Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-81/2020 28.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Novruzov Maarif Vidadi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs Tağıyev Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkiliMüdafiəçi iştirakı ilə xx xxxx 1989-cu ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum edilmiş, Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti, ev 243-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, hazırda Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Tağıyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Tağıyev Təqsirləndirilən şəxs qəsdən cinayət törətməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.7 və 228.4-cü maddələri ilə təqsirli bilinib Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 4(066)-18/2018 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Gəncə şəhərində yerləşən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılarkən «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan olunmuş əşya sayılan “Nokia” markalı “BM105” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və xx xxxx 2019-cu il tarixdə saat 18:00 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən 2-ci rejim korpusunun 24 saylı kamerasında saxlanılan Təqsirləndirilən şəxsyevin üzərinə axtarış-baxış keçirilərkən həmin mobil telefon əynində olan alt paltarından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Tağıyev Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, ekspertiza rəyi, maddi sübut, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Tağıyev Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X3 Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.7 və 228.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. Əvvəllər Gəncə şəhərində yerləşən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanıldığı zaman xx xxxx 2019-cu il tarixdə saat 11:00 radələrində təcridxananın əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə axtarış-baxış otağında üzərlərinə axtarış-baxış tədbirləri keçirilən zaman əynində olan alt paltarından ona məxsus olan “Nokia” markalı “BM105” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Bundan sonra Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları hal şahidləri ilə birlikdə protokol tərtib edərək mobil telefonu zərfdə qablaşdıraraq protokola əlavə etmişlər. Həmin mobil telefonu təcridxananın həyətində hamamda çimərkən yerdən tapmış, balaca olduğundan rahatlıqla gizlədərək ailəsi ilə əlaqə saxlamışdır. Onu da qeyd edir ki, istintaq təcridxanasının məsul şəxsləri tərəfindən qadağan olunmuş əşyaların siyahısı ona elan edilmiş, mobil telefonun həmin siyahıda olan əşyalara aid olmaqla saxlanması, daşınması və ya istifadəsinə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olunmuşdur. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Penitensiar Xidmətin 2 saylı X1 Rejim Bölməsinin rəisi vəzifəsində işləyir. İstintaq təcridxanasında saxlanılan şəxslərə, həmçinin Tağıyev Təqsirləndirilən şəxs da dövriyyəsi qadağan edilmiş əşyaların siyahısı elan edilmiş, mobil telefonun həmin siyahıda olan əşyalara aid olmaqla saxlanılması, daşınması və ya istifadəsinin cinayət məsuliyyətinə səbəb olması bildirilmişdir. xx xxxx 2019-cu il tarixdə saat 18:00 radələrində 2-ci rejim korpusunun 24 saylı kamerasında saxlanılan Tağıyev Təqsirləndirilən şəxs üzərinə axtarış-baxış otağında baxış keçirilərkən əynində olan alt paltarında gizlədilmiş bir ədəd «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan olunmuş əşya– “Nokia” markalı “BM-105” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Faktla əlaqədar protokol tərtib edilmiş, götürülmüş mobil telefon aparatı qablaşdırılaraq protokola əlavə olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Penitensiar Xidmətin 2 saylı X1 Rejim Bölməsinin inspektoru Şahid2 və həmin təcridxananın böyük nəzarətçisi Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxx 2019-cu il tarixdə saat 18:00 radələrində 2 saylı İstintaq Təcridxanasının 2-ci rejim korpusunun 24 saylı kamerasında saxlanılan Tağıyev Təqsirləndirilən şəxs üzərinə və əşyalarına axtarış-baxış tədbirində iştirak etmək üçün axtarış-baxış otağına hal şahidi qismində dəvət olunmuşdur. Ona və digər hal şahidi Şahid5 baxış keçirilməzdən əvvəl qanunvericiliyə uyğun qaydada hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirilən zaman Tağıyev Təqsirləndirilən şəxs əynində olan alt paltarına gizlədilmiş bir ədəd “Nokia” markalı mobil telefon aparatının aşkar olunaraq götürülməsinin şahidi olmuşdur. Bundan sonra təcridxananın əməkdaşları tərəfindən protokol tərtib edilmiş, aşkar olunaraq götürülmüş mobil telefon qablaşdırılıb protokola əlavə olunmuş, protokolla bütün iştirakçılar tanış olaraq imzaları ilə doğruluğunu təsdiqləmişlər. Məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən görünür ki, o, məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kompyutertexniki ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 23560 nömrəli rəyindən görünür ki, Tağıyev Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş bir ədəd “Nokia” markalı “BM105” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon olmaqla, hal-hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx xxxxxx 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş «Cəzaçəkmə müəssisələrinin X2”na 11-ci əlavəsindən görünür ki, mobil telefon təqsirləndirilən şəxslərə və məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxx 2019-cu il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə hal şahidlərinin iştirakı ilə məhkum Tağıyev Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki alt paltarında gizlədilmiş bir ədəd işlək vəziyyətdə olan “Nokia” markalı “BM-105” modelli mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan X3 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-127/2019 saylı hökmündən görünür ki, Tağıyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.7 və 228.4cü maddələri ilə nəzərdə tutlan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanmaqla Tağıyev Təqsirləndirilən şəxs qəti olaraq 19 (on doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasının ilk 01 (bir) ilinin həbsxanada, qalan 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmə iclasında elan edilmiş və iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “maddi sübut kimi tanınmaq haqqında” qərardan görünrür ki,Tağıyev Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş“Nokia” markalı “BM105” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Tağıyev Təqsirləndirilən şəxsqəsdən cinayət törətməsinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.7 və 228.4-cü maddələri ilə təqsirli bilinib Göygöl Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 4(066)-18/2018 nömrəli qərarı ilə həbs qətimkan tədbiri seçilərək Gəncə şəhərində yerləşən Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılarkən «Cəzaçəkmə müəssisələrinin X2» ilə qadağan olunmuş əşya sayılan “Nokia” markalı “BM105” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, daşımış və xx xxxx 2019-cu il tarixdə saat 18:00 radələrində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının əməkdaşları tərəfindən 2-ci rejim korpusunun 24 saylı kamerasında saxlanılan Təqsirləndirilən şəxsyevin üzərinə axtarış-baxış keçirilərkən həmin mobil telefon əynində olan alt paltarından aşkar edilərək götürülmüşdür. Məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Tağıyev Təqsirləndirilən şəxs bu cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun həmin hərəkəti istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək, ona cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinin sanksiyasında altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Göründüyü kimi,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Tağıyev Təqsirləndirilən şəxs əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Tağıyev Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan X3 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-127/2019 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Tağıyev Təqsirləndirilən şəxs cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən X3 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-127/2019 saylı hökmü ilə Tağıyev Təqsirləndirilən şəxs təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzasının əvvəli həmin hökmlə müəyyən edilmiş tarixdən, yəni xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, Tağıyev Təqsirləndirilən şəxs şəxsi işinin materiallarından görünür ki, o, X3 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-127/2019 saylı hökmü ilə təyin edilmiş cəzanı çəkmək üçün cəzaçəkmə müəssisəsinə göndərilməmişdir. Ona görə də hazırki hökmlə ona təyin ediləcək cəza X3 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-127/2019 saylı hökmü ilə təyin edilmiş cəza ilə toplandığından, qəti cəzanın ilk bir ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Tağıyev Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsinin tələbinə əsasən məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Həmin Məcələnin 99-1.2-ci maddəsinin tələbinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Odur ki, iş üzrə maddi sübut olan və cinayət işinə əlavə edilmiş istifadəyə yararlı bir ədəd “Nokia” markalı “BM105” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul Tağıyev Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsTağıyev Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsTağıyev Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatıməsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Tağıyev Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Tağıyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317- 2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Tağıyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, X3 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-127/2019 saylı hökmü ilə təyin edilmiş 19 (on doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin edilmiş cəza ilə qismən toplanmaqla Tağıyev Təqsirləndirilən şəxs üzərində qəti olaraq 19 (on doqquz) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Tağıyev Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının ilk 01 (bir) ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tağıyev Təqsirləndirilən şəxs təyinedilmişazadlıqdan məhrumetmə cəzasının əvvəliX3 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(100)-127/2019 saylı hökmü ilə müəyyən edilmiş xx.xx.2018-ci il tarixdən hesablansın Hökm qanuni qüvvəyə minənədək Tağıyev Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat 94 qəpik) manat pul vəsaiti Tağıyev Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş bir ədəd “Nokia” markalı “BM105” modelli, «**********92344» və «**********92344» İMEİ kodlu mobil telefon aparatı məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Tağıyev Təqsirləndirilən şəxsgöstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına48 (qırx səkkiz) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan, Tağıyev Təqsirləndirilən şəxs isə hökmün surətinin verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(044)-81/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-81/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver