Məhkəmə qərarları › İş №1(044)-80/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-80/2021

24.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-80/2021 24.02.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublası vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu götürülməmiş, ünvan 1 mənzil 37 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı X6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli yolla qanunsuz olaraq ələ keçirmək məqsədilə xx xxx 2020-ci il tarixdə gecə saat 03 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasına poliklinikanın arxa pəncərəsini vintaçan ilə açıb qanunsuz daxil olduqdan sonra həmin poliklinikanın baş həkimi Zərərçəkmiş şəxs1 xidməti iş otağına giriş qapısını vintaçan ilə açıb qanunsuz daxil olub oradan sonuncuya məxsus dəyəri 10 manat olan bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefonu, dəyəri 60 manat olan bir ədəd işlənmiş halda 51 sm dioqanallı “LG” markalı monitoru və dəyəri 200 manat olan bir ədəd üzərində “alhua, DH-XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, üstündə birləşmə kabelləri və komplektinə daxil edilən digər hissələri olmayan, xarici görünüşünə görə istismarda olmuş təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatını, həmçinin eyni vaxtda həmin klinikanın həkim-stomotoloqu Zərərçəkmiş şəxs2 iş otağına giriş qapısını vintaçan ilə açıb qanunsuz daxil olub oradan Zərərçəkmiş şəxs2 məxsus dəyəri 20 manat olan bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş daşları ilə birgə kiçik ölçülü tərəzini, dəyəri 30 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 40 manat olan qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqlarını, dəyəri 45 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 50 manat olan bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş stomatoloji aləti, dəyəri 60 manat olan metal hissələri qiymətsiz metal ərintisindən hazırlanmış 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 60 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapaqlarını, dəyəri 75 manat olan sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 5 ədəd 1 ədəd 4,01 qram kütləli birbirinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 80 manat olan 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələrini, dəyəri 105 manat olan metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 7 ədəd 3,42 qram kütləli 1 ədəd birbirinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 160 manat olan titan əsaslı ərintidən hazırlanmış 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqlarını, dəyəri 187 manat 20 qəpik olan sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 210 manat olan xrom əsaslı ərintidən hazırlanmış 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağını, dəyəri 300 manat olan 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqları, dəyəri 332 manat 16 qəpik olan sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 270 manat və Zərərçəkmiş şəxs2 1754,36 manat olmaqla, vahid niyyətlə ümumilikdə 2024,36 manat məbləğində əmlaklarını gizli yolla talayıb oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X1 şəhəri Gülüstan qəsəbəsində onunla qonşu binada yaşayır. Nicat bir nəfərə 200 manat borcu yarandığını ona demiş, buna görə də Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasından oğurluq etməklərini ona təklif etmiş, o, da razılaşmışdır. xx xxx 2020-ci il tarixdən, xx xxx 2020-ci il tarixə keçən gecə, təxminən saat 03 radələrində o, Nicatla yaşadığı evin yaxınlığında görüşmüş, həmin vaxt özü ilə kəlpətin, vintaçan və kiçik bıçaq götürmüşdür. Onlar birlikdə Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasının yan tərəfinə yaxınlaşmışlar, poliklinikadan oğurluq etməmişdən qabaq ətrafa nəzər salıb heç kimin olmadığından əmin olduqdan sonra o, vintaçanla pəncərəni aralayıb itələyərək açmışdır. Ona görə də onları heç kim görməmiş və onlar pəncərədən içəri daxil olmuşlar. Onlar hər ikisi əvvəlcədən həmin poliklinikada mühafizəçi olmadığını, yalnız təhlükəsizlik kameralarının içəridə çəkdiyini bilmişlər və ona görə də o, poliklinikanın monitor olan otağına yaxınlaşmış, qapını vintaçanla itələyib açaraq otağa daxil olmuş, çəkiliş getməməsi üçün tez bir zamanda DVR yaddaş qurğusunun elektrik cərəyanını çıxartmış və naqillərini sökmüşdür. Daha sonra o, masanın üzərində olan “LG” markalı monitoru cərəyandan çıxartmış, həmin monitoru və DVR aparatını aparıb daxil olduqları pəncərənin yanına yığmışdır. Bundan sonra o, yenə həmin otağa qayıdaraq seyfin üz qapısını kəlpətinlə aralamaq istəmiş, lakin seyfi aça bilməmişdir. Nicat da həmin otağa daxil olmuş və masanın siyirməsindən 1 ədəd “Samsung” markalı mobil telefonu götürmüş, həmin otaqda başqa qiymətli əşya tapa bilməmişlər. Daha sonra onlar həmin otaqdan çıxıb, digər stomatolojı kabinetə tərəf getmişlər, o, yenə qapını həmin üsulla, vintaçanla açaraq kabinetə daxil olmuşlar. Bundan sonra o, siyirmələrə baxmış və oradan sellofanda olan plastmas materiala yapışdırılmış protez dişlərin nümunələrini və qara qutuda olan kiçik ölçülü tərəzi daşlarını götürmüşdür. Həmin vaxtı Nicat stomatoloji kresloya elastik boru ilə bərkidilmiş 4 ədəd ucluq və bir neçə titan materialdan olan diş qapaqlarını özü ilə götürmüşdür. Onlar həmin otaqda başqa dəyərli əşya tapa bilməmişlər, oğurladıqları əşyaları daxil olduqları pəncərənin yanına yığmışlar və təxminən 1 saata yaxın poliklinikada olmuşlar. Onlar oğurladıqları əşyaları oradan götürmüş və özləri ilə aparıb 12 nömrəli məktəbin yaxınlığında yarımçıq tikilidə gizlətmişlər. O, oğurluqda istifadə etdiyi kəlpətini, vintaçanı və kiçik bıçağı yaşadığ evin yaxınlığında zibil qutusuna atmışdır. Təxminən 5 gündən sonra, yəni xx xxx 2020-ci il tarixdə günorta saatlarında onlar həmin əşyaları gizlətdikləri yerə getmiş və Nicat poliklinikadan oğurladıqları 10-a yaxın titan dişlərin qapaqlarını və “Samsung” markalı telefonu götürmüş, o, özü, isə digər əşyaları aparıb yaşadığı binanın dam hissəsində gizlətmişdir. Nicat ona demişdir ki, onda olan əşyaları satandan sonra pulu bölərlər, o, isə həmin əşyalardan yalnız monitoru özü ilə götürərək Ağstafa şəhərinə gedib orada 40 manata tanımadığı şəxsə satmışdır. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları onunla Gülüstan qəsəbəsində söhbət edən zaman o, Nicatla törətdiyi cinayəti etiraf etmiş və oğurladıqlarını demiş və binanın damında olan əşyaları polislərə təhvil vermişdir. Onlar etdikləri oğurluq barədə heç kimə heçnə deməmişlər, heçkəsin bundan xəbəri olmamışdır. Sonda təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödədiklərini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 izahat verərək bildirmişdir ki, o, 2014-cü ildən Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasında həkim-stomatoloq vəzifəsində işləyir, poliklinikadakı stomotoloji kabinetində olan əmlak ona məxsusdur. xx xxx 2020-ci il tarixdə saat təxminən 20 radələrində poliklinikanın baş həkimi Mehriban xanım poliklinikanın qapılarını bağlayıb getmişdir. Səhərisi günü, yəni xx xxx 2020-ci il tarixdə səhər saat 09 radələrində Mehriban xanım ona zəng edib poliklinikadan oğurluq edilməsi barədə məlumat vermiş və o, poliklinikaya gələn zaman iş otağından oğurluq edildiyini görmüşdür. O, iş otağına diqqət yetirəndə görmüşdür ki, otaqdan ona məxsus ümumi dəyəri 700 manat olan stomotoloji oturacağın rezin borularına birləşdirilmiş 4 ədəd ucluqları boruları ilə birgə, bir ədədinin qiyməti 20 manat olan 23 ədəd istifadə edilməmiş keramik materialdan olan diş qapaqları, bir ədədinin qiyməti 20 manat olan 12 ədəd istifadə edilməmiş titan materialdan olan diş qapaqları, bir ədədinin dəyəri 30 manat olan 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri, dəyəri 50 manat olan bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunn stomotoloji alət, dəyəri 25 manat olan bir ədəd sirkon diş qapağı, dəyəri 20 manat olan bir ədəd metal diş qapağı, dəyəri 20 manat olan bir ədəd üst çənənin metal körpüsü və bir dəst daşları ilə birgə kiçik ölçülü tərəzi oğurlanmışdır. Ona görə də baş vermiş oğurluq hadisəsi ilə bağlı onlar polisə müraciət etmişlər, polis idarəsində ona məlum olmuşdur ki, onun iş otağından oğurluğu X6 və Təqsirləndirilən şəxs etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1655 manat maddi ziyan dəymişdir. Onun iş otağından oğurluq edilən zaman heç bir sınma və qırılma olmamışdır. Sonda o, ərizə verərək qeyd etmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur, məhkəmədən sonuncuya yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 2015-ci ildə Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasında baş həkim vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə təxminən saat 20 radələrində o, poliklinikanın qapılarını bağlayıb yaşadığı evə getmişdir. Səhərisi günü, yəni xx xxx 2020-ci il tarixdə səhər saat 09 radələrində o, işlədiyi 3 saylı uşaq poliklinikasına gəlib qapını açıb içəri daxil olan zaman görmüşdür ki, onun iş otağının plastikdən olan qapısı açıq vəziyyətdədir. O, iş otağına daxil olan zaman iş otağının dağınıq vəziyyətdə və iş otağında olan stolunun üzərindəki təhlükəsizlik kameralarını izlədiyi, dəyəri 60 manat olan “LG” markalı 51 sm dioqanallı monitorun yerində olmadığını görmüş və həmin vaxt otağından oğurluq edildiyini bilmişdir. Digər əşyalarına diqqət yetirən zaman ona məlum olmuşdur ki, otağa daxil olan naməlum şəxs(lər) otaqda olan iş stolunun siyirməsindən ona məxsus dəyəri 70 manat olan “Samsung GT-S7272” markalı mobil telefonu və pəncərənin yan hissəsində divara quraşdırılmış təhlüksizlik kamerasının dəyəri 250 manat olan “alhua” markalı yaddaş qurğusunu oğurlanmışdır. O, otaqdan dəhlizə çıxan zaman görmüşdür ki, həkim-stomotoloq Zərərçəkmiş şəxs2 məxsus iş otağının da qapısı açıq vəziyyətdədir. O, bu barədə zəng edib Fərqanə xanıma məlumat vermiş və Fərqanə gələn zaman məlum olmuşdur ki, Fərqanəyə məxsus iş otağından titan və sirkon materialdan olan diş qapaqları, stomotoloji oturacağın rezin borularına bərkidilmiş ucluqları, diş uçun kiçik tərəzi daşları və plastmas materiala yapışdırılmış protez dişlərin nümunələrini oğurlanmışdır. Ona görədə baş vermiş oğurluq hadisəsi ilə bağlı o, polisə müraciət etmiş, polis İdarəsində ona məlum olmuşdur ki, onun iş otağından oğurluğu X6 və Təqsirləndirilən şəxs etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 380 manat maddi ziyan dəymişdir. Onun iş otağından oğurluq edilən zaman heç bir sınma və qırılma aşkar edilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 оğlu ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs tanıyır, İsmayıl Gülüstan qəsəbəsində onunla qonşu binada yaşayır, onun İsmayılla dostluq münasibəti vardır. Təxminən iki ay bundan əvvəl o, pula ehtiyyacı olduğu üçün Ağcəbədi rayonunda yaşayan digər tanışı Tural adlı şəxsdən 200 manat borca pul götürmüşdür. Lakin son vaxtlar Tural ondan pulunu istəmiş, onda isə pul olmadığı üçün Turalın borcunu qaytara bilməmişdir. Pula ehtiyacı olduğu üçün o, İsmayıla Gülüstan qəsəbəsində yerləşən 3 saylı uşaq poliklinikasından oğurluq etməklərini təklif etmiş, sonuncu da onunla razılaşmışdır. xx xxx 2020-ci il tarixindən, xx xxx 2020-ci il tarixə keçən gecə saat 02-03 radələrində o, İsmayılla sonuncunun yaşadığı evin yaxınlığında görüşmüşdür. O, özü ilə vintaçan və kiçik bıçaq, İsmayıl da özü ilə vintaçan, kəlbətin və kiçik bıçaq götürmüşdür. O və İsmayıl 3 saylı uşaq poliklinikasının yan tərəfınə yaxınlaşmış, İsmayıl vintaçanla pəncərəni aralayıb itələmiş, ayna açıldəqda onlar içəri daxil olmuşlar. Onlar bilirdilər ki, həmin poliklinikada mühafizəçi yoxdur, yalnız kameralar içəridə çəkir, ona görə də İsmayıl poliklinikanın monitor olan otağına getmiş, qapısını vintaçanla itələmiş və qapı açılandan sonra onlar otağa daxil olmuşlar və İsmayıl tez bir zamanda DVR yaddaş qurğusunun elektrik cərəyanını çıxartmış və naqillərini sökmüşdür ki, çəkiliş getməsin. Daha sonra İsmayıl masanın üzərində olan “LG” monitorunu cərayandan çıxartmış, həmin manitoru və DVR aparatı aparıb daxil olduqları pəncərənin yanına yığmışdır. Bundan sonra İsmayıl yenə həmin otağa qayıdaraq seyfın üz qapısını kəlpətinlə aralamaq istəmiş, lakin seyfı aça bilməmişdir. O, da həmin otaqda olmuş və masanın siyirməsindən 1 ədəd “Samsung GT 72-62” markalı mobil telefonu götürmüş, həmin otaqda başqa bir qiymətli əşya tapa bilməmişdir. Daha sonra onlar həmin otaqdan çıxdıb stomatolojı kabinetə tərəf getmişlər, qapını İsmayıl və o, həmin üsulla, vintaçanla açmış, onlar həmin kabinetə daxil olmuşlar. Bundan sonra İsmayıl siyirmələrə baxmış və oradan sellofanda olan plastmas materiala yapışdırılmış protez dişlərin nümunələrini və qara qutuda olan kiçik ölçülü tərəzi daşlarını götürmüşdür. Həmin vaxtı isə o, stomatoloq kreslosuna şlanqlarla bərkidilmiş 4 ədəd ucluq, 1 ədəd stomatoloji alət və bir neçə titan materialdan olan təxminən 10 ədəd diş qapaqlarını özü ilə götürmüş, həmin otaqda başqa bir dəyərli şey tapa bilməmişlər. Həmin oğurladıqları əşyaları onlar daxil olduqları pəncərənin yanına yığmışlar və təxminən 1 saata yaxın onlar poliklinikada olmuşlar. Artıq hava işıqlaşdığından onlar oğurladıqları əşyaları oradan götürüb özləri ilə aparıb 12 nömrəli məktəbin yaxınlığında yarımçıq tikilidə çantanın içərisində gizlətmişlər. O, oğurluqda istifadə etdiyi vintaçanı və kiçik bıçağı evin yaxınlığında zibil qutusuna atmışdır. Təxminən 3 gündən sonra, yəni xx.xx.2020-ci il taixdə günorta saatlarında onlar həmin əşyaları gizlətdikləri yerə getmişlər və o, poliklinikadan oğurladıqları 10-a yaxın titan dişlərin qapaqlarını və “Samsung” markalı telefonu özü götürmüş, İsmayıl isə digər əşyaları aparıb yaşadığı binanın dam hissəsində gizlətmişdir. O, İsmayıla demişdir ki, əşyaları satandan sonra pulu bölərlər. İsmayıl isə həmin əşyalardan yalnız monitoru özü ilə götürərək Ağstafa şəhərinə gedib orada 40 manata tanımadığı şəxsə satmış, pulu onlar bir yerdə xərcləmişlər. xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları onunla Gülüstan qəsəbəsində söhbət edən zaman o, İsmayılla törətdiyi cinayəti etiraf etmiş və oğurladıqları, həmdə evində saxladığı 10 ədəd titan dişlərin qapaqlarını və “Samsung” markalı telefonu polislərə təhvil vermişdir. Onlar etdikləri oğurluq barədə heç kimə heçnə deməmişdilər, heçkəsin bundan xəbəri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması barədə” xx.xx.2020ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs axtarışda olduğundan X4 və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələinə dair ********* nömrəli cinayət işinin materiallarından şəxsə görə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə başqa cinayət işinin ayrılması və ayrılmış cinayət işinin ********* nömrə ilə istintaqının davam etdirilməsi üçün Gəncə ŞBPİ-nin İTİ-nin baş müstəntiq Fərid Məmmədovun icraatına qəbul edilməsi qərara alınmışdır. - “Baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, oğurluq hadisə Gəncə şəhəri, Gülüstan qəsəbəsi 3 saylı Uşaq Poliklinikasında baş vermişdir. - xx xxxx 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X4 yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 30, mənzil 5-də oğurladığı 10 ədəd diş qapaqları və Samsung GT 7262 markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. - xx xxxx 2020-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 3 saylı uşaq poliklinikasından oğlurladığı əşyaları Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 4 saylı binanın dam hissəsində gizlətdiyi stomatoloji alətlər, dəmir qutuda olan kiçik ölçülü tərəzi daşları və DVR yaddaş qurğusu aşkar olunararq götürülümüşdür. - xx.xx.2020-ci il tarixli şübhəli şəxsi tutulma protokolundan, xx.xx.2020-ci il tarixli təqsirləndirilən şəxsin MSY-dən dərhal azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək tutulmuş, xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 6/1651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş birinci zərfin içərisində olan - 3,00 qram kütləli 8 ədəd tünd sarı rəngli diş qapaqları titan əsaslı ərintidən hazırlanmış, 2,12 qram kütləli 2 ədəd açıq sarı rəngli diş qapaqları qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmış, 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 3 ədəd dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmışdır. Həmçinin ikinci zərfin içərisində olan 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 14 ədəd gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı xrom əsaslı ərintidən hazırlanmış, 4,01 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 5 ədəd dişəbənzər elementdən ibarət (dişlərin 1 ədədi gümüşü, 4 ədədi ağ rənglidir, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 7 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 4 ədəd ağ rəngli dişəbənzər elementdən ibarətdiş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 3 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmış, 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 2 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin hər iki kənarında sarı rəngli metal hissələr vardır) diş qapağının sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış, 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 2 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin alt tərəfində gümüşü rəngli metal hissə, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış, 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı 2 ədəd ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin kompleks məhkəmə fiziki-kimyəvi və əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 9/3115 nömrəli rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində ekspertiza tədqiqatına təqdim edilmiş və edilməmiş tədqiqat obyektlərinin, xx xxx 2020-ci il tarixə, Mərkəzin sənədlərin texniki ekspertiza şöbəsinin kompyuter-texniki ekspertizasının və fiziki-kimyəvi tədqiqatın nəticələrini və istismar müddətinə fiziki köhnəlməsi nəzərə alaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən qiymətləri 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqları titan əsaslı ərintidən hazırlanmışdır 160,00 manat, 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqları qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmışdır, 40,00 manat, 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri qiymətsiz metal ərintisindən (kadmium, titan, dəmir, kalsium, silisium və.s) hazırlanmışdır 60,00 manat, 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı xrom əsaslı ərintidən hazırlanmışdır 210,00 manat, 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət (dişlərin 1 ədədi gümüşü, 4 ədədi ağ rənglidir, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 75,00 manat, 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 105,00 manat, 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 60,00 manat, 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 45,00 manat, 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin hər iki kənarında sarı rəngli metal hissələr vardır) diş qapağının sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmışdır 187,20 manat, 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət (dişlərin alt tərəfində gümüşü rəngli metal hissə, dişlərin birinin kənarında sarı rəngli metal hissə vardır) diş qapağının sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmaqla 332,16 manat, 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının metal hissələri xrom əsaslı ərintidən hazırlanmışdır 30,00 manat, bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefon 10,00 mannat, bir ədəd üzərində “alhua, DH-XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, üstündə birləşmə kabelləri və komplektinə daxil edilən digər hissələri olmayan, xarici görünüşünə görə istismarda olmuş təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatı 200,00 manat, 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqlar 300,00 manat, bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş, stomatoloji alət 50,00 manat, bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş (dəstin bir neçə daşları yoxdur, şüşə sınmışdır) daşları ilə birgə kiçik ölçülü tərəzi 20,00 manat, 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri 80,00 manat, bir ədəd işlənmiş halda olan 51 sm dioqanallı “LG” markalı monitor nəzəri hesablama yolu ilə təxminən 60,00 manat olmaqla, ekspertiza tədqiqatına təqdim edilmiş və edilməmiş tədqiqat obyektlərinin xx xxx 2020-ci il tarixinə olan orta bazar pərakəndə satış qiymətləri ilə ümumi dəyəri təxminən 2024,36 manat müəyyən olunmuşdur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləğinin 270 manat Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləğinin 1754,36 manat olması əsas götürülmüşdür. - “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək Gəncə şəhəri 3 saylı uşaq poliklinikadan oğurluq etdiyi yeri göstərmişdir. - xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 180-ci maddəsinin tərkib əlamətləri olmadığından əməl həmin maddəyə tövsif edilməmiş, Təqsirləndirilən şəxs əməlində CM-nin 186-cı maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət işi başlanması rədd edilmiş, bıçağın soyuq silah olub-olmaması müəyyənləşdirilmədiyindən Təqsirləndirilən şəxs CMnin 228.4-cü maddəsi ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs əməlləri vahid niyyət kimi qiymətləndirilərək onlarar CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilməmiş, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini barəsində çıxarılmış hökmdən əvvəl törətdiyindən əməli cinayətlərin residivi kimi qiymətləndirilməmiş, istintaq zamanı ekspertizaya təqim edilmiş mallar maddi sübut kimi tanınmış, təqsirləndirilən və zərərçəkmiş şəxslər tanış olduqdan sonra qeyd edilən əşyaların sahibinə qaytarılması nəzərə alınsın, Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanın məbləğinin 270 manat olması, Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın məbləğinin 1754,36 manat olması əsas götürülmüşdür. - Gəncə şəhəri Narkoloji Dispanserindən alınmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhəri, Psixonevroloji Dispanserindən alınmış xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq ona 02 il 07 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-335/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmdən və xx.xx.2020-ci il tarixli hökmdə olan yanlışlığın aradan qaldırılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq ona 02 il 07 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılması vəzifələri qoyulmuşdur. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, X6 Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq ona 01 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. X4 üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırılması vəzifələri qoyulmuşdur. İş üzrə ekspertiza tədqiqatının dəyəri 140 manat məbləğində pul vəsatinin X3 tutularaq Dövlət Xəzinədarlıq Agentliyinə keçirilməsi qərara alınmışdır. - Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. - Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, təqsirləndirilən şəxs ona dəymiş zərəri tam ödəmişdir, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. - 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməllərdən peşmançılıq hissi keçirməsini (CM-nin 59.2), zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını (CM-nin 59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayətə görə məhkumluğu onun əməlində cinayətin residivini yaratmasa da, qəsdən az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, buna baxmayaraq yenidən qəsdən az ağır cinayət törətməsi onun cinayət törətməyə meyilli şəxs olmasına dəlalət edir və bu hal cəza təyini zamanı onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları hələ tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsinin sanksiyasının həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhər ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində hökm və ya qərar həmin şöbənin icraatına daxil olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-335/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə hazırki hökmlə təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası qismən toplanılmaqla cəza təyin edilməli, cəza çəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübutlar – bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefon, bir ədəd üzərində “alhua, DH-XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatı, bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş daşları ilə birgə kiçik ölçülü tərəzi, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqları, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş stomatoloji alət, metal hissələri qiymətsiz metal ərintisindən hazırlanmış 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapaqları, sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, titan əsaslı ərintidən hazırlanmış 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqları, sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, xrom əsaslı ərintidən hazırlanmış 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı, dəyəri 300 manat olan 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqlar və sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 manat məbləğində pul vəsaitinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü üzrə təqsirləndirilən şəxs X3 tutulması qərara alınmışdır. Ona görə də həmin məbləğ təkrarən hazırkı iş üzrə Təqsirləndirilən şəxs tutula bilməz. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən həmin cəza Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-335/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq ona qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – bir ədəd xarici görünüşünə görə istismarda olmuş, Çində istehsal olunmuş, iki nömrə kartı ilə işləyən “Samsung GT 7272” markalı mobil telefon, bir ədəd üzərində “alhua, DH-XVR1A08, Digital video recorder, made in China” markalanma yazıları olan, təhlükəsizlik kamerası qurğusu hesab edilən DVR aparatı, bir dəst xarici görünüşünə görə uzun müddət istismarda olmuş daşları ilə birgə kiçik ölçülü tərəzi, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,18 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, qiymətsiz metal ərintisindən hazırlanmış 2 ədəd 2,12 qram kütləli açıq sarı rəngli diş qapaqları, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 3 ədəd 3,10 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, bir ədəd dişlərin üzərinə qoyulmuş metal körpüləri sökmək üçün istifadə olunan xarici görünüşünə görə istismarda olmuş stomatoloji alət, metal hissələri qiymətsiz metal ərintisindən hazırlanmış 3 ədəd 2,49 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 4 ədəd 2,60 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapaqları, sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, digər metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 5 ədəd 1 ədəd 4,01 qram kütləli bir-birinə bitişik formalı dişəbənzər elementdən ibarət diş qapağı, 4 ədəd plastik qabdakı protez üçün nəzərdə tutulmuş diş nümunələri, metal hissələri xrom əsaslı ərintidən hazırlanmış 7 ədəd 3,42 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, titan əsaslı ərintidən hazırlanmış 8 ədəd 3,00 qram kütləli tünd sarı rəngli diş qapaqları, sarı rəngli metal hissələri təxminən 900 əyarlı qızıldan, digər metal hissələr isə xrom əsaslı ərintidən hazırlanmış 2 ədəd 1,95 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağı, xrom əsaslı ərintidən hazırlanmış 14 ədəd 11,91 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı gümüşü rəngli dişəbənzər elementdən ibarət diş qapağı, dəyəri 300 manat olan 4 ədəd stomatoloji oturacağın boruları ilə birgə rezin borularına birləşdirilmiş xarici görünüşünə görə istismarda olmuş ucluqlar və sarı rəngli metal hissəsi təxminən 900 əyarlı qızıldan, gümüşü rəngli metal hissəsi isə dəmir əsaslı ərintidən hazırlanmış 2 ədəd 3,46 qram kütləli 1 ədəd bir-birinə bitişik formalı ağ rəngli dişəbənzər elementdən ibarət diş qapağının qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 140 (yüz qırx) manat məbləğində pul vəsaitinin Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 1(044)-140/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü üzrə təqsirləndirilən şəxs X3 tutulması nəzərə alınsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar