Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-80/2022 25.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1992-ci ildə Goranboy rayonu, Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, "xxxx" ASC-nin Gəncə filialında kredit mütəxəssisi vəfizəsində işləmiş, hazırda fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Gəncə filialında Kredit şöbəsinin istehlak kreditləri üzrə mütəxəssisi vəzifəsində işləyərkən həmin bankın baş direktoru ilə aralarında bağlanmış 18 sentyabr 2017-ci il tarixli əmək müqaviləsinə əsasən kredit məhsullarının satışını həyata keçirmək, müştərilərin sorğularını cavablandırmaq və məsləhətlər vermək, əməliyyatların aparılması zamanı müştərilərdən sənədləri qəbul etmək, yoxlamaq və müvafiq bölmələrə ötürmək, fiziki şəxslərə kreditləşmə üzrə yüksək səviyyəli bank xidmətləri göstərmək, kredit sifarişlərini qəbul etmək, müştərilərin kreditləşdirilməsi üzrə bütün prosedurlara düzgün riayət olunmasını təmin etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmaqla əvvəllər tanıdığı və işlədiyi bankda qanunsuz olaraq digər şəxslə bağlanmış kredit müqaviləsində vəzifə saxtakarlığı etməklə adından zaminlik müqaviləsi təritib edərək imzalamış olduğu, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmət etmiş hərbi qulluqçu Şahid1 ona kredit ayrılmasına dair 2017-ci il oktyabr ayında müraciət etməsindən sonra o, öz qulluq səlahiyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib 23 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialı ilə Şahid1 arasında 1-23.10.2017-SM89 nömrəli kredit müqaviləsi və bankın digər əməkdaşları tərəfindən tərtib edilmiş 23.10.2017-ci il tarixli kassa məxaric orderi əsasında Şahid1 8.000 manat məbləğində kreditin ayrılmasını və sonuncu tərəfindən götürlməsini kredit üzrə zamin təqdim etmədən təmin etməkdən ötrü və həmin kreditlə bağlı zamin olmaq üçün hər hansı şəxs tərəfindən banka müraciət edilmədiyi halda öz kredit portfelini genişləndirməklə bankdan bonuslar artıq mənfəət əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə tstifadə edərək tamah və şəxs niyyətlə bankın Gəncə şəhəri, Həsən bəy ünvan 3 ünvanda yerləşən ofisində tərtib edərək məzmununda bilə-bilə yalan məlumatlar daxil etməklə hazırladığı rəsmi sənəd sayılan 23.10.2021-ci il tarixli, 1-23.10.2017-SM89 nömrəli zaminlik müqavilələrinə N saylı hərbi hissədə hərbi qulluqçu olmuş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 guya borclu Şahid1 Mrirhəşim oğluna 36 ay müddətinə verilən 8.000 manat məbləğində kreditin və ona hesabanmış faizlərin qaytarılmasının zəmanətçiləri olduğunu göstərərək Səfər Xəiliovun və Rəşad Həsənovun əvəzindən “Zamin” qrafasında imza edib, həmin müqavilələri öz şəxsi kodu ilə bankın elektron sisteminə daxil etməklə "xxxx" ASC-nin bank fəaliyyətinə və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan, bankın, eləcə də fiziki şəxslər: İlham Səfərov və Rəşad Həsənovun qanunla qorunan mənafelərinə mühüm ziyan vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı cinayətini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının ilkin mərhələsində özünü qismən təqsirli bilsə də, məhkəmə istintaqının sonunda ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2013-cü ildə Azərbaycan Aqrar Universitetinin Mühasibat uçotu və audit ixtisası üzrə bakalavr pilləsini bitirmiş, 2014-cü ilin avqust ayından 2017-ci ilin dekabr ayınadək olan müddətdə "xxxx" ASC-nin Gəncə filialında pərakəndə kreditlər üzrə mütəxəssis vəzifəsində işləmişdir. 2017-ci ilin dekabr ayında bank filialında aparılan yoxlama zamanı onun işində aşkar olunmuş nöqsanlar səbəbindən bankla onun arasında bağlanmış əmək kontraktına xitam verilmişdir. O, "xxxx" ASC-nin Gəncə filialında pərakəndə kreditlər üzrə mütəxəssis vəzifəsində işləyərkən kreditlər üzrə mütəxəssis kimi vəzifə öhdəliyi kredit sifarişi ilə banka müraciət etmiş fizik şəxs borcalanlardan kreditin verilməsi üçün tələb olunan sənədləri toplamaq, onları yoxlamaq, ilkin kredit təhlilini aparmaq və bankdaxili prosedurlara uyğun aidiyyəti struktur bölməyə ötürmək, borcalanın məlumatlarını kredit bürosundan sorğulamaq, kreditlərin verilməsi üzrə Bankın müvafiq səlahiyyətli idarəetmə orqan(lar)ı və ya daxili komitələri tərəfindən qəbul edilmiş qərarların icrası məqsədilə zəruri rəsmiləşdirmə tədbirləri görmək, kreditin təminatı qismində borcalana məxsus əmanət (depozit) vəsaitləri çıxış etdikdə, bankdaxili qaydalara uyğun olaraq girovu qeydiyyata almaq və kreditin rəsmiləşdirilməsi üçün tədbirlər görmək, kredit əqdi barədə məlumatları Bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sisteminə daxil etmək, müştərilərə Bankın kredit və qeyri-kredit məhsulları (xidmətləri) barədə məlumat vermək, çarpaz satış (cross-selling) aparmaq, fəaliyyətini bankın xidmət və keyfiyyət standartlarına, habelə digər bankdaxili qaydalara uyğunlaşdırmaq, Bankın müvafiq səlahiyyətli idarəetmə orqanı (və ya rəhbər şəxsi) tərəfindən filial üzrə müəyyənləşdirilən fəaliyyət hədəflərinin yerinə yetirilməsi üçün tədbirlər görmək, İş prosesində ortaya çıxan nöqsan və pozuntular barədə filialın rəhbərinə məlumat vermək, bölmənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etməkdən ibarət olmuşdur. "xxxx" ASC-nin Gəncə filialında pərakəndə kreditlər üzrə mütəxəssis vəzifəsində işlədiyi müddət ərzində filialın müdiri vəzifəsində Sabit Fəti-zadə, ondan sonra Emin Qədimov, daha sonra Cavid adlı şəxs və Rəşad Məmmədli işləmişlər. Bankın Gəncə filialında kredit şöbəsinin müdiri vəzifəsində isə Şahid2 işləmişdir. Bankın kredit şöbəsinin müştərilərinə verilmiş kreditə görə bağlanmış kredit müqavilələrini hazırlanması ona tapşırıldığı halda həmin kredit və zaminlik müqavilələri onun tərəfindən tərtib olunaraq öz şəxsi kodu vasitəsilə Bankın elektron sisteminə daxil edilmişdir. Bildirir ki, Şahid1 Bankın müştərisi kimi tanımış, ancaq həmin şəxsin adına 2017-ci ilin oktyabr ayında verilmiş 8.000 manat məbləğində pul kreditinə görə kredit və zaminlik müqavilələrinin onun tərəfindən tərtib olunmasını xatırlamır. Ancaq Şahid1 adına olan kredit və həmin şəxsə zamin olmuş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adına tərtib olunmuş zaminlik müqavilələri hazır vəziyyətdə yəni, zəruri sənədlər qovluğu, şəxsiyyət vəsiqələrinin surətləri, əmək haqqı cədvəllərinin çıxarışlarda əlavə olunmaqla müqavilələr imzalanmış və möhürlənmiş vəziyyətdə Bank filialının kredit şöbəsinin müdiri vəzifəsində işləmiş Şahid2 tərəfindən ona təqdim olunduğuna görə həmin kredit və zaminlik müqavilələri onun öz adına olan kod vasitəsi ilə Bankın elektron sisteminə daxil edilmişdir. Borclu Şahid1 23 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialı tərəfindən 8.000 manat məbləğində 36 ay müddətinə kredit verilməsinə dair zaminlik müqaviləsində zaminlər: Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 adından edilmiş imzalar onun tərəfindən icra olunmamış və həmin imzaların kim tərəfindən icra olunması barədə məlumatı yoxdur. Şahid1 23 oktyabr 2017-ci il tarixdə "xxxx" ASC-nin Gəncə filialına ona 8.000 manat kredit pul verilməsi üçün müraciət etmiş, bankla Şahid1 arasında bağlanmış müqavilə onun tərəfindən tərtib olunduqdan sonra "xxxx" ASC-nin Gəncə filialında kredit şöbəsinin müdiri vəzifəsində işləyən Şahid2 tərəfindən Şahid1 verilən kreditə görə Rəşad Həsənov və Səfər Xalilovun adından tərtib edilmiş zaminlik müqavilələri imzalı və möhürlü şəkildə, Şahid2 tərəfindən təsdiq olunmaqla ona təqdim olunduğundan həmin müqavilələri təhlil etmədən həmin kredit əqdi barədə məlumatları öz adından bankın müvafiq avtomatlaşdırılmış əməliyyat sisteminə daxil etmiş, Zərərçəkmiş şəxs1 və Rəşad Həsənovu həmin vaxt görməmiş, həmin şəxslərin adından borcalan Şahid1 zaminlik müqavilələrini tərtib etməmiş, Şahid1 onun “qızıl müştəri” olduğu kimi sözləri deməmişdir. Zaminlik müqavilələrinin bank filialının kredit şöbəsinin müdiri Şahid2 tərəfindən təsdiqləniyinə görə bankın avtomatlaşdırılmış əməliyyat sisteminə təhilil aparmadan öz adından daxil etmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu, etdiyi hərəkətlərə görə zərərçəkmiş şəxslər Rəşad Həsənova və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəməklə barışdığını bildirərək məhkəmədən ona cərimə cəzası təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs göstərilən cinayət əməllərini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olunmuşdur. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2006-cı ilin iyul ayında həqiqi hərbi xidmətə yollanmış, 2010ci il tarixdən isə müvafiq kursları bitirdikdən sonra gizir rütbəsini alaraq, hazırki vaxtadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkibində xidmət etmişdir. Hal-hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Yevlax rayonu ərazisndə yerləşən N saylı hərbi hissədə xidmət edir, gizir rütbəsindədir, bölüyün baş çavuşudur. 2017-ci ilin aprel ayında "xxxx" ASC-nin Gəncə şəhərində yerləşən filialından şəxsi istehlak təyinatlı olmaqla 5.500 manat məbləğində pul kredit götürmüş, həmin vaxt onunla bank arasında bağlanmış kredit müqaviləsini bankda kredit mütəxəssisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs hazırlamışdır. Mütəmadi olaraq müvafiq qaydada aylıq ödənişlərini etmiş və 2018-ci ildə həmin krediti tamamilə bağlamışdır. 2020-ci il fevral ayının 26-da mənzil almaq üçün ipoteka krediti götürmək məqsədilə "xxxx" ASC-nin Bərdə şəhərində yerləşən filialına müraciət etmiş, həmin vaxt ona "xxxx" ASC-nin Bərdə filialında həmin banka borcunun olduğunu bildirmişlər və kredit verməkdən imtina etmişlər. Borcun yaranma səbəbini isə bankın əməkdaşları onun "xxxx"nın Gəncə şəhər filialında Şahid1 adlı şəxsə zamin durduğunu bildirmişlər. Şahid1 ümumiyyətlə tanımamış və heç zaman ona bankdan kredit götürməsində zamin durmamışdır. "xxxx" ASC-nin Gəncə şəhər filialında çalışan Toğrul adlı şəxs ona Şahid1 adına bağlanmış kredit müqaviləsinin surətini vermiş və həmin vaxt ona məlum olmuşdur ki, onun guya zamin durduğu Şahid1 2017-ci ilin oktyabr ayında "xxxx"n Gəncə filialından 6.862 manat məbləğində kreditə pul almış, Şahid1 həmin kredit borcunu ödəmədiyinə görə "xxxx" ASC-nin borcludan pul tələbinə dair Ağdaş Rayon Məhkəməsində iddia qaldırmış və həmin məhkəmənin 01 iyul 2019-cu il tarixli qətnaməsinə əsasən həmin borcun Şahid1la yanaşı, ondan və digər zamin Zərərçəkmiş şəxs2 müştərək qaydada tutularaq "xxxx"na ödənilməsinə dair öhdəlik üzərilərinə qoyulmuşdur. O, heç bir vaxt Şahid1 bankda zamin durmamış və zamin olmağı barədə hər hansı bir müqaviləni imzalamamışdır. Ağdaş rayon məhkəməsinin qanuni qüvvəyə minmiş 01.09.2019-cu il tarixli qətnaməsi icraya yönəldiyinə görə həmin qətnamə əsasında onun hesabından indiyə kimi "xxxx"n hesabına 734 manat məbləğində pul tutulmuşdur. "xxxx"nda çalışmış Təqsirləndirilən şəxs ilk dəfə həmin bankdan kredit götürərkən kredit müqaviləsini onun özü hazırladığına görə belə hesab edir ki, onun sənədlərinin surətləri Təqsirləndirilən şəxs olduğuna görə Ramiz guya onun Şahid1 zamin olduğuna dair saxta müqavilə tərtib etmişdir. Həmin zaminlik müqaviləsini özü imza etməmiş, qeyd edilən müqavilədə onun adından edilmiş imza onun tərəfdən icra olunmamışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 1996-cı ildə həqiqi hərbi xidmətə yollanmış, 2000-ci il tarixdə isə müvafiq kursları bitirdikdən sonra gizir rütbəsini alaraq 2018-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrdə xidmət etmişdir. Təxminən 2016-2017-ci illərdə "xxxx" ASC-nin Gəncə şəhərində yerləşən filialından şəxsi istehlak təyinatlı olmaqla 6.000 manat məbləğində pulu kredit götürmüş, bundan sonra mütəmadi olaraq hazırki vaxtadək müvafiq qaydada aylıq ödənişlərini etmişdir. 2020-ci il tarixdə dekabr ayının sonlarında ona, özünü Zərərçəkmiş şəxs1 kimi təqdim edən şəxs zəng edərək Şahid1 "xxxx" ASC-də zamin durub-durmadığını soruşmuş, o, isə həmin şəxsi tanıdığını, lakin heç vaxt zamin durmadığını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 "xxxx" ASC-nin Gəncə filialı barəsində prokurorluğa müraciət edəcəyini bildirmiş, o isə onunla razılaşaraq, yaranmış problemi həll etmək üçün bütün lazımi hərəkətləri edəcəyini demişdir. Şahid1 onunla birlikdə N saylı hərbi hissədə xidmət etmiş, lakin fərarilik etdiyi üçün 2017-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Onunla hər hansı qohumluq və ya dostluq əlaqələri olmamış, sadəcə birlikdə xidmət etmişlər. Şahid1 heç zaman zamin durmamış, həmçinin Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onunla bir hərbi hissədə xidmət etmələrinə baxmayaraq, onlar rastlaşmamışlar. Bu günədək onun maaş və ya təqaüd kartından heç bir məbləğdə pul tutulmamışdır. "xxxx"-nda çalışmış Təqsirləndirilən şəxs, özü ilk dəfə həmin bankdan kredit götürərkən kredit müqaviləsini Ramiz özü hazırladığına görə belə hesab edir ki, onun sənədlərinin surətləri Təqsirləndirilən şəxs olduğuna görə Ramiz guya onun Şahid1 zamin olduğuna dair saxta müqavilə tərtib etmişdir. Həmin zaminlik müqaviləsini özü imza etməmiş, qeyd edilən müqavilədə adından edilmiş imza onun tərəfdən icra olunmamış, həmin imza ona məxsus deyildir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, "xxxx" ASC-nin Problemli kreditlərlə İş Departamentinin məhkəmələrlə iş və icra şöbəsinin aparıcı hüquqşünası vəzifəsində işləyir. Cinayət işinin ibtidai araşdırması zamanı o, iş üzrə bankın nümayəndəsi kimi təyin edilmiş, ona bankı prosessual tərəf qismində təmsil etmək və digər səlahiyyətlər verilmişdir. "xxxx" ASC Azərbaycan bank sisteminin sabitliyi və ona ölkə daxilində və xaricində etimadı və ölkənin sosial-iqtisadi inkişafının əhəmiyyətli amili olan Ümummilli inkişaf Bankıdır. Təqsirləndirilən şəxs bankın keçmiş əməkdaşı olmuş, o bankın idarə heyətinin sədrinin əmrinə əsasən bankın Gəncə filialının kredit mütəxəssisi vəzifəsinə təyin olunmuşdur. Təqsirləndirilən şəxs ilə bağlanılmış tapşırıq müqaviləsinə əsasən sonuncu kredit məhsulların satışını həyata keçirmək, müştərilərin sorğularını cavablandırmaq və məsləhətləri vermək, əməliyyatların aparılması zamanı müştərilərdən sənədləri qəbul etmək, yoxlamaq və müvafiq bölmələrə ötürmək, fiziki şəxslərə kreditləşmə üzrə yüksək səviyyəli bank xidmətləri göstərmək, kredit sifarişlərini qəbul etmək, müştəri tərəfindən təqdim edilən sənədləri yoxlamaq və təhlil etmək, Bankın müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək, kreditlərin monitorinqini aparmaq, verilmiş kreditlərin əsas məbləğ¬lərinin və hesablapmış faizlərinin vaxtında qaytarılmasına nəzarət etmək, kredit almış hər bir müştəri üzrə kredit tarixçəsinin yaradılması və aparılmasını təmin etmək, müştərilərin kreditləşdirilməsi üzrə bütün prosedurlara düzgün riayət olunmasını təmin etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olmuşdur. Lakin Təqsirləndirilən şəxs bankın əməkdaşı olduğu müddət ərzində müxtəlif vaxtlarda digər şəxsin, yəni Fərid Hacıyevin köməkliyi ilə, eyni zamanda təkbaşına tamah niyyətilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmiş, vəzifə saxtakarlığı törətmiş, öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd ola¬raq istifadə edib hüquqi şəxsin- "xxxx" ASC-nin hüquqlarına mü¬hüm zərər vurmuşdur. Təqsirləndirilən şəxs bankın idarə heyətinin sədrinin müvafiq əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2000ci ilin sentyabr ayından 2018-ci ilin mart ayınadək olan müddətdə "xxxx" ASC-nin Gəncə filialında bir çox vəzifələrdə işləmişdir. Sonuncu vəzifəsi 2008-ci ildən 2018-ci ilədək kredit şöbəsinin müdiri vəzifəsi olmuşdur. 2018-ci ilin mart ayında bank filialından öz xahişi ilə əmək kontraktına xitam verilmişdir. Kredit şöbəsinin müdiri olaraq vəzifə öhdəliyi Bankdan hüquqi və fiziki şəxslərə verilən kreditlərə görə tərtib olunmuş kredit müqavilələrinin tərtibinə, yəni kredit qovluqlarının yoxlanılması, eləcə də bankda bu sahədə işin təşkili və nəzarət vəzifəsini icra etməkdən ibarət olmuşdur. "xxxx" ASC-nin Gəncə filialında kredit şöbəsinin müdiri vəzifəsində işlədiyi müddət ərzində filialın müdiri vəzifəsində Sabit Fətizadə sonra Emin Qədimov, Cavid Bağırov və Rəşad Məmmədli, pərakəndə kreditlər üzrə mütəxəssis vəzifəsində isə Təqsirləndirilən şəxs olmuşdur. Şahid1 tanımamış, həmin şəxsə bankdan kredit verilməsinə görə bağlanmış müqavlənin bağlanmasında iştirak etməmişdir. Kredit müqaviləsini müştəri bankda kredit mütəxəssisinə müraciət edir, müraciət etmiş şəxsin ödəmə qabiliyyətli olub-olmadığı, yəni həmin şəxsin əvvəllər kredit öhdəliyinin olub-olmadığı, gəlirləri haqqında məlumatlar yoxlanılır. Bundan sonra müştəri ona veriləcək kredit şərtlərinə uyğun tələblərə cavab verdikdə həmin şəxsin adına veriləcək kredit rəsmiləşdirilir. Kredit veriləcək şəxsə kredit hesabının açılmasıdan ötrü zaminlik həmin şərtlərin tələblərindən biridir. Zaminlik məsələsi də kredit mütəxəssisi tərəfindən yoxlanılır və rəsmiləşdirilir. Müştəriyə kredit verilməsi üçün bütün zəruri sənədlər, məlumatlar, o cümlədən də zaminlik məsələsinə dair məlumatlar kredit mütəxəssisinin öz adından məxfi loqin və parolu ilə bankın proqramına daxil edilir və təsdiqlənir. Bankdan kredit götürən fiziki şəxs və ona zaminlik edən şəxslərlə bilavasitə pərakəndə kreditlər üzrə mütəxəssis təmasda olur və bankın kredit şöbəsinin müdiri kredit alan və ona zaminlik edən şəxslərlə heç bir təmasda olmur. Şahid1 adına "xxxx" ASC-nin Gəncə filialı tərəfindən 8.000 manat məbləğində 36 ay müddətinə kredit verilməsinə dair bağlanmış kredit və zaminlik müqavilələri həmin vaxt "xxxx" ASC-nin Gəncə filialında pərakəndə kredit üzrə mütəxəssis vəzifəsində işləmiş Təqsirləndirilən şəxs tərəfindən hazırlanaraq ona təqdim olunmuşdur. O, Şahid1 və ona zaminlik etmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tanımamış, həmin şəxslərin adından edilmiş zaminlik müqaviləsinə onların özləri və ya digər şəxs tərəfindən imza edilib-edilməməsi barədə məlumatı olmamışdır. Məhkəmə baxışında ifadəsi elan olunmuş, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2010-cu il iyun ayının 26-sı Heydər Əliyev adına AAHM-ni bitirib leytenant rütbəsi aldıqdan sonra hərbi xidməti vəzifəmə başlamış, 2012-ci ildən 2016-cı ilin may ayına kimi Ağdamda, ön xətdə xidmət etmiş, 2016-ci ilin may ayında isə Mingəçevir şəhəri Aran qəsəbəsində yerləşən N N°-li hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilmişdir. 2017-ci ilin oktyabr ayında xidməti zərurətlə əlaqədar sərəncama götürülmüş, 2017-ci ilin dekabr ayında isə barəsində xidmət yerinə gəlməmə əməliylə bağlı cinayət işi başlanılmış və barəsində həbs ətimkan tədbiri seçilmişdir. 2019-cu ilin aprel ayında isə Azərbaycan Respublikası Ali Məhkəməsində barəsində olan cinayət işi üzrə icraata işinə xitam verilmiş və sərbəst buraxılmışdır. Təxminən 2017-ci ilin may-iyun aylarında istifadəsində olan mobil telefon nömrəsinə öz maaş kartından kontur yükləmək istəyəndə, kartının blokda olduğunu görmüş, bu zaman “Beynəlxalq Bank”ın qaynar xəttinə zəng etmiş və blokun səbəbini soruşmuşdur. Operator ona 2 nəfərə ayrı-ayrılıqda zamin olduğunu, zamin olduğu şəxslərin kreditlərini ödəmədiyini, buna görə də kartına blok qoyulduğunu demişdir. Həmin 2 nəfərdən biri N N°-li hərbi hissənin hərbi qulluqçusu, gizir X2 olmuş, digərini isə xatırlamır. Onun özü "xxxx" ASC-dən 3 dəfə kredit götürmüş, birinci krediti Yevlax şəhərindəki filialdan, ikinci və üçüncü kreditləri isə Gəncə şəhərindəki filialdan götürmüşdür. Həmin ilk iki kreditin ödənişlərini isə vaxtından qabaq edərək bitirmişdir. Üçüncü krediti isə daha sonra götürmüşdür. O, bir müddət soraqlaşdıqdan və araşdırma etdikdən sonra öyrənmişdir ki, "xxxx" ASC-nin Gəncə filialında kreditlərə baxan şəxs Təqsirləndirilən şəxs adlı bir şəxsdir. Ramizi isə yalnız bir dəfə ikinci krediti götürəndə görmüş, lakin heç bir yaxınlığı və münasibəti olmamışdır. Təqsirləndirilən şəxs nömrəsini tapdıqdan sonra ona zəng ettmiş və sonuncudan :“Məni sənmi 2 nəfərin kreditinə zamin qoymusan?” deyə soruşmuş, Raimz Qurbanov isə ona : “Mən qoymuşam”demişdir. Bundan sonra Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə müraciət edərək şikayətini bildirmiş, həmin İdarədə şikayəti əsasında araşdırma başlanmışdır. Cinayət işinə Gəncə Hərbi Məhkəməsində baxılmış və orada Təqsirləndirilən şəxs, həqiqətən də onun yerinə sənədlərə qol çəkdiyini etiraf etmişdir. "xxxx" ASC-nin Gəncə filialından, 2017-ci ilin oktyabr ayının 23-də, üçüncü krediti götürməyə gedəndə Təqsirləndirilən şəxs orada yenidən görmüş, Ramiz orada ona söz vermişdir ki, onu qanunsuz olaraq qoyduğu zaminlikdən çıxaracaq. Çıxaracağı təqdirdə isə Ramizə şikayət etməyəcəyini bildirmişdir. Bundan sonra isə həmin filialdan 8000 manat məbləğində, 36 ay müddətinə kredit götürmüşdür. Lakin bundan öncə götürdüyü iki krediti vaxtında ödəyib bağladığı üçün, Təqsirləndirilən şəxs ona “qızıl müştəri” olduğunu, zaminə ehtiyac olmadığını bildirmişdir. O, sənədlərə qol çəkmiş və krediti zaminsiz götürmüşür. Bu prosesdə sadəcə onun özü və Təqsirləndirilən şəxs iştirak etmişdir. Zərərçəkmiş şəxs1lə, həm də Zərərçəkmiş şəxs2lə N N°-ni hərbi hissədə xidmət etmiş, həmin şəxslərin heç biriylə yaxın münasibəti olmamışdır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 onun "xxxx" ASC-nin Gəncə şəhər filialından götürdüyü kredit öhdəliyinə heç bir vaxt zamin durmamışlar. Səfər Xəililov və Zərərçəkmiş şəxs2 ona zaminlik durmaları barədə imzaları "xxxx" ASC-nin Gəncə şəhər filialının kredit mütəxəssisi vəzifəsində işləmiş Təqsirləndirilən şəxs saxtalaşdırmışdır. Çünki kredit verən şəxsdən başqa heç kimin bu sənədlərə baxmaq və hazırlamaq səlahiyyəti yoxdur. Həmçinin bundan əvvəlki işlərdə də Təqsirləndirilən şəxs başqalarının yerinə imza çəkdiyini və bunu məhkəmədə etiraf etdiyini nəzərə alınmaqla Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 imzalarını da Ramizin saxtalaşdırdığını düşünür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - məhkəmə-xəttşünaslıq ekspertizasının 14.09.2021-ci il tarixli 4/1144 nömrəli rəyinə əsasən -Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-nin Gəncə filialı Şahid1 adından 23 oktyabr 2017-ci il tarixli 1-23.10.2017-SM89 saylı zaminlik müqaviləsində «Zamin» qrafasındakı imza-Zərərçəkmiş şəxs1 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; - Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-nin Gəncə filialı Şahid1 adından 23 oktyabr 2017-ci il tarixli 1-23.10.2017-SM89 saylı zaminlik müqaviləsində «Zamin» qrafasındakı imza-Zərərçəkmiş şəxs2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur; - Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-nin Gəncə filialı Şahid1 adından 23 oktyabr 2017-ci il tarixli 1-23.10.2017-SM89 saylı zaminlik müqaviləsində «Zamin» qrafasındakı imza-Şahid1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur; - Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-nin Gəncə filialı Şahid1 adından 23 oktyabr 2017-ci il tarixli 1-23.10.2017-SM89 saylı zaminlik müqaviləsində «Zamin» qrafasındakı imza-Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur; - Ekspertizaya təqdim olunmuş, "xxxx" ASC-nin Gəncə filialı Şahid1 adından 23 oktyabr 2017-ci il tarixli 1-23.10.2017-SM89 saylı zaminlik müqaviləsində «Zamin» qrafasındakı imza-Şahid2 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur;. - "xxxx" ASC-nin idarə heyətinin sədrinin 18 sentyabr 2017-ci il tarixli 498 K №-li əmrinə əsasən Təqsirləndirilən şəxs həmin tarixdən bankın Gəncə filialının kredit mütəxəssisi vəzifəsinə təyin olunmuş, sədrin 13 aprel 2018-ci il tarixli 306 K №-li əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən tutduğu vəzifədən azad olunmuşdur. - "xxxx" ASC-nin baş direktoru ilə həmin bankın Gəncə filialının kredit mütəxəssisi Təqsirləndirilən şəxs arasında bağlanılmış 01 sentyabr 2017-ci il tarixli tapşırıq müqaviləsinə əsasən sonuncu kredit məhsulların satışını həyata keçirmək, müştərilərin sorğularını cavablandırmaq və məsləhətləri vermək, əməliyyatların aparılması zamanı müştərilərdən sənədləri qəbul etmək, yoxlamaq və müvafiq bölmələrə ötürmək, fiziki şəxslərə kreditləşmə üzrə yüksək səviyyəli bank xidmətləri göstərmək, kredit sifarişlərini qəbul etmək, müştəri tərəfindən təqdim edilən sənədləri yoxlamaq və təhlil etmək, Bankın müvafiq struktur bölmələri ilə əməkdaşlıq etmək, kreditlərin monitorinqini aparmaq, verilmiş kreditlərin əsas məbləğlərinin və hesablanmış faizlərinin vaxtında qaytarılmasına nəzarət etmək, kredit almış hər bir müştəri üzrə kredit tarixçəsinin yaradılması və aparılmasını təmin etmək, müştərilərin kreditləşdirilməsi üzrə bütün prosedurlara düzgün riayət olunmasını təmin etmək və digər səlahiyyətlərə malik vəzifəli şəxs olduğu müəyyən olunmuşdur. - "xxxx" ASC Azərbaycan bank sisteminin sabitliyi və ona ölkə daxilində və xaricində etimadı və ölkənin sosial-iqtisadi inkişafının əhəmiyyətli amili olan Ümummilli İnkişaf Bankıdır. - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. - Zərərçəkmiş şəxs1 01.04.2022-ci il tarixdə və Zərərçəkmiş şəxs2 05.04.2022-ci il tarixdə məhkəməyə ünvanladıqları teleqramlardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbləri yoxdur, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişlər. - Zərərçəkmiş şəxs "xxxx" ASC-nin Hüquq Departamentindən daxil olmuş 28.04.2022-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC Təqsirləndirilən şəxs şikayətçidir və ona yuxarı həddə cəza təyin edilməsi xahiş edilmişdir. - Nikah və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində 23 sentyabr 2018-ci il tarixdə anadan olmuş X1 adlı bir azyaşlı uşağı var. Cinayət işinin materiallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 313-cü maddəsi ilə də cinayət təqibi başlanmışdır. Lakin məhkəmə baxışında Təqsirləndirilən şəxs ərizə verərək Cinayət Məcəlləsinin 313-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsindən iki ildən artıq müddət keçməsini və həmin əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsini nəzərə alaraq onun barəsində başlanmış cinayət təqibinə həmin hissədə məhkəmənin 25.05.2022-ci il tarixli qərarı ilə xitam verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə əsasən vəzifə səla-hiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərin-dən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda-iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar yoxdur. O, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını (CM-nin 59.1.4), zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayəti səmimi etiraf etməklə əməllərindən peşmançılıq çəkməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, məhkəmə hesab edir ki, daha ciddi cəzanın – azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi əsaslar yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, daha ciddi cəzanın təyin edilməsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarı və CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəaları təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma aparıla bilmir. Çünki, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma tələb olunur, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Belə ki, Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 08:00-dək və yaşadığı Bakı şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasına sərf olunmuş 104 manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikası CPM-nin 197-198-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 150 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 08:00-dək və yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Bakı şəhəri üzrə Probasiya idarəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin idarədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. İş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasına sərf olunmuş 104 (yüz dörd) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-80/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-80/2022
25.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver