Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-83/2021 18.03.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, X15 oğlunun katibliyi, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, xx.xx.1984-cü ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Samux rayonu, Bağbanlar kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar təhqiqatçı tərəfindən böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilən yekun protokol üzrə irəli sürülən ittihama əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə xx.xx.2020-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhəri, Atatürk prospekti 177C ünvanında yerləşən, ətrafı açıq şəkildə olan “333” adlı avtoyuma məntəqəsinə yaxınlaşmışdır. O, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra orada olan, Zərərçəkmiş şəxs məxsus 1200 manat dəyərində “Omax TX 200” markalı avtoyuma cihazını gizli şəkildə oğurlayıb, sonradan gəlib götürmək məqsədi ilə yaxınlıqda gizlətmiş və oradan uzaqlaşmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Atatürk prospekti 177C ünvanında yerləşən çörək sexində fəhlə işləmişdir. xx.xx.2020-ci il tarixdə o, pula ehtiyacı olduğu üçün işlədiyi sexin yanında, yolun kənarında açıq yerdə yerləşən “333” avtoyuma məntəqəsində açıq şəkildə qalmış avtoyuma cihazının oğurlamaq qərarına gəlmişdir. O, həmin gün təxminən saat 23 radələrində həmin avtoyuma məntəqəsinə yaxınlaşmış, ətrafda heç kimin olmadığını və həmin yerin mühafizəçisi olan, əvvəldən tanıdığı Şahid yaxınlıqda olan otaqda əyləşdiyini görmüşdür. O, səssizcə avtoyuma cihazları olan yerə yaxınlaşaraq 3 ədəd cihaz olduğunu görmüş və həmin cihazlardan birini oğurlamaq üçün su xəttindən və elektrik naqilindən ayırmağa başlamışdır. O, avtoyuma cihazlarından birini ayırdıqdan sonra həmin cihazla birlikdə oradan bir qədər aralıya uzaqlaşmış və dalan bir yerdə həmin cihazı, sonradan rahat vaxtda gəlib götürmək məqsədi ilə gizlədərək özü çıxıb getmişdir. Sonda o, ilk dəfə cinayət əməli törətdiyini, əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəyərək barışdığını, himayəsində 3 azyaşlı uşağının olmasını nəzərə almaqla, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Atatürk prospekti 177C ünvanında yerləşən “333” adlı avtoyuma məntəqəsini işlədir. Həmin avtoyuma məntəqəsi yolun kənarında açıq yerdə yerləşir, avtoyuma cihazları orada açıqlıqda qalır və gecələr mühafizəçi Şahid tərəfindən həmin yer mühafizə olunur. xx.xx.2020-ci il tarixdə, təxminən səhər saat 10 radələrində Şahid ona zəng edərək avtoyuma cihazlarından birinin oğurlandığını və bu barədə DİN-in 102 xidmətinə məlumat verdiyini bildirmişdir. O, avtoyuma məntəqəsinə gəldikdə orada olan avtoyuma cihazlarından ikisinin, kompressorun və köpük yaradan cihazların yerində olduğunu, lakin “Omax TX 200” markalı avtoyuma cihazının oğurlandığını, qalan əşyaların yerində olduğunu görmüşdür. O, son günlər Təqsirləndirilən şəxs bir neçə dəfə avtoyuma məntəqəsinin yanında gördüyü üçün sonuncunun oğurluq etməsindən şübhələnmişdir. Sonda zərərçəkmiş şəxs təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, sonuncuya qarşı heç bir şikayəti və tələbi olmadığını, barışdıqlarını bildirərək, sonuncuya yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, Gəncə şəhəri, Atatürk prospekti 177C ünvanında, yolun kənarında açıq yerdə yerləşən “333” adlı avtoyuma məntəqəsində mühafizəçi işləyir və hər gün axşam saat 20 radələrindən səhər saat 09 radələrinə qədər həmin yeri mühafizə edir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə keçən gecə o, həmişə olduğu kimi həmin məntəqədə otaqda olmuş, səhər saat 06:30 radələrində nəzarət üçün otaqdan bayıra çıxmışdır. Bu zaman o, açıq yerdə olan avtoyuma cihazlarından birinin, “Omax TX 200” markalı cihazın yerində olmadığını, gecə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmiş, bu barədə avtoyuma məntəqəsinin sahibi Zərərçəkmiş şəxs və DİN-in 102 xidmətinə məlumat vermişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Nizami RPİ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən hal şahidləri X9 və X6 iştirakı ilə Gəncə şəhəri, Atatürk prospekti 177C ünvanında yerləşən “333” avtoyuma məntəqəsinə baxış keçirilmiş, baxış zamanı Zərərçəkmiş şəxs məxsus “Omax TX 200” markalı avtoyuma cihazının oğurlandığı aşkar edilmiş, hadisə yerindən hər hansı maddi sübut aşkar edilməmiş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - “baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Nizami RPİ-nin TB-nin təhqiqatçısı X2 tərəfindən Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili X1, Təqsirləndirilən şəxs, hal şahidləri X3 və X10 iştirakı ilə Təqsirləndirilən şəxs “333” avtoyuma məntəqəsindən oğurladığı “Omax TX 200” markalı avtoyuma cihazını gizlətdiyi yerə, Gəncə şəhəri, Atatürk prospekti 177C ünvanında yerləşən çörək bişirmə sexinin arxa yan tərəfinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtoyuma cihazını oğurladıqdan sonra gizlətdiyi yeri özü şəxsən təqdim etmiş, avtoyuma cihazı göstərilən yerdə, köhnə pəncərələrlə divarın arasından aşkar edilərək maddi sübut kimi götürülmüş, hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. - “xxxx” MMC-nin xx.xx.2020-ci il tarixli, 667 saylı ekspert rəyindən görünür ki, Türkiyədə istehsal edilmiş, “Omax TX 200” markalı (Omax TX200 X17 Makinesi) cihazın istismarda olmasına görə 30% amortizasiya aşınması tətbiq edilməklə, hazırkı işlənmiş, lakin təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə orta bazar qiyməti təxminən 1180 manat müəyyən edilir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat-Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Samux Rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Samux rayonu Bağbanlar kəndində yaşayan Təqsirləndirilən şəxs ailə tərkibi 4 nəfərdən ibarətdir: arvadı - X11, qızları - 2013-cü il təvəllüdlü X12 və 2015-ci il təvəllüdlü X13, oğlu – 2017-ci il təvəllüdlü X14. - Samux Rayon İcra Hakimiyyəti başçısının İnstitut qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer, Samux rayonu, Bağbanlar kəndi üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri özünün tam etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahid ifadələri, eləcə də cinayət işinin digər materialları ilə məhkəmə istintaqında sübuta yetirilir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, törətdiyi cinayəti səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə vurduğu zərəri tam ödəyərək barışdığını, himayəsində 3 azyaşlı uşağının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən ictimai işlər cəzasının təyin edilməsi CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir, həmçinin bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 47.1-ci maddəsinə əsasən ictimai işlər məhkumun əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Həmin Məcəllənin 47.2-1-ci maddəsinə əsasən məhkəmə tərəfindən ictimai işlər növündə cəzaya məhkum edilmiş şəxslərin üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - “Omax TX200” markalı avtoyuma cihazının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsinin 197.1, 197.1.4 və 198.1-ci maddələrinin tələbləri baxımından məhkəmə hesab edir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat Təqsirləndirilən şəxs tutulub “xxxx” MMC-nin hesabına keçirilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X8, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344- 347, 349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona, 360 (üç yüz altmış) saat ictimai işlər növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut - “Omax TX200” markalı avtoyuma cihazının sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə - əmtəəşünaslıq ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub “xxxx” MMC-nin hesabına (Kapital Bank ASC Gənclik Mall filialı; Kod 201025; VÖEN **********; SWİFT kod AİİBAZ2X; M/h AZ37NABZ********************; VÖEN **********; Hesab AZ53AİİB********************) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Samux rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №1(044)-83/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-83/2021
18.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver