Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-82/2021 17.06.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onun qanuni nümayəndəsi X2 iştirakları ilə xx.xx.1996-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci ildə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Tərtər şəhəri, H.Aslanov küçəsi, ev 17-də qeydiyyatda olmaqla, ünvan 4-də yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 16.10.2020-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Gəncə şəhəri, 28 May küçəsi-87 ünvanında yerləşən ünvan 3ncərənin hadisə vaxtı yarısınmış vəziyyətdə olan şüşəsini əlləri ilə çıxarıb həmin pəncərədən məktəbin içərisinə qanunsuz daxil olmaqla Təqsirləndirilən şəxs2 məktəbin ikinci mərtəbəsində yerləşən kompyuter otağının giriş qapısının kilidini üzərində olan, lakin istintaq zamanı müəyyən edilməsi mümkün olmayan cib bıçağı ilə təsir göstərib açdıqdan sonra həmin qapıdan içəri qanunsuz olaraq daxil olub kompyuter otağından Zərərçəkmiş şəxsnə məxsus hər birinin dəyəri 300 manat, ümumilikdə isə 2700 manat olan 9 ədəd istifadə edilmiş, lakin işlək vəziyyətdə olan Çin Respublikası istehsalı olan “CHİNA AİD” markalı dizüstü kompyuterləri gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, 16.10.2020-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Gəncə şəhəri, 28 May küçəsi-87 ünvanında yerləşən ünvan 3ncərənin hadisə vaxtı yarısınmış vəziyyətdə olan şüşəsini əlləri ilə çıxarıb həmin pəncərədən məktəbin içərisinə qanunsuz daxil olmaqla məktəbin ikinci mərtəbəsində yerləşən kompyuter otağının giriş qapısının kilidini üzərində olan, lakin istintaq zamanı müəyyən edilməsi mümkün olmayan cib bıçağı ilə təsir göstərib açdıqdan sonra həmin qapıdan içəri qanunsuz olaraq daxil olub kompyuter otağından Zərərçəkmiş şəxsnə məxsus hər birinin dəyəri 300 manat, ümumilikdə isə 2700 manat olan 9 ədəd istifadə edilmiş, lakin işlək vəziyyətdə olan Çin Respublikası istehsalı olan “CHİNA AİD” markalı dizüstü kompyuterləri gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli onların özlərinin etirafedici ifadələri ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, maddi sübutlar, həmçinin işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 4, mənzil 26-da yaşayır. 2013-cü ildə Gəncə şəhər 2 saylı tam orta məktəbin 11-ci sinifini bitirmişdir. Təqsirləndirilən şəxs2 2 ildir ki, tanıyır, münasibətləri yaxşıdır. Belə ki, o, İmamutdini yaşadığı ərazidən tanıyır və İmamutdini həmin ərazidə “Tana” ləqəbi ilə tanıyırlar. İmamutdin hazırda Gəncə şəhər 2 saylı tam orta məktəbin şagirdidir və həmin məktəbdə təhsil alır. 16 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində o və İmamutdin yaşadığı binanın qarşısında dayanıb söhbət etmişlər. Həmin vaxt İmamutdin ona Gəncə şəhər 2 saylı tam orta məktəbdən kompyuter oğurlamağın mümkün olub-olmaması barədə sual vermiş, o isə ağlabatan olduğu üçün bunun mümkünlüyünü bildirmişdir. Həmin vaxt o və İmamutdin belə qərara gəlmişlər ki, gedib 2 saylı tam orta məktəbdən kompyuter oğurlasınlar, sonra isə həmin kompyuterləri satıb pul əldə etsinlər. Bunun üçün o və İmamutdin həmin gün saat 20 radələrində piyada 2 saylı məktəbin həyətinə getmişlər. Orada 2 saylı məktəbin bufet tərəf hissəsindən məktəbin ibtidai sinif otaqları yerləşən dəhlizinin şüşəsi sınmış vəziyyədə olan pəncərəsindən içəri daxil olub birbaşa pilləkənlə məktəbin binasının ikinci mərtəbəsinə qalxmışlar. Onlar məktəbin ikinci mərtəbəsində olarkən İmamutdin informatika otağının qapı kilidini üzərində gəzdirdiyi cib bıçağı ilə açmış və onlar içəri daxil olmuşlar. Onlar özləri ilə əvvəlcədən üç ədəd iri həcmli torba aparmışlar və sinif otağında olan dizüstü kompyuterlərin 9 ədədini həmin torbalara doldurmuşlar. Kompyuterlərin elektrik naqilləri və digər əlavə qurğuları isə yerində qalmışdır. Bundan sonra özləri ilə apardıqları üç ədəd torbanın hərəsində 3 ədəd olmaqla, ümumilikdə 9 ədəd qara rəngli, Çin istehsalı olan dizüstü kompyuterləri götürüb məktəbin binasına daxil olduqları qaydada oradan çıxıb məktəbin arxa tərəfinə getmişlər. Orada İmamutdin öz dostu Emin adlı şəxsə zəng edib sonuncunu yaşadığı binanın yanına dəvət etmişdir. Bir qədər sonra isə Emin həmin yerə, yəni İmamutdinin yaşadığı binanın yaxınlığına gəlmişdir. Onlar orada Eminlə görüşüb sonuncuya 03 ədəd kompyuter vermişlər. Belə ki, o və İmamutdin hərəsinə 3 ədəd kompyuter götürüblər. Onlar Eminə həmin kompyuterlərin atası Asimin işlətdiyi “El club” adlanan çay evinə məxsus kompyuterlər olmasını və lazım olmadığı üçün satdıqlarını bildirmişlər. Bundan sonra onlar həmin yerdən ayrılıb öz evlərinə getmişlər. Özü isə həmin kompyuterləri yaşadığı binanın qarşısında olan dəmir çənin altına gizlətmiş və evinə getmişdir. Ertəsi gün, saat 14 radələrində tanışı və yaşadığı binanın yaxınlığında yaşayan Vasifə zəng edərək görüşməyi təklif etmişdir. Bir qədər sonra Vasiflə 2 saylı məktəbin qarşısında görüşmüşdür. O, həmin vaxt Vasifə atası Asimin işlətdiyi “El Club” çay evinə məxsus dizüstü kompyuterlərin olduğunu və onları satmaq istədiyini bildirmiş, Vasif isə pulunun olmadığını, kompyuterləri satdıqdan sonra pulu verə biləcəyini demişdir. Bundan sonra o, İmamutdinlə görüşüb birlikdə Vasifin yanına, yəni yaşadığı binanın yaxınlığına getmiş və orada 04 ədəd kompyuteri Vasifə vermişlər. Həmin kompyuterlərin 03 ədədi onun öz payına düşən, 01 ədədi isə İmamutdinin payına düşən kompyuterlər olmuşdur. Onlar həmin kompyuterləri hər birini 100 manat olmaqla Vasifə vermişlər. Vasif isə satıb pulunu verəcəyini demişdir. Daha sonra isə polis əməkdaşları onu və İmamutdini saxlamışlar və onları Gəncə şəhər Nizami RPİ-yə aparmışlar. Onlar Vasifə satdıqları 4 ədəd dizüstü kompyuteri atası Asimin vasitəsi ilə Vasifdən geri alıb polisə təqdim etmişlər. Həmçinin qeyd edir ki, o, Emin adlı şəxsi tanımamışdır. Həmin şəxsi yalnız bir dəfə hadisə günü görmüşdür. O, həmin şəxsi İmamutdinin vasitəsi ilə görmüşdür. Emin və İmamutdin bir-biriləri ilə dost olmuşlar. Oğurluqdan sonra İmamutdin Eminə zəng edib yaşadığı binanın yanına çağırmış və onlar 3 ədəd kompyuteri Eminə vermişlər. Kompyuterlərin sayı çox olduğu üçün onlar həmin kompyuterləri özlərində saxlamağa ehtiyat etmiş və bir müddət Emində qalmasını istəmişlər. Bununla yanaşı, onlar kompyuterlərə müştəri taparsa satmasını Eminə demişlər. Kompyuterləri satdıqları Vasif adlı şəxs onlara əvvəlcədən heç bir vəd verməmiş, yalnız oğurluqdan sonra Vasifə kompyuter barədə müraciət edərək İmamutdinlə birlikdə 4 ədəd kompyuteri nisyə qaydada Vasifə satmışlar. Vasif kompyuterlərin onların özlərinə məxsus olmasını düşünürmüş, çünki onlar Vasifə elə demişlər. Hadisədən sonra İmamutdin özündə olan 3 ədəd kompyuterin 1 ədədini gizlətdiyi yerdə tapa bilməmiş, digər kompyuteri isə hansı səbəbdən Vasifə satmadığını bilmir. İmamutdin Vasifə yalnız 1 ədəd kompyuteri satmışdır. Hazırda əməlindən peşiman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməyini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Hal-hazırda Gəncə şəhər 2 saylı tam orta məktəbin 9-cu sinfində oxuyur. Yaşadığı ərazidə onu “Tana” ləqəbi ilə tanıyırlar. Təqsirləndirilən şəxs1 2 ildir ki, tanıyır və Elbrus ilə münasibətləri yaxşıdır. Elbrusu yaşadığı ərazidən tanıyır, aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, hazırda da yoxdur. Bundan başqa, onun bir ilə yaxındır ki, Emin adlı şəxslə dostluq münasibətləri var. Belə ki, o, Eminin Gəncə şəhərində harada yaşamasını, eləcə də soyadını dəqiq bilmir. Emini hazırda Rusiya Federasiyasında olan dostunun vasitəsi ilə tanımış və Eminlə aralarında heç bir ədavət və düşmənçiliyikləri olmamışdır. 16 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində o, Elbrusla birlikdə sonuncunun yaşadığı binanın qarşısında dayanıb söhbət edirmiş. Həmin vaxt o, Elbrusa Gəncə şəhər 2 saylı tam orta məktəbdən kompyuter oğurlamağın mümkün olub-olmaması barədə sual vermiş, Elbrus isə ağlabatan olduğu üçün bunun mümkün olmasını bildirmişdir. Həmin vaxt o və Elbrus belə qərara gəlmişlər ki, gedib 2 saylı tam orta məktəbdən kompyuter oğurlayıb həmin kompyuterləri sataraq pul əldə etsinlər. O, həmin məktəbdə informatika dərsində kompyuter otağında olduğu və oradakı kompyuterləri gördüyü üçün məktəbdə kompyuter olduğuna əmin imiş. Bunun üçün o və Elbrus saat 20 radələrində piyada 2 saylı məktəbin həyətinə getmişlər. Orada o və Elbrus birlikdə 2 saylı məktəbin bufet tərəf hissəsindən məktəbin ibtidai sinif otaqları yerləşən dəhlizinin şüşəsi sınıq vəziyyətdə olan pəncərəsindən şüşəni yerindən çıxarıb içəri daxil olmuş və birbaşa pilləkənlə məktəbin binasının ikinci mərtəbəsinə qalxmışlar. Məktəbin ikinci mərtəbəsində olarkən informatika otağının qapı kilidini üzərində olan cib bıçağı ilə açmış və içəri daxil olmuşlar. Həmin vaxt özü ilə birlikdə üç ədəd iri həcmli torba aparmış və sinif otağında olan çoxsaylı dizüstü kompyuterlərin 9 ədədini həmin torbalara doldurmuşlar. Kompyuterlərin elektrik naqilləri və digər əlavə qurğuları isə yerində qalmışdır. Özü ilə apardığı üç ədəd torbanın hərəsində 3 ədəd olmaqla ümumilikdə 9 ədəd qara rəngli, Çin istehsalı olan dizüstü kompyuterləri götürüb məktəbin binasına daxil olduqları qaydada oradan çıxmışlar. Sonra yaşadığı binanın yanına getmiş və orada tanışı Eminin hal-hazırda xatırlamadığı mobil nömrəsinə zəng edərək Emini yaşadığı binanın yanına çağırmışdır. Emin ondan nə olduğunu soruşarkən o, Eminə heç bir problem olmadığını, sadəcə olaraq özü ilə işinin olduğunu deyib Emini həmin yerə çağırmışdır. Emin isə tez bir zamanda gələcəyini bildirmişdir. Bir qədər sonra Emin oraya gəlmiş və onlar Eminlə görüşmüşlər. O və Elbrus həmin yerdə Eminə, Elbrusun atası Asimin işlətdiyi “El club” adlanan çay evinə məxsus kompyuterlər olmasını və həmin kompyuterləri artıq lazım olmadığı üçün Elbrusun satmaq istədiyini bildirmiş və 03 ədəd kompyuteri satması üçün Eminə vermişlər. Bundan sonra oradan ayrılıb ayrı-istiqamətlərə getmişlər. Elbrus və onun özü hərəsinə 03 ədəd kompyuter götürmüşlər. O, həmin gün 03 ədəd kompyuterin 1ni məktəbin arxa tərəfində olan köhnə tikilinin qarşısındakı beton plitənin altına gizlətmiş, geri qalan 02 ədəd kompyuteri isə yaşadığı ərazidə hərəsini ayrı-ayrı yerlərdə gizlətmişdir. Bunları etməkdə məqsədi saxlanılarkən üzərində kompyuterlərin olmaması, həmçinin evdə ailə üzvlərinin bundan xəbərinin olmaması olmuşdur. Ertəsi gün, gündüz saatlarında Elbrusla danışıb belə razılaşmışlar ki, kompyuterləri Vasif adlı şəxsə satsınlar. Ona görə də o, kompyuterlərin 1 ədədini gizlətdiyi yerdən çıxarıb Elbrusla görüşərək birlikdə Vasifin yanına getmiş və Vasifə 04 ədə kompyuter satmışlar. Belə ki, 03 ədəd kompyuteri Elbrus, 01 ədədini isə o özü Vasifə vermişdir. Vasif həmin kompyuterləri onlardan hər birini 100 manat olmaqla nisyə qaydada almış və satıb pulunu verəcəyini demişdir. O isə Vasifə kompyuterlərin Elbrusun atası Asimin işlətdiyi çay evinə məxsus olmasını demiş, oğurluq barədə bir söz deməmişlər. Daha sonra isə polis əməkdaşları Elbrus və onu saxlayaraq Gəncə şəhər Nizami RPİ-yə aparmışlar. O və Elbrus Vasifə satdıqları 04 ədəd dizüstü kompyuterləri Elbrusun atası Asimin vasitəsi ilə Vasifdən geri alıb polisə təqdim etmişlər. Həmçinin bildirir ki, Emin adlı şəxsi hazırda Rusiyada olan dostunun vasitəsi ilə tanımışdır. Belə ki, Eminin təxminən 16-17 yaşları var. Həmin şəxsin soyadını, ata adını və yaşadığı ünvanı, eləcə də hazırda harada olmasını bilmir. Hadisə vaxtı o və Elbrus oğurluq etdikdən sonra Eminə zəng edib sonuncunu yaşadıqları binanın yanına çağırmış və Eminə 03 ədəd kompyuter vermişlər. Emin oğurluq barədə heç nə bilmirmiş və oğurluqda iştirak etməmişdir. Bundan başqa, onlar oğurluqdan sonra Vasifə kompyuter barədə müraciət edərək 4 ədəd kompyuter satmışlar. Belə ki, onlar həmin kompyuterləri Vasifə satarkən kompyuterlərin Elbrusun atası Asimin işlətdiyi “El club” adlanan çay evinə məxsus olmasını, lakin istifadə edilmədiyi üçün satmaq istədiklərini bildirmişlər. Onu da bildirir ki, kompyuterləri gizlətdiyi məktəbin arxa tərəfində beton pilitənin altından 01 ədədini tapa bilməmiş, ola bilsin ki, kimsə oradan götürmüşdür. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ondan hər hansı şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 2011-ci ildən Gəncə şəhər 2 saylı tam orta məktəbin direktor müavini vəzifəsində çalışır. Məktəbin direktoru isə 2000-ci ildən Şahid1dır. Direktor müavini olduğu məktəbin ərazisi və binası olduqca böyükdür. Ona görə də məktəbin bütün pəncərələrinə nəzarət etmək bir qədər çətindir. Məktəbin binasına nəzarət etmək üçün Şahid3 və Şahid4 məktəbin mühafizəsini təşkil edirlər. 17 oktyabr 2020-ci il tarixdə direktor Şahid1 ona məktəbdən oğurluq olmasını bildirmişdir. Belə ki, həmin tarixdə, səhər saatlarında məktəbin gözətçisi Şahid3 direktor Şahid1 zəng edərək məktəbin ikinci mərtəbəsindəki kompyuter otağının qapı kilidinin sındırılmış vəziyyətdə olduğunu və oradan çoxsaylı kompyuterlərin oğurlandığını bildirmiş, Sahibə xanım isə həmin məlumatı alıb dərhal məktəbə gedərək həqiqətən də 2 nömrəli kompyuter otağının giriş qapısının kilidinin sınmış vəziyyətdə olmasını, otaqdan isə ümumilikdə 9 ədəd kompyuter oğurlanmasını aşkar etmişdir. Məktəbin ikinci mərtəbəsində 4 ayrı-ayrı kompyuter otaqları mövcuddur. Oğurluq baş vermiş kompyuter otağından oğurlanmış kompyuterlər Çin Respublikasının istehsalı olan, markası bilinməyən qara rəngli dizüstü kompyuterlər olmuşdur. Həmin kompyuterlər istifadə edilmiş olsalar da, hər biri işlək vəziyyətdə olmuşdur. Şagirdlər həmin kompyuterlərdən informatika dərsində istifadə edirmişlər. Həmin kompyuterlər 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəbə verilmişdi. Onların hər birinin qiyməti 300 manat təşkil edir və 9 ədəd dizüstü kompyuterin oğurlanması nəticəsində 2700 manat maddi ziyan dəymişdir. Oğurluq edən şəxslər 16 oktyabr 2020-ci il tarixdə, axşam saatlarında məktəbin bufet tərəfdən şüşəsi sınıq vəziyyətdə olan pəncərəsindən içəri daxil olmuşlar. Oğurluq hadisəsindən sonra isə məktəbin rəhbərliyi həmin şüşəni yenisi ilə əvəz etdirmişlər. Məktəbin kompyuter otağının giriş qapısının kilidi isə kənar bir predmetlə güc tədbiq edilərək sındırılmışdır. Məktəbin kompyuter otağının qapı kilidinin sındırılması nəticəsində ayrıca 5 manat maddi ziyan dəymişdir. Oğurluğu hazırda çalışdığı məktəbin 9-cu sinif şagirdi Təqsirləndirilən şəxs2 və həmin məktəbin məzunu olmuş Təqsirləndirilən şəxs1 birlikdə törətdiklərini sonradan bilmişdir. Həmin şəxslərin Gəncə şəhər 2 saylı tam orta məktəbdən oğurladıqları kompyuterlərin 1 ədədi 300 manat dəyərində olmuşdur. İbtidai istintaq zamanı hüquqi şəxsə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyi üçün hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 25 ildir ki, Gəncə şəhər 25 saylı tam orta məktəbdə gözətçi işləyir. Məktəbin direktoru 2001-ci ildən Şahid1dır. Gözətçisi olduğu məktəbin binası və ərazisi böyükdür. Məktəbdə çoxsaylı sinif otaqları və 4 kompyuter otağı var. Onun özündən başqa Şahid3 da məktəbin gözətçisi işləyir. O, növbəliliklə, bir gündən bir saat 17:00-da həmin məktəbdə gözətçiliyi Şahid3 təhvil alır, növbəti gün saat 09:00-da isə təhvil verir. 16 oktyabr 2020-ci il tarixdə məktəbdə Şahid3 gözətçilik etmişdir. Ertəsi gün, saat 08 radələrində o, məktəbə gedib növbəni Asifdən təhvil almış və növbəni təhvil almazdan əvvəl məktəbin qapı və pəncərələrini, sinif otaqlarını yoxlamağa başlamışdır. Həmin vaxt məktəbin ikinci mərtəbəsində olan 2 nömrəli kompyuter otağının qapı kildinin sındırılmış, qapının isə açıq olduğunu görüb içəri daxil olmuş və orada dizüstü kompyuterlərin olmadığını aşkar etmişdir. Ona görə də, bu barədə tez Asifə bildirmiş və sonuncu isə məktəbə geri çağırılmışdır. Asif isə bu barədə tez məktəbin direktoru Şahid1 zəng edib məlumat vermişdir. Bundan sonra Şahid1 məktəbə gələrək həmin otağa baxmış və 16 oktyabr 2020-ci il saat 17 radələrindən 17 oktyabr 2020-ci il saat 08 radələrinədək olan müddət ərzində oradan 09 ədəd kompyuter oğurlandığını aşkar etmişdir. Bundan sonra isə məktəbə daxil olan şəxslərin məktəbin bufet tərəfdən şüşəsi sınıq pəncərədən içəri daxil olmalarını müəyyən etmişlər. Sonradan onlara məlum olmuşdur ki, məktəbdən oğurluq etmiş şəxslərdən biri həmin məktəbin 9-cu sinif şagirdidir. Digəri isə həmin məktəbdən məzun olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2 ildir ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Yeni Market” adlanan marketin binasının ikinci mərtəbəsində “El Club” adlanan çay evini icarə əsasında işlədir. Təqsirləndirilən şəxs1 onun doğma oğludur və oğlu Təqsirləndirilən şəxs1 16 oktyabr 2020-ci il tarixdə dostu İmamutdin adlı şəxslə birlikdə Gəncə şəhər 2 saylı tam orta məktəbdən kompyuter oğurlamışdır. Sonradan onlar kompyuterlərin 4 ədədini qonşuluqda yaşayan Vasif adlı şəxsə satmışlar. O, oğurluq barədə sonradan məlumat almış və gedib dərhal Vasifdən həmin kompyuterləri geri tələb edərək almışdır. Sonradan ona məlum olmuşdur ki, oğlu Elbrus həmin kompyuterləri Vasifə satarkən kompyuterlərin onun işlətdiyi “El club” çay evinə məxsus olmasını bildirmişdir. Əslində onun işlətdiyi çay evində həqiqətən də kompyutyer avadanlıqları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər 25 saylı tam orta məktəbdə gözətçi işləyir. Məktəbin direktoru 2001-ci ildən Şahid1dır. Gözətçisi olduğu məktəbin binası və ərazisi böyükdür. Məktəbdə çoxsaylı sinif otaqları və 4 kompyuter otağı var. Ondan başqa Şahid4 da məktəbin gözətçisi işləyir. Növbəliliklə, bir gündən bir saat 17:00-da həmin məktəbdə gözətçiliyi Şahid4 təhvil alır, növbəti gün saat 09:00-da təhvil verir. 16.10.2020-ci il tarixdə, saat 17:00-da məktəbdə gözətçiliyə başlamış, ertəsi gün, saat 08 radələrində isə növbəni Şahid4 təhvil verib evinə getmək üçün yola düşmüşdür. Bir qədər sonra Şahid4 onun mobil telefonuna zəng edərək məktəbin ikinci mərtəbəsində olan 2 nömrəli kompyuter otağının qapı kilidinin sındırılmış, qapının açıq vəziyyətdə olduğunu və içəridə dizüstü kompyuterlərin oğurlanmasını bildirmişdir. O isə yoldan qayıdıb məktəbə geri dönmüş və məktəbin ikinci mərtəbəsindəki kompyuter otağına baxdıqda həqiqətən də oradakı kompyuterlərin oğurlanmasını aşkar etmişdir. O, dərhal bu barədə məktəbin direktoru Sahibə müəlliməyə zəng edib məlumat vermiş və bir qədər sonra Şahid1 məktəbə gəlmişdir. Onlar bir daha həmin otağa baxdıqda 16.10.2020-ci il saat 17 radələrindən 17.10.2020-ci il saat 08 radələrinədək oradan 09 ədəd kompyuter oğurlandığını müəyyən etmişlər. Bundan sonra o, məktəbə daxil olan şəxslərin məktəbin bufet tərəfdən şüşəsi sınıq pəncərədən içəri daxil olmalarını müəyyən etmişdir. Sonradan ona məlum olmuşdur ki, məktəbdən oğurluq etmiş şəxslərdən biri həmin məktəbin 9-cu sinif şagirdidir. Digəri isə həmin məktəbdən məzun olmuşdur. Həmçinin bildirir ki, oğurluq hadisəsinin şahidi olmamışdır. Belə ki, o, həmin vaxt düz məktəbin qarşısında olan iş otağında imiş və oradan məktəbə gözətçilik edirmiş. Ona görə də, məktəbin sol yan tərəf binasının bufet tərəfdən içəri daxil olmuş şəxsləri görməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq edilmiş Şahid2 oğlunun ifadəsindən görünür ki, o, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 63, mənzil 40-da ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs2 1-2 ildir ki, “Tana” ləqəbi ilə yaşadığı ərazidən tanıyır. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 da 1-2 ildir ki, yaşadığı ərazidən tanıyır. Onların heç biri ilə aralarında şəxsi ədavət və düşmənçiliyi olmamış, hazırda da yoxdur. 17 noyabr 2020-ci il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs1 ona zəng edərək görüşməyi təklif etmiş və o, bir qədər sonra Elbrus ilə 2 saylı məktəbin qarşısında görüşmüşdür. Həmin vaxt Elbrus ona atası Asimin işlətdiyi “El Club” çay evinə məxsus dizüstü kompyuterlərin olduğunu və onları satmaq istədiyini bildirmişdir. O isə pulunun olmadığını, kompyuterləri satdıqdan sonra pulu verə biləcəyini demişdir. Bundan sonra Elbrusun vasitəsi ilə İmamutdin ilə görüşmüşdür. Həmin vaxt Elbrus və İmamutdin ona 04 ədəd kompyuter vermişlər. Onlar həmin kompyuterləri nisyə qaydada ona satmışlar. O, həmin kompyuterlərin həri birini 100 manat olmaqla nisyə qaydada almış və onlara satıb pulunu verəcəyini demişdir. Kompyuterləri alarkən isə Elbrus və İmamutdindən həmin kompyuterlərin oğurluq olub-olmamasını dönə-dönə soruşmuş, lakin onlar kompyuterlərin oğurluq olmadığını, Asimin işlətdiyi “El Club” çay evinə məxsus olmasını bildirmişlər. Ona görə də o, Elbrus və İmamutdinə inanıb həmin kompyuterləri qəbul etmişdir. Daha sonra Asim onun yanına gələrək kompyuterlərin 2 saylı məktəbdən oğurlandığını bildirmiş və ondan kompyuterləri geri almışdır. Kompyuterlərin naqilsiz olmaları onda həmin kompyuterlərin cinayət yolu ilə əldə edilməsi barədə şübhə yaratmamış, o, kompyuterlərin oğurluq olmasını bilməmiş, öz-özlüyündə düşünüb ki, sonradan kompyuterlərin naqillərini də Elbrusdan alar, lakin bu barədə Elbrus ilə danışığı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi tədqiq olunmuş Şahid1 ifadəsindən görünür ki, Gəncə şəhər 2 saylı tam orta məktəbin direktor vəzifəsində çalışır. Direktor olduğu məktəbin ərazisi və binası olduqca böyükdür. Ona görə də məktəbin bütün pəncərələrinə nəzarət etmək bir qədər çətindir. Məktəbin binasına nəzarət etmək üçün Şahid3 və Şahid4 məktəbin mühafizəsini təşkil edirlər. 17 oktyabr 2020-ci il tarixdə məktəbdən oğurluq olmasını Nümayəndə bildirmişdir. Belə ki, həmin tarixdə, səhər saatlarında məktəbin gözətçisi Şahid3 ona zəng edərək məktəbin ikinci mərtəbəsindəki kompyuter otağının qapı kilidinin sındırılmış vəziyyətdə olduğunu və oradan çoxsaylı kompyuterlərin oğurlandığını bildirmiş, o, həmin məlumatı alıb dərhal məktəbə gedərək həqiqətən də 2 nömrəli kompyuter otağının giriş qapısının kilidinin sınmış vəziyyətdə olmasını, otaqdan isə ümumilikdə 9 ədəd kompyuter oğurlanmasını aşkar etmişdir. Məktəbin ikinci mərtəbəsində 4 ayrı-ayrı kompyuter otaqları mövcuddur. Oğurluq baş vermiş kompyuter otağından oğurlanmış kompyuterlər Çin Respublikasının istehsalı olan, markası bilinməyən qara rəngli dizüstü kompyuterlər olmuşdur. Həmin kompyuterlər istifadə edilmiş olsalar da, hər biri işlək vəziyyətdə olmuşdur. Şagirdlər həmin kompyuterlərdən informatika dərsində istifadə edirmişlər. Həmin kompyuterlər 2018-ci ildə Təhsil Nazirliyi tərəfindən məktəbə verilmişdir. Onların hər birinin qiyməti 300 manat təşkil edir və 9 ədəd dizüstü kompyuterin oğurlanması nəticəsində 2700 manat maddi ziyan dəymişdir. Oğurluq edən şəxslər 16 oktyabr 2020-ci il tarixdə, axşam saatlarında məktəbin bufet tərəfdən şüşəsi sınıq vəziyyətdə olan pəncərəsindən içəri daxil olmuşlar. Oğurluq hadisəsindən sonra isə məktəbin rəhbərliyi həmin şüşəni yenisi ilə əvəz etdirmişlər. Məktəbin kompyuter otağının giriş qapısının kilidi isə kənar bir predmetlə güc tədbiq edilərək sındırılmışdır. Məktəbin kompyuter otağının qapı kilidinin sındırılması nəticəsində ayrıca 5 manat maddi ziyan dəymişdir. Oğurluğu hazırda çalışdığı məktəbin 9-cu sinif şagirdi Təqsirləndirilən şəxs2 və həmin məktəbin məzunu olmuş Təqsirləndirilən şəxs1 birlikdə törətdiklərini sonradan bilmişdir. İbtidai istintaq zamanı hüquqi şəxsə dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tam ödənildiyi üçün hər iki təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 20 oktyabr 2020-ci il tarixli baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurladıqları 4 ədəd Çin istehsalı olan noutbukları təqdim etmişdilər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 oktyabr 202-ci il tarixli təqdim edilmiş əşyaya baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 1 ədəd “CHİNA” markalı qara rəngli dizüstü kompyuteri təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ifadələrinin yerində yoxlanılması haqqında 26 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, 16.10.2020-ci il tarixdə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etdikləri Gəncə şəhər 2 saylı tam orta məktəbi və həmin məktəbdə iş üçün əhəmiyyət kəsb edən yerləri əyani olaraq göstərərək ifadələrini təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 17 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Yeni Gəncə qqəsəbəsində yerləşən 2 saylı orta məktəbdə baş vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəməəmtəəşünaslıq ekspertizasının 16.12.2020-ci il tarixli, 606 saylı rəyindən görünür ki, hesablama yolu ilə qeyd edilən doqquz ədəd istifadə olunmuş, “CHİNA AİD” markalı noutbukun 2020-ci ilin oktyabr ayına işlənmə dərəcəsi, internet sayt məlumatları nəzərə alınmaqla nəzəri hesablama yolu ilə bazar qiyməti, təxminən 1602 (min altı yüz iki) manat müəyyən olunur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 194.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılmış, cinayət işinin materiallarında adıkeçən Emin adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-ci maddələri ilə cinayət işi başlanması rədd edilmiş və bu barədə material ayrılmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 götürülmüş, ümumilikdə 5 ədəd kompyuter iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə qeydiyyatda durmur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 16.10.2020-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Gəncə şəhəri, 28 May küçəsi-87 ünvanında yerləşən ünvan 3ncərənin hadisə vaxtı yarısınmış vəziyyətdə olan şüşəsini əlləri ilə çıxarıb həmin pəncərədən məktəbin içərisinə qanunsuz daxil olmaqla Təqsirləndirilən şəxs2 məktəbin ikinci mərtəbəsində yerləşən kompyuter otağının giriş qapısının kilidini üzərində olan, lakin istintaq zamanı müəyyən edilməsi mümkün olmayan cib bıçağı ilə təsir göstərib açdıqdan sonra həmin qapıdan içəri qanunsuz olaraq daxil olub kompyuter otağından Zərərçəkmiş şəxsnə məxsus hər birinin dəyəri 300 manat, ümumilikdə isə 2700 manat olan 9 ədəd istifadə edilmiş, lakin işlək vəziyyətdə olan Çin Respublikası istehsalı olan “CHİNA AİD” markalı dizüstü kompyuterləri gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 16.10.2020-ci il tarixdə, saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Gəncə şəhəri, 28 May küçəsi-87 ünvanında yerləşən ünvan 3ncərənin hadisə vaxtı yarısınmış vəziyyətdə olan şüşəsini əlləri ilə çıxarıb həmin pəncərədən məktəbin içərisinə qanunsuz daxil olmaqla məktəbin ikinci mərtəbəsində yerləşən kompyuter otağının giriş qapısının kilidini üzərində olan, lakin istintaq zamanı müəyyən edilməsi mümkün olmayan cib bıçağı ilə təsir göstərib açdıqdan sonra həmin qapıdan içəri qanunsuz olaraq daxil olub kompyuter otağından Zərərçəkmiş şəxsnə məxsus hər birinin dəyəri 300 manat, ümumilikdə isə 2700 manat olan 9 ədəd istifadə edilmiş, lakin işlək vəziyyətdə olan Çin Respublikası istehsalı olan “CHİNA AİD” markalı dizüstü kompyuterləri gizli olaraq talayıb oğurluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməkdə təqsirləri tam sübuta yetirilmiş və onların əməlləri isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Buna görə də, onlar həmin maddələrlə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Bundan başqa, Təqsirləndirilən şəxs2 cinayət törədərkən yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 06.11.2020-cu il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş iş materiallarında olan zərərçəkmiş şəxs hüuqi şəxsin nümayəndəsi Nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmadığını, bundan başqa onun və Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs şəxslə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini, yaşayış yeri üzrə müsbət xarekterizə edilmələrini, cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkmələrini təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Həmin Məcəllənin 435.4.3-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, onların cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətmələrini), təqsirkarların şəxsiyyətini, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənləri nəzərə alaraq məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Eyni zamanda məhkəmə hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli təqsirləndirilən şəxslərin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, onların məsuliyyətini yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, hər iki təqsirləndirilən şəxsə törətdikləri cinayətə görə ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə onların islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə daimi yaşayış yeri olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 4, mənzil 26 ünvanını, Təqsirləndirilən şəxs2 üzərinə daimi yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, həmçinin hər iki təqsirləndirilən şəxsə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Gəncə şəhərinin hüdudlarını tərk etməmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerlərini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.5-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və ya şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Qanunun həmin tələbi baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 5 ədəd “CHİNA AİD” markalı, qara rəngli dizüstü kompyuterlərin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda iş üzrə məhkəmə xərci olan 50 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadıqları üçün onlara dövlət büdcəsi hesabına müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 20 (iyirmi) iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 və Müdafiəçi3 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 120 (yüz iyirmi) manat, cəmi 240 məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə hökm e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 4, mənzil 26 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yeri olan ünvan 4 ünvanını axşam saat 22:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış 5 ədəd “CHİNA AİD” markalı, qara rəngli dizüstü kompyuterlərin sahibinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan 50 manat pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 və Müdafiəçi3 vəkil işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə 120 (yüz iyirmi) manat, cəmi 240 məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Roman Ələkbərli
Məhkəmə qərarları › İş №1(044)-82/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-82/2021
17.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver