Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-8/2021 02.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclasının katibləri X2 və Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları X5 və Dövlət ittihamçısı, zərərçəkmiş hüquq şəxsin nümayəndələri Nümayəndə və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaqdan Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs fərdi sahibkar kimi özünün maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla vahid niyyətlə qanunsuz kredit almış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Belə ki, o, xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X4 tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2014-cü ilin İV rübünün vergi bəyannamələrinə əsasən cəmiyyətin həmin dövrdə ümumi dövriyyəsi 5.000 (beş min) manat, ümumi çəkilmiş xərclər 4.000 (dörd min) manat və ümumi gəliri 1.000 (bir min) manat olduğu halda, Gəncə şəhərində tum dənələrinin istehsalı və satışını həyata keçirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 164.345 (bir yüz altmış dörd min üç yüz qırx beş) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 128.912,21 manat (bir yüz iyirmi səkkiz min doqquz yüz on iki manat iyirmi bir qəpik), ödəmə qabiliyyətinin isə aylıq 34.580 (otuz dörd min beş yüz səksən) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 27.124,55 manat (iyirmi yeddi min bir yüz iyirmi dörd manat əlli beş qəpik) olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1.25 % dərəcəsi ilə 450.000 (dörd yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 352.935 (üç yüz əlli iki min doqquz yüz otuz beş) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 4.500 (dörd min beş yüz) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 3.529,35 manatının (üç min beş yüz iyirmi doqquz manat otuz beş qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 445.500 (dörd yüz qırx beş min beş yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 349.405,65 manatını (üç yüz qırx doqquz min dörd yüz beş manat altmış beş qəpiyini) 143201 saylı bank çeki əsasında ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 38.659,88 ABŞ dolları (otuz səkkiz min altı yüz əlli doqquz dollar səksən səkkiz sent), faiz üzrə 55.363,16 ABŞ dolları (əlli beş min üç yüz altmış üç dollar on altı sent) məbləğində ödəniş həyata keçirib, xx xxxx 2019-cu il tarixə 411.340,12 ABŞ dolları (dörd yüz on bir min üç yüz qırx dollar on iki sent), həmin dövrün rəsmi məzənnəsi ilə 699.278,2 manat (altı yüz doxsan doqquz min iki yüz yetmiş səkkiz manat iyirmi qəpik) məbləğində əsas və 74.721 (yetmiş dörd min yeddi yüz iyirmi bir) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 127.025,7 manat (bir yüz iyirmi yeddi min iyirmi beş manat yetmiş qəpik) məbləğində faiz borclarını, cəmi 486.061,12 ABŞ dolları (dörd yüz səksən altı min altmış bir dollar on iki sent), həmin dövrün rəsmi məzənnəsi ilə 826.303,9 manat (səkkiz yüz iyirmi altı min üç yüz üç manat doxsan qəpik) məbləğində pulu qəsdən ödəməməklə, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə vahid niyyətlə bilə-bilə şişirdilmiş yalan məlumatlar verdiyi maliyyə vəziyyətinin analizi üzrə bankla bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 30.000 (otuz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 23.532 (iyirmi üç min beş yüz otuz iki) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 300 (üç yüz) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 235,32 manatının (iki yüz otuz beş manat otuz iki qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 29.700 (iyirmi doqquz min yeddi yüz) ABŞ dollarını, həmin dövrün rəsmi məzənnəsi ilə 23.296,68 manatını (iyirmi üç min iki yüz doxsan altı manat altmış səkkiz qəpiyini) 143202 saylı bank çeki əsasında, xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 6.970,09 ABŞ dolları (altı min doqquz yüz yetmiş dollar doqquz sent), faiz üzrə 3.206,35 ABŞ dolları (üç min iki yüz altı dollar otuz beş sent) məbləğində ödəniş həyata keçirib, xx xxxx 2019-cu il tarixə 23.029,91 ABŞ dolları (iyirmi üç min iyirmi doqquz dollar doxsan bir sent), həmin dövrün rəsmi məzənnəsi ilə 39.150,84 manat (otuz doqquz min bir yüz əlli manat səksən dörd qəpik) məbləğində əsas və 4.125,74 ABŞ dolları (dörd min bir yüz iyirmi beş dollar yetmiş dörd sent), həmin dövrün rəsmi məzənnəsi ilə 7.013,75 manat (yeddi min on üç manat yetmiş beş qəpik) məbləğində faiz borclarını, cəmi 27.155,65 ABŞ dolları (iyirmi yeddi min bir yüz əlli beş dollar altmış beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 46.164,6 manat (qırx altı min bir yüz altmış dörd manat altmış qəpik) məbləğində pulu qəsdən ödəməməklə, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə vahid niyyətlə bilə-bilə şişirdilmiş yalan məlumatlar verdiyi maliyyə vəziyyətinin analizi üzrə bankla bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 200.000 (iki yüz min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 156.880 (bir yüz əlli altı min səkkiz yüz səksən) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 2.000 (iki min) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 1.568,8 manatının (bir min beş yüz altmış səkkiz manat səksən qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 198.000 (bir yüz doxsan səkkiz min) ABŞ dollarını, həmin dövrün rəsmi məzənnəsi ilə 155.311,2 manatını (bir yüz əlli beş min üç yüz on bir manat iyirmi qəpiyini) 143376 saylı bank çeki əsasında, xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 18.382,64 ABŞ dolları (on səkkiz min üç yüz səksən iki dollar altmış dörd sent), faiz üzrə 21.643,24 ABŞ dolları (iyirmi bir min altı yüz qırx üç dollar iyirmi dörd sent) məbləğində ödəniş həyata keçirib, xx xxxx 2019-cu il tarixə 181.617,36 ABŞ dolları (bir yüz səksən bir min altı yüz on yeddi dollar otuz altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 308.749,51 manat (üç yüz səkkiz min yeddi yüz qırx doqquz manat əlli bir qəpik) məbləğində əsas və 32.536,2 ABŞ dolları (otuz iki min beş yüz otuz altı dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 55.311,54 (əlli beş min üç yüz on bir manat əlli dörd qəpik) məbləğində faiz borclarını, cəmi 214.153,56 ABŞ dolları (iki yüz on dörd min bir yüz əlli üç dollar əlli altı sent), həmin dövrün rəsmi məzənnəsi ilə 364.061,05 manat (üç yüz altmış dörd min altmış bir manat beş qəpik) məbləğində pulu qəsdən ödəməməklə, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə vahid niyyətlə bilə-bilə şişirdilmiş yalan məlumatlar verdiyi maliyyə vəziyyətinin analizi üzrə bankla bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 40.000 (qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 31.380 (otuz bir min üç yüz səksən) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 400 (dörd yüz) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 313,8 manatının (üç yüz on üç manat səksən qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 39.600 (otuz doqquz min altı yüz) ABŞ dollarını, həmin dövrün rəsmi məzənnəsi ilə 31.066,2 manatını (otuz bir min altmış altı manat iyirmi qəpiyini) 143451 saylı bank çeki əsasında, xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 6.791,48 ABŞ dolları (altı min yeddi yüz doxsan bir dollar qırx səkkiz sent), faiz üzrə 4.241 (dörd min iki yüz qırx bir) ABŞ dolları məbləğində ödəniş həyata keçirib, xx xxxx 2019-cu il tarixə 33.208,52 ABŞ dolları (otuz üç min iki yüz səkkiz dollar əlli iki sent), həmin dövrün rəsmi məzənnəsi ilə 56.454,48 manat (əlli altı min dörd yüz əlli dörd manat qırx səkkiz qəpik) məbləğində əsas və 5.834,2 ABŞ dolları (beş min səkkiz yüz otuz dörd dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 9.918,14 (doqquz min doqquz yüz on səkkiz manat ön dörd qəpik) məbləğində faiz borclarını, cəmi 39.042,72 ABŞ dolları (otuz doqquz min qırx iki dollar yetmiş iki sent), həmin dövrün rəsmi məzənnəsi ilə 66.372,62 manat (altmış altı min üç yüz yetmiş iki manat altmış iki qəpik) məbləğində pulu qəsdən ödəməməklə, həmçinin, eyni niyyətlə, Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı tərəfindən xx.xx.2014-cü il tarixdə vahid niyyətlə bilə-bilə şişirdilmiş yalan məlumatlar verdiyi maliyyə vəziyyətinin analizi üzrə bankla bağlanmış xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” əsasında 12 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 150.000 (bir yüz əlli min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 117.675 (bir yüz on yeddi min altı yüz yetmiş beş) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 1.500 (bir min beş yüz) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 1.176,75 manatının (bir min bir yüz yetmiş altı manat yetmiş beş qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 148.203 (bir yüz qırx səkkiz min iki yüz üç) ABŞ dollarını, həmin dövrün rəsmi məzənnəsi ilə 116.265,25 manatını (bir yüz on altı min iki yüz altmış beş manat iyirmi beş qəpiyini) 143452 saylı bank çeki əsasında, xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından etibarnamə əsasında cinayətdən xəbərsiz olan qohumu X6 tərəfindən nağd olaraq götürülməklə qanunsuz kredit almış, həmin kreditdən heç bir məbləğdə ödəniş həyata keçirməyib, xx xxxx 2019-cu il tarixə 148.203 (bir yüz qırx səkkiz min iki yüz üç) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 251.945,1 manat (iki yüz əlli bir min doqquz yüz qırx beş manat on qəpik) məbləğində əsas və 26.752,8 ABŞ dolları (iyirmi altı min yeddi yüz əlli iki dollar səksən sent), həmin dövrün rəsmi məzənnəsi ilə 45.479,76 (qırx beş min dörd yüz yetmiş doqquz manat yetmiş altı qəpik) məbləğində faiz borclarını, cəmi 174.955,8 ABŞ dolları (bir yüz yetmiş dörd min doqquz yüz əlli beş dollar səksən sent), həmin dövrün rəsmi məzənnəsi ilə 297.424,86 manat (iki yüz doxsan yeddi min dörd yüz iyirmi dörd manat səksən altı qəpik) məbləğində pulu qəsdən ödəməməklə, ümumilikdə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 870.000 (səkkiz yüz yetmiş min) ABŞ dolları, həmin dövrlərin rəsmi məzənnəsi ilə 682.402 (altı yüz səksən iki min dörd yüz iki) manat məbləğdə qanunsuz kredit alaraq Zərərçəkmiş şəxs QSC-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə cəmi 941.368,85 ABŞ dolları (doqquz yüz qırx bir min üç yüz altmış səkkiz dollar səksən beş sent), müvafiq dövrün rəsmi məzənnəsi ilə 1.600.327,04 manat (bir milyon altı yüz min üç yüz iyirmi yeddi manat dörd qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan Zərərçəkmiş şəxs QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vahid niyyətlə vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar, eləcə də istintaq hərəkətinin protokolları və digər mötəbər dəlillərlə aşağıda göstərilən qaydada kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, evlidir və 2 övladı vardır. Uzun müddət sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. O, 2013-cü ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gələrək Samux rayonunda qohumu Şahid1 məxsus olan tum dənələri istehsal edən zavodu icarəyə götürərək işlətməyə başlamışdır. Bununla bağlı xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 12 saylı X4 tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs - fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik olmuşdur. Həmin fəaliyyətlə 2017-ci ilədək məşğul olmuş, müflis olduğu üçün həmin vaxtdan tum istehsalı dayandırılmışdır. Tum dənələrinin istehsalını artırmaq məqsədilə 2014-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs QSC-dən kredit götürmək qərarına gəlmiş, bununla bağlı bankın “Gəncə” filialına müraciət etmişdir. Həmin vaxt bankın mütəxəssisləri işlədiyi obyektə gələrək baxış keçirdikdən sonra xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” bağlanmışdır. Həmin müqavilə üzrə ona xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1.25 % dərəcəsi ilə 450.000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmiş, pulun 4.500 (dörd min beş yüz) ABŞ dolları, komissiya haqqı kimi bank tərəfindən tutulmuş, qalan 445.500 (dörd yüz qırx beş min beş yüz) ABŞ dollarını isə bankdan nağd qaydada götürərək dövriyyəni artırmaq üçün istehsalat müəssisəsinə avadanlıq və xammal almışdır. Həmin kredit üzrə əsas məbləğ üzrə 38.659,88 ABŞ dolları (otuz səkkiz min altı yüz əlli doqquz dollar səksən səkkiz sent), faiz üzrə 55.363,16 ABŞ dolları (əlli beş min üç yüz altmış üç dollar on altı sent) məbləğində ödəniş həyata keçirmiş, hazırda 411.340,12 ABŞ dolları (dörd yüz on bir min üç yüz qırx dollar on iki sent) məbləğində əsas və 74.721 (yetmiş dörd min yeddi yüz iyirmi bir) ABŞ dolları faiz borcu qalmışdır. Bundan başqa, eyni məqsədlə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində həmin filialdan kredit götürmüş, həmin tarixdə pulun 300 (üç yüz) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulmuş, qalan 29.700 (iyirmi doqquz min yeddi yüz) ABŞ dollarını isə bank çeki əsasında “Gəncə” filialının kassasından nağd olaraq götürmüşdür. Həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 6.970,09 ABŞ dolları (altı min doqquz yüz yetmiş dollar doqquz sent), faiz üzrə 3.206,35 ABŞ dolları (üç min iki yüz altı dollar otuz beş sent) məbləğində ödəniş həyata keçirib, hal-hazıra 23.029,91 ABŞ dolları (iyirmi üç min iyirmi doqquz dollar doxsan bir sent) məbləğində əsas və 4.125,74 ABŞ dolları (dörd min bir yüz iyirmi beş dollar yetmiş dörd sent) məbləğində faiz borcu qamışdır. Bundan başqa, eyni məqsədlə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialından xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 200.000 (iki yüz min) ABŞ dolları məbləğində kredit götürmüş, həmin tarixdə pulun 2.000 (iki min) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 198.000 (bir yüz doxsan səkkiz min) ABŞ dollarını bank çeki əsasında kassadan nağd olaraq götürmüşdür. Həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 18.382,64 ABŞ dolları (on səkkiz min üç yüz səksən iki dollar altmış dörd sent), faiz üzrə 21.643,24 ABŞ dolları (iyirmi bir min altı yüz qırx üç dollar iyirmi dörd sent) məbləğində ödəniş həyata keçirib, hal-hazıra 181.617,36 ABŞ dolları (bir yüz səksən bir min altı yüz on yeddi dollar otuz altı sent) məbləğində əsas və 32.536,2 ABŞ dolları (otuz iki min beş yüz otuz altı dollar iyirmi sent) məbləğində faiz borcu qalmışdır. O, həmçinin eyni məqsədlə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialından xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 40.000 (qırx min) ABŞ dolları məbləğində kredit götürmüş, həmin tarixdə pulun 400 (dörd yüz) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulmaqla 39.600 (otuz doqquz min altı yüz) ABŞ dollarını bank çeki əsasında, kassadan nağd olaraq götürmüşdür. Həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 6.791,48 ABŞ dolları (altı min yeddi yüz doxsan bir dollar qırx səkkiz sent), faiz üzrə 4.241 (dörd min iki yüz qırx bir) ABŞ dolları məbləğində ödəniş həyata keçirmiş, hal-hazıra 33.208,52 ABŞ dolları (otuz üç min iki yüz səkkiz dollar əlli iki sent) məbləğində əsas və 5.834,2 ABŞ dolları (beş min səkkiz yüz otuz dörd dollar iyirmi sent) məbləğində faiz borcu qalmışdır. Daha sonra, eyni məqsədlə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialından xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” əsasında 12 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 150.000 (bir yüz əlli min) ABŞ dolları məbləğində kredit götürmüş, həmin tarixdə pulun 1.500 (bir min beş yüz) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulmuş, 148.203 (bir yüz qırx səkkiz min iki yüz üç) ABŞ dollarını bank çeki əsasında xx.xx.2014-cü il tarixdə ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından verdiyi etibarnamə əsasında qohumu Şahid1 nağd olaraq götürüb həmin gün ona vermişdir. Hal-hazırda həmin kredit üzrə 148.203 (bir yüz qırx səkkiz min iki yüz üç) ABŞ dolları məbləğində əsas və 26.752,8 ABŞ dolları (iyirmi altı min yeddi yüz əlli iki dollar səksən sent) məbləğində faiz borcu qalmışdır. Onu da bildirir ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx xxxxxxx 2014cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi”, xx.xx.2014 -ci il tarixli “Kredit ərizəsi”, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli “kreditin verilməsi-köçürmə” vərəqəsi” və həmin tarixli “ödəniş planı” vərəqəsi; xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli “kredit ərizəsi”, xx.xx.2014-cü il tarixli “kreditin verilməsi-köçürmə” vərəqəsi” və həmin tarixli “ödəniş planı” vərəqəsi; xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, həmin tarixli “Kredit ərizəsi”, xx.xx.2014-cü il tarixli “kreditin verilməsiköçürmə” vərəqəsi” və həmin tarixli “ödəniş planı” vərəqəsi; xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi”, xx.xx.2014cü il tarixli “kreditin verilməsi-köçürmə” vərəqəsi” və həmin tarixli “ödəniş planı” vərəqəsi; xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il “Kredit ərizəsi”, xx.xx.2014-cü il tarixli “kreditin verilməsi-köçürmə” vərəqəsi” və həmin tarixli “ödəniş planı” vərəqəsində “Kredit alan” və “müştəri” qrafası qarşısındakı imzalar ona məxsusdur. Həmin sənədlər üzrə ümumilikdə 870.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmçinin bildirir ki, ona kredit verilməmişdən əvvəl kredit ödəmə qabiliyyətini müəyyən etmək məqsədilə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialının əməkdaşları xx.xx.2014-cü il tarixdə onun iş yerinə, yəni Samux rayonundakı istehsalat müəssisəsinə gəlib maliyyə vəziyyətini yoxlayarkən həmin bankın əməkdaşına aylıq dövriyyəsinin 164.345 ABŞ dolları olması və kredit ödəmə qabiliyyətinin, yəni aylıq gəlirinin 34.580 ABŞ dolları olması barədə məlumatları özü təqdim etmişdir. Həmin vaxt kredit götürmək məqsədilə bu barədə məlumatlara sənədləri bankın əməkdaşına təqdim etmişdir. Kredit götürmək məqsədilə aylıq dövriyyəsinin 164.345 ABŞ dolları olması və kredit ödəmə qabiliyyətinin, yəni aylıq gəlirinin 34.580 ABŞ dolları olması barədə məlumatla bağlı sənədləri imzalayıb vermişdir. Onun Zərərçəkmiş şəxs QSC-dən kredit kimi götürdüyü həmin pul vəsaitlərini banka qaytarmamaq məqsədi olmamışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu həmin ərəfədə ölkədə baş vermiş devalvasiya ilə əlaqədar olaraq onun da işlərində çətinliklər yaranmış və müflis olduğu üçün bankdan kredit kimi götürdüyü həmin pul vəsaitlərini ödəmək mümkün olmamışdır. Hesab edir ki, heç bir cinayət əməli törətməmiş, ona görə də barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs QSC-nin Gəncə filialında kiçik və orta biznes kreditləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmişdir. Onun əsas vəzifəsi kreditlər götürmək üçün müraciət etmiş müştərilər tərəfindən təqdim edilən məlumatların, ödəmə qabiliyyətlərinin olub-olmamasının yoxlanılması, həmin şəxslərin bizneslərinə baxış keçirilməsi, əldə edilmiş məlumatların təhlil edilməsi və sairdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə 2014-cü ilin sentyabr ayında işlədiyi filiala müraciət edərək Samux rayonu, Nəbiağali qəsəbəsində tum dənələri istehsal etdiyini və həmin fəaliyyəti genişləndirmək məqsədi ilə bankdan 450.000 ABŞ dolları kredit götürmək istədiyini bildirmişdir. Bununla bağlı həmin ərəfələrdə Təqsirləndirilən şəxsla birlikdə həmin istehsalat müəssisəsinə baxış keçirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt qeyd olunan istehsalat müəssisəsini, Gəncə şəhəri, Nizami rayonu, Şirvan küçəsində yerləşən 0,046 ha və həmin torpaq sahəsində 2 mərtəbəli ümumi sahəsi 266,5 m2 , 96 m2 əsas, 168,5 m2 köməkçi sahəsi olan 5 otaqlı 7 nömrəli fərdi yaşayış evini və Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində yerləşən 7 nömrəli evin 16-cı mərtəbəsində 130,6 m2 sahəsi olan 3 otaqlı mənzili girov qoymaq istədiyini bildirmişdir. Həmin əmlaklara yerində baxış keçirmiş, kredit mütəxəssisi kimi tərəfindən qeyd olunan müştəri üzrə araşdırmalar aparılmış və Raqifin iştirakı ilə fəaliyyətinin maliyyə analizi təhlil edilmişdir. 2014-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs rəhbəri olduğu istehsalat müəssisəsinin orta aylıq dövriyyəsi, xərcləri və mənfəəti barədə məlumatları təqdim etmiş, həmin məlumatlara əsasən aylıq dövriyyəsi 164.345 (bir yüz altmış dörd min üç yüz qırx beş) ABŞ dolları, ödəmə qabiliyyəti isə aylıq 34.580 (otuz dörd min beş yüz səksən) ABŞ dolları təşkil etmişdir. Həmin məlumatlar əsasında onun tərəfindən xx.xx.2014-ci il tarixdə kredit analizi vərəqəsi tərtib edilmiş, toplanmış sənədlər Kredit Komitəsində baxıldıqdan sonra müsbət qərar verilmiş və bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əmlaklar bankda yüklü edilmiş və xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” rəsmiləşdirilmişdir. Həmin X8 üzrə Təqsirləndirilən şəxs xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq 1.25 % dərəcəsi ilə 450.000 ABŞ dolları məbləğində kredit götürmüş, pulun 4.500 (dörd min beş yüz) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulmuş, qalan 445.500 (dörd yüz qırx beş min beş yüz) ABŞ dolları, 143201 saylı bank çeki əsasında ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından nağd olaraq Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs maliyyə vəziyyəti barədə təqdim etdiyi məlıumatlar nəzərə alınmaqla bank tərəfindən ona xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 200.000 (iki yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 40.000 (qırx min) ABŞ dolları və xx.xx.2014-cü il tarixli 006K**********41 №li “Kredit razılaşması” əsasında 12 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 150.000 (bir yüz əlli min) ABŞ dolları olmaqla, cəmi 870.000 (səkkiz yüz yetmiş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin qeyd edir ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Kredit analizi vərəqəsini özü tərtib etmiş, həmin vərəqənin “Mənfəət və zərər” qrafalarındakı aylıq dövriyyə, xərclər və mənfəət barədə məlumatları ona Təqsirləndirilən şəxs təqdim etmişdir. Öz növbəsində qeyd olunan kredit analizi vərəqəsini tərtib edib həmin vərəqə ilə Təqsirləndirilən şəxs tanış etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 2014-cü ildə Zərərçəkmiş şəxs QSC-nin KOBM üzrə direktor vəzifəsində işləmiş, əsas vəzifəsi kredit mütəxəssislərinin “kredit analizi” vərəqələrində verilən məlumatların doğruluğunu yoxlamaq, müştərilərin biznes yerlərinə baxış keçirmək və sairdən ibarət olmuşdur. Samux rayonunda sahibkarlıqla məşğul olan və Zərərçəkmiş şəxs QSC-nin Gəncə filialına müraciət etmiş Təqsirləndirilən şəxs faəliyyəti ilə bağlı həmin filialın kredit mütəxəssisi Şahid2 tərəfindən tərtib edilmiş Baş ofisə daxil olan xx.xx.2014-cü il tarixli “kredit analizi” vərəqəsi ilə bağlı məlumatların yoxlanılması ona həvalə edilmişdir. Bu məqsədlə həmin ərəfələrdə Gəncə şəhərinə ezam olunmuş və özü Təqsirləndirilən şəxsla görüşmüşdür. Təqsirləndirilən şəxs onu özünün Samux rayonunda yerləşən istehsalat müəssisəsinə aparmış və ona tum dənələrinin istehsalı ilə bağlı məlumat vermişdir. Raqiflə birlikdə onun istehsalat müəssisəsinə baxış keçirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona öz aylıq dövriyyəsi və gəlirləri barədə məlumatları təqdim etmişdir. O, həmin məlumatları Şahid2 təqdim etdiyi məlumatlarla müqayisə edərək “kredit analizi” vərəqəsinin düzgün tərtib edildiyini müəyyənləşdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona təqdim etdiyi sənədlərdən aylıq dövriyyəsinin 164.345 (bir yüz altmış dörd min üç yüz qırx beş) ABŞ dolları, ödəmə qabiliyyətinin isə aylıq 34.580 (otuz dörd min beş yüz səksən) ABŞ dolları olduğunu müəyyən etmişdir. Bundan sonra Kredit Komitəsində qeyd olunan məsələ müzakirə edilərək Təqsirləndirilən şəxs təqdim etdiyi məlumatlara inanılıb sonuncuya kredit verilməsi ilə bağlı müsbət qərar qəbul olunmuşdur. Kredit Komitəsinin qərarına əsasən Təqsirləndirilən şəxsla xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” rəsmiləşdirilmişdir. Həmin X8 üzrə Təqsirləndirilən şəxs xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq 1.25 % dərəcəsi ilə 450.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 200.000 (iki yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 40.000 (qırx min) ABŞ dolları və xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” əsasında 12 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 150.000 (bir yüz əlli min) ABŞ dolları olmaqla, cəmi 870.000 (səkkiz yüz yetmiş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin qeyd edir ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli Kredit analizi vərəqəsinin “Mənfəət və Zərər” qrafasındakı məlumalar Təqsirləndirilən şəxs tərəfindən kredit götürməmişdən əvvəl maliyyə vəziyyəti barədə təqdim etdiyi sənədlər əsasında tərtib edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim etdiyi dövriyyəsi və gəlirləri barədə məlumatlara baxdıqdan sonra həmin sənədləri Raqifin özünə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialının müdiri vəzifəsində çalışmış, əsas vəzifəsi filialın bütün işlərinə nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs 2014-cü ilin oktyabr ayında filiala müraciət edərək tum dənələrinin istehsalı ilə məşğul olduğunu və dövriyyəsini artırmaq məqsədilə kredit götürmək istədiyini bildirmişdir. Bununla bağlı filialın kredit mütəxəssisi Şahid2 həmin müştərinin biznes fəaliyyətinə baxış keçirilməsi həvalə edilmişdir. Şahid2 tərəfindən Təqsirləndirilən şəxs Samux rayonunda yerləşən istehsalat müəssisəsinə baxış keçirilmiş, sonuncunun aylıq dovriyyəsi və gəlirləri barədə məlumatlar toplanmış, həmin məlumatlar Baş ofisin Kredit Komitəsinə təqdim edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi məlumatlara əsasən aylıq dövriyyəsi 164.345 (bir yüz altmış dörd min üç yüz qırx beş) ABŞ dolları, ödəmə qabiliyyəti isə aylıq 34.580 (otuz dörd min beş yüz səksən) ABŞ dolları təşkil etmişdir. Toplanmış sənədlər Kredit Komitəsində baxıldıqdan sonra müsbət qərar verilmiş və bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əmlaklar bankda yüklü edilərək onunla xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” rəsmiləşdirilmişdir. Həmin X8 üzrə Təqsirləndirilən şəxs xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq 1.25 % dərəcəsi ilə 450.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin tarixdə pulun 4.500 (dörd min beş yüz) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulmuş, qalan 445.500 (dörd yüz qırx beş min beş yüz) ABŞ dolları 143201 saylı bank çeki əsasında ünvan 2 ünvanında yerləşən həmin bankın “Gəncə” filialının kassasından nağd olaraq Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Həmin kredit razılaşmasını filialın rəhbəri kimi o, imza edib filialın möhürü ilə təsdiq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs maliyyə vəziyyəti barədə təqdim etdiyi məlumatlar nəzərə alınmaqla bank tərəfindən ona xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 200.000 (iki yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 40.000 (qırx min) ABŞ dolları və xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” əsasında 12 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 150.000 (bir yüz əlli min) ABŞ dolları olmaqla, cəmi 870.000 (səkkiz yüz yetmiş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin bildirir ki, cinayət işinin istintaq materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli köçürmə vərəqəsi və həmin tarixli ödəniş planı sənədlərində “Şahid4” və “bankın nümayəndəsi” qrafası qarşısındakı imzalar ona məxsusdur, həmin sənədləri özü imzalayıb filialın möhürü ilə təsdiq etmişdir. Həmin kredit müqaviləsinə əsasən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.25 % dərəcəsi ilə 450.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin tarixdə pulun 4.500 (dörd min beş yüz) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulmuş, qalan 445.500 (dörd yüz qırx beş min beş yüz) ABŞ dolları “Gəncə” filialının kassasından nağd olaraq Təqsirləndirilən şəxs tərəfindən götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2011-2014-cü illərdə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialında kiçik və orta biznes kreditləri üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Təqsirləndirilən şəxs ilk dəfə 2014-cü ilin oktyabr ayında işlədiyi filiala müraciət edərək tum dənələrinin istehsalı ilə məşğul olduğunu bildirmiş, onun fəaliyyətinin yoxlanılması bankın kredit mütəxəssisi Şahid2 həvalə edilmişdir. Şahid2 həmin ərəfələrdə Təqsirləndirilən şəxsla birlikdə sonuncunun istehsalat müəssisəsinə və girov kimi təqdim etdiyi əmlaklara baxış keçirmişdir. Raqifin iştirakı ilə fəaliyyətinin maliyyə analizi təhlil edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2014cü ilin oktyabr ayında rəhbəri olduğu istehsalat müəssisəsinin orta aylıq dövriyyəsi, xərcləri və mənfəəti barədə məlumatları təqdim etmiş, təqdim etdiyi məlumatlara əsasən aylıq dövriyyəsi 164.345 (bir yüz altmış dörd min üç yüz qırx beş) ABŞ dolları, ödəmə qabiliyyəti isə aylıq 34.580 (otuz dörd min beş yüz səksən) ABŞ dolları olmuşdur. Həmin məlumatlar əsasında Şahid2 tərəfindən xx.xx.2014-cü il tarixdə kredit analizi vərəqəsi tərtib edilmişdir. Toplanmış sənədlər Kredit Komitəsində baxıldıqdan sonra müsbət qərar verilmiş və bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əmlaklar bankda yüklü edilərək onunla xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” rəsmiləşdirilmişdir. Həmin X8 üzrə Təqsirləndirilən şəxs xx xxxxxxx 2014-cü il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə, aylıq 1.25 % dərəcəsi ilə 450.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd olunan kredit razılaşması filialın rəhbəri Şahid4 tərəfindən təsdiq edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs maliyyə vəziyyəti barədə təqdim etdiyi məlumatlar nəzərə alınmaqla bank tərəfindən ona xx xxxxxxx 2014-cü il tarixli 006L**********97 №-li “Uzunmüddətli kredit müqaviləsi” üzrə xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 30.000 (otuz min) ABŞ dolları məbləğində, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 200.000 (iki yüz min) ABŞ dolları, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması” əsasında 36 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 40.000 (qırx min) ABŞ dolları və xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” əsasında 12 ay müddətinə, aylıq 1,2333 % dərəcəsi ilə 150.000 (bir yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin 3 kredit müqavilələri həmin vaxt filial müdiri Şahid4 məzuniyyətdə olduğu üçün onun tərəfindən imzalanaraq filialın möhürü ilə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ümumulikdə 870.000 (səkkiz yüz yetmiş min) ABŞ dolları məbləğində kredit verilmiş, hal-hazıra həmin kreditlər üzrə cəmi 941.368,85 ABŞ dolları (doqquz yüz qırx bir min üç yüz altmış səkkiz dollar səksən beş sent) kredit borcu qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 1999-cu ildə “xxxx” MMC-ni təsis etmiş və həmin vaxtdan Samux rayonunda özünə məxsus müəssisədə un istehsalı ilə məşğul olmuşdur. 2015-ci ildə baş vermiş devalvasiya nəticəsində müflis olduğu üçün fəaliyyətini dayandırmışdır. Təqsirləndirilən şəxs onun qaynıdır. Təqsirləndirilən şəxs uzun müddət sürücülük fəaliyyəti ilə məşğul olmuş, lakin 2013-cü ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Təqsirləndirilən şəxs fərdi sahibkar kimi Vergilər Nazirliyində qeydiyyatdan keçdikdən sonra ona məxsus istehsalat müəssisəsinin bir hissəsini icarəyə götürərək tum dənələrini istehsal etməyə başlamışdır. Təqsirləndirilən şəxs bu fəaliyyətdə yardımçı olmağa çalışmış, hətta maliyyə köməkliyi göstərmişdir. Təqsirləndirilən şəxs 2014-cü ildə istehsalını artırmaq məqsədilə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialından kredit götürmək qərarına gəlmiş, ona köməklik etmək məqsədilə hətta rəhbəri olduğu istehsalat müəssisəsini banka girov qoymağa razılaşmışdır. Təqsirləndirilən şəxs 2014-cü ildə bankın “Gəncə” filialından ümumilikdə 870.000 ABŞ dolları kredit götürmüşdür. Həmin kreditlərdən xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə Təqsirləndirilən şəxs ayrılmış 150.000 ABŞ dollarını sonuncunun ona verdiyi etibarnamə əsasında bankın kassasından komissiya xərcləri çıxıldıqdan sonra həmin tarixdə 148.203 ABŞ dollarını götürərək həmin gün Samux rayonunda Raqiflə görüşüb sonuncuya vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2014-cü il tarixdə sahibkar fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) ilə Zərərçəkmiş şəxs QSC-nin Gəncə filialı arasında 006L**********97 saylı “X8” bağlanmış, müqavilənin 1-ci bəndinə əsasən borcalana xx.xx.2024-cü il tarixdən gec olmayan, 120 ay müddətinə, ümumilikdə 5 000 000,0 ABŞ dolları həcmində kredit xəttinin açılması və həmin kredit xətti əsasında veriləcək hər bir kreditin məqsədi, məbləği, faiz dərəcəsi, müddəti və digər şərtlərin tərəflər arasında bağlanacaq “Kredit Razılaşmaları” ilə müəyyən edilməsi nəzərdə tutulmuş, xx.xx.2014-cü il tarixli 006L**********97 “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.25 % olmaqla, 450.000,00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 4500.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 445 500.0 ABŞ dolları 143201 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. Həmin kreditə görə əsas məbləğ üzrə 38 659.88 ABŞ dolları, faiz üzrə 55 363.16 ABŞ dolları ödənilmiş və xx.xx.2019-cu il tarixinə 411 340.12 ABŞ dolları məbləğində əsas və 74 721.00 ABŞ dolları faiz borcu olmaqla, cəmi 486 061.12 ABŞ dolları borcu qalmışdır. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 30 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 300.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 29 700.0 ABŞ dolları 143202 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. Həmin kreditə görə əsas məbləğ üzrə 6970.09 ABŞ dolları, faiz üzrə 3206.35 ABŞ dolları ödənilmiş və xx.xx.2019-cu il tarixinə 23 029.91 ABŞ dolları məbləğində əsas və 4125.74 ABŞ dolları faiz borcu olmaqla, cəmi 27 155.65 ABŞ dolları borcu qalmışdır. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 200 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 2000.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 198 000.00 ABŞ dolları 143376 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. Həmin kreditə görə əsas məbləğ üzrə 18 382.64 ABŞ dolları, faiz üzrə 21 643.24 ABŞ dolları ödənilmiş və xx.xx.2019-cu il tarixinə 181 617.36 ABŞ dolları məbləğində əsas və 32 536.2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 214 153.56 ABŞ dolları borcu qalmışdır. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 40 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 400.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 39 600.0 ABŞ dolları 143451 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. Həmin kreditə görə əsas məbləğ üzrə 6791.48 ABŞ dolları, faiz üzrə 4241.0 ABŞ dolları ödənilmiş və xx.xx.2019-cu il tarixinə 33 208.52 ABŞ dolları məbləğində əsas və 5834.2 ABŞ dolları faiz borcu olmaqla, cəmi 39 042.72 ABŞ dolları borcu qalmışdır. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında, onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006K**********41 saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 12 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 150 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 1500.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 148 203.0 ABŞ dolları 143452 saylı bank çeki əsasında Şahid1 tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. Həmin kredit üzrə heç bir ödəniş aparılmamış, xx.xx.2019-cu il tarixinə 148 203.0 ABŞ dolları məbləğində əsas və 26 752.8 ABŞ dolları faiz borcu olmaqla, cəmi 174 955.8 ABŞ dolları borcu qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan bank tərəfindən təqdim olunmuş bank hesabından çıxarışlar əsasında müəyyən edilmişdir ki, cəmi 870 000.00 ABŞ dolları məbləğində kredit ayrı-ayrı tarixlərdə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-də olan AZ10ACAB******************** saylı cari hesabına köçürülmüşdür. Həmin məbləğdən 712 800.0 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı vaxtlarda hissə-hissə, 148 203.0 ABŞ dolları Şahid1 tərəfindən xx.xx.2014-cü il tarixdə bir dəfəyə məxaric edilmiş, 8997.0 ABŞ dolları məbləğində komissiya haqqı bank tərəfindən tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən təqdim olunmuş hesabat sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs (VÖEN **********) xx.xx.2014-cü il tarixdə “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatına alınmış, qeydiyyata alındığı vaxtdan xx.xx.2018-ci il tarixədək sadələşdirilmiş verginin ödəyicisi olmuş və təqdim etdiyi “Sadələşdirilmiş vergi bəyannamələrində” 2014-cü ilin noyabr ayında 2500 manat dövriyyəsi, 2000 manat xərci, 500 manat gəliri, dekabr ayında 2500 manat dövriyyəsi, 2000 manat xərci, 500 manat gəliri olmaqla, 2014-cü ilin İV rübündə dövriyyəsi ümumi olaraq 5000.0 manat, xərci 4000.0 manat, gəliri 1000.0 manat olmuşdur. Həmin bank və hesabat sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs 2014-2015-ci illərdə 72 065.0 manat məbləğində ümumi dövriyyəsi olmuşdur (2016-cı, 2017-ci və 2018ci illərdə fəaliyyətinin olmadığını göstərmişdir). Bu isə, 12 ay üzrə xərclər çıxılmadan orta aylıq dövriyyənin 6005.4 manat olması deməkdir. Halbuki, kreditlərin ödəniş planlarına əsasən 450 000.00 ABŞ dolları məbləğində olan kredit üzrə orta aylıq kredit ödənişi 15 706.0 ABŞ dolları, 30 000.00 ABŞ dolları məbləğində olan kredit üzrə orta aylıq kredit ödənişi 1043.0 ABŞ dolları, 200 000.00 ABŞ dolları məbləğində olan kredit üzrə orta aylıq kredit ödənişi 6948.0 ABŞ dolları, 40 000.00 ABŞ dolları məbləğində olan kredit üzrə orta aylıq kredit ödənişi 1387.0 ABŞ dolları və 150 000.00 ABŞ dolları məbləğində olan kredit üzrə orta aylıq kredit ödənişi 12 483.0 ABŞ dolları olmuşdur. Beləliklə də, borclu olan Təqsirləndirilən şəxs maliyyə imkanları yol vermədiyi halda xx.xx.2014-cü il tarixli kredit ərizəsində ayda 25 000.0 ABŞ dolları, xx.xx.2014-cü il tarixli kredit ərizəsində ayda 25 000.0 ABŞ dolları, xx.xx.2014-cü il tarixli kredit ərizəsində ayda 25 000.0 ABŞ dolları, xx.xx.2014-cü il tarixli kredit ərizəsində ayda 35 000.0 ABŞ dolları həcmində vəsaiti asanlıqla ödəyəcəyi barədə şişirdilmiş məlumat verərək, ümumilikdə 870 000.0 ABŞ dolları həcmində kredit götürmüş, aylıq ödənişləri vaxtında icra etməmiş və nəticədə əsas borc üzrə 797 398.91 ABŞ dolları məbləğində, hesablanmış faizlər üzrə 143 969.94 ABŞ dolları məbləğində, tətbiq edilmiş cərimələr üzrə 1700.0 ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 23819 nömrəli rəyində göstərilmişdir ki, sahibkar fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) ilə Zərərçəkmiş şəxs QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin tələblərinə müvafiq olaraq imzalanmış kredit razılaşması əsasında ümumilikdə 870.000 ABŞ dolları məbləğində kredit götürmüş, həmin tarixə 797.398.91 ABŞ dolları məbləğində əsas və 143.969.94 ABŞ dolları faiz və 1700 ABŞ dolları cərimə borcu qalmış, həmçinin təhlil əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2014-2015-ci illərdə 72065.0 manat məbləğində ümumi dövriyyəsi, 57652.0 manat xərci, 14413.0 manat gəliri olmuşdur (2016cı, 2017-ci və 2018-ci illərdə fəaliyyətinin olmadığını göstərmişdir). Bu isə, 12 ay üzrə orta aylıq dövriyyənin 6005.4 manat, orta aylıq xərcin 4804.3 manat, orta aylıq gəlirin isə 1201.08 manat olması deməkdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan bank sənədlərindən görünür ki, xx.xx.2014-cü il tarixdə sahibkar fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) ilə Zərərçəkmiş şəxs QSC-nin Gəncə filialı arasında 006L**********97 saylı “X8” bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən borcalana xx.xx.2024-cü il tarixdən gec olmayan, 120 ay müddətinə, ümumilikdə 5 000 000.0 ABŞ dolları həcmində kredit xəttinin açılması və həmin kredit xətti əsasında veriləcək hər bir kreditin məqsədi, məbləği, faiz dərəcəsi, müddəti və digər şərtlərin tərəflər arasında bağlanacaq “Kredit Razılaşmaları” ilə müəyyən edilməsi nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.25 % olmaqla, 450 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 4500.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 445 500.0 ABŞ dolları 143201 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 30 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 300.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 29 700.0 ABŞ dolları 143202 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 200 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 2000.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 198 000.00 ABŞ dolları 143376 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006R********** saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 36 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 40 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 400.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 39 600.0 ABŞ dolları 143451 saylı bank çeki əsasında Təqsirləndirilən şəxs tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. xx.xx.2014-cü il tarixli 006L**********97 saylı “X8”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs verdiyi xx.xx.2014-cü il tarixli “Kredit ərizəsi” əsasında onunla Zərərçəkmiş şəxs QSC arasında xx.xx.2014-cü il tarixdə 006K**********41 saylı “Kredit Razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 12 ay müddətinə, aylıq 1.2333 % olmaqla, 150 000.00 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 1500.0 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 148 203.0 ABŞ dolları 143452 saylı bank çeki əsasında Şahid1 tərəfindən nağd şəkildə kassadan məxaric edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan bank hesabından çıxarışlardan görünür ki, cəmi 870 000.00 ABŞ dolları məbləğində kredit ayrı-ayrı tarixlərdə hissə-hissə olmaqla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs QSC-də olan AZ10ACAB******************** saylı cari hesabına köçürülmüşdür. Həmin məbləğdən 712 800.0 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən ayrı-ayrı vaxtlarda hissə-hissə, 148 203.0 ABŞ dolları Şahid1 tərəfindən xx.xx.2014-cü il tarixdə bir dəfəyə məxaric edilmiş, 8997.0 ABŞ dolları məbləğində komissiya haqqı bank tərəfindən tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyindən təqdim olunmuş hesabat sənədlərindən görünür ki, Təqsirləndirilən şəxs (VÖEN **********) xx.xx.2014-cü il tarixdə “bir pəncərə” prinsipi əsasında dövlət qeydiyyatına alınmış, qeydiyyata alındığı vaxtdan xx.xx.2018-ci il tarixədək sadələşdirilmiş verginin ödəyicisi olmuş və təqdim etdiyi “Sadələşdirilmiş vergi bəyannamələrində” 2014-cü ilin noyabr ayında 2500 manat dövriyyəsi, 2000 manat xərci, 500 manat gəliri, dekabr ayında 2500 manat dövriyyəsi, 2000 manat xərci, 500 manat gəliri olmaqla 2014-cü ilin İV rübündə dövriyyəsi ümumi olaraq 5000.0 manat, xərci 4000.0 manat, gəliri 1000.0 manat olmuşdur. 2015-ci ilin yanvar ayında 7229.0 manat dövriyyəsi, 5783.2 manat xərci, 1445.8 manat gəliri, fevral ayında 7800.0 manat dövriyyəsi, 6240.0 manat xərci, 1560.0 manat gəliri, mart ayında 7750.0 manat dövriyyəsi, 6200.0 manat xərci, 1550.0 manat gəliri olmaqla 2015-ci ilin İ rübündə dövriyyəsi ümumi olaraq 22779.0 manat, xərci 18 223.2 manat, gəliri 4555.8 manat, 2015-ci ilin aprel ayında 8684.0 manat dövriyyəsi, 6947.2 manat xərci, 1736.8 manat gəliri, may ayında 7982.0 manat dövriyyəsi, 6385.6 manat xərci, 1596.4 manat gəliri, iyun ayında 6084.0 manat dövriyyəsi, 4867.2 manat xərci, 1216.8 manat gəliri olmaqla 2015-ci ilin İİ rübündə dövriyyəsi ümumi olaraq 22750.0 manat, xərci 18 200.0 manat, gəliri 4550.0 manat, 2015-ci ilin iyul ayında 9378.0 manat dövriyyəsi, 7502.4 manat xərci, 1875.6 manat gəliri, avqust ayında 8122.0 manat dövriyyəsi, 6497.6 manat xərci, 1624.4 manat gəliri, sentyabr ayında 4036.0 manat dövriyyəsi, 3228.8 manat xərci, 807.2 manat gəliri olmaqla 2015-ci ilin İİİ rübündə dövriyyəsi ümumi olaraq 21 536.0 manat, xərci 17 228.8 manat, gəliri 4307.2 manat olmuşdur. İş materiallarında olan Vergi orqanına təqdim olunmuş “Sadələşdirilmiş vergi” və “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi” bəyannamələrindən görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 965.2.1, 965.2.2 və 965.2.3-cü maddələrində nəzərdə tutulmuş ödənişlərə (əmək haqqı, büdcə ödənişləri, sosial sığorta ödənişləri və sair) sərf olunan vəsaitin ümumi məbləği 2014-cü ildə 100.0 manat, 2015-ci ildə 1341.3 manat, (2016-cı, 2017-ci və 2018-ci illər üzrə bəyannamələr boş təqdim olunmuşdur) olmaqla, ümumilikdə 1441.3 manat təşkil etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2014-ci il tarixli “kredit analizi” vərəqəsindən görünür ki, vərəqənin “mənfəət və zərər hesabatı” qrafasında Təqsirləndirilən şəxs aylıq dövriyyəsi 164.345 (bir yüz altmış dörd min üç yüz qırx beş) ABŞ dolları, kredit ödəmə qabiliyyətinin isə aylıq 34.580 (otuz dörd min beş yüz səksən) ABŞ dolları olduğu göstərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 9 saylı X9 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs-sahibkar kimi xx.xx.2014-cü il tarixdə qeydiyyata alınmış, ünvanı - ünvan 7 yerləşir, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, cinayət işinin istintaq materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” və həmin razılaşmalarla bağlı digər kredit sənədləri, Təqsirləndirilən şəxs ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr, şəxsi hesab vərəqələri və xx.xx.2014-cü il tarixli “kredit analizi” vərəqəsi maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx xxxxxxx 2019-cu il tarixdən hesablanmaqla xx xxxxxx 2019-cu il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Zərərçəkmiş şəxs QSCnin İdarə heyətinin sədri tərəfindən məhkəməyə ünvanlanmış arayışda Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair hazırki cinayət işi ilə əlaqədar bildirilir ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(104)-960/2018 saylı qətnaməsinə əsasən cavabdehlərdən üç kredit razılaşması üzrə ümumilikdə cəmi 943091,52 ABŞ dolları borcun Zərərçəkmiş şəxs QSC-nin xeyrinə tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Şirvani küçəsi, 7 saylı fərdi yaşayış evinə ilkin satış qiyməti 163200 manat, Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 7 saylı evin 178 saylı mənzilinə ilkin satış qiyməti 170000 manat və Samux rayonu, Nəbiağalı qəsəbəsində 0.04 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə ilkin satış qiyməti 415000 manat müəyyən edilməklə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq borcun ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və əmlakların açıq hərracdan satılaraq realizə edilməsi üçün hərrac prosesləri keçirilmişdir. İpoteka predmeti olan üç ədəd əmlak hərraca çıxarılsa da, alıcı olmadığından ilk və təkrar hərraclar baş tutmamış, əmlaklar yekunda ipoteka saxlayan Zərərçəkmiş şəxs QSC-yə təklif edilmiş, əmlaklar borcun 476977.5 manat hissəsinin qarşılığında Zərərçəkmiş şəxs QSC tərəfindən mülkiyyətinə qəbul edilmişdir. Daha sonra Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, 7 saylı evin 178 saylı mənzili satılaraq əldə edilmiş vəsait borc məbləğinin qismən ödənilməsinə yönəldilmişdir. Həmçinin Samux rayonu, Nəbiağalı qəsəbəsində 0.04 ha torpaq sahəsində yerləşən əmlak kompleksi borclular tərəfindən boşaldılaraq Banka təhvil verilmişdir. Hazırda Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs QSC-yə olan qalıq borcu və vurulmuş maddi ziyanın məbləği 639918.16 ABŞ dolları (1087860.87 manat ekvivalentində) təşkil edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs QSC vurulmuş maddi ziyanın tam şəkildə ödənilməsində israrlıdır. Qeyd olunanların nəzərə alınmağı, iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən vurulmuş maddi ziyanın qalıq məbləğinin nəzərə alınmaqla, cəza növünün müəyyən olunmasının məhkəmənin mülahizəsinə buraxıldığı göstərilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinin İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi, Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmununun qeyrimüəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Beləliklə, yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs fərdi sahibkar kimi özünün maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verərək külli miqdarda ziyan vurmaqla vahid niyyətlə qanunsuz kredit alması, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə vahid niyyətlə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə edərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafeyinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə tövsif olunmalı və o, həmin maddələr ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar və onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinin tələbinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən vurulmuş ziyanın qismən ödənilməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halı və cəzasını ağırlaşdıran halların olmamasını cəzanın növünü və həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən törədilən cinayətlərin az ağır cinayətlər kateqoriyasına aid olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası ilə yanaşı, əlavə cəza olan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası ilə yanaşı, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Törədilmiş cinayətin hallarını və təqsirləndirilənin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə də müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Beləliklə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablanmalı, haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar- Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” və həmin razılaşmalarla ilə bağlı digər kredit sənədləri, Təqsirləndirilən şəxs Səfər oğlu ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr, şəxsi hesab vərəqələri və xx.xx.2014-ci il tarixli “kredit analizi” vərəqəsi cinayət işinin istintaq materillarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən məhkəmə məsrəfi hesab edilən, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əli) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilməlidir. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələrində nəzərədə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsi ilə Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx.xx.2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə müəyyən edilmiş 03 (üç) il müddətə şamil edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs QSC-nin “Gəncə” filialı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006R********** №-li “Kredit razılaşması”, xx.xx.2014-cü il tarixli 006K**********41 №-li “Kredit razılaşması” və həmin razılaşmalarla ilə bağlı digər kredit sənədləri, Təqsirləndirilən şəxs Səfər oğlu ilə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən daxil olmuş bəyənnamələr, şəxsi hesab vərəqələri və xx.xx.2014-ci il tarixli “kredit analizi” vərəqəsi cinayət işinin istintaq materillarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə məsrəfi hesab olunan ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə zərərçəkmiş şəxsə ona vurulmuş maddi ziyanın ödənilməmiş hissəsi bağlı mülki məhkəmə icraatı qaydasında məhkəmədə mülki iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-8/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-8/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver