Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-82/2022 29.03.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, 01.12.1956-cı ildə Samux rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Samux rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, N.Nərimanov pr., 179 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 30 yanvar 2021-ci il tarixdə saat 14 radələrində iş yoldaşı – xx xxxxxx 1955-ci ildə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, “Skonnu” çörək sexində kündəçi kimi işləyən Zərərçəkmiş şəxs sexin içərisində olan xəmir saxlanılan dolabın qapılarından birinin sonuncuya toxunması nəticəsində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs ona qarşı qeyri-etik ifadə işlətməsindən hiddətlənərək qarşılıqlı olaraq bir-birinin sinəsində tutub dartışan zaman, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməyərək Zərərçəkmiş şəxs itələməsi səbəbindən sonuncu 50-60 sm məsafədə yerləşən dörd ayaqlı dəmir parça üzərinə qoyulmuş içərisində qaynar halda su olan hündürlüyü 32 sm ölçülü dəmir qazana toxunmuş, nəticədə həmin qazanın içərisində olan 100 dərəcədən yuxarı olan qaynar suyun Zərərçəkmiş şəxs üzərinə tökülməsi nəticəsində zərərçəkmişin ümumi bədən səthinin 45-48 %-ni təşkil edən bel, hər iki sağrı, aralıq və hər iki aşağı ətraf nahiyələrinin ll-lll və lV dərəcəli termiki yanıq xəsarətləri müşayiət olunan ehtiyatsızlıqdan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almasına səbəb olmuş, aldığı xəsarətlərlə əlaqədar olaraq Zərərçəkmiş şəxs 30 yanvar 2021-ci il tarixdən 09 mart 2021-ci il tarixədək Tibb Ərazi Bölmələrinin X10 hüquqi şəxsinin 5 nömrəli şəhər kliniki xəstəxanasının (indiki X15) yanıq şöbəsində müalicə almasına baxmayaraq, aldığı termiki yanıq xəsarətlər nəticəsində 11.03.2021-ci il tarixdə ünvan 2 ünvanında həyatdan məhrum edilməsi ilə Təqsirləndirilən şəxs əməli ehtiyatsızlıqla Zərərçəkmiş şəxs ölümünə səbəb olmuşdur. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda Gəncə şəhəri, N.Nərimanov pr 179 ünvanında yaşayır. 13-14 yaşlarında Bakıda tanış olduğu İzzet adlı Türkiyə vətəndaşı ilə tanış olaraq Türkiyə Respublikasına getmiş, onun xarici pasportunun müddəti bitdiyindən 25.12.2020-ci il tarixdə Azərbaycana qayıtmışdır. O qayıtdıqdan sonra qardaşı onu yaşadıqları evə buraxmamış, bu səbəbdən də o, məcbur olub bu müddət ərzində Gəncə şəhəri, H.Cavid küçəsində yerləşən sığınacaq evində yaşamışdır. Daha sonra “Skonnu” çörək sexinin yaxınlığında aylıq 20 manata kirayə yaşamağa başlamışdır. Hadisə baş verməmişdən təxminən 1 həftə əvvəl Gəncə şəhəri, R.Qasımov küçəsində yerləşən “Skonnu” çörək sexində gündəlik 04 manat və 02 ədəd çörək müqabilində iş tapmışdır. İlk günlərdə Esma ilə münasibətləri yaxşı olmağına baxmayaraq daha sonra pisləşməyə başlamışdır. Esma mütamadi olaraq onu, ailə üzvlərini təhqir edib, onun pozğun olduğunu demişdir. 30.01.2021-ci il tarixdə saat təxminən 14 radələrində iş yerində olan zaman yenə də həmin qadın onu nalayiq ifadələrlə təhqir etmişdir. Bundan əvvəl də bir neçə dəfə aralarında münaqişələr olmuş, Esma onu təhqir etmiş, lakin bununla bağlı X5 müracət etməmişdir. O da Esmanı təhqir etdikdən sonra bir-birlərinin sinəsindən yapışmış və itələşməyə başlamışdırlar. Esma ilə tutuşan zaman xəmir bişirmək üçün nəzərdə tutulmuş qaynayan su qazanından təxminən 50-60 sm məsafədə olmuşlar. Həmin qazanın yanında elektrik olmuş və tutuşma zamanı, o, elektrikə toxunmuşdur. Elektrikə toxunan zaman enerji vurduğundan ehtiyatsızlığından Esmanı itələmişdir. İtələyərkən Esma yan-yana qaynar su olan qaba toxunaraq yerə yıxılmışdır. Esma yerə yıxılarkən həmin qaynar su onun üzərinə tökülmüşdür. Bu zaman hər ikisi birlikdə yerə yıxılmış, orada qazanda olan qaynar su Esmanın üzərinə tökülmüşdür. Həmin qaynar su bir qədər onun da üzərinə tökülmüşdür. Hadisə zamanı onlara heç kəs müdaxilə etməmiş, Zərərçəkmiş şəxs və ondan başqa həmin hadisə zamanı xəsarət alan olmamışdır. Sonradan onların hər ikisini 3 saylı xəstəxanaya aparmışlar. O, Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan itələmişdir. Həmin vaxt onu öldürmək məqsədi olmamışdır. Həmin vaxt özü də xəsarət aldığından Zərərçəkmiş şəxs köməklik göstərə bilməmişdir. Orada nə o, Esmanın üzərinə, nə də Esma, onun üzərinə su tökməmişdir. Sadəcə olaraq onlar bir-birinin sinəsindən tutuşduqdan sonra o, Esmanı özündən kənarlaşdırmaq üçün ehtiyatsızlıqdan itələmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Sonda o, törətdiyi əməldən peşmanlıq çəkdiyini və ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ünvan 2 ünvanında yaşayır. Hal-hazırda Gəncə Əyləncə mərkəzində yemək bişirən işləyir, Zərərçəkmiş şəxs onun anasıdır. X20 şəhərində Skonnu adlanan yerdə yerləşən çörək bişirmə sexində kündəçi işləmiş, 30 yanvar 2021-ci il tarixdə ona kürəkəni X4 zəng edərək anası Esmanın yanaraq xəstəxanaya yerləşdirildiyini bildirmişdir. O, bundan sonra 3 saylı X19 Xəstəxanasına getmişdir. Orada anasına ilkin tibbi yardım göstərilmiş və anasının vəziyyəti yaxşı olmadığı üçün tibbi yardım avtomobili ilə Bakı şəhərinə 5 saylı Yanıq Mərkəzinə aparılmışdır. O, hadisədən sonra anasının niyə yandığını bilmək üçün maraqlandıqda öyrənmişdir ki, 30 yanvar 2021-ci il tarixdə saat təxminən 12 radələrində anası Esma ilə iş yoldaşı Xatirə arasında işlə bağlı sözlə mübahisə olmuş, həmin mübahisə zamanı Xatirə anasını itələmiş və nəticədə anası arxasında olan içərisi qaynar su ilə dolu, həmçinin qaynamağa davam edən qazanın içərisinə yıxılmış, bu vaxt qazan çevrilmiş içərisində olan bütün su anasının üzərinə boşalmışdır. Hadisə zamanı ətrafda olan qadınlardan biri qışqıraraq sexdən bayıra çıxmış və kömək çağırmışdır. Bu vaxt adını bilmədiyi kişi sexə daxil olub anasını yerdən qaldırmış, sex rəhbərinə xəbər vermişdir. İlkin olaraq sexin rəhbəri Nazim anasını sexin arxasında yerləşən öz fərdi yaşayış evinə aparmış, evə həkim çağırmışdır. Bundan sonra həkimlərin məsləhəti ilə Nazim anasını 3 saylı X19 Xəstəxanasına aparmış və bacısı Ləmana məlumat vermişdir. Xəstəxanada olarkən ona məlumat verilmiş, o da 3 saylı X19 Xəstəxanasına gedərək orada anasını tibbi yardım avtomobili ilə Bakı şəhərinə 5 saylı Yanıq Mərkəzinə aparmışdır. Təxminən 40 gün anası Esma həmin mərkəzdə müalicə olunmuşdur. O, həkimlərlə tez tez danışıb anasının vəziyyəti ilə maraqlanırmış. 09 mart 2021-ci il tarixdə anasının vəziyyətinin pis olduğunu görüb onu evə aparmaq qərarına gəlmişdir. Buna görə bacısı Ləman və kürəkəni Bakı şəhərinə getmiş, orada Ləman öz razılıq ərizəsi ilə anası Zərərçəkmiş şəxs xəstəxanadan çıxarmış və Zərərçəkmiş şəxs onun yaşadığı evə gətirmişdir. 11 mart 2021-ci il tarixdə saat təxminən 22 radələrində onun yaşadığı evdə anası Zərərçəkmiş şəxs ölmüşdür. Onun başı anasının yas mərasiminə qarışdığı üçün o, anasının ölümü barədə polisə məlumat verə bilməmişdir. Sonda o, təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi olmadığı bildirərək sonuncuya yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, ünvan 6 ünvanında yaşayır. Gəncə şəhər R.Qasımov küçəsində yerləşən köhnə Aygün, indiki “Araz” marketin yanında olan “Ariz” çörək sexi ona məxsusdur. O həmin çörək sexində 30-dan artıq işçi işlədir, orada işləyən bütün işçilər ilə o rəsmi olaraq müqavilə bağlayıb. Esma Cəlalova təxminən 1 ilə yaxındır ki, onun çörək sexində xəmir kəsən vəzifəsində işləmiş, Esma Cəlalova gündəlik olaraq 7 manat əmək haqqı almışdır. Təqsirləndirilən şəxs isə çörək sexinə 24-25 yanvarda Gəncə şəhərində yerləşən sığınacaqdan Məleykə adlı qadın gətirmişdir. Xatirənin sığınacaqda qaldığını ona demiş, Xatirəni işə götürməyini ondan xahiş etmişdir. O isə bu zaman Məleykə adlı qadına həmin şəxsi gətirməsini, şəxsə sınaq müddəti təyin etməyini, əgər işləyə bilərsə bu zaman onu işə götürəcəyini demişdir. Məleykə, Təqsirləndirilən şəxs onun yanına gətirmiş, o da Təqsirləndirilən şəxs sexdə işə götürmüşdür. O orada olan işçilərə Xatirənin işə təzə başladığını, ona işi öyrətməklərini demişdir. İlkin olaraq gündəlik Xatirəyə 4 manat əmək haqqı vermişdir. 30.01.2021-ci il tarixdə çörək sexi ilə evi yanyana olduğundan Esma Cəlalovanı onun yaşadığı evə gətirmişlər. Bu zaman ona Esmanın sexdə Xatirə ilə dalaşması nəticəsində xəsarət aldığını demişlər, dərhal TTY xidmətinə müraciət etmişlər. TTY avomobili oraya gəlmiş, Esma və Xatirəni 3 saylı TTY xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahis qismində dindirilmiş Şahid1 İsgəndər oğlu Şahid3lə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, ünvan 8 ünvanında qeydiyyatda olmaqla yaşayır. 1986-cı il tarixdən həkim kimi, 1998-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 5 saylı şəhər kliniki xəstəxanasının yanıq şöbəsində həkim cərrah kimi, təxminən 2021-ci il iyul ayından 5 saylı Şəhər Kliniki Xəstəxanasının adı dəyişərək X15 olduğundan hazırda qeyd olunan tibb mərkəzində həkim-cərrah kimi fəaliyyət göstərir. 30.01.2021-ci il tarixdə saat 23 radələrində Gəncə şəhər X19 xəstəxanasının göndərişi ilə Zərərçəkmiş şəxs 5 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilmişdir. Zərərçəkmiş şəxs ağır yanıq şoku əlamətləri ilə daxil olmuşdur. Onun bədəninin 45-48%-i yanmışdır. Zərərçəkmiş şəxsnm yaşını və aldığı yanıq travmasmm sahəsini və dərinliyini nəzərə alaraq, həmin yanıq xəsarəti qeyd olunan yaş kateqoriyası üçün ağır travma hesab olunur. Əksər hallarda həmin tip yanıq travması ölümlə nəticələnir. Tibb elmində olan "Birke" indeksinə əsasən xəstənin yaşı və yanığın faizi cəmi 100-ə yaxındırsa və ya 100-ü keçirsə xəstənin aldığı xəsarət çox hallarda ölümlə nəticələnir. Həmin xəstənin yanıq xəsarəti 45-48 % olduğunu və 1955-ci il təvəllüdlü olmaqla 66 yaşında olduğundan və onların cəmi isə 100-dən artıq olduğu üçün ölümlə nəticələnmə ehtimalı böyük olmuş və ölməsi şübhə doğurmamışdır. "Frank" indeksinə əsasən isə dərin yaranın faizinin 3 misli ilə səthi yaranın toplamı 100 %-i keçirsə xəstənin aldığı xəsarət əksər hallarda ölümlə nəticələnir. Zərərçəkmiş şəxsn bədəninin 30-35%-ində yanıq xəsarəti dərin olmaqla dəri bütün qalınlığı ilə yanmış, 13- 18%-i isə səthi yanıq olmuşdur. Dərinin qatları ilə bağlı bildirmişdir ki, epidermis, məməvarı qat və torlu qat qeyd olunan xəstədə bədənin 30-35 % də həmin dəri qatları tamamilə, qalan 13-18 %-də isə yalnız epidermis və məməvarı qat yanmışdır. 09.03.2021ci il saat 15:40-da Zərərçəkmiş şəxsnm qızı Şahid4 xəstəxanaya yazılı iltizam verməklə bütün məsuliyyəti öz üzərinə götürərək anasının sonrakı stasionar müalicəsindən qəti imtina etmiş və onu müalicə üçün yaşadığı ünvana aparmışdır. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs üzərində olan yanıq xəsarətləri qaynar suyun təsiri nəticəsində yaranmağa xarakterikdir. Zərərçəkmiş şəxs xəstəxanaya daxil olarkən aldığı yanıq xəsarətlərindən ötrü səhəti ağır halda olmuş və o xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilmişdir. Onun səhəti ağır olmuş və ölümlə nəticələnmə ehtimalı yüksək olmuşdur. Zərərçəkmiş şəxs xəstəxanaya yerləşdirilən zaman bel nahiyəsi, hər iki sağrıların və hər iki aşağı ətrafların ikinci, üçüncü A, üçüncü B termiki yanığı və ümumi faizi 45-48% olmuşdur. İkinci, üçüncü A epidermis və məməvari qatın yanıq xəsarəti, üçüncü B isə hər üçün qatın, yəni epidermis, məməvari qat və torlu qatın yanması hesab olunur. Zərərçəkmiş şəxs qızı Ləman İsayev yazılı iltizam yazmaqla bütün məsuliyyəti öz üzərinə götürdüyündən onlar yaşadığı ünvanda müalicə olunması üçün təhvil verilmiş, qızı onun ölümcül olduğunu, səhhətində yaxşılaşma olmadığını, qan təzyiqinin (arterial təzyiq) aşağı düşməsini və sidik ifrazatının azalması və kəsilməsini nəzərə alaraq müalicəsinə Yanıq mərkəzində davam etdirmək istəməmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş X1 məhkəməyə teleqram göndərərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunmuş X1 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Mirqasımov küçəsi, ev 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. 1981-ci il tarixdən ekspert kimi, 1997-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibb ekspertiza və Pataloji Anatomiya ETT birliyinin təkrar ekspertizalar şöbəsinin rəisi kimi fəaliyyət göstərirmiş. Qeyd etmişdir ki, mərhum Zərərçəkmiş şəxs ölümü ilə bağlı 08.05.2021-ci tarixli 33 saylı rəyə əsasən 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, labarator müayinələrin cavablarına, təqdim olunmuş tibbi sənəddə yazılanlara əsasən və qərarda verilən sualları nəzərə alaraq mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - bel, hər iki sağrı, aralıq və hər iki aşağı ətraf nahiyələrinin İİ-İİİ və İV dərəcəli termiki yanıq yaraları (ümumi bədən səthinin 45%-48%-ni təşkil edən) - yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 30.01.2021-ci il tarixə uyğun gəlmiş və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilməsi, mərhum Zərərçəkmiş şəxs meyiti kəskin çürümüş vəziyyətdə olduğundan onun ölümünün səbəbini müəyyən etmək mümkün olması nəticəsinə gəlinmişdir. Ətraf mühit şəraitini və meyit əlamətlərini nəzərə alaraq hesab edilmişdir ki, ölümün müddəti müayinə olunan vaxta nəzərən 1 -2 aydır. Təkrar ekspertiza təyin olunan zaman tərəfindən komissiyaya sədrlik həyata keçirilmiş və mərhumun tibbi kartasına əsasən belə qənaətə gəlinmişdir ki, ölümə səbəb yanıq xəstəliyinin septikotoksemiya məhələsində inkişaf edən poliorqan çatmazlığı və ümumi intoksikasiya ola bilərdi. Bununla bağlı bildirmişdir ki, Zərərçəkmiş şəxs yanıq xəstəliyinin sonuncu ən ağır mərhələsi olan septikotoksemiya mərhələsində olmuş, yəni həmin yanıq sahələrində nekroza (çürüməyə məruz qalmış) toxumaların buraxdığı toksinlərin (zəhərlərin) qana sorulması nəticəsində ən ağır fəsad yaranmışdır ki, bu da ölümlə nəticələnmişdir. Tibbi kartada bu əlamətlər tam olaraq öz əksini tapdığından ölümə səbəb kimi həmin yanıq xəsarətləri göstərilmişdir. Belə ki, mərhum Zərərçəkmiş şəxs yanıq xəsarətinin ən ağır ölümcül mərhələsində olmuşdur. Mərhum Zərərçəkmiş şəxs müalicə həkimlərinin bildirdikləri mərhumun bədəninin 45-48%-i yanması, həmçinin dərinin qatları ilə bağlı epidermis, məməvarı qat və torlu qat qeyd olunan xəstədə bədənin 30-35%-də həmin dəri qatları tamamilə, qalan 13-18%-də isə yalnız epidermis və məməvarı qat yanması, Zərərçəkmiş şəxs yaşın və aldığı yanıq travmasının sahəsini və dərinliyini nəzərə alaraq həmin yanıq xəsarəti qeyd olunan yaş kateqoriyası üçün ağır travma hesab olunması, əksər hallarda həmin tip yanıq travması ölümlə nəticələnməsinə münasibətdə bildirmişdir ki, həmin yanıq xəsarətləri, yəni 45-48% yanıq xəsarətləri istənilən yaş kateqoriyası üçün eləcə də yaşlı şəxslər üçün çox təhlükəlidir və ölümlə nəticələnir. lll və İV dərəcəli yanıq xəsarətləri istənilən yaş kateqoriyası üçün təhlükəli olmuş və sağalması ehtimalı olmayaraq ölümlə nəticələnir. Təqdim edilmiş tibbi kartada göstərilənlərə əsasən Zərərçəkmiş şəxs üzərində olan yanıq xəsarətləri yüksək hərarətli mayenin təsiri nəticəsində yaranmağa uyğun gəlmişdir. Zərərçəkmiş şəxs yanıq xəsarətinin sonuncu ən ağır mərhələsi olan septikotoksemiya mərhələsində olmuş, yəni həmin yanıq sahələrində nekroza (çürüməyə məruz qalmış) toxumaların buraxdığı toksinlərin (zəhərlərin) qana sorulması nəticəsində ən ağır fəsad yaranmışdır ki, bu da ölümlə nəticələnmişdir. Tibbi kartada bu əlamətlər tam olaraq öz əksini tapdığından ölümə səbəb kimi həmin yanıq xəsarətləri göstərilmişdir. Belə ki, Zərərçəkmiş şəxs yanıq xəsarətinin ən ağır ölümcül mərhələsində olmuşdur. Zərərçəkmiş şəxsnm adına tərtib olunmuş tibbi kartaya əsasən bel nahiyəsi, hər iki sağrıların və hər iki aşağı ətrafların ikinci, üçüncü A, üçüncü B termiki yanığı və ümumi 45-48% olmuş, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş: - 04.05.2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, hadisə yeri Gəncə şəhəri, R.Qasımov küçəsində yerləşən “Skonnu” adlı çörək sexidir. Çörek sexinin rəhbəri Şahid3 baxış keçirilməsi haqqında iştirak edən şəxslərin sexdə hadisənin baş verdiyi otağa aparmış. Həmin sexin giriş hissəsində plastik materialdan hazırlanmış ağ rəngli qapıdan içəri daxil olduqda sol tərəfdə üzərində müxtəlif dairəvi qabların yığıldığı, çörək bişirmək üçün nəzərdə tutulan qablar vardır. Otağın giriş hissəsi ilə üzbəüz istiqamətdə və sağ küncdə çörək bişirilməsi üçün nəzərdə tutulan kürələr yerləşdirilmişdir. Sexin sol tərəfində içərisində xəmir qarışdırılan böyük diametrli dəmir qab, həmin qabdan irəlidə isə içərisində su olan digər dəmir qab qoyulmuşdur. Baxış keşirilməsində iştirak edən Şahid3 30 yanvar 2021-ci il tarixdə mərhum Zərərçəkmiş şəxs sexdə çalışan Təqsirləndirilən şəxs ilə məhz həmin dəmir qazanın yaxınlığında mübahisə etdiklərini və dəmir qazanın içərisindəki suyun mərhum Zərərçəkmiş şəxs üzərinə dağılması səbəbindən yanıq xəsarətləri aldığını bildirmişdir. Daha sonra sözügedən qazana baxış keçirilmiş, həmin qazanın içərisində qeyri-müəyyən miqdarda su olmuşdur. Qazan çərçivə ilə divara doğru bərkidilmişdir. Hadisə yerinə baxış keçirilərkən sübut əhəmiyyətinə malik olan hər hansı əşya, predmet, sənəd və sair götürülməmişdir. Bununla da hadisənin baş verdiyi yerə baxış keçirilməsi başa çatdırılmışdır. Həmçinin baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. - 15.12.2021-ci il tarixli hadisə yerinə əlavə baxış keçirilməsi barədə protokoldan məlum olur ki, hadisə yeri – Gəncə şəhəri, R.Qasımov küçəsində “Araz supermarketi” ilə bitişik formada olan 91 nömrəli darvazanın daxilində yerləşən “Skonnu” çörək sexidir. Hadisə yeri fərdi istehsal müəssisəsi olmaqla Şahid3 məxsusdur. Hadisə yerinə bilavasitə keçid etmək məqsədilə boz rəngli, üzərində müxtəfil sözlər yazılmış vərəqlər asılan dəmir darvazadan girişə daxil oldunmuş, keçid edildikdə giriş hissəsində çörək bişirilməsi və qablaşdırılması üçün nəzərdə tutulmuş müxtəlif avadanlıqlar olmuşdur. Bundan sonra dəhlizlə irəliləyək hadisənin baş verdiyi zala plastik qapı vasitəsi ilə daxil olunmuş, daxil olduqda qapı çərçivəsi olan divar 1 rəqəmi ilə başlamaqla digər divarlar saat əqrəbi istiqamətində 4 rəqəminədək nömrələnmişdir. Daxil olarkən, zalın 1-ci divarının yuxarı hissəsində 02 ədəd plastik pəncərə keçidi, həmçinin 1-ci divarın qarşısında 50 (əlli) kiloluq un kisələri olmuşdur. 2-ci divara bitişik halda, 01 ədəd elekrtik sayğacı, 01 ədəd qazan formasında xəmir qarışdıran qazana tökülən suyun saxlanılmağı üçün istifadə edilən vasitə, həmin vasitənin üst hissəsində otağı havalandırmaq üçün istifadə edilən qurğu, divara birləşdirilimiş 4 (dörd) ayaqlı dəmir (hündürlüyü 26 (iyirmi altı) sm) üzərində olan 32 (otuz iki) sm hündürlüyündə yüksək hərarətli suyun qızdırıldığı və saxlanıldığı qazan (hadisə zamanı Zərərçəkmiş şəxs üzərinə tökülən yüksək hərarətli suyun olduğu), yanında əl-üz yuma vasitələrini saxlamaq üçün istifadə edilən ensiz və orta hündürlükdə stol, əl-üz yuyan, onun yanında 02 ədəd yanyana olan xəmir saxlamaq üçün dolab (3-cü divar istiqamətində olan dolab: mübahisənin başlanmasına səbəb olan Zərərçəkmiş şəxs qapısı dəymiş) vardır. 2 nömrəli divarın qarşısında 02 ədəd kiçik vedrə, xəmir qarışdırılan böyük həcmli qazan, biraz mərkəzə yaxın hissədə xəmır kəsmək üçün istifadə edilən masa vardır. 3-cü divarın 4-cü divara bitişik küncündə divara bərkidilmiş, sobadan çıxan bişmiş çörəklərin yığılması üçün istifadə edilən 4 gözlü rəf, 4-cü divarda divarın daxilində yerləşən, çörək bişirilən soba, 4-cü divarın 1-ci divara bitişik küncündə kiçik avadanlıqların saxlanıldığı saxlanc yeri vardır. Həmçinin, 4-cü divarın qarşısında sobadan çıxan çörəklərin düzüldüyü 4 (dörd) ayaqlı masa, bundan başqa zalın daxilində, xəmirləri daşımaq üçün istifadə edilən, çox gözlü, 4 (dörd) təkərli dəmir qurğu, həcmcə biraz yığcam, xəmir qablarının daşınması üçün istifadə edilən, təkərli dəmir qurğu vardır. Zərərçəkmiş şəxs üzərinə tökülən yüksək hərarətli su olan qazanın yanında açıq şəkildə olan elektrik xətti və ya elektrik xətlərində insan həyatı üçün təhlükəli olan cərəyan keçirə biləcək hər hansı qanunsuzluq aşkarlanmamış, bundan başqa ətrafa baxış keçirdikdə əlavə olaraq heç nə aşkarlanmadı. Bununla da hadisə yerinə baxış keçirilməsi başa çatdırılmışdır. Həmçinin baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. - 08.05.2021-ci il tarixli meyitin qəbirdən çıxarılması (eksqumasiya) barədə protokoldan məlum olur ki, Zərərçəkmiş şəxs dəfn olunduğu Gəncə şəhəri, Səbiskar qəbirstanlığında yerləşən mərhuma məxsus sərdabə oğlu X9 tərəfindən əli ilə göstərilmiş, buna görə sərdabə iştirakçıların yanında açılmış, həmin sərdabənin içərisində Zərərçəkmiş şəxs meyitindən başqa Dürdanə Calalovanın, Səkinə Calalovanın, Şamil Calalovun və Cəmil Calalovun meyitləri dəfn olunmuşdur. Daha sonra Zərərçəkmiş şəxs kəfənlənmiş vəziyyətdə olan meyiti sərdabənin içərisində dəfn olunduğu yerdən çıxarıldı. Həmin meyit kəfəndən başqa şəffaf rəngli sellofan örtüyə bükülmüş vəziyyətdədir. Meyitə baxış keçirdikdə meyitin bədəninin yarıçürümüş vəziyyətdə olması aşağı ətraflarının, eləcə də kürək nahiyəsində yanıq xəsarətlərinin olduğu müşahidə edilmiş, bundan sonra meyitin qəbirdən çıxarılmasında iştirak edən məhkəmə-tibb ekspertinin və mütəxəssisin iştirakları ilə Zərərçəkmiş şəxs meyiti müayinə edilmiş və meyitdən ekspertiza tədqiqatına təqdim olunması məqsədilə nümunələr götürülərək müvafiq qaydada qablaşdırılmışdır. - 08.05.2021-ci il tarixli meyitə baxış keçirilməsi barədə protokoldan məlum olur ki, Gəncə şəhər 1 saylı qəbirstanlıqda təbii işiqlanma şəraitində, açıq havada təşrih masasına uyğunlaşdırılmış masa üzərində arxası üstə meyit uzandırılmışdır. Meyit selofana və ağa bükülmüşdür, çıxartdıqda qaramtıl rəngli çürümə mayesinə bulaşmışdır. Meyit qadın cinsidir, düzgün bədən quruluşlu, kafi köklükdədir. Meyitin dəri örtüyü soyuqdur, çirkli yaşılqaramtıl rəngdədir. Başının, döş qəfəsinin, qarının ön, yan səthlərinin və ətrafların dərisi yağmumlaşmışdır, bütün bədən səthində çürümə dəyişikliyi fonunda dərinin epidermis qatı hissəvi soyulmuş vəziyyətdədir, digər nahiyələrə əllə təzyiq etdikdə dərinin tamlığı asanlıqla pozulmuş, meyit qacıması və meyit ləkələri təyin edilməmiş, kəllə qapağı sümükləri əllə yoxladıqda tam olmuş, saçları tökülmüşdür. Sifəti çürümə hesabına şişdiyindən tanınmaz vəziyyətdə olmuş, göz almaları çürümüş, bəbəklər təyin edilməmişdir. Burun dəlikləri sərbəst, dili sərbəst ağız boşluğunda olmuşdur. Üz sümükləri, burun sümükləri əllə yoxlandıqda tam, döş qəfəsi simmetrik, qabırğalar əllə yoxlandıqda hündürdə yerləşmişdir. Xarici cinsiyyət üzvüləri düzgün inkişaf etmiş, yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tam olmuşdur. Meyitin xarici müayinəsində çürümə dəyişikləri fonunda gözlə görünən hər hansı digər bir xəsarətin olub-olmamasını təyin etmək mümkün olmamışdır. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirilmişdir. Həmçinin baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 08.05.2021-ci il tarixli 33 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, 1955-ci il təvəllüdlü Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsinə, labarator müayinələrin cavablarına, təqdim olunmuş tibbi sənəddə yazılanlara əsasən və qərarda verilən sualları nəzərə alaraq öülümün müddəti müayinə olunan vaxta nəzərən 1-2 ay olması, mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - bel, hər iki sağrı, aralıq və hər iki aşağı ətraf nahiyələrinin İİ-İİİ və İV dərəcəli termiki yanıq yaraları (ümumi bədən səthinin 45%-48%-ni təşkil edən) - yüksək hərarətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 30.01.2021-ci il tarixə uyğun gəlmiş və birgə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid ediləsi, mərhum Zərərçəkmiş şəxs meyidi kəskin çürümüş vəziyyətdə olduğundan onun ölümünün səbəbini müəyyən etmək mümkün olmaması nəticəsinə gəlinmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 T 245/2021 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, ilkin ekspertiza aparılarkən ekshumasiya zamanı meyit kəskin çürümə prosesinə məruz qaldığından ölümün səbəbi haqqında ekspert tərəfindən söylənilən fikir düzgün olmuşdur. Mərhumə Zərərçəkmiş şəxs bel, hər iki sağrı, aralıq və hər iki aşağı ətraf nahiyələrinin İİ-İİİ-İV dərəcəli, ümumi bədən səthinin 45%-48%-ni təşkil edən termiki yanıq yaraları olmuşdur. Qeyd edilən xəsarətlər yüksək hərarətin təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, 30.01.2021-ci il tarixdə qaynar suyun təsirindən yarana bilərdi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhumə Zərərçəkmiş şəxsnm meyitinin müayinəsi zamanı onun kəskin çürümə prosesinə məruz qalması müəyyən edildiyindən ölümün səbəbini dəqiq təyin etmək mümkün olmamışdır. Meyitin müayinəsi zamanı qeyd edilən meyit əlamətləri ölümün müayinədən 1-2 ay əvvəl baş verməsinə uyğun gəlir. Lakin təqdim edilən tibbi kartaya əsasən ölümə səbəb yanıq xəstəliyinin septikotoksemiya mərhələsindən inkişaf edən poliorqan çatmamazlığı və ümumi intoksikasiya ola bilərdi. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 07.12.2021-ci il tarixli 2000 saylı məhkəmə tibbi ekspertiza rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətlər - sağ said, baldır nahiyələrinin və sağ ayağın İ, İİ dərəcəli termiki yanıq yaraları - yüksək hərarətin (qaynar maye və s.) təsiri nəticəsində əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni 30.01.2021ci il tarixdə əmələ gələ bilərlər, ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 07.12.2021-ci il tarixli 744/240 saylı məhkəmə psixiatriya-psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixiatriya Xəstəxənasının 25.05.2021-ci il tarixli 103 nömrəli məktubundan görünür ki, Samux rayonu Seyidlər kənd sakini Təqsirləndirilən şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında stasionar müalicədə olmamışdır. - Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin 14.12.2021-ci il tarixli 6370 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. - Azərbaycan Respublikası Gəncə şəhəri Narkoloji Dispanserinin 15.12.2021-ci il tarixli, 5857 nömrəli arayışından görünür ki, Kərimova X3 qeydiyyatda durmur. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 14.05.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 15.12.2021-ci il tarixli arayışdan və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Samux rayonu, Seyidlər kəndində qeydiyyatda olmaqla müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Ehtiyatsızlıqdan adam öldürmə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təqsirləndirilən şəxs 05.12.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuş, 06.12.2021-ci il tarixdə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti islah işləri növündə cəzanın müddətinə bir günə dörd gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə dörd gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 40 və 45.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq islah işləri növündə cəzasını əsas iş yeri üzrə çəkməli və cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.02.2001-ci il tarixli, 31 saylı qərarına (03.05.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdikləri hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçilərin işlədikləri vəkil bürosunun hesabına müvafiq olaraq 120 manat və 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulmaqla 02 (iki) il müddətində islah işləri növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxsnun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, islah işləri cəzasının bir gününə dörd gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş islah işləri növündə cəzasını iş yeri üzrə çəksin və cəza çəkmə müddətinin əvvəli onun qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğində pul tutulduğu gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Gəncə şəhəri İcra İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 işlədikləri Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı;kod 504023;VÖEN **********;müxbir hesab AZ24NABZ********************;SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) müvafiq olaraq 120 (yüz iyirmi) manat və 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-82/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-82/2022
29.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver