Məhkəmə qərarları › İş №1(044)-76/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-76/2022

16.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-76/2022 16.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, cavabdeh kimi ondan 11 may 2017-ci il tarixindən başlayaraq 06 oktyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 01 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 130,00 manat, ümumilikdə cəmi 260,00 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs ödənilməsinə dair Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli, 2(044)-4214/ 2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini üzürsuz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 3(044)-98/2019 saylı qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin olunmasına və ona icra sənədindəki tələbi icra etməməsi üçün ona 05 may 2021-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 iyul 2021-ci il tarixədək şəxsi maraq niyyəti ilə Zərərçəkmiş şəxs məhkəmə qətnaməsi üzrə ümumilikdə 10319,00 manat məbləğində aliment borcunu ödəməməklə qeyd edilən məbləğdə zərərçəkmiş şəxsə maddi ziyan vuraraq qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi olaraq yaşadığı Gəncə şəhərində fəhləliklə məşğul olaraq aylıq gəliri 200 – 300 manat təşkil edir. O, 2012-ci il tarixdə Zərərçəkmiş şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından xx.xx.2013-cü il tarixdə Şəbnəm adlı bir qız və xx.xx.2015-ci il tarixdə Yusif adlı bir oğlan övladları dünyaya gəlmişdir. Keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs aralarında ailə münasibətlərinin pozulması nəticəsində 2016-cı ildə arvadı iki az yaşlı uşağını götürərək gəlin gəldiyi ünvandan çıxıb gedərək valideynlərinin yaşadığı ünvana getmişdir. Həmin vaxtdan bir müddət keçəndən sonra 2017-ci ilin may ayında kecmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ondan iki az yaşlı uşaqlarının saxlanılması üçün aliment pulunun alınmasından ötrü aidiyyatı üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və qeyd olunan rayon məhkəməsi tərəfindən 11 may 2017-ci il tarixindən başlayaraq 06 oktyabr 2013-cü ildə anadan olmuş Şəbnəm Quliyevanın və 01 mart 2015-ci ildə anadan olmuş Yusif Quliyevin yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 130,00 manat, ümumilikdə cəmi 260,00 manat məbləğində pulun ondan alınaraq Zərərçəkmiş şəxs ödənilməsinə dair 06 iyun 2017-ci il tarixli, 2(044)- 4214/2017 saylı qətnamə çıxarılmışdır. O, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs məhkəmə qətnaməsinə əsasən alimentə görə 2681 manat məbləğində ödəniş etdiyini və 17 iyul 2021-ci il tarixədək 10319 manat aliment borcu qaldığını bildirmişdir. Bundan əlavə o, aliment borcunu ödəməməsinə səbəb kimi Zərərçəkmiş şəxs ilə ayrılandan sonra X8 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurduğunu və rəsmi nikahlarından 17 aprel 2018-ci il tarixdə Nihat adlı oğlunun dünyaya gəldiyi üçün aylıq qazancını himayəsində olan uşağının saxlanılması üçün xərclədiyini əsas gətirmişdir. Sonda o, ikinci nikahdan 1 azyaşlı uşağı olduğunu, hazırda imkan edə bilmədiyi üçün aliment ödənişi edə bilmədiyini, gələcəkdə işləyib borcunu ödəyəcəyini bildirib barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 06 oktyabr 2013-cü il tarixdə Şəbnəm adlı bir qız və 01 mart 2015-ci il tarixdə Yusif adlı bir oğlan övladları anadan olmuşdur. 2016-cı il tarixdə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs ilə aralarında ailə münasibətlərinin pozulması nəticəsində iki az yaşlı uşaqlarını götürərək valideynlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Həmin vaxtdan bir müddət keçəndən sonra uşaqlarının saxlanılmasında maddi çətinlik çəkdiyinə görə məcburiyyət qarşısında qalaraq Təqsirləndirilən şəxs uşaqların saxlanılmasından ötrü aliment tələbinə dair 2017-ci il tarixdə aidiyyatı üzrə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd edilən rayon məhkəməsi tərəfindən 11 may 2017-ci il tarixdən başlayaraq 06 oktyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 01 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatana kimi saxlanılması üçün veriləcək alimentin miqdarı sabit pul məbləğində müəyyən olunmaqla hər bir uşağa görə hər ay 130 manat, ümumilikdə cəmi 260 manat məbləğində pulun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsinə dair 06 iyun 2017-ci il tarixli, 2(044)- 4214/2017 saylı qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icrasının təşkili üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə borclu olduğu məbləği ödəmədiyindən barəsində icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərmiş və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsininn 24 yanvar 2019-cu il tarixli 3(044)-98/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs tənbeh növü təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ölkədən getmək hüququ icra məmurunun təqdimatı əsasında məhkəmə tərəfindən müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə 2681 manat ödəniş etdiyini və 17 iyul 2021-ci il tarixədək 10319 manat borcu yarandığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhərində fərdi olaraq qazanc əldə etdiyi halda məhkəmə qətnaməsi üzrə borclu olduğu məbləğin tam şəkildə alınaraq ona qaytarılmasında köməklik göstərilməsini və təqsirləndirilən şəxs barəsində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə daxil olmuş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 06 iyun 2017-ci il tarixli qətnaməsi üzrə verilmiş 06 iyun 2017-ci il tarixli, 2(044)-4214/2017 saylı icra sənədinə əsasən 11 may 2017-ci il tarixdən başlayaraq 06 oktyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 01 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün üzrə cavabdeh Təqsirləndirilən şəxs hər uşağa görə hər ay 130 manat, ümumilikdə cəmi 260 manat sabit pul məbləğində aliment iddiaçı Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. İcra vərəqəsi 12 iyul 2017-ci il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi müəyyən olunmuş tələbi təmin etmək üçün borclu Təqsirləndirilən şəxs “tələbin könülü icrası haqqında” bildiriş göndərilsədə icra sənədi üzrə tələb borclu tərəfindən yerinə yetirilməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun adına bank və ya digər kredit təşkilatlarına pul vəsaitinin olub-olmaması barədə sorğular verilmiş, nəticədə ona məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bu səbəbdən də icra sənədi üzrə müəyyən olunmuş tələbi yerinə yetirməyəcəyi təqdirdə inzibati məsuliyyətə cəlb olunacağı barədə Təqsirləndirilən şəxs xəbərdarlıqlar şəxsən təqdim edilmişdir. İcra məmurunun təqdimatı əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2017-ci il tarixli, 8(044)- 1061/2017 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. 05 aprel 2018-ci il tarixdə Təqsirləndirilən şəxs faktiki yaşayış ünvanı kimi məlum olan Gəncə şəhəri, Sevin qəsəbəsi, 4-cü küçədə yerləşən ünvanına gedilmiş, lakin evə baxış zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Bundan başqa 16 aprel 2018-ci il tarixdə borclunun axtarılması haqqında axtarış qərarı qəbul edilmiş və icra olunması üçün Gəncə Şəhəri Nizami Rayon Polis İdarəsinə göndərilmiş və borclu Təqsirləndirilən şəxs barəsində 510643 nömrəli axtarış işi açılmışdır. Borclu Təqsirləndirilən şəxs 25 may 2018-ci il tarixdə Gəncə Şəhəri Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə təhvil verilmişdir. Həmin tarixdə borclu Təqsirləndirilən şəxs iş üzrə tələbkar Zərərçəkmiş şəxs aliment borcundan 300,00 manat ödəniş etmişdir. 05 iyul 2018-ci il tarixdə borclu Təqsirləndirilən şəxs İdarəyə dəvət olunmuş, icra sənədi üzrə yaranmış aliment borcunun ödənilməsi tələb olunmasına baxmayaraq, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə göndırilmiş və həmin məhkəmənin 24 yanvar 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi təqsirli billinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsində 15 aprel 2019-cu il tarixdə izahat verərək, inzibati məsuliyyətə cəlb olunduqdan sonra cəmi 100,00 manat ödəniş etmiş, aylıq gəlirinin isə 200,00 - 300,00 manat arası dəyişdiyini bildirmişdir.Təqsirləndirilən şəxs 06 fevral 2019-cu il tarixdə icra sənədi üzrə tələbin yerinə yetirilməsi üçün yeni könüllü icra müddəti verilmiş, habelə məhkəmə qətnaməsini qərəzli olaraq icra etməyəcəyi halda Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə 25 fevral 2019-cu il və 18 mart 2019-cu il tarixlərdə xəbərdarlıqlar verilmişdir. Tələbkar Zərərçəkmiş şəxs 11 mart 2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs icra sənədini qəsdən icra etmədiyinə görə onun cinayət məsuliyyətinə cəlb olunmasına dair tərdbirləri görülməsini xahiş etmişdir. Borcluya müvafiq işlə təmin edilməsi məqsədi ilə Gəncə şəhəri Nizami rayon Məşğulluq Mərkəzinə müraciət etməsi təklif olunsa da, həmin mərkəzin 02 may 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs mərkəzə dəvət edilsə də, gəlməkdən imtina etmişdir. Göründüyü kimi keçən müddət ərzində Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi yerinə yetirməməklə yanaşı Zərərçəkmiş şəxs qanunla qorunan və məhkəmə qərarı ilə bərpa edilən hüquqlarının pozulmasına səbəb olan əməl törətmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs xəbərdarlıq olunmasına və barəsində inzibati tənbeh tətbiq ediməsinə baxmayaraq məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi üçün 17 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair təqdimat və əlavə edilmiş materiallar baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İbtidai istintaq zamanı ifadə vermiş, məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, bacısı Zərərçəkmiş şəxs 2012-ci il tarixdə Təqsirləndirilən şəxs ilə faktiki nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə yaşadıqları dövr ərzində faktiki nikahlarından 06 oktyabr 2013-cü il tarixdə Şəbnəm adlı bir qız və 01 mart 2015-ci il tarixdə Yusif adlı bir oğlan övladları dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs ilə bacısı Zərərçəkmiş şəxs aralarında ailə münasibətlərinin pozulması nəticəsində sonuncu 2016-cı il tarixdə iki azyaşlı uşaqlarını götürərək gəlin getdiyi evdən çıxaraq valideyinlərinin yaşadığı ünvana gələrək onların himayəsində yaşamağa başlamışdır. Təqsirləndirilən şəxs övladlarının saxlanmasından ötrü bacısına maddi cəhətdən köməklik göstərmədiyinə görə, övladlarını tək başına saxlaya bilmədiyi üçün məcburiyyət qarşısında qalaraq 2017ci il tarixdə Təqsirləndirilən şəxs aliment pulunun alınmasından ötrü Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və həmin məhkəmənin 06 iyun 2017ci il tarixli, 2(044)-4214/2017 saylı qətnaməsinə əsasən 11 may 2017-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs 06 oktyabr 2013-cü il təvəllüdlü X3 və 01 mart 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər bir uşağa görə hər ay 130,00 manat, ümumilikdə cəmi 260,00 manat sabit pul məbləğində alimentin tutularaq bacısı Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra olunması məqsədi ilə Gəncə Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş və həmin qurumdan qeyd edilən məbləğdə alimentin bacısına ödənilməsi barədə Təqsirləndirilən şəxs rəsmi qaydada bildiriş təqdim edilmişdir. İcra məmuru tərəfindən rəsmi bildiriş təqdim edilməsinə baxmayaraq oTəqsirləndirilən şəxs məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəməinin qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığından icra məmuru sonuncunun inzibati məsuliyyətə cəlb olunması haqqında protokol tərtib edilmiş və baxılmasından ötrü aidiyyəti üzrə məhkəməyə göndərmiş və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli, 3(044)-98/2019 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Lakin bunu baxmayaraq Təqsirləndirilən şəxs yenə də, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə alimentə görə bacısı Zərərçəkmiş şəxs 2681,00 manat məbləğində ödəniş etmiş və 17 iyul 2021-ci tarixədək ümumilikdə cəmi 10319,00 manat aliment borcu qalmışdır. O, bacısı Zərərçəkmiş şəxs azyaşlı uşaqlarının saxlanılmasında maddi cəhətdən əziyyət çəkdiyi üçün anası Svetlana Hüseynova tərəfindən köməklik göstərildiyini, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhərinin müxtəlif yerlərində fərdi əməklə məşğul olaraq qazanc əldə etdiyini bildirərək alimentə görə borclu olduğu məbləğin sonuncudan tam şəkildə alınaraq bacısı Zərərçəkmiş şəxs ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2017ci il tarixli icra vərəqəsindən görünür ki, 06 oktyabr 2013-cü il tarixdə anadan olmuş X3 və 01 mart 2015-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11 may 2017-ci il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs hər uşağa hər ay 130 manat, cəmi 260 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. - Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2017-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(044)-98/2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati həbs edilmişdir. - “Yeni müddətin təyin olunması barədə” xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 2(044)-4214/2017 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədində göstərilən tələb icra edilmədiyinə görə Təqsirləndirilən şəxs yenidən 10 gün vaxt verilmiş və bu müddət ərzində borcun ödənilməyəcəyi halda, onun barəsində CM-nin 306.1-ci maddəsinə əsasən təqdimat tərtib edilərək Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndəriləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN yanında DMX Gəncə - Nizami rayon Məşğulluq Xidməti tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisi Nizami Qocayevə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ilə mobil telefonla əlaqə saxlanılmış, sonuncu mərkəzə gəlməkdən imtina edərək icra məmuru Şahid1la əlaqə saxlayacağını bildirmişdir. - xx.xx.2019-cu il tarixli və sonuncu dəfə xx.xx.2019-cu il tarixli cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs ikrət oğluna icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(044)-76/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə çağırışlarına heç bir üzürlü səbəblər olmadan gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. - Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin məktubuna əlavə olunmuş axtarışda olan şəxsin tutulması barədə xx.xx.2022-ci il tarixli protokoldan və görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən 18 may 2022-ci il tarixdə tutularaq MSY təhvil verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nın 2 saylı İstintaq Təcridxanasının məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X1 şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(044)-76/2022 saylı qərarına əsasən 18 may 2022-ci il tarixdə həbs edilərək müəssisəyə daxil olmuşdur. - nikah haqqında və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2017-ci il tarixdə Quliyev X2 İlahə Qüdürət qızı ilə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2018-ci il tarixli X10 adlı 1 azyaşlı uşaqları vardır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs bu əməli davamlı olaraq uzun vaxt müddətində, qərəzli olaraq həyata keçirmişdir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002-ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi ədalətli və qanunauyğundur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, o, zərərçəkmiş şəxslə razılığa gəlmək adı ilə məhkəmədən yayınmış, məhkəmə çağırışına gəlmədiyinə görə barəsində məhkəmənin qərarına əsasən məcburi gətirmə tətbiq edilmiş və barəsində axtarış elan edilmişdir. Onun qəsdən məhkəmə çağırışlarına gəlməməsi, məhkəmədən qaçıb gizlənməsi islah olunmağa meylli olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun axtarışla həbsə alındığı xx.xx.2022-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli həbsə alındığı 18 may 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar