Məhkəmə qərarları › İş №1(044)-75/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-75/2022

29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-75/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Kazımov Rasim Sarı oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Əliyev Nicat Şirzad oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri X3, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra - Təqsirləndirilən şəxs) istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak midqarından artıq miqdarda, yəni 1.048 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 1.048 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan həmin metamfetaminin 0.324 qramını 28 iyul 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən kitabxananın qarşısında tanışı Şahid3 20 manat müqabilində qanunsuz olaraq satmış, 0.724 qramını isə satış məqsədi ilə üzərində daşıyaraq saxlamış, Gəncə şəhər BPİ-in CAİ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 həmin tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Əminə” marketin yaxınılığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən kibrit qutusunda olmaqla 0.324 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan həmin metamfetamin aşkar edilərək götürülmüş, Gəncə şəhər BPİ-in CAİ-in əməkdaşları tərəfindən davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə özü 02 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Ozan küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən Şahid3 satmış olduğu 0.324 qram təmiz çəkidə psixotrop maddə metamfetaminlə tərkibinə görə eynilik təşkil edən və kibrit qutusunda olmaqla kustar üsulla hazırlanmış 0,724 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyləri, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Gəncə şəhər, Ozan küçəsi ev 117-də anası ilə birlikdə yaşamışdır. Həbs edilməmişdən təxminən 1 il əvvəldən başlayaraq narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmişdir. 02.08.2021ci il tarixdə saat təxminən 18 radələrində Gəncə şəhəri, Ozan küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxslər yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, da polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmişdir. Gəncə şəhər BPİ-in inzibati otaqların birində hüquqlarının müdafiəsi ilə bağlı müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan edilmiş hər-hansı bir əşya varsa təqdim etsin. Həmin vaxt o, üzərində olan psixotrop maddəni polis əməkdaşlarına təqdim edərək, təxminən 20 gün əvvəl Bakı şəhərində tanımadığı şəxsdən 60 manata almasını, həmin psixotrop maddənin bir qismini özünün qəbul etdiyini, bir qismini Şahid3 kimi tanıdığı şəxsə istədiyi üçün 20 manat pul müqabilində verməsini, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilərək götürülmüş kütlə qablaşdırılmış və aptek tərəzisi ilə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmaqla möhürlənmişdir. Bu barədə protokol tərtib edilərək video çəkilmiş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Onun üzərindən aşkar edilmiş psixotrop maddə ekspertizaya göndərilmiş, daha sonra isə ekspertizanın rəyi ona elan edilmişdir. Ekspertin rəyində üzərindən aşkar olunan psixotrop maddənin kustar üsulla hazırlanmış metamfetamin olması göstərilmişdir. Üzərində psixotrop maddə saxladığından təkcə Şahid3 xəbəri olmuş və o, həmin metamfetamindən başqa heç kəsə verməmiş yaxud da satmamışdır. Hazırda etdiyi cinayət əməlindən peşmandır. Atasının bir neçə il əvvəl vəfat etməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə Şəhər BPİ-in CAİ-in baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Ozan küçəsi, ev 117-də yaşayan xx.xx.1998-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində psixotrop maddə daşıması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və əməliyyat müvəkkili Şahid2 Rəmyəddin oğlunun iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 02.08.2021-ci il tarixdə saat 18:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Ozan küçəsi yaxınlığında saxlanılaraq Gəncə Şəhər BPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində psixotrop maddə daşıması və psixotrop maddə qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Gəncə Şəhər BPİ-in inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı bir narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd kibrit qutusu aşkar edilmişdir. Sonra həmin aşkar edilmiş kibrit qutusu iştirakçıların iştirakı ilə açılmış, həmin kibrit qutusunun içərisində olan ağ rəngdə olan ilk görünüşdən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olmuşdur. Təqsirləndirilən şəxs sorğu zamanı həmin kibrit qutusunda olan kütləni təxminən 20-25 gün əvvəl Bakı şəhərindən tanımadığı şəxsdən 60 manat pul məbləğinə aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş “Metamfetamin”ə bənzər kütlənin ümumi çəkisi 4.4 qram olmuşdur. Sonra həmin narkotik vasitəyə oxşar kütlə müdafiəçinin və iştirakçıların yanında zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edimiş və protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 Rəmyəddin oğlu, digər Şahid1 ifadəsinə uyğun ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təxminən 1 ildir ki narkotik və psixotrop maddələrdən istifadə edir. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamış və əvvəlcədən onu tanımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bilmişdir. 28 iyul 2021-ci il tarixdə Əli ilə Gəncə şəhəri “Qlavnı” deyilən yerdə yerləşən kitabxananın qarşısında təsadüfən rastlaşmışdır. Əlidən narkotik və psixotrop maddə olub olmamasını soruşmuşdur. Əli ona özü üçün Bakı şəhərindən aldığını və hal-hazırda istifadə etmədiyini bildirmişdir. O da Əlidən istifadə etmədiyi halda həmin psixotrop maddəni ona satmağını xahiş etmişdir. Əli ona gözləməsini deyib oradan getmiş və təxminən 15-20 dəqiqə sonra həmin yerə gələrək ona “patı” kimi bildiyi psixotrop maddəni vermişdir. O da Əliyə “sənin mənə borcun yoxdu neçiyə almısansa de pulunu verim” demişdir. Əli isə 20 manata aldığını bildirmişdir. Bundan sonra onlar birlikdə çayçıya getmişlər. Orada çay içdikdən sonra o, 5 manat çaya 15 manat isə Əlinin özünə vermişdir. Əli də həmin pulu “Milli Ön” aparatı vasitəsilə kontur vurmuşdur. Bundan sonra o, Əli ilə sağollaşıb parka getmişdir. Əlinin narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyini bilmiş, həmin psixotrop maddənin Əlinin özünün olub olmaması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 02.08.2021-ci il tarixli “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 02.08.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi və götürmə” barədə protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynində olan qara rəngli şalvarın sağ yan cibindən kibrit qutusunun içərisində ilk görünüşdən “metamfetaminə” oxşar kütlə aşkar olunaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinin məhkəmə- ekspertizasının 03.08.2021-ci il tarixli 16/786 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü falqa kağız bükümdə olan 1(bir) ədəd kibrit qutusundakı, 1 (bir) ədəd gümüşü falqa kağız bükümdə, təmiz çəkisi 0,724 qram olan, ağ rəngli, kristalşəkilli hissəciklərindən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə mütafetamindir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X4 Bölməsinin əlavə məhkəmə- kimyəvi ekspertizasının 23.11.2021-ci il tarixli 16/1205 nömrəli rəyindən görünür ki, Şahid3 üzərindən aşkar edilmiş 3.45 qram metamfetamin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin xarici əlamətlərinə və tərkibinə görə eynidirlər. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04.08.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 04.08.2021-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-in MSYdən azad edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 01.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, cinayət işi üzrə icraat CPM-nin 53.1.3-cü maddəsinə əsasən həmin tarixdə dayandırılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 23.11.2021-ci il tarixli qərarlardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs tutularaq Gəncə ŞBPİ-nin MSY-nə təhvil verildiyi üçün cinayət işi üzrə icraat təzələnərək, istintaq davam etdrilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Psixonevroloji dispanserinin 06.08.2021-ci il tarixli, 2824 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlu Gəncə şəhər Psixonevroloji dispanserində qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə Şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanserinin 06.08.2021-ci il tarixli 3018 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Rayonlararası Narkoloji Dispanserin qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İİ-in 05.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan AZİİ-006218 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X5 həqiqətən 18.03.2019-cu il tarixdə “On iki barmaq bağarsağının xorası” xəstəliyindən ölmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhər Narkoloji Dispanserin 13.11.2021-ci il tarixli 1366 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji Dispanserdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 23.11.2021-ci il tarixli “təqsirləndirilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə axtarışla tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 25.11.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə CM-in 234.2-ci maddəsi ilə yenidən ittiham ealn edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 25.11.2021-ci il tarixli 4(044)-181/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 30 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi metamfetaminin mənbəyinin müəyyən edilməsi üçün həmin cinayət işindən ********* nömrəli cinayət işi ayrılmış, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetamin və sonuncunun üzərinə keçirilmiş baxış zamanı çəkilmiş bir ədəd DVD disk maddi subut kimi tanınmışdır. Beləliklə məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında aydın oldu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak midqarından artıq miqdarda, yəni 1.048 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla saxlamış, satış məqsədilə əldə edib daşıyaraq üzərində saxladığı 1.048 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan həmin metamfetaminin 0.324 qramını 28 iyul 2021-ci il tarixdə Gəncə şəhəri, Nizami prospektində yerləşən kitabxananın qarşısında tanışı Şahid3 20 manat müqabilində qanunsuz olaraq satmış, 0.724 qramını isə satış məqsədi ilə üzərində daşıyaraq saxlamış, Gəncə şəhər BPİ-in CAİ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid3 həmin tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Əminə” marketin yaxınılığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibindən kibrit qutusunda olmaqla 0.324 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan həmin metamfetamin aşkar edilərək götürülmüş, Gəncə şəhər BPİ-in CAİ-in əməkdaşları tərəfindən davam etdirilən əməliyyataxtarış tədbirləri ilə özü 02 avqust 2021-ci il tarixdə, saat 18 radələrində Gəncə şəhəri, Ozan küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-in inzibati binasına gətirilərək üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən Şahid3 satmış olduğu 0.324 qram təmiz çəkidə psixotrop maddə metamfetaminlə tərkibinə görə eynilik təşkil edən və kibrit qutusunda olmaqla kustar üsulla hazırlanmış 0,724 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. CM-in 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. CM-in 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi CM-in 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən Cinayət Məcəlləsinin 59.1.1- 59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə, CM-in 59.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsin yaşayış yeri üzrə müsbət xarekterizə edilməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və ailədə yeganə qazanc gətirən şəxs olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini (ailədə yeganə qazanc gətirən şəxs olmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsinin sanksiyası həddinə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan 02.08.2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 02.08.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin MSY-nə təhvil verilmiş və 04.08.2021-ci il tarixdə barəsində “polisin nəzaəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən həbsdən azad edilmişdir. CM-nin 69.3-cu maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində həbsdə saxlandığı iki gün müddət ona təyin ediləcək qəti cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 23 noyabr 2021-ci il tarixdə axtarışla tutulduqdan sonra hal-hazıradək həbsdə saxlanılır. Ona görə də Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Odur ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət- 23 noyabr 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.574 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş ümumilikdə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertiza mərkəzi VÖEN ********** hesab AZ34CTRE********************saylı hesaba keçirilsin. İş üzrə mülki iddia yoxdur, CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3(üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs qismində həbsdə saxlandığı iki gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 28(iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində cəzaçəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.574 qram narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri ümumilikdə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab Z34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan, məhkum Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rasim Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar