişdir. İş məhkəmənin icraatında olan zaman o aliment borcundan 1097 manat məbləğində ödəniş etmişdir. Qalan borcunu isə ödəməyə maddi imkanı yoxdur. Odur ki, məhkəmədən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, həqiqətən o, 18 fevral 2013-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 21 may 2014-cü il tarixdə Xanım, Z7 noyabr 2015-ci il tarixdə isə Məryəm adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra bir müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulmuş və 23 avqust 2017-ci il tarixdə uşaqları da götürüb ata evinə qayıtmışdır. Ayrıldıqdan sonra Xəyal uşaqları ilə maraqlanmamış və onların saxlanılmasına maddi köməklik göstərməmişdir. Odur ki, aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Samux Rayon Məhkəməsi Təqsirləndirilən şəxs 03 oktyabr 2017-ci il tarixdən başlayaraq 21 may 2014-cü il tarixdə anadan olmuş X2 və 27 noyabr 2015-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 02 noyabr 2017-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən üç ilə yaxın müddət keçməsinə baxmayaraq Xəyal məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən edilmiş alimenti ödəməmişdir. Halbuki, Xəyal tikintidə aqlay ustası işləyir və onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq qərəzli olaraq qətnaməni icra etmir. Uşaqlar böyüdüyündən maddi təlabatları da xeyli artmışdır. Alimenti ala bilmədiyinə görə uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Xəyal isə maddi vəziyyətlərini bildiyi halda alimenti ödəmir, ümumiyyətlə uşaqları ilə maraqlanmır. İş məhkəmədə baxılarkən aliment borcundan 1097 manat pul ödənilmişdir. Uşaqlar ilə ağır şəraitdə yaşayır. Uşaqlarına baxdğına görə işləyə də bilmir. Təqsirləndirilən şəxs aliment borcunu tam ödəmədiyindən onun barədə azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, 01 dekabr 2017-ci il tarixli qərarla icraata başlanılmış Şamux Rayon Məhkəməsinin 02 noyabr 2017-cı il tarixli 2(058)-1975/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 03 oktyabr 2017ci il tarixdən başlayaraq 21 may 2014-cü il tarixdə anadan olmuş X2 və 27 noyabr 2015-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 136,60 manat olmaqla, cəmi 273,20 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməlidir. İcra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası barədə borcluya bildiriş verilmiş, lakin borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından 22 fevral 2019-cu il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Borclu 18.03.2019-cu il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq icra idarəsinə gətirilmişdir. İcra idarəsində icra sənədinin mahiyyəti borcluya izah olunmuş və yaranmış aliment borcunun ödənilməsi ondan tələb olunmuşdur. Borclu izahat verərək tələbkarla barışmaq istədiyini bildirmiş, yaranmış aliment borcunu ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2019-ci il tarixli 3(044)-223/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inziabti qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilmiş və qətnamənin icrası borcludan tələb olunmuşdur. Borclu Təqsirləndirilən şəxs ailəsi ilə barışmağa cəhd etdiyini, barışması mümkün olmayacağı halda alimenti ödəyəcəyini bildirmişdir. Buna görə də ona aliment borcunu ödəməsi üçün vaxt verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. Borcluya məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıqlar verilmiş, həmçinin fərdi söhbətlər aparılmışdır. Lakin icra sənədinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, həmçinin cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərində dönüş yaratmamış, müəyyən edilmiş alimenti ödəməmişdir. Nəticədə 28.02.2020-ci il tarixə 764960 manat aliment borcu yaranmışdır. İcra müddətində tələbkar Könül Allahverdiyeva isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşaqların maddi təlabatlarını ödəməkdə çətinliklər çəkdiyini bildirərək Təqsirləndirilən şəxs aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Samux rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(058)-1975/2017 nömrəli qətnaməsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs 12 dekabr 2011-ci il tarixdən etibarən 21 may 2014-cü il təvəllüdlü X2 və 27 noyabr 2015-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 136.60 manat olmaqla iki uşaq üçün 273.20 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01 dekabr 2017-ci il tarixli “icraata başlamaq haqqında” qərar və “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Samux Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli, 2(058)-1975/2017 saylı icra sənədinə əsasən icraata başlanılmış və cavabdeh Təqsirləndirilən şəxs borcunu könüllü ödəməsi barədə bildiriş göndərilmiş və o, rəsmi bildirişi şəxsən öz imzası ilə imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli, 8(044)-1015/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti, yəni icra sənədi üzrə müəyyən edilmiş borcunu ödəyənədək məhdudlaşdırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2019-cu il tarixli, 3(044)-223/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10(on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.08.2019-cu il tarixli “Cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq” məktubundan görünür ki, Təqsirləndirilən şəxs borcunu vaxtında ödəməsi və əks halda ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə rəsmi xəbərdarlıqlar edilmiş və o, rəsmi xəbərdarlığı şəxsən imzalayaraq qəbul etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.12.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 16.06.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmiş, barəsində həbs qətimkan tədbiri seçilərək axtarış elan edilmişdir; Axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18.09.2021-ci ildə tutularaq Gəncə şəhər BPİ-nin MSY-ə təhvil verilmişdir; 2 saylı İstintaq Təcridxanasının 20.09.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 19.09.2021-ci ildə istintaq təcridxanasına yerləşdirilmişdir; Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə 1000 manat məbləğində ödəniş edilmişdir; 04 iyun 2021-ci il tarixli X5 məktubundan görünür ki, Təqsirləndirilən şəxs 25.02.2020-ci ildən işsiz kimi qeydiyyatdadır.Onunla əlaqə saxlamaq mümkün olmadığından onun işə düzəlmə məsələsinə baxılmamışdır; Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş 12.08.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmə cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarına əsasən Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci (yeni redaksiyada İnzibati Xətalar Məcəlləsinin 528.1) maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş olması qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Həmin qərarda qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirliliyinin tam sübuta yetirildiyi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, yuxarıda göstərilən məhkəmə iclasında tədqiq edilmiş sübutlatla yanaşı, həmçinin məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi,yəni barışmaq üçün qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə razı olmadığından onu icra etməli olmadığını, daha sonra isə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilərsə aliment borcunu ödəyəcəyini göstərməsi, yəni təqsirləndirilən şəxsin zərəri tam ödəməyə təşəbbüs göstərməməsi, zərəri ümumiyyətlə ödəməməsi, dəfələrlə məhkəmə iclasının təxirə salınaraq pulun ödənilməsi üçün şərait yaradılmasına baxmayaraq pulu ödəməməsi, məhkəmənin çağırışından qaçaraq gizlənməsi bununla da barəsində olan qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməməklə yanaşı, məhkəmə aktına qərəzli və etinasız münasibət göstərməsi və məhkəmə qərarının icrasından yayınması onun məhkəmə aktını məhz qərəzli olaraq icra etməməsini təsdiq edir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Samux Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi 20 noyabr 2017-ci il tarixdən başlayaraq 21 may 2014-cü il təvəllüdlü X2 və 27 noyabr 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 136.60 manat olmaqla, cəmi 273.20 manat məbləğində alimentin, tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair müvafiq olaraq 02 noyabr 2017-ci il tarixli 2(058)-1975/2017 saylı qətnamə çıxarmışdır. Qeyd edilən qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra idarəsi tərəfindən icra sənədi icraata qəbul edilərək tələbin icrası barədə borcluya müvafiq bildiriş verilmişdir. Lakin borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. İcra müddətində borclu dəfələrlə icra idarəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Həmçinin məsuliyyəti barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs maddi imkanının zəif olduğunu əsas gətirərək müəyyən edilmiş aliment məbləğlərini və pul borcunu ödəməkdən yayınmışdır. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 mart 2019-ci il tarixli 3(044)-223/19 saylı qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonrada qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar olunmuşdur. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmışdır. Belə ki, icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə, tələbin icrası üçün dəfələrlə müddətin verilməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilməsinə, habelə cinayət məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi təsnifatına görə az ağır cinayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzanın məqsədini, onun prinsiplərini, sosial ədalətin bərpasına nail olunmasının zəruriliyini əsas götürərək, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs zərəri qismən ödəməsini və zərəri ödəməyə təşəbbüs göstərməsini nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli, o məhkəmə iclas zalında həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 ( on üç) gün müddətində həbsdə saxlanılmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlığın məhdudlaşdırılması cəzasından çıxılmasını qanuna uyğun hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 13 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 26 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23-dən səhər saat 07-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək,cəzanı icra edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (bir) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il, 05(beş) ay, 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və Təqsirləndirilən şəxs oğlu məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini(Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, ev 15, mənzil 7) hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (hesablaşma hesabı “XalqBank” Gəncə filialı; Kod: 504023; VÖEN; **********; Müxbir hesab: AZ24NABZ********************; S.Ü.İ.F.T.BİK: HAJCAZ22; Hesab №-si AZ75HAJCHCRAZN**********1001; VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(044)-75/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-75/2021
30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver