Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(044)-85/2022 11.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Yediyarova Zeynəb Fərman qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, 16.06.1976-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, Samux rayonu, Samux şəhərində qeydiyyatda olan və Samux rayonu, Kolayır kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 0.820 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış və Gəncə şəhər Nizami RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri ilə 14.09.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi ilə N.Məmmədova küçələrinin kəsişməsində saxlanılıb ünvan 1 ünvanında yerləşən Nizami RPB-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibindən 1 ədəd gümüşü folqa kağız bükümdə olmaqla təmiz çəkisi 0.820 qram təşkil edən, ağ rəngli, krista lşəkilli hissəciklərdən ibarət kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Samux rayonu, Kolayır kəndində ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Psixotrop maddə olan metamfetamindən bir neçə aydır ki, istifadə edir. Atası vəfat etmiş, ata evi Gəncə şəhəri, Bağbanlar qəsəbəsindədir. 14.09.2021-ci il tarixdə Samux rayonundan Gəncə şəhərinə, atasıgilin evlərinə gəlmişdir. Həmin gün saat 17-18 radələrində Gəncə şəhəri, N.Məmmədova küçəsində yerdə gümüşü rəngli siqaret kağızı bükümü görmüş və maraqlı gəldiyinə görə həmin bükümü yerdən götürüb içərisində nə olduğunu öyrənmək üçün açdıqda tanıdığı, istifadə etdiyi “patı” kimi tanınan metamfetamin olduğunu görmüşdür. Həmin maddəni öz istifadəsi üçün götürüb cibinə qoymuş və üzərində saxlamışdır. Həmin gün, saat 20 radələrində həmin psixotrop maddə üzərində olmuş və o, N.Məmmədova küçəsi ilə Təbriz küçələrinin kəsişməsində olarkən mülki geyimdə olan tanımadığı polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməkdə şübhəli olduğunu bildirmişlər. Bundan sonra həmin polis əməkdaşları onu Gəncə şəhər Nizami RPB-nin binasına aparmışlar. Orada müdafiəçi təqdim olunmuş və hüquqları izah edilmişdir. Bundan sonra isə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı əynində olan cins şalvarın cibində saxladığı siqaret kağızının falqa bükümündə “patı” aşkar olunaraq götürülmüşdür. Bundan sonra həmin kütlə bükümlə birlikdə elektron tərəziyə qoyularaq çəkilmiş və çəkisi 1.18 qram təşkil etmişdir. Bundan sonra həmin kütlə kağıza qoyulub qablaşdırılaraq möhürlənmiş və onlar imzalarla bunu təsdiq etmişlər. Əməlindən peşmandır. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, hadisə vaxtı o, Gəncə şəhər Nizami RPB-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. 14.09.2021-ci il tarixdə Samux rayon sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi və üzərində saxlaması barədə Gəncə şəhər Nizami RPB-yə daxil olmuş əməliyyat məlumatının icrası ilə bağlı tərəfindən eyni tarixdə “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilmiş və həmin qərar əsasında o, Nizami RPB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixdə, saat 20 radələrində Gəncə şəhəri, Nizami rayonu, Təbriz küçəsi ilə N.Məmmədova küçəsinin kəsiməsində piyada halda tərəflərindən saxlanılmışdır. Həmin vaxt onlar saxlanılan Təqsirləndirilən şəxs özlərini təqdim edərək xidməti vəsiqələrini nümayiş etdirmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməkdə və saxlamaqda şübhəli olması üçün saxlanıldığını izah edərək sonuncunu təxirəsalınmaz şəkildə özləri ilə xidməti avtomobilə mindirib Gəncə şəhər Nizami RPB-nin inzibati binasına aparmışlar. Orada Təqsirləndirilən şəxs gətirilməsi ilə bağlı raport yazıb baş təhqiqatçı Ruslan Novruzova təhvil vermişlər. Təqsirləndirilən şəxs baş təhqiqatçı Ruslan Novruzov tərəfindən qərar və protokol əsasında şübhəli şəxs qismində tutulmuş, həmçinin hüquqlarının müdafiəsi ilə bağlı Təqsirləndirilən şəxs müdafiəçi dəvət edilmişdir. Bundan sonra onların və müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə axtarış başlanmışdır. Axtarış aparılmazdan əvvəl baş təhqiqatçı, polis mayoru Ruslan Novruzov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Axtarışdan əvvəl baş təhqiqatçı Ruslan Novruzov, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə varsa çıxarıb təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs isə əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret folqasında büküm çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilmiş və çəkisi 1.18 qram olmuşdur. Sonra isə həmin kütlə boş zərfin içərisinə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, o cümlədən şübhəli şəxs və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid2 oğlu Şahid1 ilə eyni məzmunlu izahat veridi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 14.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 16.09.2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan baxış keçirilməsi haqqında 04.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində baxış axtarış keçirilərkən qeydə alınmış bideogörüntü olan 1 ədəd DVD diskin içərisində 16 dəqiqə 10 saniyəlik videogörüntü var. Görüntüdə çıxış edən şəxs Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat Bölməsinin baş təhqiqatçısı, polis mayoru X4, görüntüdə olan digər şəxslər isə Gəncə şəhər Nizami RPB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin Bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxsdur. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı, polis mayoru Ruslan Novruzov tərəfindən ona Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilir, bu barədə yazılı bildiriş təqdim edilir.Axtarışdan əvvəl baş təhqiqatçı, polis mayoru Ruslan Novruzov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə olub-olmaması barədə sual verilir, şübhəli şəxs Təqsirləndirilən şəxs isə “var” deyərək təsdiq edir. Həmin vaxt baş təhqiqatçı Ruslan Novruzov, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə varsa çıxarıb təqdim etsin. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret folqasında büküm çıxarıb masanın üzərinə qoyur. Bundan sonra isə şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən siqaret qutusu, kağız və qəpik pullar, alışqan çıxarıb masanın üzərinə qoyur. Ardınca şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, lakin təqdim etdiklərindən başqa hər hansı predmet üzərindən aşkar edilmir. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs gümüşü rəngli siqaret falqa kağızındakı bükümün içərisində “patı” kimi tanınan psixotrop maddə metamfetamin olduğunu bildirir. O, həmçinin bildirir ki, özü qeyd olunan “patı” kimi tanınan psixotrop maddədən ara-sıra istifadə edir. Həmin büküm açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər ağ rəngli, kristal halında kütlə olması müəyyən edilir. Sorğu-sual zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmçinin bildirir ki, qeyd edilən psixotrop maddəni yaşadığı küçənin baş tərəfində yerdən tapıb, həmin maddənin al-veri ilə məşğul olmur. Bundan sonra müdafiəçi X9 şübhəli şəxsə dediklərinin doğru olub-olmaması, psixotrop maddənin onun özünə məxsus olubolmaması barədə sual verir, şübhəli şəxs Təqsirləndirilən şəxs isə dediklərinin doğru olduğunu bildirir. Bundan sonra baş təhqiqatçı R.Novruzov şübhəli şəxsə polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilib-edilməməsi barədə sual verir. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə elə bir halın olmadığını bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə elektron tərəzidə çəkilir və çəkisi 1.18 qram təşkil edir. Bundan sonra həmin kütlə boş zərfin içərisinə qoyulub qablaşdırılır, zərfin üzəri möhürlənir, üzərində qeydlər aparılır və aparılmış qeydlər axtarış iştirakçıları tərəfindən imzalarla təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan şəxsi axtarış haqqında prtokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın ön sağ yan cibindən 1 ədəd siqaret falqasına bükülmüş büküm aşkar edilmiş, onun içərisindən falqa ilə birlikdə ümumi çəkisi 1.18 qram olan şəffaf rəngli, kristal şəkilli, ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilməklə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 15.09.2021-ci il tarixli, 16/956 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində tədqiqata təqdim olunmuş, üzərində “vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş.....” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd gümüşü folqa kağız bükümdə, təmiz çəkisi 0.820 qram olan ağ rəngli, kristalşəkilli hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1-ci Siyahısının İİ bəndinə daxildir (metamfetaminin təmiz çəkisi 0.820 qram, tədqiqata sərf edildi 0.05 qram, qalıq 0.77 qram). Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserinin 01.11.2021-ci il tarixli, 1535 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olmuşdur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.05.2007-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərərfindən verilmiş doiğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından 01 may 2007-ci il tarixdə X7 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 18.02.2004-cü il tarixdə Gəncə şəhəri Nizami rayon VVADQ şöbəsi tərərfindən verilmiş doiğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından 30 dekabr 2003-cü il tarixdə X5 anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21.01.2014-cü il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi tərərfindən verilmiş doiğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X3 birgə nikahlarından 16 noyabr 2013-cü il tarixdə Bayramov Hacımalik Mehman oğlu anadan olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 01.12.2021-ci il tarixli 5677 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 07.12.2021-ci il tarixli 07.12.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 22.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsinsdə süçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri “poliosin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddəsinə əsasən törətdiyi cinayət əməlini etiraf edərək, əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman Azərbaycan Respublikası CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, ailədə yeganə qazang gətirən şəxs olmasını, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Samux rayonu ərazi hüdudlarını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 14.09.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək, 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 147.4-cü maddəsinə əsasən barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs, hazırkı cinayət işi ilə bağlı 14.09.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanıb, ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.77 qram təşkil edən narkotik vasitə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilməlidir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14.09.2021-ci il tarixdən 16.09.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs oğlunun üzərinə daimi yaşayış yeri olan Samux rayonu ərazi hüdudlarını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Samux rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna tapşırılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0.77 qram təşkil edən narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq X1 KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ ******************** S.F.İ.F.T. BİK CTREAZ 22 saylı məhkəmə ekspertizası mərkəzi VÖEN ********** hesab AZ34CTRE******************** saylı hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №1(044)-85/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Hökm — İş №1(044)-85/2022
11.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver