Məhkəmə qərarları › İş №1(044)-80/2020

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-80/2020

28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-80/2020 28.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum edilmiş, Ağstafa rayonunun Sadıxlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hal-hazırda Penitensiar Xidmətin 2 X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən cinayət törətməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 29,149.2.1-ci, 29,149.2.5-ci, 32.5, 29,149.2.5-ci maddələri ilə təqsirləndirildiyindən barəsində Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 4(015)-44/17 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Gəncə şəhərində yerləşən Penitensiar Xidmətin 2 X2 saxlanılarkən «Cəzaçəkmə müəssisələrinin X4» ilə qadağan olunmuş əşya sayılan “Nokia” markalı “BM105” modelli, «**********71517» və «**********809978» İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində Gəncə şəhərində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 12 saylı kamerasında saxlanılan şəxslərin üzərinə axtarış-baxış keçirilərkən həmin mobil telefon onun əynində olan qara rəngli idman şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, maddi sübut, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X5 Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 29,149.2.1-ci, 29,149.2.5-ci, 32.5, 29,149.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İstintaq təcridxanasına yerləşdirilərkən təcridxananın məsul şəxsləri tərəfindən qadağan olunmuş əşyaların siyahısı ona elan edilmiş, mobil telefonun həmin siyahıda olan əşyalara aid olmaqla saxlanması, daşınması və ya istifadəsinə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuşdur. Əvvəllər Gəncə şəhərində yerləşən Penitensiar Xidmətin 2 X2 saxlanıldığı kamera olan 1-ci rejim korpusunun 12 saylı kamerasına xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində təcridxananın əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə kamerada saxlanıldığı digər şəxslərlə birlikdə üzərlərinə və əşyalarına axtarışbaxış tədbirləri keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ cibindən ona məxsus olan “Nokia” markalı “BM105” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan sonra Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları hal şahidləri ilə birlikdə protokol tərtib edərək mobil telefonu zərfdə qablaşdıraraq protokola əlavə etmişlər. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid2 Raqif oğlu ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 2 saylı X1 bölməsinin əməliyyatçısı vəzifəsində işləyir. xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində daxil olan əməliyyat məlumatına əsasən 1-ci rejim korpusunun 12 saylı kamerasına və kamerada saxlanılan şəxslərin üzərinə axtarış-baxış keçirilərkən kamerada saxlanılan Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ cibində gizlədilmiş bir ədəd «Cəzaçəkmə müəssisələrinin X4» ilə qadağan olunmuş əşya– “Nokia” markalı “BM-105” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar protokol tərtib edilmiş, götürülmüş mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 2 saylı X3 Nəzarət Şöbəsinin inspektoru vəzifəsində işləyir. İstintaq təcridxanasında saxlanılan şəxslərə, həmçinin Təqsirləndirilən şəxs da dövriyyəsi qadağan edilmiş əşyaların siyahısı elan edilmiş, mobil telefonun həmin siyahıda olan əşyalara aid olmaqla saxlanılması, daşınması və ya istifadəsinin cinayət məsuliyyətinə səbəb olması elan olunmuşdur. xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində daxil olan əməliyyat məlumatına əsasən 1-ci rejim korpusunun 12 saylı kamerasına və kamerada saxlanılan şəxslərin üzərinə axtarış-baxış keçirilərkən kamerada saxlanılan Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ cibində gizlədilmiş bir ədəd «Cəzaçəkmə müəssisələrinin X4» ilə qadağan olunmuş əşya– “Nokia” markalı “BM-105” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar protokol tərtib edilmiş, götürülmüş mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid5 ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 2 X2 xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində 1-ci rejim korpusunun 12 saylı kamerasına və kamerada saxlanılan şəxslərin üzərinə və əşyalarına axtarış-baxış tədbirində iştirak etmək üçün hal şahidi qismində dəvət olunmuş, ona və digər hal şahidi Şahid4 baxış keçirilməzdən əvvəl qanunvericiliyə uyğun qaydada hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirilən zaman həmin kamerada saxlanılan Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ cibində gizlədilmiş bir ədəd “Nokia” markalı mobil telefon aparatının aşkar olunaraq götürülməsinin şahidi olmuşdur. Bundan sonra təcridxananın əməkdaşları tərəfindən protokol tərtib edilmiş, aşkar olunaraq götürülmüş mobil telefon qablaşdırılıb protokola əlavə olunmuşdur. Protokolla bütün iştirakçılar tanış olaraq imzaları ilə doğruluğunu təsdiqləmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, o, məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq edilmiş ifadəsindən görünür ki, o, Penitensiar Xidmətin 2 saylı X1 Rejim Bölməsinin inspektoru vəzifəsində işləmişdir. O, Təqsirləndirilən şəxs İstintaq Təcridxanasında saxlanılan şəxs kimi tanımış, onunla ədavəti və düşmənçiliyi olmamışdır. xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində daxil olan əməliyyat məlumatına əsasən 1-ci rejim korpusunun 12 saylı kamerasına və kamerada saxlanılan şəxslərin üzərinə axtarış-baxış keçirilərkən kamerada saxlanılan Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ cibində gizlədilmiş bir ədəd «Cəzaçəkmə müəssisələrinin X4» ilə qadağan olunmuş əşya– “Nokia” markalı “BM-105” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar protokol tərtib edilmiş, götürülmüş mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuşdur. İstintaq Təcridxanasında saxlanılan şəxslərə dövriyyəsi qadağan edilmiş əşyaların siyahısı elan edilmiş, həmçinin Təqsirləndirilən şəxs də mobil telefonun həmin siyahıda olan əşyalara aid olmaqla saxlanılması, daşınması və ya istifadəsinin cinayət məsuliyyətinə səbəb olması bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kompyutertexniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 23561 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Nokia” markalı “BM105” modelli, «**********71517» və «**********809978» İMEİ kodlu mobil telefon olmaqla, halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxx 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X4”na 11-ci əlavəsindən görünür ki, mobil telefon təqsirləndirilən şəxslərə və məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə hal şahidlərinin iştirakı ilə məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman içərisində bir ədəd “Nokia” markalı “BM105” modelli telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan X5 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 29,149.2.1, 29,149.2.5, 32.5,29, 149.2.5 və 32.5,150.2.5-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 149.2.1, 29,149.2.5, 32.5, 29,149.2.5-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5,150.2.5-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx xxxx 2018-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərardan görünrür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Nokia” markalı “BM105” modelli, «**********71517» və «**********809978» İMEİ kodlu mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs qəsdən cinayət törətməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3, 29,149.2.1ci, 29,149.2.5-ci, 32.5, 29,149.2.5-ci maddələri ilə təqsirləndirildiyindən barəsində Ağstafa Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli, 4(015)-44/17 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Gəncə şəhərində yerləşən Penitensiar Xidmətin 2 X2 saxlanılarkən «Cəzaçəkmə müəssisələrinin X4» ilə qadağan olunmuş əşya sayılan “Nokia” markalı “BM105” modelli, «**********71517» və «**********809978» İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində Gəncə şəhərində yerləşən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən 1-ci rejim korpusunun 12 saylı kamerasında saxlanılan şəxslərin üzərinə axtarış-baxış keçirilərkən həmin mobil telefon onun əynində olan qara rəngli idman şalvarının sağ cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Göründüyü kimi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan X5 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(100)-12/2019 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixliQərarının 1-ci bəndində göstərilmişdir ki, “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X5 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(100)-12/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzasının əvvəli həmin hökmlə müəyyən edilmiş tarixdən, yəni xx xxxx 2018-ci il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin tələbinə əsasən məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmin Məcələnin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Odur ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş istifadəyə yararlı bir ədəd “Nokia” markalı “BM105” modelli, «**********71517» və «**********809978» İMEİ kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, X5 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(100)-12/2019 saylı hökmü ilə təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyinedilmişazadlıqdan məhrumetmə cəzasının əvvəliX5 Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(100)-12/2019 saylı hökmü ilə müəyyən edilmiş xx xxxx 2018-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Nokia” markalı “BM105” modelli, «**********71517» və «**********809978» İMEİ kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar