Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-84/2020 28.07.2020 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Ayxan Rasim oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxxxx 1971-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz şəxsi istehlak miqdarından artıq, çəkisi 0,780 qramnarkotik vasitə heroini, 1 ədəd 2,5 ml-lik birdəfəlik şprisin içərisindən quru maddəsinin çəkisi 0,018 qram olan narkotik vasitə heroini, ümumilikdə 0,798 qramnarkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2020-ci il tarixdə saat 19:50 radələrində Gəncə şəhəri Nizami rayon X4 Axtarış Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Qazaxlar məscidinin yaxınlığında saxlanılaraq idarəyə gətirilib üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq 1 ədəd qırmız rəngli kağız bükümdə çəkisi 0,780 qram narkotik vasitə heroin, əynində olan alt geyim koftasının altında saxladığı 1 ədəd 2,5 ml-lik birdəfəlik şprisin içərisindən quru maddəsinin çəkisi 0,018 qram olan narkotik vasitə heroin, ümumilikdə 0,798 qramnarkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, iş materiallarında olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə olan heroin qəbul etmişdir. Əvvəllər də narkotik vasitədən istifadə etdiyinə görə məhkum olunmuşdur. xx.xx.2020-ci il tarixdə günorta saatlarında o, Gəncə şəhərində X7 yaxınlığında dayanacağın yan tərəfində dayanan zaman qırmızı rəngli büküm görmüşdür. O, həmin bükümü götürüb açmış və içərisində toz halında narkotik vasitə heroin olmasını aşkar etmişdir. Həmin narkotik vasitə heroini istifadə etmək üçün şalvarının sol yan cibində saxlamış, aptekdən şpris almış, heroinin bir hissəsini su ilə qataraq, üzərində olan üç qramlıq şprisə doldurub hazır məhlulu əynində olan qara rəngli alt köynəyinin qarın hissəsinə qoymuşdur. Məqsədi insanların az olduğu yerdə qol əzələsinə narkotik vasitəni vurmaq olmuşdur. Heroinin yerdə qalan hissəsini də falqaya bükərək əynində olan qara rəngli şalvarının sol yan cibinə qoymuşdur. Yaşadığı ünvan 2-nin yaxınlığında yerləşən Qazaxlar məscidinin yanında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olduğu üçün Nizami Rayon Polis İdarəsinə getməyinin lazım olduğunu bildirmişlər. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Nizami Rayon Polis İdarəsinə gəlmişdir. Nizami Rayon Polis İdarəsində maddi imkanı olmadığından dövlət hesabına Müdafiəçi1 ilə təmin olunmuş, müdafiəçisinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirildikdə əynində olan qara rəngli şalvarının sol qabaq cibində saxladığı qırmızı rəngli siqaret falqasına bükülmüş toz halında tünd qəhvəyi rəngli, spesifik iyə malik olan narkotik vasitə olan heroini və əynində olan qara rəngli köynəyinin qarın hissəsində hazırlayıb saxladığı üç qramlıq şprisin içərisində maye halında hazırladığı heroini təqdim etmişdir. Üzərində olan kütlə müdafiəçisinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, falqa ilə birlikdə ümumi çəkisi 1,2 qram olmuşdur. Həmin kütlə və içərisində maye halında heroin olan şpris birlikdə qablaşdırılaraq, möhürlənmiş və qablaşdırmanın üzərinə imza etmişlər. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. O, heroinin satışı ilə heç vaxt məşğul olmamış və istifadə etməsi üçün heç kəsə verməmişdir. Heroini öz istifadəsi üçün saxlamışdır. O, əvvəllər narkotik vasitəni Bakı şəhəri, “Papanin” adlı ərazidə tanımadığı ayrı-ayrı şəxslərdən gedib almışdır. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon X4 Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitə qəbul etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun, əməliyyat müvəkkili Şahid3 və əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 19:50 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Təbriz küçəsində yerləşən Qazaxlar məscidinin yaxınlığında saxlanılaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi və narkotik vasitələri qəbul etməsi ilə əlaqədar şübhəli şəxs qismində saxlanılması barədə məlumat verilmiş, bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən dövlət hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Nizami rayon Polis İdarəsinin inzibati binasında yerləşən xidməti otaqda onun üzərinə müdafiəçisinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən içərisində narkotik vasitə heroin olan 1 ədəd qırmızı rəngli kağız büküm və əynində olan alt geyim koftasının altında saxladığı içərisində qəhvəyi rəngli maye olan 1 ədəd 2,5 ml-lik şpris aşkar edilmişdir. Həmin narkotik vasitə heroin bükümlə birlikdə elektron tərəzidə çəkilmiş və kütlənin içərisində olduğu kağızla birlikdə ümumi çəkisi 1,2 qram olmuşdur. Daha sonra narkotik vasitə heroin və içərisində qəhvəyi rəngli maye olan 1 ədəd 2,5 ml-lik şpris kağız zərfdə qablaşdırılmış və zərf möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən Dəmiryol vağzalının yaxınlığından taparaq öz istifadəsi üçün saxladığını, bir hissəsini üzərindən aşkar edilmiş şprisdə istifadə etmək üçün hazırlamasını bildirmişdir. Baxış və götürmə aparılması barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 və ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 163 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” sözləri yazılmış kağız paketdəki, bir ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,780 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. -Tədqiqata təqdim edilmiş kağız paketdə olan 1 (bir) ədəd 2,5 ml-lik birdəfəlik şprisdə, 0,5 ml həcmində olan məhlul heroin məhluludur və həmin məhlulun tərkibində heroinin quru maddəsinin təmiz çəkisi-0,018 qramdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasınınxx xxxx 2020-ci il tarixli, 216 nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış və götürmə haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan şalvarın sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,780 qram narkotik vasitə heroinin, əynində olan alt geyim koftasının altında saxladığı 1 ədəd 2,5 ml-lik birdəfəlik şprisin içərisindən quru maddəsinin təmiz çəkisi 0,018 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1449 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri psixonevroloji Dispanseri tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1585 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan forma 88 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü dərəcəli əlildir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs rəsmi nikahı olmaqla evlidir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə doğulmuş X2 və xx.xx.2007-ci il tarixdə doğulmuş X3 adlı iki uşağı var. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X5 təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş «Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» xx xxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kifayət qədər dəlillərlə sübuta yetirilmədiyindən barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə heroini nə vaxt və hansı mənbədən əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitəni əldə etdiyi vaxt və əldə etdiyi mənbə naməlum kimi qiymətləndirilmiş və narkotik vasitə heroini əldə etdiyi mənbə barəsində cinayət işindən material ayrılmışdır. Narkotik vasitə bükümünün təmiz çəkisi ekspert rəyində göstərilən qramlara uyğun olaraq qiymətləndirilmişdir. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişqalıq çəkisi 0,730 qram olan 1 ədəd qırmızı rəngli kağız bükümdə narkotik vasitə heroin, içərisində heroin məhlulunun həcmi 0,4 ml olan 1 ədəd 2,5 mm-lik birdəfəlik şpris cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və GəncəşəhərBaş Polis İdarəsininsaxlamaanbarına saxlanca verilmişdir. Məhkəmə iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, məhkəmə baxışında tədqiq edilmiş sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq saxlaması cinayətini törətməkdə təqsirliliyi tam sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 4-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, əməlin Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması, onun 3-cü qrup əlil olması, törətdiyi cinayəti səmimi etiraf etməklə əməlindən peşman olması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır. Hazırki iş üzrə onun əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilən zaman onun cəzasını yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə əsasən nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan AzərbaycanRespublikasıDaxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 təqdim olunmuş26 mart 202-ci il tarixli tələbnamədən və Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin hökmlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 4 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli, 700/2017 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın müddəti xx.xx.2018-ci il tarixdə bitmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə təyin edilmiş cəzadan vaxtından əvvəl azad edildiyi tarixdən iki il keçdiyindən həmin məhkumluğu ödənilmişdir. Ona görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinin tələbləri baxımından Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Göygöl rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(066)-02/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CinayətMəcəlləsinin 69.3-cümaddəsinəəsasənTəqsirləndirilən şəxs ibtidai istintaq dövründə şübhəli şəxs qismində xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək 02 gün həbsdə saxlanması, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə növündə cəzanın bir gününə bərabərhesablanmaqla bu hökmlə ona təyin olunmuş cəza müddətinə hesablanmaqla ona qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Göygöl Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs hazırda baxılan cinayət əməlini, barəsində olan Göygöl rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(066)- 02/2020 saylı hökmü çıxarılmamışdan əvvəl törətmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göygöl rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(066)- 02/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxsna təyin olunmuş cəza hazırki hökmlə ona təyin olunacaq cəza ilə qismən toplanmalı, cəzasının əvvəli hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasınınrəyinə əsasən Təqsirləndirilən şəxs Narkoloji Dispanserdə qeydiyyata alınmalıdır, o, 3-cü qrup əlil olduğu üçün barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilməməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.19cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişqalıq çəkisi 0,730 qram olan 1 ədəd qırmızı rəngli kağız bükümdə narkotik vasitə heroin, içərisində heroin məhlulunun həcmi 0,4 ml olan 1 ədəd 2,5 mm-lik birdəfəlik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına48 (qırx səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Göygöl Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(066)- 02/2020 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu xx.xx.2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilmişqalıq çəkisi 0,730 qram olan 1 ədəd qırmızı rəngli kağız bükümdə narkotik vasitə heroin, içərisində heroin məhlulunun həcmi 0,4 ml olan 1 ədəd 2,5 mm-lik birdəfəlik şpris hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 32.40 (otuz iki manat 40 qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına48 (qırx səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(044)-84/2020
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-84/2020
28.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver