Məhkəmə qərarları › İş №1(044)-78/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №1(044)-78/2021

22.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(044)-78/2021 22.04.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, məhkəmə iclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər–Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X1 və X2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.1 və 177.2.3-cü maddələri ilə ittiham olunmasına dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq, məhkəmə m ü ə y y ə n e t d i: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət hadisəsi Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisində törədilmişdir. Məhkəmə hazırlıq iclasında tədqiq edilmiş və işdə olan Gəncə şəhəri İcra Hakimiyyətinin xx xxxx 2021-ci il tarixli, 03/326 saylı məktubundan görünür ki, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən əvvəllər Gəc Zavodu adlanan ərazi Gəncə şəhərinin Kəpəz rayonunun inzibati ərazisinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4-cü maddəsinə əsasən hər bir rayon (şəhər) məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin fəaliyyət dairəsinə aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3 və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət hadisəsi Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən əvvəllər Gəc Zavodu adlanan ərazi yurisdiksiyasına görə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 67.4cü, 74.1-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi ərazi aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1 və 300.1.4-cü maddəsinə əsasən cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 67.4, 74.1, 75.1, 299.3, 299.3.1, 300.1 və 300.1.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2,177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar